Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-133/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı “İddiaçı.” Bahamas Şirkətinin cavabdeh “Cavabdeh” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin ləğv edilməsi, öhdəliyə əməl olunmadığına görə borcun, penyanın, çəkilmiş əlavə xərcin və zərərin ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X8 X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı “İddiaçı.” Bahamas Şirkətinin vəkili X4 iştirakı ilə, İddiaçı “İddiaçı.” Bahamas Şirkətinin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” QSC-yə (bundan sonra cavabdeh) qarşı“müqavilənin ləğv edilməsi, borcun, penyanın, çəkilmiş əlavə xər cin və zərərin ödənilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-677/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixdə Hİİ/ROR/001/2016 saylı müqavilənin şərtlərinə görə satıcı şirkət (iddiaçı) baş spesifikasiyada və əlavədə göstərilən farmaseptik məmulatları “CİF Baku” (İnkoterms2010) şərti ilə alıcıya (cavabdehə) satmağı, alıcı isə təhvil aldığı məmulatlara görə ödəməni ABŞ dolları şəklində bank köçürməsi ilə satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə alıcının üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyi üçün satılmış əmlakın dəyərinin ödənilməsini tələb edir. Cavabdeh xx xxxxxxx 2016-cı il tarixli müqavilə üzrə 25.000 ABŞ dolları borcdan ayrı-ayrılıqda 2.000, 7.000 və 4.000 ABŞ dolları məbləğlərində ödəmələr apardığını bildirir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş bank qəbzinə əsasən xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən müqavilə üzrə 4000 ABŞ dolları pul ödənilmişdir. İddiaçı cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hİİ/ROR/001/2016 saylı müqavilənin ləğv edilməsinə, cavabdehin şirkətə borclu olduğu 16884 ABŞ dolları məbləğində, eləcə də 2200 avro məbləğində pulun, vurulmuş maddi zərərə görə 1528 ABŞ dolları məbləğində pulun, tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və işgüzar nüfuza vurulmuş 100000 manat məbləğində pulun, ümumilikdə, 18412 ABŞ dolları, 2200 avro və 100030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq şirkətə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək cavabdehə müvafiq məmulatları təhvil vermiş, lakin sonuncu öz öhdəliyini yerinə yetirməmiş, həmin mallara görə onun satıcıya 16.884 ABŞ dolları borcu yaranmışdır. Halbuki, müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən ödəmə iki mərhələdə: ödəmənin 50%-i sifariş verilən andan 5 iş günü ərzində ödənilməli; qalıq 50% ödəmə məmulatları hazır olduqdan sonra ödənilməli idi. Lakin məmulatlar cavab dehə təhvil verilsə də, müvafiq məbləğlər iddiaçıya ödənilməmişdir. Bundan başqa, müqavilənin 3.3cü bəndinə əsasən alıcı öz ölkəsində ödəniləcək bütün vergilərə, məmulatların gömrük xərclərinə, həmçinin digər xərclərə cavabdehdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin əvəzinə 2.200 avro məbləğində “demmurrage” xərcləri ödənilmişdir. Tələb olunmasına baxmayaraq, bu məbləğ də cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilə bağlanan zaman iddiaçı tərəfindən əsas götürülən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə, eləcə də müqavilə şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına dəlalət edir. Göstərilən borcun ödənilməsi təklifi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, bu günə qədər həmin şirkət tərəfindən borc iddiaçıya ödənilməmiş, cavabdeh tərəfindən üzərinə g ötürülən öhdəlik icra edilməmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 399.1, 425.1, 430.1, 442-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-2(82)-37/2018 saylı iş) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hİİ/ROR/001/2016 nömrəli müqavilə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 16.884 ABŞ dolları məbləğində əsas borc, 1.528 ABŞ dolları məbləğində dəymiş ziyan kimi dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 5 manatının tutulması, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun 25 manatının iddiaçıya aid edilməs i qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X7məruzəçi, X11 və X10, 2-2(103)-384/2018 saylı iş) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Dadaşov İlqar Ağababaş oğlu-məruzəçi, X2 və Hüseynov Azər Soltanhəmid oğlu, 22(102)-251/2019 saylı iş) x xxxx 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərƏhmədov İlham Bayram oğlu-məruzəçi,X5 və X6, 2-2(103)-677/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 12.884 ABŞ dolları məbləğində əsas borc, 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun iddiaçının xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsininxx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən ödənilmiş 4000 ABŞ dollarının hazırkı müqavilə üzrə olması barədə cavabdehin dəlilinin sübut olunması ilə bağlı məhkəmə kollegiyası haqlı nəticəyə gəlsə də, əsas borcun 12.284 ABŞ dollarının tutulmasını nəzərə alaraq, 1.528 ABŞ dolları məbləğində dəymiş ziyan kimi dəbbə pulunun azaldılaraq 1000 ABŞ dolları tutulması ilə bağlı məhkəmə kollegiyası ədalətsiz nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan da məlum olur ki, iddiaçı tərəf iddia etdiyinin əksinə müqavilənin şərtlərini kobud şəkildə pozmuş və müqavilənin ləğv edilməsinə əsas vermişdir. Ona görə də hesab edirik ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılması ilə bağlı nəticəyə gəlməli, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalı idi. Həmçinin tərəflər arasında müqavilə bağlandıqdan sonra müqaviləyə əlavə edilmiş, farmaseptik məmulatların qiymətləri ilə bağlı hissədə dəyişiklik edilmiş və tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı verdiyi vədin üstündə durmayaraq öz ehtiyatsızlığı ucbatından gömrük və vergi orqanlarında yaranan və həll edilməsini öhdəliklərinə götürdüyü fərqi ödəmək üçün həmin dövr üçün zaman və maliyyə problemi olduğunu əsas gətirmiş, cavabdeh tərəfi təmsil edən Aslanlı Elmir bu barədə anlayış göstərmiş və tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ilə bağlı müqaviləyə yeni, ikinci bir əlavə edilmiş, farmaseptik məmulatların qiymətləri aşağı fərqlə, ucuz qiymətə təsbit edilmişdir. Belə ki, kassasiya şikayətinə əlavə etdiyimiz və iddiaçı tərəfindən də təsdiq edilmiş müqaviləyə ikinci əlavədən də məlum olur ki, “Linkus Nova” farmaseptik məmulatının qiyməti 0.28 ABŞ dolları, “İnsty Nova” farmaseptik məmulatının qiyməti isə 0.25 ABŞ dolları kimi təsbit və təsdiq edilmişdir. Yəni, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əslində məhz bu əlavədə nəzərdə tutulmuş qiymətlərlə həyata keçirilməli və cavabdehin iddiaçı tərəfə borcu da məhz bu qiymətlərlə hesablanmalı idi. Bu barədə apelyasiya instansiyası məhkəməsində işin hallarının tam, hərtərəfli araşdırılması üçün həmin dövr üçün Azərbaycan Respublikasında olan iddiaçı tərəfin nümayəndəsi, Pakistan Respublikası vətəndaşı Əhməd Va sifin şahid qismində məhkəmə iclasında dindirilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini əsassız sayaraq təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazır kı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırıcı hissə: Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq və vəzifələr yaranmışdır. xx xxxxxxx 2016-cı il tarixli müqavilənin şərtlərinə görə satıcı şirkət (iddiaçı) baş spesifikasiyada və əlavədə göstərilən farmaseptik məmulatları “CİF Baku” (İnkoterms 2010) şərti ilə alıcıya (cavabdehə) satmağı, alıcı isə təhvil aldığı məmulatlara görə ödəməni ABŞ dolları şəklində bank köçürməsi ilə satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının mövqeyinə görə cavabdeh tərəfindən 9.000 ABŞ dollarının ödənilməsi nəzərə alınaraq 16.884 ABŞ dolları ödənilməmişdir. Cavabdehin ödədiyi 4.000 ABŞ dolları xx xxxxxxx 2016-cı il tarixli müqavilə ilə bağlı deyildir. Cavabdeh hesab edir ki, xx xxxxxxx 2016-cı il tarixli müqavi lə üzrə 25.000 ABŞ dolları borcdan ayrı-ayrılıqda 2.000, 7.000 və 4.000 ABŞ dolları məbləğlərində ödəmələr aparmış, lakin birinci instansiya məhkəməsi ödənilmiş 4.000 ABŞ dolları nəzərə alınmamışdır. Ödənilmiş 4.000 ABŞ dolları əsassız olaraq hesablanmaması ilə razı deyillər və 4.000 ABŞ dollarının müqavilə üzrə ödənilməsini dair qəbz bu halı sübut edir. Müqavilə üzrə 12.884 ABŞ dolları əsas və 1.000 ABŞ dolları dəbbə pulunun tutulmasını qəbul edir. Hazırkı halda mübahisənin predmeti cavabdeh tərəfindən ödənilmiş 4.000 ABŞ dollarının xx xxxxxxx 2016-cı il tarixli müqavilə üzrə olub-olmaması və qalan borc üzrə dəbbə pulunun miqdarı təşkil edir. Apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş bank qəbzindən də göründüyü kimi cavabdeh tərəfindən ödənilmiş 4.000 ABŞ dolları məhz xx xxxxxxx 2016-cı il tarixli müqavilə üzrə ödənilmişdir. Odur ki, cavabdehin əsas borcu 12.884 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin tələblərinə əsasən: öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1-ci maddə); öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə); öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bor clunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə); əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1-ci maddə); alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567-ci); alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlid ir (600.1-ci maddə). İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi qismən icra etmiş, nəticədə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş malın dəyərini ödəmədiyindən onu qaytarmaq öhdəliyi daşımışdır. Mülki Məcəllə dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (462.3-cü maddə). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi əsas borcun 12.884 ABŞ dolları təşkil etməsini, borclunun öhdəliyini poz masındakı təqsirinin dərəcəsini, iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq, cavabdehin faiz borcunu ödəməsi qanundan irəli gəldiyindən haqlı olaraq cavabdehdən iddiaçının xeyrinə 1.000 ABŞ dolları məbləğində dəbbə pulu tutulması nəticəsinə gəlmişdir. Cavabdeh şikayətində iddiaçı ilə müqavilədə nəzərdə tutulan malların qiymətinin faktiki olaraq azaldılması barədə razılığa gəldiklərini bildirsə də, bu halı təsdiq edəcək hər hansı dəlili birinci instansiya məhkəməsinə təqdim etməsinə dair sübut təqdim etməmişdir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər təsdiqini tapmadığından, şikayət əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-677/2019 saylı, xx xxxxxx 2019-cu il tar ixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-133/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-133/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver