Məhkəmə qərarları › İş №2-2(102)-135/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-135/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-135/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borc” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-75/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətin ə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 2021-ci il 22 iyul tarixli 04AGN/G-21 nömrəli mineral gübrələrin alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı ümumi dəyəri 260.715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı MMC 2021-ci il 23 iyul tarixdə dəyəri 260.715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrənin təhvil verilməsi ilə bağlı imza və möhürlə təsdiq olunmuş 2021-ci il 23 iyul tarixli 1 nömrəli akt tərtib olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 14 iyun tarixində iddia ərizəsi i lə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) onun xeyrinə 234.515 manat ödənilməmiş borcun, hüquqi yardımla bağlı ödənilmiş 2.000 manat pulun, 400 manat mediasiya xərcinin və 124,52 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin yuxarıda qeyd edilən faktiki halları (bax §1-2) ilə əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdehin hazırda iddiaçıya müqavilə üzrə ödənilməmiş 234.515 manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmələrinə baxmayaraq öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən borc ödənilmədiyi üçün mübahisənin məh kəmədən kənar həll olunması üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həlli mümkün olmadığından 2023-cü il 10 may tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış tərtib edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, mallar hazırkı rəhbərliyə təhvil verilməmişdir. Təhvil-təslim aktında möhür olsa da, imza onlara məxsus deyildir.

6. Şəki Kommersiyа Məhkəməsinin 2023-cü il 3 avqust tarixli e-2-2(117)-653/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, cavabdehdən 234.515 manat borc, 500 manat hüquqi yardımla bağlı xidmət haqqı, 400 manat mediasiya xərci və 124,52 manat döv lət rüsumu tutularaq iddiaçıya ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim - R.Məcidov).

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2021-ci il 22 iyul tarixli mineral gübrələrin alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 260.715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

8. Satıcı olan iddiaçı 2021-ci il 23 iyul tarixində dəyəri 260.715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil vermiş və malın təhvil verilməsi ilə bağlı tərəflər arasında 2021-ci il 23 iyul tarixli 1 nömrəli akt tərtib edilməklə, imza və möhürlərlə təsdiq edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini tam yerinə yetirməmiş, gübrənin dəyərindən cəmi 26.200 manat ödəniş etmiş, nəticədə 243.515 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış və imza, möhürlərlə təsdiq edilmiş alqı-satqı müqaviləsi və təhvilqəbul aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin məbləğdə borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

9. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında “malların hazırkı rəhbərliyə təhvil verilməməsi və təhvil-təslim aktında möhür olsa da, imzanın onlara məxsus olmaması” ilə bağlı etiraz dəlilinə münasibətdə ilk öncə onu vurğulamışdır ki, hüquqi şəxsin rəhbəri və ya onun sə lahiyyətini icra edən şəxs, habelə rəhbər tərəfindən səlahiyyət verilmiş digər şəxslər müqavilə bağlayarkən və müqavilənin icrası məqsədilə hər hansı bir sənədi təsdiqləyərkən şəxsən öz adlarından deyil, təmsil etdikləri orqanın adından həmin sənədləri təsdiq edirlər. Belə olan halda da hazırkı iş üzrə mübahisə predmeti olan gübrə cavabdeh hüquqi şəxsin rəhbərliyinə deyil, hüquqi şəxsə təhvil verilmiş və həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təhvil aktına müvafiq imza edilmiş və möhürlə təsdiqlənmişdir.

10. Göründüyü kimi, cavabdeh hüquqi şəxsin rəhbərliyinin dəyişməsi həmin hüquqi şəxsi əvvəlki hüquq, vəzifələrindən və məsuliyyətindən azad edə etmir.

11. Bundan əlavə əgər təhvil aktına imza etmiş həmin şəxsin buna səlahiyyəti olmamışdırsa, əvvəla bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa müəssisənin möhürü onu qanunla və hüquqi şəxsin təsis sənədləri ilə təmsil etmək hüququ olan şəxsdə olur ki, qeyd olunduğu kimi təhvil-təslim aktını müəssisənin möhürü ilə təsdiq edilmişdir.

12. Məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 2.000 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə iddianı qismən təmin etmişdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, sonuncunun keçirilmiş məhkəmə iclaslarında iştirakını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 2.000 manat deyil, 500 manat pul məhkəməyə müraciət olunması ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc kimi cavabdehdə n tutularaq iddiaçıya ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 329.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448.1, 448.1, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 119.2, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cаvаbdeh həmin qətnamədən apellyasiya şikаyəti onun ləğv, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-75/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır (sədrlik edən – E.Hüseynov, hakimlər – G.Cavadova və V.Məlikov).

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, cavabdeh hüquqi şəxsin rəhbərliyinin dəyişməsi həmin hüquqi şəxsi əvvəlki hüquq, vəzifələri və məsuliyyətindən azad etmir.

17. Əgər təhvil aktına imza etmiş həmin şəxsin buna səlahiyyəti olmamışdırsa, əvvəla bununla bağlı işə baxan məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa müəssisənin möhürü onu qanunla və hüquqi şəxsin təsis sənədləri ilə təmsil etmək hüququ olan şəxsdə olur ki, qeyd edildiyi kimi, təhvil-təslim aktını müəssisənin möhürü ilə təsdiq edilmişdir.

18. Digər tərəfdən, hazırkı apellyasiya şikayəti üzrə iki dəfə məhkəmə iclası təyin olunmasına və bu barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən apellyasiya şikayətinin dəlillərini müdafiə etməmişdir.

19. Göründüyü kimi, cavabdeh tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi, təhvil-qəbul aktı, ödəniş tapşırıqları və maliyyə arayışının mötəbərliklərini şübhə altına alan hər hansı sübutu mübahisəyə baxan məhkəmələrə təqdim etməmiş və ya təqdim edə bilməmişdir.

20. Cavabdeh iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmamasını, iddiaçıdan heç bir mal qəbul etməməsini göstərsə də, nə üçün iddiaçıya gübrə məhsulunun ümumi dəyərindən 26.200 manat pulu ödəməsinin ağlabatan izahını verə bilməmişdir.

21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 14.2.1, 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2.1, 448.1, 448.2, 567, 600.1; MPM-in 14.2, 77.1, 78.1, 88, 217.3, 217.4-ci maddələri ilə əsaslandırmışdır.

23. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. MM-nin 139.1-139.3, 146.1-146.2-ci maddələri üzrə - cavabdehə kükürdlü Amofos gübrəsinin heç bir aidiyyat ı yoxdur. Belə ki, 2020-ci il 2 mart tarixli AQN-001 nömrəli akt əsasında həmin kükürdlü Amofos gübrəsi iddiaçının direktoru Məmmədov Elxan tərəfindən "xxxx" ASC-nin Yevlax Regional Nümayəndəliyinin anbardarı Rauf Aslanova təhvil verilib və bunu təsdiq edən rəsmi sənədlər də var. Bundan sonra Rauf Aslanov ehtiyatda olan zabit olduğu üçün 2020-ci il sentyabr ayının sonlarında müharibəyə çağırılmış, Sədaqət Ağayev isə karona virusuna yoluxduğu üçün xəstəxanaya yerləşmiş, xəstəxanadan çıxan kimi səhhətinin pis olduğu üçün işdən növbəti məzuniyyətə çıxmışdır. Qayıtdıqdan sonra həmin amofos gübrəsinin çox hissəsi nümayəndəliyin ərazisində olmamışdır. X1 gedərkən nə anbardakı gübrələri, nə də ki, həyətdə qeyd etdiyi kimi qapısız, pəncərəsiz köhnə binalara yığılmış gübrələri bir nəfərə də olsun t əhvil verməmiş getmişdir. Cavabdehin aldığı məlumata görə, o, gübrələrin bir hissəsi iddiaçının öz qaimələri əsasında sənədləşib satılıb, bir hissəsi nağd pula satılıb özlərinə verilib, yerdə qalan hissəsi barədə isə məlumatı yoxdur. Alınmış gübrənin alqı-satqı müqaviləsi və qaimələri mövcuddur. Heç bir müqavilə və qaimədə cavabdehə aid nə imza, nə də hər hansı bir mötəbər sübut mövcud deyil. Cavabdehin nümayəndəsi də məhkəmədə iddiaçının mediasiya prosesində iştirak etmədiyini bildirmişdir. Mübahisə mediasiyada məhkəməyəqədər araşdırılmamışdır. İşdə olan mediasiya sənədləri ilkin mediasiyanın keçirilməməsini müəyyən edir. İddiaçı mediasiyada iştirak etmədiyindən mediasiya prosesi baş tutmamış, mübahisə məhkəməyədək baxılmadan hazırkı məhkəmə prosesi keçirilərək əleyhinə qərar çıxarılmışdı r.

25. MPM-nin 77 və 88-ci maddələri üzrə – mübahisəyə mediasiyada baxılmadan məhkəmə işə baxmış, nəticədə hazırkı ədalətsiz qərarı qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə bu münasibətlərə məhkəməyə qədər mediasiyada baxılmalı idi. Məhkəmələr mediasiya orqanının qərarını gözləmədən qərar qəbul etmiş, bununla da prosessual qanunvericiliyin tələbi pozulmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsi məhkəmə prosesində cavabdehin iştirakını təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı tərəf etiraz verərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi cavabdeh şikayətində istinad etdiyi faktları təsdiqləyən və iddianın əsasını təşkil edən halları təkzib edən sübutları nə birinci instansiya məhkəməsində, nə də apellyas iya instansiyası məhkəməsində təqdim edə bilməmişdir. Kassasiya şikayəti formal mülahizələrlə ibarət olduğundan təmin edilməməlidir. Kassasiya baxışının hədləri

27. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələri baxımından tam olaraq yoxlanılacaqdır.

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi f aktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödə məli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (v axtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyy ətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....”

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə 8

8. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlar a istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələ blərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin hazırki qərarın 24-cü paraqrafında göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

37. Əlavə olaraq kollegiya qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən onlara hüquqi qiymət verilmişdir.

38. Kassasiya şikayətinin hazırki qərarın 25-ci paraqrafında göstərilən dəlillər isə əsassızdır.

39. Belə ki, hazırki işin materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisən in məhkəmədən kənar həll edilməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş və mübahisənin mediasiya vasitəsi ilə həlli mümkün olmadığından həmin Mediasiya Təşkilatı tərəfindən 2023-cü il 10 may tarixli arayış tərtib edilmişdir.

40. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsi verilən zaman həmin tarixdə mövcud olan mediasiya ilə bağlı prosessual qanunvericiliyin tələblərinə tam əməl edilmişdir və bununla bağlı şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassızdır.

41. Bundan başqa işdə olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, apellyasiya icraatı zamanı keçirilən hər iki məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər həm cavab dehə, həm də onun nümayəndəsi və vəkili Nümayəndə3 məxsus elektron kabinetə yerləşdirilmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

43. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 31 oktyabr tarixli 2-2(107)-75/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar