Məhkəmə qərarları › İş №2-2(102)-132/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-132/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-132/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası xxxx Nümayəndə MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, xxxx Nümayəndə MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borc tələbinə dair kommersiya işi üzrə xxxx tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(105)-111/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Nümayəndə MMC-nin (bundan sonra – “xxxx”) xx xxxxx 2019-cu il tarixli nizamnaməsinə görə, Cəmiyyət “xxxx“MMC-nin tam hüquq varisidir. 2. “xxxx” MMC (Nümayəndə MMC) ilə “xxxx” ASC (bundan sonra – “cavabdeh”) arasında xx xxxxxx 2015-ci il tarixdə AS 003/0115 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

3. AS 003/0115 nömrəli, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əlavənin 1.3-cü bəndinə görə alıcıya təhvil verilmiş malların qiyməti aylıq şəkildə ödənilir və bir ay ərzində təhvil verilmiş malların qiyməti növbəti ayın ilk həftəsi ərzində həmin malların alıcıya verilməsinə dair təhvil təslim aktlarına və qaimə-fakturalara əsasən verilmiş hesabfakturalara əsas ən nağd və ya köçürmə yolu ilə ödənilməlidir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(85)415/2017 saylı qərardadı ilə xxxx “xxxx” MMC-nin (Nümayəndə MMC) cavabdehdən 17.955,94 (on yeddi min doqquz yüz əlli beş manat, doxsan dörd qəpik) manat qalıq borcun, gecikdirilmiş müddət üçün 1.795,59 (min yeddi yüz doxsan beş manat, əlli doqquz qəpik) manat cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 19.781,53 (on doqquz min yeddi yüz səksən bir manat, əlli üç qəpik) manat məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi xxxxnın və cavabdehin nümayəndələri gəlmədiyinə görə baxılmamış saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat 5. xxxx cavabdehə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17.955,94 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 1.795,59 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 19.781,53 manat məbləğində pulun tutularaq, MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, AS 003/0115 nömrəli, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, xxxx öz istehsalı olan müvafiq həcmdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə xxxxdan aldığı malın dəyərini qismən ödəmiş, lakin xxxxya ümumilikdə 17.955,94 manat ödənilməyən borcu qalmışdır. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi, yəni xxxxya olan qalıq borcunun ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun tam şəkildə ödənilməsini təmin etməmişdir. 7.Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli, e-2-2(119)354/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – X.Tağıyev).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xxxx ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xxxx öz istehsalı olan müvafiq həcmdə beton məhsulunu cavabdehə təhvil vermişdir. Cavabdeh həmin müqavilə üzrə xxxxdan aldığı malın dəyərini qismən ödəsə də, xxxxya ödənilməyən borcu qalmışdır. Lakin, Nümayəndə MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edən vaxt artıq iddia müddəti ötmüşdür. Çünki, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2015-ci ildə bağlanmış, müqavilə öhdəliyi 1 ay ərzində icra edilməli olduğu halda yerinə yetirilməmişdir. xxxxnın cavabdehə qarşı hazırkı iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur.

9. Göründüyü kimi, öhdəliyin pozulmasından 5 ildən artıq vaxt keçmişdir. Müqavilə öhdəlikləri üzrə isə iddia müddəti 3 il təşkil edir. Məhkəmədə xxxxnın nümayəndəsi cavabdehə qarşı eyni tələb üzrə iddia ərizəsinin baxılmamış saxlanması barədə xx.xx.2017-ci il tarixli məhkəmə qərardadının olmasını əsas gətirərək, iddia müddətinin axımının kəsildiyini bildirmişdir. Lakin, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyindən bu, iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 427.3, 442, 445.1, 448.1, 448.2, 462.1, 373.2, 377.1, 375.2, 381.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”)14.2, 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 11. xxxx həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(105)-111/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən), Z.İ.Məmmədov və S.A.Qafari) xxxxnın apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli, e-2-2(119)-354/2020 saylı qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlə “xxxx” MMC arasında xx xxxxxx 2015-ci il tarixdə 1 il müddətinə qüvvədə qalan nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış 1 nömrəli əlavəyə əsasən müqavilə üzrə alıcıya təhvil verilmiş malların qiymətinin aylıq şəkildə ödənilməli olması müəyyənləşdirilmişdir. “““““““ 14. xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi 1 il müddətinə bağlanmış, müqavilənin müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. İddia müddətinin axımı xx xxxxxx 2016-cı il tarixdən başlamışdır. xxxx iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019cu il tarixədək müraciət etməli olduğu halda, xx xxx 2020-ci il tarixdə müraciət etmişdir.“ Odur ki, iddia ərizəsi məhkəməy ə iddia müddəti ötürülməklə verilmişdir.

15. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz.

16. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 373.2, 375.2, 376, 381.1 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır. 17. xxxx həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA Şİ KAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Məhkəmə cavabdehin “iddia müddətinin tətbiq olunması barədə” ərizəsinə qiymət verərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin Məcəllənin “İddia müddətinin şamil edilmədiyi tələblər” adlı 384-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqın da tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 19. xxxxnın cavabdehdən tələb etdiyi pul vəsaiti xxxxnın mülkiyyət hüququnun obyektini təşkil edir. Belə olan halda, xxxxnın sözügedən tələbinə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.

20. İş materialları (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, müqavilə üzrə mal(lar)ın cavabdehə təqdim olunmasına dair qaimə fakturalar və s.) ilə cavabdehin xxxxya borcunun olması öz təsdiqini tapsa da, məhkəmə həmin sübutları nəzərə almamış və iddia müddətini tətbiq etməklə kifayətlənmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Kassasiya şikayəti Mü lki Məcəllənin 135.1, 152.1-ci, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

23. Cavabdehin nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiaz edərək onun təmin edilməməsini, Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 24. xxxx məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

25. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.

26. Məhkəmə kollegiyası xxxxnın məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə xxxx tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. Mülki Prosessual Məcəllənin 416-cı madd əsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı “ 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları “ 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlmə si üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə

427. Öhdəliyin icrası müddəti “ 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı “ Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

445. Borclunun icranı gecikdirməsi “ 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəl əri üçün kreditor qarşısında məsuliyyət daşıyır”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti “ 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır...”. “Maddə

462. Dəbbə pulu anlayışı “ 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi t ələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. “Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir”. “Maddə

375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır”. “Maddə

376. İddia müddətinin əlavə tələblərə tətbiqi “ Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir”. Maddə

381. İddianın baxılmamış saxlandığı halda iddia müddət inin axımı “ 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi “ 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunduğından iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(105)-111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. 33. xxxxnın kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, məhkəmə cavabdehin “iddia müddətinin tətbiq olunması barədə” ərizəsinə qiymət verərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, xxxxnın cavabdehdən tələb etdiyi pul vəsaiti xxxxnın mülkiyyət hüququnun obyektini təşkil edir. Belə olan halda, xxxxnın sözügedən tələbinə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.

34. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, xx xxxxxx 2015-ci il tarixli alqı-satqı müqaviləsi 1 il müddətinə bağlanmış, müqavilənin müddət i xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. İddia müddətinin axımı xx xxxxxx 2016-cı il tarixdən başlamışdır. xxxx iddia ərizəsi ilə məhkəməyə xx xxxxxx 2019-cu il tarixədək müraciət etməli olduğu halda, xx xxx 2020-ci il tarixdə müraciət etmişdir.“

35. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırkı mübahisə tərəflər arasında müqavilə münasibətlərindən irəli gəldiyindən və bu münasibətlərə iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Müqavilə münasibətlərindən yaranan tələblərə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün hesab edilə bilməz. Apelyasiya Məhkəməsinin gəldiyi nəticə il ə razılaşan məhkəmə kollegiyası xxxxnın kassasiya şikayətində bununla bağlı qeyd edilən dəlillərini əsassız hesab edir.“““““ 36. xxxxnın kassasiya şikayətinin dəlillərində həmçinin qeyd edilmişdir ki, Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya olduğundan və mülkiyyətçinin həmin pula mülkiyyət hüququnun pozuntusunun aradan qaldırılması barədə tələblərə iddia müddəti şamil edilmir.

37. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinin nəticəsi olaraq, kreditorun, borcun qaytarılması – müəyyən pul məbləğinin ödənilməsi barədə iddia tələbi, iddia müddəti şamil edilməyən mülkiyyətçinin mülkiyyət hüququnun pozuntusunun aradan qaldırılması barədə tələblərlə eyniləşdirilə bilmədiyindən, məhkəmə tərkibi şikayətin bu dəlilini də uğurlu hesab etmir.

38. Məhkə mə kollegiyası, qanunvericiliklə müqavilə öhdəlikləri üzrə iddia müddətinin 3 il müəyyən edildyini, xxxxnın isə müvafiq tələblə məhkəməyə 5 ildən artıq vaxt keçdikdən sonra, iddia müddəti ötürülməklə müraciət etdiyini nəzərə alaraq, kassasiya şikayətinin iş materialları ilə cavabdehin xxxxya borcunun olması öz təsdiqini tapsa da, məhkəmənin həmin sübutları nəzərə almaması və iddia müddətini tətbiq etməklə kifayətlənməsi barədə dəlillərinə də tənqidi yanaşır.

39. Beləliklə, İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apely asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 22(105)-111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

41. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(105)-111/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar