Məhkəmə qərarları › İş №2-2(102)-142/2025

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-142/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-142/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi və kassasiya şikayətinin imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X2 (məruzəçi), Bəhman Fərhad oğlu Qəribov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-887/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiy a şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları

1. İddiaçı QSC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2022-ci il 29 sentyabr tarixli 067-GMC/PT/22 nömrəli alqı-satqı müqaviləsinə əsasən 18% ƏDV nəzərə alınmaqla 55.000 manat borc, 8250 manat dəbbə pulu, 200 manat hüquqi yardıma görə xərc, 281 manat dövlət rüsumu daxil olmaqla toplam 63.731 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 6 iyun tarixli e-2-2(113)-2074/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 55.000 manat borcun, 2750 manat dəbbə pulu, vəkil xərcinin əvəzi kimi 200 manat və dövlət rüsumunun əvəzi olaraq 281 manat vəsaitin iddiaçının xeyrinə tutulması qət edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-887/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. Tətbiq edilən hüquq

5. Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar əks etdirilir: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı h issədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması.... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olm ayan şəxs tərəfindən verilmişdirsə... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;... 408.5. Bu Məcəllənin 408.1.1–408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər...” “Maddə

409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.” İİİ. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

6. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir.

7. Belə ki, MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir.

8. Həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nə dair dəlillər hissəsində şikayət olunan qətnamə çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi və ya prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında isə düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

9. Hazırkı halda cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti formal olaraq (cədvəl forması və s.) MPM-ə 3 saylı əlavədə müəyyən edilən qaydada tərtib edilsə də, məzmun baxımından həmin əlavədə nəzərdə tutulan tələblərə əməl edilməmiş, şikayətin “maddi və ya prosessual hüquq normalarının pozulmasına dair dəlillər” hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri qeyd olunmaqla yalnız dəbbə pulu hissəsində məhkəm ənin gəldiyi nəticə ilə razılaşmadığı bildirilmiş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normasının tətbiqində yol verilən pozuntunun nədən ibarət olması əsaslandırılmamışdır.

10. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materialları və “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron iş əsasında kassasiya şikayətinin cavabdehin vəkili Vəkil2 tərəfindən imzalandığı müəyyən edilmir. Belə ki, prosessual qanunvericiliyin tələblərinə görə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır (bax yuxarıda §5).

11. Prosessual qanunvericiliyin bu tələbi vəkillərin hüquqi işlərdə peşəkar rolunu vurğulayır. Vəkil, ixtisaslı hüquq mütəxəssisi kimi, müraciə t edənin hüquqlarını və mənafelərini səmərəli müdafiə etmək üçün tələb olunan bilik və təcrübəyə malikdir. Bu, şikayətin hüquqi baxımdan düzgün tərtib olunmasını təmin edir və məhkəmənin işinə töhfə verir.

12. Məhkəmə kollegiyası vurğulayır ki, kassasiya instansiyası məhkəməsi işin yalnız hüquqi aspektlərini araşdırır və faktiki hallar üzrə qərarlar qəbul etmir. Bu səbəbdən, kassasiya şikayətinin hazırlanması yüksək ixtisaslaşmış hüquqi bilik və təcrübə tələb edir. Bu tələb, kassasiya şikayətinin peşəkar hüquqşünas (vəkil) tərəfindən tərtib olunmasını və imzalanmasını zəruri edir.

13. Yuxarıda da qeyd olunduğu kimi, kassasiya şikayəti qanunun tələblərinə uyğun tərtib edilməlidir. Bu, onun məzmununa, formalarına və məzmunlu hüquqi əsaslandırılmasına aid edilir. Vəkilin iştirakı, bu prosedur ların dəqiqliklə yerinə yetirilməsini təmin edir və məhkəmənin işinə əsassız yük düşməsinin qarşısını alır.

14. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən dəfələrlə vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, Ali Məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (bax, misal üçün, № 2(102)-2496 /2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).

15. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması gözlənilə bilməz (ibid., § 29, müvafiq istinadlarla).

16. Hər bir halda, kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası qanunla müəyyən edilmiş vəzifələrini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

17. Qeyd edilənlərə əsasən kassasiya şika yəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

18. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-887/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar