Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-136/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul” tələbi, “zərərin ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair ilkin iddia, Cavabdeh ASC-nin "xxxx" MMC-yə qarşı “zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə Cavabdeh ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2 021-ci il 12 oktyabr tarixli, 2-2(103)-979/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. "xxxx" MMC (satıcı) ilə Cavabdeh ASC (alıcı) arasında bağlanmış 31 yanvar 2020ci il tarixli, KM/177 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən müvafiq qaydada təsdiq edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə razılaşdırılan ərzaq məhsullarının satın alınması barədə alıcının təklifini qəbul edir və onu ərzaq məhsulları ilə təmin edir. Alıcı isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
2. Müqavilənin: 2.1-ci bəndinə əsasən malların qiyməti qarşılıqlı razılaşdırılan müqavilənin ay rılmaz tərkib hissəsi olan qiymət cədvəli ilə razılaşdırılır. 2.4-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri alıcı tərəfindən ona təqdim edilmiş təhvil-təslim aktı, elektron qaimə və hesab-fakturaya əsasən 30 iş günü ərzində satıcının bu müqavilədə göstərilən bank hesabına ödənilir. 3.1.8-ci bəndinə əsasən qəbul zamanı və ya sonradan alıcı tərəfindən aşkar olunmuş keyfiyyətsiz malların geri qaytarılmasını təmin edir. 3.2.3-cü bəndinə əsasən malların qəbulu zamanı aşkar olunan keyfiyyət, miqdar, assortiment əksiklik çatışmamazlıqlarını aktlaşdıraraq satıcıya xəbər verməlidir. 7.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020ci il tarixinədək qüvvədə qalır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə 10.368 manat dəyərində malların təqdim edilməsinə dair 18.03.2020-ci il tarixli hesab-faktura tərtib edilmişdir. 4. "xxxx" MMC tərəfindən 10.368 manat dəyərində malların təqdim edilməsinə dair 18.03.2020-ci il tarixli, EBAH seriyalı, 840745 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh ASC-yə göndərilmişdir. 5. 18.03.2020-ci il tarixli, ĞRĞ seriyalı, 193397 saylı malların təhvil-qəbul aktına görə, "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə 10.368,00 manat dəyərində mal təhvil verilmişdir. 6. "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə 02.07.2020-ci il tarixli, 70 saylı borc bildirişi ünvanlanaraq tərəflər arasında qüvvədə olan müqaviləyə əsasən Cavabdeh ASCdən ödənilməli olan 10.368 manat məbləğində pulun ödənilməsinin təmin edilməsi xahiş ed ilmişdir. 7. "xxxx" MMC (satıcı) ilə Cavabdeh ASC (alıcı) arasında bağlanmış 08 yanvar 2019cu il tarixli İS/19-126 saylı ərzaq məhsullarının tədarükü və təchizatı müqaviləsinə əsasən Cəmiyyət elektron portalında göstərilən ərzaq məhsullarının alınmasına dair elanın şərtlərinə uyğun gələn və müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının satın alınması barədə icraçının təklifini qəbul edir. Cəmiyyət isə bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında ərzaq məhsullarının icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
8. Müqavilənin: 2.1.4-cü bəndinə əsasən icraçının təqdim etdiyi ərzaq məhsulları satınalmaya dair müqavilənin şərtlərinə uyğun gəlmədikdə, tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur ak tı tərtib edilməklə Cəmiyyət malların qəbulundən imtina edir. 2.1.5-ci bəndinə əsasən icraçı keyfiyyətsiz ərzaq məhsullarını 3 təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz etmədikdə, Cəmiyyət bu müqaviləyə birtərəfli qaydada xitam verir. 2.2.4-cü bəndinə əsasən icraçı bu müqavilənin 1 nömrəli cədvəlində göstərilən ərzaq məhsullarının göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir və cəmiyyətin müəyyən etdiyi ünvanda ona təhvil verir. Cəmiyyətin nümayəndəsi tərəfindən təhvil-təslim aktı imzalandıqdan sonra və ya qaimə-faktura əsasında məhsullar qəbul edilmiş hesab olunur. 2.2.5-ci bəndinə əsasən tədarük edilmiş ərzaq məhsulları bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, tərəflərin nümayəndələrinin iştirakı ilə Cəmiyyət bu barədə qüsur aktını tərtib edir və aşkar olunan keyfiyyətsiz ərzaq məhsullarını 3 təqvim günündən gec olmayaraq keyfiyyətli məhsulla əvəz edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 9. 01.08.2019-cu il tarixli, ĞRĞ seriyalı, 193317 saylı malların təhvil-qəbul aktına görə, "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə 41.990 manat dəyərində mal təhvil verilmişdir. 10. "xxxx" MMC tərəfindən 41.990 manat dəyərində malların təqdim edilməsinə dair 01.08.2019-cu il tarixli, EAAX seriyalı, 948099 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh ASC-yə göndərilmişdir. 11. 09.08.2019-cu il tarixli ödəniş qəbzinə görə, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin hesabına 41.990 manat məbləğində vəsait köçürülmüşdür. 12. 23.08.2019-cu il tarixli gömrük bəyannamələrinə görə, Cavabdeh ASC tərəfindən hər bəyannamə üzrə 21.385,00 ABŞ dolları məbləğində 950 qutu ərzaq məhsulu AR-ın gömrük sərhədindən keçirilərək BƏƏ-də yerləşən “Peras FoodStuff TRD LLC şirkətinə göndərilmişdir. Göndərilməyə əsas kimi BM02 saylı müqaviləyə istinad edilmişdir. 15.08.2021-ci il tarixdə “X2” LLC tərəfindən Cavabdeh ASC-yə “Credit note” ünvanlayaraq bildirilmişdir ki, BM/06 saylı 15 iyul 2019-cu il tarixli müqavilə əsasında təqdim edilmiş malların üzərində 90 gün yararlıq müddətinin əvəzində 3690 gün yararlıq müddəti göstərildiyindən şirkət tərəfindən Cavabdeh ASC-yə olan 43.100 ABŞ dolları məbləğində borcun azaldılması qərara alınmışdır.
13. Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə 09 aprel 2020-ci il tarixli, 26/04-242ATT/20 saylı pretenziya məktubu ilə müraciət edilərək, ümumilikdə 41.990 manat və 10.000 ABŞ dolları məbləğində pulun ödənilməsi xahiş edilmişdir.
14. BM-002 Alqı-satqı müqaviləsinə 21.08.2019-cu il tarixli 1 saylı Əlavəsinə əsasən Cavabdeh ASC tərəfindən “X2” LLC-yə 1900 qutu toyuq yumurtası 42.750 ABŞ dolları dəyərində təqdim edilməsi nəzərdə tutulmuşdur.
15. Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli, e-2-2(113)-894/2021 saylı qiyabi qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh “X2” MMC şirkətinə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, “X2” MMC şirkətindən 68.608,50 ABŞ dolları, 19.142,19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 87.750,69 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Aqrar tədarük və təchizat” ASC-yə ödənilməsi qət edilmişdir. 16. 09.04.2020-ci il tarixdə Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə pretenziya məktubu ünvanl anaraq, yumurtaların üzərində yararlıq müddətinin düzgün göstərilməməsi nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi tələb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.01.2020-ci il tarixli, KM/177 saylı alqı-satqı müqaviləsi əsasında iddiaçının cavabdehə satdığı hər birinin qiyməti 0,144 qəpik olmaqla 72.000 ədəd, toyuq yumurtasına görə ümumi qiyməti 10.368 manat məbləğində pulun və ödənilmiş 30 məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında qüvvədə olan 31 yanvar 2020-ci il tarixli, KM/177 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehin şifahi müraciəti əsasında iddiaçı 18 mart 2020-ci il tarixdə hər birinin qiyməti 0,144 qəpik olmaqla 72.000 ədəd, ümumi dəyəri 10.368 manat ərzaqlıq toyuq yumurtasını cavabdehə satılması barədə (EBAH 840745) saylı elektron qaimə tərtib edərək, alıcının elektron bazasına ötürüb, ĞRĞ 193397 saylı malların təhvil qəbul aktı və hesab-faktura ilə cavabdeh ASCnin Bakı şəhəri, "x" rayon ərazisində yerləşən "xx" ticarət mərkəzindəki anbarına aparıb təhvil vermişdir. Nəzərdə tutulan müqavilənin 3.2.2-ci bəndinə görə alıcı satıcıdan alınmış ərzaq məhsullarının dəyərini 30 iş günü ərzində satıcının müqavilədə göstərilən bank hesabına ödənilməsini təmin etməlidir. Qarşı tərəf müqavilənin şərtlərinə əməl etməmiş, tərəflərində n və Azərbaycan Respublikası “X1” İB tərəfindən dəfələrlə şifahi və yazılı müraciətlər edilərək pulun ödənilməsi tələb edilsə də, üzərinə düşən öhdəliyə əməl etməmişdir. 