Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-137/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İlkin iddiaçının ilkin cavabdehə, qarşılıqlı iddiaçının cavabdehə qarşı iş üzrə Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə İddiaçının cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 2-2(103)-924/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan "A" M MC (bundan sonra – “ŞKŞB”) ilə İddiaçı MMC (bundan sonra – “PA”) arasında 2020-ci il 4 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 02 saylı müqavilədən (bundan sonra – “02 saylı müqavilə”) görünür ki, bu müqaviləyə əsasən, bu müqaviləyə əsasən satıcı (ŞKŞB) 1.2-ci bəndində göstərilən əmlakı alıcının (PA) mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götütür (1.1-ci bənd).
2. Həmin müqavilənin 1.2 və 3.1-ci bəndinə görə, bu müqavilə üzrə satılan malların miqdarı, adı, qiyməti əlavələrdə qeyd ediləcəkdir.
3. Həmin müqavilənin 3.2-ci bəndinə görə, malın dəyəri 30 gün ərzində ödəniləcəkdir.
4. Həmin müqavilənin 4.1-ci bəndinə görə, bu müqavilə 2020-ci il 4 fevraldan 2020-ci il 31 dekabr tarixinədək qüvvədədir.
5. Həmin müqavil ənin 5.1-ci bəndinə görə bu müqavilə ilə öz vəzifəsini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.
6. İş materiallarında olan 02 saylı müqavilənin əlavəsindən görünür ki, həmin müqavilə üzrə ümumilikdə 21.762,19 manat dəyərində malların (2 ton limon duzu, 1 ton bicarbonat, 34 ton kalsium karbonat, 0.660 ton perchloretylene, 0.108 ton acetic acid, 0.050 ton ammoniumchloride, 4.77 ton xlorid turşusu, 0.832 ton defomer ) satılması nəzərdə tututlmuşdur.
7. İş materiallarında olan ŞKŞB ilə PA arasında 2020-ci il 27 fevral tarixində bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş Pİ C02/27/2020 saylı müqavilədən (bundan sonra – “PİC02/27/2020 saylı müqavilə”) görünür ki, bu müqaviləyə əsasən, satıcı (ŞKŞB) kalsium bromid məhlulunu (CaBr2 Liquid), “İnkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının (PA) ünvanına çatdırmağı, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onların əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir (1.1 və 2.1-ci bəndlər).
8. Həmin müqavilənin 3.1-ci bəndinə görə, mallar təchizat müddətlərinə tnuvafıq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir. Malların hissə-hissə təchiz edilməsi mümkündür.
9. Həmin müqavilənin 3.2-ci bəndinə görə, satıcı üqavilənin şərtlərində göstərilmiş malları alıcıya təchiz etməlidir.
10. Həmin m üqavilənin 3.3-cü bəndinə görə, alıcı müqavilədə göstərilmiş qiyməti satıcıya ödəməli, müqavilədə göstəriimiş ünvana çatdırıldıqda malları qəbul etməli və bu andan mallarla bağlı bütün risklər alıcıya ötürülmüş olur.
11. Həmin müqavilənin 4.1-ci bəndinə görə, alıcı satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabma köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün DDP Bakı şərti ilə çatdırddıqdan sonra 30 gün ərzində ödəməyi öhdəsinə götürür.
12. Həmin müqavilənin 10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çöx gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün yaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz.
13. PİC02/27/2020 saylı müqaviləyə tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 1 saylı qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 3.495.455 manat təşkil edir.
14. İş materiallarında olan PA ilə A Şirkətinin (bundan sonra – “DNŞ”) “AN” İstehsalat Birliyi (bundan sonra – “AN”) arasında 2020-ci il 3 mart tarixində bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 141/SAM/2020 saylı *****SS-004.2011 DNŞ-nın standartlaşma sistemi malların alqı-satqı müqaviləsindən (bundan sonra – “141/SAM/2020 saylı”) görünür ki, bu müqaviləyə əsasən satıcı kalsium bromid məhlulunu “inkoterms-2010”-a əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çat dıracaq, alıcı isə bu müqavilənin şərtləri əsasında malları qəbul edərək onun əvəzini ödəyəcək. Müqavilənin ümumi dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir (1.1 və 2.1-ci bəndlər).
15. Həmin müqavilənin 3.1-ci bəndinə görə, mallar təchizat müddətlərinə müvafiq olaraq, satıcı tərəfindən müqavilənin qüvvəyə minmə anından 120 gün müddətinə təchiz edilməlidir.
16. Həmin müqavilənin 4.1-ci bəndinə görə, alıcı, satıcı tərəfindən verilmiş hesaba uyğun olaraq, satıcının hesablaşma hesabına köçürmə vasitəsilə malın dəyərini hər təhvil verilmiş partiya üçün rəsmiləşdirilmiş qaimənin yazıldığı tarixdən 60 gün ərzində ödəməyi öhdəsinə götürür.
17. Həmin müqavilənin 10.1-ci bəndinə görə, malların Müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda satıcı ilk dörd həftə ərzində hər ləng idilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 8%-dən çox ola bilməz. 18. 141/SAM/2020 saylı müqaviləyə 1 saylı tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş qoşmadan görünür ki, 500 m3 məhsulun dəyəri ƏDV daxil 4.714.100 manat təşkil edir.
19. İş materiallarında olan PA tərəfindən ŞKŞB-yə göndərilmiş 2020-ci il 12 iyun tarixli məktubdan görünür ki, həmin məktubla malın çatdırılma tarixi haqqında məlumat verilməsi xahiş edilmişdir.
20. İş materiallarında olan ŞKŞB tərəfindən PA-ya göndərilmiş 2020-ci il 16 iyun tarixli məktubdan görünür ki, həmin məktubla 2020-ci il 12 iyun tarixli məktuba cavab olaraq dünyada baş verən pandemiya ilə əlaqədar olaraq məhsulun çatdırılmasında bir sıra problemlər yarandığı, məhsulun bir hissəsinin (200 m3) 2020-ci il 23 iyun tarixində Azərbaycan Gömrük sərhəd buraxılışından sonra təhvil veriləcəyi bildirilmişdir.
21. İş materiallarında olan ŞKŞB tərəfindən PA-ya göndərilmiş 2020-ci il 23 iyun tarixli məktubdan görünür ki, həmin məktubla müqavilə üzrə 200 m3 kalsium bromid məhsulunu növbəti həftə təchiz etməyə hazır olduqları bildirilmişdir.
22. İş materiallarında olan Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən “BH Company LTD” tərəfindən həmin vaxt ŞKŞB-nin direktoru olmuş Sevda Yusubovaya göndərilmiş 2020-ci il 3 iyul tarixli 63 saylı məktubda bildirilmişdir ki, Covid 19 pandemiyasına görə ölkədəki müəssisə lərin fəaliyyətindəki məhdudiyyətlər və nəqliyyat problemlərinə götə şirkət fəaliyyətini qeyri-müəyyən müəddətə dayandırmağa məcburdur. Bu səbəbdən 190 ton Kalsium Broid məhsulunu yükləyə bilməyəcəklər.
23. İş materiallarında olan ŞKŞB tərəfindən PA-ya göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubda bildirilmişdir ki, təklif edilmiş məhsulu istehsal edən olkə - Cənubi Afrika Respublikasında 2020-ci il 20 may tarixindən müəssisənin fəaliyyəti dayandırılmışdır. Buna baxmayararaq digər istehsalçı ölkələrə də müraciət edilmiş, lakin pandemiya ilə əlaqədar olaraq konkret heç bir təklif almamışlar. Göstərilən səbəbləri nəzərə alaraq məhsulu müqavilənin 3.1-ci bəndinə əsasən 120 gün müddətinə təmin edə bilməmiş, buna görə də müqavilənin 11.3-ci bəndini nəzərə alaraq qarşılıqlı razılaşma əsasında y a ikitərəfli, ya da birtərəfli xitam verilməsinə qərar verilmiş, qərara qarşılıqlı olaraq anlayış göstərilməsi xahiş edilmişdir.
24. İş materiallarında olan PA tərəfindən ŞKŞB-yə göndərilmiş 2020-ci il 27 iyul tarixli 21/20 saylı məktubda bildirilmişdir ki, ŞKŞB-nin 2020-ci il 9 iyul tarixində göndərdiyi məktubda gecikmənin fors-major halı ilə əlaqədar olması iddiası və müqaviləyə birtərəfli xitam verilməsi əsassız və qəbuledilməzdir. Əvvəlki məktubda qeyd edilmiş bütün hallar şirkətin müştəri qarşısında öhdəliyini yerinə yetirə bilməməyinə, reputasiya və ciddi maddi risklərə səbəb olur. Odur ki, ən qısa zamanda öhdəlik yerinə yetirilmədiyi təqdirdə müvafiq addımlar atılacaqdır.
25. İş materiallarında olan PA tərəfindən ŞKŞB-yə göndərilmiş 2020-ci il 8 oktyabr tarixli pretenziya məktubunda n görünür ki, həmin məktubla 3 gün müddətində PİC/02/27/2020 saylı müqaviləni icra etmədiyinə görə həmin müqavilənin ləğv edilməsi, öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, 500.000 manat məbləğində işgüzar nüfuza vurulmuş ziyanın və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, həmin məbləğ ödənilməyəcəyi halda, müqavilənin ləğvi və pul tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
26. İş materiallarında olan DNŞ-nin Satınalmalar Komitəsinin iclasının 2020-ci il 24 sentyabr tarixli 47 saylı protokolundan çıxarışa əsasən müəyyən edilir ki, kalsium bromid məhlulunun AN tərəfindən satın alınması məqsədi ilə keçirilmiş 11022AM-20 saylı açıq müsabiqənin nəticələrinə uyğun olaraq 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə alınaraq, PA-nın bu qərar qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində DNŞ-da təşkil olunacaq bütün satınalma əməliyyatlarında iştirakı qadağan edilmişdir.
27. İş materiallarında olan AN tərəfindən PA-ya göndərilmiş 2020-ci il 2 noyabr tarixli məktubdan görünür ki, həmin məktubla PA tərəfindən 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi nəzərə alınaraq, həmin müqavilənin 13.2-ci bəndinə müvafiq olaraq, müqaviləyə birtərəfli qaydada xitam verildiyi bildirilmişdir.
28. İş materiallarından görünür ki, ŞKŞB tərəfindən PA-ya 4.764,25 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 5 fevral tarixli, **********8 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 2020-ci il 5 fevral tarixli, EBAF seriyalı, 947001 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə PA-ya göndərilmişdir.
29. İş materiallarından görünür ki, ŞKŞB tərəfindən PA-ya 4.212,60 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 27 fevral tarixli, **********5 saylı hesabfaktura təqdim edilmiş və həmin hesbab-faktura əsasında 2020-ci il 27 fevral tarixli, EBAG seriyalı, 930505 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə PA-ya göndərilmişdir.
30. İş materiallarından görünür ki, ŞKŞB tərəfindən PA-ya 7.293,50 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 17 aprel tarixli, **********4 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 2020-ci il 17 mart t arixli, EBAH seriyalı, 795221 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə PA-ya göndərilmişdir.
31. İş materiallarından görünür ki, ŞKŞB tərəfindən PA-ya 1.033,86 manat dəyərində malın göndərilməsinə dair 2020-ci il 6 may tarixli, **********3 saylı hesab-faktura təqdim edilmiş və həmin hesab-faktura əsasında 2020-ci il 8 may tarixli, EBAJ seriyalı, 680204 saylı elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə PA-ya göndərilmişdir.
32. İş materiallarına olan gömrük bəyannaməsindən müəyyən edilir ki, 2020-ci il 2 iyul tarixində ŞKŞB-yə ünvanlanmış 17.000,00 kq kalsium bromid məhlulu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilmişdir.
33. İş materiallarında olan ŞKŞB tərəfindən PA-ya göndərilmiş 2020-ci il 7 dekabr tarixli məktubdan görünür ki, həmin məkt ubla 02 saylı müqavilə üzrə 17.304,21 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
34. İş materiallarında olan PA-nın təsisçilərin 2020-ci il 17 dekabr tarixli qərarına əsasən PAnın adının dəyişdirilərək "P" MMC (bundan sonra – "P") kimi müəyyən edilməsi, cəmiyyətin adının dəyişməsi və təsisçi payının dəyişikliyi ilə əlaqədar cəmiyyətin nizamnaməsində dəyişiklik edilməsi və 4-cü redaksiyada nizamnamənin təsdiq edilməsi qərara alınmışdır.
35. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 2020-ci il 22 dekabr tarixli **********456000 saylı çıxarışından müəyyən edilir ki, P-nın əvvəlki adı PA olmuşdur. İş üzr ə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
36. PA 2020-ci il 28 oktyabr tarixində ŞKŞB-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, PİC/02/27/2020 saylı müqaviləəsasında öhdəliyin icrasının gecikdirilməsi nəticəsində hesablanmış 174.772,75 manat məbləğində cərimənin, 1.218.645 manat və 225.000 manat məbləğində əldən çıxmış faydanın, işgüzar nüfuza vurulmuş ziyana görə 500.000 manat məbləğində pul vəsaitinin və hüquqi xidmətlərin göstərilməsinə görə 1.000 manat məbləğində xidmət haqqının və 30 manat məbləğində dövlət rüsumunun ŞKŞB tərəfindən tutularaq PA-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. İddia tələbi onunla əsaslandırılmışdır ki, ŞKŞB tərəfindən müqavilə (bax yuxarıda §§ 713) üzrə öhdəliklər icra edil məmiş, müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Belə olan halda, müqavilənin 10-cu bəndinə əsasən, icranı gecikdirən ŞKŞB tərəfindən mallarının dəyəri olan 3.495.455 manat məbləğin 5%-i, yəni 174.772,75 manat məbləğində cərimə ŞKŞB tərəfindən ödənilməlidir.
38. Belə ki, 141/SAM/2020 saylı müqavilə əsasında, ŞKŞB tərəfindən təhvil veriləcək “Kalsium Bromid” məhlulunun PA tərəfindən AN-ə təhvil verilməsi, AN tərəfindən isə 4.714.100 manat məbləğində pulun ödənilməsi razılaşdırılmışdır. 141/SAM/2020 saylı müqavilənin qarantiyası kimi "xxxx" ASC tərəfindən 60.000 manat həcmində verilmiş 2020-ci il 27 yanvar tarixli M/17-595 saylı bank qarantiyası da AN-ə təqdim edilmişdir. Lakin ŞKŞB malları PA-ya təhvil vermədiyinə görə PA AN qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir.
39. Əgər ŞK ŞB malları vaxtında təhvil versəydi, PA həmin malları AN-ə verib külli miqdarda gəlir əldə edəcəkdi. İndi isə ŞKŞB-nin təqsiri üzündən PA həmin gəlirini itirmiş, AN-ə ziyan ödəməli olmuş, PA ilə bağlanmış müqavilələrə blok qoyulmuşdur. AN PA-dan vurulmuş zərəri tələb edir. Sözügedən müqavilə əsasında AN tərəfindən 4.714.100 manat məbləğində pul ödənildiyi təqdirdə, PA-nın əldə edəcəyi xalis gəlir, mənfəət 1.218.645 manat təşkil edəcəkdi. Lakin hazırda ŞKŞB-nin təqsiri ucbatından həmin gəlirdən məhrum edilmişdir.
40. ŞKŞB-nin təqsiri ucbatından PA şirkətinin məhrum olduğu 1.218.645 manat məbləğində xalis mənfəət və əldən çıxmış fayda da ŞKŞB tərəfindən ödənilməlidir.
41. Bundan əlavə, PA həmçinin AN və DNŞ-ın tabeliyində olan digər bütün idarələrlə 2021ci il üçün bağlanmalı olan müqaviləl ərdən ŞKŞB-nin təqsiri üzündən məhrum olmuşdur.
42. Belə ki, PA DNŞ-ın idarələri ilə orta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. 2020-ci ildə “Azərikimya” ilə 91.542,39 manat, “Heydər Əliyev adına Neft Emalı Zavodu” ilə 736.573,31 manat, "xxxx" MMC ilə 435.559,70 manat məbləğlərində müqavilələr bağlanmışdır.
43. PA həmin müqavilə üzrə məbləğlərin 15%-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlirəldə edəcəkdi. Lakin ŞKŞB-nin təqsiri ucbatından PA, AN-in müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə DNŞ-ın bütün strukturlarında qara siyahıya salınmış, 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. 44. 225.000 manat məbləğində əldən çıxmış fayda da ŞKŞB-dən PA-nı n xeyrinə tutulmalıdır. Bundan əlavə, öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, AN tərəfindən PA qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudlaşdırılmışdır.
45. Bununla da PA-nın işgüzar nüfuzuna ziyan vurulmuş, onun nüfuzunun DNŞ-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur.
46. Elə bu əsasla da PA-nın işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 manat məbləğində ödəniş də ŞKŞB tərəfindən ödənilməlidir.
47. Bundan əlavə, ŞKŞB-dən borcun məcburi qaydada alınması üçün hüquqi xidmət müqaviləsi əsasında hüquq şirkətinə 1.000 manat məbləğində xidmət haqqı ödənilmişdir. Həmin ödəniş də ŞKŞB tərəfindən ödənilməlidir.
48. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonr a – “MM”) 21.1, 21.2, 21.3, 23.1, 23.4, 385.1, 386.1, 421, 425.1, 442, 443.1, 443.4, 445.1, 445.2, 448.1, 464.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1, 35.2-ci maddələri rəYər tutulmaqla əsaslandırılmışdır. 49. 2021-ci il 4 mart tarixində ŞKŞB-nin nümayəndəsi və vəkili Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, PA-nın ŞKŞB-yə qarşı iddia tələbini rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini, PA-dan 02 saylı müqavilə üzrə ödənilməmiş qalan 17.304,21 manat pulun və 30 manat dövlət rüsumunun ŞKŞB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
50. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 saylı mü qaviləyə (bax yuxarıda §§ 1-6) əsasən, təqdim edilən xammallar üzrə hesab-fakturalar alıcıya təqdim edilmiş, elektron qaimələr göndərilmişdir. Ümumi məbləği 21.762,19 manat təşkil edən xammallara görə alıcı tərəfindən 4.457,98 manat məbləğində pul ödənilmiş (2020-ci il 16 mart tarixli faktura üzrə), digər hesab-fakturalar üzrə qalıq qalan 17.304,21 manat pul isə hazıradək ödənilməmişdir. Alıcıya pretenziya qaydasında bildiriş göndərsələr də, həmin məbləğ ödənilməmişdir.
51. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 25 may tarixli e-2-2(113)-397/2021 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ŞKŞB-dən PİC/02/27/2020 saylı müqavilə üzrə öhdəliyinin icra edilməsinin gecikdirilməsinə görə 30.000 manat məbləğində dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğind ə pul vəsaitinin tutularaq P-ya ödənilməsi, qalan hissədə ilkin iddianın rədd edilməsi; qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə P-dan 2020-ci il 1 fevral tarixli 02 nömrəli alqı-satqı müqaviləsi üzrə 17.304,21 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə ŞKŞB-yə ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
52. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, P (əvvəlki adı PA) ilə ŞKŞB arasında PİC/02/27/2020 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən ŞKŞB 3.495.455 manat dəyərində kalsium bromid məhlulunu müqavilə qüvvəyə minmə anınd an 120 gün müddətində (yəni 2020-ci il 27 iyun tarixinədək) P-ya çatdırmağı öhdəsinə götürmüşdür. Hazırda P ŞKŞB-nin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyini əsas göstərərək sonuncudan müqavilədə nəzərdə tutulmuş cərimənin, eləcə də əldən çıxmış faydanın və işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsini tələb edir.
53. Əvvəla, ŞKŞB-nin həmin müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin predmeti olan 3.495.455 manat dəyərində olan malı müqavilədə göstərilən müddətdə - 2020-ci il 27 iyun tarixinədək P-ya təchiz etməməsi, bununla da öhdəliklərin lazımi qaydada icra etməməsi işin mübahisəsiz halını təşkil edir.
54. ŞKŞB ilkin iddia tələbinə etirazına əsas kimi, iki hala, birincisi, müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Сovid-19 pandemiyası ilə əlaq ədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə, belə olan halda isə MM-in tələblərinə əsasən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımalı olmamasına; ikincisi, müqavilə üzrə təchiz etməli olduğu malın bir hissəsini 2020-ci il 30 iyun tarixində Azərbaycan Respublikasına gətirsə də, P-nın həmin malı qəbul etməkdən imtina etməsinə istinad etmişdir.
55. Birinci halla bağlı qeyd edilməlidir ki, ŞKŞB müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsinin onun iradəsindən asılı olmayan hallardan baş verməsi barədə dəlillərini sübuta yetirmək üçün Cənubi Afrika Respublikasında yerləşən “Y Company LTD” şirkətinin ona ünvanladığı pandemiya ilə əlaqədar kalsium bromid məhsulunun 190 ton hissəsini təchiz edə bilməməsi barə də 2020-ci il 3 iyul tarixli məktubuna istinad etmişdir.
56. Halbuki məktubun məzmunundan da göründüyü kimi, həmin məktub yalnız 2020-ci il 3 iyul tarixdən etibarən “Y LTD” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirmir, belə olan halda həmin məktuba əsasən ŞKŞB-nin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını məhz Cənubi Afrika Respublikasından məhsulunun göndərilməsinin mümkün olmaması səbəbindən gecikdirdiyini müəyyən etmək və ŞKŞB-hin müqavilə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə icra edə bilməməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil.
57. Göründüyü kimi, pozuntunun borclunun cavabdeh ol madığı haldan irəli gəlməsinin müəyyən edilməsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün kifayət etmir, göstərilən halla yanaşı, məhkəmə tərəfindən müqavilə bağlanarkən borclunun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığı, eləcə də borclunun vicdanlı davranması, yəni xəbərdar olduğu maneə barədə kreditora dərhal məlumat verməsi kimi hallar da müəyyən edilməlidir.
58. Bundan əlavə, PİC/02/27/2020 saylı müqavilənin 11.2-ci bəndində də müəyyən edilmişdir ki, fors-major vəziyyətinə məruz qalmış tərəf həmin şəraitin başlaması və qurtarması haqda, onların baş verməsi günündən ən geci 10 gün ərzində digər tərəfi yazılı şəkildə dərhal xəbərdar etməlidir. Fors-majorun baş verməsini müvafiq qurum tərəfindən verilmiş elan və ya bildiriş təsdiqləməlidir.
59. Hazırkı halda ŞKŞB malın təchiz edilməsində pandemiya ilə əlaqədar çətinliklərin yaranması barədə yalnız 2020-ci il 16 iyun tarixində, yəni müqavilədə müəyyən edilmiş öhdəliyin icrası müddətinin başa çatmasına 10 gün qalmış P-ya məlumat vermişdir. ŞKŞB-nin iddia etdiyi kimi, məhsulun Cənubi Afrika Respublikasından gətiriləcəyini nəzərə aldıqda aydın olur ki, ŞKŞB malın vaxtında təchiz edilməyəcəyi barədə həmin tarixdən xeyli əvvəl məlumatlı olmalı idi.
60. Bununla yanaşı, ŞKŞB P-ya ünvanlanmış 2020-ci il 9 iyul tarixli məktubunda Cənubi Afrika Respublikasından məhsulun gətirilməsinin mümkün olmaması barədə məlumatı aldıqdan sonra məhsulun əldə edilməsi üçün digər istehsalçı ölkələrə də müraciət etdiyi ni, lakin müraciətlərinin nəticə vermədiyini bildirsə də, məhsulun digər təchizatçılardan əldə etməsi üçün hər hansı bir tədbir görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
61. Belə olan halda məhkəmə ŞKŞB-nin vicdanlılıq prinsipinin tələb etdiyi tərzdə davranmayaraq öhdəliyinin icrasında yaranmış maneələr barədə vaxtında məlumat vermədiyini, eləcə də öhdəliyin pozulmasının qarşısının alınması üçün zəruri tədbirlər görmədiyini (məsələn, digər təchizatçılardan malın alınmasına cəhd etməklə) nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı halda öhdəliyin icrasının gecikdirilməsinin ŞKŞB-in iradəsindən asılı olmayan hallardan baş verməsi ehtimal edilsə belə, göstərilən hal ŞKŞB-ni öhdəliyin pozulmasına görə məsuliyyətdən azad etmir.
62. Mübahisəli alqı-satqı müqaviləsi üzrə təc hiz etməli olduğu malın bir hissəsini 2020-ci il 30 iyun tarixində Bakıya çatdırsa da, P-nın həmin malı qəbul etməməsi barədə ŞKŞB-nin istinad etdiyi dəlilə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, ŞKŞB malın bir hissəsini Bakıya gətirdiyi barədə P-ya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını P-ya təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
63. Belə ki, göstərilən dəlillərini təsdiq etmək üçün ŞKŞB-nin məhkəməyə təqdim etdiyi P-nın əməkdaşı Şahid ilə aparılmış whatsapp yazışmalarının həqiqiliyi P tərəfindən qəbul edilməmişdir.
64. İkincisi, gətirilmiş malın P tərəfindən qəbul edilməməsi barədə ŞKŞB-nin istinad etdiyi dəlillər onun tərəfindən P-ya göndərilmiş 2020-ci il 9 iyul tarixli məktubla da təkzib edilir. Belə ki, həmin məktubda ŞKŞB mübahisə li müqavilə üzrə alqı-satqı predmeti olan məhsulu müqavilədə göstərilən müddət ərzində təchiz edə bilmədiyini təsdiq etmiş və fors-major halı ilə əlaqədar müqaviləyə xitam verildiyini bildirmişdir.
65. Digər tərəfdən, qeyd edilməlidir ki, ŞKŞB-nin alqı-satqı müqaviləsi üzrə gətirilməli olan məhsulun bir hissəsinin Bakıya gətirilməsi, lakin P tərəfindən qəbul edilməməsi barədə dəlillərinin əsaslı olması ehtimal edilsə belə, göstərilən hal ŞKŞB-nin müqavilə öhdəliklərinin pozuntusuna yol verməməsi barədə nəticəyə gəlmək üçün əsas vermir.
66. Belə ki, birincisi, mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, müqavilədə nəzərdə tutulmuş mal 2020-ci il 27 iyun tarixinədək tam şəkildə alıcıya təqdim edilməli olduğu halda, ŞKŞB malın bir hissəsini öhdəliyin son icra tarixindən bir neçə gü n sonra - 2020-ci il 30 iyun tarixində Azərbaycan Respublikasına gətirmişdir.
67. İkincisi, iş materiallarında olan gömrük bəyannaməsindən də göründüyü kimi 2020-ci il 30 iyun tarixində ŞKŞB-nin adına Azərbaycan Respublikasına gətirilmiş kalsium bromid məhsulunun gömrük dəyəri 57.222 manat olmaqla həmin məhsul mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz edilməli olan məhsulun cüzi hissəsini təşkil edir.
68. Beləliklə, ŞKŞB-nin PİC/02/27/2020 saylı müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığından, eləcə də ŞKŞB-nin öhdəliyin pozulmasına görə məsuliyyətdən azad edilməsi üçün qanunda nəzərdə tutulmuş halların mövcud olması müəyyən edilmədiyindən P müqavilənin 10.1-ci bəndinə əsasən dəbbə pulunun ödənilməsini tələb etməkdə h aqlıdır.
69. Hazırkı halda məhkəmə dəbbə pulunun məbləğini müəyyən edilərkən kreditorun və borclunun əsaslı mənafeyi ilə yanaşı COVİD-19 pandemiyası əlaqədar 2020-ci il mart ayından başlayaraq dünyada tətbiq edilmiş məhdudiyyət tədbirlərinin dövlətlərarası mal göndərmələrin həyata keçirilməsində yaratdığı çətinlikləri işin diqqətəlayiq halı nəzərə alır və hesab edir ki, ŞKŞB-dən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 30.000 manat məbləğində müəyyən edilməlidir.
70. Maddi zərərin formalarından biri olan əldən çıxmış faydanın tutulması barədə işlərə baxılarkən digər əhəmiyyət kəsb edən hallarla yanaşı ŞKŞB-nin əməlləri ilə P-ya əldən çıxmış fayda formasında vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
71. İş materiallarına əlavə edilmiş sənədlərdən isə görünür ki, AN tərəfindən kimyəvi reagentlərə açıq satınalma müsabiqəsi 2019-cu il 25 dekabr tarixində elan edilmiş, həmin müsabiqə üzrə təklif zərfləri isə 2020-ci il 28 yanvar tarixində açılaraq P müsabiqədə qalib gəlmişdir. Müsabiqənin nəticələrinə əsasən AN ilə P arasında 2020-ci il 3 mart tarixində kalsium bromid məhlulunun satınalınmasına dair müqavilə bağlanmışdır.
72. Beləliklə, iş materiallarından təsdiq edilir ki, P ilə ŞKŞB arasında 2020-ci il 27 fevral tarixli mübahisəli alqı-satqı müqaviləsi kalsium bromid məhsulunun satınalınmasına dair AN tərəfindən açıq müsabiqə keçirildikdən və P həmin müsabiqədə qalib elan edildikdən sonra bağlanmışdır. Belə olan halda isə açıq-aşkardır ki, P sözügedən müsabiqə üzrə təklif irəli sürərkən, eləcə də həmin müsabiqədə iştirak edərkən ŞKŞB-nin mübahisəli müqaviləyə əsasən üzərinə götürdüyü kalsium-bromid məhlulunun təqdim edilməsinə dair öhdəliyinə əsaslanmamışdır.
73. Bununla yanaşı, işin yuxarıda göstərilən hallarından göründüyü kimi ŞKŞB-nin 2020-ci il 27 fevral tarixli müqavilədə nəzərdə tutulmuş öhdəlikləri vaxtında icra edə bilməyəcəyi P-ya 2020-ci il 16 iyun tarixində, öhdəlikləri ümumiyyətlə icra edə bilməyəcəyi isə 2020-ci il 9 iyul tarixində məlum olmuşdur.
74. İş materiallarından həmçinin görünür ki, müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar P-nın DNŞ-ın satınalma əməliyyatlarında iştirakının qadağan edilməsi barədə DNŞ-ın Satınalmalar Komitəsinin qərarı 2020-ci il 24 sentyabr tarixdə qəbul edilmiş, eyni zamanda AN tərəfindən P ilə aralarında bağlanmış 2020-ci il 3 mart tarixli müqaviləyə 2020-ci il 2 noyabr tarixində birtərəfli qaydada xitam verilmişdir.
75. P-nın ŞKŞB-nin kalsium-bromid məhsulunu təqdim edə bilməyəcəyi barədə xəbərdar olduğu vaxtdan DNŞ-ın P-ya qarşı 2020-ci il 3 mart tarixli müqavilə üzrə öhdəliyin icra edilməməsi ilə əlaqədar tədbirlər görməyə başladığı vaxtadək iki aydan artıq müddət keçmişdir. Lakin həmin müddət ərzində P-nın AN ilə aralarında bağlanmış müqavilənin icrasını təmin etmək istiqamətində hər hansı tədbir görülməsi (malın digər təchizatçılardan alınmasına cəhd edilməsi və s.) iş materiallarına əsasən müəyyən edilmir.
76. ŞKŞB-nin 2020-ci il 27 fevral tarixli mübahisəli alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməməsi ilə P-nın AN ilə aralarında bağlanmış müqavilə üzrə əldə edəcəyi 1.218.645 manat məbləğində mənfəətdən məhrum olması arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından həmin mənfəətin əldə edilməməsinə görə məsuliyyətin ŞKŞB-nin üzərinə qoyulması üçün əsasların mövcudluğu müəyyən edilmir.
77. İlkin iddianın 225.000 manat məbləğində əldən çıxmış faydadan tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, P həmin hissədə iddiasının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün 2019-cu ildə DNŞ-ın müxtəlif idarələri ilə bağlandığı müqavilələri məhkəməyə təqdim etsə də, həmin müqavilələr üzrə əldə etdiyi mənfəətin məbləğini sübuta yetirə bilməmişdir. İkincisi, P-nın 2019-cu ildə DNŞ-ın idarələri ilə bağladığı müqavilələrdən 225.000 manat mənfəət əldə etməsi təsdiq edilmiş olsa belə, həmin hal satış qadağası olmadığı təqdirdə 2020-ci ildə də eyni məbləğdə mənfə ət əldə edə biləcəyi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bundan əlavə, 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrində müşahidə olunan durğunluq nəzərə alınarsa, belə bir mənfəətin əldə ediləcəyi heç inandırıcı da görünmür. Əldən çıxmış faydaya görə pulun tutulması hissəsində ilkin iddia əsassız olduğundan rədd edilməlidir.
78. Hazırkı işin hallarından görünür ki, P nə ŞKŞB-nin hüquqazidd, təqsirli əməlləri nəticəsində onun işgüzar nüfuzunun ləkələndiyini, nə də həmin əməllər nəticəsində ona maddi zərər (real zərər və ya əldən çıxmış fayda formasında) dəyməsini sübuta yetirə bilmişdir. Belə olan halda isə işgüzar nüfuza dəymiş zərərin ödənilməsi tələbinə dair hissədə də ilkin iddia əsassız olduğundan rədd edilməlidir.
79. Vəkil xidmətlərinə g örə 1.000 manat məbləğində pulun ŞKŞB-dən tutularaq P-ya ödənilməsi barədə Pnın irəli sürdüyü tələbə gəldikdə qeyd edilməlidir ki, P vəkil xidmətlərinə görə 1.000 manat məbləğində haqq ödəməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
80. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ŞKŞB ilə P arasında 02 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlər yaranmışdır. ŞKŞB həmin müqavilə üzrə P-ya 17.304,21 manat məbləğində mal təqdim etsə də, P həmin malların dəyərini ödəməmiş, bununla müqavilə üzrə öhdəliyini pozmuşdur.
81. P-nın nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmədə verdiyi izahatında P-nın 02 saylı müqavilə üzrə ŞKŞB-yə 17.304,21 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir.
82. Belə olan halda mə hkəmə P-nın müqaviləyə əsasən verilmiş malların dəyərini – 17.304,21 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə ŞKŞB-nin göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, P-dan 17.304,21 manat məbləğində pul tutularaq ŞKŞB-yə ödənilməlidir.
83. Məhkəmə öz qətnaməsini MM-in 21.1, 21.2, 385.1, 425.1, 442, 443.1, 443.4, 448.1, 448.4, 1097.1, MPM-in 14.2, 77.1, 89.2, 107, 115.0.6, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
84. P 2021-ci il 24 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – ilkin iddianın rədd edilmiş hissəsində ləğv olunmasını və ilkin iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.
85. ŞKŞB 2021-ci il 1 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin qismən – ilkin iddia tələbinin təmin edilmiş hissəsində ləğv olunmasını, iddia tələbinin tamamilə rədd edilməsini və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
86. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 22(103)-924/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-397/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2021-ci il 25 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
87. Birinci instansiya məhkəm əsinin gəldiyi nəticə (bax yuxarıda §§ 52-82) ilə razılaşan və öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarına (bax yuxarıda §§ 5282) istinad etməklə əsaslandıran apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. ŞKŞB 2021-ci il 26 noyabr tarixində kassasiya şikayəti v erərək həmin qətnamənin qismən – ilkin iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini və P-nın iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
89. P 2021-ci il 30 noyabr tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsini və P-nın ŞKŞB-yə qarşı ilkin iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) P-nın kassasiya şikayətinin dəlilləri
90. MM-in 467-ci maddəsi düzgün tətbiq edilməmişdir. Qanunverici məhz kreditoru n (iddiaçının) hüquqlarını qoruyur və dəbbə pulunun tutulmasını tələb edir. Hakim isə dəbbə pulunu azaldtmaqla cavabdehin, borclunun mənafelərini nəzərə almaqla səhv hüquqi nəticəyə gəlmişdir. Dəbbə pulu müqavilə tərəfini intizamlı və vicdanlı olmağa yönəldən, məsuliyyətli olmasını tələb edən normadır. Məhkəmə dəbbə pulunun 174.772,75 manatdan 30.000 manata azaltmaqla bizim hüququmuzu kobud şəkildə pozulmuşdur. Məhkəmə nəzərə almayıb ki, bizim müqaviləni ŞKŞB icra etməmiş, bizə külli miqdarda ziyan vurub və bizim ŞKŞB-nin məsuliyyətsizliyi nəticəsində DNŞ ilə bütün münasibətlərimiz pozulub.
91. MM-in 464.1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Bununla da, dəbbə pulunun məbləğinin rədd edilmiş hissəsində qətnamə ləğv edilməlidir, iddia tələbi 174.772,75 manat dəbbə pulu hissəsində tam təmi n edilməlidir. PİC/02/27/2020 saylı müqavilənin 10.1-ci bəndinə görə, malların müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqdim həftəsi üçün vaxtında təchiz edilməmiş Malın dəyərinin 0,5%-i miqdarında, sonrakı hər tam həftə üçün isə vaxtında təchiz edilməmiş Malın dəyərinin 1,0%-i miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında təchiz edilməmiş malın dəyərinin 5%-dən çox ola bilməz. Həmin müqavilənin 10.2-ci bəndinə görə, Malın təchizi iki aydan çox gecikdirildikdə, Satıcı ona ödənilmiş pul vəsaitini tam geri qaytarır və Alıcı müqaviləni ləğv etmək, yaxud onun şərtlərinə yenidən baxmaq hüququnu Özündə saxlayırlar.
92. MM-in 21-ci maddəsi düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi əldən çıxmış fayda ilə bağlı hissədə belə qənaətə gəlmişdir ki, ŞKŞB PİC/02/27/2020 saylı müqavilə üzrə öhdəliklərini icra etməməsi ilə P-nın AN ilə bağlanmış müqavilə üzrə əldə edəcəyi 1.218.645 manat məbləğində mənfəətdən məhrum olması arasında birbaşa səbəbli əlaqə mövcud olmadığından həmin mənfəətin əldə edilməməsinə görə məsuliyyətin ŞKŞB-nin üzərinə qoyulması üçün əsasların mövcudluğu müəyyən edilmir. Məhkəmənin gəldiyi bu nəticsiə ilə də razı deyilik. Belə ki, P məhz ŞKŞB ilə bağlanmış PİC/02/27/2020 saylı müqaviləyə, həmçinin müqavilədən əvvəl ŞKŞB ilə şifahi razılaşmaya güvənərək, ŞKŞB-dən sözügedən malı alacağına əmin olduğuna görə AN ilə ŞKŞB-dən alacağı malların onlara satılması ilə bağlı yeni alqı-satqı müqaviləsi imzalamışdır. Lakin ŞKŞB malları P-ya təhvil vermədiyinə görə P AN qarşısında öhdəliklərini yerinə yetirə bilməmişdir. Əgər ŞKŞB malları P-ya vaxtında təhvil versəydi, P həmin malları AN-ə verib külli miqdarda, yəni 1.218.645 manat (4.714.100 – 3.495.455 = 1.218.645) məbləğində gəlir əldə edəcəkdi. İndi isə ŞKŞB-nin təqsiri üzündən P gəlirini itirmişdir, həmçinin AN-ə ziyan ödəməli olmuş, P ilə bağlanmış müqavilələrə blok qoyulmuşdur. Qeyd edirik ki, sözügedən müqavilə əsasında AN tərəfindən 4.714.100 manat məbləğində pul ödənildiyi təqdirdə, P-nın əldə edəcəyi xalis gəlir, mənfəət 1.218.645 manat təşkil edəcəkdi. Lakin hazırda ŞKŞB-nin təqsiri ucbatından P həmin gəlirdən məhrum edilmişdir. Kollegiyanın diqqətinə onu da çatdırmaq istəyirik ki, qeyd olunan bu iki müqavilə arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə iclas zalında da izahat verərək bildrilmişdir ki, həm ŞKŞB, həm də AN ilə bağlanmış müqavilələrin predmeti eyni həcmli kalsium bromid məhsulu təşkil edir. P ŞKŞB-dən alacağı məhsulun satışına dair AN ilə müqavilə bağlamışdır. Ümumiyyətlə, istənilən irihəcmli müqavilə bağlanmamışdan öncə bir neçə ay müddətində müzakirə edilir, ilkin razılaşmalar əldə edilir və yalnız bundan sonra əsas müqavilə bağlanaraq təsdiq edilir. Məhz ŞKŞB ilə aparılmış çoxsaylı müzakirələrə, şifahi danışıqlara və vədlərə, razılaşmalara güvənərək P AN-in tender müsabiqəsinə qoşulmuşdur və bundan sonra 2020-ci il 27 fevral tarixində PİC/02/27/2020 saylı müqavilə bağlanmışdır. Lakin ŞKŞB-nin öz öhdəliyini icra etməməsi səbəbindən P təqsiri olmadan öz öhdəliyini icra edə bilməmişdir. Bununla da P-ya külli miqdarda ziyan vurulmuşdur. Məhkəmə qətnamə çıx ararkən P-nın 2021-ci il 20 may tarixli 06/21 saylı arayışına hüquqi qiymət verməmişdir. Əldən çıxmış faydanın 225.000 manat hissəsi ilə bağlı isə bildiririk ki, P həmçinin AN və DNŞ-ın tabeliyində olan digər bütün idarələrlə 2021-ci il üçün bağlanmalı olan müqavilərlərdən ŞKŞB-nin təqsiri üzündən məhrum olmuşdur. Belə ki, P DNŞ-ın idarələri ilə orta hesabla hər il 1.500.000 manat dəyərində müqavilələr imzalayır. Qeyd edirik ki, 2020-ci ildə “AZƏRİKİMYA” ilə 91.542,39 AZN, “Heydər Əliyev adına Neft Emalı Zavodu” ilə 736.573,31 AZN, "xxxx" MMC ilə 435.559,70 AZN məbləğlərində müqavilələr bağlanmışdır. P həmin müqavilə üzrə məbləğlərin 15 %-i, yəni təxminən 225.000 manat məbləğində xalis gəlir əldə edəcəkdi. Lakin ŞKŞB-nin təqsiri ucbatından P AN-in müqaviləsi üzrə öz öhdəliklərini icra edə bilmədiyinə görə DNŞ-ın bütün strukturlarında qara siyahıya salınmış, gələn 2021-ci il üçün tenderdə iştirak etmək hüququndan, o cümlədən əldə edəcəyi 225.000 manat məbləğində gəlirlərindən məhrum edilmişdir. Məhkəmə heç bir əsas olmadan bizim bu tələbimizi də əsassız olaraq rədd etmişdir. Halbuki biz hesab edirik ki, 225.000 manat məbləğində əldən çıxmış fayda da ŞKŞB-dən P-nın xeyrinə tutulmalıdır.
93. MM-in 23.4-cü maddəsi düzgün tətbiq edilməmişdir. İşgüzar nüfuza vurulmuş ziyanla bağlı hissədə hesab edirik ki, məhkəmə bu nəticəyə gələrkən qüvvədə olan qanunvericilik maddələrini və tərəflər arasındakı razılaşmanı nəzərə almamışdır. Belə kı, ŞKŞB öz öhdəliyini icra etmədiyinə, icranı gecikdirdiyinə görə, AN tərəfindən P qara siyahıya salınmış və tenderdə iştirak etmək hüququ məhdudlaşdı rılmışdır. Belə ki, DNŞ-ın Satınalmalar Komitəsinin 2020-ci il 24 sentyabr tarixli iclasının 47 nömrəli protokolundan çıxarışdan görünür kı, kalsium bromid məhlulunun AN tərəfindən satın alınması məqsədilə keçirilmiş 11022AM-20 saylı açıq müsabiqənin nəticələrinə uyğun olaraq P ilə bağlanmış 141/SAM/2020 saylı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini nəzərə alaraq, P-nın bu qərar qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində DNŞ-da təşkil olunacaq bütün satınalma əməliyyatlarında iştirakı qadağan edilməsi qərara alınmış, müqaviləyə AN tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bununla da P-nın işgüzar nüfuzuna ziyan vurulmuş, onun nüfuzunun DNŞ-ın digər bütün şirkətləri, həmçinin digər müəssisələr və işgüzar aləmdə imicinin sarsılmasına səbəb olmuşdur. Elə bu əsasla da P-nın işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzi olaraq 500.000 manat məbləğində ödəniş də ŞKŞB tərəfindən P-nın xeyrinə ödənilməlidir.
94. MPM-in 14.1-ci maddəsi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.
95. MPM-in 77.1-ci maddəsi pozulmuşdur. ŞKŞB tərəfindən iş üzrə heç bir mötəbər sübut verilmədiyi halda, əksinə bizim tərəfimizdən bütün sübutlar təqdim edildiyi halda, apellyasiya instansiya məhkəməsi iddia tələbimizin əsassız olaraq rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini dəyişdirmədən saxlamışdır.
96. MPM-in 217.1-ci maddəsi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi tərəfindən həmin maddənin tələbləri pozulmuşdur. b) ŞKŞB-nin kassasiya şikayətinin də lilləri
97. MM-in 443.7, 448.1, 448.2 və 448.4-cü maddələri düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə həm ŞKŞB-nin PİC/02/27/2020 saylı müqavilə üzrə öhdəliklərinin icra etməməsini onun iradəsindən asılı olmayan səbəblərdən baş verdiyini ehtimal etmiş, həm də bu halın da onu öhdəliyin pozulmasına görə məsuliyyətdən azad etməməsi nəticəsinə gəlmişdir. Hesab edirik ki, həmin müqavilə üzrə ŞKŞB tərəfindən müqavilə öhdəliklərinin pozuntusuna yol verməmişdir və ondan P-nın hər hansı məbləğdə cərimə tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmə kollegiyası bu müqavilə üzrə ŞKŞB tərəfindən təchiz edilməli olan məhsulun bir hissəsinin ölkəyə idxal olunduğunu (gətizdirildiyini) qəbul etmişdir, lakin həmin məhsulun P tərəfindən qəbul edilməməsinə, məhsu lun P tərəfindən laborator müayinəyə təqdim edilməsinə baxmayaraq nə səbəbdən həmin məhsulu qəbul etmədiklərinə, ümumiyyətlə, məhsulun 17.000 kq hissəsi qəbul edilmədiyi təqdirdə Pnın hansı hüquqi əsasla 500 m3 məhsulu ölkəyə gətizdirilməsini ŞKŞB-dən tələb etməsinə qətnaməsində münasibət bildirməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası, PİC/02/27/2020 saylı müqavilə üzrə ŞKŞB tərəfindən məhsulun çatdırılmasında bütün dünyada baş verən Covid-19 virusunun yaratdığı pandemiya səbəbindən çətinlik yaratdığını qəbul edir, amma digər tərəfdən, ŞKŞB-nin cavabdeh olmadığı, ondan asılı olmayan səbəblərdən irəli gələn və müqavilə bağlayarkən onun həmin halın nəzərə alınmasının mümkünsüz olduğu bir öhdəliyin pozulmasına görə məsuliyyət daşıdığı barədə əsassız və absurd nəticəyə gəlir. Qeyd edirik ki, müqavilədə məhsulun hissəhissə gətirilməsinin mümkün olması, bütün dünyada baş verən fors major halının mövcudluğu, bu barədə P-ya bildirilməsi və sonuncu tərəfindən də bu halın inkar edilməməsi halında belə, ŞKŞB müqavilə şərtinə uyğun olaraq CaBr2 Liquid məhsulunun bir hissəsini ölkəyə idxal etmiş, P-ya təqdim etmiş, lakin sonuncu həmin malları qəbul etməkdən imtina etmişdir.
98. MM-in 462.1, 462.2 və 462.3-cü maddələri düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası qətnamədə müqavilənin 10.1-ci bəndinə istinad edərək, gecikdirilmiş müddət üçün ŞKŞB-dən MM-in 462 və 467-ci maddəsinə əsasən dəbbə pulu tutsa da, hesab edirik ki, bu, tərəflər arasında imzalanmış müqavilə şərtlərinə zidd olmuşdur. Belə ki, məhkəmə qətnamədə çətin pandemiya vəziyyətində CaBr2 Liquid məhsulunun dörd gün gec ikmə ilə ŞKŞB tərəfindən ölkəyə gətirildiyini qəbul edir, amma nədənsə müqavilənin 10.1-ci maddəsində nəzərdə tutulmuş “malların gecikdirildiyi hallarda ilk dörd həftə ərzində hər ləngidilmiş həftə üçün vaxtında təchiz edilməmiş Malın dəyərinin 0,5 % miqdarında..... cərimə ödəməlidir” bəndini işə düzgün tətbiq etməmişdir. Müqavilə üzrə malların hissə-hissə təchiz edilməsinin mümkün olduğu halda, ümumi dəyəri 3.495.455 manat olan məhsulun bir hissəsinin satıcı tərəfindən gətizdirildiyini, həmin hissənin alıcı tərəfindən qəbul edilmədiyini, bu gecikmənin cəmi dörd gün çəkməsini və heç bir həftə gecikdirilmədiyini nəzərə aldıqda, hesab edirik ki, ən yaxşı halda məhkəmə yalnız bir həftə üçün məhsulun ümumi dəyərin 0.5 % miqdarında - 17.477,28 AZN cəriməni ŞKŞB-dən tuta bilərdi. Lakin göründ üyü kimi, məhkəmə tərəflər arasında imzalanmış müqavilənin 10.1-ci bəndini nəzərə almadan və mülki işə düzgün tətbiq etmədən, MM-in 467-ci maddəsini səhvən əsas tutaraq, düzgün əsaslandırma aparmadan 30.000 manat məbləğində cərimə məbləğini ŞKŞBdən əsassız olaraq tutmuşdur.
99. MPM-in 14.2, 77.1, 88, 217.4 və 218.1-ci maddələri pozulmuşdur. Məhkəmə kollegiyasının qətnamədə ŞKŞB-nin PİC/02/27/2020 saylı müqavilə üzrə məhsulu müqavilədə nəzərdə tutulan müddətdə təchiz etməməsi ilə öz öhdəliklərini lazımi qaydada icra etməməsini işin mübahisəsiz halı kimi qəbul etməsi tamamilə yanlış nəticədir. Belə ki, ŞKŞB müqavilənin qüvvədə olduğu müddət ərzində 2020-ci il 16 iyun tarixində P-ya müqavilə üzrə məhsulun bir hissəsini – 200 m3 “Calsium Bromid” məhsulunu 2020-ci il 23 iyun tarixində Azərbayca n gömrük sərhəd buraxılışından sonra təhvil verəcəyini bildirmiş, alıcı da bu təkliflə razılaşmışdır. Bu xüsusatı məhkəmələr öz qətnamələrində də qeyd etmişlər. Qeyd edilən məhsulun 17.000 kq hissəsi gömrük bəyannaməsinə əsasən ŞKŞB-nın adına ölkəyə idxal olunmuşdur. İdxal olunmuş məhsul ölkəyə gətirildikdən sonra P-ya təklif edilmiş, sonuncu həmin malın keyfiyyət xüsusiyyətlərinin yoxlanılması üçün müqavilənin 7.1-ci bəndinə əsasən məhsulun bir hissəsini götürərək AMEA Geologiya və Geofizika İnstitutunun Analitik cihaz və avadanlıqlarının kollektiv istifadə mərkəzinə təqdim etmiş, Mərkəz bununla bağlı mütəxəssis rəyini məhz P-ya təqdim etmiş və məhsulun müqavilədə nəzərdə tutulan keyfiyyət standartlarına uyğun olduğu müəyyən edilmişdir. Qeyd etmək istəyirik ki, P ona təqdim edilmiş, özünün la borator müayinədən keçirdiyi məhsulu digər hüquqi şəxsin adına ("xxxx" MMC) təqdim etməyi, bununla bağlı yeni müqavilə imzalamağı ŞKŞB-yə təklif etmişdir. ŞKŞB yenə də bu təkliflə razılaşaraq, təqdim edilən hüquqi şəxsin adına müqavilə tərtib etmiş, təsdiq edilməsi (imzalanıb möhürlənməsi) üçün P-ya təqdim etmişdir. P yenə də imtina edərək nə 17.000 kq məhsulu qəbul etmiş, nə özlərinin təqdim etdiyi müqaviləni imzalamış, nə də ki əvvəlki 17.304,21 manat borcunu (qarşılıqlı iddiada irəli sürülmüş) ödəmişdir. Beləliklə də, ŞKŞB tərəfindən ölkəyə gətirilmiş və P-ya təqdim edilmiş 17.000 kq “Calsium Bromid” məhsulunu sonuncu qəbul etməkdən imtina etmişdir. Belə olan halda, 1 m3 qiyməti təqribən 6.000 AZN təşkil edən “Calsium Bromid” məhsulunun 17.000 kq hissəsini heç bir səbəb olmadan qəbul etmə yən və əvvəlki müqavilə üzrə 17.304,21 manat borcunu ödəməkdən imtina edən P üçün ümumi dəyəri təqribən 3,5 milyon manat təşkil edən məhsulu gətirdikdə, həmin məhsulu alıcı olaraq P qəbul edəcəkdimi və dəyərini ödəyəcəkdimi. Əlbəttə ki, xeyr. Məhkəmə kollegiyasının və P-nin məntiqi ilə, ŞKŞB başqa müqavilə üzrə 17.304,21 manat borcu olan və borcunu ödəməyən, 17.000 kq məhsulu qəbul etməkdən imtina edən, yeni şirkətlə müqavilə imzalanması barədə tələbi yerinə yetirməsinə baxmayaraq, həmin müqaviləni də imzalamaqdan imtina edən bir şirkətə (P) ümumi dəyəri 3,5 milyon manat olan bahalı məhsulu pandemiya şəraitində çətinliklə tam həcmdə gətirməli, sonuncu malı almadığından həmin məhsul saxlanması çətin olan dövrdə qısa müddətə keyfiyyətini itirməli, bundan sonra ŞKŞB həddindən artıq böyük məblə ğdə ziyan çəkməli, sonra da bu ziyanın ödənilməsini həmin təşkilatdan (P) tələb etməli idi. Bu, tamamilə absurd yanaşmadır. Məhkəmə kollegiyası qətnamədə müqavilə üzrə CaBr2 Liquid məhsulunun bir hissəsinin ŞKŞB tərəfindən gec də olsa gətirildiyini qəbul edir, amma nədənsə məhsulun gətirilməsi barədə P-ya məlumat verilməsini və sonuncuya təqdim edilməsini qəbul etmir. Hətta malın bir hissəsinin gətirilməsi barədə ŞKŞB tərəfindən P-ya göndərilmiş rəsmi məktub da mülki iş materiallarında vardır. Digər tərəfdən, məhkəmə qərəzli olaraq tərəflər arasındakı yazışmalardakı ŞKŞB tərəfindən məhsulun P-ya təklif edilməsini, sonuncunun həmin məhsulu qəbul etməkdən imtina etməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini qeyd edir. Diqqətinizə çatdırırıq ki, tərəfimizdən məhkəməyə P-nın satış üzrə əm əkdaşı Mehriban adlı qadın ilə həm malların sifarişi, həm laborator müayinə üçün nümunə götürülməsi və təqdim edilməsi, həm 17.000 kq məhsulun hansı səbəbdən götürülməməsi, həm yeni hüquqi şəxslə yeni müqavilənin imzalanması müzakirəsi, həm də qarşılıqlı iddia üzrə ödənişin tələb edilməsi və s. məsələlərlə bağlı ŞKŞB-nin məsul əməkdaşı arasında yazışmalar təqdim edilmişdir. İlk öncə P-nın səlahiyyətli nümayəndəsi onların belə bir əməkdaşı olmadığını bildirmişlər. Sonradan Şahid adlı şəxsin həqiqətən P-da satış üzrə mütəxəssis vəzifəsində əvvəllər və hazırda da işləməsi faktı təsdiq edildikdən sonra məhkəmə tərəfindən həmin şəxsin şahid qismində iki dəfə iclasa dəvət edilməsinə baxmayaraq, P həmin şəxsin məhkəmədə iştirakına imkan verməmiş, səlahiyyətli nümayəndəsi-vəkili “bizim xeyrimizə sü butları məhkəməyə təqdim etməyəcəklərini” məhkəmə iclasında açıq-aşkar bildirmişdir. Bu faktlar da onu təsdiq edir ki, P həqiqətləri gizlədir və işin obyektiv, tam və hərtərəfli araşdırılmasına maneçilik törədir. Məhkəmə araşdırması gedişində də P sadalananların əksini təsdiq edə bilən hər hansı halı – yəni CaBr2 Liquid məhsulunu başqa hansı şirkətdən idxal etməsi və laborator müayinəyə təqdim etməsi barədə xüsusatları məhkəmədə sübuta yetirə bilməmişlər. Bu barədə sənədləri və sübutları təqdim etməyi dəfələrlə tələb etməyimizə baxmayaraq, P məhkəməyə təqdim edə bilməmişdir. Heç işə baxan birinci və apellyasiya instansiya məhkəmələri də həmin sübutları P-dan tələb etməmiş, amma bunun müqabilində əsassız olaraq ŞKŞB-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsi ni əsassız olaraq qanuni hesab etmişlər. Bu da məhkəmə kollegiyasının iş üçün əhəmiyyətli olan halların müəyyən edilmədiyini və gəldiyi nəticənin işin faktiki və həqiqi hallarına uyğun gəlmədiyini təsdiq etmiş olur. Diqqətinizə çatdırırıq ki, P dəfələrlə məhkəmə iclaslarında onlara təqdim edilən 17.000 kq hissədə “Calsium Bromid” məhsulunun ŞKŞB tərəfindən təqdim edilmədiyini bildirmiş, lakin həmin məhsulu hansı digər şirkətdən alınması, əgər başqa şirkət tərəfindən məhz həmin məhsulun təchiz edilməsi mümkün olmuşdursa, hansı səbəbdən DNŞ ilə aralarında bağlanmış müqavilənin məhsulun təqdim edilməməsi səbəbindən ləğv edilməsi və 1 il müddətində DNŞ tərəfindən təşkil ediləcək satınalma müsabiqələrində onların iştirakına məhdudiyyət qoyulması barədə verilən suallara cavab verməkdən imtina etmiş dir. Hərçənd ki, ŞKŞB məhsulun bir hissəsini təqdim edə biləcəyini müqavilənin qüvvədə olduğu müddət ərzində 2020-ci il 16 iyun tarixli məktubunda bildirmiş, gömrük bəyannaməsi də həmin məhsulun satıcı şirkətin adına gətirildiyini təsdiqləmişdir. Həmçinin AMEA Geologiya və Geofizika İnstitutunun Analitik cihaz və avadanlıqlarının kollektiv istifadə mərkəzi tərəfindən verilmiş rəydə “Calsium Bromid” məhsulunun P tərəfindən mərkəzə təqdim edildiyi müəyyən olunmuşdur. P ŞKŞB tərəfindən onlara təqdim edilmiş 17.000 kq hissədə “Calsium Bromid” məhsulundan Geologiya və Geofizika İnstitutunun Analitik cihaz və avadanlıqlarının kollektiv istifadə mərkəzinə nümunə təqdim etmiş, mərkəz tərəfindən keyfiyyət uyğunluğu barədə rəy verilməsinə baxmayaraq malı Satıcıdan qəbul etməkdən imtina etmişdir. Əgər P İn stituta laborator müayinə üçün təqdim edilmiş məhsul başqa hüquqi şəxsdən -təşkilatdan almışdısa, daha sonuncunun DNŞ ilə aralarında bağlanmış müqavilənin məhsulun təqdim edilməməsi səbəbindən ləğv edilməsinə və 1 il müddətində satınalma müsabiqələrində iştirakına qadağa qoyulmasına da ehtiyac qalmazdı. Bütün bunlar onu təsdiq edir ki, ŞKŞB PİC/02/27/2020 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin pozuntusuna ümumiyyətlə yol verməmişdir.
100. MPM-in 82.1-ci maddəsi tətbiq olunmamışdır. PİC/02/27/2020 saylı müqavilə üzrə məhsulun (CaBr2 Liquid) Azərbaycan Respublikası göndərilməsinin mümkünsüzlüyü, bunun Covid-19 virusunun bütün dünya ölkələrində yayılması nəticəsində istehsalatın tam dayanması ŞKŞB tərəfindən məhkəməyə təqdim edilmiş Cənubi Afrika Respublikasından olan şirkətin məktubundan əvvəl P-ya bəlli olmuşdur. Belə ki, tərəflər öz aralarında apardıqları SMS və e-mail yazışmalarda da bunu təsdiq etmişlər. Məhz pandemiya səbəbində dünya üzrə nadir olan CaBr2 Liquid məhsulunun digər istehsalçı ölkələrdən idxal edilməsi çətin olmuşdur. Bundan başqa, qeyd edirik ki, PİC/02/27/2020 saylı müqavilədə CaBr2 Liquid məhsulunun hansı ölkədən və məhz CAR-dan təchiz ediləcəyi barədə hər hansı müddəa və ya şərt nəzərdə tutulmamışdır. CaBr2 məhsulu dünyanın bir neçə ölkəsində istehsal edilir, istehsal olunan bütün ölkələrdəki müəssisələrdə pandemiya səbəbindən işçi qüvvəsinin işə çıxa bilməməsi nəticəsində həmin məhsulun istehsalı və digər xarici ölkələrə idxalı xeyli çətinləşmişdir. MPM-in 82.1-ci maddəsinə əsasən, yuxarıda qeyd edilən xüsusatların tərəfimizdən sübut edilmə sinə ehtiyac yoxdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
101. Kassasiya şikayətlərinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
102. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də şikayət mümkün hesab edilmişdir.
103. ŞKŞB apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən – ilkin iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində, P isə qətnamənin qismən – ilkin iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin q ətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız ilkin iddia ilə bağlı hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
104. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
105. MM-in müvafiq müddəalarında aşağıdakıla r nəzərdə tutulur: “Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, x idmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmu nu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsul iyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”
106. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məh kəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
89. Yazılı sübutlar... 89.2. Fak s, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun....” “Maddə
107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə
115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:... 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;...” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....”
107. KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında göstərilmişdir ki: “Konstitusiya Məhkəməsi Plenumunun bu məsə lə ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (KMP-nin 2008-ci il 13 iyun tarixli Qərarı).”
108. AMP-nin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarında göstərilmişdir ki:
3. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlak çıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs MMin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
109. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, P-nın kassasiya şikayəti təmin edilməməli, ŞKŞB-nin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021- ci il 8 oktyabr tarixli 2-2(103)-924/2021 saylı qətnaməsi qismən ləğv edilərək iş ləğv edilmiş hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
110. MM-in 467-ci maddəsinin düzgün tətbiq edilməməsinə dair P-nın dəlili (bax yuxarıda § 90) üzrə.
111. Kassat or hesab edir ki, məhkəmə həmin maddəni tətbiq edərkən müqaviləni ŞKŞB-nin icra etməməsini, P-ya külli miqdarda ziyan vurulmasını və ŞKŞB-nin məsuliyyətsizliyi nəticəsində P-nın DNŞ ilə bütün münasibətlərinin pozulmasını nəzərə almamışdır.
112. Dəbbə pulu müqavilə öhdəliklərinin icra olunmamasına görə tətbiq olunan hüquqi institutdur. Hazırkı halda da dəbbə puluna dair ilkin iddia tələbi məhkəmə tərəfindən məhz həmin səbəbdən tətbiq olunmuşdur.
113. Bununla belə, tələb olunan dəbbə pulunun azaldılması səlahiyyəti MM-in 467-ci maddəsi (bax yuxarıda § 105) ilə məhkəmələrə verilmiş, hazırkı halda da işə baxan məhkəmələr işin müəyyən olunmuş hallarından çıxış edərək ilkin iddia ilə tələb olunan dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğu qənaətinə gəlmiş və həmin səlahiyyətdən istifadə etmi şlər. Bu səbəbdəndir ki, sözügedən ilkin iddia tələbi qismən təmin olunmuşdur.
114. ŞKŞB tərəfindən P-ya külli miqdarda ziyan vurulmasına, ŞKŞB-nin məsuliyyətsizliyi nəticəsində P-nın DNŞ ilə bütün münasibətlərinin pozulmasına gəldikdə isə, qeyd edilməlidir ki, işə baxan məhkəmələr həmin iddia tələblərinin əsassızlığı barədə qanuni və əsaslı nəticəyə gəlmişlər (məhkəmə kollegiyasının bu barədə mövqeyi aşağıda §§ 120-137-də ifadə olunmuşdur).
115. MM-in 464.1-ci maddəsinin tətbiq edilməməsinə dair P-nın dəlili (bax yuxarıda § 91) üzrə.
116. MM-in 464.1-ci maddəsinə əsasən, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər.
117. Göründüyü kimi, həmin normanın tə nzimləmə predmetini qanunla müəyyənləşdirilmiş dəbbə pulu təşkil edir.
118. Hazırkı halda, ŞKŞB-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə əlaqədar tətbiq edilə bilən qanunla müəyyən edilmiş dəbbə pulu mövcud deyildir. İlkin iddia ilə tələb olunan dəbbə pulunun hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə təşkil edir.
119. Odur ki, MM-in 464.1-ci maddəsinin hazırkı mübahisəyə tətbiqindən söYət belə gedə bilməz.
120. MM-in 21-ci maddəsinin düzgün tətbiq edilməməsinə dair P-nın dəlilləri (bax yuxarıda § 92) üzrə.
121. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, P ilə ŞKŞB arasında 2020-ci il 27 fevral tarixli mübahisəli alqı-satqı müqaviləsi kalsium bromid məhsulunun satınalınmasına dair “AN” İstehsalat Birliyi tərəfindən açıq müsabiqə keçirildikdən və P həmin müsabiqədə qalib elan edildikdən sonra bağlanmışdır.
122. Belə olan halda isə, məhkəmə kollegiyası P-nın sözügedən müsabiqə üzrə təklif irəli sürərkən, eləcə də həmin müsabiqədə iştirak edərkən ŞKŞB-nin mübahisəli müqaviləyə əsasən üzərinə götürdüyü kalsium-bromid məhlulunun təqdim edilməsi öhdəliyinə əsaslanmamasına dair apellyasiya instansiyasının məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
123. P-nın ŞKŞB ilə hələ sözügedən tenderdən əvvəl şifahi danışıqlar aparmasına gəldikə isə, belə danışıqların aparılması, həmin danışıqların başlama tarixi, davametmə müddəti, danışıqlar nəticəsində əldə olunmuş şifahi razılaşmalar iş materiallarından görünmür.
124. Məhkəmə kollegiyası hesab edir ki, P-nın istinad etdiyi şifahi danışıqlar MPM-in 9.1-ci maddəsinə (bax yuxarıda § 106) uyğun olaraq, ədalət mühakiməsinin əsaslana biləcəyi mötəbər faktlar deyil, yalnız subyektiv mülahizələrə əsaslanan ehtimallar kimi qiymətləndirilə bilər.
125. P-nın öz tələblərini əsaslandırmaq üçün təqdim etdiyi həmin məlumatlar MPM-in 76.1 və 76.2-ci maddələrinə (bax yuxarıda § 106) əsasən, sübut kimi qiymətləndirilə bilməz.
126. Qətnamənin qanuniliyinin əsas şərtlərindən birini isə MPM-in 217.4-cü maddəsinə (bax yuxarıda § 106) görə, qətnamənin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılması təşkil edir.
127. Bundan başqa, P-nın “AN” İstehsalat Birliyi üzrə keçirilmiş tenderdə qalib gəldiyi nəzərə alındıqda, hətta sonradan ŞKŞB ilə müqavilə bağlanmayacağı təqdirdə belə, bu hal P-nın “AN” İstehsalat Birliyi ilə müqavilə bağlamaqdan imtina etməsi üçün əsas kimi qiymətləndirilə bilməzdi. 128. 225.000 manat məbləğində əldən çıxmış faydadan tutulması ilə əlaqədar isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, P bu tələbin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün 2019-cu ildə DNŞ-ın müxtəlif idarələri ilə bağlandığı müqavilələri təqdim etsə də, həmin müqavilələr üzrə əldə etdiyi mənfəətin məbləğini sübuta yetirə bilməmişdir. İkincisi, Pnın həmin müqavilələrdən 225.000 manat mənfəət əldə etməsi təsdiq edilmiş olsa belə, həmin hal satış qadağası olmadığı təqdirdə 2020-ci ildə də eyni məbləğdə mənfəət əldə edə biləcəyi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Bundan əlavə, 2020-ci ildə COVİD-19 pandemiyası ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrində müşahidə olunan durğunluq nəzərə alınarsa, belə bir mənfəətin əldə edi ləcəyi heç inandırıcı da görünmür.
129. P öz kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin nəticələrinin qanunsuzluğunu və əsassızlığını təsdiq edən tutarlı dəlillər gətirə bilməmişdir.
130. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi ŞKŞB-nin öz müqavilə öhdəliklərini icra etməməsi ilə P-ya əldən çıxmış fayda formasında vurulmuş maddi zərər arasında səbəbli əlaqənin mövcudluğunun müəyyən edilməməsi nəticəsinə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
131. MM-in 23.4-cü maddəsinin tətbiq edilməməsinə dair P-nın dəlili (bax yuxarıda § 93) üzrə.
132. Kassatorun işgüzar nüfuzuna zərər vurulduğuna dair mövqeyini əsaslandırmaq üçün istinad etdiyi MM-in 24.3-cü maddəsinə görə, işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış şə xsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
133. Göründüyü kimi, həmin normanın ilkin dispozisiya şərti şəxsin işgüzar nüfuzu barədə başqa şəxs tərəfindən ləkələyən məlumatların yayılması faktının baş verməsidir.
134. Hazırkı mübahisədə belə faktın mövcudluğu iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, MM-in 24.3-cü maddəsinin tətbiqi üçün hüquqi əsas(lar) mövcud deyildir.
135. Həmçinin AMP-nin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarının 3-cü bəndində (bax yuxarıda § 108) formalaşdırılmış hüquqi mövqedən aydın olur ki, hüquqi şəxsin işgüzar nüfuzuna iki cür qəsd edilə bilər: 1) hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması; 2) haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində hüquqi şəxsin işgüzar nüfuzuna zərər vurulması.
136. Yuxarıda qeyd olunduğu kimi, nə birinci formada, nə də ikinci formada ŞKŞB tərəfindən P-nın işgüzar nüfuzuna zərər vurulması iş materialları ilə müəyyən olunur.
137. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ŞKŞB tərəfindən P-nın işgüzar nüfuzuna zərər vurulmamasına dair nəticəyə gələrkən qanunvericiliyin tələblərini pozmamışdır.
138. MPM-in 14.1, 77.1 və 217-cü maddələrinin pozulmasına dair P-nın dəlilləri (bax yuxarıda §§ 94-96) üzrə.
139. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun istinad etdiyi maddi hüquq pozuntularına apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmədiyindən, kassatorun bununla əlaqədar istinad etdiyi prosessual hüquq pozuntularına yol verildiyi də müşahidə olunmur.
140. Belə ki, P öz kassasiya şikayətində istinad etdiyi maddi hüquq pozuntularından fərqli olaraq, prosessual hüquq pozuntuları ilə bağlı yalnız ümumi xarakterli bir neçə cümlə ilə kifayətlənmiş, öz mövqeyini detallı şəkildə və tutarlı dəlillərlə əsaslandıra bilməmişdir.
141. MM-in 462.1, 462.2 və 462.3-cü maddələrinin düzgün tətbiq edilməməsinə dair ŞKŞBnin dəlilləri (bax yuxarıda § 98) üzrə.
142. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən həmin dəlillərlə razılaşmır.
143. İşin məhkəmələr tərəfindən müəyyən ed ilmiş hallarından məlum olur ki, ŞKŞB 2020-ci il 27 fevral tarixli müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin predmeti olan 3.495.455 manat dəyərində olan malı müqavilədə göstərilən müddətdə - 2020-ci il 27 iyun tarixinədək P-ya tam həcmdə təchiz etməli olduğu halda, öhdəliyin son icra müddəti bitənədək ümumiyyətlə mal idxal edilməmiş, ŞKŞB malın bir hissəsini (gömrük dəyəri cəmi 57.222 manat) isə öhdəliyin son icra tarixindən bir neçə gün sonra – 2020-ci il 30 iyun tarixində Azərbaycan Respublikasına gətirmişdir.
144. Göründüyü kimi, ŞKŞB-nin adına Azərbaycan Respublikasına faktiki gətirilmiş kalsium bromid məhsulu mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz edilməli olan məhsulun cüzi hissəsini təşkil edir.
145. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən məlu m olur ki, ŞKŞB malın bir hissəsini Bakıya gətirdiyi barədə P-ya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
146. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin 10.1-ci bəndini (“Malların Müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirildiyi hallarda Satıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında təchiz edilməmiş Malın dəyərinin 0,5 %-i miqdarında..... cərimə ödəməlidir.”) tətbiq etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
147. MPM-in 14.2, 77.1, 88, 217.4 və 218.1-ci maddələrinin pozulmasına dair ŞKŞB-nin dəlilləri (bax yuxarıda § 99) üzrə.
148. Bu dəlillərlə bağlı məhkəmə kollegiyası bir daha apellyasiya instan siyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hallara istinad edərək qeyd etməyi zəruri hesab edir ki, ŞKŞB malın bir hissəsini Bakıya gətirdiyi barədə P-ya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
149. Həmçinin qətnamədə o da göstərilmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə təchiz etməli olduğu malın bir hissəsini 2020-ci il 30 iyun tarixində Bakıya çatdırsa da, P-nın həmin malı qəbul etməməsi barədə dəlillərini təsdiq etmək üçün ŞKŞB-nin məhkəməyə təqdim etdiyi P-nın əməkdaşı Şahid ilə aparılmış whatsapp yazışmalarının həqiqiliyi P tərəfindən qəbul edilməmişdir.
150. Məhkəmə kollegiyası MPM-in 89.2-ci maddəsinə (bax yuxarıda § 106) istinadən belə qənaətə gəlir ki, sözügedən yazışmaların hə qiqiliyinin müəyyən edilməməsi səbəbindən həmin yazışmaları sübut qismində qəbul etməməklə apellyasiya instansiyası məhkəməsi hər hansı qanun pozuntusuna yol verməmişdir.
151. O da qeyd olunmalıdır ki, 2020-ci il 27 fevral tarixli müqavilənin şərtlərinə uyğun olaraq ümumilikdə təchiz edilməli 3.495.455 manat dəyərində olan maldan Azərbaycan Respublikasına ŞKŞB tərəfindən öhdəliyin son icra müddəti bitəndən sonra gömrük dəyəri cəmi 57.222 manat olan cüzi hissənin gətirilməsi ŞKŞB-nin müqavilə öhdəliklərinin əsas hissəsinin yerinə yetirilmədiyini göstərir. Odur ki, apellyasiya instansiya məhkəməsi kassatorun istinad etdiyi prosessual pozuntulara yol verməmişdir.
152. MM-in 443.7, 448.1, 448.2 və 448.4-cü maddələrinin, habelə MPM-in 82.1-ci maddəsinin düzgün tətbiq edilməməsinə dair ŞKŞB-ni n dəlilləri (bax yuxarıda § 97, § 100) üzrə.
153. Bu dəlillərlə bağlı kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsi ŞKŞB-nin ölkəyə qismən idxal etdiyi məhsulun nə səbəbdən P tərəfindən qəbul edilməməsinə öz qətnaməsində münasibət bildirməmişdir.
154. Halbuki yuxarıda qeyd olunduğu kimi, qətnamədə qeyd olunmuşdur ki, ŞKŞB malın bir hissəsini Bakıya gətirdiyi barədə P-ya məlumat verdiyini və həmin məhsulun təhvil alınmasını təklif etdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
155. Kassator həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi 2020-ci il 27 fevral tarixli müqavilə üzrə ŞKŞB tərəfindən məhsulun çatdırılmasında bütün dünyada baş verən Covid19 virusunun yaratdığı pandemiya səbəbindən çətinlik yaratdığını qəbul edir, amma digər tərəfdən, ŞKŞB-n in cavabdeh olmadığı, ondan asılı olmayan səbəblərdən irəli gələn və müqavilə bağlayarkən onun həmin halın nəzərə alınmasının mümkünsüz olduğu bir öhdəliyin pozulmasına görə məsuliyyət daşıdığı barədə əsassız nəticəyə gəlir.
156. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən ŞKŞB-nin kassasiya şikayətinin həmin dəlili ilə razılaşır.
157. Belə ki, apellyasiya instansiya məhkəməsi bir tərəfdən qeyd edir ki, ŞKŞB müqavilə üzrə öhdəliklərini iradəsindən asılı olmayan hallara görə (Сovid-19 pandemiyası ilə əlaqədar malın Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmaması) lazımi qaydada icra edə bilməməsinə, belə olan halda isə MM-in tələblərinə əsasən öhdəliyin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımalı olmamasına istinad etmişdir. Bunu sübuta yetirmək üçün ŞKŞB Cənubi Afrika Respublikasında yerləşən “Y Company LTD” şirkətinin ona ünvanlandığı pandemiya ilə əlaqədar kalsium bromid məhsulunun 190 ton hissəsini təchiz edə bilməməsi barədə 2020-ci il 3 iyul tarixli məktubuna istinad etmişdir. Halbuki məktubun məzmunundan da göründüyü kimi, həmin məktub yalnız 2020-ci il 3 iyul tarixdən etibarən “Y Company LTD” şirkətinin kalsium bromid məhsulunun göndərilməsini həyata keçirə bilmədiyini təsdiq etməklə, həmin tarixədək Cənubi Afrika Respublikasından malın göndərilməsində çətinliklərin mövcud olması barədə məlumatları əks etdirmir, belə olan halda, həmin məktuba əsasən ŞKŞB-nin mübahisəli müqavilə üzrə öhdəliklərinin icrasını məhz CAR-dan məhsulun göndərilməsinin mümkün olmaması səbəbindən gecikdirdiyini müəyyən etmək və ŞKŞB-nin müqavilə öhdəliklərini iradəsindən a sılı olmayan hallara görə icra edə bilməməsi barədə əsaslı nəticəyə gəlmək mümkün deyil.
158. Həmçinin apellyasiya instansiya məhkəməsinin qətnaməsində o da qeyd olunur ki, ŞKŞB malın təchiz edilməsində pandemiya ilə əlaqədar çətinliklərin yaranması barədə yalnız 2020-ci il 16 iyun tarixində, yəni müqavilədə müəyyən edilmiş öhdəliyin icrası müddətinin başa çatmasına 10 gün qalmış P-ya məlumat vermişdir. ŞKŞB-nin iddia etdiyi kimi, məhsulun Cənubi Afrika Respublikasından gətiriləcəyini nəzərə aldıqda aydın olur ki, ŞKŞB malın vaxtında təchiz edilməyəcəyi barədə həmin tarixdən xeyli əvvəl məlumatlı olmalı idi. Bununla yanaşı, ŞKŞB P-ya ünvanlanmış 2020-ci il 9 iyul tarixli məktubunda CAR-dan məhsulun gətirilməsinin mümkün olmaması barədə məlumatı aldıqdan sonra məhsulun əldə edilməsi üçün di gər istehsalçı ölkələrə də müraciət etdiyini, lakin müraciətlərinin nəticə vermədiyini bildirsə də, məhsulun digər təchizatçılardan əldə etməsi üçün hər hansı bir tədbir görülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
159. Digər tərəfdən isə, apellyasiya instansiya məhkəməsi həmin qətnamədə ŞKŞB-yə münasibətdə MM-in 467-ci maddəsini tətbiq edərək tənasübsüz surətdə yüksək hesab etdiyi dəbbə pulunu azaldarkən kreditorun və borclunun əsaslı mənafeyi ilə yanaşı, məhz COVİD-19 pandemiyası əlaqədar 2020-ci il mart ayından başlayaraq dünyada tətbiq edilmiş məhdudiyyət tədbirlərinin dövlətlərarası mal göndərmələrin həyata keçirilməsində yaratdığı çətinlikləri nəzərə almışdır.
160. Beləliklə, hazırkı vəziyyətdə qətnamədən 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərin ŞKŞ B tərəfindən icrası vəziyyətini qiymətləndirərkən dünyada baş verən COVİD-19 pandemiyasının nəzərə alınmalı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.
161. Göründüyü kimi, dünyada baş verən COVİD-19 pandemiyasının ŞKŞB-nin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərin icrasına təsir edib-etməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi bir-birini təkzib edən ikili (ziddiyyətli) mövqe tutmuş, nəticədə ŞKŞB-yə tətbiq olunan dəbbə pulu ilə bağlı MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 106) uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir.
162. KMP-nin formalaşdırdığı hüquqi mövqeyə (bax yuxarıda § 107) görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nə zərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
163. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə qətnamə müvafiq hissədə qüvvədə saxlanıla bilməz, ona görə də qismən ləğv olunmalıdır.
164. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda göstərilənləri nəzərə almaqla dünyada baş verən COVİD-19 pandemiyasının ŞKŞB-nin 2020-ci il 27 fevral tarixli müqavilə üzrə öhdəliklərin icrasına təsir edib-etməməsi, bununla əlaqədar ŞKŞB-yə dəbbə pulunun tətbiq edilib-edilməməsi, tətbiq edilməlidirsə, onun həcmi b arədə qanuni, əsaslı və birmənalı nəticəyə gəlməlidir.
165. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəYər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: P-nin kassasiya şikayəti təmin edilməsin MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 oktyabr tarixli 22(103)-924/2021 saylı qətnaməsi qismən –ilkin iddia tələbinin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.