Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-143/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçının cavabdehə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli 2-2(105)-117/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydası nda baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı İddiaçı ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 2019cu il 19 iyun tarixli SA-486 nömrəli “Alqı-Satqı Müqaviləsi”nin şərtlərinə görə: - Bu Müqaviləyə əsasən Satıcı Müqavilə qüvvədə olduğu müddətdə, Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür (1.1-ci bənd); - Tərəflərin razılığına əsasən, malların Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilir (1.2-ci bənd). - Malı Müqavilə ilə müəyyən edilmiş müddətdə Alıcının mülkiyyətinə vermək (2.2.1.), Alıcıya üçüncü şəxslərin hüquqlarından azad mal vermək (2.2.2.), Alıcıya tərəflər arasında bu Müqavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək (2.2.3.), Alıcıya əşyaları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək (2.2.4.), Alıcıya mallarla birgə qanunvericilikdə tələb olunan və həmçinin Alıcı üçün zəruri olan sertifikatları da (gigiyenik, uyğunluq və s.) təqdim etmək (2.2.5.) və Alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da təqdim etmək (2.2.6.) Satıcının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir (2.2-ci bənd). - Mallarla birgə hər dəfə qaimə-f akturaların da verilməsini tələb etmək, əgər qaiməfaktura təqdim edilməzsə, qaimə-faktura verilənədək malların qəbulundan imtina etmək Alıcının hüququ kimi müəyyən edilmişdir (2.3.5-ci bənd). - Bu Müqavilə qüvvədə olduğu müddətdə, mallar Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən ünvanda Satıcı tərəfindən Alıcıya təhvil veriləcəkdir (3.1-ci bənd). - Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir (3.2-ci bənd). - Alıcı malın dəyərinin ödənilməsini Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən şərtlərə uyğun həyata keçirir (4-cü bənd). - Bu Müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır (7.4-cü bənd). - Bu Müqavilə imzalan dığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 il müddətində etibarlı hesab edilir (10.1-ci bənd).
2. Həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 2020-ci il 27 avqust tarixli 3 nömrəli və 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli X1 görünür ki, ümumilikdə dəyəri 359.000 manat məbləğində olan cəmi 1.000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh ASC-yə satılması barədə razılığa gəlinmişdir.
3. Həmin X4 1-ci bəndlərinə əsasən, mallar - sifariş verildikdən sonra 1 iş günü ərzində Satıcının Giləzi rayonunda yerləşən ünvanında Satıcı tərəfindən Alıcıya təhvil verilir.
4. X4 2-ci bəndlərinə əsasən, malların dəyəri - mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə Alıcı tərəfindən Sat ıcıya ödənilir.
5. İddiaçı tərəfindən “buğda” satışı ilə əlaqədar ödənilməli olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin göstərildiyi və “Əsas” qrafasında (sətrində) “Müqaviləyə əsasən” qeydi aparılmış 2020-ci ilin sentyabr ayına aid Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi məqsədilə elektron qaydada Elektron Qaimələr tərtib olunmuşdur.
6. Cavabdeh ASC-nin Daxili Audit və Nəzarət Departamentinin direktoru tərəfindən imzalanaraq möhürlənmiş 2021-ci il 17 iyun tarixli Audit Rəyi ilə müəyyən olunur ki, 2019cu il 19 iyun tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satılması nəzərdə tutulan malların alıcı Cavabdeh ASC tərəfindən qəbul edilməsini təsdiq edən sənədlər audit araşdırması zamanı aşkar edilməmişdir. 7. 2021-ci il 18 fevral tarixli 1073 nömrəli ödəniş tapşırığından görünür ki, alıcı tərəfindən satıcıya 50.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
8. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2021-ci il 4 may tarixli pretenziya məktubunda 231.954 manat məbləğində borcun 2021-ci ilin 7 may tarixinə kimi ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehə qarşı (bundan sonra – “cavabdeh”) 2021-ci il 19 may tarixində iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 231.954 manat məbləğində əsas borcun və 34.793 manat məbləğində əldən çıxmış faydanın tulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin bağladığı 2019-cu il 19 iyun tarixli SA-486 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh ondan ümumilikdə 1.092,64 ton həcmində 392.257 manat dəyərində buğda və sair məhsullar almışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin cavabdehin müqaviləyə əsasən 231.954 manat məbləğində borcu yaranmışdır ki, həmin borc bu günə qədər ödənilməmişdir. Dəfələrlə cavabdeh şirkətlə borcun qaytarılması ilə bağlı əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış və cavabdeh ona olan 231.954 manat məbləğində borcunu öd əməkdən boyun qaçırmışdır. Cavabdeh tərəfindən 231.954 manat məbləğində pul əsassız olaraq saxlanılmaqla iddiaçıya daha çox zərər vurulmuşdur. Belə ki, o, 231.954 manat məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya, həmin məbləğdən bir ilə minimum 15% olmaqla 34.793 manat gəlir əldə edə bilərdi. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı həmin gəlirdən də məhrum olmuşdur.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 324.1-324.3, 331.1, 442, 443.1, 445.1, 445.7, 446.1, 448.1, 448.2, 449.1, 449.2, 739.1, 739.2-ci maddələrinə istinad olunmuşdur.
12. İddia ərizəsinə qarşı etiraz təqdim olunaraq bildirilmişdir ki, tərəflər arasında bağlanmış Müqavilə üzrə ümumil ikdə 1.092,64 ton həcmində, 392.257 manat dəyərində buğda məhsulu alınması fikri doğru deyildir. Çünki faktiki olaraq iddiaçının müqavilənin 3 və 4 nömrəli Əlavələrinə əsasən cavabdehə buğda məhsulu satacağı barədə tərəflər arasında razılıq olduğu görünsə də, ancaq həmin məhsulun həqiqətən də cavabdehə təqdim edilməsinə və təhvil verilməsinə dair hər hansı təsdiqedici sənəd mövcud deyildir. İddiaçının nə özü, nə də nümayəndəsi tərəfindən məhkəməyə məhsulun doğrudan da cavabdeh tərəfindən qəbul edilməsinə dair hər hansı sənəd təqdim edilmişdir. Düzdür, məhsulun satışı barədə “elektron qaimələr” mövcuddur. Ancaq bu elektron qaimələr məhsulun müqavilə üzrə alıcı cavabdehə həqiqətən də təqdim edilməsini sübut etmir. Çünki satıcı iddiaçı və alıcı cavabdeh arasında bağlanmış Müqavilənin 2.2.6-cı bəndində göstərilib ki, alıcıya mallar təhvil verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da Satıcı təqdim etməlidir. Halbuki cavabdehin iddiaçıya borcu olduğunu təsdiq etmək üçün malın həqiqətən də təhvil verildiyini təsdiq edən nə belə bir qaimə-fakturalar, nə də təhvil-təslim aktları mövcuddur. İddianın araşdırılması ilə əlaqədar cavabdehin Daxili Audit və Nəzarət Departamenti tərəfindən Şirkətin həm elektron baza arxivinin, həm də fiziki arxivinin araşdırılması həyata keçirilmiş və həmin audit nəticəsində iddiaçının bildirdiyi alışları təsdiq edən hər hansı sənədə rast gəlinmədiyi barədə Audit rəyi tərtib olunmuşdur. Həmçinin əldən çıxmış faydanın hesablanması zamanı aparılan hesablama da yanlışdır. Belə ki, əldən çıxmış fayda borcun ya ranmasından bir il müddətinə olan dövr üçün hesablanmışdır. Halbuki mövcudluğu sual doğuran borcun yaranmasından iddianın verildiyi anadək olan müddət hesablama ilə uyğun gəlmir.
13. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 17 avqust tarixli e-2-2(119)672/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim – Z. Sadiqov).
14. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, ediləcək pul ödənişləri ilə əlaqədar elektron qaimə-faktura (elektron qaimə) satılan mallar barədə məlumatları özündə əks etdirən sənədlər, yəni təhvil-təslim aktları və s. əsasında doldurularaq elektron qaydada qarşı tərəfə təqdim olunan sənəddir. Elektron qaimə elektron qaydada göndərilir və 5 gün müddətində qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin sənəd proqram təminatı tərəfindən təsdiq edilir və həmin sənəddə satılan malların faktiki olaraq təhvil verilməsi və alınması öz əksini tapmamışdır.
15. İddiaçı tərəfin təqdim etdiyi həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) malların təhvil verilməsi və qəbul edilməsi barədə sənədin adı və digər rekvizitləri göstərilməmişdir. Həmin elektron qaimələrin “Əsas” sətrində (qrafasında) “Müqaviləyə əsasən” qeydi aparılmışdır ki, bu qeyd də məlum Qaydaların tələblərini əks etdirməməklə yanaşı, həm də malların təhvil verilmə faktını təsdiq etmir. Bütün bu hallara görə də həmin “elektron qaimələr” - məlum müqavilənin 2.2.6-cı yarımbəndində nəzərdə tutulan “qaiməfakturanı” əvəz edə bilməz.
16. Müqavilədə nəzərdə tutulan qaimə-fakturada malın təhvil verilməsi (malın qəbul edilməsi) öz təsdiqini tapmalı idi. İddiaçı tərəfin təqd im etdiyi elektron qaimələrdə isə müqavilədə nəzərdə tutulan malların alıcıya təhvil verilməsi öz təsdiqini tapmamışdır. Halbuki müqavilədə nəzərdə tutulan malların təhvil verilməsi - müvafiq qaydada tərtib edilərək, hər iki tərəfin səlahiyyətli əməkdaşları tərəfindən imzalanan və məzmunu ilə hansı miqdarda malın, nə vaxt, harada, kim tərəfindən təhvil verilməsi və kimin tərəfindən qəbul edilməsi kimi məlumatları özündə əks etdirən qaimə-faktura (təhvil-təslim aktı) ilə müəyyən oluna bilərdi.
17. İddiaçı tərəfindən təqdim olunmuş Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcıya təqdim edilməsi məqsədilə satıcı tərəfindən elektron qaydada tərtib olunmuş 2020-ci ilin sentyabr ayına aid “Elektron Qaimələr” isə malların həqiqətən də verilməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Çünki ilk növbədə ödəniləcək pul vəsaitləri barədə məlumatı əks etdirən və heç bir halda məlum müqavilə şərtlərinə uyğun olaraq malların həqiqətən də verilməsi məlumatlarını özündə əks etdirməyən elektron qaydada tərtib edilmiş həmin sənədlərlə müqavilədə nəzərdə tutulan malların alıcıya təhvil verilməsinin müəyyən olunması mümkün deyildir.
18. Cavabdeh tərəf məhkəmə araşdırması zamanı müqavilədə nəzərdə tutulan malların təhvil verilmədiyini bildirmiş, həmin halın təkzibi ilə əlaqədar audit rəyini məhkəməyə təqdim etmiş və eyni zamanda, məlum müqavilə üzrə müəyyən məbləğlərdə pul ödənilməsini isə əvvəlcədən heç bir araşdırma aparılmadan ödəniş edilməsi ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbi öz xarakterinə görə yazılı sübutlar hesab edilən sənədlər əsasında sübut edilməli olduğuna görə, məhkəməyə tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan malların həqiqətən də təhvil verilməsini təsdiq edən yazılı sübutlar (qaimə-faktura, təhvil-təslim aktı və s.) məhkəməyə təqdim olunmamışdır.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 385.1, 425.1, 567, 568.1, 568.2, 569.1, 570.1.1, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 2019-cu il 18 mart tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qəra rı ilə təsdiq edilmiş “Elektron qaimə- fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1, 1.2, 1.3, 2.1, 2.2, 2.2.1, 2.3, 2.5.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 76, 77.1, 78.1, 88, 89.1, 89.2, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı 2021-ci il 4 oktyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 fevral tarixli 2-2(105)-11/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – F.Məmmədov, hakimlər – Z.Məmmədov və R.Ağayev).
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, gəldiyi nəticəni MM-nin 385.1, 425.1, 433.3, 427, 567, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.5.3, 3.7, 3.9-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 3.4-cü bəndlərinə, MPM-nin 14.2, 77.1-ci bəndlərinə istinad etməklə əsaslandırmış dır.
23. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 mart tarixdə iş üzrə tərəflərə göndərilmiş və iddiaçının vəkilinə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.
24. İddiaçı 2022-ci il 29 aprel tarixində kassasiya şikayəti verməklə həmin qətnamənin ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsində baxılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyasındakı ilk icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 avqust tarixli 2-2(102)-439/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən – B.Qəribov, hakimlər – İ.Xəlilov və Ə.Əliyev).
26. Məhkəmə kollegiyası h esab etmişdir ki, tərəflər arasında 2019-cu il 19 iyul tarixli alğı-satqı müqaviləsi bağlanmış, 2020-ci il 27 avqust tarixli 3 nömrəli və 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli X6 əsasən ümumi dəyəri 359.000 manat məbləğində olan cəmi 1.000 ton miqdarında buğda məhsullarının satıcı tərəfindən alıcıya satılması barədə razılığa gəlinmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, mallar təqdim olunan qaiməfakturaya əsasən qəbul edilərək almağı öhdəsinə götürmüşdür. Bununla belə, həmin müqaviləyə əlavə olunmuş 2020-ci il 27 avqust tarixli və 2020-ci il 8 sentyabr tarixli protokolun 2-ci bəndindən görünür ki, malların dəyəri mallar təhvil verildikdən elektronqaimə təqdim edilərək 30 gün ərzində köçürmə yolu ilə satıcıya ödənilir. Bununla da ödənişlər qaimə-fakturaya əsasən deyil, elektron-qaiməyə əsasən aparılmışdır.
27. İş materiallarında cavabdehə iddiaçı tərəfindən göndərilmiş 13 ədəd elektron qaimə mövcuddur. Həmin elektron qaimələrdə cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış müqavilə barədə məlumatlar qeyd olunmasa da, elektron qaimələrin “vahidinin buraxılış qiyməti” bağlı hissəsində 359 rəqəmi öz əksini tapmışdır. Bu isə, məhz tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş vahidin dəyəri ilə üst-üstə düşür. Bundan başqa o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 2021-ci il 24 iyun tarixli məhkəmə iclası protokolunda cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin bağlandığını, borcun həmin müqaviləyə əsasən yarandığını, 392.257 manat məbləğində borcun olduğunu, müəyyən ödənişlərin edildiyini, pandemiya şəraitinə görə cavabdehin öz öhdəl iklərini yerinə yetirməyə çətinlik çəkdiyini, quşların həmin buğda məhsullarını yedikdən sonra ölüm hallarının çoxaldığını, iddiaçıdan alınmış buğda məhsulları ilə əlaqədar araşdırma aparıldığını, borcun 231.954 manat olduğunu, cavabdehin barışığa razı olduğunu bildirmişdir. Yalnız bundan sonra məhkəməyə 2021-ci il 17 iyun tarixli audit rəyi təqdim edilməklə cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı imzalanmış sənəd və ya sübut, həmçinin imzalanmış qaimə-fakturanın aşkarlanmadığı göstərilmişdir.
28. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayında müəyyən ardıcıllıqla cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Cavabdehin əsas dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən malların təhvil verilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış, göstərilən qaimələr isə mühasibatlıq tərəfindən təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhsulun təhvil verilməməsi elektron qaimələrin isə yalnız mühasibatlıq tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci il 2 fevral tarixində cavabdehə göndərilmiş pretenziyada tərəflər arasında bağlanmış müqavilənin bağlanma tarixi və sayı da göstərilməklə 281.95 4 manat məbləğində borcun olması qeyd edilmiş və onun 2021-ci il 25 yanvar tarixinədək ödənilməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarında olan cavabdehin 2021-ci il 18 fevral tarixli ödəniş tapşırığı ilə 50.000 manat iddiaçının hesabına köçürülmüşdür. Digər tərəfdən, işə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 31 yanvar tarixli məhkəmə iclas protokoluna əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 160.303 manat məbləğində malın və tərəflər arasında əvvəllər olmuş işgüzar dövriyyə münasibətləri üzrə malların hansı qaydada təhvil təslim aparılması barədə sənədlərin təqdim edilməsi təklif olunmuş, lakin bununla bağlı yenə də cavabdeh tərəfindən 2019-cu il 9 iyun tarixdən rəyin verildiyi tarixədək malların təhvil verilməsini sübut edən sənədlərin mövcud olmamasına da ir 2022-ci il 17 fevral tarixli daxili audit rəyi təqdim olunmuşdur.
29. İş materiallarında olan müqavilə, müqaviləyə əlavə qiymət razılaşdırma protokolları, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 50.000 manat məbləğində ödəniş tapşırığının mövcudluğu, həmin ödəniş tapşırığında ödənişin təyinatının buğda üçün olmasının göstərilməsi, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında qeyd etdikləri iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən yalnız birtərəfli qaydada tərtib edilmiş sənəd hesab olunan daxili audit rəyləri təqdim olunmuşdur. Digər tərəfdən, 2019-cu il 19 iyun tarixli müqavilədə satı cı tərəfindən təhvil verilməsinin qaimə fakturaya əsasən aparılması qeyd olunsa da, həmin müqavilənin 1.2-ci bəndində malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddətinin müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşdırma protokollarında da nəzərdə tutulmuş, həmçinin 1.3-cü bəndində razılaşma protokollarında alqı-satqı ilə əlaqədar əlavə şərtlərin də nəzərdə tutulması imkanı istisna olunmamışdır. Qiymət razılaşdırmasına dair 3 və 4 saylı protokolların 2-ci bəndlərində isə malların dəyəri mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində alıcı tərəfindən satıcıya ödənilməsi şərtləndirilmişdir. Belə olan təqdirdə, həmin müqavilənin tərkib hissəsi olan razılaşdırma protokollarda göstərilmiş bu şərtin inkar edilməsi və həmin protok olların şərtlərinə uyğun olaraq cavabdehə göndərilmiş 13 ədəd elektron qaimə-fakturaların inkar edilməklə yalnız müqavilədə nəzərdə tutulan hesab fakturanın əsas götürülməsi elə bu müqavilənin özünün 1.3-cü bəndinin tələbi baxımından məqbul sayıla bilməz.
