Məhkəmə qərarları › İş №2-2(102)-138/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-138/2025

30.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üz
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-138/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçıMMC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli, 2-2(106)-128/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə müvəqqəti istifadə üçün verilmiş hər birinin dəy əri 11000 manat olan “İveco FİAT S-59” markalı ** AD *** dövlət qeydiyyat nişanlı və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiyanın ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manatın, 400 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İ ddiaçı sonradan iddiasını dəyişdirərək, cavabdehə müvəqqəti istifadə üçün verilmiş hər birinin dəyəri 11000 manat olan İveco FİAT S-59” markalı ** AD *** və ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilləri, bir ədədinin dəyəri 350 manat olan 300L - 40 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 5 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L 33 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 5 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L - 2 ədəd soyuducu, ümumi dəyəri 14000 manat olan 10 HP motor qrupu DWM (kopeland komplekti), dəyəri 2000 manat olan siyirtmə qapı və bir qutusunun dəyəri 50 manat olan 10 qutu izolyasiyanın ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 72800 manatın, 400 manat mediasiya xərcinin, həmçinin bir ədədin in dəyəri 350 manat olan 300L - 37 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L - 1 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L - 94 ədəd, bir ədədinin dəyəri 500 manat olan 500L - 2 ədəd, ümumi 134 ədəd soyuducunun ondan alınaraq geri qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 56600 manatın və 260 manat dövlət rüsumunun, ümumilikdə isə 130.060 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2024-cü il 17 aprel tarixli 2-2(121)-38/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, “İveco FBAT S59 yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə dəyərini təşkil edən 8800 manat məbləğində pul vəsaitinin Cavabdeh alın araq İddiaçı MMC-yə ödənilməsi, “FİAT İveco yük” markalı ** AD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə dəyərini təşkil edən 8000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 4 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 3 ədəd və bir ədədinin dəyəri 600 manat olan 600L tutumlu - 2 ədəd soyuducuların Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 3950 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, bir ədədinin dəyəri 350 manat olan 300L (“Uğur” markalı) tutumlu - 37 ədəd, bir ədədinin dəyəri 350 manat olan 314L (“Şen Ocak” markalı) tutumlu - 1 ədəd, bir ədədinin dəyəri 450 manat olan 400L tutumlu - 94 ədəd və bir ədədinin dəyəri 500 manat olan 500L tutumlu - 2 ədəd soyuducuların Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda isə onların ümumi dəyərini təşkil edən 56600 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, 350 manat məbləğində mediasiya xərcinin və 19 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 350 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq 326 manat məbləğində pul vəsaitinin 126 manat hissəsinin İddiaçı MMC-dən, 200 manatının isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edi lmişdir (hakim Namidar Misirzadə). İddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissədə ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli, 2-2(106)-128/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim P.Əhmədov, hakimlər T.Kərimov və C.İmanov). Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə görə bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərarda dlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 2020ci il 14 oktyabr tarixli Qərardadının 52-53-cü bəndlərində qeyd edilmişdir ki, MPM-in 403.1ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən maddə, bu Qərarda dın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndirilən hi ssələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır. Qeyd olunanlardan müəyyən edilir ki, işdə iştirak edən şəxslər tərəfindən kassasiya şikayətinin verilməsi yalnız onların tələbləri apelyasiya instansiyasında təmin olunmadığı, yəni onlar tərəfindən verilmiş apellyasiya şikayətləri tam və ya qismən təmin edilmədiyi hallarda mümkündür. Bununla yanaşı, həmin qaydadan istisna hallar da mövcuddur. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmayan, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmayan şəxslər, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün h esab edilmiş şəxslər də kassasiya şikayəti vermək hüququna malikdirlər. İş materiallarından isə məlum olur ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməyib (onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır) və ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə onun tələbinin təmin edilməməsi halı mövcud deyildir. Eyni zamanda, o birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış və qəbul olunmuş qətnaməni rəsmi qaydada almışdır. Göründüyü kimi hazırkı işdə qeyd olunan istisna hallar da mövcud deyildir. Bu baxımdan, kollegiya hesab edir ki, onun kassasiya şikayəti vermək hüququ əmələ gəlməmişdir. MPM-nin 408.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd olunan ları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 27 sentyabr tarixli, 2-2(106)-128/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar