Məhkəmə qərarları › İş №2-2(102)-141/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-141/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-141/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı2 və İddiaçı1 Cavabdeh1 xxx və Cavabdeh2nə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 vəkili Vəkil2, Cavabdeh2 vəkili Vəkil1, Cavabdeh1 xxx nun vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 xxx və Cavabdeh2nə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş madd i və mənəvi zərərin tutulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(103)-496/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçılar və cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2018-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 xxx qarşı müqavilənin etibarsız sayılması, obyektin təmirinə xərclənmiş vəsaitin, dəymiş zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Adil oğlu və Cavabdeh1 xxx arasında xxx ünvanında yerləşən binanın birinci mərtəbəs indəki qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinin aylıq icarə haqqı 7.500 manat olmaqla 5 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı1 öz vəsaiti hesabına həmin obyektdə əsaslı təmir işləri aparmışdır. Sonradan İddiaçı1 həmin qeyri-yaşayış sahəsinin 70 kv.m hissəsinin də aylıq icarə haqqı 2.000 manat olmaqla ona icarəyə verilməsi barədə başqa müqavilə bağlayaraq, 70 kv.m ölçüdə olan həmin obyekti də öz vəsaiti hesabına təmir etdirmişdir. Beləliklə, İddiaçı1 tamamilə yararsız vəziyyətdə olan həmin qeyri-yaşayış sahəsinin fəaliyyət göstərmək üçün yaxşı vəziyyətə gətirilməsinə 400.000 manat pul vəsaiti xərcləmişdir. Hazırkı iddianın qaldırılmasından 3 ay əvvəl Cavabdeh1 obyektə gələrək icarə haqqının 2 dəfə artırıldığını bildirmiş, əks halda obyektin boşaldılmasını t ələb etmiş, eləcə də İddiaçı1 çəkdiyi xərcin qaytarılmasından imtina etmişdir. Tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən onlara vaxtından əvvəl xitam verildiyi halda təmir üçün çəkilmiş bütün xərclər icarəyə verən tərəfindən ödənilməlidir. Odur ki, qeyd edilən obyektin təmirinə xərclənmiş 400.000 manat vəsait Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Sonradan aparılan araşdırma nəticəsində aydın olmuşdur ki, qeyd olunan obyekt Cavabdeh1 məxsus deyil. O, həmin ünvandakı 438.3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə X4 adından 08.06.2012-ci il tarixdə İddiaçı2 ilə notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi bağlamışdır. Lakin həmin tarixdən müəyyən müddət keçdikdən sonra C avabdeh1 İddiaçı2 bildirmişdir ki, yeni icarə müqaviləsi bağlanması vacibdir. 14.08.2012-ci il tarixdə onlar arasında binanın birinci mərtəbəsindəki 438.3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə notarial qaydada başqa müqavilə bağlanmışdır. İddiaçı2 həmin müqavilənin bağlanmasının mahiyyətini dərk etməsə də, bu təklifi Cavabdeh1 təkidi ilə qəbul etmişdir. 438.3 kv.m ölçüdə həmin qeyri-yaşayış sahəsinə aid sənədlərlə tanış olduqdan sonra isə məlum olmuşdur ki, obyekt Cavabdeh2nə məxsusdur. Aydın olmuşdur ki, Cavabdeh1 əvvəlki icarə müqavilələrini vergi orqanlarına təqdim etmədiyindən, 14.08.2012-ci il tarixdə notarial qaydada təsdiq olunmuş saxta icarə müqaviləsi bağlanmasını təmin etmişdir. 14.08.2012-ci il tarixli müqvilədə həmin o byektin fiziki şəxsə məxsus olması göstərilmişdir. Bununla həmçinin, Cavabdeh2 ötən müddət (4 il) ərzində aylıq icarə haqqı 9.500 manat olmaqla əldə etdiyi mənfəəti üzrə dövlət büdcəsinə 91.200 manat vergi ödənilməsindən yayınmışdır. Həmçinin, həmin məbləğin 50 faizi həcmində maliyyə sanksiyası da ödənilməlidir. Müəyyənləşmişdir ki, Cavabdeh1 Cavabdeh2 faktiki rəhbəridir. İddiaçı2lə Cavabdeh1 arasında bağlanmış 14.08.2012-ci il tarixli 3M/1031 reyestr nömrəli icarə müqaviləsi etibarsız sayılmalıdır. İddiaçı1 xxx ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 kv.m hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla Cavabdeh1 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödəmişdir. Cavab deh1 bir obyekt üzrə dörd müqavilə bağlaması və onları (iddiaçı tərəfi) obyektdən çıxarmaq və aldatmaq və bu istiqamətdə digər hərəkətləri nəticəsində İddiaçı1 və İddiaçı2 dəymiş mənəvi zərərin həcmi (hər birinə) 30.000 manat qiymətləndirilməlidir. Göstərilənlərə əsasən xxx ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki 438.3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin icarəyə verilməsi haqqında İddiaçı2lə Cavabdeh1 arasında bağlanmış 14.08.2012-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin obyektin təmirinə xərclənmiş 400.000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, həmçinin iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinə dəymiş mənəvi zərərə görə 30.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutu lması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçılar tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 337.3, 340.1, 425, 1096, 1097, 425-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına istinad etmişlər. İddiaçılar iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, İddiaçı2 və Cavabdeh1 xxx arasında bağlanmış 08.06.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və 14.08.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, qeyd edilən qeyri-yaşayış sahəsində əs aslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472.246 manat və əldən çıxmış faydaya görə 18.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, həmçinin dəymiş mənəvi zərərə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin xeyrinə 30.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.05.2016-cı il tarixli qərardadı ilə iş baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı, 25 aprel 2018-ci i l tarixli qətnaməsi ilə (hakim: R.L.Kərimli) iddia qismən təmin edilərək İddiaçı2 və Cavabdeh1 xxx arasında bağlanmış 08.06.2012-ci il tarixli və 14.08.2012-ci il tarixli icarə müqavilələrinin etibarsız sayılması, xxx ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199.752 manat vəsaitin cavabdehlər Cavabdeh2ndən və Cavabdeh1 xxx ndan müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, qalan 15 manatın iddiaçılara aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatının iddiaçılara, qalan 100 manatının cavabdehlərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 xxx və İddiaçı2 arasında bağlanmış 08.06.2012-ci il tarixli müqavilə və 14.08.2012-ci il tarixli müqavilə 10.01.2012-ci il tarixdə bağlanmış icarə müqaviləsini pərdələmək üçün bağlanmış yalan əqd kimi qiymətləndirilməlidir. Qeyd edilən qətnamədən həm iddiaçılar, həm də cavabdehlər apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin X1 2-2(103)-496/2018 saylı, 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar və cavabdehlər ayrıayrılıqda kassasiya şikayəti vermişlər. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-496/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən iddiaçıların apelyasiya şikayətinin təmin edilmədiyi hissəsində ləğv edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “təmir xərclərinin və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının tam təmin edilməsi, iş üzrə 200 manat olan ekspertiza xərcinin, birinci instansiya məhkəməsində iddia qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın, apelyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın və kassasiy a şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın bütövlükdə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı1, Cavabdeh1 ilə xxx ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 kv.m-lik hissəsinin aylıq icarə haqqı 7500 (yeddi min beş yüz) manat olmaqla 5 il müddətinə icarəyə götürülməsi barədə 10 yanvar 2012-ci il tarixdə icarə müqaviləsi bağlayaraq obyektin həmin hissəsində öz vəsaiti hesabına əsaslı şəkildə təmir işləri aparmış, əşya və avadanlıqlar quraşdırmışdır. Daha sonra, İddiaçı1 qeyd edilən obyektin 70 kv.m-lik hissəsinin də 2000 (iki min) manata icarəyə götürülməsi barədə Cavabdeh1 ilə 2012-ci ildə icarə müqaviləsi bağlayaraq obyektin 70 kv.m-lik hissəsini də öz vəsaiti hesabına əsaslı şəkildə təmir etdirmiş, əşya və avadanlıqlar quraşdırmışdır. Beləliklə, İddiaçı1 daha əvvəl istifadəyə tamamilə yararsız olan obyektdə əsaslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına 21 yanvar 2012-ci il tarixli 133 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə və həmin müqaviləyə 05 sentyabr 2012-ci il tarixli əlavəyə uyğun olaraq 26 yanvar 2012-ci il tarixli, 08 aprel 2012-ci il tarixli, 03 oktyabr 2012-ci il tarixli kassa mədaxil orderlərinin qəbzlərinə əsasən 472.246,90 manat vəsait xərcləmişdir. 10 yanvar 2012-ci il tarixdə icarə müqaviləsinin şərtləri pozularaq qeyri-yaş ayış sahəsinin 70 kv.m.-lik hissənin (obyektin sağ tərəfi) açarları Cavabdeh2 nümayəndəsi Cavabdeh1 tərəfindən İddiaçı1 alınmış və obyektin həmin hissəsindən İddiaçı1 istifadə edə bilməmişdir. Həmçinin, Cavabdeh1 2015-ci ilin noyabr ayında obyektin 70 kv.m.-lik hissənin (obyektin sol tərəfi) açarlarını bəhanə ilə İddiaçı1 almış və fürsətdən istifadə edərək Cavabdeh2 ilə X7 arasında 10.11.2015-ci il tarixli icarə müqaviləsi bağlayaraq obyektin həmin hissəsini sonuncuya icarəyə vermişdir. Halbuki, obyektin qeyd edilən hissəsi üçün 10.11.2015-ci il tarixdən sonrakı dövr üzrə də İddiaçı1 ilə 01.09.2012-ci ildə bağlanmış yuxarıda qeyd edilən icarə müqaviləsi qüvvədə olmuşdur. Belə olan halda, Cavabdeh2 438.3 kv.m olan qeyri-yaşayış sahəsindən 60 kv.m-lik hissəsinin icarəyə verilməsi barədə 10 n oyabr 2015ci il tarixdə bağlamış icarə müqaviləsi üzrə icarə haqqına görə hər ay 500 manat fayda götürdüyü görünür. Lakin reallıqda qeyri-yaşayış sahəsinin 60 kv.m-lik hissəsinin həqiqi icarə qiyməti aylıq 1.500 (min beş yüz) manatdır. Odur ki, əslində Cavabdeh2 438.3 kv.m qeyri-yaşayış sahəsinin həmin hissəsindən 10 noyabr 2015-ci il tarixdə bağlamış icarə müqaviləsi üzrə həmin tarixdən 10 aprel 2018-ci il tarixə qədər olan müddət üçün icarə haqqına görə 43.500 manat fayda götürmüşdür. Bundan əlavə, Cavabdeh2 direktoru İ.Vəliyevin və nümayəndəsi Cavabdeh1 hərəkətləri nəticəsində İddiaçı1 qeyd edilən obyektin sonuncu dəfə onun (İddiaçı1) istifadəsində qalan 298.3 kv.m-lik hissəsində də 25 iyun 2016-cı il tarixdən etibarən öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur və daha sonra xxx tərəf indən obyektin həmin hissəsinin qapısının qıfılı qırılaraq yeni qıfıl quraşdırılmışdır. 08 avqust 2017-ci il tarixdə iddiaçıların, Cavabdeh1 və Məhkəmə Ekspertiza Mərkəzinin əməkdaşının iştirakı ilə sözügedən qeyri-yayış sahəsinə baxış keçirilmiş və bu hal müvafiq qaydada aktlaşdırılmışdır. 2017-ci ilin oktyabr ayında həmin obyektə İddiaçı1 tərəfindən quraşdırılmış avadanlıqların çox hissəsi iddiaçılara məlumat verilmədən Cavabdeh2 rəhbərinin və nümayəndəsinin göstərişi ilə qeyri-peşəkar insanlar tərəfindən sökülüb yararsız hala salınmış və bu avadanlıqlar müəyyən müddətdən sonra naməlum istiqamətə aparılmışdır. Daha sonra qeyri-yaşayış sahəsinin divarına, obyektin icarəyə verilməsi haqqında elan vurulmuşdur. Bundan sonra obyekt başqa şəxsə icarəyə verilmiş və obyektdə təmir-quraşdırma i şləri aparılmışdır. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 ilə X7 arasında 438.3 kv.m olan qeyri-yaşayış sahəsindən 60 kv.m-lik hissəsinin icarəyə götürülməsi barədə 10 noyabr 2015-ci il tarixdə bağlamış icarə müqaviləsinə istinad etsə də, İddiaçı1 həmin icarə müqaviləsinə əsaslanaraq əldən çıxmış faydaya görə 43.500 (qırx üç min beş yüz) manatı cavabdehlərdən tələb etməsini əsassız hesab etmiş, bununla da məhkəmə tərəfindən sübutların qiymətləndirilməsində ziddiyyət yaranmamışdır. Göründüyü kimi, iddianın rədd edilməsi hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozularaq sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxılmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi hissəsini ümumiyyətlə əsaslandırmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 217.1-ci və 217.4-cü maddələrinin tələbləri pozulmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28.11.2017-ci il tarixli ekspertiza rəyində iddiaçıların iddiasına uyğun gələn rəy verilmişdir. Belə olan halda, iş üzrə 200 manat olan ekspertiza xərci bütövlükdə cavabdehlərdən tutulmalıdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçıların ödədiyi rüsumla rı və ekspertiza tədqiqatlarının dəyərinin 100 manatlıq hissəsini iddiaçılara aid etməklə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-496/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnaməsinin qismən iddiaçıların apelyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı “təmir xərclərinin və zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının tam təmin edilməsi, iş üzrə 200 manat olan ekspertiza xərcinin, birinci instansiya məhkəməsində iddia qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat ın, apelyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın və kassasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın bütövlükdə cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İddiaçı1 kassasiya şikayətində digər İddiaçı2 tərəfindən verilmiş şikayətdəki xüsusatları təkrar etmişdir. Cavabdeh Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-2(105)-496/2018 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş olunur. Kassasiya şik ayətində bildirilir ki, İddiaçı2 ilə notarial qaydada bağlanmış 08.06.2012-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 438.3 kv.m olan qeyri - yaşayış sahəsindən 368.3 kv.m-lik hissəsi Cavabdeh2 tərəfindən 5 il müddətinə, ayda 2.800 manat icarə haqqı ödənilməsi şərti ilə İddiaçı2 icarəyə verilmişdir. Məhz həmin müqavilə əsasında İddiaçı2 ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Bir müddətdən sonra cavabdehin xahişi ilə (müqaviləni vergi orqanına verdiklərini və başqa nüsxəsinin qalmadığını bildirməklə) 14.08.2012-ci il tarixdə eyni əsaslarla Cavabdeh2nə aidiyyəti olmayan (yə ni, Cavabdeh2 tərəf olmadığı) yeni müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər Cavabdeh2 deyil, Cavabdeh1 və İddiaçı2 olmuşdur. Bu isə Cavabdeh2 üçün heç bir öhdəlik yarada bilməzdi. Belə ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən ona verilmiş etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərindən mülki qanunvericilikdə nəzərdə tutulan imperativ normaları pozmaqla Cavabdeh2 mülkiyyətində olan əmlak barəsində öz adından əqd bağlamışdır. Bu isə mülki qanunvericiliyin tələblərinə ziddir, bu səbəbdən də 14.08.2012-ci il tarixli müqavilə Cavabdeh2 üçün heç bir vəzifə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə tə msilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 14.08.2012-ci il tarixli icarə müqaviləsi də məhz təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində bağladığı əqddir ki, bu da iddiaçı üçün öhdəlik yarada bilməz. Eyni zamanda, həmin müqavilənin sonradan həmin müqavilə tərəfləri tərəfindən ləğv edilməsi də Cavabdeh2 üçün heç bir hüquq və ya vəzifə yaratmır. Daha sonra qeyd edilir ki, digər iki əlyazma icarə müqavilələrinin (10 yanvar 2012-ci il tarixli və sentyabr 2012-ci il tarixli) isə ümumiyyətlə Cavabdeh2nə aidiyyəti yoxdur, bu müqavilələrin əsli olmadığından, surətçoxaltma aparatı vasitəsi ilə hazırlanmış müqavilələr kimi sübut əhəmiyyət kəsb edə bilməz. Baxmayaraq ki, iddiaçılar həmin müqavilələrin əslinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində olduğunu bildirmişlər, bu hal isə sübuta yetirilməmiş, apelyasiya instansiyası məhkəməsi isə həmin müqavilələrin əslinin tələb edilməsində maraqlı olmamışdır. Yenə eyni qaydada həmin müqavilələr (əsilləri olmasa da fərz etsək ki, doğurdan da belə müqavilələr mövcuddur) Cavabdeh2nə aidiyyəti olmayan, onun tərəf olmadığı müqavilələrdir ki, bu da müəssisə üçün öhdəlik yarada bilməz. Birinci və apelyasiya instansiya məhkəməsi hansısa absurd "hüquqi mövqeyə və daxili inama" əsaslanaraq, əsli mövcud olmayan, Cavabdeh2 tərəfi olmadığı müqaviləyə (10 yanvar 2012-ci il tarixli və sentyabr 2012-ci il tarixli) Cavabdeh2 üçün hüquq və vəzifə yaradan müqavilə "don"u geyindirmiş və heç bir hüquqi əsas olmadan belə qənaətə gəlmişdir ki, 10 yanvar 2012-ci il tarixli müqavilənin tərəfi olmuş İddiaçı1 həqiqətən də icarəçi olmuş, baxmayaraq ki, Cavabdeh2 10 yanvar 2012-ci il tarixli müqavilənin tərəfi deyil, əslində həmin müqavilə Cavabdeh2 həqiqi iradəsini ifadə etmiş, sonrakı bütün müqavilələr, eləcə də 08.06.2012-ci il tarixli icarə müqaviləsi əhəmiyyətsiz, formal xarakter daşımışdır. Məhkəmə kollegiyası bir şeyi nəzərə almamışdır ki, onun əhəmiyyətsiz əqd kimi yanaşdığı İddiaçı2 ilə notarial qaydada bağlanmış məhz 08.06.2012-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı2 ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Əgər həqiqətən də həmin müqavilə İddiaçı2 iradə ifadəsi deyildirsə, əslində qeyri-yaşayış sahəsi İddiaçı1la bağlanmış, əsli olmayan mübahisəli, Cavabdeh2 tərəfi olmadığı 10 yanvar 2012-ci il tarixli müqavilə əsasında icarəyə verilmişdirsə, onda hansı səbəbdən vergi ödəyicisi kimi uçota alınarkən və sahibkarlıq fəaliyyəti ilə məşğul olunarkən məhz 08.06.2012-ci il tarixli icarə müqaviləsinə istinad olunmuşdur?! Digər tərəfdən, qətnamədə 08.06.2012-ci il tarixli icarə müqaviləsinin formallığının nədən ibarət olduğu, hansı zərurətdən belə bir formallığa gedildiyi əsaslandırılmamışdır. Halbuki, Cavabdeh2 əsl iradə ifadəsi və qanunvericiliklə nəzərə tutulduğu qaydada tərəfi olduğu müqavilə 08.06.2012-ci il tarixli icarə müqaviləsidir və digər müqavilələrin ona heç bir aidiyyəti ola bilməz. Cavabdeh1 xxx tərəfindən verilmiş kassasiya şikayəti: Həmin kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-2( 103)-496/2018 saylı 01.11.2018 -ci il tarixli qətnaməsi ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində bildirilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsassızdır, məhkəmə kollegiyası tərəfindən maddi hüquq normaları pozulmuş, səhv tətbiq və təfsir edilmişdir. Buna görə də həmin qətnamə ləğv edilməli və iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasındakı mülki hüquq münasibətləri 08.06.2012-ci il tarixli müqavilə ilə yaranmış və davam etmişdir. Cavabdeh2 Cavabdeh1 etibarnamə verərək qeyd olunan obyekti icarəyə vermək hüququ vermiş və o, 08.06.2012-ci il tarixdə notariatda aylıq 2.800 manat icarə haqqı ödənilməklə İddiaçı2lə icarə müqaviləsi bağlamış v ə müqavilə notarius tərəfindən təsdiq edilmişdir. Lakin həmin müqavilədə Cavabdeh2 adı qeyd olunmadığından, İddiaçı2 təklifi ilə 14.08.2012-ci il tarixdə Cavabdeh2 adı qeyd edilməklə yeni müqavilə bağlanılmış və müqavilə rəsmi qaydada notarius tərəfindən təsdiq edilmişdir. İddiaçı2 (VÖEN № **********) ilə bağlanmış müqavilə Lokal Vergilər Departamentində qeydə alınmışdır. Məhkəmənin hansı əsasla notariusda təsdiq edilmiş, vergidə qeydiyyata alınmış və həmin qeydiyyat üzrə rəsmi qaydada icarə haqqı ödənmiş və icra müddəti bitmiş müqaviləni etibarsız hesab edilməsi anlaşılan deyil. Cavabdeh1 nə Cavabdeh2 adından, nə də öz adından İddiaçı1 ilə 10 yanvar 2012ci il tarixli və sentyabr 2012-ci il tarixli müqavilələr bağlamamışdır. Məhkəməyə təqdim edilmiş hər iki müqavilənin əsli məhkəməyə təqdi m edilmədiyindən imzanın xətşünaslıq ekspertizasına göndərilməsi və həmin imzaların Cavabdeh1 məxsus olmasının yoxlanılması barədə vəsatət verilmişdir. Məhkəmənin hansı əsasla Cavabdeh1 imzalamadığı, saxta kserosurət aparatı ilə düzəldilmiş və əsli məhkəməyə təqdim edilməmiş müqaviləni (notariusun təsdiq etdiyi Vergilər Nazirliyinin qəbul etdiyi müqaviləni görməzdən gələrək) əsas götürməsi anlaşılan deyil. Məhkəmə notarial təsdiqi olmayan yalnız kserosurəti olan müqavilələrin Vergilər Nazirliyi tərəfindən qeydə alınmadığını biləbilə bu qərara gəlməsi hüquq sisteminə xələl gətirir. Daha sonra qeyd edilir ki, Cavabdeh2nə məxsus Nərimanov rayonu, K.Rəhimov küçəsi 22 ünvanda yerləşən obyekt Lokal Vergilər Departamentində yalnız İddiaçı2 və X2 adına qeydiyyata alınmışdır. İddiaçı1 ilə rəsmi hüq uq münasibətləri olmamış, o, Lokal Vergilər Departamentində sahibkar kimi qeydə alınmamış, vergi ödəməmişdir. Bundan başqa, mağaza 2012-2017-ci illərdə İddiaçı2 və İddiaçı1 tərəfindən istifadə edilməsinə baxmayaraq həmin mağaza Lokal Vergilər Departamentində İddiaçı1 3-cü şəriki, həbsdə olan X2 (məhkəmə mübahisəsi zamanı həbsdə idi) (VÖEN № **********) adına qeydiyyata alınmışdır. Məhkəmədə iddiaçılara sual verəndə ki, qeyd olunan obyekt X2 adına necə qeydiyyata alınmışdır, iddiaçılar sualdan yayınmışlar. Bu faktın rəsmi vergi sənədləri əsasında sübut etdilməsinə baxmayaraq məhkəmə bu faktlara hüquqi qiymət verməmişdir. Ən əsası odur ki, Cavabdeh1 etibarnamə ilə Cavabdeh2 təmsil etmişdir. Məhkəmə əsassız olaraq zorla onu tərəf kimi tanımaq və onun üzərinə öhdəlik qoymağa çalışır. İşdə işti rak edən şəxslərin izahatları: İddiaçıların vəkili kassasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 vəkili Vəkil1 verdiyi kassasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh1 xxx nun vəkili F.Nəcəfov verdiyi kassasiya şikayətinin təmin edilməsini, iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya i nstansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses i ştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəal ara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam ar aşdırılmadığından düzgün müəyyən edilməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən xxx ünvanında yerləşən 438.3 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh2 tərəfindən satın alınmış və 13.03.2001-ci il tarixdə müəssisəyə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iş materiallarına 4 icarə müqaviləsi əlavə edilmişdir: 1) Cavabdeh1 xxx ilə İddiaçı1 arasında Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22 ünvanda yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı 7500 manat olmaqla icarəyə verilməsi barədə 10.01.2012-ci il tarixli icarə müqaviləsi; 2) Cavabdeh1 xxx ilə İddiaçı1 arasında həmin ünvanda 70 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2012 -ci ilin sentyabrında (müqavilənin bağlanma tarixi göstərilməyib) bağlanmış icarə müqaviləsi; 3) Cavabdeh2 təsisçisi X4 adından Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 16.10.2009-cu il tarixli 7-e-61/22215 nömrəli etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən Cavabdeh1 xxx ilə “icarəçi” İddiaçı2 arasında ünvan 2 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 438.3 kv.m olan qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin, müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilməsi barədə 08.06.2012-ci il tarixli müqavilə; 4) İddiaçı2 ilə Cavabdeh1 xxx arasında bağlanılmış 14.08.2012-ci il tarixli, eyni məzmunlu icarə müqaviləsi. İş materiallarından görünür ki, Cavabdeh2 təsisçisi X8 adından ünvan 2 ünvanında yerləşən 438.3 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı onu təmsil etmək səlahiyyəti Cavabdeh1 xxx verilmişdir. İddiaçılardan İddiaçı1 iddia tələbində Cavabdeh1lə bağladığı icarə müqavilələrinə (yuxarıda 1-ci və 2-ci sırada qeyd edilən müqavilələr) istinad edərək, icarəsinə verilmiş qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472.246 manat və əldən çıxmış faydaya görə 18.000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini, həmçinin 30.000 manat mənəvi zərərin tutulmasını xahiş etmişdir. İşə baxan məhkəmələr İddiaçı1 iddiasını qismən təmin edərək, xxx ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sər f edilmiş 199.752 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutulmasını qət etmişlər. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən hesab etmişdir ki, İddiaçı1 ilə Cavabdeh2 etibarnaməsi əsasında müvafiq daşınmaz əmlakın idarəçisi kimi Cavabdeh1 xxx arasında 10.01.2012-ci il tarixli və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələri bağlanmış və tərəflər arasındakı əsl münasibətlər həmin müqavilələr əsasında qurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi 10.01.2012-ci il tarixli və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələrini etibarlı əqd kimi qiymətləndirərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, İddiaçı1 iddia ərizəsində qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 kv.m hissəsinə görə aylıq ic arə haqqı 2.000 manat olmaqla Cavabdeh1 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödədiyini bildirsə də, iş materiallarına icarə haqqının ödənilməsi barədə sübut əlavə edilməmiş və məhkəmələr bu hala aydınlıq gətirməmişlər. Bundan əlavə, İddiaçı1 fərdi sahibkar olaraq icarəyə götürdüyü sahədə 04 il müddətdə fəaliyyət göstərdiyini bildirsə də, bu barədə vergi orqanında məlumatın qeydə alınıb-alınmadığı məhkəmələr tərəfindən araşdırılmamışdır. Ümumiyyətlə, həmin qeyriyaşayış sahəsində 2012-ci ilin yanvar ayından iddia qaldırılan vaxtadək vergi ödəyicisi kimi kimlərin fəaliyyətinin qeydə alınması ilə bağlı vergi orqanına sorğu verilməmiş, apelyasiya instansiyası məhkəməsi bu hala aydınlıq gətirməmişdir. Halbuki, Cavabdeh1 Əmrağa həm birinci instansiya məhkəməsində, həm də apelyasiya ş ikayətində bildirmişdir ki, İddiaçı2 onunla notarial qaydada bağlanmış 08.06.2012-ci il tarixli icarə müqaviləsinə əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Lokal Vergilər Departamentinə müraciət edərək vergi ödəyicisi kimi uçota alınmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda işdən görünür ki, apelyasiya instansiyası məhkəməsi 10.01.2012-ci il tarixli və sentyabr 2012-ci ilin tarixli icarə müqavilələrinin əsilləri və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin iş materiallarında olmamasına baxmayaraq bu əqdləri etibarlı saymışdır. Həmin müqavilələrin iş materiallarında yalnız fotosurəti mövcuddur və bu müqavilələrin arxa tərəfində aparılmış qeyddən görünür ki, Xızı rayonu dövlət notariat kontorunun dövlət notariusu bu fotonun düzgünlüyünü təsd iq etmişdir. Belə olan halda, apelyasiya məhkəməsi həmin müqavilələri sübut kimi qəbul edib, etibarlı əqd kimi qiymətləndirməkdə haqlı olmamış, mülki prosessual qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 89.1 və 89.3 maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdi m edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası qanununa əsasən notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun. Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olu nduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun. Lakin hazırkı halda notarius qeyd edilən müqavilələrin fotosunu təsdiq etməklə qanunvericiliyin tələbini pozmuşdur. Apelyasiya instansiya məhkəməsi əslinin olduğu iddia edilən müqavilənin əldə edilməsi üçün zəruri tədbirlər görməmiş, qanuna zidd olmasına baxmayaraq fotosurət əsasında müqavilənin həqiqiliyini təsdiq etmişdir. İddiaçıların nümayəndəsi 10 yanvar 2012-ci il tarixli və sentyabr 2012-ci il tarixli müqavilələrin əsillərinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edildiyini bildirsə də, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış, sorğu verməklə həmin müqavilələrin əslini tələb etməmişdir. Həmçinin işdən görünür ki, cavabdeh buraxılmış iddia müddətinin tətbiqi barədə ərizə versə də, işə baxan məhkəmə lər əqdin etibarsızlığı ilə bağlı tələbə iddia müddətinin tətbiqinə əsas olmadığını qeyd etmişlər. Halbuki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqa nlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Ona görə də işə apelyasiya qaydasında yenidən baxılarkən İddiaçı1 icarə müqaviləsindən nə vaxt (müqavilə bağlanarkən, yoxsa sonra) xəbər tutduğu aydınlaşdırılmalı və iddia müddətinin axımının başla nma anı müəyyən edilməlidir. Əqdin etibarsızlığı ilə bağlı mübahisələndirmə (kəsici) müddəti isə Mülki Məcəllənin 354.2-ci maddəsində bir il nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə bir daha müzakirə edilməli, iddia müddətinin axımının nə vaxt başlanması, onun keçib-keçmədiyi dəqiq müəyyən edilməklə tələbə qiymət verilməlidir. İddia müddətinin axımının başlanması anının dəqiq müəyyən edilməsi mübahisəli hüquq münasibətinə həmin münasibətlərin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarının tətbiqi baxımından da əhəmiyyətlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. “Stanyo Belçikaya qarşı” iş üzrə 07.07.2009-cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. ( 217.1 və 217.3) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 217-ci maddəsinin tələblərinə uyğun qəbul edilməmişdir. Ona görə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417, 418.1 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyas ı qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-496/2018 saylı 01 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 xxx və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar