Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-142/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası «xxxx» MMC-nin Cavabdeh ASC-nəqarşı müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanmasıtələbinə dairiş üzrə QƏRAR (açar sözlər: ərizəçi borcun ödənilməsinə kifayət edəcək əmlakının olmadığını qeyd etsə də, ərizəçinin mülkiyyətində 3.402.000 manat dəyərində olan armatur yaymasının olması və Cavabdeh ASC-yə olan borcunun məhz həmin əmlak hesabına ödənilməli olması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, i ddiaçının vəkili Vəkil iştirakı, N.Əhmədovun katibliyi ilə, «xxxx» MMC-nin Cavabdeh ASC-nə qarşı müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-2(103)-861/2019 saylı qətnaməsindən «xxxx» MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi «xxxx» MMC kreditor Cavabdeh ASC-yə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən «xxxx» MMC-nin müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandır ılmışdır ki, “xxxx” MMC xx xxxxxx 2009-cu il tarixdə X11 tərəfindən təsis edilmiş və nizamnaməsi xx xxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X10 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmaqla cəmiyyətin adına ********** №li Kommersiya X10 reyestrindən çıxarış verilmiş, xx xxxx 2011-ci il tarixdə cəmiyyətin nizamnaməsinə dəyişiklik edilərək (Nizamnamənin 2.2-ci bəndi) cəmiyyətin təsisçisi X4 olmuşdur. Buna əsas isə əvvəlki təsisçi ilə X4 arasında Bakı şəhəri 9 saylı notariat kontorunun notariusu X5 tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 3-M-3/317 reyestr nömrəli “payın alqı-satqısına dair”xxxx“MMC vergi ödəyicisi, o cümlədən mənfəət və əlavə dəyər vergi ödəyicisi kimi aidiyyəti üzrə Bakı şə hər Vergilər Departamentində qeydiyyata alınmış və cəmiyyətə ********** saylı VÖEN verilmişdir. xx.xx.2019-cu il tarixli şəxsi hesab vərəqəsinə görə MMC-nin dövlət büdcəsinə vergi və digər ödənişlərə görə borcu yoxdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MMC-nin Cavabdeh ASC-yə 292.712 manat borcu yaranmış, lakin Cəmiyyətin balansında hər hansı əmlakı olmadığından, göstərilən borc məbləğini ödəmək qabiliyyətində deyildir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(82)497/2019 saylı qətnaməsi ilə “xxxx” MMC-nin müflis elan edilmə və cəmiyyətin iflas prosesinə başlanılması tələbinə dair ərizəsi rədd edilmiş, “xxxx” MMC-nin müflis elan edilməsindən imtina edilmişdir ( hakim - L.Əliyeva). Bakı A pellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-2(103)-861/2019 saylı qətnaməsi ilə (sədrlik edən Ü.A.Mayılov, hakimlər M.N.Tağızadə və K.N.Abiyeva) ərizəçi «xxxx» MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli qətnaməsindən «xxxx» MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi və müflisolma barədə ərizəsinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəb ul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəmənin istinad edərək qeyd etməsi, “müflis elan edilmə barədə ərizənin verildiyi tarixə maliyyə balansı ilə bağlı məlumat məhkəməyə təqdim edilməmişdir”, tam şəkildə qanunsuz əsaslandırmadır məhz ona görə ki, sonuncu hesabat tarixinə mühasibat balansı, elə adından da bəlli olduğu kimi, Cəmiyyətin aidiyyatı dövlət orqanları qarşısında verdiyi hesabat tarixlərinə uyğun olmalıdır. Yəni, müəssisənin fəaliyyətininin dayandırılması tarixinə olan hesabatlar olmalıdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən çıxarış müflisləşmə ərizəsinə qoşma olaraq məhkəməyə təqdim edilmişdir (fəaliyyətinin dayandırlması baxımından). “Müflisləşmə və iflas haqqında” Qanunun tələbləri baxımından, hətta elanların (müvafiq icra h akimiyyəti orqanının internet səhifəsində yerləşdirilməklə) verilməsi, əmlak inzibatçısı ilə bağlı təklif və onun tərəfindən təklifin qəbul edilməsi ilə bağlı müvafiq ərizənin verilməsi tam şəkildə prosessual qaydalara uyğun şəkildə verildiyindən, xüsusən də borclu Cəmiyyətin maliyyə vəziyyətinin araşdırılması baxımından aidiyyatı dövlət orqanlarına verilmiş sorğuların nəticəsi olaraq da ərizənin tam şəkildə təmin edilməsinə rəvac verməli idi, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının x x xxxxxx 2019-cu tarixli qətnaməsinin ləğv edilməsi və müflisolma barədə ərizəsinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 22(103)-861/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» MMC-nin Nizamnaməsinə əsasən MMC Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməmiş bütün fəaliyyət növləri ilə məşğul olmaq hüququna malikdir, MMC-nin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağırılan Ümumi Yığıncağıdır, Cəmiyyətin təsisçisi bir nəfər olduqda, o Ümumi Yığıncağın səlahiyyətlərini həyata keçirir, həmin nizamnamənin 4.4-cü bəndinə əsasən Ümumi Yığıncaqda cəmiyyətin ləğv edilməsi barədə qərarlar bütün təsisçilərin yekdil qərarı i lə qəbul edilir, xx.xx.2011-ci il tarixli, **********308600 saylı Kommersiya X10 reyestrindən çıxarışa görə «xxxx» MMC-nin yeganə təsisçisi X1r, «xxxx» MMC-nin təsisçisinin ümumi yığıncağının 01 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə «xxxx» MMC-nin müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmış və bununla bağlı zəruri prosessual hərəkətlərin edilməsi ilə əlaqədar bütün səlahiyyətlər Cəmiyyətin direktoru X7 həvalə edilmiş, «xxxx» MMC-nin xx xxxxxx 2017-ci il tarixli müəssisənin balansı haqqında arayışına görə 2017-ci ilin sonuna müəssisənin qisamüddətli bank kreditləri üzrə 228.000 manat, büdcəyə ödənişlər üzrə 2.783,87 manat borcu vardır, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubuna görə «xxxx» MM C-nin adına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxx 2019-cu il tarixli məktubuna bank hesabları barədə məlumatlar əlavə olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx xxxx 2019-cu il tarixli məktubu ilə müəyyən edilmişdir ki, «xxxx» MMC-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-155/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin «xxxx» MMC-yə qarşı kredit məbləğinin geri qaytarılması və girov predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh «xxxx» MMC-dən 228.000 manat əsas borc, 64.712 manat faiz b orcu, ümumilikdə 292.712 manat məbləğində kredit borcu, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, kredit və girov müqaviləsinin, eləcə də cavabdehə məxsus olan hüquqi sənədlərin surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 30 manat məbləğində pulun tutulub Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ASC ilə «xxxx» MMC arasında bağlanmış xx xxx 2016-cı il tarixli girov müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mir Cəlal küçəsindəki anbarda yerləşən, «xxxx» MMC-yə məxsus, ümumi dəyəri 3.402.000 manat olan armatur yaymasına yönəldilərək, həmin girov predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün Cavabdeh ASC- yə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borc un ümumi qaydada cavabdehdən tutulması qət edilmiş, beləliklə, «xxxx» MMC müxtəlif sahələrdə sahibkarlıq fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir,Cəmiyyətin yeganə təsisçisinin xx.xx.2019-cu il tarixli qərarı ilə MMC-nin müflişləşmə yolu ilə məhkəmə qaydasında ləğv edilməsi qərara alınmış, bundan sonra «xxxx» MMC müflis elan edilmə və iflas proseduruna başlanılması barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş, «xxxx» MMC müflis elan edilmə barədə ərizəsini Cavabdeh ASC-yə ümumilikdə 292.712 manat məbləğində borcu olduğu halda, həmin borcun ödənilməsini təmin edəcək aktivlərinin, o cümlədən əmlakının olmaması ilə əsaslandırmışdır. Apel lyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, ərizəçi borcun ödənilməsinə kifayət edəcək əmlakının olmadığını qeyd etsə də, ərizəçinin mülkiyyətində 3.402.000 manat dəyərində olan armatur yaymasının olması və Cavabdeh ASC-yə olan borcunun məhz həmin əmlak hesabına ödənilməli olması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, beləliklə, xxxx» MMC-nin tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutlar MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir, «xxxx» MMC-nin gətirdiyi dəlillər onun ödəmə qabiliyyətinin olmayan hesab edilməsi və müflis elan olunması üçün yetərli sayılmadığından, qurumun müflis elan olunmasından imtina edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Bu Qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə b aşlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b ) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Qanunun 11-ci maddəsinə əsasən iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə. Həmin maddənin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hall arda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmələr iş materiallarına istinad etməklə ərizəçi “xxxx” MMC-nin müflis elan edilmə və cəmiyyətin iflas prosesinə başlanılması tələbinə dair ərizəsinin rədd edilməsi, “xxxx” MMC-nin müflis elan edilməsindən imtina edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası ərizəçi borcun ödənilməsinə kifayət edəcək əmlakının olmadığını qeyd etsə də, qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə ərizəçinin mülkiyyətində 3.402.000 manat dəyərində olan armatur yaymasının olmasının və Cavabdeh ASC-yə olan borcunun məhz həmin əmlak hesabına ödənilməli olmasının müəyyən edildiyini, “xxxx” MMC-nin tələbinin əsaslı olmasını təsdiq etmək üçün istinad etdiyi sübutların və gətirdiyi dəlillərin MMC-nin öhdəliklərini icra etməyə qadir olmaması, yəni ödəmə qabiliyyətinin olmaması barədə nəticəyə gəlmək və müflis elan olunması üçün yetərli olmadığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-2(103)-861/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-2(103)-861/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-142/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-142/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver