Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-132/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “X2 xxx ” şirkətinin Azərbaycan filialı “xxx ” şirkətinə və “xxx ” şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı “X2 xxx ” şirkətinin Azərbaycan Respublikasındakı Filialının vəkili Vəkil1, cavabdeh “xxx ” şirkətinin vəkili Vəkil2 iştirakı ilə iddiaçı “X4 xxx ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər “xxxx” Şirkətinə və “xxxx” Şirkə tinin Azərbaycan Respublikasındakı Filialına qarşı müqavilənin qismən etibarsız sayılması, əsas borcun, faiz borcunun, dəymiş zərərin, ödənilmiş dövlət rüsumunun və vəkilə ödənilən xərcin tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-872/2018 saylı 18 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: “X4 xxx ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra - iddiaçı) “xxxx” Şirkətinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə 24.05.2018-ci il tarixində məhkəməyə müraciət edərək cavabdehdən 2.308.482,03 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının direktoru 2009-cu ildə cavabdehin Türkiyədəki firmasından Azərbaycandakı işləri görmək üçün təklif almışdır. Təklifdə cavabdehin direktoru ilə razılaşma olmuşdur. Bundan sonra, “X4 xxx ” Şirkətinin Azərbaycanda Filialı yaradılmışdır. Qurum 12 layihədə iştirak etmişdir. Layihə üzrə işlər lazımınca yerinə yetirilsə də, həmin işlərə görə məbləğlər ödənilməmişdir. 18 dekabr 2014cü il tarixdə cavabdehin direktoru ilə görüşdə görülən işlərin hesabatı tərtib olunmuş və ödəniləcək məbləğ müəyyən edilmişdir. Hesabata əsasən cavabdehin 2.308.482,03 dolları borcu müəyyən edilmişdir. Həmin vaxt bildirilmişdir ki, qeyd olunan məbləğdən 708.482,03 ABŞ dollar ı azaldıldığı halda, 1.600.000 ABŞ dolları məbləğ hissə-hissə ödəniləcək. Həmin məbləğdən ümumilikdə 600.000 manat ödənilmişdir. Qalan məbləğin işin olmaması səbəbi ilə ödəniləcəyi vəd edilmişdir. Lakin bu günə kimi məbləğ ödənilməmişdir. 2017-ci ilin sonlarında pul ödənilmədiyindən, məhkəməyə müraciət etmək qərara alınmışdır. İddiaçı sonradan - 01 avqust 2018-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 dekabr 2014-cü il tarixli müqavilənin cavabdehin borcunun 708.482,03 ABŞ dolları azaldılması hissəsində etibarsız hesab edilməsi, 1.858.482 ABŞ dolları əsas borcun, 836.316 ABŞ dolları faiz borcunun, 500.000 ABŞ dolları mənəvi zərərin və işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi kompensasiyanın, 30 manat ödəni lmiş dövlət rüsumunun, 200 manat vəkil xidmətinə görə xərcin, ümumilikdə 3.194.798 ABŞ dollarının və 230 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 18 dekabr 2014-cü il tarixli müqaviləni iddiaçı cavabdehin onu ağır vəziyyətə salması və həmin ağır vəziyyətdən istifadə etməsi nəticəsində imzalamışdır. Həmin əqdin imzalanması ərəfəsində cavabdeh tərəfindən bildirilmişdir ki, məbləğlərdə azalma olmadığı təqdirdə, ümumiyyətlə pul vəsaiti verilməyəcəkdir. Həmin vaxt artıq müqavilə üzrə işlər görülüb qurtarmışdı. Qurumun rəhbərliyi xarici ölkədə idi. İşçilərə, o cümlədən fəhlələrə, təchizatçı şirkətlərə külli miqdarda pul borcu yaranmışdı. Həmin şəxslər öz pullarını tələb edirdilər. Belə əqdi imzalamaq mə cburiyyəti yaranmışdı, çünki cavabdeh şirkətin direktoru ödəniş məbləğində güzəşt olacağı halda, qalan məbləğlərin ödəniləcəyini bildirmişdir. İşlər görülərkən 18 dekabr 2014-cü il tarixli müqavilə imzalananadək ayrı-ayrı layihələr üzrə müqavilələr imzalanmışdı. Lakin həmin müqavilələr qarşı tərəfdə saxlanılmış, onların nüsxələri iddiaçıya verilməmişdir. Bu onunla əsaslandırılırdı ki, sifarişçi tərəf - cavabdeh açıqlanmama öhdəliyi götürmüşdür. Buna görə də, işlər yekunlaşdıqda işləri və məbləğləri özündə əks etdirən yekun razılaşma veriləcəyi vəd olunmuşdur. Lakin sonradan bildirilmişdir ki, yekun razılaşma elə 18 dekabr 2014-cü il tarixli müqavilədir. Yalnız 1.600.000 ABŞ dolları məbləğinin veriləcəyi bildirilmişdir. Xeyli müddət sonra 450.000 ABŞ dolları pul vəsaiti ödənilsə də, qalan məbləğ ödənilməmiş qalmışdır. Bu səbəbdən saziş üzrə ümumi məbləğin azaldılması (endirim) qüvvədən düşmüş sayılmalıdır. Vəd olunan məbləğ dərhal ödənilməmişdir və bununla da iddiaçının ağır vəziyyəti get-gedə daha da ağırlaşmışdır. 18 dekabr 2014-cü il tarixli müqavilədə tərəflər görülmüş işlərin dəyərini qarşılıqlı olaraq razılaşdırmış, müvafiq layihələr üzrə işlərin görüldüyü və ümumi məbləğin ödənilmədiyi təsdiq edilmişdir. Bu hissələrdə qarşılıqlı razılaşma vardır və işin bu halı mübahisə doğurmur. Mübahisə doğuran və ağır şərt hesab olunan hissə 708.482,03 ABŞ dolları güzəşt olunmaqla qiymətin 1.600.000 ABŞ dolları müəyyən edilməsidir. Hətta bu məbləğ dərhal ödənilsəydi, hazırkı mübahisə olmazdı. Amma bu hissənin belə ödənilməməsi, artıq aldatma olmuşdur. Göründüyü kimi, cavabdeh idd iaçını ağır şərtlərlə imzalamağa məcbur etdiyi əqd üzrə belə öz öhdəliklərini tam yerinə yetirməmiş, iddiaçını olduqda acınacaqlı vəziyyətə salmış, iddiaçı isə bütün öhdəliklərini tam yerinə yetirməsinə, işləri təhvil verməsinə baxmayaraq, haqqını ala bilməmişdir. Cavabdeh hər dəfə vaxt istəmiş, uzun müddət ödənişdən yayınmış, son zamanlar isə ümumiyyətlə borcun ödənilməyəcəyini bildirmişdir. Cavabdehin borcu ödəməməsi nəticəsində iddiaçının işgüzar nüfuzu da zədələnmişdir. Belə ki, iddiaçının fəhlələrin, təchizatçı şirkətlərin, şirkətdə uzun müddət çalışan işçilərin haqlarını ödəməməsi şübhəsiz ki, onun nüfuzuna ağır zərbə vurmuşdur. Beləliklə həm şirkət sahibinin, həm də şirkətin işgüzar nüfuzuna zərər vuruİmuşdur. Buna görə də, haqlı olaraq mənəvi zərər və şirkətin işgüzar nüfuzuna vuru lmuş zərərin əvəzi olaraq iddiaçı cavabdehdən 500.000 ABŞ dolları pul vəsaiti tələb edir. Şirkətin işgüzar nüfuzu ilə yanaşı onun sahibinə ayrıca böyük bir mənəvi zərər vurulduğu şübhəsizdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bank faizinin uçot dərəcəsi 2015 - 2017-ci illərdə 15 faiz müəyyənləşdirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-515/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: R.L.Kərimli) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq iddia müddətləri keçdiyindən iddiaçının tələbi əsassızdır. Qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-872/2018 saylı 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: H.Ü.Həmidov və V.Ə.Baxışova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-515/2018 saylı, 10 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-872/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanuna zidd, əsassız və ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə hər şeydən əvvəl ədalətli məhkəmə baxışı prinsipini pozmuşdur. Belə ki, apelyasiya məhkəməsi əlavə sənəd və sübutların təqdim olunmasını tələb etmiş, lakin sonra özü də onları qəbul etməkdən imtina etmişdir. Cavabdeh tərəf isə apelyasiya məhkəməsində işə baxılarkən hakimlərinin suallarına cavab verib aydınlıq gətirə bilməmiş, şirkətin rəhbərliyinin dəyişdiyini, şirkətdə idarəetməyə yeni şəxslər gəldiyini, şirkətin əvvəlki fəaliyyəti barədə məlumatların, sənədlərin olmadığını bildirməklə sualları cavablandırmaqdan yayınmışdır. Cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Məhkəməyə şahid kimi dəvət edilmiş, əvvəllər cavabdehin rəsmi işçisi olmuş, mərkəzi ofis işçisi kimi uzun müddət cavabdehin ofisində çalışmış şəxs X1 (şəxsiyyət vəsiqəsi № ********) məhkəməyə gəlmiş, lakin məhkəmə onu dindirməkdən imtina etmişdir. Halbuki, həmin şəxs məhkəmənin cavabdehə verdiyi suallar, görülmüş işlər, hissə-hissə ödənilmiş vəsait, iddiaçı və cavabdehin qarşılıqlı münasibətləri barədə bütün zəruri məlumatlara sahib olmuş, iddiaçının dəvəti ilə özü könüllü olaraq şahid kimi ifadə vermək istəmişdir. Məhkəmə özünün tələbi ilə ona təqdim edilən əlavə sübut və sənədləri (şahid ifadələri, işlərin təhvil aktları, bank və ödəniş sənədləri) özü də qəbul etməkdən və qiymətləndirməkdən imtina etmişdir. Kassator daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsinin yanlışlarını düzəltmək yerinə apelyasiya instansiya məhkəməsi də onun kimi həm maddi hüquq normalarını, həm də prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdi r. Apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını kobud şəkildə pozaraq yanlış hesablanmış iddia müddətini qəbul etmişdir. Qüvvədə olan qanunvericiliyə görə iddia müddətinin axımı subyektin öz hüquqlarının pozulduğunu bildiyi andır. Kassatorun mövqeyinə görə, aşağı instansiya məhkəmələri iddia müddətinin ötürülməsi barədə səhv nəticəyə gəlmiş, bununla bağlı maddi hüquq normaları məhkəmələr tərəfindən düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatları: İddiaçı “X2 xxx ” şirkətinin Azərbaycan Respublikasındakı filialının vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-872/2018 saylı,18 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya i nstansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh “xxx ” şirkətinin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan, tərəflər arasında bağlanmış borcun etirafı haqqında 18.12.2014-cü tarixli müqav iləyə əsasən 12 layihə əsasında cavabdehin iddiaçıya borcu 2.308.482,03 ABŞ dolları təşkil etmiş, həmin müqavilə əsasında borc məbləği 708.482,03 ABŞ dolları azaldılaraq 1.600.000 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra - Mülki Məcəllə) başqa şəxsdən hər sı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Ümumi iddia müddəti on il təşkil edir (373.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373.2.). İşdən göründüyü kimi, cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizədə 18 dekabr 2014-cü il tarixli razılaşmaya istinad etməklə pul tələb edilməsi üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin iddiaçı tərəfindən ötürdüyü nəzərə alınaraq iddianın təmin edilməməsi xahiş olunmuşdur. Mülki Məcəlləyə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəy yənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhk əmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İşdən göründüyü kimi, iş üzrə tərəflərin hüquq və vəzifələri onların arasında bağlanmış 18.12.2014-cü il tarixli borcun etirafı haqqında müqavilə əsasında yaranmışdır, iddiaçı həmin müqavilədən əvvəl və sonra cavabdehin ona borcu olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin müqavilənin icra müddəti müəyyən edilmədiyindən iddiaçının həmin borcu cavabdehdən tələb etmək hüququ müqavilə bağlandığı andan yaranmışdır. Yəni, iddiaçı müqavilə bağlandığı andan 3 (üç) il müddətində (18.12.2017-ci ilədək) cavabdehdən həmin borcu tələb etmək hüququna malik olmuşdur. Lakin i ddiaçı həmin müddəti ötürməklə, yəni 24.05.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin sonradan borcunu hissə-hissə ödədiyini, son ödənişin 30 iyun 2015-ci il tarixində olmaqla, ümumilikdə 450.000 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən ona ödənildiyini, cavabdeh borcunu hissə-hissə ödəməkdə davam etdiyi halda həmin vaxtlarda hüququnun pozulduğunu bilmədiyini və bununla bağlı məhkəməyə müraciət etmədiyini bildirsə də, iş materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istina d etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün iddia müddətinin ötürülməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iddiaçı iddia müddətinin ötürülməsi barədə cavabdehin ərizəsinə qarşı etirazını, yəni cavabdehin hazırda mübahisə edilən borcundan 30 iyun 2015-ci ilədək hissə-hissə ödəniş edildiyini sübuta yetirə bilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəf onda olan aktlarda cavabdehin iddiaçıya sifariş etdiyi müxtəlif işlərin görülməsinin öz əksini tapdığını bildirmışdır. Bununla bağlı apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, həmin aktlar 18.12.2014-cü il tarixli müqavilənin bağlanmasından əvvəlki dövrlərə aid tərtib edilmiş aktlardır. Yəni, tərəflər arasında olan qarşılıqlı hüquq və vəzifələr həmin müqavilə əsasında müəyyənləşdirilmişdir. Ondan əvvəl tərəflər arasında mövcud olmuş münasibətlər isə artıq əhəmiyyət kəsb etmir. Belə ki, Mülki Məcəlləyə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən səkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə veri lsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Apelyasiya məhkəməsi həmçinin həmin sübutların (iddiaçının istinad etdiyi aktların) apelyasiya baxışında qəbul edilməsinin mümkünlüyü məsələsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı həmin aktları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İşin apelyasiya baxışı zamanı isə onların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin qeyri-mümkün olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iddia çının bu dəlili ilə bağlı mövqeyini də düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra MPM) apelyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın (361.4.) Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X4 xxx ” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-872/2018 saylı 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-132/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-132/2019
03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver