Məhkəmə qərarları › İş №2-2(102)-143/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-143/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-143/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı-nin Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-143/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkili Vəkil iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı-nin Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-196/2018 saylı qətnaməsindən Cavabdeh ASC və onun vəkili Vəkil tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxx 2013-cü il tarixdə tərəflər arasında bağlanmış ***** alqı-satqı müqaviləsinə əsasən MMC tərəfindən 2014-cü ilin xxx, 2015-ci ilin xxx, cəmi 34 ədəd qaimə-faktura əsasında 293.290,65 manat dəyərində mal-materialın cavabdehə təqdim olunduğunu, həmin qaimə-fakturaların Cavabdeh ASC-nin rəhbəri tərəfindən imzalanaraq, ASC-nin möhürü ilə təsdiq olunduğunu, qeyd edilən qaimə fakturalar üzrə ƏDV məbləğindən 19.02.2015-ci il tarixdə xxx manat, xxx 2015-ci il tarixdə 5.500 manat olmaqla, cəmi 7000 manat MMC-nin sub-hesabına ödəniş edildiyini, 286.290,65 manat vəsaitin isə ödənilməmiş qaldığını, MMC tərəfindən cavabdehə borc məbləğinin ödənilməsinə dair müraciətlərin nəticəsiz qaldığını, cavabdehin alıcı olaraq aldığı mal materialın dəyərinin tam ödənilməsini təmin etmədiyini bildirərək, cavabdehdən 286.290.65 manat verilmiş malların əvəzi, 1000 manat hüquqi xidmət və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi, 287.320,65 manat məbləğin tutularaq MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli, 2-2(81)-150/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ASC-dən 286.290,65 manat verilmiş malların əvəzi, 1000 manat hüquqi xidmət xərci və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 287.320,65 manat tutularaq İddiaçı-yə ödənilmişdir(ha kim – A.Ə.Hüseyn). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli, 2-2(103)-345/2017 saylı qətnaməsi ilə (sədrlik edən E.R.Vəliyeva, hakimlər E.E.Nağıyeva və H.Ü.Həmidov) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017ci il tarixli, 2-2(102)-480/2017 saylı qərarı ilə (sədrlik edən A.S.Hüseynov, hakimlər R.S.Nəbizadə və X.S.Məmmədov) Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-196/2018 saylı qətnaməsi ilə (sədrlik edən S.Q.Hüseynov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosess ual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh ASC-nin iddiaçı MMC qarşısında olan öhdəliklərinin icra edilməməsinin səbəbi cavabdeh ASC-yə iddiaçı MMC tərəfindən təhvil verilmiş mal materialların qaimə fakturalarda göstərilən dəyəri ilə həmin mal materialların faktiki bazar qiymətləri arasındakı kəskin fərqin yaranması olmuş, cavabdeh ASC-nin keçmiş rəhbəri F.Muradov işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuş və sonradan barəsində cinayət işi başlanılaraq həbs olunmuş, iş üzrə istinad olunan müqavilənin icrası ilə bağlı tərtib olunmuş qaimə-fakturalarda şişirdilmiş qiymətlərlə malların qəbul edilməsi, həmin sənədlərin imza və möhürlə təsdiq olunması da ASC-nin keçmiş rəhbəri tərəfindən həyata keçirilmişdir ki, bu da həmin malların dəyərinin ödənilməsi z amanı hazırkı mübahisəni yaratmış, bununla əlaqədar olaraq işə apellyasiya qaydasında baxılan zaman məhkəmə qarşısında cavabdeh ASC-nin nümayəndəsi tərəfindən vəsatət qaldırılmış, həmin qaimə-fakturalarda əksini tapmış mal-materialın dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin olunması xahiş edilsə də, vəsatət əsassız olaraq məhkəmə tərəfindən təmin olunmamışdır. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X2 məhkəmə kollegiyas ının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlan ılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-196/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı (Satıcı) ilə Cavabdeh ASC (Alıcı) arasında xxx 2013-cü il tarixli ***** saylı alqı-satqı müqaviləsi bağlanmış, müqavilə satıcıdan alıcı üçün tələb olunan və alıcının iş sahəsində istifadə olunacaq mal-materialın satıcı tərəfindən təchizatını və alıcı tərəfindən ödənilməsini əhatə edir, İddiaçı tərəfi ndən 2014-cü ilin xxxx, 2015-ci xxxx cəmi 34 qaimə-faktura əsasında 293.290,65 manat dəyərində mal-materiallar Cavabdeh ASC-yə təqdim olunmuş, həmin qaimə-fakturalar Cavabdeh ASC-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş, bu qaimə fakturalar üzrə ƏDV məbləğindən xxx 2015-ci il tarixdə 1500 manat, xxx 2015-ci il tarixdə 5.500 manat, cəmi 7000 manat iddiaçının ƏDV sub-hesabına ödəniş edilmiş, qalan 286.290,65 manat borc isə ödənilməmiş qalmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, qeyd olunan müqavilənin 6.1-ci bəndinə əsasən satılan malların dəyərinin malların təhvil verilməsindən sonra müvafiq hesab-faktura təqdim edilməsi tarixindən 30 gün ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürülməsi şərtləşdirilsə də, alıcı öz öh dəliklərini lazımi qaydada icra etməmiş və iddia qaldırılan günədək aldığı mal və materialın dəyərini satıcıya ödəməmiş, həmçinin cavabdeh apellyasiya şikayətində qaimə fakturaların əslinin məhkəməyə təqdim edilmədiyini və bu sənədlərin malın təhvil-təslimi barədə sənədin olmadığını qeyd etsə də, iddiaçının nümayəndəsi tərəfindən həmin mal-materialların cavabdehə təhvil verilməsini sübut edən 34 ədəd qaimə-fakturanın əsli məhkəməyə təqdim edilmiş, cavabdeh tərəfindən isə alınmış materialların qiymətinin həddindən artıq yüksək olmasına dair hər hansı sübut təqdim edilməmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti isə Mülki Məcəllənin 49-cu maddəsinin müddəaları baxımından əsassızdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayr ı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə Mülki Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunan müqavilənin 6.1-ci bəndinə əsasən satılan malların dəyərinin malların təhvil verilməsindən sonra müvafiq hesab-faktura təqdim edilməsi tarixindən 30 gün ərzində alıcı tərəfindən satıcının bank hesabına köçürülməsi şərtləşdirilsə də, alıcının öz öhdəliklərini lazımi qaydada icra etmədiyini və iddia qaldırılan günədək aldığı mal və materialların dəyərini satıcıya ödəmədiyini, həmçinin cavabdeh apellyasiya şikayətində qaimə fakturaların əslinin məhkəməyə təqdim edilmədiyini və bu sənədlərin malın təhvil-təslimi barədə sənədin olmadığını qeyd etsə də, iddiaçı tərəfindən həmin mal-materialların cavabdehə təhvil verilməsini sübut edən qaimə-fakturaların əslinin məhkəməyə təqdim edildiyini, məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə cavabdehin nümayəndəsinin vəsatətinin isə Mülki Məcəllənin 49-cu maddəsinin müddəaları baxımından müzakirə edilərək əsassız hesab olunduğunu nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-196/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi h issə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-196/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar