Məhkəmə qərarları › İş №2-2(102)-136/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-136/2021

16.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-136/2021 16.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası X2 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Hüseynova Sevda Əziz qızı və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikası X2 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs Cavabdeh2na qarşı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)533/2020 saylı qətnaməsindən cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İşin materiallarında olan, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 1263 saylı, xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında yerləşən sahəsi 416,6 kv.m. olan torpaq sahəsi 49 il müddətinə Cavabdeh2n a (icarəçi) icarəyə verilmişdir.

2. İşin materiallarında olan, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 123 saylı Sərəncamı ilə vətəndaş Cavabdeh2na Xətai rayonu, M.Rüstəmov küçəsi 26 saylı binanın yaxınlığında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

3. İşin materiallarında olan, Azərbaycan Respublikası X2 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli aktına görə, Agentliyin Torpaq ehtiyatlarının istifadə olunması və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin və X2 Komitəsinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında dövlət nəzarəti ilə bağlı yerdə monitorinq aparılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 26 saylı bin anın yaxınlığında 416 kv.m. ərazidə Bakı Şəhər İcra Hakimiyyətində torpaq sahəsinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 1263 saylı icarə müqaviləsi, xx.xx.2017-ci il tarixli 18/03-8/204 saylı ayrıc aktı, MŞBİ-nin məktubu ilə razılaşdırılmış eskiz-layihə, Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2017-ci il tarixli rəyi və Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 123 saylı Sərəncamı əsasında Cavabdeh2 tərəfindən 4 mərtəbəli fərdi yaşayış evinin inşasının hazırlıq işlərinə başlanılmışdır.

4. Tikinti işlərini aparan şəxsə xəbərdarlıq olunaraq, qanunvericilikdə nəzərdə tutulmuş rəy alınmadan və yer quruluşu qaydasında torpaq sahəsi ayrılmadan, torpaq sahəsinə dair icarə müqaviləsi bağlandığı bildirilmişdir. Vətəndaşa tikinti işlərinin torpaq qanunvericiliyinin ləbləri nə zidd olması izah olunaraq, xəbərdarlıq edilmişdir.

5. İşin materiallarında olan eyni tarixli “İmtina aktı”na görə, Cavabdeh2 xx.xx.2018-ci il tarixli aktı alamaqdan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidməti yanında X1 Təşkili üzrə Dövlət Agentliyi (keçmiş X2 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və 3-cü şəxs Cavabdeh2na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İcra Hakimiyyəti ilə 3-cü şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1263 nömrəli “Torpaq icarə müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X2 Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 4.0.1 və 4.0.2-ci bəndlərinə uyğun olaraq dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinə nəzarət məqsədi ilə X2 Komitəsinin Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu ərazisində aparılan monitorinq zamanı Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında 3-cü şəxs Cavabdeh2 tərəfindən 4 mərtəbəli fərdi yaşayış evinin tikintisinə hazırlıq işlərinin aparılması faktı aşkar edilmişdir.

8. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən gələcəkdə “İcarəyə verən” adlandırılacaq bir tər əfdən Bakı şəhər İcra Hakimiyyəti və digər tərəfdən gələcəkdə “İcarəçi” adlandırılacaq ünvan 1 ünvanında yaşayan Cavabdeh2 arasında qeyd olunan ünvanda 416,16 kv.metr torpaq sahəsi 49 il müddətinə N.Əsgərovun istifadəsinə verilməklə, torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli 1263 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır.

9. Sonradan Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 23 saylı sərəncamı ilə vətəndaş N.Əsgərova Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

10. Cavabdeh İcra Hakimiyyəti ilə 3-cü şəxs arasında qeyd olunan torpaq sahəsinə dair bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Belə ki, cavabdeh İcra Hakimiyyəti tərəfində n sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanarkən müqavilənin bağlanması üçün normaları məcburi olan müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmamış, bununla da qeyri-qanuni olaraq icarə müqaviləsi bağlanmışdır.

11. Yəni X2 Komitəsindən qanunvericilikdə nəzərdə tutulmuş rəy alınmadan, yerquruluşu qaydasında torpaq sahəsi ayrılmadan, sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilmədən, plan ölçüsü tərtib edilmədən torpaq qanunvericiliyinin normalarını kobud surətdə pozmaqla torpaq sahəsinə dair torpaq icarə müqaviləsi bağlanmışdır.

12. Qeyd olunan qanun pozuntuları tərtib olunan xx.xx.2018-ci il tarixli monitorinq aktında da öz əksini tapmışdır. 13. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, torpaq sahəsi torpaq sahələrinin yerquru luşu layihələri və yaşayış məntəqələrinin baş planları əsasında icarəyə verilir və bu əsas şərtlərdən biridir. Ancaq icarə müqaviləsi bağlanarkən qeyd olunanlar nəzərə alınmamışdır.

14. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası X2 Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının X2 Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X2 Komitəsi haqqında Əsasnamə"nin 2.0.16-ci maddəsinə əsasən, torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədilə yerquruluşu işlərinin təşkil edilməsi və həyata keç irilməsi Komitənin fəaliyyət istiqamətlərindəndir. 15. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən, Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyə verənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Qanunun həmin maddəsində rəy alınması nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının X2 Komitəsi həyata keçirir. Ancaq torpaq sahəsinə dair icarə müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının X2 Komitəs indən torpağa dair rəy alınmamışdır.

16. Azərbaycan Respublikası Prezidentinin ““Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxx 1999-cu il tarixli 116 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının X2 Komitəsi həyata keçirirlər.

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.2, 65.3, 65.6 və 65.7-ci maddələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə, həmin sahənin istifadəyə və icarəyə verilməsi ( satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.

18. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.3 və 67.4-cü maddələrinə əsasən, torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövl ət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və öİçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunan qanu nvericilik normalarının şərhindən göründüyü kimi tərəflər torpaq icarə müqaviləsi bağlayarkən müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməmişlər və bununla da ciddi qanun pozuntularına yol vermişlər. Bu səbəbdən müqavilə etibarsız hesab edilməlidir.

20. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Əliyeva; iş No 2-2(113)-427/2020) iddianın təmin edilməsi, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1263 nömrəli “Torpaq icarə müqaviləsi”nin etibarsız hesab edilməsi qət edlmişdir. 21. 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onları n vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yata qlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının X2 Komitəsi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır.

22. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2 və 4-cü hissələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

23. Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair mübahisəli torpaq icarə mü qaviləsi bağlanmamışdan əvvəl icarəyə veriləcək dövlət torpaq sahəsinin sərhədləri naturada və xəritədə müəyyən edilməli, Azərbaycan Respublikasının X2 Komitəsinin müvafiq rəyi alınmalı və göstərilən sənədlərin əsasında torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməli idi.

24. Mübahisəli torpaq icarə müqaviləsi bağlanarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmiş, torpaq sahəsi əvvəlcədən yerquruluşu qaydasında ayrılmamış, Azərbaycan Respublikasının X2 Komitəsinin müvafiq rəyi alınmamış və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməmişdir. 25. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə görə, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağla nmış əqdlər etibarsızdır.

26. Ona görə, Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında 1263 saylı, xx xxxxxx 2017-ci il tarixli “Torpaq icarəsi müqaviləsi” bağlanarkən torpaq icarəsi haqqında qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozulduğundan iddiaçı Agentliyin həmin müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməlidir.

27. Həmin qətnamədən narazı qalan cavabdeh İcra Hakimiyyəti ondan apellyasiya şikayəti verərək, qətnamə ləğv edilərək iddia tələbinin mümkün hesab edilməməsinə dair yeni qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya instansiyasl məhkəməsindəki icraat

28. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər C.Yusifov v ə V.Baxışova; iş № 2-2(103)533/2020) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; Bakı Kommersiya Məhkəməsinin kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmşdir.

29. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərə görə, maddi hüquq normalarına əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqları icarəyə verilən zaman əvvəlcə müvafiq icra hakimiyyəti orqanının, yəni X2 Komitəsinin rəyi alınmalı, daha sonra isə torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməlidir.

30. Hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti ilə Cavabdeh2 arasında dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə yə verilməsinə dair mübahisəli torpaq icarə müqaviləsi bağlanarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edilməmiş, yəni torpaq sahəsi əvvəlcədən yerquruluşu qaydasında ayrılmamış, X2 Komitəsinin müvafiq rəyi alınmamış və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpağın icarəyə verilməsi barədə qərar (sərəncam) qəbul edilməmişdir.

31. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2020-ci il tarixdə göndərilmişdir.

32. Həmin qətnamədən narazı qalan cavabdeh İcra Hakimiyyəti ondan kassasiya şikayəti verərək, qətnamə ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏRİ A. Cavabdehin kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh İcra Hakimiyyətinin kassasiya şikayətində qeyd ediənlərə görə, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi hallar qüvvədə olan torpaq qanunvericiliyinin kobud pozuntusu kimi dəyərləndirilə bilməz və qanuni bağlanmış və artıq icra olunmuş torpaq icarə müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz.

34. Belə ki, işin materiallarından, məhkəmə qətnaməsindən və eləcə də iddia ərizəsinin mətnindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti ilə üçüncü şəxs Cavabdeh2 arasında bağlanmış 17.01,2017-ci il tarixli 1263 nömrəli “Torpaq icarə müqaviləsi”nə əsasən Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında 3-cü şəxs N.Əsgərova 416,6 kv.m torpaq sahəsi 49 il müddətində icarəyə verilmiş, bununla əlaqədar qanunvericiliyə müvafiq olaraq “Ayrıc Aktı” tərtib olunmuşdur.

35. Öz məzmununa görə “Ayrıc Aktı”nda ayrılmalı olan torpaq sahəs inin xüsusiyyətləri, növü, yararlılığı və s. qeyd edilir və həmin sənəd torpaq sahəsinin yerində (naturada) ayrılmasıdır və gələcəkdə müvafiq sənədlərin işlənməsi üçün əsasdır.

36. Məhkəmənin istinad etdiyi xüsusatlar formal mülahizə xarakteri daşımaqla qanuni icarə müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. Və eyni zamanda məhkəmə işin obyektiv hallarını araşdırmadan belə bir yanlış nəticəyə gəlmişdir. Məhkəmə araşdırmamışdır ki, yol verilmiş formallıq nəticəsində dövlət mənafeyinə hansı ziyan və zərər vurulmuşdur.

37. Bununla yanaşı, X2 Komitəsinin Bakı Ərazi idarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 26 saylı binanın yaxınlığında 3-cü şəxs N.Əsgərov tərəfindən 4 mərtəbəli evinin tikintisinə hazırlıq işlərinin aparılması faktı aşkar edilmişdir.

38. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmələr 3-cü şəxsi işə cəlb etmədən, daha doğrusu işdə onun iştirakını lazımi qaydada təmin etmədən, 3-cü şəxs tərəfindən qeyd edilən mübahisəli sahədə tikinti işlərinin aparılıb-aparılmadığını müəyyən etmədən guya, mübahisəni həll etmiş və yalnız “tərəflər arasında bağlanmış icarə müqaviləsini etibarsız hesab etməklə mübahisənin kökündən” həll olunduğunu zənn etmişlər. Məntiqi sual yaranır, əgər 3-cü şəxs həmin sahədə fərdi yaşayış evini inşa etdirmişsə və orada yaşayırsa, onda həmin evin taleyi necə olmalıdır? b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılması na baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə oların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində nümayəndələrinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 40. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanlarınqərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələ n öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının (ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda X2 Komitəsi) rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqav iləsi bağlanılır.

41. Həmin Məcəllənin 65-ci maddəsinin 2 və 4-cü hissələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. 42. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə görə, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.

43. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Həmin Məcəllənin 217.3-cü maddəsinə uyğun olaraq qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyi ni, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

51. Cavabdeh İcra Hakimiyyətinin apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

52. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlaya rkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. Hazırki işə baxmış məhkəmələr müəyyən etmişlər ki, iddiaçı Agentliyin iddiasının təmin edilməsi və mübahisələndirilən torpaq icarə müqaviləsinin etibarsız hesab ediməsi üçün kifayət qədər əsaslar yaranmışdır. Belə ki, həmin müqavilə bağlanarkən torpaq haqqında və digər qanunvericiliyin normaları pozulmuşdur. Əvvəla, torpaqın icarəyə verilməsi prosedurası pozulmuş, qanunla nəzərdə tutulan hərrac, müsabiqə və yaxud digər tədbirlər həyata keçirilməmiş, İcra Hakimiyyətinin müvafq qərarı, sərəncamı qəbul edilməmişdir, müvafiq dövlət orqanlarından lazımi rəylər və icazələr alınmamı; yerquruluş işləri həyata keçirilməmişdir, müqavilə dövlət qeydiyyatına alınmamışdır.

55. Cavabdeh kassasiya şikayətində göstərir ki, məhkəmələrin əsaslandığı dəlillər formal mülahizələrdir, İcra Hakimiyyətinin 3-cü şəxsə icarəyə verdiyi torpaq sahəsi müvafiq olaraq tərtib olunmuş Ayrıc Aktında qeydə alınmış və həmin sənəd bu torpağın son rakı rəsmiləşdirilməsi üçün əsas sənəddir, digər sənədlərin toplanması vacib deyil.

56. Həmçinin, kassator şikayətdə göstərir ki, mübahisəli torpaq sahəsinin icarəsinə dair müqavilə ona görə etibarsız sayıla bilməz ki, onun üzərində artıq bina tikilmiş və orada 3-cü şəxs yaşayır.

57. Məhkəmə kollegiyası bu dəlilləri əsaslı saymır və hesab edir ki, həmin dəlillər mübahisəli torpaq icarə müqaviləsinin qanuni olmasını sübut edə bilməz (bax hazırki qərarın 40-42-ci bənndlərinə).

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh İcra Hakimiyyətinin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.

59. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-533/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar