Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-132/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "A" MMC-nin cavabdeh "B" Şirkətinə qarşı “maddi və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARI Açar sözlər: maddi və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlundan, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızının, İddiaçı "A" MMC-nin vəkili, nümayəndəsi cavabdeh "B" şirkətinin vəkili X3 iştirakı ilə, Cavabdeh şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kolleg iyasının 2019-cu il 19 noyabr tarixli 2-2(103)-797/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı "A" MMC (bundan sonra – “iddiaçı”) – sifarişçi ilə Cavabdeh "B" şirkəti (bundan sonra – “cavabdeh”) – podratçı arasında 2011-ci il 07 iyun tarixində bağlanmış podrat müqaviləsinin (bundan sonra – “podrat müqaviləsi”) şərtlərinə görə podratçı ünvan 1 ünvanında çoxmərtəbəli otel elektrik sistemlerinin malzeme ve quraşdırmasını verilən təklifə görə istismara tam yararlı halda sifarişçiyə təhvil-təslim verməlidir.
2. Podrat müqavilsiənin 4.1-ci bəndinə görə, bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlər (bu müqaviləyə 1 saylı əlavədə göstərilən cədvələ uyğun olaraq) gərəkli tikinti işləri quraşdırıldıqdan sonra 180 iş günü müddətində görülməlidir.
3. Podrat müqavilsiənin 5-ci maddəsinə görə, bu müqavilənin 2-ci maddəsində nəzərdə tutulmuş işlərin dəyərini materialları, avadanlıqları və işçilik də daxil olmaqla sifarişçi podratçıya ödəyir (1.500.000 USD).
4. Podrat müqaviləsinə 2013-cü il 11 iyul tarixli 1 saylı əlavə razılaşmada müəyyən edilmişdir ki, podrat müqaviləsinin 5-ci maddəsində “2.150.000 (AZN manatı ilə)” sözləri “2.750.000 AZN” sözləri ilə “2.738.854 (USD)” sözləri “3.503.185 ABŞ dolları” sözləri ilə əvəz edilmiş, işlərin həcminin artması, əlavə mal, material və avadanlıqların quraşdırılması ilə əlaqədar əlavə vaxt tələb olunacağı təqdirdə podrat müqaviləsinin müddəti də həmin vaxta qədər uzadılmış hesab edilmiş, sifarişçinin podratçıya verdiyi memarlıq layihələrində sifarişçinin verdiyi tək lifə təsir edəcək hər hansı dəyişiklik və əlavə edilməyəcəyi, sifarişçi tərəfindən alınmalı olan və podratçı tərəfindən quraşdırılmalı olan sanitar materialları vaxtında sifarişçi tərəfindən podratçıya təhvil veriləcəyi, podratçı, iş başa çatdıqda, tikinti meydançasında yerləşən anbarında artan bütün malları, materialları, əmək alətlərini, ofis materiallarını, rəsmi sənədlərini hər hansı dəyər ödəmədən alacaqdır. Sifarişçinin anbarındakı 1 ədəd 750 kW 30RB802 nömrəli model Carrier markalı soyuducu qurğunu podratçı Azərbaycan gömrüyündə xərcini sifarişçiyə ödədikdən sonra alacaqdır.
5. Podrat müqaviləsinə 2013-cü il 25 noyabr tarixli 2 saylı əlavədə müəyyən edilmişdir ki, sifarişçinin qalan borcu 565.450 AZN təşkil edir. Sifarişçinin əlavə ödəyəcəyi məbləğlər və podratçının əlavə gösəcəyi i şlər sadalanmışdır.
6. Podrat müqaviləsinə 2014-cü il 9 yanvar tarixli 1 saylı əlavədə müəyyən edilmişdir ki, sifarişçinin podratçıya 45.000 dollar köhnə görülən işlərdən, 158.000 dollar əlavə göstərilən işlər üçün cəmi qalan bocu 203.000 dollardır. Sifarişçi podratçıya 10.01.2014-cü il tarixdə 23.000 dollar ödəmə etməli idi. Sifarişçi və podratçı hər ayın 30-cu günündə görülən işləri sayacaq, görülən işin haqqının 50 faizini sifarişçi podratçıya 3 gün içində ödəyəcək. Podratçı əlavədəki elektrik sistemlərinin və aksesuarlarının montajını bitirdikdən sonra 30.000 dollar sifarişçi podratçıya ödəniş etməli idi. Sifarişçi otelin soft-opening sistemini düzəltdikdən sonra podratçıya qalan 30.000 dollar ödəyəcəkdir. Sifarişçi otelə ilk müştəri girəndən 1 ay sonra 30.000 dollar podratçıya ödəni ş edəcəkdir.
7. İddiaçının 2017-ci il 11 avqust tarixli 001-17 nömrəli əmrilə "X" otelinin müştərilərinin (sakinlərinin) "Booking.com", "TripAdvisor", "Expedia", "İHG" və digər internet portallarında yazdıqları şikayətlərinin təhlil edilməsi nəticəsində otelin qonaq otaqlarının havalandırılmasında müəyyən edilmiş nöqsan və qüsurların, müştərilərin narazı olmalarının səbəbini araşdırmaq məqsədi ilə 3 nəfərdən ibarət komissiya yaradılmış, komissiyanın tərkibinə iddiaçının baş mühəndisin müavini, mexanika üzrə nəzarətçisi və satış və marketing üzrə müdir müavini daxil edilmişdir.
8. Komissiyanın 2017-ci il 16 avqust tarixli aktında müəyyən olunmuşdur ki, cavabdehin işləri keyfiyyətli görməməsi, avadanlıqların tələbata uyğun seçilməməsi, otel otaqlarında fankoylların soyutma və isitmə güclərin in az olması, hər mərtəbədə isti və soyuq suyun açma-qapanma ventillərinin olmaması, ümümi sistemin səhv montajı, havalandırmaya aid ileks boruların daş yunu ilə tıxanması, vertikal qidanlandırma borularının düzgün montaj olunmaması kimi qüsurlu işlər görməsi nəticəsində “X" otelinin müştərilərinin (sakinlərinin) “Booking.com”, “TripAdvisor”, “Expedia”, “İHG" və digər internet portallarında yazdıqları şikayətləri və narazılıqları haqlıdır.
9. İddiaçının 2017-ci il 11 sentyabr tarixli 002-17 nömrəli əmrilə "X" otelinin 5-18-ci mərtəbələrdə qüsurların aradan qaldırılması, isitmə və soyutma sisteminin yenidən qurulması, smeta üzrə avadanlıqların və materialların siyahısının tərtib edilməsi, smeta üzrə avadanlıqların və materialların siyahısının tərtib olunması və bu layihə üzrə lazım olan işl ərin icra olunması "Mühəndis şöbəsi”nə, təsdiq olunmuş smeta dəyərinin və podratçıların gördüyü işlərin haqqının ödənilməsi "Maliyyə şöbəsi"nə tapşırılmış, habelə cavabdehin qüsurlu işi nəticəsində iddiaçıya vurulan zərərin müəyyən edilməsi məqsədilə kənar, müstəqil mütəxəssisin dəvət edilməsi, "X" otelinin 5-18-ci mərtəbələrdə qüsurların aradan qaldırılması, isitmə və soyutma sisteminin yenidən qurulmasına yeni podratçının cəlb edilməsi tapşırılmışdır.
10. İddiaçı (sifarişçi) ilə fərdi sahibkar X2 (podratçı) arasında bağlanmış 2018-ci il 11 may tarixli 1105/05 saylı xidmət müqaviləsində müəyyən olunmuşdur ki, icraçı sifarişçinin sifarişi ilə F.Səfərəliyeva küçəsi 5 ünvanında yerləşən obyektində isitmə borularının və fancoilların quraşdırılması işlərini həyata keçirir, sifarişçi isə həmin xidmətlər məqbul yerinə yetirildikdə onları qəbul edərək bu müqavilənin şərtlərinə uyğun xidmət haqqı ödəyir.
11. X3” MMC-nin 17.09.2018-ci il tarixli, ƏEM/S 49-849/18 nömrəli mütəxəssis rəyinə görə, ünvan 2də yerləşən 18 mərtəbəli “X" otelinin 13 (5-17-ci) mərtəbəsinin havalandırma (soyutma-isitmə) sisteminin qüsurlu olması səbəbindən tam yenilənməsi ilə əlaqədar çəkiləcək xərclərin, bununla yanaşı (təmir-bərpa işlərinin) və işlərin tam yerinə yetirilməsinə görə meydana çıxan xərclərin dəyəri 502.839,44 manat təşkil etmişdir.
12. İddiaçı tərəfindən cavabdehə və onun Azərbaycan Respublikasındakı filialına ünvanlanmış 2018-ci il 1 oktyabr tarixli pretenziya məktubunda cavabdehdən 1.042.068,15 manat məbləğində vurulan zərərin və iddiaçının işgüzar nüfuzuna 300.000 manat məbləğində vurulan zə rərin 10 gün müddətində ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbləri ilə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı 2018-ci il 31 oktyabr tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdehə və onun Azərbaycan Respublikasındakı filialına qarşı iddia qaldıraraq, cavabdehlərdən 1.042.068,15 manat maddi zərərin və 300.000 manat işgüzar nüfuzuna vurulan zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus X oteli İHG beynəlxalq otellər şəbəkəsi brendi altında fəaliyyət göstərir. Otel 2015-ci ildə açıldığı vaxtdan İngiltərənin bu nüfuzlu təşkila tının ticarət markasını istifadə etməkdədir. Hər il məhz bu məşhur markaya görə Booking.com, TripAdvisor, Expedia, İHG və digər internet portallarında müxtəlif ölkələrdən qruplar, şirkətlər, ayr-ayrı şəxslər onlayn rezervasiyalar edərək otelə qonaq gəlirlər.
15. Lakin cavabdehin binada havalandırma, isitmə-soyutma sistemini keyfiyyətsiz quraşdırması səbəbindən üç il ərzində qonaqlardan otaqların havalandırma sistemi ilə bağlı yüzlərlə şikayətlər gəlmişdir. Bu şikayətlər Booking.com, TripAdvisor, Expedia, İHG və digər internet portallarında da öz əksini tapmış, İHG beynəlxalq ticarət markasının və iddiaçının işgüzar nüfuzuna böyük xələl gətirmişdir.18 mərtəbəli “X" otelinin 13 (5-17-ci) mərtəbəsinin havalandırma (soyutma-isitmə) sistemi ilə bağlı işlər cavabdeh tərəfindən qüsurlu görüldüyün dən onun tam yenilənməsi, təmir-bərpa işlərinin yerinə yetirilməsinə görə iddiaçıya 502.839,44 manat zərər, iddiaçının işgüzar nüfuzuna 300.000 manat zərər, habelə otelin mərtəbələrinin məcburiyyət qarşısında təmirə bağlanması müddətində əldən çıxmış gəlir olaraq 539.528,71 manat məbləğində zərər dəymişdir. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır (bax yuxarıda §§ 1-12).
16. Cavabdeh podrat müqaviləsi üzrə yerinə yetirilmiş işlər də daxil olmaqla otelin istifadəyə verildiyinə, iddiaçının tələbi üzrə iddia müddətinin ötürüldüyünə, keçən müddət ərzində iddiaçının cavabdehə qarşı hər hansı tələbi olmadığına görə tələblərin heç birini qəbul etməmişdir. 17. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2018-ci il 21 noyabr tarixli qərardadı ilə cavabdehin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 53-cü maddəsinə əsasən cavabdehlərin sırasından çıxarılmışdır. 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 avqust tarixli 2-2(82)168/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən “X" otelinin 13 (5-17ci) mərtəbəsinin havalandırma (soyutma-isitmə) sisteminin qüsurlu olması səbəbindən tam yenilənməsi ilə əlaqədar aparılan təmir-bərpa işlərinə çəkilən xərclərin dəyəri kimi 502.839,44 manat, təmir-bərpa işləri müddətində əldən çıxmış gəlir olaraq 54.000 manat və iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərə görə 15.000 manat, cəmi 571.839,44 manatın və 15 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim – X.İ).
19. Məhkəmə müəyyən etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilmir. Ona görə ki, podrat müqaviləsi üzrə qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Hazırki iş üzrə görülmüş işlərin qəbulu ilə bağlı hər hansı formada sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı bu halı müəyyən etmək mümkün olmamışdır.
20. Məhkəmə qeyd etmişdir ki, işlərin qüsurlu olması səbəbindən çəkilən xərclərin dəyəri kimi tələb edilən 502.839,44 manat işdə olan mütəxəssis rəyi, xidmət müqaviləsi və görülən işlərin video çəkilişi ilə təsdiq edildiyinə görə əsaslı sayılır və həmin hissədə iddia tam təmin edilməlidir. 21. 539.528,71 manat məbləğində əldən çıxmış gəlir üzrə tələbi təqdim edi lən sübutlar tam təsdiq etmir. Tərəflərin izahatından və işdə olan sənədlərdən məlum olur ki, təmir işləri 517-ci mərtəbələrdə aparılmış və təmir zamanı otelin bütün mərtəbələri deyil, növbəliliklə 2 mərtəbəsi təmirə bağlanılmışdır. Digər tərəfdən, iddiaçının təqdim etdiyi 2019-cu il 30 may tarixli arayışda 2017-ci ildə və 7 ay ərzində aparılan təmirlə bağlı 2018-ci ildə otaq satışının müqayisəli cədvəlində 771.816 manat fərqin (ziyanın) məhz təmirlə birbaşa əlaqəsi görünmür və bu əsasla cavabdehdən 539.528,71 manat tələb edilməsi əsassızdır. Belə ki, görüləcək işlərə görə 18 mərtəbəli “X" otelinin cəmi 2 mərtəbəsinin təmirə bağlanması, həcminə görə ümumi sahə üzrə yox, mərtəbə üzrə otelin cəmi 10-11 faizini təşkil edir. Ona görə də əldən çıxmış gəlirin ümumi zərərin təxminən 10% miqdarınd a (54.000 manat) təmin edilməsi hər iki tərəfin mənafeyi baxımından ədalətli və mütənasibdir.
22. Məhkəmənin qənaətinə görə, yayılmış məlumatlar iddiaçının işgüzar nüfuzuna xələl gətirsə də, həmin məlumatlar həqiqəti əks etdirdiyinə görə iddia predmeti ola bilməz.
23. Məhkəmə öz qətnaməsini MM-in 23, 776.1, 776.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.3, 217.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarının 3-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təc rübəsi haqqında” 1999-cu il 14 may tarixli 7 saylı Qərarının 3-cü bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 1997-ci il 23 aprel tarixli, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 2007-ci il 26 iyul tarixli, «Qavazov Bolqarıstana qarşı» 2008-ci il 6 mart tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh həmin qətnamədən 2019-cu il 29 avqust tarixində apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
25. İddiaçı həmin qətnamədən 2019-cu il 25 sentyabr tarixində apellyasiya şikayəti verərək, qətnamənin qismən (qalan hissədə iddia təmin edilməsin hissəsində) ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş et mişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il tarixli 19 noyabr tarixli 2-2(103)-797/2019 saylı qətnaməsi ilə hər iki apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 15 avqust tarixli 2-2(82)168/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.A, hakimlər – A.N və C.Y).
27. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§18-23).
28. Məhkəmənin qətnaməsi tərəflərə 2019-cu il 29 noyabr tarixində göndərilmiş və cavabdehin kassasiya şikayəti 2020-ci il 22 yanvar tarixində Bakı Apellyasiya Məhkəməs inə daxil olmuşdur.
29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tamamilə ləğv edilməsini və və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Kassasiya şikayətində cavabdeh göstərmişdir ki, iddia müddəti ötürülmüşdür. Bundan əlavə, müqaviləyə əsasən görülən bütün işlər yararlı vəziyyətdə yerinə yetirilmişdir. İddiaçı həmin vaxtdan cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız qiymətləri mübahisələndirməyə cəhd etmişdir. Binanın dövlət komissiyası tərəfindən istismara qəbul olunması və bundan sonra uzun müddət ərzində istifadə olunması cavabdehin hər hansı işi qüsurla görməsini istisna edir.
31. Mübahisə Türkiyə Respublikasının məhkəmələrinə aiddir. Podrat müqavil əsinin 13cü bəndində mübahisənin hansı ölkəsinin məhkəmələri tərəfindən baxılmasına dair razılıq əldə edilməmişdir.
32. Cavabdehin nümayəndələri qüsurların araşdırılması ilə bağlı komissiyaya daxil edilməmiş, araşdırmaya cəlb edilməmiş, qüsurların aradan qaldırılması cavabdehə təklif edilməmiş, cavabdehdən hər hansı əlavə icra tələb edilməmiş, ona bu barədə xəbər belə verilməmişdir.
33. İşə məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Hazırkı tələbə əvvəllər məhkəmə tərəfindən baxılmışdır.
34. Cavabdeh kassasiya şikayətini MM-nin 5.3, 375.2, 763, 764.1, 776.1-ci, MPM-nin 35.1, 35.2-ci maddələrinə, “Beynəlxalq hüquq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Beynəlxalq hüquq haqqında” Qanun”) 25.1.6-cı maddəsinə, “Tikinti işlərinin təşkili, aparılması və ti kintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları”nın – AzDTN 1.6-1–6-cı maddəsinin 3 bəndinin ikinci hissəsi, 3 saylı Əlavənə istinad etməklə əsalandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatında kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi prosessual hüquq normalarının tələbləri pozulduğunu bildirdi.
36. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu, apellyasiya məhkəməsinin işə baxarkən heç bir maddi və prosessual hüquq pozuntusuna yol vermədiyini bildirdi, şikayətin təmin ed ilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
37. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
38. İş üzrə cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və proses sual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
40. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yer ə görə verilir....” “Maddə
36. İddiaçının seçməsinə görə aidiyyət... 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.... 36.13. Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur.” “Maddə
254. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:... 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;...” “Maddə
256. İcraatı dayandırma müddətləri 256.0. İş üzrə icraat aşağıdakı hallard a dayandırılır:... 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər;...” “Maddə
261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları... 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....” 41. “Beynəlxalq hüquq haqqında” Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn müəyyən edilməsi 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir.... 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.” “Maddə
25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsi... 2 5.1. Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir:... 25.1.6. podrat müqaviləsində - podratçının;...”
42. KMP-nin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 2004-cü il 25 mart tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar müəyyən edilir: “...məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəq qəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.”... “İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.”... “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir.”
43. KMP-nin “Natəvan Musayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2009-cu il 7 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli Qərarında müvafiq müddəalarında aşağıdakılar müəyyən edilir: “...həmin Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadı qda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır....”
44. KMP-nin "Marine Plaza" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusi yasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar müəyyən edilir: “...tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.......tərəflər elektik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsinə 9 yanvar 2014cü ildə əlavə razılaşma imzalamışlar. Həmin əlavə razılaşmada Şirkətin hər 30 gündən bir gördüyü işlər barədə məlumat verməsi və buna müvafiq olaraq müəyyənləşdirilmiş qrafi k üzrə ödənişlərin həyata keçirilməsi razılaşdırılmışdır. Beləliklə, tərəflər göstərilən müqavilələr üzrə ödənişlərin görüləcək işlərin nəticəsindən asılı olaraq hissə-hissə həyata keçiriləcəyini razılaşdırmışlar.... Hazırkı iş üzrə birinci instansiya məhkəməsi podrat müqaviləsi üzrə tərəflərin öz öhdəliklərini tam icra edib-etməmələrini lazımınca araşdırmamış və cavabdehin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşıması barədə qənaətini kifayət qədər əsaslandırmamışdır. Eyni zamanda, məhkəmələr İddiaçı MMC ilə Şirkət arasında bağlanmış x xxxx 2011-ci il tarixli İddiaçı MMC-yə məxsus çoxmərtəbəli otel və biznes mərkəzində elektrik sistemlərinin quraşdırılmasına dair podrat müqaviləsi üzrə öhdəliklərin icra edildiyi qənaətinə gələrkən Azərbaycan Respublikası Sənayə və Energetika Nazirli yi Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş İstismara buraxılma aktı və xx xxxx 2013-cü il tarixli elektrik quraşdırma işlərinin təhvil-təslim aktına istinad etmişlər. Məhkəmələr nəzərə almamışlar ki, tərəflər arasında yuxarıda qeyd olunan podrat müqaviləsinə x xxxxxx 2014-cü il tarixində 1 saylı əlavə razılaşma imzalanmış və həmin əlavə razılaşma üzrə yeni öhdəliklər yaranmışdır.” İV. Alİ MƏHKƏMƏNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
46. İşin materiallarından görünür ki, hazırkı mübahisədən əvvəl eyni tərəflər arasında eyni müqavilə və razılaşmala rdan irəli gələn öhdəliklərin icra olunmamasına dair başqa mübahisə yaranmışdır və həmin mübahisə hazırda davam etməkdədir.
47. Belə ki, 2016-cı ildə hazırkı iş üzrə cavabdeh olan şirkət 613.200 manat və 231.840 ABŞ dollar vəsaitin tutulmasına dair hazırkı iş üzrə iddiaçı olan İddiaçıya qarşı məhkəmədə iddia qaldırmış, tələblərini İddiaçının hazırkı mübahisənin predmeti olan müqavilə və razılaşmalardan irəli gələn öhdəliklərini yerinə yetirməməsi, 2015-ci il 4 fevral tarixində MMC-nin nümayəndələri tərəfindən Şirkətin işçilərinin inşaat sahəsindən çıxarılması və ora girişlərinə qadağa qoyulması, Şirkətə məxsus inşaat alət və avadanlıqlarının qaytarılmaması, nəzrədə tutulmuş bütün işlərin tam yararlı vəziyyətdə təhvil verilməsi, dövlət qəbul komissiyasının binanın istismarına icazə verməsi və digər hallarla əlaqələndirmişdir.
48. İddiaçı həmin icraatda qarşılıqlı iddia verərək Şirkətdən ümumilikdə 55.729 manat və 494.661 ABŞ dolları vəsaitinin tutulmasını tələb etmiş, bunu podratçı tərəfindən 246.729 manat dəyərində mexaniki işlərin və 174.000 manat dəyərində elektrik işlərinin tamamlanmaması və digər hallarla əlaqələndirmişdir. 49. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 5 yanvar tarixli 2-2(81)-8/2017 saylı qətnaməsi ilə həmin iş üzrə ilk iddia qismən təmin edilmiş, İddiaçıdan 249.550 manat və 138.000 ABŞ dollarının tutularaq Şirkətə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
50. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir.
51. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 24 aprel tarixli 2-2(1 03)-218/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
52. Hər iki tərəf bu qətnamədən kassasiya şikayəti vermişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 sentyabr tarixli 2-2(103)-381/2017 saylı qətnaməsi ilə kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
54. İlk mübahisə üzrə KMP-nin 2018-ci il 11 iyun tarixli Qərarı ilə (bax yuxarıda §44) Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq yenidən baxılması tapşırılmışdır (işin materialları, İİ cild, səh. 118-17 7).
55. İşin materialları ilə həmin mübahisənin başa çatması müəyyən olunmur. Bundan başqa, hazırkı iş üzrə cavabdeh tərəfin vəkilinin məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, KMP-nin 2018-ci il 11 iyun tarixli Qərarından sonra əvvəlki mübahisəyə apellyasiya instansiyası məhkəməsində baxılaraq müvafiq qətnamə qəbul edilmiş, sonradan həmin qətnamə kassasiya instansiyası məhkəməsinin müvafiq qərarı ilə ləğv olunaraq iş baxılmaq üçün qətnaməni qəbul etmiş apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, bundan sonra həmin mübahisənin mahiyyəti üzrə başqa məhkəmə qərarı olmamışdır.
56. Göründüyü kimi, tərəflərin podrat razılaşmasından irəli gələn öhdəliklərini tam icra edib-etməməsi məsələləri hazırda mübahisəli vəziyyətdədir.
57. Məhkəmə kollegiyası hesab edir ki, əvvəlki mübahisə üzrə iddia tələblərinə məhkəmə qaydasında aydınlıq gətirilmədən hazırkı mübahisənin ədalətli və əsaslı həlli qeyrimümkündür.
58. Belə ki, hazırkı mübahisə üzrə iddiaçının tələblərini cavabdeh tərəfindən işlərin qüsurlu yerinə yetirilməsi nəticəsində ona müvafiq məbləğdə dəymiş zərərin (ümumilikdə 1.342.068,15 manat) Şirkətdən tutulması təşkil edir.
