Məhkəmə qərarları › İş №2-2(102)-138/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-138/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-138/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-925/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Satıcı İddiaçı ASC (bundan sonra – iddiaçı) alıcı Cavabdeh (bundan sonra – cavabdeh) arasında 2018-ci il 19 dek abr tarixdə 2019/ASM/065 saylı alğı-satqı müqaviləsi (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı hər bir tonun qiyməti 112,10 manat olmaqla sementin alıcıya çatdırılmasını, alıcı isə məhsulu qəbul edərək onun dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İddiaçı tərəfindən 2018-ci il 28 dekabr tarixli, EAAO seriyalı, 770867 saylı elektron qaimə tərtib olunaraq cavabdehdən 21.207,08 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

3. İddiaçı tərəfindən 2019-cu il 4 yanvar tarixli, EAAO seriyalı, 892782 saylı elektron qaimə tərtib olunraq cavabdehdən 16.232,08 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

4. İddiaçı tərəfindən 2019-cu il 16 yanvar tarixli, EAAP seriyalı, 170983 saylı elektron qaimə tərtib olunaraq cavabd ehdən 81.577,41 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

5. İddiaçı tərəfindən 2019-cu il 21 yanvar tarixli, EAAP seriyalı, 385966 saylı elektron qaimə tərtib olunaraq cavabdehdən 23.639,65 manat məbləğində xidmət haqqının ödənilməsini tələb etmişdir.

6. İddiaçı tərəfindən 2019-cu il 25 yanvar tarixli, EAAP seriyalı, 564336 saylı elektron qaimə tərtib olunaraq cavabdehdən 2109,72 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

7. İddiaçı tərəfindən 2019-cu il 29 yanvar tarixli, EAAP seriyalı, 705691 saylı elektron qaimə tərtib olunaraq cavabdehdən 82.882,26 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

8. İddiaçı tərəfindən 2019-cu il 8 fevral tarixli, EAAQ seriyalı, 183093 saylı elektron qaimə tərtib olunaraq cavabdehdən 39.111,69 manat m əbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

9. İddiaçı tərəfindən 2019-cu il 12 fevral tarixli, EAAQ seriyalı, 311802 saylı elektron qaimə tərtib olunaraq cavabdehdən 22.715,94 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir.

10. İddiaçı tərəfindən tərtib edilmiş 2019-cu il 1 oktyabr tarixinə cərimələrin hesablanması barədə məlumatları əks etdirən cədvəldən göründüyü kimi, gecikdirilmiş günə görə 0,1 faiz cərimə hesablanmaqla cavabdehin iddiaçıya cəmi 59.865,91 manat məbləğində cərimə borcu yaranmışdır.

11. İddiaçı tərəfindən 2019-cu il 1 oktyabr tarixdə 320/19 saylı pretenziya qaydasında xəbərdarlıqla cavabdehə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

12. Azərbaycan Respu blikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 7 aprel tarixli, 9/5786 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tərəflər arasında bağlanmış Müqavilə üzrə məhsulun çatdırılmasını təsdiq edən qaiməfakturalar və çatdırılmış məhsula görə verilmiş hesab-fakturalar, habelə 2019-cu il 1 noyabr tarixinə cərimənin hesablanması barədə məlumatları əks etdirən cədvəldə satılmış malların məbləği, ödənişlərin məbləği və borc məbləği göstərilmişdir. Həmin cədvəl məlumatları nəzərə alındıqda 2018-ci il 19 dekabr tarixli, 2019/ASM/065 saylı müqavilə üzrə satılmış malların dəyərinin 289.475,83 manat, ödənişlərin 141.700,14 manat və borc məbləğinin 147.775,69 manat məbləğində olduğu müəyyən edilmişdir.

13. Cavabdeh tərəfindən təqdim edilmiş köçürmənin aparılması haqqında 2019-cu il 3 oktyabr tarixli, **********424661 saylı bildirişdən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hesabına 10.000 manat məbləğində ödəniş edilmişdir.

14. Cavabdeh tərəfindən təqdim edilmiş 2019-cu il 10 yanvar tarixli bildirişdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hesabına 17.500 manat məbləğində ödəniş edilmişdir.

15. Cavabdeh tərəfindən təqdim edilmiş debet haqqında 2019-cu il 8 fevral tarixli bildirişdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının hesabına 26.500 manat məbləğində ödəniş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı 2019-cu il 11 dekabr tarixdə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 147.775,69 manat borc, 59.865,91 manat cərimə, 160 manat vəkil xərci və 30 manat ödən ilmiş dövlət rüsumu olmaqla, cəmi 207.831,60 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında sementin alğı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı hər bir tonun qiyməti 112,10 manat olmaqla sementin cavabdehə çatdırılmasını, cavabdeh isə məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödəməsini öz öhdəsinə götürmüş, cavabdehə 245.318,50 manat dəyərində sement satılmış, həmin məbləğdən 147.775,69 manat məbləğ ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır.

18. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 25 fevral tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişd ir (hakim – Z.Axundova). Həmin qiyabi qətnamədən cavabdeh 2020ci il 21 avqust tarixdə şikayət vermiş, həmin məhkəmənin 2020-ci il 28 avqust tarixli, e-22(113)-271/2020 saylı qərardadı ilə şikayət təmin olunaraq qiyabi qətnamə ləğv olunmuşdur.

19. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək cavabdeh tərəfindən borc üzrə ödəniş edildiyindən əsas borcun 137.775,69 manat təşkil etdiyini göstərməklə məhkəmədən həmin borcun, 59.865,91 manat cərimənin, 160 manat vəkil xərcinin, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq vəaitin, ümumilikdə 197.831,60 manat məbləğin cavabdehdən birdəfəlik tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, e-2-2(113)271/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən § 12-də göstərilən rəy tərtib olunmuşdur.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 27 may tarixli, e-2-2(113)-76/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehdən 93.775,69 manat borc, 4000 manat cərimə, 160 manat vəkil xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat olmaqla cəmi 97.950,69 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, ekspertiza xərcinin dəyəri cavabdehə aid olunmuşdur (hakim – Z.Axundova).

22. Məhkəmə bildirmişdir ki, iddiaçının tələbi əsas borc hissəsində 137.775,69 manat olmuş, cavabdeh 17.500 və 26.500 manat məbləğində ödənişlərlə bağlı sübutları təqdim etmiş, həmin ödənişlərin edilməsi iddiaçının nümayəndəsi tərəfindən təsdiq olunmuşdur. Məhkəmə cavabdeh tərəfindən borcun iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçının dəbbə pulu tələbinin əsaslı olduğu nəticəsinə gəlmiş, lakin mülki qanunvericiliyin göstərişlərinə uyğun olaraq tənasübsüz şəkildə yüksək dəbbə pulunu 4000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə göstərilmiş yardımla əlaqəli sübutun mövcud olması əsası ilə iddia tələbinin həmin hissədə də əsaslı olması qənaətinə gəlmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 567, 598.1, 598.2, 442, 448.1, 462.1, 467- ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 115.0.6, 119.1 -ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.

24. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək onun cavabdehdən 93.775,69 manat borcun tutulması hissəsində ləğv, iddia tələbinin cavabdehdən 137.775,69 manat borcun tutulması hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-925/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməs inin qətnaməsi qismən - əsas borca aid olan hissədə ləğv edilmiş, iddia tələbi cavabdehdən 137.775,69 manat əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində də təmin edilmiş, qətnamə digər mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında müqavilənin bağlanması və müqavilə üzrə cavabdehə cəmi 245.318,50 manat dəyərində malların təhvil verilməsi işin mübahisəsiz halı olmuş, cavabdehin 107.542,81 manat ödənişin olunması iddiaçı tərəfindən etiraf edilmiş, cavabdeh isə həmin məbləğdən daha artıq ödənişlərin olunması barədə sübutlar təqdim etməmişdir. Cavabdehin təqdim etdiyi 2019-cu il 10 yanvar tarixdə 17.500 manat, 2019-cu il 8 fevral tarixdə 26.500 manat və 2019-cu il 3 oktyabr tarixdə 10.000 manat məbləğində ödənişlərlə bağlı sübutlar isə onun tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməsi anlamına gəlmir. İddiaçı da, iddia ərizəsi verilərkən həmin ödənişlərin artıq nəzərə alındığını və tələb olunan məbləğin içərisinə daxil edilmədiyini bildirmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 4000 manat məbləğində dəbbə pulununun tutulması barədə tələblərin rədd edilməsi üçün də əsaslar mövcud olmamışdır.

28. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 462.1, 467, 567-ci, MPM-in 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 28 oktyabr tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

30. Apellyasiya məhk əməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

31. Apellyasiya şikayəti verilərkən şikayətə iddia ərizəsində qeyd olunmuş məbləğdən əlavə 2019-cu il 30 yanvar tarixdə 30.000 manat ödəniş edildiyinə dair qəbz əlavə olunmuş, həmin qəbzin üzrlü səbəblərdən işə birinci instansiya məhkəməsində baxılarkən təqdim olunmasının mümkün olmadığı qeyd edilmişdir. İddiaçı isə birinci instansiya məhkəməsinin tələb etdiyi bank hesabından çıxarışı təqdim edə bilməmiş, sadəcə şəxsi mülahizələri ilə cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin iddia ə rizəsinə əlavədə olan cədvəldəki rəqəmlər olduğunu qeyd etmişdir. Halbuki, iddiaçının təqdim etdiyi hesabdan çıxarışdakı ödənişlərlə cavabdehin təqdim etdiyi ödəniş qəbzləri arasında ziddiyyət və uyğunsuzluq mövcud olmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi sonuncu ödəniş 2019-cu il 8 fevral tarixdə ödənilmiş 26.500 manat, iddia ərizəsinə əlavə olunan cədvəldə isə 2019-cu il 8 fevral tarixdən sonrakı ödənişlərin cəminin 3465,14 manat təşkil etmişdir. Cədvəldə cavabdehin ümumilikdə 137.278,34 manat ƏDV ödəmiş və yalnızca 4421,80 manat əsas borc ödəməsi göstərilmişdir. Halbuki, cavabdehin təqdim etdiyi ödəniş qəbzlərində ümumilikdə 74.000 manat əsas borc ödənildiyi qeyd olunmuş, iddiaçı bunları cədvələ əlavə etməmişdir. Cavabdeh hesab edir ki, məhkəmə tərəflərin təqdim etdiyi sənədlər əsas ında təkrar ekspertiza təyin etməli, tərəflərin etiraf etdikləri və təqdim etdikləri ödəniş qəbzləri əsasında mülki işi araşdırıb qətnamə qəbul etməli idi.

32. Kassasiya şikayətində MPM-in 63.1, 77-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Etirazda qeyd olunmuşdur ki, cavabdeh kassasiya şikayətində məhkəmənin iddiaçının ödənişlə bağlı etiraf etdiyi məbləği və cavabdehin ödənişlərə dair təqdim etdiyi dəlillərdə göstərdiyi məbləğləri ayrı-ayrılıqda qəbul etməli və onları toplamalı olduğunu göstərmişdir. Cavabdehin şikayətinin əsasına qoyduğu bu dəlil əsaslı olmamışdır. Belə ki, tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması və iddiaçı tərəfindən həmin müqavilə üzrə cəmi 245.318,50 manat dəyərində malların cavabdehə təhvil verilməsi işin mü bahisəsiz hallarıdır. İddiaçı cavabdeh tərəfindən həmin məbləğdən 107.542,81 manat məbləğində ödəniş olunduğunu etiraf etmişdir. Halbuki, cavabdeh məhkəməyə iddiaçıya cəmi 54.000 manat pulun ödənilməsi barədə sənədlər təqdim etmiş, həmin sənədlər isə qanunvericiliyin mötəbər sübutlara dair irəli sürdüyü tələblərə cavab vermir. Belə ki, həmin sənədlər təsdiqini tapmamış kserosürətlər olmuşdur. İddiaçı ümumiyyətlə cavabdeh tərəfindan hər hansı bir ödənişin edilməməsini bildirsə idi, məhkəmələr ən yaxşı halda cavabdeh tərəfindən 54.000 manat məbləğin ödənildiyi qənaətinə gələ bilərdilər ki, bu məbləğə dair təqdim edilən sənədlər də sadə kserosürətlər olmuşdur. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən iddiaçının etiraf etdiyi 107.542,81 manat məbləğində pul vəsaitindən daha artıq məbləğdə ödəniş etməsi halının sübut olunmaması nəticəsinə gəlmişdir. Cavabdeh iş üzrə təkrar ekspertiza keçirilməsi tələbini də hər hansı bir arqumentlə əsaslandıra bilməmişdir. İstənilən halda işin halları və işdə olan sübutlar məhkəmə tərəfindən ədalətli və əsaslı qətnamə qəbul edilməsi üçün yetərli idi və iş üzrə xüsusi biliyə məxsus olan ekspertlərin cəlb edilməsi üçün zərurət yaranmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabde h tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdəyoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anla yışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyi n məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-sat qı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə

115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya ins tansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

39. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, cavabdeh tərəfindən sonradan edilmiş ödənişlər iddiaçı və məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə tərəflərin etiraf etdikləri və təqdim etdikləri ödəniş qəbzləri əsasında işi yenidən araşdırmamışdır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığını bi ldirir.

42. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 10.000 manat ödəniş iddiaçı tərəfindən nəzərə alınaraq məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verilmiş, həmçinin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdeh tərəfindən edilmiş 17.500 manat və 26.500 manat ödənişləri nəzərə alaraq iddia tələbinin təmin olunan hissəsindən çıxmışdır.

43. İş materiallarından görünür ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə cəmi 245.318,50 manat dəyərində malların cavabdehə təhvil verilməsi işin mübahisələndirilməyən halı olmuş, iddiaçı cavabdehin tərəfindən cəmi 107.542,81 manat məbləğində ödəniş olunduğunu etiraf etmiş, cavabdeh isə sonradan 2019-cu il 10 yanvar tarixdə 17.500 manat, 2019-cu il 30 yanvar tarixdə 30.000 manat, 2019-cu il 8 fevral tarixdə isə 26.500 manat ödəniş etdiyini bildirsə də, bu ödənişlər iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməzdən əvvəlki tarixlərə təsadüf etdiyindən apellyasiya məhkəməsi tərəfindən haqlı olaraq həmin ödənişlərin iddiaçı tərəfindən etiraf edilən məbləğə daxil olması qənaətinə gəlinmiş, bunun əksini təsdiq edən sübutlar isə cavabdeh tərəfindən təqdim olunmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən 2019-cu il 30 yanvar tarixdə 30.000 manat ödənilməsi ilə bağlı sənəd “debet haqqında bildiriş” adlanan kserosurət olmuşdur. Qeyd olunan sənəd kserosurət deyil, müvafiq sənədin əsli olsaydı belə göründüyü kimi həmin ödəniş iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilən tarixdən daha əvvələ təsadüf etdiyindən iddiaçı tərəfindən cavabdehin ödəmiş olduğu eti raf edilən 107.542,81 manat məbləğə daxil olunmuşdur.

44. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).

45. Bu maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.

46. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.

47. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şə rh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlar əsasında hüquqi qiymətləndirməni düzgün aparmış, cavabdeh isə istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

50. Kassasiya şikayətində həmçinin, apellyasiya məhkəməsi tərəfindən təkrar ekspertizanın keçirilməli olduğu göstərilmişdir.

51. MPM-in tələblərinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, ha belə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-in 97, 99.1, 102-ci maddələri).

52. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər.

53. Eyni zamanda, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 11-ci maddəsi müəyyən etmişdir ki, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vətəndaşı məhkəmə eksperti ola bilər. Habelə, həmin Qanunu n 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir.

54. Hazırki işlə bağlı cavabdehin mübahisələndirdiyi ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara tam və aydın şəkildə cavabdeh verildiyindən, iş üzrə əlavə və ya təkrar ekspertizanın keçirilməsi zərurəti yaranmamışdır.

55. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.

56. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-925/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

57. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyas2iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

58. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-925/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar