Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-135/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin “xxxx” MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi GİRİŞ HİSSƏ 23.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil, cavabdeh MMCnin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli q ətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı MMC-yə dəymiş real zərərə görə 31.500 manat, əldən çıxmış faydaya görə 3.470 manat olmaqla, cəmi 34.970 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh MMC-dən tutularaq iddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.İmanov; iş No 2-2(82)-17/2019) iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il t arixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova; iş № 22(103)-793/2019) iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı MMC kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdı rmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsini ləğv edərək işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasında n kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə müvafiq olaraq kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi ak tı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, işin materiallarında olan, Lizinq verən - iddiaçı MMC ilə lizinq alan R.Niftəliyev arasında bağlanmış 14/766 saylı, xx xxxx 2014-cü il tarixli “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq verən lizinq obyektini, yəni “Lexus LX 460" markalı, ** AB *** dövlət qeydiyyat nişanlı minik avtomobili lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi mü qabilində, Azərbaycan Respublikası qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinqə təqdim edir. Lizinq alanın burada nəzərdə tutulmuş öhdəlikləri lizinq verən tərəfindən qənaətbəxş hesab edilən şəxsin təqdim etdiyi zaminlik müqaviləsi ilə təmin edilməlidir. Həmin müqavilənin 3-cü bəndinə müvafiq olaraq müqavilə imzalanma tarixində qüvvəyə minir və ona bu müqavilə ilə müəyyən edilmiş hallarda xitam edilməsi halları istisna olmaqla burada nəzərdə tutulmuş tərəflərin öhdəliklərinə tam şəkildə icra edilməsi anında xitam verilir. Həmin müqavilənin 3.1-ci bəndinə görə, zərərə qarşı kompensasiyaya dair müddəalar bu müqavilə qüvvədən düşdükdən sonra da öz qüvvəsini saxlayır. Həmin müqavilənin 3.2-ci bəndinə uyğun olaraq lizinq müddəti transfer tarixində başlayaraq bitmə tarix ində sona çatmaqla 36 ay təşkil edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş müddəalarla lizinqə daha əvvəl xitam edilməsi halı istisna olmaqla lizinq obyekti lizinq alana lizinq müddətinə verilir. Həmin müqavilənin 13.1-ci bəndinə müvafiq olaraq lizinq obyekti zərər çəkdikdə və ya məhv olduqda lizinq alan lizinq verənə bu barədə (hər bir halda bu cür zərər və ya yararsız hala düşmə halından 5 gün ərzində) qismən itki və ya tam itki haqqında bildiriş təqdim etməlidir. Həmin müqavilənin 18.1-ci maddəsinə görə, tam itkinin baş verməsi və lizinq alan tərəfindən burada nəzərdə tutulmuş bütün ödənişlərin həyata keçirilməsi və bütün öhdəliklərin yerinə yetirilməsindən sonra müqaviləyə xitam verilir. Eyni zamanda işin materiallarında olan, Lizinq verən – iddiaçı MMC ilə zamin – Q.Əsədzadə arasında bağlanmış “Zaminlik müqaviləsi”nə əsasən zamin, lizinq verən və lizinq alan R.Niftəliyev arasında bağlanılmış 14/766 saylı, xx xxxx 2014-cü il tarixli “Daxili lizinq müqaviləsi” üzrə lizinq alanın öhdəliklərinin tamamilə icrası üçün bu Müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. Bu Müqavilədə ayrı cür müəyyən edilən hallar istisna olmaqla, bu Müqavilədə istifadə edilən termin və anlayışlar lizinq müqaviləsində müəyyən edilmiş mənanı daşıyır. Lizinq alan tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə zamin və lizinq alan lizinq verən qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan sonra lizinq obyekti avtomobil “xxxx” MMC ərazisində xx xxxx 2015-ci il tarixdə yanaraq tam yararsız vəziyyətə düşmüşdür. İşin materiallarında olan, cavabdeh MMC tərəfindən hazırlanmış xx.xx.2015-ci il tarixli “Qüsur aktı”na əsasən, baş vermiş yanğın nəticəsində lizinq obyekti olan “Lexus LS” 460 markalı, ** AB *** dövlət qeydiyyat nişanlı, avtomobilin təmirə tam yararsız olması müəyyən edilmişdir. Avtomobilin sığortalanmasını təmin edən “xxxx" ASCdə avtomobilin yanaraq tam yararsız hala düşməsini təsdiq etmişdir. Daha sonra yuxarıda qeyd edilən “Daxili lizinq müqaviləsi”nin 18.1.1-ci bəndinə əsasən, həmin müqaviləyə xitam verilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərk, belə hesab etmişdir ki, iddiaçı MMC yanğın hadisəsinin xx xxxx 2015-ci il tarixdə Bakı şəhə ri, Xətai rayonu, F.Bayramov küçəsi, 26 saylı ünvanda yerləşən “xxxx” MMC-nin ərazisində baş verdiyini iddia etsə də, bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə müvafiq olaraq əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şə xsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sü buta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qan unla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Hazırki iş üzrə müəyyən edilr ki, lizinq obyekti olan “Lexus LX 460” markalı ** AB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın hadisəsi baş vermiş və nəticədə avtomobil yanaraq, tam yararsız hala düşmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyə əsasən avtomobildə baş yermiş yanğına səbəb, elektrik naqillərində yaranmış qəza halı (qısa qapanma) olmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə, iddiaçı ASC-yə məxsus, lizinq obyekti olan avtomobilin yanaraq yararsız hala düşməsi işin mübahisəsiz halı hesab edildiyi halda, vurulmuş zərərə görə cavabdeh MMC-nin hüquqa zidd davranışı, habelə vurulmuş zərər faktı arasında səbəbli əlaqəsi və təqsiri iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçı ASC dəlillərində istinad etdiyi məhkəmə qərarlarında lizinq obyekti olan avtomobilin yanğın zamanı yararsız hala düşməsi əks olunsa da, həmin qərarların məzmununda bu yanğının “xxxx” MMC-nin əməkdaşlarının təqsiri nəticəsində baş verməsi barədə heç bir qeyd yoxdur. Ona görə də, iddiaçı ASC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan, bu tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçı MMC-nin kassasiya şikayətində qeyd edlənlər əsaslı olduğundan qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə müəyyən edilr ki, bu iş üzrə eyni tərəflər arasında, onların iştirak etdiyə başqa bir mübahisə olmuş və həmin iş üzrə müvafiq məhkəmə instansiyaların 3 qərarı qəbul edilmişdir. Belə ki, həmin işdə iddia çı R.Niftəliyev cavabdehlər İddiaçı MMC-yə, Ləğv prosesində olan “xxxx” ASC-yə və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyektinə dəymiş zərərin aradan qaldırılması və cavabdehlərdən 51.962,34 manat tutularaq iddiaçıya ödəniməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin materiallarında olan, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi; cavabdeh İddiaçı MMC-dən 16.295 manat pul, hüquqi xidmətə görə 1.000 manat və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı R.Niftəliyevə ödənilməsi; iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının a pellyasiya şikayətinin təmin olunmaması; cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi; Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv olunması; həmin hissədə iddianın qismən təmin olunması; cavabdeh İddiaçı MMC-dən 8.380 manat pulun tutularaq iddiaçıya ödənilməsi; qətnamənin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçı R.Niftəliyevin və cavabdeh İddiaçı MMC-nin kassasiya şikayətlərinin təmin edilməməsi; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınm ışdır. Araşdırılan hazırki qətnamədə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əvvəlki məhkəmə qərarlarında mübahisə predmet olan avtomobilin yanmasında “xxxx” MMC-nin əməkdaşlarının təqsiri olması barədə heç bir qeyd yoxdur. Lakin qeyd olunan məhkəmə qərarlarında müəyyən edilmiş hal kimi, açıq-aydın göstərilmişdir ki, lizinq obyekti olan avtomobil “xxxx” MMC-nin ərazisində yanaraq məhv olmuşdur. Eyni zamanda bu faktın mövcudluğu işin materiallarında olan, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli “Baxış keçirilməsi haqqında Protokol”da, xx.xx.2015-ci il tarixli “Yanğın haqqında akt”da və məhkəmə-yanğın texniki ekspertizanının 11091 saylı xx.xx.2015-ci il tarixli rəyində öz əksini tapmışdır (bax i.v. 83102). Həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə qərarlarında müəyyən edilmişdir ki, lizinq obyekti olan avtomobil “xxxx” ASC tərəfindən sığortalanmış və ödənilməli olan Kasko sığorta ödənişi 18.500 manat müəyyən edilmişdir. İddiaçı ASC-nin kassasiya şikayətində qeyd edilənərə görə, yol-nəqliyyat hadisəsi zamanı qəzaya uğramış lizinq obyekti olan avtomobil evakuator vasitəsilə cavabdeh MMC-nin qapalı olan ərazisinə gətirilmiş və təmir üçün orada saxlanca verilmişdir. İddiaçı ASC bu dəlillərini yanğın hadisəsi ilə bağlı aparılan araşdırma zamanı cavabdeh MMC-nin işçisi – sığorta üzrə mütəxəssisi F.Məlikov adlı şəxsdən alınmış izahatındakı məlumatla əsaslandırır. Belə ki, həmin şəxs izahatında bildirmişdir ki, sözügedən avtomobilin açarlarını sahibindən almış, avtomobilə baxış keçirdikdən s onra onun akkumulyatorunu açmamışdır. Məhkəmə kollegiyası qeyd etməlidir, araşdırılan qətnamədə qeyd ediləndərdən fərqli olaraq istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin məzmununa görə, delikt nəticəsində zərərin vurulması üçün səbəb təkcə təqsirli şəxsin aktiv hərəkətləri deyil, həm də onun hərəkətsizliyi də ola bilər. Yuxarıda qeyd edlənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırma ciddi və dolğun araşdırma olmamışdır, bu səbəbdən işin yenidən araşdırılmasına ehttiyac yaranmışdır. Azərbaycan Respublikası İPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılma lıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməliBakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” MMC tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-135/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-135/2020
23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver