Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-141/2023 24.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu, Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli, 2-2(105)-64/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq, I. MÜƏYYƏN ETDİ:
1. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 dekabr tarixli, e-2-2(119)1014/2021 nömrəli qətna məsi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış “Alkoqollu içkilərin satışına dair” 2018-ci il 20 avqust tarixli, 76 nömrəli müqaviləyə uyğun olaraq müxtəlif tarixlərdə satıb pulunu ödəmək şərti ilə götürülən mallara görə elektron qaimələr üzrə yaranmış 35.598,79 manat borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.098,88 manat, digər qaimələr üzrə ödənilməmiş 30.306,22 manat, cəmi 65.905 manat pulun Cavabdeh tutularaq, İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin 30 faizinin iddiaçıya, 70 faizinin cavabdehə aid edilməsi, hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 160 manatın 30 faizi, yəni 48 manatının iddiaçıya, 70 faizi, yəni 112 manatının cavabdehə ai d edilməsi, cavabdehdən 112 manat alınaraq iddiaçıya verilməsi, iş üzrə 126 manat məbləğində ekspertiza xərcinin 30 faizinin iddiaçıya, 70 faizinin cavabdehə aid edilməsi, iddiaçıdan 38 manat, cavabdehdən 88 manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 30 faizinin iddiaçıya, 70 faizinin cavabdehə aid edilməsi, ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 21 manat alınaraq iddiaçıya verilməsi qət edilmişdir (hakim Xəqani Tağıyev).
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 sentyabr tarixli, 2-2(105)-64/2022 nömrəli qətnaməsi ilə Cavabdeh qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 dekabr tarixli, e-2-2(119)-1014/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istə nildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya məhkəməsi tərəfindən qaytarılır: instansiyası 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermi rsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.... 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” III.ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
5. Məhkəmə tərkibi kassasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, kassasiya şikayəti Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsində müəyyən edilən forma və məzmun tələblərinə cavab vermədiyindən, onun qəbulundan imtina edilməlidir.
6. Kassasiya şi kayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası ilə müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. MPMnin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ib arət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
7. MPM-in 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
8. Apellyasiya instansiyası məhkəməsi MPM-in 407 və 408-ci maddələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş formada verilməmiş kassasiya şikayətini qaytarmalı olduğu halda, 2023-cü il 23 yanvar tarixli, 2-2(103)-64/2022 saylı qərardadla cavabdehin verdiyi kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verilmiş hesab edərək, kassasiya şikayətin i işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
9. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq Qərara aldı:
11. Cavabdeh kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.