Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-141/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X3 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(107)-114/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlə r Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 7510 manat olmaqla, cəmi 15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 2021-ci il tarixində Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları mağazasına gələrək Oğuz rayon, Xalxal kəndində Cavabdeh2 ilə birlikdə inşa etdikləri binanın tikintisi üçün inşaat materialları almışdırlar. O, cavabdehlərə inanaraq malları nisyə vermişdir. Cavabdehlər öhdəliklərini düzgün yerinə yetirməmiş və ödənilməmiş 15020 manat borcları qalmışdır.
3. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildi rmişdir ki, cavabdehlə aralarında inam və razılıq olub, bu səbəbdən də nisyə mallar satılmışdır. Sonradan satılmış malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh borcunun olduğunu “Whatsapp” yazışmaları və səs yazıları vasitəsilə etiraf etmişdir.
4. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o iddiaçıdan heç bir mal almamışdır. Məhkəmə aidiyyəti məsələsinə məhkəmə baxdıqdan sonra işə Nərimanov Rayon Məhkəməsində baxılan zaman izahatını verəcəkdir.
5. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia əsassızdır, iddiaçıya borcu yoxdur, obyekt Cavabdeh1 anasına məxsusdur, həmin obyekti icarəyə götürmüş, gəliri az olmuşdur, mallar həmin obyektə qəbul edilmiş və onun tərəfindən qəbul edilsə də həmin obyekt Cavabdeh1 aid olduğu üçün ona təh vil vermişdir. Belə ki, ilk dəfə Cavabdeh1la İddiaçı Oğuz rayonundan olduğu üçün o tanış etmiş və bu alqı-satqıya şəraiti o yaratmış, lakin alınan malların ona hər hansı bir aidiyyəti olmamışdır.
6. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 almış olduğu malları digər Cavabdeh1 məxsus obyekt üçün istifadə etdiyini nəzərə alaraq iddia tələbinin “15020 manat əsas borc, 200 manat mediasiya xərci və hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun Cavabdeh1 tutulması” kimi qəbul ediməsini və həmin tələbin təmin edilməsini xahiş etmişdir.
7. Şəki Kommersiya Məhkəməsinin 2024-cü il 29 iyul tarixli e-2-2(117)-665/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Mübariz Hüseynov).
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, C avabdeh1 2021-ci il tarixində Oğuz rayonu, Kərimli kəndində yerləşən inşaat materialları mağazasına Cavabdeh2 ilə birlikdə gələrək Oğuz rayon, Xalxal kəndində inşa etdiyi istirahət mərkəzində bina və kottejlərin tikintisi üçün inşaat materailları almışdırlar. İddiaçı tərəf öhdəliyini yerinə yetirsə də digər tərəf öhdəliyini tam yerinə yetiməmiş və ödənilməmiş 15020 manat borc qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh1 anası X1 rayonu Xal-Xal kəndi ünvanında yerləşən 250 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh2 1 illik icarəyə vermişdir. İddiaçı tərəfindən 75 ədəd satış qaiməsinin surətləri məhkəməyə təqdim olunmuş, həmin qaimələrə əsasən alıcı qismində qeyd olunmuş “Nəsimi Xal-Xal” adlı şəxsə müxtəlif tarixlərdə inşaat malları satılmışdır. Məhkə məyə təqdim olunmuş nisyə malların satılmasına dair qeydiyyat jurnalından edilmiş çıxarışa əsasən, cavabdeh ümumilikdə 16.020 manat dəyərində mal almış və cəmi 1000 manat ödəniş etmişdir. Əlavə olaraq içərisində iki ədəd səs yazısı olan audio-disk məhkəməyə təqdim olunmuş, həmin səs yazısı tərəflərin razılığı və iştirakı ilə dinlənilmişdir. Cavabdeh1 səs yazılarında bildirmişdir ki, o, 1000 manat ödəniş etmiş və onun təxmini 11000 manat borcu qalmışdır. Bundan başqa Cavabdeh1 bildirmişdir ki,həqiqətən də diskdə mövcud olan səs yazısı ona məxsusdur.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 borcunun hansı səbəbdən 15020 manat deyil, təxminən 11000 manat olmasını əsaslandırmamış, susmuş və borcunun ödənilməsinə dair sübutları təqdim etməmişdir. Qeyd edilən halda iddiaçı tələbinin əsasını sübut etmək üçün arqumentlərini ortaya qoysa da, cavabdeh tərəf etrazının əsasını sübut edə bilməmiş, bu halla münasibət bildirməmiş və susmuşdur. Bundan əlavə Cavabdeh1 borcunun mövcud-olub olmamasına dair verilən sualları cavabsız qoyub sussa da, Cavabdeh2 hazırkı borcla əlaqəsi olmadığını bildirmişdir. Eyni zamanda işdə olan sübutlar əsasında Cavabdeh2 Oğuz rayonunda yaşayan şəxs olduğundan inşaat materiallarının alınmasında Cavabdeh1 köməklik göstərərək iddiaçı ilə onu tanış etmiş, hətta digər cavabdehin anasının adına rəsmiləşdirilmiş Xal-xal kəndində yerləşən sahibkarlıq obyektini icarəyə götürərək istifadə etmiş, bu səbəbdən qeyd edilən obyektə göndərilən inşaat malları onun tərəfindən qəbul edilsə də, inşaat malları Cavabdeh1 məxsus obyektdə istifadə olunmuşdur. Qeyd edilən inşaat mate riallarının qaimələri Cavabdeh1 məxsus mobil nömrədə olan “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona təqdim edilmişdir. Cavabdeh1 şahidin bildirdiyi bu fakta heç bir münasibət bildirməmiş, susmuş və heç bir söz deməyəcəyini bildirmişdir.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında həqiqətən də alqı-satqı münasibətləri olmuş, Cavabdeh2 alqı-satqı prosesində iştirak etsə də, malları alan Cavabdeh1 olmuş və həmin materiallar ona faktiki olaraq məxsus olan sahibkarlıq obyektində istifadə olunmuşdur. Cavabdeh2 hazırkı mübahisə ilə bağlı inşaat mallarını alan şəxs olmamış, həmin malların alınmasında Cavabdeh1 köməklik göstərmişdir. Beləliklə, Cavabdeh1 iddiaçıya olan 15020 manat borcu mövcuddur və cavabdeh məhkəmə iclaslarında və səs yazısında cəmi 11000 manat borcunun olduğunu bildi rsə də bununla bağlı heç bir təsdiqedici sübut məhkəməyə təqdim etməmişdir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 567, 568.1, 568.2, 598.1, 598.2, 598.3, 600.1, 600.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 81 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(107)-114/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməs i qismən yəni, təmin edilmiş 15.020 manat məbləğin 4.020 manatına aid hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək o (yəni, 4020 manata aid hissədə) hissədə iddia tələbi rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər: Ə.Kərimov – sədrlik edən və məruzəçi, E.Hüseynov və Z.Sadiqov).
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə qismən razılaşmış və apellyasiya şikayətinin cavabdehin iddiaçını tanımaması ilə bağlı dəlillərini əsassız hesab edərək vurğulamışdır ki, cavabdeh birinci instansiya məhkəməsində 2024cü il 3 iyul tarixində keçirilmiş məhkəmə iclasında “mənim bu kişilərlə alverim olub” deyə fikir bil dirmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş tərəflər arasında olan telefon danışıqlarında cavabdeh iddiaçı ilə yad adam kimi yox, tanışı kimi danışmışdır. Belə ki, tədqiq edilmiş səs yazılarından birində cavabdeh iddiaçıya “dayı” və “Araz dayı” deyərək müraciət etmişdir. Bu hal bir daha onu təsdiq etmişdir ki, cavabdeh iddiaçını tanımışdır.
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin işdə heç bir səs yazısı (telefon danışığı) olmaması ilə bağlı dəlillərini əsassız hesab etməklə bildirmişdir ki, cavabdehin iddiaçı və onun oğlu ilə apardığı iki telefon danışığının səs yazısı iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında dinlənilmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında səs yazılarının ona aid olmasını etiraf etmişdir.
16. Məhkəmə ko llegiyası apellyasiya şikayətinin cavabdehin, ümumiyyətlə, iddiaçıya heç bir borcu olmaması ilə bağlı dəlilini də əsassız hesab etməklə vurğulamışdır ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı adı çəkilən səs yazıları məhkəmə iclasında dinlənilmişdir. Belə ki, həmin səs yazılarında cavabdeh özü bildirmişdir ki, onun təxmini 11.000 manat borcu qalıb.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tikilən obyektin cavabdehə aid olmaması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş icarə müqaviləsinə əsasən tikilməkdə olan obyekt cavabdehin anası X4 adına olmuşdur. Lakin həmin tikintini faktiki olaraq cavabdeh həyata keçirmiş və tikinti ilə bağlı sifarişləri də cavabdeh özü vermişdir (tədqiq edilmiş səs yazıları və birin ci instansiya məhkəməsində Cavabdeh2 məhkəmə iclasında verdiyi izahata əsasən). Göründüyü kimi tikinti aparılan obyekt cavabdehin anasının adına olsa da, tikinti işlərinə rəhbərliyi hazırki iş üzrə cavabdeh etmiş və ən əsası da iddiaçıdan materialları cavabdeh almış və borca görə də öhdəliyi özü götürmüşdür.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qaimələrin ona göndərilməməsi və imzalanmaması ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, tədqiq edilmiş səs yazılarında cavabdeh iddiaçıya olan borca və qaimələrə münasibətdə qaimələrin onda da olmasını və əsas ümumi məbləği hesablamasını bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya olan borcu qaytarmaqdan yayınmaq üçün qaimələrin ona göndərilmədiyini, qaimələrin imzalanmadığını bildirsə də, tədqiq edilmiş səs yazısında cavabd ehin qaimələrdən (yəni, qaimələr cavabdehə göndərilib ki, o, da borcdan məlumatlıdır) və borcdan məlumatlı olduğu müəyyən edilir. Bu hal bir daha onu təsdiq etmişdir ki, cavabdeh müxtəlif üsullarla borcu ödəməkdən yayınmaq istəmişdir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “Nəsimi Xalxal”ın cavabdehə aid olmaması ilə bağlı dəlillərinə münasibətdə vurğulamışdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş T.Haşımov ifadəsində qeyd edilən qaimələrdə tikilən obyektin Oğuz rayonunun Xalxal kəndində olduğundan elə yazılmış olmasını bildirmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi obyekt üçün iddiaçıya tikinti materialları ilə bağlı müxtəlif sifarişlər də məhz cavabdeh tərəfindən verilmişdir.
20. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında dinlənilən səs yazıların ın ilkin olaraq montaj olması ilə bağlı fikrinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində cavabdeh səs yazılarının ona aid olmasını etiraf etmiş, bundan əlavə apellyasiya şikayətində də bununla bağlı hər hansı bir dəlil irəli sürülməmişdir. Bu hallar bir daha onu sübut etmişdir ki, cavabdeh tərəf ifadələrində qeyrisəmimi olmuşdur.
21. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasları qeyd etmişdir.
22. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında iddiaçı cavabdehə borcun nə qədər olmasına münasibətdə 1.000 manatın karta köçürdüyünü, bunun da ikincisi olmasını (göndərmiş) bildirmişdir. Göründüyü kimi cavabdeh 1.000 manat iddiaçının kartına vurmuş, 1.000 manat is ə kiminləsə göndərmişdir.
23. Bundan başqa tədqiq edilmiş səs yazısının 1:35-ci dəqiqəsində cavabdeh öz borcunun 11.000 manat olmasını iddiaçıya bildirmiş, iddiaçı isə həmin məbləğlə bağlı heç bir etirazını etməmişdir.
24. Həmçinin cavabdeh tərəf məhkəməyə votsap yazışması təqdim edərək iddiaçıya borcdan 3.000 manatını kart ilə göndərdiyini bildirmişdir.
25. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh ümumilikdə ondan təxminən 20.00025.000 manatlıq mal almışdır. Ola bilsin ki, cavabdeh oğlunun kartına nə vaxtsa 3.000 manat göndərib, lakin həmin pul əvvəlki borclarla bağlı olmuşdur. Lakin iddiaçı cavabdehin ona başqa borclarının da olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
26. Kollegiya hesab etmişdir ki, cavabdehin iddiaçıya 11.000 manat yox, daha çox borcu olsa idi, ond a iddiaçı dərhal buna irad bildirməli idi. Tədqiq edilən səs yazısında isə iddiaçı 11.000 manat borcun qalması ilə bağlı cavabdehə heç bir etiraz və münasibət bildirməmişdir.
27. Belə olan halda kollegiya hesab etmişdir ki, cavabdehin iddiaçıya məhz 11.000 manat borcu qalmışdır.
28. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş 2-ci səs yazısında cavabdeh iddiaçıya Oğuz şəhərində 1.000 manat pul vermək istədiyini bildirmişdir. Lakin cavabdeh həmin pulu iddiaçıya verməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında cavabdeh 500 manat əlavə pul ödəməsi ilə bağlı votsapdan çıxarış təqdim etmişdir. İddiaçı isə ona əlavə olaraq 500 manatın ödənilmədiyini bildirmişdir.
29. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı mövqeyinə əsasən tələb edilən qalan pulun iddiaç ıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Lakin cavabdeh borcunun tam olaraq qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyildir.
30. Məhkəmə mövqeyini MM-in 6.2, 14.1, 14.2, 385.1, 386.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1, 449.1, 465, 567, 597.1, 600.1, 600.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.2, 217.3, 372.1, 372.2, 372.6, 372.7, 384.0, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
31. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin təmin olunan hissəsində ləğv edərək iddianın tam rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. MM-in 5.3, 386.1, 389.1, 389.3, 425.2, 567, 600.1-ci maddələri üzrə - tərəflər arasında hər hansı bir alqı-satqı münasibətinin yaranması üçün müəyyən bir müqavilə olmalı idi. Belə bir müqavilə yazılı və ya ən azından şifahi razılaşma formasında mövcud olmalı idi ki, bu da müvafiq hüquqi münasibətlərin varlığını təsdiqləsin. Lakin iş materiallarından və müvafiq sənədlərdən də aydın olduğu kimi, tərəflər arasında nə yazılı şəkildə təsdiq olunmuş bir müqavilə, nə də hər hansı bir şifahi razılaşma mövcud olmuşdur. Bu isə o deməkdir ki, heç bir hüquqi müqavilə münasibətləri yaranmamış və nəticə etibarilə hər hansı bir hüquqi öhdəlik də mövcud olmamışdır. Tərəflər ümumiyyətlə tanış olmamışlar. Bu cavabdehin iştirak etdiyi məhkəm ə iclasının videogörüntlərində öz əksini tapmışdır. Məhkəmə isə tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olduğu nəticəsinə gəldiyini əsaslandırmamışdır. O cümlədən sübutetmə yükünü bütünlüklə cavabdehin üzərinə qoymuşdur. Habuki iddiaçı tərəf nə qədər mal verməsini sübut edə bilmir. Yalnız təqdim olunmuş qaimələrə əsaslanır ki, həmin qaimələr də sonradan iddaçı tərəfindən tərtib olunmuş, cavabdeh tərəfindən imzalanmamış və qəbul edilməmiş qaimələrdir. Qanunvericiliyin tələblərinə əsasən, sözügedən pul məbləğinin ödənilməsi üçün cavabdehin hər hansı bir hüquqi öhdəliyi olmalıdır. Lakin, həmin malların cavabdehə çatdırılmasını və ya onun tərəfindən qəbul edilməsini təsdiq edən heç bir rəsmi sənəd mövcud deyil. Əksinə, iddiaçı tərəfindən təqdim olunan sənədlər, adı bilinməyən və hüqu qi etibarlılığı olmayan kağızlardan ibarətdir. İddiaçı öz iddia ərizəsində bildirdiyi fikirləri tamamilə təkzib edir. Belə ki, iddia ərizəsində qeyd edilir ki, cavabdeh həmin malları bir binanın tikintisi ilə məşğul olmaq üçün götürmüşdür. Lakin bu, tamamilə yanlışdır və iddiaçının tələbinin əsassız olmasının göstərir. Çünki, bir şəxsə nisyə mal verildikdə, alıcıdan həmin malların nə məqsədlə və hara aparıldığı barədə məlumat alınması lazımdır. İddiaçının belə bir maraq göstərməməsi və sadəcə malın verilməsini təmin etməsi göstərir ki, heç bir hüquqi münasibət mövcud olmamışdır. Bu səbəbdən, mövcud vəziyyətin və iddiaçının irəli sürdüyü tələbin düzgünlüyünü dəyərləndirərkən, hüquqi normalar və qaydalar nəzərə alınmalı, və yalnız hüquqi əsasa dayanan məsələlər müzakirə olunmalıdır. Qeyd olu nan məsələləri apellyasiya şikayətində geniş şəkildə təqdim edilməsinə baxmayaraq, apellyasiya məhkəməsi təqdim edilmiş arqumentləri və sübutları düzgün qiymətləndirməməsi nəticəsində, çıxarılan qətnamə əsassız olmuşdur.
33. MPM-in 77.1, 88, 175.1, 217-ci maddələri üzrə - məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamış, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində yazdığı dəlilləri eyni ilə kassasiya şikayətinə köçürmüş, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmiş və hüquqdan sui-istifadə edərək vaxtı uzatmaq məqsədilə formal xarakter daşıyan kassasiya şikayəti təqdim etmişdir. Kassasiya baxışının hədləri
35. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin olunan hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə həmin hissədə yoxlanılacaqdır. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tut ulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”.
37. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “M addə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
40. Kassasiya şikayətində istinad olunan MM-in 5.3, 386.1, 389.1, 389.3, 425.2, 567, 600.1-ci maddələrinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
41. Belə ki, kassasiya şikayətində göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.
42. Eyni zamanda, h əmin maddələr apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara uyğun tətbiq edilmişdir.
43. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə satıcı olan iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, alıcı olan cavabdehə isə üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
44. Belə olan halda isə hazırkı mübahisə üzrə MM-in 600-cü maddəsinin tətbiq edilməsi düzgün olmuşdur.
45. Belə ki, MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş mü ddətdə həyata keçirməlidir.
46. MM-in 600.4-cü maddəsində isə təsbit edilmişdir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
47. Kassasiya şikayətində yuxarıda qeyd edilən MM-in maddələrinin, habelə MPM-in 77.1, 88, 175.1, 217-ci maddələrinin pozulması ilə bağlı dəlillərin işin faktiki hallarına və sübutlara düzgün qiymət verilməməsi, habelə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə əsaslandırılması isə əsassızdır.
48. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
49. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktların və sübutların düzgün və ya səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
50. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələn dirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraa tını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
52. MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2-2(107)-114/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.