30. Həmçinin alıcı tərəfindən satıcıdan heç bir malın çatdırılmasının baş tutumağı qeyd edilsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
31. Gəldiyi nəticəni kassasiya məhkəməsi MM-in 385.1, 425.1, 427, 433.3, 567, 568, 569, 570, 600-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1-1.3, 2.1, 2.2.1, 2.3, 2.5.3, 3.1-3.4, 3.7, 3.9-cu bəndlərinə, Azərbaycan Res publikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 3.4-cü bəndlərinə, MPM-in 14, 76, 77,78, 88, 89, 106, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli 2-2(105)-117/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddiaçı və cavabdeh arasında bağlanmış 2019-cu il 19 iyun tarixli SA-486 saylı alqı-satqı müqaviləsi, həmin Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X5, həmçinin qaimə-fakturalar üzrə ödən ilməmiş 231.954 manat məbləğində pul vəsaiti və gecikdirilmiş vaxt üçün hesablanmış 5% dərəcəsində olan 11.597 manat məbləğində pul, cəmi 243.551 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən – İ.Dəmirov, hakimlər – Z.Məmmədov və S.Qafari).
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 2019-cu il 19 iyun tarixli SA486 saylı alqı-satqı Müqaviləsi və onun əsasında tərtib edilərək imzalanmış 2020-ci il 27 avqust tarixli 3 nömrəli və 2020-ci il 8 sentyabr tarixli 4 nömrəli X3 əsasən ümumi dəyəri 359.000 manat məbləğində olan cəmi 1.000 ton miqdarında buğda məhsullarının satıcı iddiaçı tərəfindən alıcı cavabdehə satılması barədə razılığa gəlinmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 13 ədəd elektron qaimə mövcud olmuş, həmin elektron qaimələrdə cavabdehin qeyd etdiyi kimi tərəflər arasında bağlanmış müqavilə barədə məlumatlar qeyd olunmasa da, elektron qaimələrin “vahidinin buraxılış qiyməti” bağlı hissəsində 359 rəqəmi öz əksini tapmışdır. Bu isə, məhz tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş vahidin dəyəri ilə üst-üstə düşür.
34. Bundan başqa, birinci instansiya məhkəməsinin 2021-ci il 24 iyun tarixli məhkəmə iclası protokolunda cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin bağlandığını, borcun həmin müqaviləyə əsasən yarandığını, 392.257 manat məbləğində borcun olduğunu, müəyyən ödənişlərin edildiyini, pandemiya şəraitinə görə cavabdehin öz öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyini, quşların həmin buğda məhsullarını yedikdən sonra ölüm hallarının çoxaldığını, iddiaçıdan alınm ış buğda məhsulları ilə əlaqədar araşdırma aparıldığını, borcun 231.954 manat olduğunu, cavabdehin barışığa razı olduğunu bildirmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin iclasında həmçinin müəyyən edildi ki, iş materiallarında olan 13 ədəd elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayında müəyyən ardıcıllıqla cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və onlara etiraz edilməmişdir. Məhsulun təhvil verilməməsi elektron qaimələrin isə yalnız mühasibatlıq tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Digər tərəfdən, iddiaçı tərəfind ən 2021-ci il 2 fevral tarixində cavabdehə göndərilmiş pretenziyada tərəflər arasında bağlanmış müqavilənin bağlanma tarixi və sayı da göstərilməklə 281.954 manat məbləğində borcun olması qeyd edilmiş və onun 2021-ci il 25 yanvar tarixinədək ödənilməsinin təmin olunması xahiş edilmişdir. Cavabdehin 2021-ci il 18 fevral tarixli ödəniş tapşırığı ilə 50.000 manat iddiaçının hesabına köçürülmüşdür.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə qaytarmalı olduğu pul vəsaitini tam həcmdə ödəmək öhdəliyini yerinə yetirmədiyi üçün ödənilməmiş 231.954 manat pul vəsaiti cavabdehdən tut ularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə kollegiyası iddia tələbinin borc məbləğinə hesablanmış 34.793 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə hüquqi qiymət verərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırkı halda da iddiaçının əldən çıxmış faydaya görə daha çox məbləğ tələb etməsinin digər əsasları təsdiq olunmamışdır. Bu səbəbdən, cavabdeh tərəfindən iddiaçıya qaytarılmayan 231.954 manat pulun gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla, yəni 11.597 manat məbləğində pul vəsaiti də iddiaçının xeyrinə tutulmalıdır.
38. Gəldiyi nəticəni apel lyasiya instansiyası məhkəməsi MM-in 21.2, 385.1, 425.1, 427.1, 427.2, 427.3, 427.4, 427.5, 433.3, 445.7, 449.1, 449.2, 567, 568.1, 569.1, 570.1.1, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1, 1.2, 1.3, 2.1, 3.1, 3.2, 3.7.1, 3.12-ci bəndlərinə, MPM-in 420-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2022-ci il 8 dekabr tarixində proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilmiş, cavabdeh qətnamədən 2023-cü il 31 yanvar tarixdə kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə, iddiaçı isə 2023-cü il 6 fevral tarixdə kassasi ya şikayəti verərək qətnamənin iddianın təmin olunmadığı hissədə ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
40. MPM-in 217.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Cavabdehlə müqavilə bağlanan və mallar satılan zaman məqsəd gəlir əldə etmək və yeni mallar alaraq, gəlirin daha da artırılması olmuş, lakin cavabdehin vaxtında ödənişlər etməməsi səbəbindən, iddiaçı artıq həmin məbləğə mallar ala bilməmiş və uzun zaman gəlirdən məhrum olmuşdur. Bu səbəbdən də əldən çıxmış faydanın inflyasiyaya uyğun hesablanmasını istəmiş, lakin məhkəmələr bu nüansı nəzərə almamış, iddianın təmin olunmadığı hissədə sübutlara düzgün qiymət verməmişlər.
41. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara qeyri-obyektiv və qərəzli yanaşmış, təqdim edilən dəlilləri görməzdən gəlmiş və mübahisənin həlli üzrə nəticəyə qeyri-müəyyən və suallar doğuran halları əsas gətirərək iddia tələblərini qismən təmin etmişdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri
42. MM-in 567, 600.1, 385.1, 425.1, 433.3, 442, 448.1-ci maddələrinin tələbləri pozulmuşdur. Malın cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd yoxdur. Qəbul olunmayan malın pulu isə ödənilməli deyil. Qarşı tərəf məhkəmə qətnaməsi qəbuledilməsinə çalışmaqla əsassız varlanmaq niyyətində olmuşdur. Müəssisə tərəfindən audit yoxlaması həyata keçilmiş və malların müəssisəyə təhvil verilməsi barədə heç bir sənəd aşkar edilməmişdir. Qaimə fakturanın olması isə malın təhvil veriməsi hesab edilə bilməz. İddiaçı malın cavabdeh tərəfindən qəbul edilməsini sübuta yetirə bilməmişdir. Qətnamədən isə görünür ki, apellyasiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi elektron qaiməyə əsaslanaraq maddi hüququn tətbiqində və təvsirində səhvə yol vermiş və beləliklə də düzgün olmayan nəticəyə gəlmişdir.
43. MPM-in 81, 88-ci maddələrinin tələbləri pozulmuş, gəlinən nəticə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 18 mart tarixli qərarına uyğun olmamışdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətlərinə qar şı etiraz təqdim olunmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-e tməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
48. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
21. Zərərin əvəzinin ödənilməsi... 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşül ür....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə
427. Öhdəliyin icrası m üddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə
433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məs uliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin m əbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
569. Əşyanı vermək vəzifəsinin icrası müddə ti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı... 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda;...” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyən ləşdirilmiş müddətdə həyata keçirməlidir....”
49. Zamana görə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara u yğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir....
2. Elektron qaimə-fakturanın tərtib edilməsi 2.1. Elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir....
3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.1. Vergi ödəyicisi alıcıya elektron qaimə-fakturanı elektron formatda təqdim edir. 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, İnternet Vergi İdarəsi vasitəsilə avtomatik olaraq alıcının bu səhifədə yaradılmış şəxsi elektron qutusuna (e-qutu) ötürülür.... 3.7. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.), elektron qaimə-fakturanın dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Dəqiqləşdirilmiş elektron qaiməfakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Dəqiqləşdirilmiş elektron qaimə-faktura təqdim edildikdən sonra alıcı tərəfindən təsdiq edilməlidir. Alıcı tərəfindən dəqiqləşdirilmiş elektron qaimə-f akturanın təqdim edildiyi ayın sonuncu gününəkimi təsdiq edilmədiyi halda dəqiqləşdirilmiş elektron qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.... 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.”
50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağı dakılar nəzərdə tutulur: “3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;... 3.12. Vergi ödəyicisi kimi uçotda olan, lakin elektron kabineti olmayan vergi ödəyicisinə göndərilmiş elektron qaimə-fakturanın düzəliş edilməsinə zərurət yarandıqda, elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında müəyyən edilmişdir ki: “...MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödə nilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.”
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında müəyyən edilmişdir ki: “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidm ətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
53. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan iş in halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.” IV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Hazırkı işdə iddiaçı əsas tələb üzrə 231.954 manat məbləğində pulun və 34.793 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmiş, iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış yazılı razılaşmalara və malların elektron qaimə fakturalar əsasında cavabdehə təhvil verildiyinə istinad etmiş, cavabdeh isə tələb olunan dəyərdə malların ona təhvil verilmədiyini və hər hansı borcun olmadığını göstərmişdir.
55. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, son apellyasiya baxışında isə məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək əsas iddia tələbini tam, əldən çıxmış faydaya dair tələbi 11.597 manat hissəsində (əsas vəsaitin gecikdirilmiş müddət üçün ilik beş faizi dərəcəsi ilə hesablanmaqla) təmin etmiş, hər iki tərəf apellyasiya instansiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirmişdir.
56. İddiaçı hesab edir ki, həmin qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə ədalətsiz olmuşdur.
57. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının mövqeyi ilə razılaşmayaraq apellyasiya instansiya məhkəməsinin həmin məsələ ilə əlaqədar gəldiyi nəticəni qanuni və əsaslı hesab e dir.
58. Hazırkı iş üzrə verilmiş iddia ərizəsində əldən çıxmış fayda ilə əlaqədar qeyd olunmuşdur ki, cavabdeh 231.954 manat məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə artıq bir il müddət ərzində minimum 15% olmaqla həmin məbləğdən bir ilə 34.793 manat gəlir əldə edə bilərdi. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı həmin gəlirdən də məhrum olmuşdur (bax yuxarıda § 10).
59. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olmasına, faizlərin miqdarının pul öhdəliyinin icra edildiyi g ün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyinə dair müddəalar öz əksini MM-in 449.1-ci maddəsində (bax yuxarıda § 48) tapmışdır.
60. MM-in 445.7-ci maddəsinin (bax yuxarıda § 48) isə tələbi ondan ibarətdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında formalaşdılrılmış hüquqi mövqelərə (bax yuxarıda § 51) görə, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənil məsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir... Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərd ə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
62. Beləliklə, qeyd olunanlardan aydın olur ki, MM-in 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranma sı üçün kreditor (iddiaçı) ona çatası pul vəsitindən borclunun (cavabdehin) faydalandığını, yəni müəyyən gəlir, artım, bəhər və s. əldə etdiyini sübuta yetirməlidir. Əgər kreditor bunu sübut edə bilməsə, MM-in 445.7-ci maddəsinə uyğun olaraq borcludan pul məbləğinin ödənilməsini gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyi tələb etməkdə haqlıdır.
63. Baxılan işdə də MM-in 445.7-ci maddəsini tətbiq edərkən apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əldən çıxmış faydaya görə daha çox məbləğ tələb etməsinin digər əsasları təsdiq olunmur.
64. İddiaçı apellyasiya instansiya məhkəməsinin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
65. Odur ki, cavabdehin tələb olunan pul vəsitindən faydalandığı, yəni müəyyən gəlir, artım, bəh ər və s. əldə etdiyi apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmədiyindən məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiya məhkəməsi iddiaçının kassasiya şikayətində göstərilən hüquq pzountularına yol verməmişdir.
66. Cavabdeh isə özünün kassasiya şikayətində hazırkı iş üzrə məhkəmə icraatının əvvəlki mərhələlərində gətrdiyi dəlillərə bir daha istianad edərək bildirir ki, malın cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sənəd yoxdur. Qaimə fakturanın olması isə malın təhvil veriməsi hesab edilə bilməz. İddiaçı malın cavabdeh tərəfindən qəbul edilməsini sübuta yetirə bilməmişdir.
67. Məhkəmə kollegiyası cavabdeh kassatorun dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şi kayəti üzrə qəbul etdiyi 2022-ci il 20 aprel tarixli qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 52) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
69. Tərəflər arasında münasibətlər yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin (bax yuxarıda § 49) tələblərinə görə, ƏDV ödəyiciləri tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesabfakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
70. Habelə hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.4-cü bəndinə (bax yuxarıda § 50) görə, elektron qaimə-fakt ura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
71. Hazırkı işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, mübahisə predmeti olan tərəflər arasında 2019-cu il 19 iyun tarixli SA-486 nömrəli alğı-satqı müqaviləsi əsasında tərtib edilərək imzalanmış və həmin müqavilənin ayrılmaz tərkib hissələri sayılan 2020-ci il 27 avqust və 8 sentyabr X4ın 1 və 2-ci bəndlərinə əsasən, mallar sifariş verildikdən sonra 1 iş günü ərzində satıcının Giləzi rayonunda yerləşən ünvanında satıcı tərəfindən alıcıya təhvil verilir. Malların dəyəri mallar təhvil v erildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində köçürmə yolu ilə alıcı tərəfindən satıcıya ödənilir.
72. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iş materiallarında 13 ədəd elektron qaimə-faktura mövcuddur. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayında müəyyən ardıcıllıqla cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və onlara etiraz edilməmişdir (bax yuxarıda §§ 33, 35).
73. Göründüyü kimi, hazırkı halda tərəflər özlərinin qarşılıqlı razılaşmalarında alınan mallara görə ödənişin edilməsini bilavasitə satıcı tərəfindən alıcıya elektron qaimənin təqdim edilməsi ilə şərtləndirmiş, yəni ödənişin edilməsi məqsədilə satıcı tərəfindən alıcıya elektron qaimənin təqdim olun masını yazılı razılaşmanın imperativ şərti kimi nəzərdə tutmuşlar. Buna müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə müvafiq qaydada 13 ədəd belə elektron qaimə-faktura ardıcıllıqla təqdim edilmiş, cavabdeh həmin elektron qaiməfakturaladan heç birinə müvafiq qaydada etiraz etməmişdir.
74. Bununla əlaqədar apellyasiya instansiyasının mövqeyi ondan ibarət olmuşdur ki, məhsulun təhvil verilməməsi elektron qaimələrin isə yalnız mühasibatlıq tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci il 2 fevral tarixində cavabdehə göndərilmiş pretenziyada tərəflər arasında bağlanmış müqavilənin bağlanma tarixi və sayı da göstərilməklə 281.954 manat məbləğində borcun olması qeyd edilmiş və onun 2021-ci il 25 yanvar tarixinədək ödənilməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarında olan cavabdehin 2021-ci il 18 fevral tarixli ödəniş tapşırığı ilə 50.000 manat iddiaçının hesabına köçürülmüşdür. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 231.954 manat məbləğində əsas borcun tutulması xahiş olunmuşdur (bax yuxarıda § 35).
75. Həmçinin işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, sözügedən elektron qaimələrdə cavabdehin qeyd etdiyi kimi tərəflər arasında bağlanmış müqavilə barədə məlumatlar qeyd olunmasa da, elektron qaimələrin “vahidinin bu raxılış qiyməti” bağlı hissəsində 359 rəqəmi öz əksini tapmışdır. Bu isə məhz tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş vahidin dəyəri ilə üst-üstə düşür. Bundan başqa, birinci instansiya məhkəməsinin 2021-ci il 24 iyun tarixli məhkəmə iclası protokolunda cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin bağlandığını, borcun həmin müqaviləyə əsasən yarandığını, 392.257 manat məbləğində borcun olduğunu, müəyyən ödənişlərin edildiyini, pandemiya şəraitinə görə cavabdehin öz öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyini, quşların həmin buğda məhsullarını yedikdən sonra ölüm hallarının çoxaldığını, iddiaçıdan alınmış buğda məhsulları ilə əlaqədar araşdırma aparıldığını, borcun 231.954 manat olduğunu, cavabdehin barışığa razı olduğunu bildirmişdir (bax yuxarıda §§ 33-34).
76. Qe yd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin əsas borc tələbi ilə bağlı mövqeyi yuxarıda istinad edilən “Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə, işdə olan sübutların aidliyi, mümkünlüyü və mötəbərliyinin qiymətləndirilməsinə dair MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 53) tələblərinə, eləcə də hazırkı iş üzrə Ali Məhkəmənin ilk dəfə kassasiya icraatı qaydasında qəbul etdiyi 2022-cil il 16 avqust tarixli qərarında verilmiş göstərişlərə, deməli, həm də MPM-in 420-ci maddəsinin (bax yuxarıda § 53) tələblərinə uyğun olmuşdur, bu səbəbdən də MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 53) uyğun olaraq qanuni və əsaslı hesab edilməlidir.
77. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli 2-2(105)-117/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
78. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 dekabr tarixli 2-2(105)-117/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.