Məhkəmə qərarları › İş №2-2(102)-133/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-133/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-133/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının cavabdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı iş üzrə Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehlər Cavabdeh1 və cavabdeh2-yə qarşı “müqavilə üzrə yaranmış borc” tələbinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(107)-82/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiall arında olan İddiaçı MMC (bundan sonra – “MMC”) ilə Cavabdeh (bundan sonra – “Cavabdeh 1”) arasında bağlanmış 2018-ci il 2 noyabr tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən, istehsalçı Cavabdeh1-in istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində MMC-nin aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, MMC isə istehsalçının təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1.234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə, cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin şərtlərinə görə, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir (6.1-ci bənd). Bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir (6.1-ci bənd).

3. Eyni zamanda, iş materiallarından görünür ki, 2018-ci il 2 noyabr tarixində MMC ilə Zamin (bundan sonra – “Zamin”) arasında 2018-ci il 2 noyabr tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 211.19.36.006 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

4. İş materiallarında olan zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı MMC qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir.

5. İş materiallarında olan 2021-ci i l 25 yanvar tarixli REF 41/2021 saylı pretenziya məktubundan görünür ki, MMC cavabdehlərə 14.431,17 manat məbləğində pul vəsaitini 15 gün ərzində cəmiyyətin hesabına ödənilməsini tələb etmiş, əks halda əssassız olaraq əldə edilmiş pul vəsaitinin, faiz borcunun, dövlət rüsumlarının, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi barədə məhkəməyə müraciət olunacağı bildirimişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. MMC 2021-ci il 12 aprel tarixində Cavabdeh1 və cavabdeh2-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada MMC-nin xeyrinə 14.431,17 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsa slandırılmışdır ki, MMC və Cavabdeh1 arasında bağlanmış 211.19.36.006 saylı müqaviləyə əsasən Cavabdeh1 20 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 700 ton məhsulu istehsal edib MMCyə satmağı öhdəsinə götürmüşdür.

8. Müqavilə şərtlərinə əsasən, Cavabdeh1 müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdeh1-in bank hesabına köçürüləcəkdir.

9. Eyni zamanda, bu müqavilədən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Ə.Ab durəhmanov ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən “zamin” Cavabdeh öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

10. Müqavilə şərtlərinə görə, təhvil verilmiş məhsulun dəyəri Cavabdeh1 borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında MMC-yə tam ödənilməlidir. Əks halda, yaranmış borc məhkəmə qaydasında Cavabdeh1 və zamindən müştərək olaraq tutulacaqdır.

11. Cavabdeh1 ümumilikdə 14.431,17 manat məbləğində borclanmış, lakin MMC-yə məhsul təhvil verilməmişdir. Cavabdeh borclu olması ödəniş tapşırıqlarında, elektron hesab-fakturalarda və maliyyə arayışlarında təsdiq edilir.

12. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442-ci maddələrinə istinad edilməklə əsasland ırılmışdır.

13. Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli e-2-2(117)-252/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – M.Hüseynov).

14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır.

15. Müqavilənin 2 saylı Əlavəsinin 19-cu bəndində şəkər çuğundurunun torpaqdan qazılıb çıxarılmasının qiyməti (1 hektar üçün 150 manat) dəqiq müəyyən edilmiş və tərəflərin öhdəlikləri olaraq qeyd edilən müqavilənin tərkib hissəsi kimi müəyyən edilmişdir.

16. Şəkər çuğunduru məhsulunun torpaq sahəsindən qazılıb çıxarılmasının texniki təminatı MMC tərəfindən təmin edilməli olması, həmin məhsulun MMC-nin müəyyən etdiyi məntəqəyə daşınması və sonda bü tün xərclər çıxıldıqdan sonra Cavabdeh1, çıxarılmış məhsulun dəyərinin ödənilməsi MMC-nin vəzifəsi olaraq müəyyən edilir.

17. Lakin MMC üzərinə düşən öhdəlikləri tam icra etməyərək özünün təqdim etdiyi 2019-cu il 29 noyabr tarixli qaimə əsasında 20 hektar torpaq shəsindən yalnız təxminən 2 hektar hissəsindən şəkər çuğunduru məhsulunun yığımını həyata keçirmiş, MMC-nin yerli nümayəndəsi olan aqronom X2 iştirakı ilə tərtib edilmiş 2019-cu il 8 dekabr tarixində müvafiq imzlarla təsdiq edilmiş aktla müəyyən edilir ki, 3 hektar sahədən şəkər çuğunduru yığıldıqdan sonra Samux rayonunda 80 hektar torpaq sahəsindən şəkər çuğundurunu yığmaq üçün müvafiq texnika getmiş, lakin Cavabdeh1-ə məxsus torpaq sahəsindən həmin məhsulu yığmamışdır.

18. Həmin aktın tərtib edilməsində imzası ilə iştirak edən Y-in MMC-nin bölgə arqonomu olması işin mübahisələndirilməyən halıdır. Bu fakt sənədlərlə və tərəflərin izahatları ilə təsdiq edilir.

19. Cavabdeh1 tərəfindən təqdim edilmiş 2019-cu il 8 dekabr tarixli akt şübhə altına alına bilməz, çünki həmin fakt MMC-nin nümayəndəsinin ifadəsi və təqdim etdiyi qaimə və digər sənədlərlə, həmçinin 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə 1 və 2 saylı Əlavələrlə də təsdiqlənir.

20. İddia tələbi Cavabdeh1-ə münasibətdə əsassız olduğundan, digər cavabdeh olan zamin Ə.Abdurəhmanova münasibətdə də əsassızdır. Çünki təmin edilmiş əsas öhdəlik üzrə tələbin əsassızlığı sübuta yetirilir.

21. MMC ilə Cavabdeh1 arasında bağlanmış 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stim ullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən, Cavabdeh1 öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur.

22. Zaminlik müqaviləsinin qeyri-müəyyən müddətdən asılı edilməsi tərəflərin müqavilə azadlığı və müqavilə tərəflərinin bərabərliyi prinsipllərinə ziddir. Bu səbəbdən zaminlik müqaviləsinin müddəti tərəflər arasında bağlanmış 2018-ci il 22 noyabr tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndində müəyyən edilən müqavilənin qüvvədə olma müddətindən artıq ola bilməz.

23. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzind ə kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və MM-in 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmiş, MMC isə məhkəməyə 2021-ci il 12 aprel tarixində müraciət etmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən MMC zaminlik müqaviləsinə istinadən zaminlərdən pul tələb edə bilməz.

24. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 404.1, 404.2, 442, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.1, 477.0.4, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – “KMP”) “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

25. MMC 2021-ci il 9 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 22(107)-82 /2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli e-2-2(117)-252/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1-dən 17.431,17 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (sədrlik edən – R.Rəfiyev, hakimlər – E.Hüseynov və V.Məlikov).

27. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqavilə üzrə MMC öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 13.809,50 manat, avans üzrə 7.040 manat olmaqla cəmi 20.849,5 manat məbləğində xərc çəkmiş, lakin Cavabdeh1 öhdəliklərini icra etməmiş, MMC-yə 3.418,33 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 17.431,17 manat ödənilməmiş borcu qalmışdır.

28. Apellyasiya şikayəti qismən əsaslıdır. Belə ki, 211.19.36.006 saylı müqavilənin 4.3-ci yarımbəndində qeyd edilmişdir ki, əkinçi şəkər şuğunduru əkəcəyi sahənin suvarılan torpaq olmasını, hər bir hektardan 35 tondan az olmayaraq məhsul əldə etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq əldə etdiyi məhsulu MMC-yə verməyi öhdəsinə götürür. Müqavilənin bu şərtində aydın göstərilir ki, məhsulun çıxarılması və zavoda təhvil verilməsi Cavabdeh tərəfindən həyata keçirilməlidir. Məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heç bir yazılı razılaşma olmamışdır.

29. Bundan başqa, 2019-cu il 29 noyabr tarixli, 204895 saylı elektron qaimədə də göstərildiyi kimi, 16 hektar ərazidən məhsul çıxarılması üçün Cavabdeh1 aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə Cavabdeh özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elekton qaydada təqdim edilmişdir. Bütün görülən işləri Cavabdeh1 özü etdirmiş və görülmüş xidmətini haqqını zavod traktoçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7.040 manat olmaqla ayrı-ayrı vaxtlarda Cavabdeh bank hesabına köçürmüşdür. 30. 2019-cu il 31 oktyabr tarixli 879881-saylı elektron qaimədə də öz təsdiqini tapır ki, Cavabdeh1 20 hektar əkin sahəsinin yarpaq biçinini zavoda məxsus aqreqatla həyata keçirmiş, bununla bağlı elektron qaimə ünvanlamışdır. Bir daha sübut olunur ki, sahə tam olaraq biçilmişdir, lakin bildirilir ki, bitkinin çox hissəsi standartlara cavab vermədiyindən qəbul olunmamışdır.

31. Müqavilənin 1 saylı Əlavəsinin 4-ci bəndinə əsasən, tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır ki, şəkər çuğundurunun 1 ədədinin təmizlənmiş halda çəkisi 250 qramdan az olduqda məhsul zavod tərəfindən geri qaytarılacaqdır.

32. Bununla yanaşı, birinci instansiya məhkəməsi göstərmişdir ki, MMC-nin nümayəndəsi “cavabdeh şəkər çuğunduru əkilmiş torpaq sahəsinin təxminən 3 hektara yaxın hissəsində çuğundur məhsulu toplanmış, həmin hissənin dəyəri hesablanmış və elektron qaiməyə formasında elektron qaydada sənədləşdirilmişdir. Qeyd edilən 3 hektardan əlavə qalan torpaq sahəsində şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyi üçün yığılmamış, lakin bunun la bağlı təqdim edəcək sübutu yoxdur. Qeyd edilən şəkər çuğundurunu qalan torpaq sahəsindən yığılmamasının dəqiq səbəbləri ona məlum deyildir.“ kimi izahat vermiş və həmin izahata əsasən iddianı rədd etmişdir.

33. Halbuki MMC-nin şəkər çuğundurunun yığılmasının təmin edilməsi kimi bir öhdəliyinin olmasını təsdiq edən hər hansı müqavilə mövcud deyildir. Hansı ki, mülki hüquq münasibətlərinin tərəfləri üzərinə öhdəlik yalnız müqavilə əsasında qoyula bilər. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində b orc verənə qaytarmağı öhdəsinə götürür.

34. İddianın, borcun Zamin cavabdeh2 əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

35. Apellyasiya məhkəməsi öz qətnaməsini MM-in 14.2.1, 385.1, 386.1, 404.1, 404.2, 425.1, 442, 445.1, 445.2.2, 448.1, 448.2, 470.1, 472.1, 477.0.4, 739.1-ci, MPM-in 384.0.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

36. Cavabdeh1 2021-ci il 30 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

37. MM-in 739.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qətnamədə həmin maddəyə istinad etməklə işə aid olmayan normanı işə tətbiq etmişdir. Hansı ki, həmin maddə borc müqaviləsinə aiddir.

38. MMC ilə bizim aramızda 12 ay müddətinə bağlanmış 2018-ci il 2 noyabr tarixli müqavilənin müddəti 2019-cu il 2 noyabr tarixində bitmişdir. Müqavilənin şərtlərindən biri də bitkinin mühafizəsinin MMC tərəfindən həyata keçirməsindən ibarətdir. Bu fakt tərəflər arasında bağlanmış müqavilədə birbaşa qeyd edilmişdir. Təəssüflər olsun ki, bu fakta Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası diqqət yetirməmiş, MMC-nin apellyasiya şikayətində göstərdiyi qeyri-obyektiv, həqiqətə uyğun olmayan ifadələrə istinad edərək Şəki Kommersiya Məhkəməsinin qətnaməsini ləğv etmişd ir.

39. Qətnamədə ziddiyyətli məqamlar vardır, Belə ki, qətnamədə göstərilir: “məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heç bir bağlı razılaşma olmamışdır. Bundan başqa 29.11.2019-cu il tarixli, 204895 saylı elektron qaimədə də göstərildiyi kimi, 16 hektar ərazidən məhsul çıxarılması üçün cavabdehə aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə cavabdehin özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elektron qaydada təqdim edilmişdir. Bütün görülən işləri cavabdeh özü etdirmiş və görülmüş xidmətinin haqqını zavod traktorçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7040 manat olmaqla ayrı-ayrı vaxtlarda cavabdehin bank hesabına köçürmüşdür”. Eyni zamanda, qətnamədə apellyasiya şikayətinə istinadən göstəril mişdir ki, guya Cavabdeh1 məhsulu biçərək başqa adamlara satmışdır. Qeyd edirik ki, əgər müqavilənin müddəti 2019-cu il 2 noyabr tarixində bitmişdirsə və məhsul müqavilə şərtlərinə görə müddət bitdikdən sonra yığılmalı idisə, nə üçün qaimə 2019-cu 29 noyabr il tarixində tərtib edilmişdir. İkincisi, MMC apellyasiya şikayətində özü etiraf etmişdir ki, məhsulun yığılması üçün Cavabdeh1 aqreqat verilmişdir. Lakin MMC həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərir ki, müqavilə şərtlərinə görə məhsulun yığılması Cavabdeh1 özü həyata keçirməli idi. Bütün bunlar qətnamənin ziddiyyətli olduğundan xəbər verir. Qeyd edirik ki, Cavabdeh heç vaxt qaiməyə imza etməmiş və ümumiyyətlə kassasiya şikayəti verənə qədər onun asan imzası olmamışdır. Bununla da bir daha təsdiq olunur ki, kommersi ya kollegiyası MMC-nin saxta sənədlərinə, qeyri-obyektiv ifadələrinə istinadən qətnamə qəbul etmişdir.

40. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası qətnamədə MM-in 15 maddəsinə istinad etsə də, həmin maddələri düzgün təfsir etməmiş bu səbəbdən yanlış nəticəyə gələrək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Hansı ki, birinci instansiya məhkəməsinin qətnaməsi mövcud iş üçün ən obyektiv qətnamə idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. MMC-nin qanuni təmsilçisi və vəkili kassasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişlər ki, malların MMC tərəfindən sahədən toplanaraq, onun tərəfindən zavoda gətirilməsi şərti nə müqavilədə, nə onun əlavəsində, nə də elektron qaimələrdə nəzərdə tutulmuşdır. MMC tərəfindən avans ödənişdən əlavə Cavabdeh1-ə təqdim edilmiş mal və xidmətlər üzrə cəmi 20 ədəd elektron qaimə göndərilmişdir. Elektron qaimələrdə həmin mal və xidmətlərin adları, avans ödənişlərdə isə ödənişin isə təyinatı açıq-aşkar qeyd edilmişdir. Həmin ödəniş sənədlərində malların Cavabdeh1 təhvil alınması üçün xidmət haqqı müəyyən edilməməsi bir daha təsdiq edir ki, MMC-nin hazır məhsulu Cavabdeh sahəsindən götürərək MMC-nin zavoduna gətirmək kimi bir xidmət göstərmək öhdəliyi olmamışdır. Ödəniş sənədlərinə düzgün hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi MM-in 404-cü maddəsini düzgün olaraq tətbiq etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qanunun analogiyasından istifadə edərək yalnız zaminə münasibətdə MM-in 739.1-ci maddəsini tətbiq etmişdir. Həmin hissədə isə MMC-nin apellyasiya şikayəti ümum iyyətlə təmin edilməmişdir. Həmçinin Cavabdeh kassasiya şikayətində MM-in 739.1-ci maddəsinin tətbiq edilməsinin iş üzrə düzgün olmayan məhkəmə qətnaməsi qəbul edilməsinə hansı dərəcədə təsir etdiyini əsaslandırmamışdır.

43. Vətəndaş tipli ASAN imza sertifikatları və sahibkar (biznes) tipli ASAN imza sertifikatları fərqlidir. Cavabdeh1 vətəndaş tipli ASAN imzası olmaya bilər. Ancaq onun VÖEN əsasında fəaliyyət göstərən sahibkar olduğu üçün sahibkar tipli ASAN imzası olmadığı təqdirdə heç bir maliyyə əməliyyatı apara bilməz, vergi hesabatları təqdim edə bilməzdi. Bundan əlavə qeyd olunmalıdır ki, sahibkar vergi orqanından sahibkara təqdim edilən kod/parol əsasında internet vergi idarəsinə daxil ola, oradakı sənədlərin məzmunu ilə tanış ola bilərdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KAS SASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvini tələb etsə də, qətnaməni yalnız iddianın təmin edildiyi hissədə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi ni yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

47. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şə xs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtlə ri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqda n boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər....” “Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədik də və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar....” “Maddə

477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: … 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi hald a xitam verilir.”

48. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasib ətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;...”

49. KMP-nin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilmişdir ki: “Kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən za man ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.”

50. KMP "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 11 iyun tarixli qərarında qeyd edilmişdir ki, “... tərəflər hüquq və öhdəliklərini mülki qanunv ericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 37-40) iş materiallarını ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər əsaslıdır. Ona görə də kassasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilərək iş ləğv edilmiş hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

52. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum ol ur ki, MMC ilə Cavabdeh1 arasında 2018-ci il 2 noyabr tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat, xidmət və alqı-satqı münasibətləri yaranmışdır.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunur ki: “Məhsulun zavod tərəfindən kombaynla çıxarılması ilə bağlı heç bir yazılı razılaşma olmamışdır. Bundan başqa 29.11.2019cu il tarixli, 204895 saylı elektron qaimədə də göstərildiyi kimi 16 hektar ərazidən məhsul çıxarılması üçün cavabdehə aqreqat verilmiş hər hektar üçün də 4 manat icarə haqqı hesablanaraq borclanmışdır. Bu elektron qaimə cavabdehin özü tərəfindən asan imzası ilə təsdiq edilərək zavoda elektron qaydada təqdim edilm işdir. Bütün görülən işləri cavabdeh özü etdirmiş və görülmüş xidmətini haqqını zavod traktorçuya ödənilməsi üçün avans pul şəklində 11 dəfəyə 7040 manat olmaqla ayrı-ayrı vaxtlarda cavabdehin bank hesabına köçürmüşdür.”

54. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər bir-birini təkzib ediyindən qətnamədə müəyyən ziddiyyətlərə yol verilmişdir.

55. Belə ki, MMC-nin öhdəliyi olmadığı halda, hansı səbəb(lər)dən 16 hektar ərazidən məhsul çıxarılması üçün Cavabdeh1 aqreqat verməsi qətnamədən aydın olmur.

56. İstər iddia ərizəsində, istərsə də işə baxan məhkəmələrə verdiyi izahatlarda iddiaçı tərəf israrla bildirmişdir ki, müqavilə şərtlərinə əsasən, Cavabdeh1 müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət, toxum, gübrə, bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində Cavabdeh1-in bank hesabına köçürüləcəkdir.

57. Eyni zamanda, sözügedən aqrotexniki xidmətlərin hansı işlərdən ibarət olması tərəflər arasında bağlanmış müqavilənin 2 saylı əlavəsində konkret sadalanmışdır.

58. Müqavilənin 2 saylı əlavəsinin 19-cu bəndindən aydın olur ki, aqrotexniki işlərdən biri mexaniki üsulla məhsul yığımıdır (yarpaq biçimi, çıxarılma və yükləmə).

59. Həmin aqrotexniki işlə bağlı MMC tərəfindən müqavilə üzrə təmin olunan hissəni 1 hektara görə 150 manat təşkil etmişdir.

60. Həmçinin müqavilənin 2 saylı əlavəsində qeyd olunmuşdur ki, aqrotexnik i tədbirlərin aparılması üzrə qiymətlər müəyyən olunarkən istifadə olunan traktor və aqreqatların icarəyə götürülməsi şərti nəzərə alınmışdır. Dövlət tərəfindən yanacaq qiymətlərinin dəyişməsi nəticəsində texnoloji xəritədəki müvafiq aqrotexniki xidmətlərin qiymətləri də dəyişə bilər.

61. Qeyd olunanlardan aşkar şəkildə görünür ki, müqavilənin 2 saylı əlavəsində nəzərdə tutulmuş aqrotexniki xidmətlərlə, o cümlədən mexaniki üsulla məhsul yığımı (yarpaq biçimi, çıxarılma və yükləmə) ilə borclanmaq Cavabdeh1 öhdəliyi, həmin xidmətləri təqdim etmək isə MMC-nin öhdəliyi olmuşdur.

62. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi 2019-cu il 29 noyabr tarixli 204895 saylı elektron qaiməyə əsasən, 16 hektar ərazidən məhsul çıxarılması üçün MMC tərəfindən Cavabdeh1 aqreqat verilməsi bir tərəfdən Cavabdeh1 hər hektar üçün 4 manat icarə haqqı hesablanmaqla borclanaraq öz öhdəliyini yerinə yetirdiyini, digər tərəfdən isə MMC-nin həmin aqreqatı ərazidən məhsul çıxarılması üçün icarəyə verməkə öz öhdəliyini yerinə yetirdiyini göstərir.

63. Lakin sözügedən qaimədən və iş materiallarından məlum olur ki, MMC həmin öhdəliyi Cavabdeh1 sahəsinin yalnız bir hissəsinə münasibətdə yerinə yetirmişdir. Sahənin qalan hissəsindən məhsul çıxarılması üçün MMC tərəfindən Cavabdeh1-in icarəsinə aqreqat verilməsi müəyyən edilmir.

64. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin preambulasından, 2.2, 3 və 4-cü bəndlərinin, həmçinin Müqavilənin 1 saylı Əlavəsinin 6 və 11-17-ci bəndlərinin tələblərindən aydın olur ki, MMC Cav abdeh1 şəkər çuğunduru əkmək üçün təqdim etdiyi torpaq sahəsinə baxış keçirir, torpaq sahəsinin təsərrüfat imkanlarını (münbitlik, suvarılma, məhsul vermə və sair) nəzərdən keçirib rəy verir. MMC-nin müsbət rəyindən sonra MMC-nin təqdim etdiyi toxum, texnika və xidmətlər əsasında torpaq sahəsinə şəkər çuğunduru əkilir, məhsul yetişdikdən sonra isə MMC-nin müvafiq texnikası ilə həmin məhsul yığılır. Yığılmış məhsula MMC tərəfindən çəkilmiş bütün xərclər çıxıldıqdan sonra qalan məhsulun dəyəri Cavabdeh1-ə ödənilir. Şəkər çuğunduru yarpağının biçilməsi tam olaraq MMC-nin təlimatı əsasında həyata keçirilməlidir. Məhsulun toplanması ciddi texnoloji proses olaraq MMC-nin tam nəzarəti əsasında həyata keçirilir.

65. Apellyasiya instansiyası məhkəməsi isə iddianı müvafiq hissədə təmin edərkən qeyd olunan müqavilə tələblərini nəzərə almamış, onların mahiyyətini aydınlaşdırmamış, tərəflərin öhdəliklərini tam dəqiqləşdirməmiş, həmin öhdəliklərin icrası istiqamətində konkret olaraq hansı tədbirlərin görüldüyünü, hansılarının isə görülmədiyini ətraflı təhlil etməmiş, bu halların müqavilənin icrasına və mövcud vəziyyətin yaranmasına necə təsir etdiyini qiymətləndirməmişdir.

66. Halbuki KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 50) görə, tərəflər hüquq və öhdəliklərini müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidi r.

67. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində MM-in bir sıra maddələrini sadalasa da, həmin normaları hazırkı mübahisənin müvafiq halları ilə əlaqəli şəkildə təhlil və tətbiq etməmişdir.

68. Həmçinin qətnamənin əsaslandırıcı hissəsində apellyasiya instansiya məhkəməsi tərəfindən tətbiq olunmuş normalardan biri də MM-in 739.1-ci maddəsidir. Həmin maddənin nizamlama predmetini borc müqaviləsi təşkil edir.

69. Halbuki yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi bağlanmış, müqavilə əsasında tərəflər arasında qarışıq şəkildə podrat, xidmət və alqı-satqı münasibətləri yaranmışdır.

70. Beləliklə, hazırkı mübahisənin predmetini MMC ilə Cavabdeh1 arasında bağl anmış borc müqaviləsi deyil (tərəflər arasında nə vaxtsa, borc müqaviləsinin bağlanması ümumiyyətlə iş materiallarından müəyyən edilmir, iddia ərizəsində borc müqaviləsindən irəli gələn tələb də qoyulmamışdır), 2018-ci il 2 noyabr tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı Cavabdeh1 öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranmış borc tələbi təşkil edir.

71. Ümumiyyətlə, apellyasiya instansiya məhkəməsi MM-in 739.1-ci maddəsini tətbiq etsə də, bunun səbəbləri barədə hər hansı izah verməmişdir.

72. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə MM-in 739.1-ci maddəsinin tətbiqinə lüzum olmadığı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin normanın tət biq edilməsi maddi hüquq pozuntusu kimi qiymətləndirilməlidir.

73. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 48) tələblərini pozmuş, habelə maddi hüquq pozuntusuna yol vermiş, nəticədə MPM-in 217.1-ci maddəsinə uyğun gəlməyən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilməlidir.

74. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hazırkı mübahisəyə qanunauyğun və ədalətli qiymət verməlidir.

75. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəm əsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(107)-82/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə qismən – iddianın təmin edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar