Məhkəmə qərarları › İş №2-2(102)-133/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-133/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-133/2025 19.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə öhdəliklərin icrası, əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 22(103)-641/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxıl mışdır. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı hər biri 1 manat olmaqla 10 paydan ibarət olub 100% pay İddiaçı məxsus olmuşdur.

2. Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında 2.41305 ha torpaq sahəsi və üzərində yerləşən 27714,8 kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olmuşdur.

3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan nizamnamə kapitalındakı 100% pul və əmlak şəklində olan təsis payını, yəni nizamnamə kapitalındakı payını və payına uyğun əmlak hissəsini toplam müqavilə qiyməti 13.000.000 manat müəyyən edilməklə notarial qaydada 2020-ci il 28 yanvar tarixində və 2020-ci il 19 mart tarixində bağlanmış alqı-satqı müqavilələri və müqavilələrə 1 X4lərə əsasən Cavabdeh satmış, sonuncu ümumilikdə 9.200.000 manat iddiaçıya ödəniş etmişdir. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını və adını dəyişmiş və "xxxx" Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərməyə davam etmişdir. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən yaşayış binaları inşa olunmuşdur. 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində yaşayış binaları baş plan təsdiq edildikdən sonra inşa olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təşkilati-hüquqi formasını və adını dəyişmiş, hal-hazırda "xxxx" Mənzil-Tikinti Kooperativi kimi fəaliyyət göstərir. İ ş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 8 may tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin iddiaçıya təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddianın tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 19 mart tarixində tərəflər arasında 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı müqaviləyə 1 X4 bağlanmışdır. Həmin sazişin 1.1-ci bəndində görə “Əmlak şəklində 3.800.000 manat məbləğində qalıq ödənişi aşağıdakı qaydada X3 tərəfin xeyrinə təmin edəcəkdir. Layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 tərəfə təqdim edəcəkdir. Birinci tərəf təqdim edilmiş həmin mənzillərin satışı zamanı satışdan daxil olan məbləğin 1 kv.m görə 600 manatdan yuxarı hissəsini isə tərəflər öz aralarında tam bərabər şəkildə bölüşdürəcəklər. Satışın tərəflər arasında qeyd olunan şərtlərini birinci tərəf pozduqda, yəni ofis xaricində satışı həyata keçirdikdə, ikinci tərəf ilə qarşılıqlı razılaşdırma olmadan satış edildikdə və ya hər hansı bir şəkildə maneə törətdikdə, o zaman ikinci tərəf müvafiq qaydada təqdim edilmiş mənzillərin miqdarını azaltmaq hüququna malikdir. Müqavilə şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Yasama l rayonu, X2 küçəsi, 241 ünvanda yerləşən yaşayış binasından ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra iddiaçıya təqdim etməli idi. Yaşayış binalarına dair layihənin baş planı təsdiq edilmiş, binalar inşa edilmişdir. Lakin cavabdeh həmin həcmdə mənzilləri iddiaçıya təqdim etməmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi müqavilə şərti müqavilənin predmetindən kənar şərh olunmamalıdır. Müqaviləyə əsasən təsis payının 13.000.000 manata alqı-satqı edilməsi razılaşdırılmış, həmin məbləğin 9.200.000 manat hissəsi ödənilmiş, qalan 3.800.000 manatı da 2024-cü il 31 dekabra tarixinədək ödəniləcəkdir. Müqavilə üzrə 6333 kv.m həcmində m ənzillərin iddiaçıya verilməsi şərtidir, hərfi məna daşıyır. Müqavilənin qalıq dəyərinin 3.800.000 manat əmlak şəklində təqdim edilməsi razılaşdırılsa da, pul şəklində ödənişə ekvivalentliyini təmin etmək üçün müqavilənin predmetinə köməkçi bənddə qalıq ödənişin pul şəklində 3.800.000 manatdan az olmaması məqsədilə 2020-ci il 19 mart tarixində müqavilənin bağlanması anında real görünən tikintinin 1 kv.m-nə görə 600 manat ümumi xərcləri nəzərə alınmaqla 6333 kv.m həcmində mənzillərin şərti olaraq təqdim edilməsi müqavilədə qeyd edilmişdir. Belə ki, müqavilə bağlanan zaman nəzərdə tutulan tikinti xərcləri 1 kv.m üçün 600 manat olmuş, perspektiv mənzillərin satışı 1.800 manat nəzərdə tutulmuş, 600 manatdan yuxarı hissənin tam bərabər şəkildə bölüşdürüləcəyi şərti isə 1.200 manatın tam yarısı, yəni hər bir kv.m 600 manat olmaqla, iddiaçı 6333 kv.m mənzil həcmini qeyd etməklə, qalıq 3.800.000 manat məbləği təşkil etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 30 dekabr tarixli 3-16-16/2-10/5912-9/6104 nömrəli ekspert rəyinə əsasən, ünvan 3 ünvanında "xxxx" MTK tərəfindən inşa edilən "xxxx" yaşayış kompleksində yerləşən təmirli mənzillərin 1 kv.m-nin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2.450 manat məbləğində müəyyən edilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 28 mart tarixli e-2-2(113)-100/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – N.Əhmədova).

12. Məhkəmə tərəflər arasında yaranan müqavilə münasibətləri və icrası tələb olunan öhdəliyin məzmunu ilə bağlı qeyd etmişdir ki, tərəflə r arasında bağlanmış 2020-ci il 19 mart tarixli təsis payın alqı-satqı müqaviləsinə 1 X4 özündə müxtəlif müqavilələrin ünsürlərini əhatə edən qarışıq müqavilədir. Belə ki, tərəflər arasında bağlanmış qeyd olunan müqavilənin şərtlərinə əsasən, iddiaçı özünə məxsus nizamnamə kapitalının 62% pul və əmlak şəklində olan təsis paylarını cavabdehə 7.800.000 manata satır. Bu məbləğin 4.000.000 manatı pul şəklində, 3.800.000 manatı əmlak şəklində müəyyən edilmişdir. Əmlak şəklində qalıq 3.800.000 manat ödəniş isə X3 tərəfə təmin edəcəkdir. Layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 tərəfə təqdim edəcəkdir. Birinci tərəf təqdim edilmiş həmin mənzillərin satışı zamanı satışdan daxil olan məbləğin 1 kv.m görə 600 manatdan yuxarı hissəsini isə tərəflər öz aralarında tam bərabər şəkildə bölüşdürəcəklər. Satışın tərəflər arasında qeyd olunan şərtlərini birinci tərəf pozduqda, yəni ofisi xaricində satışı həyata keçirdikdə, ikinci tərəf ilə qarşılıqlı razılaşdırma olmadan satış edildikdə və ya hər hansı bir şəkildə maneə törətdikdə, o zaman ikinci tərəf müvafiq qaydada təqdim edilmiş mənzillərin miqdarını azaltmaq hüququna malikdir.

13. Müqavilənin şərtlərinə nəzər yetirdikdə aydın olur ki, müqavilənin qiyməti 13.000.000 manat kimi müəyyən olunsa da, həmin məbləğin 3.800.000 manat hissəsinin əmlak şəklində verilməsi razılaşdırılmışdır. Halbuki alqı-satqı ilə bağlı qanunvericiliyin tələbinə nəzər saldıqda aydın olur ki, alqı-satqı za manı müqavilənin predmetinin dəyəri pul şəklində ödənilir. Hazırkı iş üzrə müqavilənin qiymətinin bir hissəsinin əmlak şəklində ödənilməsinin razılaşdırılması dəyişdirmə müqaviləsinin dispozisiya şərtlərinə uyğundur. Həmçinin müqavilənin qiymətinin 3.800.000 manatının müqabilində iddiaçıya verilməsi razılaşdırılmış əmlakla bağlı tərəflərin sonrakı fəaliyyətini tənzimləyən müqavilənin digər müddəaları da alqı-satqı müqaviləsinin deyil, tərəflərin birgə fəaliyyətinə dair iradə ifadəsini tənzimləyən müqavilə münasibətlərinin ünsürlərini özündə ehtiva edir. Belə olan halda, iddianın faktiki əsasını təşkil edən müqavilə özündə alqı-satqı, dəyişdirmə müqaviləsinin və birgə fəaliyyətə dair öhdəlik hüquq münasibətlərinin ünsürlərini ehtiva edir.

14. İddiaçı müqavilənin “əmlak şəklində qalıq 3.80 0.000 manat ödənişi isə ikinci tərəf (cavabdeh) birinci tərəfə (iddiaçıya) təmin edəcəkdir. Layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 tərəfə təqdim edəcəkdir” şərtinin icra olunmasını, cavabdeh tərəfindən 6333 kv.m həcmində mənzillərin təqdim edilməsini tələb edir.

15. Cavabdehin müqavilə şərtləri üzrə iddiaçıya 6333 kv.m mənzil həcminin təqdim edilməsi öhdəliyinin olmaması, iddiaçının istinad etdiyi müqavilə şərtinin müqavilənin predmeti ilə birlikdə qiymətləndirilməli olması barədə cavabdehin etirazının əsası kimi qeyd istinad etdiyi dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər məhz müqavilənin predmeti ilə bağlı hissə sində 3.800.000 manatın əmlak şəklində təqdim edilməsini razılaşdırmışlar. Müqavilənin sonrakı bəndlərindən isə aydın olur ki, təsis payının əmlak şəklində ödənilməsi ilə bağlı tərəflərin iradə ifadəsi təsadüfi və ya şərti olmamışdır. Belə ki, tərəflər əmlakın iddiaçıya təqdim edilməsindən sonra ediləcək hərəkətləri, əmlakın satışı ilə bağlı tərəflərin arasındakı sonrakı münasibətləri tənzimləyən şərtlər müəyyən etmişlər.

16. Məhkəmə cavabdehin qeyd olunan dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdeh mülki qanunvericiliyə istinad edərək etirazını əsaslandırmağa çalışsa da, iddiaçıya əmlak təqdim etməməli olması, qeyd olunan müqavilə şərtinin şərti razılaşdırılması və s. ilə bağlı tərəflərin müqaviləyə qədərki danışıqlar və yazışmalarına dair hər hansı sənəd təqdim etməmiş, tərəflərin qarşıl ıqlı münasibətlərində yaranmış praktikanın fərqli istiqamətdə olduğunu və ya tərəflərin sonrakı hərəkətlərinin məhz cavabdehin bildirdiklərinə uyğun formalaşdığını sübut edə bilməmişdir. Əksinə, iddiaçı müqavilənin iddiada istinad olunan şərtinin (əmlakın təqdim olunması, satışı, əldə olunan vəsaitin bölünməsi və s. ilə bağlı razılaşmanın) dəyişdirilməsi, 6.600.000 manatın 2024-cü il 1 sentyabr tarixinədək cavabdeh tərəfindən iddiaçıya təqdim olunması ilə bağlı iddiaçı tərəfin təşəbbüslə çıxış etdiyinə dair votsap yazışmaları təqdim etmişdir.

17. Həmçinin məhkəmə bildirmişdir ki, müqavilədə 3.800.000 manatın əmlak şəklində təqdim olunması barədə müqavilə şərtini istisna edən və ya qeyd olunan şərti təfsir edərkən anlaşılmaz edən çoxmənalı ifadələr mövcud deyil. Əksinə, qeyd olunan şərti bü tövlükdə müqavilənin digər şərtləri və mənası ilə müqayisə etdikdə tərəflərin iradə ifadəsinin müqavilənin qiymətinin bir hissəsinin əmlak şəklində təqdim edilməsi üzrə olduğu aydın olur.

18. Cavabdehin 3.800.000 manatın pul şəklində ödənilməsi, hissə-hissə ödənilməsi, 3.800.000 manata uyğun 1551 kv.m mənzil sahəsinin verilməsi ilə bağlı təklif və etirazının əsasını təşkil edən hallar ilə bağlı məhkəmə qeyd etmişdir ki, qeyd olunan hallar müqavilənin şərtlərinin dəyişdirilməsinə aid hallardır. Qanunvericiliyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür və müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər qanundan, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Hazırkı halda isə belə bir razılaşma mövcud deyildir. Digər tərəfdən, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Odur ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi qeyd olunan hallar əsassızdır və iddianın rədd olunması üçün əsas ola bilməz.

19. Məhkəmə öhdəliyin icra müddəti ilə bağlı qeyd etmişdir ki, tərəflər müqavilədə razılaşdırmışlar ki, layihənin baş planı təsdiq edildikdən sonra cavabdeh iddiaçıya mənzil sahələri təqdim edəcəkdir. Tərəflərin müqavilədə öhdəliyin icra edilməsi vaxtı kimi razılaşdırdıqları şərt, yəni baş planın təsdiq edilməsi, müqavilədə mənzillərin təqdim edilməsi razılaşdı rılan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasının inşa edilməsi işin mübahisəsiz halıdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 404.1, 404.2, 404.4, 404.5, 442, 448.1, 448.2, 93.1, 93.2, 651, 567, 662.1, 385.1, 390.1, 390.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77-ci maddələrinə istinad etməkl ə əsaslandırmışdır.

21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 2-2(103)-641/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova, Z.Şirinov).

23. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, ilk olaraq tərəflər arasında bağlanmış müqavil ənin və onun şərtlərinin etibarlı olub-olmamasına qiymət verilməlidir.

24. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in 1.1-ci bəndində müəyyən edilən 3.800.000 manat məbləğində qalıq ödənişin əmlak şəklində (ümumilikdə 6333 kv.m həcmində mənzillər təqdim edilməklə) təmin edilməsi barədə müqavilə şərti etibarsız şərtdir.

25. Qeyd edilən hallar "xxxx" Mənzil-Tikinti Kooperativinin nizamnaməsi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2022-ci il 23 may tarixli Tİ-56/22 №-li Obyektin Tikintisinə İcazə ilə təsdiq olunur.

26. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında bağlanm ış 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in 1.1-ci bəndində qeyd edilən ümumilikdə 6333 kv.m həcmində mənzillər cavabdehə deyil, onun payçılarından biri olduğu "xxxx" MTK tərəfindən inşa edilən mənzillərdir. "xxxx" MTK-nın Nizamnaməsinin 12.1-ci bəndində isə müəyyən edilmişdir ki, kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir.

27. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərti mülki qanunvericiliyə əsasən əqdin etibarlı olması üçün zəruri olan “əqdin subyekt tərkibinə aid edilən şərt”ə cavab vermir. Çünki "xxxx" MMC-yə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində inşa edilən yaşayış binalarındakı mənzillər cavabdehə deyil, "xxxx" MTK-ya məxsus olduğuna gör ə, MTK-nın payçılarından biri olan cavabdehin öz adından bağladığı müqavilədə həmin mənzillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır.

28. Bundan əlavə məhkəmə bildirmişdir ki, mənzil tikinti kooperativi tərəfindən inşa olunmuş mənzilin hər hansı şəxs tərəfindən əldə olunması həmin şəxsin kooperativin üzvlüyün qəbul edilməsi yolu ilə həyata keçirilir. 29. "xxxx" MTK-nın nizamnaməsinin 7.3-cü bəndində əlavə olaraq müəyyən edilmişdir ki, kooperativ üzvləri arasında mənzil bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Yəni, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərti "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına da ziddir. 30. "xxxx" MTK da tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinə etiraz edir, müqavilənin həmin şərtinin kooperativin nizamnamə ilə müəyyən edilən qaydalarına zidd olduğunu və hazırda 80 nəfərdən artıq olan kooperativ üzvlərinin hüquqlarının pozulduğunu bildirir.

31. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışa əsasən cavabdehin "xxxx" MTK-nın nizamnamə kapitalında 80% paya malik olması barədə iddiaçı tərəfin dəlillərinə dair kollegiya qeyd etmişdir ki, həmin payın mövcud olması cavabdehin öz adından bağladığı müqavilədə kooperativə məxsus əmlak barəsində sərəncam vermək səlahiyyətində olması anlamına gəlmir.

32. Belə ki, mülki qanunvericiliyə əsasən, kooperativ üzvünün pay haqqının miqdarından asılı olmayaraq ümumi yığıncaqda qərarla r qəbul edilərkən hər bir kooperativ üzvünün bir səsi vardır. 33. "xxxx" MTK-nın ilkin pay fondu 1.000.100 manat müəyyən edilmiş, cavabdehin nizamnamə kapitalındakı ilkin pay fondunda 800.080 manatdan ibarət 80 % pay haqqının 800.000 manatı pul şəklində deyil, əmlak şəklində olmuş və "xxxx" MTK tərəfindən ümumilikdə sahəsi 55.319,56 kv.m-dən ibarət 5 yaşayış binası inşa edilmişdir.

34. Məhkəmə hesab etmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının faktiki olaraq cavabdehə məxsus pul vəsaiti hesabına inşa edilməsi barədə nəticəyə gəlmək üçün əsaslar mövcud deyil. Belə olan halda isə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına zidd olması şübhə doğurmur. 35. "xxxx" M TK-nın "xxxx" MMC-nin yenidən təşkil edilməsi yolu ilə yaradılması və sonuncunun hüquqi varisi olması ilə bağlı iddiaçı tərəfin dəlillərinə dair məhkəmə bildirmişdir ki, həmin dəlillər özü-özlüyündə əsassız olmaqla mübahisənin həllinə təsir etmir. Çünki bu hallar nə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin əqdin etibarlı olması üçün zəruri olan “əqdin subyekt tərkibinə aid edilən şərt”inin pozulmasını, nə də "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına zidd olmasını aradan qaldırmır.

36. Tərəflər arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli və 2020-ci il 19 mart tarixli alqı-satqı müqavilələri və müqavilələrə 1 X4lərin predmetinin "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% pul və əmlak şəklində olan təsis payı təşkil etd iyinə görə həmin payı əldə edən cavabdehin iradə ifadəsinin faktiki olaraq "xxxx" MMC-nin iradə ifadəsi olması və sonradan həmin MMC-nin yenidən təşkil edilməsi nəticəsində "xxxx" MTK-nın yaradılması və sonuncunun hüquqi varis kimi həmin müqavilələrdən irəli gələn öhdəliklərinin olması qəbul edilsə belə, müqavilənin qeyd edilən şərti etibarsızdır.

37. Çünki işin mübahisəsiz halı ondan ibarətdir ki, 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4 bağlanılan zaman Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində hər hansı yaşayış binası inşa edilməmiş və cavabdeh özünə və ya "xxxx" MMC-yə məxsus olan əmlakı barədə deyil, gələcək əmlakının bir hissəsinin iddiaçıya verməsi barədə müqavilə bağlamışdır.

38. Mülki qa nunvericiliyə əsasən isə tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.

39. Göründüyü kimi 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in faktiki olaraq "xxxx" MMC-nin adından bağlanması qəbul edilsə belə müqavilənin həmin şərti etibarsızdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış 2020ci il 28 yanvar tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 1 X4in 1.1-ci bəndind ə müəyyən edilən 3.800.000 manat məbləğində qalıq ödənişin əmlak şəklində (ümumilikdə 6333 kv.m həcmində mənzillər təqdim edilməklə) təmin edilməsi barədə müqavilə şərti etibarsız olduğuna görə iddia özü-özlüyündə əsassızdır. Ona görə də iddiaya dair cavabdehin dəlilləri araşdırılmadan iddia rədd edilməlidir.

41. Eyni zamanda, məhkəmə vurğulamışdır ki, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin etibarsız olması onun qalan hissələrinin, yəni bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. Çünki tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin qeyd edilən şərti daxil edilmədən də müqavilə bağlana bilərdi.

42. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilə rdi.

43. Bu baxımdan, məhkəmə bildirmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə ödənilməli olan 3.800.000 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququna malikdir.

44. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 110.1, 111.3, 111.3.3, 111.5, 337.1, 337.4, 352, 391-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, MPM-in 81-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

45. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüv vədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. MM-in 385.1, 390.1, 390.4-cü maddələri üzrə - Qanunvericiliyə əsasən, müqavilə azadlığı tərəflərin iradəsinə əsaslanır, onlar kontragent seçmək, müqavilənin növünü, formasını və şərtlərini, o cümlədən qiymətləri sərbəst müəyyən etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 12 mart tarixli qərarında da vurğulandığı kimi, müqavilə azadlığı hüququ, mülki dövriyyə iştirakçılarının vicdanlı davranması prinsipinə əsaslanır.

47. MM-in 93.1, 93.2, 567, 651, 662.1-ci maddələri üzrə - MMC-nin iştirakçısı öz payını cəmiyyətin digər iştirakçılarına və ya üçüncü şəxslərə (əgər nizamnamədə başqa qayda nəzərdə tutulmayıbsa) özgəninkiləşdirə bilər. Təl əblərin və digər hüquqların alqısatqısında əşyaların alqı-satqısı haqqında qaydalar tətbiq olunur, alqı-satqı müqaviləsində alıcı əşyanı qəbul edib qiymətini ödəməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsində isə tərəflər bir əşyanı digərinin mülkiyyətinə verməyi öhdələnir. İddiaçı ilə cavabdeh arasında 2020-ci il 19 mart tarixində bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində qeydə alınmış “Təsis payının alqı-satqı müqaviləsinə 1 X4” qarışıq müqavilə xarakteri daşıyır. Müqaviləyə əsasən, İddiaçı "xxxx" MMC-nin 62%-lik təsis payını cavabdehə 7.800.000 manata (4.000.000 manat pul, 3.800.000 manat əmlak şəklində) satmışdır. 2020-ci il 28 yanvar tarixli əvvəlki müqavilənin 13.600.000 manatlıq qiyməti 13.000.000 manata dəyişdirilərək, iddiaçı MMC-nin 100% təsis payını cavabdehə satmışdır. Razılaşmaya əsasən, 3.800.000 manatlıq əmlak ödənişi inşa ediləcək layihə çərçivəsində 6.333 kv.m mənzilin təqdim edilməsi ilə icra olunacaq və satışdan 600 manatdan yuxarı gəlir tərəflər arasında bərabər bölüşdürüləcəkdir. Müqavilənin digər müddəaları isə tərəflərin birgə fəaliyyət iradəsini ifadə edən elementləri özündə birləşdirir. Beləliklə, mövcud müqavilə eyni zamanda alqı-satqı, dəyişdirmə və birgə fəaliyyət müqaviləsinin ünsürlərini ehtiva edir. İddiaçı cavabdehdən 3.800.000 manatlıq qalıq ödənişin müqabilində razılaşdırılmış 6.333 kv.m mənzilin təqdim edilməsini tələb edir.

48. MM-in 5.3, 421.1, 423.1, 425, 427.5, 435, 442, 448.1, 448.2-ci maddələri üzrə Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar və mülki dövriyyənin əsas prinsiplərindən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Öhdəliklərin icrasında tərəflər vicdanlılıq prinsipinə riayət etməli, müqavilənin məqsədinə çatmağa mane olacaq hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra olunmaması öhdəlik pozuntusu sayılır, borclu öz risk dairəsində olan öhdəliklərin icra edilməməsinə görə təqsirli olduğu hallarda məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin 2018-ci il 11 iyun tarixli "xxxx" MMC işində vurğulandığı kimi, məhkəmələr mübahisəni müqavilə şərtləri çərçivəsində araşdırmalı və öhdəliyi icra etməyən tərəfi müəyyən etməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının 6.333 kv.m mənzil tələbini müqavilə predmetinin bir hissəsi kimi qiymətləndirilməli olduğunu iddia etsə də, müqavilə nin məzmunu 3.800.000 manatın əmlak şəklində təqdim edilməsinin tərəflər arasında razılaşdırıldığını açıq şəkildə göstərir. Müqavilənin digər bəndlərində əmlakın təqdimindən sonrakı satış və gəlirin bölüşdürülməsi şərtləri tərəflərin əmlakın təqdim edilməsi ilə bağlı iradə ifadəsinin məqsədyönlü olduğunu təsdiqləyir. Cavabdeh müqaviləyə qədərki danışıqların və ya fərqli razılaşmanın mövcudluğunu sübut edən heç bir sənəd təqdim etməmiş, əksinə, iddiaçı votsap yazışmaları ilə cavabdehin müqavilə şərtini yerinə yetirmədiyini göstərmişdir. Müqavilənin dəyişdirilməsi isə yalnız tərəflərin razılığı ilə mümkündür, lakin hazırkı işdə belə razılaşma yoxdur. Kreditor müqavilədə nəzərdə tutulandan başqa icranı qəbul etmək hüququna malik olsa da, buna borclu deyil. Müqaviləyə görə, cavabdeh baş plan t əsdiq edildikdən sonra mənzilləri təqdim etməli idi. Tərəflər Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yaşayış binasının tikintisi ilə bağlı razılaşmışdır və "xxxx" MTK-ya həmin ünvanda tikintiyə verilmiş 2022-ci il 23 may tarixli icazəyə əsasən, cavabdehin öhdəliyini icra üçün hüquqi əsaslar yaranmışdır. Beləliklə, müqavilənin icrası üçün bütün hüquqi şərtlər mövcud olduğu halda, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir.

49. MM-in 390.2, 425.1, 425.2-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilən, 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in 3.800.000 manat məbləğində qalıq ödənişin əmlak şəklində təmin edilməsi barədə şərtinin etibarsız olması barədə mövqeyi səhvdir. Belə ki, "xx xx" MMC alqı-satqı müqavilələrinin bağlanma anında məhdud məsuliyyətli cəmiyyət olmuş və cavabdeh alqı-satqı müqaviləsindən sonra MMC-nin nizamnamə kapitalının 100%-nə sahib olmuşdur. Bu səbəbdən, MM-in 91.1-ci maddəsinə əsasən, cəmiyyətin ali orqanı olan ümumi yığıncağın səlahiyyətlərini təkbaşına icra edən yeganə iştirakçı olaraq cavabdeh "xxxx" MMC-nin əmlakı üzərində sərəncam vermək hüququna malik olmuşdur. Müqavilə isə bağlanarkən qüvvədə olan imperativ normalara uyğun olmalıdır və burada hüquqi subyektin səlahiyyətləri qanuni əsasda mövcuddur. Cavabdeh öhdəlikdən yayınmaq məqsədilə 2020-ci il 21 iyul tarixində "xxxx" MMC-nin təşkilati-hüquqi formasını dəyişərək "xxxx" Mənzil-Tikinti Kooperativinə çevirmiş, daha sonra isə 5%-lik payları digər şəxslərə sataraq, nizamnamə kapitalının 80 %-ni özündə saxlamışdır. Növbəti müddətdə "xxxx" MTK-nın adı “X1” MTK, daha sonra isə "xxxx" MTK olaraq dəyişdirilmişdir. Bu dəyişikliklər cavabdehin müqavilə öhdəliklərindən yayınmaq məqsədilə həyata keçirdiyi hərəkətlərdir. Cavabdeh müqavilənin icrasından yayınmaq məqsədilə təşkilati-hüquqi formaları dəyişmiş, pay bölgələrini manipulyasiya edərək öhdəliklərdən boyun qaçırmağa çalışmışdır. Bu, qanunvericiliyin tələblərinə, müqavilə azadlığı və vicdanlılıq prinsiplərinə ziddir və apellyasiya instansiyası məhkəməsinin mövqeyinin hüquqi əsaslardan uzaq olduğunu təsdiqləyir.

50. MM-in 109.1., 109.2., 109.3., 109.5., 109.6., 109.7., 109.8., 109.9-cu maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin cavabdehin "xxxx" MTK-nın əmlakı üzərində sərəncam vermək hüququnun olmadığı barədə mövqeyi yanlışdır. Belə ki, MM-in 109-cu maddəsinə əsasən, kooperativdə yalnız mütləq pay haqqı ödəyən şəxslər səs hüququna malikdir. Məhkəmənin istinad etdiyi 80 nəfər üzv isə yalnız mütləq pay haqqı ödəməklə mənzil əldə etdiyindən, səs hüququ yoxdur. "xxxx" MTK-nın yeganə səs hüquqlu üzvləri isə cavabdehlə yanaşı Elxan Feyzullayev, İlham Əzizov, Cəmil Babayev və Aytən İsmayılovadır. Cavabdeh iddiaçıdan aldığı 13 milyon manatlıq əmlak payının 20%-ni digər 4 nəfərə satmış, 80%-ni saxlamış və bununla kooperativin mənfəətindən 80% dividend alma hüququ əldə etmişdir. 2022-ci il 23 may tarixdə "xxxx" MTK-ya tikinti üçün icazə verilmiş və həmin ərazidə inşa edilmiş 62.029,6 kv.m-lik daşınmaz əmlakın 35.029 kv.m-i MTK-nın balansında qalmışdır ki, onun da 80%-i (28.023 kv.m) Cavabdeh məxsusdur. Eksperti za bu əmlakın dəyərini 68.656.350 manat olaraq müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin 2021-ci il 21 dekabr tarixli qərarına əsasən, kooperativ üzvü əmlak payını geri götürərək kooperativdən çıxmaq hüququna malikdir. Bundan əlavə, cavabdeh 2024cü il 10 iyul tarixdə apellyasiya instansiyasına iddiaçıya qalıq borcunun əvəzində 4.664.800 manat dəyərində (1904 kv.m sahə) daşınmaz əmlak təklif etmişdir. Bu, onun "xxxx" MTK əmlakı üzərində sərəncam hüququna malik olduğunu açıq şəkildə göstərir. Məhkəmənin digər 20% pay sahiblərinin razılığı olmadan sərəncam verilməsinin mümkün olmadığı barədə mövqeyi səhvdir, çünki qanuna əsasən yalnız mütləq pay sahibləri kooperativ qərarlarında iştirak edə bilər. Beləliklə, apellyasiya instansiyasının qərarı MM-in 109-cu maddəsinin tələblərinə və Konstit usiya Məhkəməsinin hüquqi izahına ziddir.

51. MM-in 337.4, 352 və 391-ci maddələri üzrə - məhkəmənin 2020-ci il 28 yanvar tarixli alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli əlavə sazişin etibarsız olduğu barədə mövqeyi yanlışdır. MM-in 391-ci maddəsinə əsaslanaraq müqavilənin gələcək əmlak üzərində bağlanıldığını iddia edən məhkəmə, tətbiq edilməli olmayan normanı səhvən tətbiq etmişdir. Mübahisə predmeti gələcək əmlak deyil, iddiaçı cavabdehə "xxxx" MMC-nin nizamnamə kapitalı və MMC-yə məxsus 3,6 ha torpaq sahəsi və 28.437,3 kv.m qeyri-yaşayış sahəsinin satışı ilə bağlıdır. Müqavilədə iddiaçının sözügedən daşınmaz əmlakların inşaat üçün istifadəsinə razılıq verdiyi, əmlakın sökülüb bina inşa edilməsi və bu prosesdə razılıq alınmaması halında belə ödənişin geri qaytarılmayacağı açı q şəkildə göstərilmişdir. Apellyasiya instansiyasının, gələcək əmlak üzərində müqavilənin etibarsız olduğunu əsas gətirməsi, Bakı şəhərində istismar müddətini keçmiş binaların sökülüb yenilərinin inşası ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə təcrübəyə əsasən, MTK-ların gələcəkdə inşa edəcəyi binalardan sakinlərə mənzil təqdim olunması barədə müqavilələr qanuni və etibarlı sayılır. Bu müqavilədə də, "xxxx" MMC-nin hüquqi varisi olan "xxxx" MTK tərəfindən inşa ediləcək yaşayış binasından 6.333 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyi dəqiq müəyyən edilmişdir. MM-in 391-ci maddəsinə əsasən, müqavilənin gələcək əmlakın konkret predmetləri (məsələn, müəyyən mənzil sahəsi) üzərində bağlanması etibarsız deyil. Burada konkret predmet - 6.333 kv.m yaşayış sahəsi - aydın şəkildə gö stərilmişdir. Məhkəmənin etibarsızlıq barədə mövqeyi müqavilənin məzmununu və mahiyyətini nəzərə almadan verilmişdir. Bundan əlavə, əgər məhkəmə müqavilənin etibarsız olduğunu iddia edirsə, bu, müqavilənin yalnız bir hissəsinə deyil, bütövlükdə aid edilməlidir. Müqaviləyə əsasən, "xxxx" MMC-nin nizamnamə kapitalının 62%-i 7.8 milyon manata satılmış, onun 3.8 milyon manatlıq hissəsi əmlak (6.333 kv.m mənzil) şəklində ödənilməli olduğu üçün bu şərt olmadan alqı-satqı müqaviləsi tam icra oluna bilməzdi. Buna görə, əgər məhkəmə müqavilənin əmlakla bağlı hissəsini etibarsız hesab edirsə, bu, bütün müqavilənin etibarsızlığına gətirib çıxarmalıdır. Bu halda, cavabdeh "xxxx" MTK-nın nizamnamə kapitalının 62%-ni iddiaçıya qaytarmalı olacaqdır ki, bu da onun maraqlarına tam ziddir. Bütün bunları nəz ərə alaraq, cavabdeh 2024-cü il 10 iyul tarixdə apellyasiya instansiyasına barışıq təklifi göndərmişdir. O, iddiaçıya 3.8 milyon manat borcunun əvəzində 4.664.800 manat dəyərində (1 kv.m-i 2.450 manat qiymətləndirilməklə) 1.904 kv.m yaşayış sahəsi təqdim etməyi təklif etmiş, əlavə olaraq iddiaçının bu mənzillər üzərində çıxarış aldıqdan sonra sərbəst sərəncam vermək hüququnu tanımışdır. Lakin iddiaçı bu təklifi qəbul etməyərək müqavilənin tam icrasını tələb etmişdir. Beləliklə, məhkəmənin gələcək əmlakla bağlı müqavilənin etibarsızlığı barədə mövqeyi qanunvericiliyə, formalaşmış məhkəmə təcrübəsinə və tərəflər arasında bağlanmış müqavilənin mahiyyətinə ziddir.

52. Kassasiya şikayətinin “İşin halları” hissəsində göstərilmişdir ki, "xxxx" MMC 2012ci il 7 may tarixdə qeydiyyata alınmış, nizam namə kapitalı 1.000.100 manat olmaqla tamamilə iddiaçıya məxsus olmuşdur. O, MMC-nin xüsusi mülkiyyətində olan Bakı, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında 3,6 ha torpaq və 28.437,3 kv.m qeyri-yaşayış sahəsinə sahib olmuşdur. 2020-ci il 28 yanvar tarixli “Təsis payının alqı-satqı müqaviləsi” və 2020-ci il 19 mart tarixli əlavə sazişlə, iddiaçı MMC-nin 100% payını 13 milyon manata cavabdehə satmışdır. Müqaviləyə əsasən, 3.8 milyon manatlıq hissə əmlak şəklində 6.333 kv.m mənzillərlə ödənilməli idi. 2020-ci il 21 iyul tarixdə cavabdeh, MMC-nin 20% payını digər şəxslərə sataraq onu "xxxx" MTK-ya çevirmiş, sonra bu qurum "xxxx" MTK adını almışdır. 2022-ci il 23 may tarixində "xxxx" MTK-ya Şərifzadə 241 ünvanında çoxmərtəbəli yaşayış binalarının inşası üçün icazə verilmişdir. Apellyasiya mə hkəməsi, cavabdehin "xxxx" MTK-nın əmlakı üzərində sərəncam vermək səlahiyyətinin olmadığı qənaətinə gəlmiş, lakin iddiaçının tələb etdiyi 6.333 kv.m mənzillərin müqavilə şərtlərinə əsaslandığı diqqətdən kənarda qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

53. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi 2021-ci ildə beş nəfər şəxsin nizamnamə kapitalındakı pay haqlarının qoyuluşu əsasında təşkil edilmişdir. Mənzil Tikinti Kooperativlərinin idarə edilməsi və onun əmlakları barədə hər hansı qərarların verilməsi onun nizamnaməsində göstərilən əsaslar ilə mümkündür. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnaməsinin 3.2-ci bəndinə əsasən, kooperativ Azərbaycan Respublikası qanunvericiliyi və bu Nizamnamə ilə nəz ərdə tutulmuş habelə Kooperativ üzvlərinin ümumi yığıncağının qərarları ilə müəyyən edilmiş vəzifələri daşıyır. Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. 54. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən 2022-2023-cü il tarixlərdə Bakı şəhəri, X2 küçəsi 241 ünvanında tikintisi həyata keçirilmiş binalarda yerləşən Kooperativə məxsus 6333 kv.m həcmində mənzilləri Kooperativin ümumi yığıncağının qərarı olmadan kooperativin üzvü olan cavabdeh tərəfindən şəxsi adından bağlanılmış 2020-ci il 19 mart tarixli müqavilə ilə 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı müqaviləyə 1 X4lə borc öhdəliyinin icrası əvəzi olaraq iddiaçıya verilmişdir. 55. 2020-ci il 19 mart tarixli təsis payın alqı-satqısı müqaviləsinə 1 X4in 1.1-ci bəndindən görünür ki, tərəflər belə razılığa gə lirlər ki, layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzilləri layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 tərəfə təqdim edəcəkdir. Cavabdeh bununla bağlı qeyd edir ki, iş materiallarına əsasən, tikilməsi nəzərdə tutulan mənzilləri layihəsinin baş planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2022-ci il 23 may tarixli Tİ-56/22 №-li Obyektin Tikintisinə icazə təsdiq edildiyi halda, "Avant Group” Mənzil Tikinti Kooperativinin 2021-ci ildə yəni baş plan təsdiq edilməmişdən 1 il öncə pay qoyuluşu əsasında kooperativin 5 üzvünün əsas payçı olması əsasında təsis edilmişdir. Bu da onu demə yə əsas verir ki, cavabdeh Kooperativin ümumi əmlakı barədə gələcəkdə yaranacaq öhdəliyi üzrə müqavilə bağlamışdır.

56. Bakı Kommersiya məhkəməsinin 2-2(113)-100/2024 saylı, 2024-cü il 28 mart tarixli qətnaməsi ilə iddiaçının cavabdehə münasibətdə təmin edilmiş tələbləri "xxxx" Mənzil Tikinti Kooperativinin 3-cü şəxs qismində hüquqlarının pozulmasına əsas vermişdir.

57. Belə ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli 3M-251 saylı alqısatqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in 1.1-ci bəndində qeyd edilən ümumilikdə 6333 kv.m həcmində mənzillər cavabdehə deyil, onun payçılarından biri olduğu "xxxx" MTK tərəfindən inşa edilən mənzillərdir.

58. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərti mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmas ı üçün zəruri olan “əqdin subyekt tərkibinə aid edilən şərt”ə cavab vermir. Çünki "xxxx" MMC-yə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 241 ünvanında yerləşən torpaq sahəsində inşa edilən yaşayış binalarındakı mənzillər cavabdehə deyil, "xxxx" MTK-ya məxsus olduğuna görə, MTK-nın payçılarından biri olan cavabdehin öz adından bağladığı müqavilədə həmin mənzillərə dair sərəncam vermək səlahiyyəti olmamışdır. 59. "xxxx" Mənzil Tikinti Kooperativi pay qoyuluşu əsasında kooperativin 5 üzvünün əsas payçı olması əsasında təsis edilsə də, hazırda kooperativin 80 nəfərdən yuxarı üzvü mövcuddur. Belə olan halda cavabdehin şəxsi öhdəlikləri üzrə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin pay qoyuluşu əsasında ünvan 6 ünvanında tikintisi həyata keçirilmiş binalar üzrə mənzillərin di gər şəxsə verilməsi bütün payçıların Nizamnamədə təsbit edilmiş hüquqlarının pozulmasına əsas verir.

60. Bundan başqa, iddiaçı kooperativin üzvlüyünə qəbul edilmiş şəxs olmamışdır ki, ona Kooperativə məxsus əmlaklardan pay ayrılsın. Belə ki hər hansı bir şəxsin Kooperativə üzvlüyə qəbul edilməsi və üzvlükdən xaric edilməsi nizamnamənin 7.3-cü bəndinə əsasən ümumi yığıncağın müstəsna səlahiyyətinə aid hesab edilir. Bundan əlavə, cavabdeh kooperativin əsas pay qoyuluşu əsasında üzvü olsa da belə, kooperativin nizamnaməsinin 7.3-cü bəndinə əsasən, Kooperativ üzvləri arasında mənzilləri bölüşdürmək ümumi yığıncağın müstəsna səlahiyyətinə aid hesab edilir.

61. Buna baxmayaraq kooperativinin üzvü cavabdeh nizamnamənin 7.3-cü bəndində ümumi yığıncağın müstəsna səlahiyyətinə aid hesab edilən məsəl ə barəsində özü qərar verməklə "xxxx" Mənzil Tikinti Kooperativinin üzvü olsa da, ümumi yığıncağın ona hansı mənzillərin verilməsi barədə qərarı olmadan 2020-ci il 19 mart tarixli 1 X4lə borc öhdəliyinin icrası əvəzi olaraq iddiaçıya verilməsi barədə razılığa gəlmişdir. İstənilən kooperativ üzvü kooperativin gələcək əmlakı barədə özü müstəqil olaraq qərar verə bilməz. Kooperativin əmlakı yalnız onun üzvləri arasında kooperativ üzvlərinin ümumi yığıncağın qərarı əsasında verilməsi mümkündür. Kooperativ üzvü yalnız kooperativin ümumi yığıncağının qərarı əsasında ona verilmiş əmlaklar barədə müstəqil qərarlar vermək səlahiyyətinə malikdir.

62. Bundan əlavə, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında tikintisi həyata keçirilmiş yaşayış bi nalarında yerləşən mənzillərin 80%-i Kooperativin payçılarına verilmiş və hazırda da həmin mənzillərdə faktiki olaraq yaşayış vardır. İddia təmin edilərsə, qətnamənin gələcəkdə icrası qeyri-mümkün olacaqdır. Belə ki, mənzillərdə yaşayan payçılar sözügedən mənzilləri Kooperativin nizamnaməsinə uyğun olaraq tam qanuni şəkildə əldə etmişdir.

63. Kooperativin nizamnaməsinin 3.2-ci bəndinə əsasən, Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Lakin iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, “Avant Group" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasından tikintisi kooperativ tərəfindən icra edildikdən sonra ona həmin binada hansısa mənzillərin verilməsinə dair bir razılaşma mövcud deyildir. Eyni zamanda, iş materiallarında “Avant Group" Mənzil Tikinti Kooper ativinin onun üzvü olan cavabdeh ilə iddiaçı arasında bağlanmış sazişin icrası məqsədi ilə sonuncuya 6333 kv.m həcmində mənzillərin veriləcəyi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarı yoxdur. Kassasiya baxışının hədləri

64. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəmə sinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

66. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki “Maddə

52. Hüquqi şəxsin məsuliyyəti... Məcəlləsinin müvafiq müddəalarında 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.” “Maddə

64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri 64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyulu şları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.... 64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər....” “Maddə

87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri hə ddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır....” “Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq;...” “Maddə

110. Kooperativin əmlakı 110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haq ları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər....” “Maddə 110-3. Kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti... 110-3.2. Kooperativ öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar götürdükləri öhdəliklərinə və bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla başqa öhdəliklərinə (borclarına) görə məsuliyyət daşımır....” “Maddə

111. Kooperativdə idarəetmə... 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir:... 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq;... 111.5. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır....” “Maddə

112. Kooperativdə üzvlüyə xitam verilməsi və payın keçməsi 112.1. Kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir....” “Maddə

135. Əşya hüququnun obyektləri... 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. 135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifa dəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir....” “Maddə

146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi... 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir....” “Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur....” “Maddə

230. Yaşayış binasının tərkib hissələr inin vahidləri Yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda "yaşayış binasının tərkib hissələrinin vahidləri" adlandırılır.” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd b ağlandığı andan etibarsızdır....” “Maddə

352. Əqdin bir hissəsinin etibarsızlığının nəticələri Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.” “Maddə

391. Gələcək əmlak barəsində bağlanmış müqavilənin etibarsızlığı Tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.”

67. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mənzil Məcəlləsinin m üvafiq müddəalarında “Maddə

12. Mənzil hüququnun obyektləri... 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.... 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.” “Maddə

13. Yaşayış sahələrinin növləri 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir:... 13.1.2. mənzil, mənzilin hissəsi;...” “Maddə

109. Mənzil-tikinti kooperativləri 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.2. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər....” “Maddə

113. Mənzil-tikinti kooperativi binalarında yaşayış sahəsinin verilməsi 113.1. Mənzil-tikinti k ooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənziltikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2. Bu Məcəl lənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. ”

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını n müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olm ur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir....”

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hü quqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

71. İddiaçı tərəflər arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in 1.1-ci bəndində əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən yaşayış binasından ümumi sahəsi 6333 kv.m olan mənzillərin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələb irəli sürmüşdür.

72. Apellyasiya instansiyası məhkəməsinin həmin müqavilə şərtinin etibarsız olması nəticəsinə gələrək iddianın rədd edilməsini qət etmişdir.

73. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin mövqeyinin qanuni və əsaslı olması qənaətindədir.

74. Cavabdeh ondan tələb edilən əmlakı iddiaçıya vermək üçün hər şeydən əvvəl onun mülkiyyətçisi olmalıdır. Belə ki, MM-in 152.1-ci maddəsinin (bax § 66) məzmunundan aydın olur ki, hər hansı şəxs əmlak barədə sərəncam vermək üçün həmin əmlakın mülkiyyətçisi olmalıdır.

75. Bu qayda həm də hüququn ümumi prinsipi olaraq bütün Roman-German hüquq sisteminin bazisini təşkil edən qədim Roma hüququndan gəlir. Roma hüququna görə, mülkiyyət hüququnu digər şəxsə keçirən şəxsin özü həqiqətən də bu hüquqa malik olmalıdır. Əks halda, qarşı tərəf ona keçirilən hüququ əldə edə bilməz (“Heç kəs özünün malik olduğu hüquqdan artıq hüququ başqasına keçirə bilməz” – “Nemo plus iur is ad alium transferre potest, quam ipse haberet”).

76. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçının mənzillər tələb etdiyi yaşayış binaları "xxxx" MMC-yə məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 241 ünvanında yerləşən torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa olunmuşdur ("xxxx" MMC təşkilati-hüquqi formasını və adını dəyişmiş, hal-hazırda "xxxx" MTK kimi fəaliyyət göstərir). Beləliklə də müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 yanvar tarixli alqı-satqı müqaviləsinə 2021-ci il 19 mart tarixli 1 X4in 1.1-ci bəndində qeyd edilən ümumilikdə 6333 kv.m həcmində mənzillər cavabdehə deyil, onun payçılarından biri olduğu "xxxx" MTK tərəfindən inşa edilən mənzillərdir.

77. Ümumiyyətlə, iddiaçı tərəfin MPM-i n 77.1-ci maddəsinin (bax § 69) tələblərinə uyğun olaraq, məhkəməyə sözügedən mənzillərin MTK-ya deyil, məhz cavabdehə məxsus olmasını təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməsi iş materiallarından görünmür.

78. Odur ki, MM-in 110.1-ci maddəsində (bax § 66) istinadən edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kooperativin əmlakının onun xüsusi mülkiyyətində olmasına dair nəticə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır. Qeyd edək ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən "xxxx" MənzilTikinti Kooperativinin nizamnaməsinə (nizamnamənin 12.1-ci bəndi) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2022-ci il 23 may tarixli Tİ-56/22 №-li Obyekt in Tikintisinə İcazə sənədinə əsaslanmışdır.

79. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 109.1 və 109.2-ci maddələrinə (bax § 67) uyğun olaraq, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Mənzil-tikinti kooperativi üzvləri öz vəsaitləri hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və onun sonrakı saxlanmasında iştirak edirlər.

80. Bu normalar onu deməyə əsas verir ki, istənilən MTK-nın yaradılmasında əsas hədəf məhz MTK tərəfindən öz üzvlərinin vəsaitləri hesabına yaşayış binaları tikməkdən ibarətdir.

81. Mübahisələndirilən qətnamədən məlum olur ki, "xxxx" MTK-nın 80-dən artıq üzvü vardır və cavabdeh də üzvlərdən biridir. MTK-nın ilkin pay fondu 1.000.100 manat müəyyən edilmiş, pay fondunda kooperativ üzvlərinin hər bir payının nominal dəyəri 10.001 manat olmaqla, mütləq pay haqqı 1.000.100 manatdan ibarətdir. Cavabdehin nizamnamə kapitalındakı pay haqqı 800.080 manat (800.000 manat əmlak şəklində, 80 manat pul şəklində), 80 pay haqqı, 80 % təşkil edir.

82. Belə olan halda, mübahisəli yaşayış binalarının yalnız cavabdehin vəsaiti hesabına tikilməsi Mənzil Məcəlləsinin istinad olunan normalarına əsasən qeyrimümkündür. Elə iddiaçı tərəfin MPM-in 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəməyə sözüged ən mənzillərin məhz cavabdehin vəsaiti hesabına tikilməsini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməsi də iş materiallarından görünmür.

83. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının faktiki olaraq cavabdehə məxsus pul vəsaiti hesabına inşa edilməsi barədə nəticəyə gəlmək üçün əsasların mövcud olmamasına, belə olan halda isə tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin "xxxx" MTK-nın mülki qanunvericilik və nizamnamə ilə müəyyən edilən korporativ qaydalarına zidd olmasının şübhə doğurmamasına dair gəldiyi nəticəni də tamamilə qanuni və əsaslı hesab edir.

84. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, cavabdehin mübahisəli mənzillər üzərində sərəncam vermək səlahiyyətini verən mülkiyy ət hüququna malik olması iş materialları ilə öz təsdiqini tapmır.

85. Bundan başqa, iddiaçının "xxxx" MTK-nın üzvü olması da işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

86. Halbuki Mənzil Məcəlləsinin 113.1 və 113.2-ci maddələrinin (bax § 67) tələbləri ondan ibarətdir ki, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Həmin qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

87. Eləcə də mübahisələndirilən qətnamədən görünür ki, "xxxx" MTK-nın nizamnaməsinin 7.3-cü bəndində kooperativ üzvləri arasında mənzil bölüşdürmək kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğu müəyyən edilmişdir.

88. Beləliklə, iddiaçı "xxxx" MTK-nın üzvü olmadan və ona yaşayış (qeyri-yaşayış) sahələrinin verilməsi barədə MTK-nın ümumi yığıncağının qərarı olmadan hazırkı cavabdeh tərəfindən sözügedən MTK-nın inşa etdirdiyi binalardan iddiaçıya mənzillər verilməsi Mənzil Məcəlləsinin və MTK-nın nizamnaməsinin tələblərinə də ziddir.

89. Digər tərəfdən, işin məhkəmələr tərəfindən mübahisəsiz hallarından o da məlum olur ki, tərəflər arasında bağlanmış iddiaçının əsaslandığı müqavilə şərtində qeyd edilmişdir ki, əmlak şəklində 3.800.000 manat məbləğində qalıq ödəniş aşağıdakı qaydada İkinci tərə f (cavabdeh) Birinci tərəfin (iddiaçının) xeyrinə təmin edəcəkdir: - layihə üzrə inşa olunacaq hər bir mənzilin 1 kv.m üzrə ümumi xərci 600 manat nəzərə alınmaqla, ümumilikdə 6333 kv.m həcmində mənzillər layihənin baş planı təsdiq edildikdən sonra proporsional qaydada X3 Tərəfə təqdim edəcəkdir. Birinci Tərəf təqdim edilmiş həmin mənzillərin satışı zamanı satışdan daxil olan məbləğin 1 kv.m görə 600 manatdan yuxarı hissəsini isə tərəflər öz aralarında tam bərabər şəkildə bölüşdürəcəklər. Satışın tərəflər arasında qeyd olunan şərtlərini Birinci Tərəf pozduqda, yəni ofisi xaricində satışı həyata keçirdikdə, İkinci Tərəf ilə qarşılıqlı razılaşdırma olmadan satış edildikdə və ya hər hansı bir şəkildə maneə törətdikdə, o zaman İkinci Tərəf müvafiq qaydada təqdim edilmiş mənzillərin miqdarını az altmaq hüququna malikdir.

90. Göründüyü kimi, tərəflər sözügedən şərtlə iddiaçıya təqdim edilməsi nəzərdə tutulan mənzillərin iddiaçı tərəfindən satışının həyata keçiriləcəyi qaydasını razılaşdırmışlar.

91. Bu isə müqavilə ilə iddiaçıya mübahisəli mənzillər barədə sərəncam verilməsi hüququnun verilməsi anlamana gəlir. Halbuki Mənzil Məcəlləsinin 113.3-cü maddəsinin (bax § 67) məzmunundan aydın olur ki, mənzil-tikinti kooperativinə üzv olmayan şəxs tərəfindən yaşayış sahəsi barəsində sərəncam vermək üçün hüquqi əsas mövcud deyildir. İddiaçı isə, yuxarıda qeyd olunduğu kimi, "xxxx" MTK-nın üzvü deyildir. Bu səbəbdən də sözügedən müqavilə şərti istinad olunan normaya da ziddir.

92. Bundan başqa, mübahisəli müqavilə şərti ümumiyyətlə korporativ idarəetmənin təməl prinsiplərindən biri olan hü quqi şəxslərlə onların təsisçiləri arasında məsuliyyətin bölünməsi prinsipini (“hüquqi şəxslər öz təsisçilərinin, iştirakçılarının, üzvlərinin öhdəliklərinə görə, sonuncular isə hüquqi şəxslərin məsuliyyətinə görə məsuliyyət daşımırlar”) faktiki olaraq pozmuş olur. Bu prinsip istər ümumilikdə hüquqi şəxslər üçün, istərsə də onun ayrı-ayrı növləri, o cümlədən məhdud məsuliyyətli cəmiyyətlər, kooperativlər üçün xarakterikdir (MM-in 52.2, 87.1, 110-3.2-ci maddələri – bax § 66).

93. Belə ki, sözügedən məsuliyyətin bölünməsi prinsipinə görə, iddiaçının cavabdehlə bağladığı mübahisəli müqavilənin şərtləri nə həmin müqavilə bağlanarkən mövcud olmuş "xxxx" MMC üçün, nə də sonradan yaradılan və cavabdehin özünün də üzv olduğu "xxxx" MTK üçün və onların ziyanına bu qurumların əmlakına sərəncam veril məsi ilə bağlı hər hansı öhdəlik yarada bilməzdi.

94. MM-in 64.1 və 64.3-cü maddələrinə (bax § 66) uyğun olaraq, təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Məhdud məsuliyyətli cəmiyyət də təsərrüfat cəmiyyətidir.

95. Bu mənada, kassatorun öz dəlillərində istinad etdiyi cavabdehin alqı-satqı müqaviləsindən sonra "xxxx" MMC-nin nizamnamə kapitalının 100%-nə sahib olması, cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərini təkbaşına icra edən yeganə iştirakçı olması da vəziyyəti hüquqi baxımdan dəyişmir. Ən azından ona görə ki, qanunda sözügedən məsuliyyətin bölünməsi prinsipindən belə bir istisna nəzərdə tutulmamışdır. İstənilən halda, MMC-nin əmla kına sərəncam verilməsi barədə qərar onun təsisçisi tərəfindən deyil, məhz MMC-nin özü tərəfindən və MMC-nin adından qəbul edilməlidir. Belə olan halda isə MMC-nin təsisçisinin MMC-nin əmlakı barədə sərəncam verəcəyinə dair üzərinə götürdüyü hər hansı öhdəlik qanunsuzdur.

96. Eləcə də "xxxx" MTK-nın üzvlərindən biri olan cavabdehin MTK-nin mülkiyyətində olan əmlak (MM-in 110.1-ci maddəsi, MTK-nın nizamnaməsinin 12.1-ci bəndi) barədə təkbaşına sərəncam verməsi həm qanunun tələblərinə, həm nizamnamənin müddəalarına, həm də MTK-nın özünün və digər üzvlərinin maraqlarına ziddir.

97. O da qeyd edilməlidir ki, mübahisələndirən qətnamədən aydın olur ki, "xxxx" MTK da tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinə etiraz etmiş, müqavilənin həmin şərtinin kooperativin nizamnamə ilə müə yyən edilən qaydalarına zidd olduğunu və hazırda 80 nəfərdən artıq olan kooperativ üzvlərinin hüquqlarının pozulduğunu bildirmişdir.

98. Kooperativ üzvünün əmlak payını geri götürərək kooperativdən çıxmaq hüququna malik olmasına dair iddiaçının dəlili ilə əlaqədar qeyd olunur ki, əvvəla, MM-in 112.1-ci maddəsinə (bax § 66) görə, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir.

99. Normanın dispozisiyasından göründüyü kimi, kooperativ üzvünün kooperativdən çıxması heç də bütün hallarda ona payına uyğun əmlak verilməsi ilə nəticələnmir. Qanun buna alternativ olaraq kooperativ üzvünə payının dəyərinin ödənilməsi, habelə kooperativi n nizamnaməsində nəzərdə tutulan digər ödənişlərin verilməsi imkanını da nəzərdə tutmuşdur.

100. Digər tərəfdən, kooperativdən çıxmaq kooperativ üzvünün vəzifəsi deyil, hüququdur. Hazırkı halda mübahisələndirilən qətnamədən məlum olur ki, cavabdeh hələ ki, bu hüququnu reallaşdırmamış, yəni MTK-nın üzvlüyündən çıxmamış və ona payına uyğun əmlak verilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin sözügedən dəlili mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.

101. Kassatorun digər dəlili ondan ibarətdir ki, cavabdeh 2024-cü il 10 iyul tarixində apellyasiya instansiyasına iddiaçıya qalıq borcunun əvəzində 4.664.800 manat dəyərində (1904 kv.m sahə) daşınmaz əmlak təklif etmişdir. Bu, onun "xxxx" MTK-nın əmlakı üzərində sərəncam hüququna mal ik olduğunu açıq şəkildə göstərir.

102. Məhkəmə kollegiyası bununla əlaqədar xüsusi olaraq vurğulayır ki, RomanGerman hüquq-sisteminin hakim olduğu bir çox ölkələrdə, ö cümlədən Azərbaycanda mövcud məhkəmə təcrübəsinə əsasən tərəflərin barışıq və mediasiya zamanı tutduqları mövqedən, verdikləri izahatlardan sonradan məhkəmə baxışı zamanı onların əleyhinə “istifadə etmək” yolverilməz haldır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində isə bu imperativ qaydada müəyyən edilmişdir. Belə ki, həmin Qanunun 8.2 və 8.3-cü maddələrinə əsasən, tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanı n həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. Mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə proseslərində və arbitraj icraatında, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaql a) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.

103. Kassatorun qanuna əsasən yalnız mütləq pay sahiblərinin kooperativ qərarlarında iştirak edə bilməsinə dair dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, MM-in 109-4.1 və 109.4.1.1-ci maddələrindən (bax § 66) aydın olur ki, hər bir kooperativ üzvünün kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək hüququ vardır. Qanun kooperativ üzvünün mütləq pay sahibi olub-olmamasından asılı olmayaraq bu hüququ hər hansı formada məhdudlaşdırmamışdır. Əksinə, MM-in 111.5-ci maddəsi (bax § 66) birbaşa müəyyən etmişdir ki, ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. Qanun bu şərti də kooperativ üzvünün mütləq pay sahibi olub-olmaması ilə əlaqələndirməmişdir. İ stənilən halda, kooperativin əmlakı barədə sərəncam verilməsi barədə qərar onun üzvü tərəfindən deyil, məhz kooperativin özü tərəfindən və kooperativin adından qəbul edilməlidir. Belə olan halda isə hər hansı şəxsin gələcəkdə üzv olacağı kooperativin əmlakı barədə sərəncam verəcəyinə dair əvvəlcədən üzərinə götürdüyü hər hansı öhdəlik qanunsuzdur.

104. Bu mənada, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi cavabdehin "xxxx" MTK-nın nizamnamə kapitalında 80 % paya malik olmasının cavabdehin öz adından bağladığı müqavilədə kooperativə məxsus əmlak barəsində sərəncam vermək səlahiyyətində olması anlamına gəlməməsinə dair nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

105. Bundan başqa, kassator öz dəlillərində hesab edir ki, məhkəmənin gələcək əml ak üzərində müqavilənin etibarsız olduğunu əsas gətirməsi, Bakı şəhərində istismar müddətini keçmiş binaların sökülüb yenilərinin inşası ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə ziddir. Belə təcrübəyə əsasən, MTK-ların gələcəkdə inşa edəcəyi binalardan sakinlərə mənzil təqdim olunması barədə müqavilələr qanuni və etibarlı sayılır. Bu müqavilədə də, "xxxx" MMC-nin hüquqi varisi olan "xxxx" MTK tərəfindən inşa ediləcək yaşayış binasından 6.333 kv.m mənzilin iddiaçıya verilməsi öhdəliyi dəqiq müəyyən edilmişdir.

106. Əvvəla, MTK-ların gələcəkdə inşa edəcəyi binalardan sakinlərə mənzil təqdim olunması barədə müqavilələr mahiyyət etibarilə podrat müqavilələridir. Hazırkı mübahisəli müqavilə payların alqı-satqısı barədədir, onun mübahisəli şərti isə faktiki olaraq gələcəkdə inşa olunması nəzə rdə tutulan yaşayış binalarındakı mənzillər üzərində satış hüququnun verilməsini və belə satışın həyata keçirilməsi qaydasını müəyyən edir.

107. İkincisi isə, podrat müqavilələri bilavasitə tikintini həyata keçirəcək MTK-lar tərəfindən bağlandığı halda, hazırkı mübahisəli müqavilə, yuxarıda qeyd olunduğu kimi, müvafiq mənzillər barədə sərəncam vermək hüququna malik olmayan fiziki şəxs tərəfindən bağlanılmışdır.

108. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi öhdəsinə götürdüyü müqavilənin etibarsız olmasına dair MM-in 391-ci maddəsini hazırkı mübahisəyə düzgün olaraq tətbiq etmişdir.

109. Həmçinin kassatorun digər dəlilinə görə, MM-in 391-ci maddəsinə əsasən, müqavilənin gələcək əmlakın konkret predmetləri (məsələn, müəyyən mənzil sahəsi) üzərində bağlanması etibarsız deyil. Burada konkret predmet - 6.333 kv.m yaşayış sahəsi - aydın şəkildə göstərilmişdir.

110. MM-in 391-ci maddəsinə (bax § 66) əsasən, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir.

111. Beləliklə, kassator “müəyyən mənzil sahəsi”nin “əmlakın konkret predmetləri” olduğunu hesab edərək, sözügedən normanın hazırkı mübahisəyə tətbiqi üçün əsas olmadığı qənaətinə gəlir.

112. Kassasiya şikayətinin bu dəlilinin əsaslığına qiymət verilməsi üçün ayrı-ayrı mənzillərin “əmlakın ayrı-ayrı predmetləri” olub-olmaması hüquqi baxımdan dəyərləndirilməlidir.

113. Qanunda “əmlakın ayrı-ayrı predmetləri”nin nələrdən ibarət olduğuna konkret anlayış verilməmişdir. Bununla belə, MM-in 135.10-ci maddəsinə (bax § 66) əsasən, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir.

114. Eyni zamanda, MM-in 230-cu maddəsinə (bax § 66) əsasən, yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların ö z girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda "yaşayış binasının tərkib hissələrinin vahidləri" adlandırılır.

115. Mənzil Məcəlləsinin 12.2, 12.5, 13.1 və 13.1.2-ci maddələrində (bax § 67) müəyyən edilmişdir ki, yaşayış sahəsi dedikdə - MM-ə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Yaşayış sahələrinin bir növü də mənzillərdir.

116. Beləliklə, istinad olunan normaların əlaqəli təhlilindən belə nəticə hasil olur ki, mənzillər binanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən tərkib hissəsidir. Daşınmaz əmlak hesab edilən mənzillər qapalı olmaqla, öz girişinə malik olmaqla, daimi yaşaması üçün yararlı olmaqla və müvafiq yardımçı sahələri də ehtiva etməklə, xüsusi hüquqların (alqı-satqı, dəyişdirmə, bağışlama və s.) obyekti ola bilən ayrıca sahələrdir.

117. MM-in 146.2-ci maddəsinə (bax § 66) görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu normadan göründüyü kimi, daşınmaz əmlak olan mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılır.

118. Əşyanın tərkib hissələrindən başqa, qanun əşyanın ləvazimatlarını da fərqləndirmişdir. MM-in 135.11-ci maddəsinə (bax § 66) əsasən, ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatında da şamil edilir.

119. Məhkəmə kollegiyası istinad olunan normalardan belə qənaətə gəlir ki, yaşayış binalarının tərkib hissəsi olan, ayrıca qapalı sahələr olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılan mənzillərin MM-in 391-ci maddəsində nəzərdə tutulan “əmlakın ayrı-ayrı predmetləri”nə aid edilməsi mülki dövriyyənin müstəqil və əhəmiyyətli obyekti olan mənzillərin təyinatına uyğun deyildir. Bu baxımdan, təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan əşyanın ləvazimatının “əmlakın ayrı-ayrı predmetləri” hesab olunması daha ağlabatan və məqbuldur.

120. Kassasiya şikayətinin növbəti dəlilinə görə, əgər məhkəmə müqavilənin etibarsız olduğunu iddia edirsə, bu, müqavilənin yalnız bir hissəsinə deyil, bütövlükdə aid edilməlidir. Müqaviləyə əsasən, "xxxx" MMC-nin nizamnamə kapitalının 62%-i 7.8 milyon manata satılmış, onun 3.8 milyon manatlıq hissəsi əmlak (6.333 kv.m mənzil) şəklində ödənilməli olduğu üçün bu şərt olmadan alqı-satqı müqaviləsi tam icra oluna bilməzdi. Buna görə, əgər məhkəmə müqavilənin əmlakla bağlı hissəsini etibarsız hesab edirsə, bu, bütün müqavilənin etibarsızlığına gətirib çıxarmalıdır. Bu halda, cavabdeh "xxxx" MTK-nın nizamnamə kapitalının 62%-ni iddiaçıya qaytarmalı olacaqdır ki, bu da onun maraqlarına tam ziddir.

121. Məhkəmə kollegiyası isə MM-in 352-ci maddəsinə (bax § 66) istinadən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında bağlanmış müqavilənin qeyd edilən şərtinin etibarsız olmasının onun qalan hissələrinin, yəni bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmamasına dair mövqeyi əsaslıdır. Çünki tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin qeyd edilən şərti daxil edilmədən də müqavilə bağlana bilərdi.

122. Yuxarıda göstər ilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin (bax § 69) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 69) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

123. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 2-2(103)-641/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

124. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 12 sentyabr tarixli 2-2(103)-641/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar