Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-138/2019 09.04.2019 ALİ MƏHKƏMƏ İş 2-2(102)-138/2019 Azərbaycan Respublikası adından QƏRAR 9 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 22(103)-457/18 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətin ə baxaraq müəyyən etdi: işin halları: “Sifarişçi” adlandırılacaq iddiaçı ilə “İcraçı” adlandırılacaq cavabdeh arasında 23.06.2016-cı il tarixdə 15/16 nömrəli texnikaların satınalınması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Sifarişçi” bu müqavilənin tərkib hissəsi olan əlavə 1-27də göstərilən təsnifata və şərtlərə uyğun Almaniya istehsalı olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının (bundan sonra mallar) satınalınması barədə İnkotermş 2010 DDP şərti ilə bu müqaviləyə 28 nömrəli əlavəyə uyğun “İcraçı”nın 6.858.812 ABŞ dolları məbləğində qiymət təklifini qəbul etmiş, “İcraçı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan malların komplektləşdirilmiş şəkildə 90 gün müddətində “Sifarişçi”nin Şirvan və Ucar Regional nümayəndəliyinin bazarla rına boşaldıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Göndərilmiş mallar “İcraçı”nın təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, “İcraçı” və ya onun səlahiyyətli nümayəndəsi “Sifarişçi” ilə birlikdə aşkar olunan qüsurlar barədə akt tərtib edir və aşkar olunan qüsurların 15 gün müddətində aradan qaldırılmasına təminat vermişdir. 23 iyun 2016-cı il tarixli, 15/16 nömrəli müqavilənin əlavəsi olan texniki təsnifatlardan görünür ki, “İcraçı” Almaniya istehsalı olan 50 ədəd “Claas Axion 820” markalı təkərli traktoru, 2 ədəd “Claas Nexos 240 F wd” markalı təkərli traktoru, 2 ədəd “Claas Axion 850” markalı təkərli traktoru, 11 ədəd “Claas Arion 630 C” markalı təkərli traktoru, 2 ədəd “Claas Markant 55” markalı Ot-küləş pres bağlayanı, 4 ədəd “Claas Rollant 340” markalı dairəv i ot-küləş pres bağlayanı, 2 ədəd “Claas Krassort bale trailer” markalı qoşqunu, 2 ədəd “Diamant 11 8+1” markalı kotan, 1 ədəd “Euro Pal 5+1” markalı kotanı, 1 ədəd “Untergrunlocker lemken labrador” markalı kotanı, 1 ədəd «Rubin 9» markalı diskli kultivatoru, 1 ədəd «Grubber lemken karat» markalı kultivatoru, 1 ədəd “Grubber kompaktor giqant” markalı əkinqabağı dəsti, 1 ədəd “Lemkin solitar 12” markalı səpin aqreqatı, 2 ədəd “Аmazone pneumatisch RUYD 204” markalı səpik aqreqarı (qarğıdalı), Almaniya istehsalı olan 1 ədəd “Lemken gambridge Walze” markalı vərdəni, 1 ədəd “Аmazone ruza 151” markalı gübrəsəpəni, 1 ədəd «Аmazone ruuf 343” markalı dərman çiləyicisini, 1 ədəd “Flieger pumpe” markalı maye gübrə səpəni, 1 ədəd “Flieger gullefab” markalı maye gübrə səpəni, 2 ədəd “Grubber claas di sco frc 3200” markalı kultivatoru, 2 ədəd “Claas disco 9200” markalı ot biçəni, 2 ədəd “Claas liner 2900” markalı ot toplayanı, 1 ədəd “Claas jaquar 850” markalı kombaynı, 1 ədəd “Claas jaquar 850 direet” disk markalı (xeder), 2 ədəd «Claas jaquar 850 pick up” markalı xeder, 1 ədəd “Claas jaquar 850 maisge biss orbis 600” markalı xeder adlı kənd təsərrüfatı texnikasını cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 28 saylı Əlavədəki qiymət cədvəlində tərəflər arasında bağlanılmış müqaviləyə əsasən təhvil veriləcək 99 ədəd kənd təsərrüfatı texnikasının qiyməti 6.858.812 ABŞ dolları təşkil etmiş və “Əlavə” hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı qeyd edilən müqavilə üzrə kənd təsərrüfatı tex nikalarının alınması üçün 30 iyun 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları, 27 iyul 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları, 12 avqust 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları, 28 oktyabr 2016-cı il tarixdə 1.371.762,0 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehin hesabına köçürmüşdür. İddiaçı 23.05.2017-ci il tarixdə cavabdehə məktub ünvanlayaraq, müqavilə şərtlərinə uyğun olmadığına görə 2 ədəd “Claas Markant 55” markalı kvadrat ot-küləş presləyəni və 1 ədəd “Primus 35” markalı Dərman çiləyici-qollunun Şirvan Təchizat bazasından təcili geri götürülməsini tələb etmişdir. Lakin cavabdeh üzərinə düşən müqavilə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və avadanlıqları iddiaçıya təhvil verməmişdir. İddiaçı cavabdehə 5 dekabr 2016-cı il tarixdə pretenziya məktubu ünvanlay araq, 23 iyun 2016-cı il tarixli 15/16 nömrəli satınalma müqaviləsi üzrə götürülmüş öhdəliklərin qısa müddətdə nəzərdə tutulmuş qaydada icra edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Məktub cavabdehə 12.12.2016-cı il tarixdə təqdim olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehdən 658.881,10 ABŞ dolları məbləğində cərimənin, 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanılmış 23 iyun 2016-cı il tarixli, texnikaların satın alınması barədə 15/16 saylı podrat müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və ümumi dəyəri 6.858.812 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarını n iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, satınalma müqaviləsinin (23 iyun 2016-cı il tarixli 15/16 nömrəli) 2.2-ci bəndinə əsasən “İcraçı” 90 (doxsan) gün ərzində kənd təsərrüfatı texnikalarını təhvil verməyi öhdəsinə götürməsinə baxmayaraq, bu günə kimi İddiaçı ASCyə tam təhvil verilməmişdir. Bununla da cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir. İddiaçı (“Sifarişçi”) tərəfindən müqavilə üzrə müəyyən olunmuş məbləğin ödənilməsinə baxmayaraq cavabdeh (“İcraçı”) tərəfindən müqavilə şərtlərinə əsasən ümumiyyətlə mal təhvil verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 17.1-ci bəndində göstərilən şərtlərə əsasən öhdəliklərin müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədiyi halda iddiaçı digər tərəfdən hər gecikdirilmiş günə görə təhvil verilməyən malların 0,1 % həcmində cərimə tələb etmək hüququ var. Cərimələrin məbləğinin yuxarı həddi müqavilə qiymətinin 10%-dən çox olmamalıdır. Bu baxımdan cərimənin məbləği müqavilə şərtlərinə əsasən 658.881,0 ABŞ dolları təşkil edir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçıya xəbərdarlıqlar və pretenziyalar göndərilsə də bu günə kimi mineral gübrələr iddiaçıya tam təhvil verilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 21.2-ci bəndinə əsasən mübahisəli məsələlərin və qeyri müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 gün müddətində mümkün olmadıqda, bu məsələlər “Sifarişçi”nin yerləşdiyi yer üzrə İnzi bati-İqtisadi Məhkəməsində həll edilməlidir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21, 427, 445-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-2(82)-326/2017 saylı iş) 2 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 150.000 ABŞ dolları məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tərəflər arasında bağlanılmış 23 iyun 2016-cı il tarixli texnikaların satın alınması barədə 15/16 saylı müqavilə üzrə öhdəliklərin icra edilməsi və ümumi dəyəri 6.858.812 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi kollegiyasının (hakimlər X17məruzəçi, X9 və X13, 2-2(103)-606/17 saylı iş) 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X10 və X11, 2-2(102)-270/2018 saylı iş) 27 iyun 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12məruzəçi, X7 və X2, 2-2(103)-457/18 saylı iş) 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 24 yanvar 2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi cavabdehin çoxsaylı vəsatətlərinə hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi iqtisadi iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 iyun 2017-ci il qətnaməsini ləğv edib iddiaçının “pul məbləğinin və öhdəliklərin icrası tələbi barədə” iddia tələbinin 658.881,0 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbini rədd edib, həmin cərimənin miqdarının azaldaraq dəqiq təyin edilməsi üçün iddiaçının cavabdehin bank hesabına ilkin və sonrakı ödənişləri etdikdən sonra cavabdehin müqavilə üzrə öhdəliklərin icrasına, yəni texnikaların X8 daxil olduğu günədək başlaması tarixi nəzərə almaqla günə 0,1% tarifi ilə hesablanmasını qətnamə qət edən zaman tətbiq edilməsinə ümumiyyətlə hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarını pozmuşdur. İqtisadi mübahisənin xüsusatlarının tam araşdırılmaması, bunu araşdırmaq üçün səy göstərilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığını sübut edir. Məhkəmə qətnamənin əsaslandır ıcı hissəsində ziddiyyətli bir nəticəyə varmış və məhkəmə cavabdeh hüquqi şəxsin maliyyə vəziyyətinin hədsiz pisləşməsinə gətirib çıxarmaqla onun bağlanmasına şərait yaratmışdır. Göründüyü kimi, məhkəmə həmin hallara hüquqi qiymət verməmiş, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125ci, Mülki Prosessual Məcəllənin 9, 76.1, 106.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşa ğıdakılara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarına əsasən, “Sifarişçi” adlandırılacaq İddiaçı ASC ilə “İcraçı” adlandırılacaq Cavabdeh arasında 23.06.2016-cı il tarixdə bağlanmı ş 15/16 nömrəli texnikaların satınalınması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Sifarişçi” bu müqavilənin tərkib hissəsi olan əlavə 1-27-də göstərilən təsnifata və şərtlərə uyğun Almaniya istehsalı olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının (bundan sonra mallar) satınalınması barədə İnkotermş 2010 DDP şərti ilə bu müqaviləyə 28 nömrəli əlavəyə uyğun “İcraçı”nın 6.858.812 ABŞ dolları məbləğində qiymət təklifini etmiş, “İcraçı” bu müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “Sifarişçi”yə satın alınan malların komplektləşdirilmiş şəkildə 90 gün müddətində “Sifarişçi”nin Şirvan və Ucar Regional nümayəndəliyinin bazarlarına boşaldıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Göndərilmiş mallar “İcraçı”nın təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıq da, “İcraçı” və ya onun səlahiyyətli nümayəndəsi “Sifarişçi” ilə birlikdə aşkar olunan qüsurlar barədə akt tərtib edir və aşkar olunan qüsurların 15 gün müddətində aradan qaldırılmasına təminat vermişdir. 23 iyun 2016-cı il tarixli, 15/16 nömrəli müqavilənin əlavəsi olan texniki təsnifatlardan görünür ki, “İcraçı” Almaniya istehsalı olan 50 ədəd “Claas Axion 820” markalı təkərli traktoru, 2 ədəd “Claas Nexos 240 F wd” markalı təkərli traktoru, 2 ədəd “Claas Axion 850” markalı təkərli traktoru, 11 ədəd “Claas Arion 630 C” markalı təkərli traktoru, 2 ədəd “Claas Markant 55” markalı Ot-küləş pres bağlayanı, 4 ədəd “Claas Rollant 340” markalı dairəvi ot-küləş pres bağlayanı, 2 ədəd “Claas Krassort bale trailer” markalı qoşqunu, 2 ədəd “Diamant 11 8+1” markalı kotan, 1 ədəd “Euro Pal 5+1” marka lı kotanı, 1 ədəd “Untergrunlocker lemken labrador” markalı kotanı, 1 ədəd “Rubin 9” markalı diskli kultivatoru, 1 ədəd “Grubber lemken karat” markalı kultivatoru, 1 ədəd “Grubber kompaktor giqant” markalı əkinqabağı dəsti, 1 ədəd “Lemkin solitar 12” markalı səpin aqreqatı, 2 ədəd “Аmazone pneumatisch RUYD 204” markalı səpik aqreqarı (qarğıdalı), Almaniya istehsalı olan 1 ədəd “Lemken gambridge Walze” markalı vərdəni, 1 ədəd “Аmazone ruza 151” markalı gübrəsəpəni, 1 ədəd “Аmazone ruuf 343” markalı dərman çiləyicisini, 1 ədəd “Flieger pumpe” markalı maye gübrə səpəni, 1 ədəd “Flieger gullefab” markalı maye gübrə səpəni, 2 ədəd “Grubber claas disco frc 3200” markalı kultivatoru, 2 ədəd “Grubber claas disco 9200” markalı ot biçəni, 2 ədəd “Claas liner 2900” markalı ot toplayanı, 1 ədəd “Claas jaquar 850” markalı kombaynı, 1 ədəd “Claas jaquar 850 direet” disk markalı (xeder), 2 ədəd “Claas jaquar 850 pick up” markalı xeder, 1 ədəd “Claas jaquar 850 maisge biss orbis 600” markalı xeder adlı kənd təsərrüfatı texnikasını cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. 23 iyun 2016-cı il tarixli, 15/16 nömrəli Müqaviləyə 28 saylı Əlavədən göründüyü kimi, qiymət cədvəlinə tərəflər arasında bağlanılmış 23 iyun 2016-cı il tarixli 15/16 nömrəli müqaviləyə əsasən təhvil veriləcək 99 ədəd kənd təsərrüfatı texnikasının qiyməti 6.858.812 manat təşkil etmiş və həmin «Əlavə» iddiaçı və cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiasında cavabdehin 23 iyun 2016-cı il tarixli 15/16 nömrəli satınalma müqaviləsinə əsasən üzərinə götürd üyü ümumi qiyməti 6.858.812,0 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikasını tam vəziyyətdə ona təhvil verməmişdir. Birinci instansiya məhkəməsinin 2 iyun 2017-ci il tarixli məhkəmə iclasının protokolundan və iddiaçının dəqiqləşdirilmiş iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 658.881,10 ABŞ dolları məbləğində cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və tərəflər arasında bağlanılmış 23 iyun 2016-cı il tarixli, texnikaların satın alınması barədə 15/16 saylı podrat müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və ümumi dəyəri 6.858.812 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni 2017-ci ilin iyun ayında təqdim edilən i ddia tələbi 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir (səh.162-163). İddiaçı Ali Məhkəmənin hakiminə ünvanladığı, lakin sonrakı apellyasiya icraatı mərhələsində apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 1 iyun 2018-ci il tarixli məktubunda göstərmişdir ki, iddiaçının cavabdehə qarşı pul məbləğinin və öhdəliklərin icrası tələbi barədə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə bildiririk ki, halhazırda iş üzrə tərəflər arasında razılıq əldə olunmuşdur. Odur ki, cavabdeh şirkətə qarşı heç bir iddiamız tələbimiz yoxdur. X15 Nazirliyi İddiaçı ASC-nin İdarə Heyətinin sədrinin imzası və möhürü ilə təsdiq edilmişdir (səh.281). İddiaçının nümayəndəsi 18 oktyabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə təqdim etdiyi yazılı mülahizəsində bildirmişdir ki, iddiaçı ilə bağlanmış 23.06.2016-cı il tarixli 15/16 saylı müqaviləyə əsasən 6.858.812, ABŞ dolları məbləğində vəsait tam şəkildə “xxxx” LLC Şirkətinə ödənilmiş, 6.266.140,0 ABŞ dolları məbləğində mallar gətirilmiş, 592.672,0 ABŞ dolları məbləğində mallar təhvil verilməmişdir. Bundan başqa, nəzərinizə çatdırıram ki, “xxxx” LLC Şirkəti tərəfindən gətirilmiş 6.266.140,0 ABŞ dolları məbləğində mallardan 9 ədəd texnikanın gömrük bəyannamələrində uyğunsuzluğun olması səbəbindən qəbul edilməmişdir. Hal-hazırda 592.672,0 ABŞ dolları məbləğində 12 ədəd texnika təhvil verilməmişdir (səh.286). İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli iclasında bildirmişdir ki, 99 ədəd texnika verilməli i di. Lakin 12 ədədi verilməmişdir (səh.288). Apellyasiya instansiyası məhkəməsi iddiaçının və nümayəndəsinin adı çəkilən dəlillərinə, iddiaçının nümayəndəsinin belə səlahiyyətə malik olmasına münasibət bildirməmiş, iddiaçının tələbini dəqiqləşdirməyərək 6.858.812,0 ABŞ dolları məbləğində 99 ədəd texnikanın, yoxsa 592.672,0 ABŞ dolları məbləğində 12 ədəd texnikanın təhvil verilməli olması ilə bağlı hüquqi qiymətləndirmə aparmamışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1-ci maddə). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericilin qeyd edilən normalarına əməl etməyərək işdə olan sübutlara hüquqi qiymət verməmişdir. İşə əvvəlki kassasiya icraatı qaydasında baxan Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyası 27 iyun 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “Hazırkı iş üzrə tərəflər arasında olan 23 iyun 2016-cı il tarixli 15/16 nömrəli satınalma müqavil əsinin 2.1-ci bəndinə əsasən “İnkotermis 2000” DDP şərti ilə ümumi qiyməti 6.858.812,0 ABŞ dolları olan 99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarını İddiaçı ASC-yə təhvil verilməyi öhdəsinə götürmüş, yük gömrük bəyannamələrinə əsasən 44 ədəd texnika gətirilmişdir. İddiaçı həmin texnikaların qüsurlu olması əsası ilə yenidən həmin texnikaların gətirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası iddiaçının qüsurlu olan texnikalara münasibətdə yenidən həmin texnikaların gətirilməsi öhdəliyinin qoyulması ilə bağlı iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı tərəfindən müqavilə əsasında 44 ədəd texnikanın gətirilməsi mübahisələndirilmir. Lakin iddiaçı həmin texnikaların qüsurlu olması əsası ilə yenidən gətirilməs i ilə bağlı iddia qaldırmışdır ki, tərəflər arasında olan müqavilənin 18.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində şifarişçi aşkar olunmuş qüsurlar haqqında cavabdehə dərhal bildiriş verməli, müqavilənin 18.2-ci bəndinə əsasən icraçı bildirişi aldıqdan sonra qüsurları 20 təqvim günü müddəti ərzində aradan qaldırmalı, müqavilənin 18.3-cü bəndinə əsasən icraçı müəyyən olunmuş müddət ərzində qüsurları aradan qaldırmırsa, iddiaçı qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxmalıdır. Başqa sözlə, iddiaçının hazırkı tələbi sözügedən 44 ədəd texnikanın yenidən gətirilməsi yox, qüsurların aradan qaldırılması ilə bağlı çəkilmiş xərclərin ödənilməsi, dəymiş ziyanın və ya əldən çıxmış faydanın ödənilməsi, ödənilmiş məbləğin geri qayta rılması və s. kimi olmalı idi. Bundan əlavə, iddiaçı sözügedən 44 ədəd texnikanın qəbul edilmədiyini qeyd etsə də, iş materiallarında (iş v. 85-90) malların qəbul edilməsinə dair aktların kserosurətləri vardır, həmin aktlarda iddiaçı tərəfindən Aqşin Balabəyovun imzası vardır ki, məhkəmə bu hala da qiymət verməmişdir. Həmçinin məhkəmə qətnaməsinin nəticə hissəsində “99 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının İddiaçı ASC-yə təhvil verilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi” qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” qərarının 6.8-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. La kin məhkəmə qətnaməsində qeyd olunmuş “99 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları” ifadəsindən istifadə iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etmir. Belə ki hansı adda, hansı keyfiyyətdə, hansı qiymətdə kənd təsərrüfatı texnikasından söhbət getdiyi aydın deyildir”. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Ali Məhkəmənin İnzibati-iqtisadi kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarında qeyd edilən göstərişlərlə bağlı araşdırma aparmamışdır. Bəhs olunanlara əsasən, kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edi lməli, iş təkrar apellyasiya baxışına göndərilməli, iddianın rədd edilməsi hissəsində MPM-in 417.1.4-cü maddəsində nəzərdə tutulmuş hallar olmadığından həmin hissədə şikayətin dəlilləri əsaslı sayılmamalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-457/2018 saylı, 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-138/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-138/2019
09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver