Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-141/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızı ( sədrlik edən-məruzəçi), hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli 2-2(105)125/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasın da baxılmışdır. I. İŞİN HALLARİ
1. Hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “satıcı” Cavabdeh (VÖEN: **********) ilə “alıcı” "xxxx" QSC (VÖEN: **********) (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış 2018-ci il 26 sentyabr tarixli 002-26/09/2018 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, “satıcı” hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları “alıcı”ya satır və “alıcı” öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən “satıcı”ya ödəyir. 2. 2018-ci il 26 sentyabr tarixli 002-26/09/2018 nömrəli müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 2018-ci il 12 dekabr tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokoluna (Əlavə 2) görə, həmin protokola əsasən 20 18-ci il 26 sentyabr tarixli 00226/09/2018 nömrəli müqavilə üzrə satıcı Cavabdeh tərəfindən alıcı "xxxx" QSC-yə cəmi 50.400 (əlli min dörd yüz) manat dəyərində 560 (beş yüz altmış) ədəd “Kobra Led” lampasının satılması barədə razılığa gəlinmişdir. 3. 50.400 manat dəyərində olan 560 ədəd “led çöl lampası” ilə bağlı Cavabdeh tərəfindən "xxxx" MMC-yə 2018-ci il 29 noyabr tarixli 956376 nömrəli elektron qaimə təqdim edilmişdir. 4. "xxxx" QSC-nin bank hesabından Cavabdeh bank hesabına 2018-ci il 14 dekabrda 10.000 (on min) manat və 2019-cu il 29 martda isə 40.400 (qırx min dörd yüz) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" QSC (bundan sonra mətndə- iddiaçı) Cavabdeh (bundan sonra mətndəca vabdeh) qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.400 (əlli min dörd yüz) manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 26 sentyabr tarixli 002-26/09/2018 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə görə “satıcı” (cavabdeh) hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları “alıcı”ya (iddiaçı) satır və alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir. İddiaçı müqavilə öhdəliklərini və üzərinə düşən vəzifələri vicdanla, laz ımi qaydada və tam olaraq icra etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri ciddi şəkildə pozularaq icra edilməmişdir. Belə ki, tərəflər arasında 2018-ci il 12 dekabr tarixində müqaviləyə 2 nömrəli əlavə imzalanmışdır. Qeyd edilən əlavəyə görə cavabdeh tərəfindən iddiaçıya 50.400 manatlıq mallar satılmalı, iddiaçı tərəfindən isə malların dəyəri ödənilməli idi. İddiaçı tərəfindən 2 nömrəli əlavədə göstərilən malların dəyəri 2018-ci il 14 dekabr və 2019-cu il 29 mart tarixlərində tam olaraq cavabdehə ödənilsə də, sonuncu tərəfindən əlavədəki mallar bugünədək iddiaçıya təhvil verilməmişdir. Halbuki, müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində satıcı malları qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür. Həmçinin, müqavilənin 2. 2-ci maddəsinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir. Dəfələrlə haqqında bəhs edilən malların təhvil verilməsi ilə əlaqədar cavabdehlə danışıqlar aparılsa da, heç bir nəticəsi olmamışdır.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə-MM) 385.1, 442, 443.5, 445.1, 445.2, 448.1, 568.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli, e-2-2(119)-90/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Zülfüqar Sadıqov).
10. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçının xeyrinə cavabd ehdən 50.400 manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilənin icrası ilə əlaqədar tərtib edilərək təsdiq olunmuş 2018-ci il 12 dekabr tarixli 02 saylı “Qiymətlərin razılaşdırma” Protokolunun (Əlavə 2) tələblərinə uyğun olaraq 560 ədəd “Kobra Led” lampasının alınması üçün 2018-ci il 14 dekabrda 10.000 manat və 2019-cu il 29 martda 40.400 manat olmaqla, cəmi 50.400 manat məbləğində pul vəsaiti alıcı tərəfindən satıcının hesabına ödənilməsinə və həmin müqavilə ilə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, almış olduğu pul vəsaitinin müqabilində “satıcı” tərəfindən protokolda nəzərdə tutulan “Kobra Led” lampaları “alıcı”ya verilməmişdir.
11. Bundan əlavə, cavabdeh “Kobra Led” lampalarının alınması üç ün iddiaçı tərəfindən cəmi 50.400 manat məbləğində pul vəsaitinin ödənildiyini mübahisələndirməsə də, həmin pulun müqabilində nəzərdə tutulan “led” lampalarını heç bir təhvil-təslim aktı tərtib olunmadan iddiaçıya satdığını bildirmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilməli idi.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-in 385.1, 425.1, 427.3, 445.1, 448, 567, 568.1, 569.1, 575.1, 599.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğ v olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli, 2-2(105)-125/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2018-ci il 29 noyabr tarixli 956376 nömrəli elektron qaiməyə görə 50.400 manat dəyərində 560 ədəd “led çöl lampası” cavabdeh tərəfindən hüquqi şəxs olan iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən alınan mallara görə pul vəsaiti 2018-ci il 14 dekabr və 2019-cu il 29 mart tarixlərdə ödənilmişdir. Adı çəkilən elektron qaimə-faktura proq ram təminatı tərəfindən silinməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə işin bu hallarına qiymət verilməmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. Bu səbəbdən, cavabdehin alqı-satq ı müqaviləsi üzrə iddiaçıya 50.400 manat məbləğində mal verməsi işin materiallarında olan elektron qaimə ilə təsdiqini tapdığından, öhdəliyin icra edilməməsinə əsaslanan mövcud iddia tələbi təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 404.1, 404.2, 425.1, 442, 567-ci maddələrinə, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 3.7, 3.9, 5-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2021-ci il 3 noyabr tarixdə proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmişdir.
19. Qətnamədən iddiaçı tərəfindən 2021-ci il 4 yanvar tarixdə kassasiya şikayəti verilmiş, onun ləğ v edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayəti və ona əlavənin dəlilləri:
20. MPM-in 385.1.1, 386, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur - Qətnamədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.3, 2.2.4 və 2.6-cı bəndləri deyil, mübahisəyə heç bir aidiyyəti olmayan 3.7 və 3.9-cu bəndlərinə istinad edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.4-cü bəndinə istinad edilmişdir. Tərəflər arasındakı əməliyyatlar isə 2018-ci ilin dekabr və 2019-cu ilin mart ayında aparılmışdır. Başqa sözlə, məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2021-ci il 6 fevral tarixinədək qüvvədə olmuş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na istinad edilə bilərdi.
22. Elektron qaimə-faktura cavabdeh tərəfindən qiymətlərin razılaşdırma protokolunun imzalanmasından daha öncə təqdim edilmişdir. Bu isə onun göstərir ki, təqdim edilmiş elektron qaimə-faktura formal xarakter daşıyır və malların iddiaçıya təhvil verilməsi ilə heç bir şəkildə əlaqəli deyildir.
23. Cavabdehin nümayəndəsi tərəfindən işə apellyasiya instansiya məhkəməsində baxılan zaman və apellyasiya şikayətində tərəflər arasında müqavilənin 2018-ci ildə bağlandığı, cavabdeh tərəfindən malların isə 2019-cu ildə çatdırılmalı olduğu halda, iddianın 2021-ci ildə qaldırıldması ilə bağlı qeydlərinə münasibətdə bildirilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir və iddiaçı tərəfindən bu müddət ötürülməmişdir. Həmçinin, iddia 2021-ci ildə deyil, 2019-cu ildə qaldırılmışdır.
24. Mübahisəyə hüquqi qiymət verilən zaman tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2 və 2.4-cü bəndləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 2018-ci il 11 iyun tarixli Qərarındakı mövqeyi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yo xlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmay ıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə
599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
30. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.... 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsasl ılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. [26 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər arasında 2018-ci il 26 sentyabr tarixli, 002-26/09/2018 saylı alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən, “satıcı” hazırki müqavilənin ayrılmaz hissəsi sayılacaq göstərilən malları “alıcı”ya satmağı və “alıcı” isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməyi öhdəsinə götürmüşdür.
31. İddiaçı hazırki tələbində 2018-ci il 26 sentyabr tarixli 002-26/09/2018 saylı müqavilə üzrə cavabdehdən 50.400 manat məb ləğində borcun tutulmasını xahiş edir.
32. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 50.400 manat məbləğində mal verməsi işin materiallarında olan 2018-ci il 29 noyabr tarixli elektron qaimə ilə təsdiqini tapdığından, öhdəliyin icra edilməməsinə əsaslanan mövcud iddia tələbi təmin edilməməlidir.
33. Məhkəmənin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, 2018-ci il 29 noyabr tarixli elektron qaimə-faktura cavabdeh tərəfindən qiymətlərin razılaşdırma protokolunun imzalanmasından daha öncə təqdim edilmişdir. Bu isə onun göstərir ki, təqdim edilmiş elektron qaimə-faktura formal xarakter daşıyır və malların iddiaçıya təhvil verilməsi ilə heç bir şəkildə əlaqəli deyildir. Həmçin in məhkəmə mübahisəyə hüquqi qiymət verən zaman tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.2 və 2.4cü bəndlərini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 2018-ci il 11 iyun tarixli Qərarındakı mövqeyi nəzərə almamışdır.
34. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
35. İlk növbədə qeyd olunmalıdır ki, MPM-in 80 və 81-ci maddələrinin tələbləri baxımından məhkəmə tərəfindən işdə olan sübutlara həm in sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi) və mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) baxımından qiymət verilməlidir.
36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər 2018-ci il 26 sentyabr tarixli müqavilə üzrə 50.400 manat dəyərində malın veriləcəyi barədə qiymət razılaşma protokolunu 2018-ci ilin 12 dekabr tarixində tərtib etmişlər, sözügedən elektron qaimə isə 2018-ci il 29 noyabr tarixində tərtib edilmişdir.
37. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi 2018-ci il 29 noyabr tarixli elektron qaimənin hazırki işdə sübuti əhəmiyyətini müəyyən edərkən, 2018-ci ilin dekabrında qiyməti və miqdarı barədə razılığa gəlinmiş malın, artıq 2018-cu ilin noyabr tarixli elektron qaimə fa ktura ilə cavabdehə təhvil verilməsinin mümkünsüz olmasına düzgün hüquqi verməmiş, bununla da MPM-nin 80-ci maddəsinin tələbləri pozulmuşdur.
38. Bundan əlavə, zamana görə qüvvədə olmuş, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarının 2.2, 2.2.4-cü bəndlərinin tələbinə görə elektron qaimə fakturada, onun verilməsinə əsas olmuş sənədlərə- qaimələrə, qəbzlərə, çeklərə, müqavilələrə, təhvil-təslim aktlarına, ödəniş sənədlərinə, malların alınması üçün vəkalətnamə və s-ə istinad olunmalıdır.
39. Hazırki halda, cavabdehin təqdim etdiyi 2018-ci il 29 noyabr tarixli elektron qaimə fakturada, onun tərəflər arasında bağlanmış 2018-ci il 26 sentyab r tarixli müqaviləyə əsasən verildiyi qeyd olunmamışdır.
40. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız 2018-ci il 29 noyabr tarixli elektron qaimə fakturanın mövcud olması əsas götürülməklə işin mübahisələndirilən hallarına qiymət verilməsi MPM-nin 88-ci maddəsinin heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair tələbinə zidd olmuş, eləcə də məhkəmənin qətnaməsində istinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir.
41. Həmçinin qeyd edilməlidir ki, MM-in 599.1 və 599.2-ci, habelə 441-ci maddələrinin (bax yuxarıda § 29) məzmunundan aydın olur ki, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsi nəzərdə tutulmuşdursa, alıcı ödənişi müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əks halda, satıcı öz öhdəliyinin icrasını dayandıra və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini alıcıdan tələb edə bilər. 42. 2018-ci il 26 sentyabr tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı ilə təhvil verilir; satıcı malları satıcının anbarında Alıcı ödənişi həyata keçirdikdən sonra 15 təqvim günü müddətində qüsursuz olaraq təhvil verməyi öz üzərinə götürür (2.2, 2.4-cü bəndlər).
43. Baxılan iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən göründüyü kimi, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam ödəmək (qabaqcadan ödəniş) vəzifəsi nəzərdə tutulmuş və həmi n vəzifə iddiaçı olan alıcı tərəfindən yerinə yetirilərək, iddia olunan 50.400 manat məbləğində vəsait cavabdehin (satıcının) hesabına ödənilmişdir.
44. İddiaçının müqavilə şərtlərinə əsasən ödədiyi vəsaitin geri qaytarılmasına dair tələbinin əsasını məhz müqavilənin qeyd olunan 2.2, 2.4-cü bəndlərinin təşkil etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedən müqavilə şərtlərini ümumiyyətlə diqqətə almamış, bununla bağlı iddiaçının dəlilləri üzrə hər hansı qiymətləndirmə aparmamış, müqavilənin həmin şərtlərinə MM-in müvafiq maddi hüquq normalarını tətbiq etməmişdir.
45. Halbuki, mülki prosessual qanunvericiliyin qətnamənin qanuniliyi və əsaslılığı ilə bağlı imperativ tələblərinə (MPM-nin 217-ci maddəsi), eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə görə məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 14 fevral tarixli Qərarları).
46. Məhkəmə kollegiyasının mövqeyinə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə ilkin vergi uçot sənədi olmaqla, mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, x idmətlərin göstərilməsini birbaşa təsdiq etmir. İşə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalı, müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar adət, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə məcmu halında qiymətləndirilməlidir.
47. «….tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi P lenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2018-ci il 11 iyun tarixli qərarı)
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışında MPM-nin 80 və 88-ci maddəsinin tələblərinə əməl edilməklə, tərəflər arasında yaranmış mübahisəyə, onların arasında öhdəlik münasibətlərinin yaranmasının əsasını təşkil edən müqavilənin şərtlərinə və ona tətbiq olunacaq maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir.
49. Beləliklə, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə q ənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
50. Yuxarıda şərh edilənləri nəzərə alaraq və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 26 oktyabr tarixli 2-2(105)-125/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F Qəribov