Məhkəmə qərarları › İş №2-2(102)-146/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-146/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-146/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı “xxxx” MMC-in Cavabdeh İB-ə qarşı qaz təchizatı üzrə hesablanmış məbləğin qismən etibarsız hesab edilməsi və artıq hesablanmış ödənişlərin geri qaytarılması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: qaz təchizatı üzrə hesablanan məbləğin qismən etibarsız hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun iştirakı ilə, tərəflərin iştirakı olmadan, İddiaçı “xxxx” MMC tərə findən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli 2-2(103)-468/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Cavabdeh (bundan sonra-İB) ilə “xxxx” MMC (bundan sonra-MMC) arasında bağlanmış 2017-ci il 13 mart tarixli, ***-**-** saylı “Qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqaviləyə əsasən İB MMC-i keyfiyyətli qazla təmin etməyi, MMC aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı İB tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Həmin müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək is tehlakçının vəzifəsidir.

3. Müqavilənin 4.3-cü bəndinə əsasən MMC-in istifadəsində olan qeyri-yaşayış sahəsinə 1 ədəd PQ-4, 2 ədəd kombi, 1 ədəd şirniyyat sobası, 1 ədəd çörək bişirən soba, 1 ədəd buxar qazanı quraşdırılmışdır. 4. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2017-ci il 21 iyun tarixli, ******* saylı aktdan görünür ki, MMC-in istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacı qaz xəttindən açılmış, filtri və içərisi yuyulub təmizlənmişdir, normal işləyir. 5. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 2017-ci il 11 oktyabr tarixli, SS29/1640-166-1 saylı aktdan görünür ki, MMC-in qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 2017-ci il 28 iyul tarixində xətdən çıxarılmış, 2017-ci il 9 oktyabr tarixində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, rotorlar balansdan çıxıb, bu halda mexaniki hissədən keçən qaz həcmi qeydə alınmır. 6. 2018-ci il 26 yanvar tarixli, Q-005598 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, 1 dəst rotorun deformasiyaya uğradığı, 1 dəst yastığın ağır fırlandığı qeyd olunmuşdur. 7. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 2017-ci il 11 oktyabr tarixli, SS29/1640-1021 saylı aktdan görünür ki, MMC-in qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 2017-ci il 28 iyul tarixində xətdən çıxarılmış, 2017-ci il 9 oktyabr ta rixində İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və yoxlamanın nəticəsi olaraq xətalar normaya uyğun olması müəyyən edilmişdir.

8. MMC-in direktoru tərəfindən İB-in Bakı Regional Qazın Satışı Departamentinin rəisinə ünvanlanmış 2018-ci il 2 avqust tarixli, İB-in Baş direktoruna ünvanlanmış 2018-ci il 23 avqust tarixli, İB-in baş direktorunun satış və istismar üzrə müavininə ünvanlanmış 2018ci 20 iyul tarixli ərizələrdən görünür ki, MMC istifadəsində olan qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsini xahiş etmişdir. 9. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2018-ci il 5 oktyabr tarixli, ******* saylı aktdan görünür ki, MMC-in istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılmış, əvəzinə 75018644 saylı müvəqqəti sayğac quraşdırılmışdır. 10. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2018-ci il 8 noyabr tarixli, ******* saylı aktdan görünür ki, MMC-in istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac qaz xəttindən açılıb laboratoriyaya aparılmış, 75158533 saylı sayğacın yerinə müvəqqəti sayğac quraşdırılmışdır. 11. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 2018-ci il 8 noyabr tarixli, ******* saylı aktdan görünür ki, MMC-in istifadəsində olan qeyri-yaşayış sahəsinə qaz xəttində müvəqqəti quraşdırılmış 75018644 saylı qaz sayğacı qaz xəttindən açıldıqdan s onra sayğac öz yerinə quraşdırılmışdır. 12. 2018-ci il 29 oktyabr tarixli xxx saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, rotorun deformasiyaya uğradığı, yastığın sıradan çıxdığı müəyyən olunmuşdur. 13. “Qaz sayğaclarının texniki vəziyyəti haqqında” 2018-ci il 5 noyabr tarixli 002447 saylı bildirişdən görünür ki, müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğacın istismara yararsız olması barədə akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinin tələblərinə əsasən yeni qaz sayğacının alınaraq quraşdırılması və ya mövcud sayğacın təmir edilməsi 15 gü n ərzində MMC tərəfindən təmin olunmalıdır. Yeni tipli qaz sayğaclarının alınması və sənaye tipli qaz sayğaclarının təmiri ilə əlaqədar müqavilənin bağlanması üçün Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə müraciət olunması xahiş edilmişdir. 14. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2018-ci il 31 avqust tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin avqust ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7.362,20 manat borc hesablanmışdır. 15. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2018-ci il 30 sentyabr tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacın ın işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin avqust ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin sentyabr ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7.362,20 manat borc hesablanmışdır. 16. "Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında" 2018-ci il 5 oktyabr tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci 1 oktyabr tarixindən 2018-ci il 5 oktyabr tarixinə kimi 5 gün müddətində 4448 m3 qaz sərfiyyatına görə 889,60 manat borc hesablanmışdır.

17. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məhkəmənin sorğusuna 2019-cu il 29 avqust t arixli AERA-01-17-506/19 saylı cavab məktubunda bildirilmişdir ki, sənaye sektorunda quraşdırılan qaz sayğacları elektron həcm korrektoru ilə təchiz olunmalıdır. Elektron hissənin təyinatı boru kəmərində təzyiqi və qazın temperaturunu ölçüb, korreksiya əmsalını hesablayaraq sayğacdan keçən qaz həcminin standart şəraitə gətirilməsidir. Elektron hissənin tablosunda sayğacdan keçən qaz həcmi Vmt kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt kimi əks olunur. İstifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır. Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması sayğacın qüsurla işləməsini göstərir. 1

8. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İB-ə ünvanladığı 2017-ci il 20 aprel tarixli **********72 saylı məktubda bildirilmişdir ki, sənaye qaz qurğuları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablanma parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğaclarında elektron tablonun göstəricilərinə əsasən aparılır.

19. MMC düzgün hesablanmamasını iddia etdiyi qazdan istifadəyə görə haqq 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci beş günü üçün hesablanmış 15.614 manat (7.362,20+7.362,20+889,60) hissəsi istisna olmaqla İB tərəfindən MMC-in istifadəsində olmuş qaz sayğacının göstəric ilərinə əsasən hesablanmışdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə görə isə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 21. 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci 5 günü üçün hesablanmış borca gəldikdə 2018-ci il 9 oktyabr tarixli qüsur aktına əsasən qaz sayğacının işləməməsi müəyyən olunduğundan 2018-ci ilin avqust, sentyabr ayı və oktyabr ayının birinci 5 günü üçün qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına əsasən avqust və sentyabr ayı 7.362,20 manat məbləğində, oktyabr ayının birinci 5 günü üçün 889,60 man at məbləğində hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı MMC cavabdeh İB-ə qarşı 2017-ci il 1 aprel tarixindən 2018-ci il 1 noyabr tarixi aralığında cavabdeh tərəfindən artıq hesablanmış 60.355,20 manat məbləğində, 2018ci il 2 noyabr tarixindən 2019-cu il 14 avqust tarixi aralığında cavabdeh tərəfindən artıq hesablanmış 21.596,80 manat məbləğində vəsaitin hesablanması qaydasının etibarsız hesab olunması və həmin məbləğlərin ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə, cəmi 81.952 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC 2017-ci il 2 fevral tarixində dövlət q eydiyyatına alınmış, 2017-ci il 1 aprel tarixindən etibarən isə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsində faktiki fəaliyyətə başlamışdır. Çörək və un məmulatlarının istehsalı və satışı ilə məşğuldur. 2017-ci il 13 mart tarixində iddiaçı ilə İB arasında bağlanmış ***-**** saylı müqaviləyə əsasən cavabdeh tərəfindən G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən müəssisədə qazla işləyən avadanlıqlar siyahıya alınaraq aktlaşdırılmışdır. İddiaçı tərəfindən 2017-ci ilin aprel ayından 2018-ci il noyabr ayınadək 54.028,61 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində iki dəfə artıq, yəni 104.785,40 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Halbuki istifadəsində olan avadanlıqlar cavabdehin hesabladığı qədər qaz sərf edə bilməzdi. Belə ki, iddiaçının istifadəsində tunel tipli, dönər tipli çörəkbişirmə sobası və buxar generatoru kimi müasir çörəkbişirmə avadanlıqları var, həmin avadanlıqlarda qənaət rejiminin mövcudluğu qaz sərfiyyatını minimallaşdırır. Avadanlıqların saatlıq qaz sərfiyyatı müvafiq olaraq tunel tipli soba - 20-25 m3, dönər tipli çörəkbişirmə sobası - 5-8 m3 və buxar generatoru - 15-18 m3 aralıqlarında dəyişir. Tunel tipli soba ilə buxar generatorunun gün ərzində fasilələrlə 12 saat, buxar generatorunun isə müvafiq olaraq 6 saat işlədiyini nəzərə aldıqda, avadanlıqların aylıq maksimum qaz sərfiyyatı aşağıdakı kimi olar: Tunel tipli sobanın gündəlik qaz sərfiyyatı 300 m3 (25 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği 50,82 (300 m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği 1.544,93 (50,82 manat x 30,4) manat, dönər tipli çörəkbişirmə sobasının gündəlik qaz sərfiyyatı 48 m3 (8 m3 x 6 saat), gündəlik sərf olunmuş qazın məbləği 8,13 (48 m3 x 0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği 247,15 (8,13 manat x 30,4) manat, buxar generatorunun gündəlik qaz sərfiyyatı 216 m3 (18 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği 36,59 (216 m3 x 0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği 1.112,35 (36,59 manat x 30,4) manat, aylıq sərf olunmuş qazın maksimal məbləği 2.904,43 (1.544,93+247,15+1.112,35) manat. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən göndərilən hesab-fakturalarda tələb olunan aylıq sərf olunmuş qazın məbləğləri, yuxarıda göstərilən qaydada hesablanmış qaz qurğularının maksimal aylıq sərfiyyatın ı dəfələrlə üstələmişdir. Məbləğlər arasındakı fərq 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan dövrdə 50.756,79 manat təşkil edir. İddiaçı 2017-ci il 17 iyul tarixli məktubla cavabdehə müraciət etmiş və məktubunda 2017-ci ilin iyun ayı üçün sərf olunmuş qazın həmin ilin aprel və may aylarındakı göstəriciləri dəfələrlə üstələdiyini və bu problemin cavabdehin yerli idarəsinin mütəxəssisləri tərəfindən sayğacın filterinin təmizlənməsindən sonra baş verdiyini əsas göstərərək həmin qaz sayğacının tənzimlənməsini xahiş etmişdir. 2018-ci ilin 14 iyun tarixində iddiaçı cavabdehə məlumat ünvanlayaraq müəssisənin fəaliyyət göstərdiyi təxminən bir il ərzində qaz təchizatı ilə bağlı montaj olunmuş tənzimləmə qurğuları və sayğacın iki dəfə sıradan çıxdığını, bunun səbəbinin qaz təzyiq inin stabil olmaması və qazın çirkli olması olduğunu cavabdehin nəzərinə çatdırmış və göstərilənlərə əsasən müəssisəyə qazın qanunvericilikdəki standartlara uyğun verilməsini xahiş etmişdir. Bununla yanaşı, 2018-ci ili 20 iyul tarixində cavabdehə istifadəsində olan G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı qaz sərfiyyatını düzgün hesablamadığı üçün həmin sayğacın növbədənkənar dövlət yoxlamasının keçirilməsi barədə ərizə ilə müraciət olunmuşdur. Həmin ərizəyə cavab məktubunda cavabdeh sayğacın yoxlanıldığını və heç bir qüsur aşkarlanmadığını bildirmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərkən onların nümayəndəsinin iştirakı təmin edilməmiş və sayğacın vəziyyəti ilə bağlı akt tərtib olunmamışdır. Cavabdehin cavab məktubunu aldıqdan sonra iddiaçı 2018-ci il 1 avqust tarixində saat 17:00 radələrində sayğaca baxış keçirmiş, baxış nəticəsində sayğacın plombunun cavabdehin əməkdaşları tərəfindən açılması və sayğacın işləməməsi aşkarlanmış, bununla bağlı cavabdehin nümayəndəsinə telefon vasitəsilə məlumat verilmiş və sayğacın fotoşəkilləri çəkilmişdir. Növbəti gün yəni, 2018-ci il 2 avqust tarixində iddiaçı tərəfindən sayğaca təkrar baxış keçirilmiş və sayğacın yenə də işləməməsi aşkarlanmışdır. Bundan sonra iddiaçı həmin sayğacın dövlət yoxlamasından keçirilməsi və ya yenisi ilə əvəz olunması ilə bağlı yenidən cavabdehə müraciət etmişdir. Sayğacın işləməməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra 2018-ci il 5 oktyabr tarixində sayğac çıxarılaraq laboratoriyaya göndərilmiş və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. 2018-ci il 29 oktyabr ta rixdə sayğacın istismara yararsız (təmirə ehtiyacı var) olması barədə qüsur aktı tərtib olunmuşdur. Müəssisəyə yeni sayğacın alınması və montaj edilməsi ilə bağlı müraciət olunmuşdur.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019cu il 27 iyun tarixli ekspert rəyindən görünür ki, 2019-cu il 4 iyun tarixində ekspert və tərəflərin iştirakı ilə MMC-ə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Konkret olaraq həmin qaz sayğacının hansı qüsurla işləməsi, müva fiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. MMC-ə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının saatlıq qaz sərfiyyatını, işləmə rejimini və ayda 30 günün olmasını nəzərə almaqla, həmin qurğuların maksimal aylıq qaz sərfiyyatı: qış ayı üçün 11913 m3 (397.1 m3 x 30 gün=11913 m3), yay ayı üçün 11649 m3 (388.3 m3 x 30 gün=11649 m3 ) təşkil edir. MMC-ə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatına əsasən 2017-ci il 1 aprel tarixindən 2018-ci il 1 noyabr tarixinədək olan dövr üçün həmin qeyri-yaşayış sahəsində təbii qazın sərfiyyatı 222651 m3 təşkil etməklə, həmin sərfiyyatın dəyəri 44.430,2 manat təşkil edir və MMC tərəfindən ödənilməlidir. 25. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 sentyabr tarixli, 2-2(82)383/2019 saylı qətnaməsi ilə iddiaçı MMC-in cavabdeh İB-ə qarşı qazdan istifadəyə görə hesablanmış məbləğin qismən etibarsız hesab olunması və artıq alınmış ödənişlərin geri qaytarılması tələbinə dair iddiası rədd olunmuşdur (hakim-Leyla Əliyeva).

26. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Belə olan halda məhkəmə sınaq aparılmadan sayğacın qüsurla işləyib-işləməməsi barədə əsaslı nəticəyə gəlməyin mümkün olmamasının ekspert rəyindən və ekspertin izahatından aydın göründüyünü, eyni zamanda sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin sayğacın qüsurla işləməsinə dəlalət etməsi barədə ekspert rəyində göstərilən fikrin ziddiyyətli olmaqla digər iş materialları ilə təkzib edildiyini nəzərə alaraq və ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, 2019-cu il 27 iyun tarixli ekspert rəyi iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi, ələxsus sərfiyyatı olduğundan artıq qeydə alması barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir. Həmçinin 2018-ci ilin noyabrınadək iddiaçının istifadəsində olmuş qaz sayğaclarının, həm də hazırda iddiaçının istifadəsində olan qaz sayğac ının qüsurla işləməsi ehtimal edilsə belə həmin hal özü özlüyündə iddiaçıya hesablanmış borcun bir hissəsinin qanunsuz hesab olunması üçün əsas vermir. Belə ki, borcun qanunsuz hesab edilməsi üçün qaz sayğacının hansı qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alıb-almaması da müəyyən olunmalıdır.

27. Məhkəmə daha sonra 2019-cu il 27 iyun tarixli ekspert rəyinin qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatının müəyyən edilməsi hissəsinə münasibətdə vurğulayır ki, ekspert birinci sual üzrə qaz sayğacının qüsurla işləyibişləməməsi və sərfiyyatı düzgün qeydə alıb-almaması barədə əsaslı nəticə gəlmədiyindən ikinci və üçüncü suallara verilən cavablar iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, qaz sərfiyyatının digər üsullarla, o cümlədən qaz qur ğularının maksimal sərfiyyatına əsasən hesablanması yalnız o zaman mümkündür ki, qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması müəyyən edilmiş olsun. Göstərilən hal müəyyən edilmədiyi halda isə qaz sərfiyyatı qaz sayğacının göstəriciləri əsasında hesablanır. Bundan əlavə ekspert rəyi ilə və ekspertin verdiyi izahatla həmçinin təsdiq olunur ki, ekspert tərəfindən qaz qurğularının maksimal qaz sərfiyyatı qaz qurğularının saatlıq qaz sərfiyyatı və qaz qurğularının bir qayda olaraq gün ərzində istifadə olunma saatları (məsələn, dönər peçi gündə 3,5 saat, qaz peçi gündə 8 saat və s.) nəzərə alınaraq hesablanmışdır. Çörəkbişirmə sexlərində qaz qurğularının adətən istifadə edilmə saatları nəzərə alınmaqla hesablanmış aylıq qaz sərfiyyatı maksimal qaz sərfiyyatından daha çox, qaz qurğularının or ta aylıq qaz sərfiyyatı kimi qəbul edilə bilər ki, müəssisədə həmin sərfiyyatdan daha yüksək sərfiyyatın olması istisna edilmir. Məhkəmə MMC-in iddia tələbinin əsası kimi istinad etdiyi halları, hazırda istifadə etdiyi sayğacın qaz sərfiyyatını düzgün qeydə almamasını, eləcə də əvvəllər müəssisədə quraşdırılmış (2017-ci ilin aprelindən 2018-ci ilin noyabrınadək müddətdə) bütün sayğacların qaz sərfiyyatını düzgün qeydə almamasını, ona sayğac göstəricilərinə əsasən hesablanmış 81.951,9 manat məbləğində qazdan istifadəyə görə haqqın əsassız olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olmaqla rədd edilməlidir.

28. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın (bundan sonra“Qazdan istifadə Qaydaları”) 5.2, 5.4-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2, 77.1, 88, 103.1, 103.2, 124.2 və 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. İddiaçı 2019-cu il 15 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 15 yanvar tarixli e-2-2(103)-24/2020 saylı qətnaməsi ilə iddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 sentyabr tarixli, 2-2(82)383/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – A.Nuriyeva, hakimlər – V.Ağayev və C.Yusifov).

31. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda §§ 23-24).

32. İddiaçı MMC-in kassasiya şikayəti 2020-ci il 17 mart tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

33. İddiaçı MMC qətnamənin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 iyun tarixli, e-2-2(102)-181/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məh kəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 15 yanvar tarixli, 2-2(103)-24/2020 saylı qətnaməsi ləğv olunmuş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti təmin olunmuşdur (sədrlik edən–B.Məmmədli, hakimlər – S.Hüseynova və A.Hüseynov).

35. Bununla əlaqədar əsaslandırma ondan ibarət olmuşdur ki, sayğacın elektron və mexaniki göstəriciləri əsasında böyük (iki dəfəyə yaxın) fərqin olmasının səbəblərinin araşdırılmaması ilə bağlı ekspert rəyində qeyd olunmuşdur ki, qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Göründüyü kimi, ekspert göstəricilər arasındakı fərqin məhz 2 dəfəyə yaxın oluğunu əsas götürməklə sayğacın qüsurla işlədiyi qənaətinə gəlmişdir. Məhkəmə isə həmin məqama lazımi diqqət yetirməmiş, cavabdehin vəsatəti ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə göndərdiyi sorğu məktubunda qoyduğu suallarda həmin məsələni nəzərə almamışdır. Belə ki, 2019-cu il 15 avqust tarixli e-2-2(82)-383/2019 saylı sorğu məktubunda sayğacdakı göstəricilər arasındakı fərqlə bağlı aşağıdakı sualı qoymuşdur: “Elektron qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında fərqin olmasının sayğacın qüsurla işləməsinə dəlalət edib-etməməsi”. Göründüyü kimi, sual ümumi şəkildə qoyulduğundan Agentliyin cavab məktubunda da bu məqama (göstəricilər arasında böyük, konkret halda 2 dəfəyə yaxın fərqin olması) aydınlıq gətirilməmişdir. Bunun nəticəsidir ki, sözü gedən göstəricilər arasında fərqin yol verilən maksimum həddinin nə qədər olması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məsələ apellyasiya instansiya məhkəməsinin də diqqətindən kənarda qalmışdır. Halbuki həmin suala dəqiq cavab almadan hazırkı mübahisənin həlli istiqamətində birmənalı nəticə çıxarılması qeyri-mümkündür. Şikayətçinin digər əsas dəlili 2018-ci ilin iyul ayında sayğacın qüsurla işləməsi müəyyən olunsa da, həmin ilin avqust, sentyabr ayları və oktyabr ayının ilk beş günü üçün sərfiyyat hesabatının məhz iyul ayındakı sərfiyyata uyğun hesablanması ilə bağlıdır. Bununla bağlı, məhkəmə “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə istinadən hesab etmişdir ki, iddiaçının silinməsini tələb et diyi borc məbləğləri bu Qaydalarda və tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə müəyyən olunmuş qaydada hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. “Qazdan istifadə Qaydaları” nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İşin hallarından görünür ki, iddiaçı 2018-ci ilin iyul ayında sayğacın qüsurla işlədiyini aşkar etdikdən sonra İBin müvafiq vəzifəli şəxslərinə ünvanlanmış 2018-ci il 20 iyul, 2018-ci il 2 avqust və 2018-ci il 23 avqust tarix li ərizələrlə müraciət edərək qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsini xahiş etmişdir. Çoxsaylı müraciətlərə baxmayaraq yalnız 2018-ci il 5 oktyabr tarixində sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. 2018-ci il 29 oktyabr tarixində sayğacın istismara yararsız olması barədə qüsur aktı tərtib olunmuşdur. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinin hərfi mənasından görünür ki, sayğac oktyabr ayında çıxarıldığından hesabat sentyabr ayı üçün orta gündəlik sərfiyyata uyğun aparılmalı idi. Lakin hesabat sayğacın yararsız vəziyyətdə olduğunun aşkar edildiyi iyul ayı üzrə aparılmışdır. Halbuki iddiaçının 20 iyul tarixində etdiyi ilk müraciətə cavabdeh tərəfindən vaxtında düzgü n reaksiya verilsəydi sayğac həmin ayda çıxarılaraq laboratoriyaya göndərilər və hesabat da iyun ayı üzrə aparılardı. Məhz cavabdeh tərəfindən istehlakçının müraciətinə laqeyd münasibət göstərilməsi nəticəsində “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl olunmamış, hesabat sayğacın yararsız vəziyyətdə olduğunun aşkar edildiyi iyul ayı üzrə aparılmış, bununla da iddiaçının əsassız hesab etdiyi borc hesablanmışdır. Bununla əlaqədar işə baxan məhkəmələr ədalətin gözlənməsi, düzgün qərarın çıxarılması məqsədilə, iddiaçının çoxsaylı müraciətlərinə cavabdehin gec reaksiya verməsinin, hesabatın 2018-ci ilin iyul deyil, iyun ayı üzrə hesablanmamasının səbəblərini araşdırmalı idilər.

36. Məhkəmə qərarında öz qənaətini “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə, MPM-in 217.1, 217.3-cü maddələ rinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarının 2.4cü və 17-ci bəndinə istinad etməklə əsaslandırmışdır. ç) apellyasiya instansiya məhkəməsində ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli e-2-2(103)-468/2020 saylı qətnaməsi ilə iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 sentyabr tarixli, e-2-2(82)-383/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – R.Qurbanov, hakimlər – M.Məmmədov və V.Baxışova).

38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, elektron qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəricil əri arasında böyük, konkret halda iki dəfəyə yaxın fərqin mövcud olmasının sayğacın qüsurla işləməsinə dəlalət edib-etməməsi məsələlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sorğu göndərilmiş və sonuncunun 2020-ci il 6 oktyabr tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasında qüvvədə olan QOST 2939-63 “Qazı. Usloviə dlə opredeleniə obcema” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 20 °C olmaqla hesablanmalıdır. Bunun üçün qaz sayğacları elektron korrektorla təchiz edilir və qazın dəyəri üzrə hesablaşmalar sayğacın elektron göstəricisinə uyğun aparılır. Həmçinin, AzDTN 2.13-1 “Qaz təchizat ı. Layihələndirmə normaları” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərinə əsasən, izafi təzyiqi 1,2 Mpa-dan (12 bar-dan) yüksək olmayan və qazdan yanacaq kimi istifadə edən istehlakçıların qaz təchizatı sistemlərinin layihələndirilməsinə və istismarına icazə verilir. Bu səbəblərdən qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəricilər arasında böyük, konkret halda iki dəfəyə yaxın fərqin mövcud olması sayğacın qüsurla işləməsinə dəlalət etmir.

39. Bu məhkəmə daha sonra qeyd etmişdir ki, “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2018-ci il 31 avqust tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. B elə ki, 2018-ci ilin avqust və sentyabr ayları üçün hər ay üzrə 36811 m3 qaz sərfiyyatına görə 7.362,20 manat borc hesablanmışdır. Göründüyü kimi 2018-ci ilin avqust-sentyabr ayları üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının deyil, məhz iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Həmçinin iş materiallarında olan abonentin saldosundan görünür ki, 2018-ci ilin iyun ayının qaz sərfiyyatı 36811 m3, iyul ayının qaz sərfiyyatı isə 31564 m3 təşkil etmişdir. Göründüyü kimi iyun ayının qaz sərfiyyatı, iyul ayının qaz sərfiyyatından 5300 m3 çox olmuşdur. Bu hal isə iddiaçının mövqeyinin ümumiyyətlə məntiqli və anlaşılan olmamasını göstərir.

40. Məhkəmə qətnaməsində öz qənaətini MPM-in 420-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

41. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 23 oktyabr tar ixində göndərilmiş və iddiaçının kassasiya şikayəti 2020-ci il 15 dekabr tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

42. İddiaçı qətnamənin tamamilə ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

43. Məhkəmə kollegiyası əlavə araşdırma aparmadan yalnız birinci instansiya məhkəməsinin sadaladığı nüanslara əsaslanmış və iş materiallarında olan sənədləri sadalamaqla kifayətlənmişdir.

44. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyvə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11495 saylı, 2019-cu il 27 iyun tarixli ekspert rəyindən görünür ki, 2019-cu il 4 iyun tarixində ekspert və tərəflərin iş tirakı ilə MMC- ə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, hamin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Həmin qaz sayğacının hansı qüsurla işləməsi, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada. stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. MMC-ə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının saatlıq qaz sərfıyyatını, işləmə rejimini və ayda 30 günün olmasını nəzərə almaqla, həmin qurğuların maksimal aylıq qaz sərfıyyatı: qış ayı üçün 11913 m3 (397.1 m3 x 30 gün=11913 m3), ya y ayı üçün 11649 m3 (388.3 m3 x 30 gün=11649 m3) təşkil edir. MMC-ə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfıyyatına əsasən 2017-ci il 1 aprel tarixindən 2018-ci il 1 noyabr tarixinədək olan dövr üçün həmin qeyri-yaşayış sahəsində təbii qazın sərfıyyatı 222651 m3 təşkil etməklə, həmin sərfıyyatın dəyəri 44.430,2 manat təşkil edir və MMC tərəfindən ödənilməlidir.

45. Məhkəmə qətnaməsində göstərmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məktubunda qaz sayğacının elekton hissəsinin Vbt göstəricisi ilə Vmt göstəricisi arasında (Vmt göstərici isə mexaniki göstərici ilə eyni olmalıdır) fərqin sayğacın qüsurla işləməsinə dəlalət etmədiyi göstərildiyi halda, yuxarıda göstərilən ekspert rəyin dən isə görünür ki, ekspert elektron tablonun Vbt göstəricisi (356.771 m3 ) ilə mexaniki göstərici arasında (179.372 m3) fərqin olmasına əsasən sayğacın qüsurla işləməsi nəticəsinə gəlmişdir.

46. Hesab edilir ki, məhkəmə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məktubuna istinad edərək, ekspertiza mərkəzi tərəfindən verilmiş rəyi öz mülahizəsinə uyğun şərh edərək rəyi şübhə altına almışdır.

47. Sayğacın qaz sərfiyyatının düzgün hesablamadığı üçün növbədən kənar dövlət yoxlamasının keçirilməsi üçün İB-ə ünvanlanmış 2018-ci il 20 iyul tarixli, 2018-ci il 2 avqust tarixli müraciətlərimizə baxmayaraq və sayğacın qüsurla işləməsi barədə Q-066943 saylı, 2019-cu il 29 oktyabr tarixli qüsur aktının olmasına baxmayaraq İB növbəti ayların ödənişi ni qüsurlu sayğacın (iyul 2018-ci il) göstəriciləri əsasında aparmışdır və bununla belə məhkəmə qeyd olunan dəlillərə diqqət yetirməmişdir.

48. Bununla da apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən hallara düzgün qiymət verməmiş, məhkəmə araşdırılması səthi aparılmaqla nəinki maddi hüquq normalarının pozulması, eyni zamanda prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları İddiaçı MMC və cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən iclasın v axtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Cavabdeh tərəf ape llyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

51. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhk əmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə

124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi... 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır....”. Maddə

206. Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz p aylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın də yəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ

52. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdı rılması kimi qiymətləndirilməməlidir.

54. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

55. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində “Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin məktubuna istinad olunması, ekspert rəyinin şübhə altına alınması” dəlili ilə bağlı vurğulayır ki, Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 27 iyun tarixli ekspert rəyindən görünür ki, 2019-cu il 4 iyun tarixində ekspert və tərəflərin iştirakı ilə MMC-ə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacın a baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstəricisi ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372 = 177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar.

56. Sonuncu apellyasiya baxışı zamanı elektron qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında böyük, konkret halda iki dəfəyə yaxın fərqin mövcud olmasının sayğacın qüsurla işləməsinə dəlalət edib-etməməsi məsələlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sorğu göndərilmiş və sonuncunun 2020-ci il 6 oktyabr tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasında qüvvədə olan QOST 2939-63 “Qazı. Usloviə d lə opredeleniə obcema” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1,01325 bar və temperatur 20 °C olmaqla hesablanmalıdır. Bunun üçün qaz sayğacları elektron korrektorla təchiz edilir və qazın dəyəri üzrə hesablaşmalar sayğacın elektron göstəricisinə uyğun aparılır. Həmçinin, AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərinə əsasən, izafi təzyiqi 1,2 Mpa-dan (12 bar-dan) yüksək olmayan və qazdan yanacaq kimi istifadə edən istehlakçıların qaz təchizatı sistemlərinin layihələndirilməsinə və istismarına icazə verilir. Bu səbəblərdən qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəricilər arasında böyük, konkret halda iki dəfəyə yaxın fərqin mövcud olması s ayğacın qüsurla işləməsinə dəlalət etmir.

57. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə aşağıdakı imkanları təqdim etmişdir: işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

58. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 76.1, 76.2 və 88-ci maddələri).

59. Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Digər tərəfdən ekspert rəyində birbaşa göstərilmişdir ki, konkret olaraq həmin qaz sayğacının hansı qüsurla işləməsi, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. Belə olan halda məhkəmə sınaq aparılmadan sayğacın qüsurla işləyib-işləməməsi barədə əsaslı nəticəyə gəlməyin mümkün olmamasının ekspert rəyindən və ekspertin izahatından aydın göründüyünü, eyni zamanda sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin sayğacın qüsurla işləməsinə dəlalət etməsi barədə ekspert rəyində göstərilən fikrin ziddiyyətli olmaqla digər iş materialları ilə təkzib edildiyini nəzərə alaraq və ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, xx xxxx 2019-cu il tarixli ekspert rəyi iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi, ələxsus sərfiyyatı olduğundan artıq qeydə a lması barədə əsaslı nəticəyə gəlməsi kimi qiymətləndirilməsi hüquqi nöqteyi nəzərdən məqbul hesab oluna bilməz.

60. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində “İB-ə ünvanlanmış 2018-ci il 20 iyul tarixli, 2018-ci il 2 avqust tarixli müraciətlərə baxmayaraq İB-in növbəti ayların ödənişini qüsurlu sayğacın göstəriciləri əsasında aparması” dəlili ilə bağlı vurğulayır ki, “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 2018-ci il 31 avqust tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin avqust və sentyabr ayları üçün hər ay üzrə 36811 m3 qaz sərfiyyatına görə 7.362,20 manat borc hesablanmışdır. Göründüyü ki mi 2018-ci ilin avqust-sentyabr ayları üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının deyil, məhz iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Həmçinin iş materiallarında olan abonentin saldosundan görünür ki, 2018-ci ilin iyun ayının qaz sərfiyyatı 36811 m3, iyul ayının qaz sərfiyyatı isə 31564 m3 təşkil etmişdir. Göründüyü kimi iyun ayının qaz sərfiyyatı, iyul ayının qaz sərfiyyatından 5300 m3 çox olmuşdur.

61. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli 2-2(103)-468/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.

62. MPM-in 418.1-ci maddə sinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

63. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 13 oktyabr tarixli, 2-2(103)-468/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar