Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-144/2022 29.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: xidmət və icarə müqaviləsi, elektron qaimə-faktura Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, iddiaçı "xxxx" MMC və Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-980/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İcraçı "xxxx" MMC (bundan sonra – iddiaçı) ilə sifarişç i Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında bağlanmış “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” 2018-ci il 30 may tarixli, AZTX/60 saylı müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Şamaxı şosesi 15-ci km ünvanında yerləşən “X1 Volvo Construction, SDLG, Cat” avadanlıqlarının ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya cavabdehin sifarişinə əsasən istehsalat sahələrində onun təqdim etdiyi avadanlıqları təmir etməyi, cavabdeh isə iddiaçının gördüyü işlərin haqqını və avadanlıqlara quraşdırılmış yeni ehtiyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdürlər.
2. Xidmət müqaviləsinin 3.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyat hissələrinin dəyəri ilkin olaraq 50% icraçının hesabına ödənildiyi, qalan 50% he sab faktura icraçı tərəfindən sifarişçiyə təqdim edilən tarixdən 15 gün ərzində icraçının bank hesabına və ya xəzinəsinə ödənilməsi ilə müəyyən olunur.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 1 mart tarixli, AZTX/402 saylı icarə müqaviləsinə əsasən, iddiaçı ona məxsus markaları, modelləri, şassisi, dövlət nömrə nişanları və texniki göstəriciləri əlavələrdə göstərilən ağır texnikalar, yük avtomobilləri və başqa nəqliyyat vasitələrini 6 ay müddətinə cavabdehin icarəsinə vermişdir.
4. İcarə müqaviləsinin 4.4-cü bəndində qeyd olunmuşdur ki, xidmətlərə görə ödəmələr icarəyə verənin təqdim etdiyi düzgün əsaslandırılmış hesab fakturanın icarəçi tərəfindən təsdiq edilməsindən sonra 5 iş günü ərzində həyata keçirilir.
5. İddiaçı tərəfindən cavabdehə 2020-ci il 10 oktyabr tarixdə prete nziya göndərilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 16 iyun tarixli, 024/21 saylı maliyyə arayışına əsasən, tərəflər arasında olan yük avtomobilləri və texnikalarının servis xidmətlərinin görülməsinə dair göndərilmiş elektron qaimə fakturaların bir qismi Vergilər Nazirliyi tərəfindən elektron sistem əsasında qanunvericiliyə əsasən təsdiq edilmişdir. İddia olunan borc təsdiqlənmiş qaimələr üzrə cəmi 186.120,43 manat, təsdiqlənməmiş (sistem tərəfindən avtomatik təsdiqlənən) qaimələr üzrə cəmi 982.569,59 manat və cavabdehdə heç bir məlumat olmayanlar üzrə cəmi 446.44,42 manat təşkil etmişdir. Vergi sistemi tərəfindən qəbul edilmiş, lakin cavabdeh tərəfindən heç bir təsdiq sənədi olmayan (təhvil-təslim) iddia olunan məbləğlə bağlı Vergilər Nazirliyinə həmin qaimələ rin ləğv edilməsi üçün müraciət olunub. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 2021-ci il 7 yanvar tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərilmiş servis servis xidmətləri üzrə 1.238.364,27 manat əsas borc, 178.982,43 manat ƏDV məbləği, təhvil verilmiş ehtiyat hissələri üzrə 88.492,32 manat əsas, 15.928,62 manat ƏDV, icarə haqqı üzrə 79.218,47 manat əsas, 14.259,33 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1.615.245,44 manat məbləğdə pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2018-ci ildən başlayaraq cavabdehə məxsus texnika və naqliyyat vasi tələrinə servis xidməti göstərilmiş və 2018-ci il 12 iyun tarixdən 2020-ci il 13 mart tarixinə qədər ümumilikdə 19 ədəd elektron qaimə göndərilmişdir. Elektron qaimələrə və maliyyə arayışına əsasən, iddiaçı tərəfindən cavabdehə məxsus texnika və nəqliyyat vasitələrinə 1.282.742,98 manat dəyərində servis xidmətləri göstərilmiş, ƏDV 230.893,73 manat təşkil etmiş, 100.492,32 manat əsas məbləğ, 18.088,62 manat ƏDV məbləği dəyərində ehtiyyat hissələri təhvil verilmiş, həmçinin 124.218,47 manat əsas məbləğ, 22.359,33 manat ƏDV məbləği dəyərində icarə haqqı hesablanmışdır. Göstərilmiş servis xidmətləri üzrə cavabdeh tərəfindən 44.378,71 manat əsas, 51.911,31 manat ƏDV, təhvil verilmiş ehtiyyat hissələri üzrə 12.000 manat əsas, 2.160 manat ƏDV, icarə haqqı üzrə 45.000 manat əsas, 8100 manat ƏDV məbləği ödəniş həyata keçirilmişdir. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş servis xidmətləri üzrə 1.238.364,27 manat əsas, 178982,43 manat ƏDV, təhvil verilmiş ehtiyyat hissələri üzrə 88.492,32 manat əsas, 15.928,62 manat ƏDV, icarə haqqı üzrə isə 79.218,47 manat əsas və 14.259,33 manat ƏDV məbləği dəyərində borcu ödənilməmiş qalmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 17 iyun tarixli, e-2-2(113)862/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən – cavabdehdən 186.120,43 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmişdir (hakim – F.Qasımov).
10. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı müqavilə şərtlərində nəzərdə tutulan qaydalara əməl etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız elektron qaimələrə istinad etmişdir. Elektro n qaimə-faktura ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər – qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Təhvil-təslim aktının qaimə-fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması qaimə-fakturanın malın təhvil verilməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd olmadığını göstərir. İddiaçı tərəfindən təqdim edilmiş qaimələrin bir hissəsi imzalanmamış, imzalanan qaimələrdə isə imzası olan şəxslərin həmin qaimələrin imzalama səlahiyyətlərinin olub-olmaması işin halları ilə müəyyən edilməmiş, imzaların həqiqətən cavabdehin səlahiyyətli şəxslərinə məxsus olmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə bu barədə də heç bir sü but təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən təsdiq olunmuş EAAM 073300 saylı, EAAM 074214 saylı, EAAN 418235 saylı, EAAN 418647 saylı, EAAN 417142 saylı, EAAN 411131 saylı və EAAT 806985 saylı qaimələrdə olan məbləğ 186.120,43 manat təşkil etdiyindən iddia tələbi yalnız həmin məbləğin tələb edilməsi hissəsində əsaslı olmuşdur.
11. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 700.1, 700.3, 675, 752.1, 753.1, 769, 324.1, 389.1, 405.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qan unvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 1.2, 2.3-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
12. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(103)-980/2021 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin rədd olunduğu hissədə ləğv ed ilmiş, həmin hissədə cavabdehdən 967.269,61 manat vəsaitin iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul olunmuşdur. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdehin onda heç bir məlumatın olmadığını qeyd etdiyi 446.555,42 manat məbləğində borcu barədə iddiaçı da hər-hansı mötəbər sübutlara malik olmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissəsinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Lakin, iddiaçının istinad etdiyi 19 ədəd elektron qaimə 5 gün müddətdə cavabdeh tərəfindən etiraz edilmədiyi üçün qüvvəyə minmişdir və yalnız iddiaçının razılığı ilə ləğv oluna bilər. Tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə iddia tələbi təmin olunan hissə, yəni cavabdehin özünün təsdiq etdiyi cəmi 165.512,55 manat məbləğdə 6 ədəd elektron qaimənin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzləri, cavabdehin təsdiq etmədiyi, lakin sistem tərəfindən təsdiq edilmiş cəmi 886.434,72 manat məbləğdə 11 ədəd elektron qaimənin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzləri ilə eyni qaydada tərtib edilmiş və imzalanmışdır. Belə olan halda, 165.512,55 manat məbləğdə 6 ədəd elektron qaimənin əsaslandığı qəbzlərlə eyni qaydada tərtib edilmiş və imzalanmış qəbzlərə əsaslanan cəmi 886.434,72 manat məbləğdə 11 ədəd elektron qaimənin sırf bu əsasdan qəbul edilməməsi ağlabatan sayıla bilməz. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə isə hər iki tərəfin səlahiyyətli i mzası və möhürü təsdiq edilən görülmüş işlərin (göstərilmiş xidmətlərin) təhvil-təslim aktları əlavə müzakirə tələb etmir və həmin müqavilə üzrə cavabdehin 2019-cu ilin mart ayının icarə haqqına dair 20.607,88 manat məbləğdə EAAT 806985 nömrəli elektron qaiməni təsdiq etməsi bu qənaəti gücləndirir.
15. Məhkəmə kollegiyası həmçinin cavabdehin təsdiqləmədiyi, lakin sistem tərəfindən təsdiqlənmiş elektron qaimələr üzrə cəmi borc məbləğinin 982.569,59 manat olması ilə də razılaşmamışdır. Belə ki, həmin 19 ədəd elektron qaimədən 7-si (EAAM 073300, EAAM 074214, EAAN 418235, EAAN 418647, EAAN 417143, EAAN 411131 və EAAT 806985 nömrəli elektron qaimələr) cavabdeh tərəfindən təsdiqlənmiş, qalan 12-dən 9-da (EEAT 951343, EAAJ 806381, EAAY 684702, EAAZ 760447, EBAA 202036, EBAA 714708, EBAB 000094, E BAC 173454 və EBAB 625479 nömrəli elektron qaimələrdə) isə başqa müqavilələrə istinad edilmiş, yəni qaimələrdə əsas kimi AZTX/60 nömrəli xidmət və AZTX/402 nömrəli icarə müqavilələri qeyd edilməmişdir. Bu səbəbdən, həmin 9 elektron qaimənin cəmi məbləği olan 15.299,98 manat, sistem tərəfindən təsdiqlənmiş elektron qaimələr üzrə cəmi borc məbləği 982.569,59 manatdan çıxılmalı və iddia tələbi məhz həmin 967.269,61 manat məbləğ hissəsində (EAAT 951466 - AZTX/60 - 570,49 manat, EBAH 643474 - AZTX/402 - 96.134,87 manat və EBAH 644145 - AZTX/60 - 870.564,25 manat) təmin edilməlidir.
16. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 427.3, 442, 448.1, 448.2, 700.1, 700.3, 675, 752.1, 753.1, 757, 767.1, 769-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 n ömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
17. Apellyasiya məhkəmədinin qətnaməsi 2021-ci il 3 noyabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və həmin tarixdə iddiaçı və cavabdehin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
18. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Qətnamədən həmçinin iddiaçı da kassasiya şikayəti verərək onun iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi və iş üzrə müə yyən olunmuş hallar və sübutlar əsasında iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh iddianı qismən qəbul edərək göstərilmiş xidmətlərin və alınmış mallara görə yaranmış 186.120,43 manat məbləğin həqiqətən ödənilməli olduğunu bildirmişdir. Qalan 967.269,61 manat məbləğində elektron qaimələr isə Vergilər Nazirliyi tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Halbuki, həmin qaimələr üzrə heç bir xidmət göstərilməyib. Elektron qaimə-fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər – qaimə lər, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Təhvil-təslim aktının qaimə-fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması qaimə-fakturanın malın təhvil verilməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd olmadığını göstərir. İddiaçı tərəfindən təqdim edilmiş qaimələrin bir hissəsi imzalanmamış, imzalanan qaimələrdə isə imzası olan şəxslərin həmin qaimələrin imzalama səlahiyyətlərinin olub-olmaması işin halları ilə müəyyən edilməmiş, imzaların həqiqətən cavabdehin səlahiyyətli şəxslərinə məxsus olmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə bu barədə də heç bir sübut təqdim olunmamışdır. Bu səbəbdən, həmin elektron qaimələr malların təhvil verilməsini, xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməzdi.
21. Apellyasiya məhkəməsi Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsini nəzərə almamışdır. Belə ki, oxşar kommersiya mübahisələri üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, elektron qaimələr tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdırılməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsi mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməli olması və sübutların qiymətləndirilməsi meyarlarını pozmuşdur.
22. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 700, MPM-in 77.1, 217.1, 416, 417.1.3, 418.1, 418.3-cü maddələrinə, Azərbaycan Respub likası Nazirlər Kabinetinin 2021-ci il 21 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 2.5.3-cü bəndlərinə istinad etmişdir. b) İddiaçının kassasiya şikayətinin dəlilləri
23. İddia tələbi tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilədən irəli gələn və cavabdehin təsdiq etmədiyi 3 elektron qaimədə göstərilən cəmi 446.555,42 manat məbləğində borcun ödənilməsi hissəsində iddiaçının həmin borc barədə hər hansı mötəbər sübuta malik olmaması əsası ilə təmin etməmişdir. Halbuki, həmin elektron qaimələrin verilməsinin əsasını təşkil edən sənədlər (aktlar, sifariş-naryadlar, malların realizəsi qəbzləri və s.) məhkəməyə təqdim olunmuşdur. Apellyasiya məhkəməsi iş üzrə toplanmış sübutlara ob yektiv və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamışdır.
24. İddiaçı kassasiya şikayətində Mülki Məcəllənin 752.1, 753.1, 769-cu, MPM-in 88 və 217-ci maddələrinə istinad etmişdir. c) kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
25. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
26. Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. İş üzrə iddiaçı və cav abdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
324. Əq d anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə
427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə
675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə
700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qa yda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sa yılır. Maddə
757. Podratçının hazırladığı daşınar əşyaya girov hüququ Əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər. Maddə
767. İşin podratçının materialları ilə icra edilməsi 767.1. Əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır. Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi 71-1. Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli, 156 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları” 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonr a - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. 4.5. Elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər ha nsı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 fevral tarixli, 26 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. 2.5.3. elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdl ər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
30. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
31. İddiaçının kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddia tələbi tikin ti texnikalarına texniki xidmət göstərilməsi barədə müqavilədən irəli gələn və cavabdehin təsdiq etmədiyi 3 elektron qaimədə göstərilən cəmi 446.555,42 manat məbləğində borcun ödənilməsi hissəsində iddiaçının həmin borc barədə hər hansı mötəbər sübuta malik olmaması əsası ilə təmin etməmişdir. Halbuki, həmin elektron qaimələrin verilməsinin əsasını təşkil edən sənədlər məhkəməyə təqdim olunmuşdur.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlili ilə əlaqədar apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşdığını bildirir.
33. Belə ki, tərəflər arasında “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” müqavilə 2018-ci il 30 may tarix bağlanmış, həmçinin onun 2018-ci il 31 dekabr tarixədək qüvvədə olması nəzərdə tutulmuş, iddiaçı tərəfindən isə məhkəməyə həmçinin 2016 və 2017-ci illərə aid olan, habelə 2019 və 2020-ci illərə aid olmaqla üzərində sifarişçinin imzası olmayan sifariş-naryad sənədləri təqdim edilmişdir.
34. Cavabdehin kassasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimələrin bir hissəsi imzalanmamış, imzalanan qaimələrdə isə imzası olan şəxslərin həmin qaimələrin imzalama səlahiyyətlərinin olub-olmaması işin halları ilə müəyyən edilməmiş, imzaların həqiqətən cavabdehin səlahiyyətli şəxslərinə məxsus olmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə bu barədə də heç bir sübut təqdim olunmamışdır. Bu səbəbdən, həmin elektron qaimələr malların təhvil verilməsini, xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməzdi. Apellyasiya məhkəməsi mülki p rosessual qanunvericiliyin hər bir tərəfin öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirməli olması və sübutların qiymətləndirilməsi meyarlarını pozmuşdur.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə aşağıda göstərilənlərə əsasən razılaşmadığını bildirir.
36. İş materiallarından göründüyü kimi tərəflər arasında 2018-ci il 30 may tarixli, AZTX/60 saylı “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” və 2019-cu il 1 mart tarixli, AZTX/402 saylı icarə müqavilələri bağlanmış, həmin müqavilələrdə göstərilmiş xidmətlərə görə ödənişlərin hesab-faktura əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur.
37. İş materiallarında həmçinin, cavabdehə üzərində həmin müqavilələrinin nömrələrinin əks olunduğu və ümumi dəyəri 967.269,61 manat təşkil edən elektron qaimələr mövcud olmuşdur.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər-hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin görülmü ş işləri qəbul edərək iddiaçı tərəfindən işlərin tam və ya natamam görülməsinə hər-hansı irad bildirmədiyinə dəlalət edir.
39. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, AZTX/60 nömrəli xidmət müqaviləsi üzrə cavabdehin özünün təsdiq etdiyi cəmi 165.512,55 manat məbləğdə 6 ədəd elektron qaimənin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzləri, cavabdehin təsdiq etmədiyi, lakin sistem tərəfindən təsdiq edilmiş cəmi 886.434,72 manat məbləğdə 11 ədəd elektron qaimənin əsaslandığı sifariş-naryad və malların realizəsi qəbzləri ilə eyni qaydada tərtib edilmiş və imzalanmışdır. Belə olan halda, 165.512,55 manat məbləğdə 6 ədəd elektron qaimənin əsaslandığı qəbzlərlə eyni qaydada tərtib edilmiş və imzalanmış qəbzlərə əsaslanan cəmi 886.434,72 manat məbləğdə 11 ədəd elektron qa imə üzrə borcun cavabdeh tərəfindən qəbul edilməməsi əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan 2018-ci illərə aid sifariş-naryad və malların realizəsi qəbzləri sifarişçi qrafasında ad soyad qeyd olunmaqla imza ilə təsdiq edilmişdir.
40. MPM-in tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri).
41. Bu ma ddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara yazılı sənədlər, şahid ifadələri, ekspert rəyləri və s. aiddir.
42. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir.
43. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tut duğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
45. Beləliklə, məh kəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi mövcud mübahisə ilə bağlı olan sübutlara və işin hallarına lazımi hüquqi qiymət vermiş və düzgün nəticəyə gəlmişdir.
46. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-980/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
47. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tə rəfindən verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 oktyabr tarixli, 2-2(103)-980/2021 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.