59. İşlərin qüsurlu yerinə yetirilməsi (əgər belə hallar həqiqətən olmuşdursa) məhz podrat müqaviləsinin və ona dair əlavə razılaşmaların tələblərinin, onlardan irəli gələn öhdəliklərin podratçı tərəfindən pozulması kimi qiymətləndirilməlidir. Həmçinin MMC-yə zərər vurulması faktı həqiqətən mövcuddursa, bunun podratçı tərəfindən işlərin natamam yerinə yetirilməsi nəticəsində baş verməsini əvvəlcədən istisna etmək olmaz.
60. Qeyd olunanlarla əl aqədar məhkəmə kollegiyasının mövqeyi belədir ki, hazırkı mübahisənin ədalətli və əsaslı həlli məqsədilə ilk mübahisəyə dair yekun məhkəmə qərarının çıxarılmasının gözlənilməsinə zərurət yaranmışdır.
61. Lakin işə baxan birinci instansiya məhkəməsi buna məhəl qoymadan mübahisənin mahiyyəti üzrə həll olunmasına dair qətnamə çıxarmış, MPM-nin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş vəzifəni (bax yuxarıda §40) yerinə yetirməməklə prosessual pozuntuya yol vermiş, apellyasiya instansiya məhkəməsi isə həmin məsələyə hüquqi qiymət vermədən qətnaməni qüvvədə saxlamışdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, ilk mübahisə üzrə qeyri-müəyyənliyin davam etdiyi vəziyyətdə, podrat razılaşması üzrə tərəflərin öz öhdəliklərini yerinə yetirib-yetirməməsi məsələlərinə tam aydınlıq gətirilmədiyi halda Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-797/2019 saylı 2019-cu il 19 noyabr tarixli qətnaməsi iş üzrə vaxtından qabaq və düzgün olmayan nəticə çıxarılmasına səbəb ola bilər, ona görə də həmin qətnamə ləğv edilməlidir.
63. Kassasiya şikayətində hazırkı tələblərin əsasları ilə eyni olan iddiaya hazırda məhkəmədə baxıldığı əsas gətirilərək MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq icraata xitam verilməli olduğu göstərilir (bax yuxarıda §33). Məhkəmə kollegiyası bu istinadı düzgün hesab etmir. Belə ki, KMP-nin 21 iyun 2010-cu il tarixli Qərarında müəyyən edildiyi kimi, MPM-nin 261.0.1-ci maddəsinin tətbiqi mübahisəli hüquq münasibətinin hələ yaranmaması və ya mübahisəli hüquq münasibətinə məhkəmədən kənar baxılmalı olması halları mövcud olduqda mümkündür (bax yuxarı da §43). Belə hallar hazırkı mübahisədə yoxdur.
64. Əgər şikayətçinin qeyd etdiyi kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə digər məhkəmə mübahisəsi mövcud olsaydı, MPM-nin 261.0.2-ci maddəsinə uyğun olaraq hazırkı iş üzrə iş üzrə icraata xitam verilməli idi, bir şərtlə ki, ilkin mübahisə üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun (bax yuxarıda §40). Lakin ilkin mübahisə üzrə hazırda yekun məhkəmə qərarı yoxdur. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, həm hazırkı, həm də əvvəlki mübahisə əsasən eyni müqavilə və razılaşmalardan irəli gələn öhdəliklərin icra olunmamasına dair yaransa da, onlar arasında müəyyən bağlılıq olsa da, bu mübahisələrdən irəli gələn tələblər eyni deyildirlər. Bununla əlaqədar hazırkı mübahisə üzrə MPM-nin 261-ci maddəsi t ətbiq edilərək icraata xitam verilməsi üçün əsas yoxdur.
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia müddətinin ötürülməsi dəlilinə (bax yuxarıda §30) dair bildirir ki, yuxarıda qeyd olunduğu kimi (bax yuxarıda §§46-57), hazırkı mübahisədən əvvəl eyni tərəflər arasında bu mübahisə ilə sıx bağlı olan başqa mübahisə yaranmışdır və həmin mübahisə hazırda məhkəmə müstəvisində davam etməkdədir. İlk mübahisəyə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə aydınlıq gətirilmədən hazırkı mübahisənin ədalətli və əsaslı həlli qeyri-mümkündür.
66. Bundan başqa, ilk mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017ci il 5 yanvar tarixli 2-2(81)-8/2017 saylı qətnaməsindən görünür ki (işin materialları, İİ cild, səh. 119), ilk mübahisə ilə əlaqədar da Şirkət tərəfindən iddia müddətinin tə tbiqinə dair ərizə verilmişdir. Yəni həmin məsələ ilkin mübahisə zamanı məhkəmə baxışının predmeti olmuşdur. Ona görə də bu məsələyə ilk mübahisənin yekunlarına uyğun olaraq aydınlıq gətirilə bilər.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında podrat müqaviləsində razılığın əldə olunmaması səbəbindən hazırkı mübahisənin Türkiyə Respublikasının məhkəmələrinə aid olması dəlili (bax yuxarıda §31) ilə də razılaşmır. Belə ki, podrat müqavilənin 13-cü bəndində müəyyən edilmişdir ki, bu Müqavilədən irəli gələn bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll olunacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, müqavilədə mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll olunmasının müəyyən edilməsi həm tətbiq edilməli hüquq, həm də mübahisələrə baxan məhkəmə seçilərkən Azərbaycan Respublikasının qanunvericiliyinin əsas götürülməsini nəzərdə tutur.
68. Eyni zamanda, kassasiya şikayətində mübahisəyə Türkiyə Respublikasında baxılmalı olması ilə əlaqədar “Beynəlxalq xüsusi hüquq haqqında” Qanunun 25.1.6-cı maddəsinə istinad edilməsi də əsassızdır. Belə ki, Qanunun 25-ci maddəsi tərəflərin razılığının olmadığı halda müqaviləyə tətbiq olunan hüququn seçilməsini tənzimləyir (bax yuxarıda §41). Mübahisə predmeti olan podrat müqaviləsində isə mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll olunacağı nəzərdə tutulur. Başqa sözlə, tərəflər podrat müqaviləsində mübahisələrin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll olunacağına dair aydın ifadə olunmuş razılığa gəlmişlər. Ona görə də hazırkı mübahisə üzrə sözügedən Qanunun 25.1.6-cı maddəsinə istinad olunması əsaslı hesab oluna bilməz.
69. Bundan başqa, şikayətçinin mövqeyini əsaslandırmaq üçün həmçinin MPM-nin 35.1 və 35.2-ci maddələrinə istinad etməsi də əsaslı deyildir. Belə ki, MPM-nin 35-ci maddəsi ümumi aidiyyət qaydalarını nəzərdə tutur. Ümumi aidiyyət qaydalarından istisnaları müəyyən edən MPM-nin 36-cı maddəsi isə iddiaçının seçiminə görə (alternativ) aidiyyət qaydalarını nəzərdə tutur. Podrat müqaviləsi üzrə icra yeri Bakı şəhəri olduğundan hazırkı mübahisə ilə bağlı MPM-nin 36.11 və 36.13-cü maddələrinə uyğun olaraq, iddiaya Bakı şəhərindəki müvafiq kommersiya məhkəməsinin baxması tamamilə qanuni hesab olunmalıdır (bax yuxarıda §40).
70. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, istər podrat müqaviləsinin müddəalarına, istərsə də MPM-də nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun olaraq iddiaya Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunmaqla baxılması qanuni və əsaslı olmuşdur.
71. Məhkəmə kollegiyasının yuxarıda §65-də ifadə olunmuş mövqeyi kassasiya şikayətinin cavabdehin nümayəndələrinin qüsurların araşdırılması ilə bağlı komissiyaya daxil edilməməsi, araşdırmaya cəlb edilməməsi, qüsurların aradan qaldırılmasının cavabdehə təklif edilməməsi, cavabdehdən hər hansı əlavə icra tələb edilməməsi, ona bu barədə xəbər belə verilməməsinə dair dəlilinə (bax yuxarıda §32) də aiddir.
72. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 19 noyabr tarixli 2-2(103)-797/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.