19. 28.09.2020-ci il tarixdə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsini təqdim edərək, "xxxx" MMC-dən Cavabdeh ASC-nin xeyrinə 41.990 manat, məhsul ixrac olunan zaman çəkilmiş daşıma xərci 10.000 ABŞ dolları məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun tutulması və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 31 yanvar 2020-ci il tarixli KM/177 saylı müqavilənin 3.1.2-ci bəndinin tələblərinə əsasən satıcı bu müqavilə üzrə satılan mallar ın keyfiyyətinə tam zəmanət verir və satdığı malların keyfiyyətini, mənşəyini göstərən və qanunvericiliklə nəzərdə tutulan digər sənədləri (sertifikatları) alıcıya təqdim edir. Müqavilənin 3.1.4-cü bəndinin tələblərinə əsasən satıcı sifarişi vaxtında və keyfiyyətlə icra edir, malların göndərildiyi avtonəqliyyat vasitəsinin sanitar-gigiyenik tələblərə cavab verməsini təmin edir. İddiaçı MMC müqavilənin yuxarıda qeyd edilən bəndlərinin tələblərinə əməl etməmiş və alıcını zəruri sənədlərlə tam təmin etməmiş və sifarişi vaxtında və keyfiyyətlə icra etməmişdir. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini tam icra etmədiyi üçün cavabdeh ASC öz öhdəsinə düşən öhdəliyin icrasını dayandırmışdır. Bundan əlavə olaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında 08 yanvar 2019-cu il tarixli, İ S/19-126 nömrəli müqavilə bağlanmış və tərəflər arasında həmin müqavilənin tərkib hissəsi olan 22 iyul 2019-cu il tarixli 1 nömrəli qiymət cədvəli imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçı MMC 1 nömrəli qiymət cədvəli ilə razılaşdırılmış ərzaq məhsulunun (yutoq yumurtası) satın alınması barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin təklifini qəbul etməyi və onu ərzaqla təmin etməyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə ərzaq məhsulunu "xxxx" MMC-dən qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti müqavilə şərtlərinə əsasən, 1 qutunun qiyməti 22,10 manat olmaqla 1900 qutu toyuq yumurtası sifarişi vermişdir. Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış 01 avqust 2020-ci il tarixli (Seriya ĞRĞ Nq 193317) təhvil-təslim aktında da g östərildiyi kimi Cavabdeh ASC-yə "xxxx" MMC tərəfindən hər qutusunun dəyəri 22,10 manat olan 1900 qutu toyuq yumurtası təqdim edilmiş, Cəmiyyət tərəfindən isə 09 avqust 2019-cu il tarixində 41.990 manat pul vəsaiti "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Satın alınmış məhsul ixrac məqsədilə ölkə sərhədindən kənara göndərildikdən sonra (gömrük bəyannamələri iddia ərizəsinə əlavə olunur) satınalan şirkət tərəfindən məhsulun qüsurlu olduğu müəyyən edilmiş və bu öz əksini satınalan şirkət tərəfindən Cavabdeh ASC-yə satınalan şirkət tərəfindən göndərilmiş bildirişdə tapmışdır. Belə ki, toyuq yumurtalarının üzərində yararlılıq müddəti kimi 29.07.2019-29.10.2019 sözləri deyil, 29.07.2019-29.10.2029 sözləri qeyd edilmişdir. İxrac olunan məhsul istifadəyə yararsız olduğu üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 41.990 manat məbləğində maddi zərər dəymişdir. Həmçinin, cəmiyyət tərəfindən məhsul ixrac olunan zaman daşıma xərci kimi 10.000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 41.990 manat və 10.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Bundan əlavə "xxxx" MMC-dən alınmış məhsulların xarici bazara çıxarılması nəzərdə tutulsa da, baş vermiş bu hal nəticəsində Cəmiyyətin xarici bazardakı nüfuzu ciddi şəkildə ziyan görmüşdür. Bu səbəbdən, Cavabdeh ASC-nin işgüzar nüfuzuna ciddi şəkildə zərər dəymişdir. Belə ki, 08 yanvar 2019-cu il tarixli İS/19-126 nömrəli müqavilənin 2.2.8-ci bəndinin tələblərinə əsasən bu müqavilə əsasında icraçı cəmiyyətə təhvil verdiyi məhsulların keyfiyyətinə (cəmiyyət və ya istehlakçı tərəfindən saxlama qayda larına riayət edilməklə) istifadə üçün müəyyən edilmiş yararlılıq müddətində təminat verir.
21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 iyun tarixli, e-2-2(113)-186/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdehdən 10.368 (on min üç yüz altmış səkkiz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh “arasında 31 yanvar 2020-ci il tarixli, KM/177 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaran mışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda cavabdehin göstərilən müqavilə üzrə iddiaçıya borcu 10.368,00 manat təşkil edir.
23. Həmçinin Cavabdeh ASC ilə "xxxx" MMC arasında 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən mübahisəli hüquq münasibətində satıcı olan "xxxx" MMC tərəfindən alıcı Cavabdeh ASC-yə 41.990 manat dəyərində yumurta verilmiş və bunun müqabilində alıcı tərəfindən ödəniş həyata keçirilmişdir.
24. Müqavilə öhdəliklərinin icra edilməməsindən (la zımi qaydada icra edilməməsindən) irəli gələn maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verməsi, maddi zərərin mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin müqavilə üzrə öhdəliklərinin təqsirli pozuntusu ilə maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcud olması müəyyən edilməlidir.
25. Hazırkı halda isə, qarşılıqlı iddia üzrə iddiaçı 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən pozulması halı kimi həmin müqaviləyə əsasən təqdim edilmiş yumurtaların üzərinə yararlılıq müddətinin düzgün vurulmamasına (“29.07.2019- 29.10.2019” əvəzinə “29.07.2019-29.10.2029”) istinad etmiş, lakin göstərilən halı sübuta yetirə bilməmişdir.
26. İş materiallarındakı sübutlara əsasən qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkildəki yumurtaların, eləcə də məktubda istinad edilən yumurtaların məhz mübahisəli müqaviləyə əsasən qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya təqdim edilmiş yumurtalar olması barədə əsaslı nəticəyə gəlmək qeyrimümkündür. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçının göstərilən halı sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi digər sübutlar da kifayət qədər ziddiyyətlidir. 27. “X2” LLC-nin malların üzərində yararlılıq müddətinin səhv göstərilməsi barədə məlumatı əks etdirən məktub 15.08.2019-ci il tarixli olduğu halda, qarşılıqlı iddia üzrə iddiaçının qüsurlu malların BƏƏ-yə göndərilməsini təsdiq etmək üçün təqdim etdiyi gömrük bə yannamələrində malların AR-in gömrük sərhədindən keçirildiyi tarix kimi 23.08.2019-cu il tarixi göstərilmişdir. Göründüyü kimi gömrük bəyannamələrində göstərilmiş mallarla “X2” LLC-nin məktubunda istinad etdiyi qüsurlu malların eyni mal olması istisna edilir.
28. Digər tərəfdən, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yumurtaların üzərinə yararlılıq müddətinin səhv vurulması halı müəyyən edilmiş olsa da, göstərilən hal həmin qüsurla bağlı dəymiş zərərə görə məsuliyyətin qarşılıqlı iddia üzrə cavabdehin üzərinə qoyulması üçün kifayət etmir.
29. Cavabdeh ASC malın ehtimal edilən qüsurunu aşkar edildikdən sonra ağlabatan müddətdə bu qüsur barədə "xxxx" MMC-yə məlumat verməmiş, bununla bağlı alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı il ə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur aktı tərtib edilməmişdir. Cavabdeh ASC malın qüsuru barədə məlumatı əldə etdiyi vaxtdan yalnız 8 ay sonra - 2020-ci ilin aprel ayında göndərdiyi pretenziya məktubunda iddiaçı MMC-ni qüsur barədə məlumatlandırmışdır.
30. Beləliklə, alıcı Cavabdeh ASC ərzaq məhsulu olan malın ehtimal edilən qüsuru barədə həmin malın yararlılıq müddəti keçdikdən sonra satıcıya məlumat verməklə faktiki olaraq satıcını həmin qüsuru aradan qaldırmaq və ya maldan imtina edildiyi halda qüsurlu malı geri götürmək və ona sərəncam vermək imkanından məhrum etmişdir.
31. Maddi zərərin ödənilməsi barədə işlərə baxılarkən müəyyən edilməli olan hallardan biri müqavilə öhdəliklərinin pozulması nəticəsində iddiaçıya maddi zərər vurulması faktıdır.
32. Qarşılıqlı iddia üzrə iddiaçı ona maddi zərər dəyməsini mübahisəli malların göndərildiyi “X2” LLC şirkətinin maldan imtina etməsi, nəticədə onun həmin mallara görə alacağı puldan məhrum olması ilə əsaslandırsa da, “X2” LLC-nin maldan imtina etməsini, o cümlədən malları geri təhvil almasını və ya malların yararsız olması ilə bağlı məhv edilməsini təsdiq edən sübutları da məhkəmə təqdim etməmişdir.
33. Bakı Kommersiya Məhkəməsinin 31.03.2021-ci il tarixli e-2-2(113)-894/2021 saylı qiyabi qətnaməsinə görə, Cavabdeh ASC-nin 16.08.2019-cu il tarixli, BM-002 saylı müqavilə üzrə öhdəlikləri yerinə yetirərək cavabdehə 68.608,5 ABŞ dolları məbləğində mal göndərmiş, lakin cavabdeh tərəfindən həmin malın dəyəri ödənilməmişdir.
34. Qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar (Cavabdeh ASC tərəfindən müqavilə öhdəlik lərinin lazımi qaydada icra edilməsi, lakin “X2” MMC-nin malın dəyərini ödəməməsi) Cavabdeh ASC-nin hazırkı iddia tələbinin əsası kimi istinad etdiyi “X2” MMC-nin maldan imtina etməsi və bunun nəticəsində ona maddi zərər dəyməsi barədə dəlillərin əsassız olmasına dəlalət edir.
35. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 21.1, 21.2, 385.1, 442, 443.1, 448.1, 443.1, 443.7, 567, 595.1, 595.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
36. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
37. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(1 03)-979/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), V.M.Məmmədov və V.Ə.Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 iyun tarixli, e-2-2(113)-186/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 22-35) əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.
39. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
40. Satın alınmış məhsul ixrac məqsədilə ölkə sərhəddindən kənara, göndərildikdən sonra satınalan şirkət tərəfindən məhsulun qüsurlu olduğu müəyyən edilmiş "xxxx" ASCyə 41.990 manat məbləğində maddi zərər dəymişdir.
41. Apellyasiya instansiyası məhkəməsi satıcı tərəfindən satdığı malların keyfiyyətini, mənşəyini göstərən sənədlərin (sertifikatların) alıcıya təqdim edilməməsini düzgün qiymətləndirməmişdir. Satıcının Alıcını zəruri sənədlərlə tam təmin etməməyini, bununla da öhdəliyi keyfiyyətlə icra edilmədiyini məhkəmə nəzərə almamışdır.
42. Alıcı-ASC Mülki Məcəllənin 587.2-ci maddəsinə əsaslanaraq pul ödənişindən imtina etmişdir, lakin apellyasiya məhkəməsi verilmiş məhsulların qüsurlu olub-olmaması məsələsini araşdırmamış, ilkin iddianı təmin etməklə bu maddənin tələblərini də pozmuşdur.
43. Həmçinin apellyasiya şikayətində birinci instansiyas ı məhkəməsi tərəfindən ekspertizanın keçirilməsinə dair cavabdehin vəsatətinin təmin edilmədiyi qeyd edilsə də, apellyasiya məhkəməsi şikayətin bu dəlilinə də qiymət verməmişdir. Halbuki, məhsulun keyfiyyətli olub-olmamasını və bunun nəticəsində ziyan dəyib-dəyməməsini xüsusi bilik tələb edən ekspertiza keçirmədən müəyyən etmək mümkün deyildir.
44. Kassasiya şikayəti Mülki Məcəllənin 21.1, 21.2, 581.1, 581.2, və 581.4-cü, Mülki Prosessual Məcəllənin 88, 97.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
46. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təq dim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin mü əyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
49. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: "Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutu lmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməm əsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. "Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur”. “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə
595. Alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplekt lik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişd irilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-979/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kass asiya şikayəti təmin edilməməlidir.
52. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh “arasında 31 yanvar 2020-ci il tarixli, KM/177 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, hazırda cavabdehin göstərilən müqavilə üzrə iddiaçıya borcu 10.368,00 manat təşkil edir. Həmçinin tərəflər arasında 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmış, müqaviləyə əsasən mübahisəli hüquq mü nasibətində satıcı olan "xxxx" MMC tərəfindən alıcı Cavabdeh ASCyə 41.990 manat dəyərində yumurta verilmiş və bunun müqabilində alıcı tərəfindən ödəniş həyata keçirilmişdir.
53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh 08 yanvar 2019-cu il tarixli İS/19-126 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərin iddiaçı tərəfindən pozulması halı kimi həmin müqaviləyə əsasən təqdim edilmiş yumurtaların üzərinə yararlılıq müddətinin düzgün vurulmamasına istinad etsə də, göstərilən halı sübuta yetirməmişdir.
54. Məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, “X2” LLC-nin malların üzərində yararlılıq müddətinin səhv göstərilməsi barədə məlumatı əks etdirən məktub 15.08.2019-ci il tarixli olduğu halda, cavabdehin qüsurlu malların BƏƏ-yə göndərilməsini təsdiq etmək üç ün təqdim etdiyi gömrük bəyannamələrində malların AR-in gömrük sərhədindən keçirildiyi tarix kimi 23.08.2019-cu il tarixi göstərilməsi gömrük bəyannamələrində göstərilmiş mallarla “X2” LLC-nin məktubunda istinad etdiyi qüsurlu malların eyni mal olması istisna edilir.
55. Digər tərəfdən, Cavabdeh ASC malın ehtimal edilən qüsuru aşkar edildikdən sonra ağlabatan müddətdə bu qüsur barədə "xxxx" MMC-yə məlumat verməmiş, bununla bağlı alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keyfiyyətsiz ərzaq məhsulları üzrə qüsur aktı tərtib edilməmiş, Cavabdeh ASC malın qüsuru barədə məlumatı əldə etdiyi vaxtdan yalnız 8 ay sonra - 2020-ci ilin aprel ayında göndərdiyi pretenziya məktubunda iddiaçı MMC-ni qüsur barədə məlumatlandırmışdır.
56. Həmçin in məhkəmələr düzgün olaraq hesab etmişlər ki, alıcı Cavabdeh ASC ərzaq məhsulu olan malın ehtimal edilən qüsuru barədə həmin malın yararlılıq müddəti keçdikdən sonra satıcıya məlumat verməklə faktiki olaraq satıcını həmin qüsuru aradan qaldırmaq və ya maldan imtina edildiyi halda qüsurlu malı geri götürmək və ona sərəncam vermək imkanından məhrum etmişdir. Cavabdeh ona maddi zərər dəyməsini mübahisəli malların göndərildiyi “X2” LLC şirkətinin maldan imtina etməsi, nəticədə onun həmin mallara görə alacağı puldan məhrum olması ilə əsaslandırsa da, “X2” LLC-nin maldan imtina etməsini, o cümlədən malları geri təhvil almasını və ya malların yararsız olması ilə bağlı məhv edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallar isə öz növbəsində satın alınmış məhsul ixra c məqsədilə ölkə sərhəddindən kənara, göndərildikdən sonra satınalan şirkət tərəfindən məhsulun qüsurlu olduğunun müəyyən edilməsi, "xxxx" ASC-yə 41.990 manat məbləğində maddi zərər dəyməsi, apellyasiya məhkəməsinin verilmiş məhsulların qüsurlu olub-olmaması məsələsini araşdırmaması, həmçinin məhsulun keyfiyyətli olub-olmamasını və bunun nəticəsində ziyan dəyibdəyməməsini müəyyən etmək üçün ekspertiza təyin edilməməsi barədə cavabdehin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir.
57. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız o lduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 22(103)-979/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 58.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
59. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-979/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.