Məhkəmə qərarları › İş №2-2(102)-144/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-144/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-144/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-144/21 Bakı şəhəri xx xxxxx 2021-ci il 20.04.2021 Açar sözlər: sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin vəkili Bəhram Bayramovun, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi xxx3nin iştirakları ilə, cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegi yasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-134/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” ASC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyan olaraq 103.928 manat avtomaşınlar üçün hesablanmış xərcin, 15.450 manat dəbbə pulunun, əldən çıxmış gəlirə görə hər ay 20.000 manat olmaqa ümumilikdə 5 ay üçün 100.000 manat, maşınların Azərbaycana gətirilməsi üçün xərclənən 6.800 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, tərəflər arasında xx xxxxxxxx 2018-ci il tarixdə iddiaçıya məxsus avtonəq liyyat vasitələrinin sığortalanması barədə müqavilə bağlanmış, sığorta ərazisi əqdin tələbinə görə Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə, İran İslam Respublikası və MDB ölkələr olaraq müəyyən edilmiş, sığorta müddəti isə 365 gün qeyd olunmuşdur. xx xxxxxx 2018-ci il tarixdə avtonəqliyyat vasitələri ilə Rusiya Federasiyası ərazidində yol nəqliyyat hadisəsi baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitələrinə dəymiş zərərin cavabdehin razılığı ilə “xxxx” MMC-nin əməkdaşları tərəfindən hesablanmasına və hadisə ilə bağlı zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq, cavabdeh real zərərdən aşağı məbləğin ödənilməsini təklif etmiş və müqavilədə nəzərdə tutulsa da, avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi üçün xərclənmiş vəsaitin əvəzini ödəmə mişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2(81)874/2019 saylı qərardadı ilə (hakim Fərid Mədətli) iş üzrə məhkəmə-avtotexniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, 21098 saylı rəy tərtib olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(81)874/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia tələbi qismən – cavabdehdən 78.271 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin tələbinə görə əmlak sığortası üzrə sığorta hadis əsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərəçəkən sayılır. Sığorta hadisəsi zamanı iddiaçı zərərçəkən şəxs olduğundan sığorta ödənişini almaq hüququna malik olmuş, cavabdeh isə sığorta təşkilatı olaraq sığortalınıln xeyrinə sığorta ödənişini həyata keçirmək vəzifəsini daşımışdır. Ümumilikdə üç avtonəqliyyat vasitəsi üçün şərhsiz azadolma məbləği istisna olmaqla ekspert tərəfindən müəyyən olunmuş həddə iddia təmin edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı dəbbə pulu, avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi üçün xərclənən vəsait və əldən çıxmış fayda ilə bağlı məhkəməyə hər-hansı sübutları təqdim etmədiyindən iddia həmin hissədə əsassız olmuşdur. Həmin q ətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin 27.850 manat hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, e-2-2(103)-134/2020 saylı qərardadı ilə (hakim İlham Əhmədov) iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq və yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizaları təyin edilmişdir. Ekspert tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli, 09/29-8/49 rəy tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli. 2-2(103)-134/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. “X1 1843” markalı, **-CZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi MC********** saylı, “Schmitz” markalı **-ZC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin MC********** №-li, “Schmitz” markalı, **-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin MC********** saylı sığorta şəhadətnamələri əsasında, müvafiq olaraq 40.000 manat, 40000 manat və 35000 manat (cəmi 115.000 manat ) həddində sığortalandığı və 3900 manat, 2600 manat və 2600 (cəmi 9100 manat) şərtsiz azadolma müəyyənləşdirilməklə, sığortalandığı və müvafiq sığorta haqqının ödənildiyi - işin mübahisə edilməyən hallarını təşkil edir. Əlavə məhkəmə-əmtəəşüna slıq və yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası üzrə alınmış Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09/29-8/49 saylı xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə aşağıdakı nəticələr əldə olunmuşdur: - 2007-ci il buraxılışlı "X1 1843” markalı, **-CZ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 43.777,0 manat, - “Schmitz” yarımqoşqu markalı, **-ZC-*** dövlət nömrə nişanlıavtomaşının təmirbərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 18.580,00 manat; - 2004-cü il buraxılışlı “Schmitz” yarımqoşqu markalı, 10-ZH735 dövlət nömrə nişanlı avtomaşının təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 25.014,00 manat. Beləliklə, ekspertin rəyi ilə avto maşınların təmir bərpa xərcinin ümumilikdə 87371 manat təşkil etdiyi müəyyən edilmişdir. Tədqiq olunan ekspert rəyinin qeyd olunan nəticələri ilə birinci instansiya məhkəməsində işə baxılarkən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ilkin verilmiş 21098 saylı xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyində gəlinən nəticələr eynilik təşkil etsə də, müqayisəli təhlil aparıldıqda, hazırkı ekspert rəyinin tədqiq-əsaslandırıcı hissəsindən görünür ki, əvvəlki rəydən fərqli olaraq ayrı-ayrı ekspertza sahələrinin ekspertləri tərəfindən hərtərəfli ekspert tədqiqatı aparılmış, o cümlədən: - məhkəmə avto-texniki eksperti tərəfindən konkret şəkildə tədqiqat obyektləri sığorta hadisəsinin obyektləri olan avtomobillərin, onların fototəsviri verilməklə, zədələnmiş hissələri müəyyən edilmiş, m əhkəmə-əmtəəşünaslıq eksperti tərəfindən isə həmin zədələnmiş hissələrinin detalları üzrə ayrı-ayırlıqda, köhnəlmə faizi də nəzərə alınmaqla, qrafik şəklində aydın təsvir olunmaqla əmtəə dəyərləri və təmir işlərinin görülməsi üzrə xərcələr müəyyənləşdirilmişdir. Cavabdeh şirkətin – “Sığorta hadisələrinin tənzimlənməsi departamenti” tərəfindən tərtib edilib, kimliyi göstərilməyin şəxs tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli hesablama cədvəllərində: «X2 1843» markalı **-CZ-*** qeydiyyat nişanlı avtomaşının üçün 14500 manat, digər «SCHMİTZ» markalı - **-ZC-*** qeydiyyat nişanlı avtomobil üçün 6000 manat, **-ZH-*** qeydiyyat nişanlı avtomaşın üçün isə 7300 manat (cəmi: 27850 manat) Ekspert rəylərində gəlinən nəticələr üzrə təmir bərpa xərci, həmçinin avtomobillərin servisini həyata keçi rən «xxxx» MMC-nın mütəxəssisləri tərəfindən verilmiş qüsur aktları ilə müəyyən edilən təmir-bərpa işlərindən də fərqlidir: “xxxx” MMC-nın mütəxəssisləri tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli qüsur aktına görə «X3 1843» markalı **-CZ-*** qeydiyyat nişanlı avtomaşının üçün 51.872,61 manat digər «SCHMİTZ» markalı **-ZC-*** qeydiyyat nişanlı avtomobil üçün 21921,78 manat, **-ZH-*** qeydiyyat nişanlı avtomaşın üçün isə 30.135,89 manat (cəmi: 103.930,28 manat). İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, sığortalıya vurulan ziyanın əvəzi həcmində (sığorta məbləği həddində, şərti azadolmalar nəzərə alınmaqla) sığorta ödənişini iddiaçıya ödəməy ə borclu olduğu halda, bu öhdəliyini lazımınca icra etməkdən əsassız olaraq imtina etmişdir. Tədqiq olunan ekspert rəyinin nəticələri ilə birinci instansiya məhkəməsində işə baxılarkən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ilkin verilmiş 21098 saylı xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyində gəlinən nəticələr eynilik təşkil etsə də, müqayisəli təhlil aparıldıqda, hazırkı ekspert rəyinin tədqiq-əsaslandırıcı hissəsindən görünür ki, əvvəlki rəydən fərqli olaraq ayrı-ayrı ekspertza sahələrinin ekspertləri tərəfindən hərtərəfli ekspert tədqiqatı aparılmışdır. Məhkəmə kollegiyası ekspert rəyində gəlinən nəticələrə inandırıcı yanaşır və həmin nəticələri sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirərək belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertizanı n nəticələrinə istinadən gəldiyi nəticə faktlar nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 399.1, 883.1, 884.5, 888.1, 888.2, 898.2, 899.1, 899.1.2, 901.1, 904.1, 922.1, 923.1, 926.2, prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin 27.850 manat hissədə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, avtonəqliyyat vasitələrinə hər-hansı zərərin dəyib-dəyməməsinin, əgər dəyibsə zərərin nədən ibarət olmasının, eyni zamanda zərər dəydiyi təqdirdə onun məbləğinin müəyyən edilməsi üçün ilk növbədə həmin nəqliyyat vasitələrinin hansı hissələrinin dəyişdirilməyə, hansı hissələrinin isə təmirə ehtiyacının olması məhkəmə metalloqrafik ekspertizası tərəfindən müəyyən edilməli, daha sonra müəyyən edilmiş zərərin qiymətləndirilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən həyata keçirilə bilərdi. Lakin birinci instansiya məhkəməsi məhkəməmetalloqrafik ekspertizası təyin etməmiş, cavabdehin isə təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətini təmin etməmişdir. Bundan başqa bildirilmişdir ki, prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ek spertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. Apellyasiya məhkəməsi iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin təkrar ekspertiza da ilk ekspertizanı aparmış ekspertlər tərəfindən həyata keçirilmişdir. Şikayətin dəlillərinin hüquqi əsası kimi “Dövlət məhkəmə ekspertizası haqqında” Azərbaycan Respublikası Qanunun 21, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2, 102.2-ci maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh vurulan ziy anın əvəzi həcmində (sığorta məbləği həddində, şərti azadolmalar nəzərə alınmaqla) sığorta ödənişini iddiaçıya ödəməyə borclu olduğu halda, bu öhdəliyini lazımınca icra etməkdən əsassız olaraq imtina etmişdir. Ödənilməli olan sığorta ödənişinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tədqiq olunan ekspert rəyinin nəticələri ilə birinci instansiya məhkəməsində işə baxılarkən eksperti tərəfindən ilkin verilmiş rəydə gəlinən nəticələr eynilik təşkil etsə də, əvvəlki rəydən fərqli olaraq ayrı-ayrı ekspertza sahələrinin ekspertləri tərəfindən hərtərəfli ekspert tədqiqatı aparılmışdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspe rtə və ya ekspertlərə tapşırmaqla təkrar ekspertiza təyin edə bilər. Apellyasiya məhkəməsi iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin təkrar ekspertiza da ilk ekspertizanı aparmış ekspertlər tərəfindən həyata keçirilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin tətbiq etdiyi maddi hüquq normalarına münasibətdə hər hansı bir dəlilini və onlarla bağlı hüquqi əsaslandırmasını bildirməmiş və yalnız ekspert rəyini sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyin tələbləri baxımından mübahisələndirimişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq Azərbaycan Respublikası MPM-nin 418.4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə yoxlanılması halları istisna olmaqla, kassasiya instansiya məhkəməsinin səlahiyyəti yalnız kassasiya şikayətində bildirilmiş dəlillərinin qiymətləndirilməsi üzrə aparılmalıdır. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. “Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinc i və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. “ Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində yalnız prosessual qanunvericiliyi tələblərinin pozulması barədə bildirdiyi dəlillər üzrə apellyasiya məhkəməsinin qətnaməsinin yoxlanılasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin müddəalarında ekspertiza ilə bağlı aşağıdakı qaydalar müəyyən olunmuşdur: - 97-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspe rtiza təyin edə bilər. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar; - 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir; - 102-ci maddəsinə əsasən, erkspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər; - 102.3-cü maddəsinə əsasən, məhkəmə işdə iştirak edən şəxslərin vəs atəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, ekspertizanın aparılması xüsusi biliklə bağlı olmalı, tərəflərin çəkişmə prinsipini riayət edilməklə aparılmalı, habelə verilmiş ekspert rəyi müəyyən hallarda təkrar və ya əlavə ekspertizanın aparılmasını zəruri edə bilər. Əlavə və ya təkrar ekspertiza həmçinin işdə iştirak edən şəxslərin vəsatəti ilə təyin oluna bilər. Eyni zamanda, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 11-ci maddəsi müəyyən etmişdir ki, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının vət əndaşı məhkəmə eksperti ola bilər. Habelə, həmin Qanunun 1-ci maddəsinə əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Bu müddəalara uyğun olaraq ekspert rəyinə qiymət verərkən belə nəticə əldə olunur ki, həmin rəy müəyyən ekspertiza ixtisası üzrə müvafiq peşə hazırlığı keçmiş və qarşısında qoyduğu sualları əsaslandıran səlahiyyətli şəxs tərəfindən verilmişdir. Qanunun 16-cı maddəsinə görə, iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edildikdə, həmin məsələnin aydınlaşdırılması məqsədilə birinci dəfə təyin edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır. Daha sonra həmin Qanunla əl avə və ya təkrar ekspertizaların keçirilməsi qaydaları nəzərdə tutulmuşdur: - 17-ci maddəyə əsasən, ikin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir; - 18-ci madddəsinə əsasən, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda, təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvə lki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən, onlar iştirak etmirlər. Bu müddəalardan göründüyü kimi, ilkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Bu şərtlər kimi rəyin aydın olmaması, sualların həll edilməməsi, rəyin əsaslı olmaması və s. göstərilmişdirlər. Ekspertlərin iştirakına münasibətdə müəyyən edilmişdir ki, əlavə ekspertizanın aparılmasında həmin ekspertin iştirakının mümkünlüyü nəzərdə tutulduğu halda, təkrar ekspertizanın aparılması zamanı həmin ekspert iştirak edə bilər, lakin rəy tərtib olunarkən həmin ekspert iştirak edə bilməz. İşin prosessual vəziyyətindən göründüyü kimi, birinci instnasiya məhkəməsi tərəfindən i lkin məhkəmə ekspertizası təyin edilmişdir. xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən göründüyü kimi, ekspertizanın növü və ixtisas sahəsi kimi məhkəmə-əmtəəşünaslıq ekspertizası, “Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” qeyd olunmuşdur. Ekspert qismində İqtisadi ekspertizalar şöbəsinin eksperti xxx4 göstərilmiş və onun tərəfindən rəy tərtib olunmuşdur. Apellyasiya icraatı zamanı cavabdeh vəsatət verərək ilkin ekspert rəyinin kifayət qədər əsaslı olmaması səbəbindən mübahisələndirərək kompleks məhkəmə-metalloqrafik və əmtəəşünaslıq ekspertizanın təyin olunmasının xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq və yol-nəqliyyat hadisələrinin tədqiqi ekspertizaları təyin ed ilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyindən göründüyü kimi, ekspertizanın növü və ixtisas sahəsi kimi “Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası. Yol-nəqliyyat hadisələri hallarının tədqiqi və 13.2.Məhkəmə-əmtəəşünaslıq ekspertizası, Ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” qeyd olunmuşdur. Ekspertlər qismində Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti Elşən Həsənov və İqtisadi ekspertizalar şöbəsinin eksperti xxx4 göstərilmiş və onlar tərəfindən rəy tərtib olunmuşdur. Beləliklə, qeyd edilmiş prosessual sənədlərdən göründüyü kimi, cavabdehin bildirdiyi dəlil öz təsdiqini tapmamışdır. Çünki apellyasiya məhkəməsi tərəfindən cavabdehin vəsatəti əsaslı hesab olunaraq təkrar ekspertiza deyil, əlavə ekspertiza təyin edilmişdir. Əlavə ekspertizanın aparılmasında və rəyin tərtib edilməsində isə ilkin ekpertizada iştrak etmiş ekspertin iştirakını qadağan edən hal qanunvericilikdə nəzərdə tutulmamışdır. Verilmiş ekspert rəyinin digər əsaslar üzrə mübahisələndirilməsinə münasibətdə məhkəmə kollegiyası bu hissədə apellyasiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk olaraq məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında məsələ ilə bağlı ifadə edilmiş hüquqi mövqeyi ondan ibarətdir ki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməl idir. Apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə ilkin ekspert rəyi ilə əlavə ekspert rəyini müqayisəli şəkildə təhlil etmiş və müəyyən etmişdir ki, əvvəlki rəydən fərqli olaraq ayrı-ayrı ekspertiza sahələrinin ekspertləri tərəfindən hərtərəfli ekspert tədqiqatı aparılmışdır, lakin ilkin verilmiş rəydə gəlinən nəticələr eynilik təşkil etmişdir. Belə ki, əlavə ekspertiza zamanı məhkəmə avto-texniki eksperti tərəfindən konkret şəkildə tədqiqat obyektləri sığorta hadisəsinin obyektləri olan avtomobillərin, onların fototəsviri verilməklə, zədələnmiş hissələri müəyyən edilmiş, məhkəmə-əmtəəşünaslıq eksperti tərəfindən isə həmin zədələnmiş hissələrinin detalları üzrə ayrı-ayırlıqda, köhnəlmə faizi də nəzərə alınmaqla, qrafik şəklində aydın təsvir olunmaqla əmtəə dəyərləri və təm ir işlərinin görülməsi üzrə xərcələr müəyyənləşdirilmişdir. Məhkəmə kollegiysı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların, o cümlədən ekspert rəyinin qiymətləndirilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş və zəruri əsaslandırma aparılmışdır. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şiakyətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin eidlməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2-2(103)-134/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar