Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-136/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: icbari sığorta üzrə pulun cavabdeh tərəfindən ödənilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra cavabdeh) qarşı “icbari sığorta üzrə pulun cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-673/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında x xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: VAZ-212140” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2015-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 79-cu kilometrində “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ 212140” markalı avtomobilin sürücüsü X2 hadisə yerində ölməsi faktı üzrə istintaqın Baş Dövlət X19 tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Baş Dövlət X16 İstintaq və təhqiqat şöbəsinin x xxxxxx 2016-cı il tarixli cinayət işi üzrə icraata xit am verilməsi barədə qərarı ilə “VAZ-212140” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 ölməsi faktı üzrə “Lexus LX 570” markalı **-AA*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 əməlində cinayət tərkibi olmadığından fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanaraq istintaq edilən cinayət işi üzrə icraata xitam verilməsi, X2 ölməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bağlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərarın qəbul edilməsinə əsas olmuş əsaslardan biri olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1073 nömrəli xx xxxxxx 2016-cı il tarixli ekspert rəyinə əsasən istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “V AZ-212140” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Quliyev Seyidəli Rəsul oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. “Lexus LX570” markalı avtomobilə xx.xx.2015-ci il tarixdə gömrük bəyannaməsi hesab-arayış-684829 əsasında **-AA-*** dövlət qeydiyyat nişan ı təhkim olunaraq “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə qeyd olunan avtomobil komisyon mağazada satılması üçün cəmiyyətin adından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2017-ci il tarixdə “Lexus LX570” markalı avtomobilə hesab-arayış 727349 əsasında **-ZF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü X6 adına təkrar dövlət qeydiyyatına alınmışdır. İş üzrə digər avtomobil və xx.xx.2015 tarixli icbari sığorta müqaviləsinə əsasən, **-LN-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı avtomobil 1 il müddətinə əmlaka vurulan ziyana görə 5000 manat sığorta məbləğində sığortalanmışdır, sığortalı X7, sığorta haqqı 75 manat təşkil etmişdir. “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli aktının surətindən görünür ki, “xxxx” firmasına məxsus “Lexus 570” markalı **-AA-*** dövlət nömrə nişanlı avtomobilin ilkin baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilə lazım olan ehtiyat hissələrinin cəmi məbləği 26.025 manat təşkil edir. İddiaçı sığorta şirkətindən vurulmuş zərərin əvəzini tələb etmiş, daha sonra məhkəmədə bu barədə iddia qaldırmışdır. İddiaçı “xxxx” MMC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-yə məxsus “Lexus LX 570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx xxxxxx 2015-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyan sığorta hadisəsi hesab edildiyi üçün, icbari sığorta üzrə 26.025 manatın cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X8, 2-2(81)-93/2019 saylı iş) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxxxxx 2015-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Lexus LX 570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 5000 manat vəsaitin cavabdehdən alınaraq iddiaçının (köhnə adı: “xxxx” MMC) xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərHəmidov Həmid Üzeyir oğlu-məruzəçi,X9 və X4, 2-2(103)-673/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-93/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasi ya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Yol-nəqliyyat hadisəsi ətraflı araşdırılmadığından, şahidlərin dairəsi dəqiq müəyyən olunmadığından, hadisə yerinə dəqiq baxış keçirilmədiyindən, hadisənin izləri, xüsusilə şinlərin izləri ölçülmədiyindən, hadisənin digər şahidi “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X10 ətraflı dindirilmədiyindən və hadisə ancaq “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 dedikləri əsasında sənədləşdirildiyindən cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə, AS16/986 saylı məktubla Baş Prokurorluğa müraciət olunaraq yol-nəqliyyat hadisəsinin ətr aflı araşdırılması, obyektiv həqiqətin müəyyən edilməsi, həmçinin hadisənin baş verməsində təqsiri olan şəxsin müəyyən edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi və görülmüş tədbirlər barədə müvafiq sənədlər də əlavə olunmaqla cavabdehə məlumat verilməsi xahiş edilsə də, müraciət cavablandırılmamışdır. Daha sonra “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi X11 xx.xx.2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək, həmin avtonəqliyyat vasitəsinin xx xxxxxx 2015-ci il tarixdə qəzaya uğradığını və nəticədə cəmiyyətə məxsus “Lexus LX570” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Bundan sonra hadisə cavabdehin əməkdaşları tərəfindən araşdırılmı ş və xx.xx.2017ci il tarixdə AS-17/1136 saylı məktubla bəhs olunan hadisə ilə bağlı müəyyən məsələlərin araşdırılması üçün Baş Prokurorluğa təkrarən müraciət edilmişdir. İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinə əsasən, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, VAZ212140” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2015-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu ərazisindən keçən 79-cu kilometrində “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “VAZ 212140” markalı avtomobilin sürücüsü S.R.Quliyevin hadisə yerində ölməsi faktı üzrə Baş Dövlət X19 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cin ayət işi başlanaraq istintaq aparılmışdır. Baş Dövlət X16 İstintaq və təhqiqat şöbəsinin x xxxxxx 2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə “VAZ 212140” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü S.R.Quliyevin ölməsi faktı üzrə “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü T.V.Rzayevin əməlində cinayət tərkibi olmadığından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə başlanaraq istintaq edilən cinayət işi üzrə icraata xitam verilməsi, S.R.Quliyevin ölməsi faktı üzrə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bağlanılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, “Lexus LX 570” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin istintaq sənədlərində Lexsus, Lexsus 570, Lexus 570 kimi deyil¸ Lexus LX 570 kimi, “VAZ212140” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin markası “VAZ-2121” kimi deyil “VAZ-212140” kimi oxunması qərara alınmışdır. Həmin qərarın qəbul edilməsinə əsas olmuş əsaslardan biri olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1073 nömrəli xx xxxxxx 2016-cı il tarixli ekspert rəyinin surətindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “VAZ-212140” markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü S.R.Quliyevin hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrinin tələblərinə riayət etməklə hadisə nin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü T.V.Rzayevin hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğunsuzluq olmamışdır. “Lexus LX570” markalı avtomobilə xx.xx.2015-ci il tarixdə gömrük bəyannaməsi hesab-arayış-684829 əsasında **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq “xxxx” MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixdə qeyd olunan avtomobil komisyon mağazada satılması üçün cəmiyyətin adından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2017-ci il tarixdə “Lexus LX570” markalı avtomobilə hesab-arayış 727349 əsasında **-ZF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq ünv an 1 ünvanında qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü R.Ə.Balayevin adına təkrar dövlət qeydiyyatına alınmışdır. İş üzrə digər avtomobil və xx.xx.2015 tarixli icbari sığorta müqaviləsinə əsasən, **-LN-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı avtomobil 1 il müddətinə əmlaka vurulan ziyana görə 5.000 manat sığorta məbləğində sığortalanmışdır, sığortalı S.R.Quliyev, sığorta haqqı 75 manat təşkil etmişdir. “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli aktının surətindən görünür ki, “xxxx” firmasına məxsus “Lexus 570” markalı **-AA*** dövlət nömrə nişanlı avtomobilin ilkin baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilə lazım olan ehtiyat hissələrinin cəmi məbləği 26.025 manat təşkil edir. Mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmiş, iddiaçı iddianın rədd edilməsi hissəsində məhkəmə qərarını mübahisələndirməmişdir. Mübahisə iddianın təmin edilməsi hissəsində cavabdehin şikayəti ilə bağlıdır. Cavabdehin həm apellyasiya, həm də kassasiya şikayətinin dəlilləri yol-nəqliyyat hadisəsinin istintaqının düzgün və hərtərəfli aparılmaması barədədir. Həmin dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmışdır. Yol-nəqliyyat hadisəsi zamanı cinayət işi üzrə ibtidai istintaq zamanı sübutların ətraflı araşdırılıb-araşdırılmaması, şahidlərin çağırılıb dindirilməməsi və digər bu kimi prosessual pozuntularına yol verilməsini yoxlamaq mülki mühakimə icraatının prinsiplərinə və vəzifələrinə uyğun deyildir və hazırkı mübahisə zamanı araşdırıla bilməz. Nə qədər ki, yolnəqliyyat hadisəsinin baş verməsi və həmin hadisə zamanı “VAZ-212140” markalı **-LN- ** * dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsirli olması barədə cinayət təqibi orqanının ləğv edilməmiş qərarı vardır, həmin qərar hazırkı iş üzrə məhkəmə üçün hadisəsinin olması və şəxsin təqsiri hissəsində preyudisial əhəmiyyət daşıyır. Cavabdeh Baş Dövlət X16 İstintaq və təhqiqat şöbəsinin x xxxxxx 2016-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarını mübahisələndirməmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə ibtidai istintaq orqanının x xxxxxx 2016-cı il tarixli qərarında Cinayət Prosessual Məcəlləsinin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi qeyd edilmişdir. Cinayət Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xita m verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.1. cinayət hadisəsi olmadıqda; 39.1.2. əməldə cinayət tərkibi olmadıqda... İddiaçıya məxsus **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü T.V.Rzayevin əməlində cinayət tərkibi olmadığından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə başlanaraq istintaq edilən cinayət işi üzrə icraata xitam verilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin ə vəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə sığorta məbləği 5.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi bəhs edilən normalara əsasən iddiaçıya dəyən zərər üzrə sığorta məbləğini haqlı olaraq 5.000 manat müəyyən etmişdir. İddiaçıya məxsus “Lexus LX 570” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ziyanın vurulması yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılmış istintaq zamanı tam sübuta yetirilmişdir və həmin hadisə nəticəsində “VAZ-212140” markalı **-LN*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün məsuliyyəti müə yyən edilmişdir. Sözügedən avtomobilin mülki məsuliyyətinin icbari qaydada sığortalandığı və vurduğu əmlak ziyanına görə məsuliyyətinin qanunla 5.000 manat məbləğində müəyyən olduğu nəzərə alınarsa, həmin həddə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-673/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-136/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-136/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver