Məhkəmə qərarları › İş №2-2(102)-134/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-134/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-134/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun X2 qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və İpoteka əmlakına yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Dadaşov İlqar Ağababş oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı Fondun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ləğv prosesində olana İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-615/2020 saylı qətnaməsindən iddiaçı Fond tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İşin materiallarında olan, İddiaçı ASC-nin 4 saylı filialı (borc verən) ilə cavabdeh X3 (borc alan) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 246F4 nömrəli “Təminatlı kredit müqaviləsi”nə əsasən, borc verən borc alana 25.000 ABŞ dolları məbləğində 36 ay müddətinə illik 26%-lə kredit verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faiz ləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh X3 arasında xx.xx.2012-ci il tarixli 2461F4 saylı “Girov müqaviləsi” bağlanaraq, DAF (Tip:TE85XC; Ban: XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili girov qoyulmuşdur

3. İşin materiallarında olan, “Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən DAF (Tip:TE85XC; Ban:XLRTE85XCOE645209 rəngi ağ; buraxılış ili 2004-cü il) dartıcı yük avtomobili X2 məxsusdur. 4. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)1404/2016 saylı qərarı ilə İddiaçı ASC-nin müflis elan edilməsi, iflas prosedu runa başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.

5. İşin materiallarında olan, iddiaçı Fondun cavabdeh M.Cəfərova ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********272 saylı “Pretenziya məktubu” ilə 12.302,70 ABŞ dolları əsas borcunun, 10.771,18 ABŞ dolları faiz borcunun, 3.047,54 ABŞ dolları cərimə borcunun olduğu, borcun ödənilmədiyi təqdirdə Fond tərəfindən borcun ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

6. İşin materiallarında olan, Məhkəmə Ekspertizası Mərkəzinin 09/199 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, “xxxx” ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 246F4 saylı “Təminatlı Kredit Müqaviləsi”nin şərtləri əsas götürülməklə cavabdehin xx.xx.2015-ci il tarixə Banka olan borcu aşağıdakı kimi hesablanmışdır: ödənilən məbləğ – 24.649,75 ABŞ dolları, hesablanan faiz – 12.735,25 ABŞ dolları, ödənilən faiz – 10.999,02 ABŞ dolları, ödənilən əsas məbləğ 13.650,73 ABŞ dolları. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2012-ci il tarixli, 246F4 saylı “Təminatlı kredit müqaviləsi”nə əsasən xx.xx.2018-ci il tarixə iddiaçı Fondun xeyrinə əsas borc üzrə 12.302,70 ABŞ dolları, faiz borcu üzrə 10.771,18 ABŞ dolları, cərimə borcu üzrə 3.047,54 ABŞ dolları, cəmi 26.121,42 ABŞ dolları məbləğində pulun, ödənilm iş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidəmt haqqının tutulması; tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldilməsi, girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 4 saylı filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 246F4 nömrəli “Təminatlı kredit müqaviləsi”nə əsasən, Bank tərəfindən M.Cəfərova 36 ay müddətinə, illik 26% olmaqla 25.000 ABŞ dolları məbləğində təminatlı kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, M.Cəfərov özünə məxsus (şassi XLRTE85XCOE645209; tip Yəhərli- dartıcı; rəngi ağ; buraxılış ili 2004ci il; DAF TE85XC) markalı 90RJ686 dövlət nömrə nişanlı yük avtomobilini girov predmeti kimi, Banka təqdim etmiş və bu barədə xx.xx.2012-ci il tarixli, 246F4 nömrəli “Girov müqaviləsi” bağlanmışdır.

9. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı Fond tərəfindən cavabdeh M.Cəfərova borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, borcun qaytarılması istiqamətində müsbət irəlləyiş olmamışdır.

10. Tərəflər arasında bağlanmış “Təminatlı kredit müqaviləsi”nə əsasən xx xxxx 2018-ci il tarixinə M.Cəfərovun əsas borc üzrə 12.302,70 ABŞ dolları, cərimə borcu üzrə 3.047,54 ABŞ dolları, cəmi 2 6.121,42 ABŞ dolları məbləğində borc öhdəliyi yaranmışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli saylı qətnaməsi (hakim.X.İmanov; iş No 2-2(82)102/2019) iddianın qismən təmin olunması, cavabdehdən xx.xx.2012-ci il tarixli, 246F4 saylı “Təminatlı kredit müqaviləsi”nə əsasən, əsas borc üzrə 12.302,70 ABŞ dolları, faiz borcu üzrə 1.875,75 ABŞ dolları, cərimə borcu üzrə 349,53 ABŞ dolları, cəmi 14.527,98 ABŞ dolları məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb iddiaçı Fonda verilməsi; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat pulun cаvаbdehdən tutulub iddiaçı Fonda ödənilməsi; tutmanın girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldilməsi və girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması; qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. 13. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə əsasən, iddiaçı Fondun məhkəməyə təqdim etdiyi **********165 saylı, 2018-ci il 20 iyul tarixli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirilmklə, arayışda qeyd olunduğu kimi, kredit müqaviləsinin bitmə tarixinə əsas borc 12.302,70 ABŞ dolları, faiz borcu 1.875,75 ABŞ dolları, cərimə borcu isə 349,53 ABŞ dollarıdır.

14. Həmin qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnaməni ləğv edib, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə, ədalətli qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva, hakimlər H.Həmidov və A.Hüseyn; iş No 22(103)-136/2019) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin borcun tutulması hissəsində dəyişdirilməsi; cavabdehdən xx.xx.2012-ci il tarixli, 246F4 saylı “Təminatlı kredit müqaviləsi”nə əsasən, əsas borc üzrə 11.349,27 ABŞ dolları, faiz borcu üzrə 1.736,23 ABŞ dolları, cərimə borcu üzrə 650,0 ABŞ dolları, cəmi 13.735,50 ABŞ dolları məbləğdə borcun qətnаmə icrа olunаn günə mаnаt məzənnəsi ilə hesаblаnıb iddiaçı Fonda ödənilməsi; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, iş üzrə keçirilmiş 2-ci ekspertizanın rəyi əsas götürülməlidir.

17. Eyni zamanda, qeyd olunmalıdır ki, cavabdeh, apelyasiya şikayətində 1-ci instansiya məhkəməsinin iddianın borcun ödənilməsi hissəsindən narazı o lduğunu bildirsə, iddia tələbinin təmin edilmiş - tutma girov predmeti olan (şassi XLRTE85XCOE645209; tip Yəhərli-dartıcı; rəngi ağ; buraxılış ili 2004-cü il; DAF TE85XC) markalı 90RJ686 nömrə nişanlı yük avtomobilinə yönəldildərək və girov predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracda satılması hissəsini mübahisələndirməsə də, apelyasiya şikayətində məhkəmə qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə əsasən 1-ci instansiya məhkəməsinin qətnaməsini yuxarıda qeyd edilən hissədə yoxlayarkən belə nəticəyə gəlmişdir ki, həmin qətnamə tutmanın girov predmetinə yönəldilməsi, girov ilkin satış qiyməti təyin edilməklə, açıq hərracda satılması hissəsində düzgündür.

19. Məhkəmənin qətnaməsi iddiaçı Fonda xx.xx.2020-ci il tarixdə və cavabdehə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

20. Həmin qətnamədən narazı qalan iddiaçı Fond ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edib işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmaq üçün göndərilməsi barədə qərar və ya 1-ci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kassasiya instansiya məhkəməsindən xahiş etmişdir.

21. Həmin qətnamədən narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnaməni ləğv edib, işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini kassasiya instansiya məhkəməsindən xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Komm ersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər B.Məmmədli və B.qəribov; iş No 2-2(102)-268/2020) kassasiya şikayətlərinn təmin olunması; Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilənlərə görə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəzinin 2020-ci il 12 mart tarixli 09/199 saylı ekspert rəyi apelyasiya instansiyası məhkəməsinə 2020-ci il 04 may tarixində daxil olmuş, məhkəmənin 2020-ci il 18 may qərardadı ilə iş üzrə dayandırılmış icraat təzələnmiş və məhkəmə baxışı 2020-ci il 20 may tarixinə təyin edilmişdir.

24. İşin ma teriallarına məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya ünvanlanmış məhkəmə bildirişi əlavə edilsə də, həmin bildirişin ünvana çatırılmasına dair sübutlar əlavə edilməmişdir. Məhkəmə iclasının iş üzrə icraatın təzəlməsi tarixindən 2 gün sonraya təyin edilməsi nəzərə alınarsa, müvafiq məhkəmə bildirişinin ünvan sahiblərinə çatması qeyrimümkündür, işdə iştirak edən şəxslərə “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadə edilməklə məlumat verilə bilərdi. Lakin işin materiallarına məhkəmə iclasının vaxtı və yeri barədə yalnız cavabdehə SMS xəbərdarlıq verilməsinə dair sənəd əlavə edilmişdir.

25. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş iddiaçının iştirakı olmadan baxılmaqla ədalət mühakiməs inin konstitusion prinsipləri olan çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmuşdır.(bax 31-bənd).

26. Apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməməsi halı şikayətin dəlillərindən asılı olmayaraq iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan kassasiya şikayətlərinin digər dəlilləri üzrə hüquqi qiymətləndirmə aparılmasına zərurət olmadan qətnamə ləğv edilməli, hər iki tərəfin iştirakı təmin edilməklə işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

27. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edə n V.Baxışova, hakimlər R.Qurbanov və C. Yusifov; iş No 2-2(103)615/2020) cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi; cavabdehdən iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə 11.349,27 ABŞ dolları əsas, 1.736,23 ABŞ dolları faiz borcunun tutulması; 120 manat ekspertiza xərcinin cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir

28. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, iddiaçının tələb etdiyi borc məbləgi ekspertin rəyi ilə müəyyən etdiyi məbləğlərdə - əsas borc üzrə - 11.349, 27 ABŞ dolları, faiz borcu üzr ə -1.736,23 ABŞ dolları məbləğində təmin edilməlidir.

29. Eyni zamanda, işə əvvəl apellyasiya instansiya məhkəməsində baxılan zaman keçirilmiş ekspertiza tədqiqatına görə 120 manat məbləğ cavabdehdən tutulub dövlət büdcəsinin hesabına keçirilməlidir.

30. İşə apellyasiya qaydasında baxılan zaman cavabdeh iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Lakin O, 1-ci instansiya məhkəməsin işə baxılmasında iştirak etsə də, iddia müddətinin tətbiqinə dair ərizə ilə həmin məhkəməyə müraciət etməmiş, bunun səbəbini isə izah edə bilməmişdir.

31. Eyni zamanda cərimə məbləği ağlabatan hesab edilir və azaldılması üçün əsaslar müəyyən olunmur.

32. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə təqdum edilmişdir.

33. Həmin qətnamədən narazı qalan iddiaçı Fond ondan kassasiya şikayəti verərək, qətnaməni iddianın tam təmin edilməyən hissədə ləğv edərək, iddia tələbinin tam təmin olunmasına dair yeni qərar və ya işin apelyasiya instansiya məhkəməsinə yenidən baxılmaq üçün göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. İddiaçının kassasiya şikayətinin dəlilləri

34. İddiaçı Fondun kassasiya şikayətində qeyd edilənlərə görə, iddiaçı tərəfindən tələb edilən borc məbləği 1-ci instansiya məhkəməsində tərəflərin izahatı ilə təsdiq edilmiş və bu barədə mübahisə edilməmişdir.

35. Digər tərəfdən isə Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən ekspert rəyi əsas götürülmüşdür. Bu, tamamilə yanlışdır.

36. Sual yaranır nəyə görə məhkəmə iddiaçı tərəf indən təqdim edilən sübutları qiymətləndirmədən yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir? Halbuki məhkəmə tərəfindən sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxılmalıdır. Heç bir sübut digərindən daha üstün deyildir, buna görə də yalnız ekspert rəyinə əsaslanıb, digər sübutlara əsaslanmamaq obyektiv tədbir deyildir. Ekspert rəyi digər sübut növləri ilə bərabər statusdadır, digər sübut növlərindən daha mötəbər sübut kimi də qiymətləndirilmir. Göründüyü kimi iki sübut arasında ziddiyyət mövcuddursa, bu sübutlardan birini təsdiq edəcək 3-cü bir sübuta ehtiyac var idi. Belə bir ziddiyyətin aradan qaldırılması üçün isə məhkəmə tərəfindən iddiaçıdan əlavə sübutlar tələb edilə bilərdi və ya təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilə bilərdi.

37. Mövcud vəziyyətdə də sübutlar arasında uyğunsuzluq olduğundan məhkəmə işə baxa bilməzdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarının 3.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyində digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

38. Həmin qərarın 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.

39. Həmin qərarın 6.3-cü bəndinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırım hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. İddiaçı Fondun vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.

42. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

45. Həm in Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Həmin Məcəllənin 443.1.-ci mаddəsinə görə, öhdəliyini icrа etməyən borclu kreditorа dəymiş zərərin əvəzini ödəməyə borcludur.

47. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. Həmin Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq özgəsinin pul vəsаitini qаnunsuz sаxlаmаqlа, onu qаytаrmаqdаn boyun qаçırmаqlа, onun ödənilməsini digər şəkild ə gecikdirməklə və yа toplаmаqlа ondаn fаydаlаnmаğа görə həmin vəsаitin məbləğindən fаizlər ödənilməlidir. Fаizlərin miqdаrı pul öhdəliyinin və yа onun müvаfiq hissəsinin icrа edildiyi gün üçün bаnk fаizinin uçot dərəcəsi ilə müəyyənləşdirilir.

49. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lаzımınca icrа etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ vаrsа, kreditor onun ödənilməsini tələb edə bilər.

50. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəy yənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

51. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqununu digər iştiirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanması dayandırılmalıdır.

53. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

55. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Həmin Məcəllənin 103.1-ci madəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

57. Həmin Məcəllənin 103.2-ci maddəsinə müvafiq olaraq ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

58. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, iəhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Həmin Məcəllənin 217.3-cü maddəsinə uyğun olaraq qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğ un olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

63. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

64. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

65. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

67. Hazırki iş üzrə müəyyən edilir ki, iddiaçı Fondun kassasiya şikayətində istinad etdiyi və əsas tutduğu xx.xx.2018-ci il tarixli “Maliyyə Arayışı”nda (bax i.v. 09) cavabdehin Fonda olan 2 tarix üçün hesablanmış borcları qeyd olunmuşdur. Həmin sənəddə cavabdehin kredit müqaviləsinin bitmə, yəni xx.xx.2015-ci il tarixinə olan əsas borcu 12.302,70 ABŞ dolları, faiz borcu 1.875,75 ABŞ dolları və cərimə borcu 349,53 ABŞ dolları; maliyyə arayışının təqdim edilmə, yəni xx.xx.2018-ci il tarixinə isə əsas borcu 12.302 ABŞ dolları, faiz borcu 10.771,18 ABŞ dolları və cərimə borcu 3.047,42 ABŞ dolları müəyyən edilmişdir. İddia ərizəsində Fond cavabdehdən onun Maliyyə Arayışının təqdim edilmə tarixinə yarandı ğı borcun tutulmasını tələb etmişdir.

68. Hazırki işə baxmış 1-ci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, cavabdehdən onun kredit müqaviləsinin bitmə tarixinə olan borcunu tutmuşdur. Həmin məhkəmə müəyyən etmişdir ki, iddiaçı X1 hesabladığı faiz və cərimə borc məbləğləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına zidd olan tərzdə hesablanmışdır. Belə ki, bu qərarda təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin və cərimələrinə hesablanması dayandırılmalıdır.

69. İşdən görünür ki, iddiaçı Fond 1-ci instansiya məhkəməsinin yuxa rıda qeyd edilən qətnaməsi ilə razılaşmış, ondan apellyasiya şikayəti verməmişdir. 1-ci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verilmiş, O, kredit müqaviləsi üzrə ödədiyi məbləğlərin ödəniş sənədlərinə əsasən dəqiq hesabanmasını və bunun üçün müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir.

70. İş üzrə müəyyən edilir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın xx.xx.2020-ci il tarixli rəyinə əsasən, cavabdehin ödədiyi məbləğlər yenidən hesablanaraq onun müqavilə üzrə Fond qarşısında əsas borcunun 11.349,27 ABŞ dolları, faiz borcunun 1.736,23 ABŞ dolları və cərimə bocunun 650 ABŞ dolları məbləğlərindən ibarət olması müəyyən edilmişdir.

71. Hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsini yalnız əsas və faiz borcu hissələrində dəyişdirmiş, bu borcları ekspertiza rəyində qeyd edilmiş məbləğlərə uyğunlaşdırmış, cərimə məbləğini (349,53 ABŞ dolları dolları) dəyişdirmədən saxlamışdır.

72. Apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən iddiaçı Fond kassasiya şikayəti vermişdir.

73. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində ekspertiza rəyinə deyil, onun təqdim etdiyi Maliyyə Arayışına əsaslanmalı idi, lakin qeyd olunmalıdır ki, birincisi, iddiaçı Fond cavabdehdən tutulan borc məbləğinin kredit müqaviləsinin bitmə tarixinə yaranmış borc məbləği ilə eyni məbləğ olması ilə razılaşmış, həmin borcun Maliyyə Araşyının təqdim edilməsi tarixinə uyğun hesablanmasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərba ycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına zidd olduğunu etiraf etmişqdir.

74. İkincisi, ekspertiza rəyində iddiaçı Fondun özünün ekspertizaya təqdim etdiyi “Hesabdan Çıxarış” adlı sənəddən (bax i.v. 198-201) istifadə olunmuş, orada cavabdehin qeyd edilən ödənişləri dəqiq hesablanmışdır. İddiaçı Fond iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmin sənədi təqdim etməmişdir və təqdim etdiyi Maliyyə Arayışında cavabdehin ödənişlərinin dəqiq nəzərə alınması təsdiq olunmur. Odur ki, kassasiya şikayətində iddiaçı Fond ekspertiza rəyini qəbul etməsə də, bu cür qəbul etməmənin” konkret nəyə əsaslandığını göstərə bilməmiş, onkn şikayəti formal mülahizələrdən ibarətdir.

75. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı Fondun kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

76. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-615/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar