Məhkəmə qərarları › İş №2-2(102)-147/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-147/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-147/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Şirkətə qarşı iş üzrə Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh Şirkətə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1001/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan iddiaçı MMC (bundan sonra – “MMC”) ilə Cavabdeh Şirkət (bundan sonra – “Şirkət”) arasında bağlanmış və tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 2018-ci il 23 may tarixli 180523/08-100 saylı alqı-satqı müqaviləsinə (bundan sonra – "müqavilə") əsasən, satıcı (MMC) müqaviləyə qoşmalarda göstərilmiş malları alıcıya (Şirkət) satmağı, alıcı isə həmin malları qoşmalarada göstərilən qiymətə satıcıdan satın almağa razılığını bildirir.

2. Müqavilənin 3-cü bəndinə əsasən, satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır.

3. Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər müqaviləyə qo şmalarda nəzərdə tutulmuş qaydada satıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək.

4. Müqavilənin 7.2-ci bəndinə əsasən, mallar üzərində mülkiyyət hüquqları həmin mallar təhvil-təslim aktı ilə alıcıya təhvil verildikdən sonra alıcıya keçir.

5. İş materiallarında olan Müqaviləyə 2018-ci il 24 may tarixli 26/01 saylı əlavənin 1 saylı qoşma sifariş formasında 107.899,20 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30 % olmaqla satılması, 2018-ci il 21 iyun tarixli 26/02 saylı 2 saylı qoşma sifariş formasında 785,60 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 30 % olmaqla satılması, 2018-ci il 26 iyul tarixli 26/03 saylı 3 saylı qoşma sifariş formasında 78470 manat məbləğində malın satıcının anbarına çatdırılma şərti ilə ilkin ödəniş 50 % olmaqla sa tılması, 2018-ci il 7 sentyabr tarixli 26/04 saylı 4 saylı qoşma sifariş formasında 54.615,12 manat məbləğində malın satıcının anbarına çatdırılma şərti ilə ilkin ödəniş 30 %, qalıq 70 % məhsul istehsal edildikdən sonra satılması (məhsulun təhvili ödənişdən sonra 7 iş günü müddətində), 2018-ci il 24 sentyabr tarixli 26/05 saylı 5 saylı qoşma sifariş formasında 3.582,35 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 5 iş günü ərzində), 2018-ci il 24 sentyabr tarixli 26/06 saylı 6 saylı qoşma sifariş formasında 2.136,43 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 10 iş günü ərzində), 2018-ci il 24 sentyabr tarixli 26/07 saylı 7 saylı qoşma sifar iş formasında 1.011,73 manat məbləğində malın EXW çatdırılma şərti ilə ilkin ödəniş 100 % olmaqla satılması (ödəniş həyata keçirildikdən sonra 4 iş günü ərzində) razılaşdırılmış və tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur.

6. İş materiallarında olan "A" ASC-nin hesabdan çıxarışlarından görünür ki, Şirkət tərəfindən MMC-nin bank hesabına 2018-ci il 25 may tarixində 30.000 manat, 2018-ci il 22 iyun tarixində 32.105,76 manat, 2018-ci il 27 iyul tarixində 25.000 manat, 2018-ci il 10 sentyabr tarixində 10.000 manat, 2018-ci il 21 sentyabr tarixində 10.000 manat, 2018-ci il 24 sentyabr tarixində 10.000 manat, 2018-ci il 26 sentyabr tarixində 5.703,82 manat, 2018-ci il 2 oktyabr tarixində 16.284 manat, 2018-ci il 4 oktyabr tarixində 1.107 manat, 2018-ci i l 15 oktyabr tarixində 3.332 manat, 2018-ci il 24 oktyabr tarixində 733,25 manat, 2018-ci il 26 dekabr tarixində 1.339,92 manat, 2019-cu il 18 mart tarixində 20.000 manat, cəmi 235.587,72 manat (əsas məbləğ 195.605,75 manat, ƏDV 39.981,97 manat olmaqla) pul köçürülmüşdür.

7. İş materiallarında olan MMC tərəfindən Şirkətə ünvanlanmış 2019-cu il 14 iyun tarixli 01/133 saylı pretenziya məktubda MMC Şirkətdən Müqavilə üzrə ödənilməmiş 26.516,34 manat məbləğində borcu 3 iş günü müddətində ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir.

8. İş materiallarında olan Şirkətin həmin pretenziya məktubuna 2019-cu il 11 iyul tarixli 36 saylı cavab məktubunda Şirkət Müqaviləyə əsasən malların təhvil verilməsinin təhvil-təslim aktı imzalanmaqla həyata keçirildiyin i, təhvil və təqdim olunmamış mallara görə MMC tərəfindən 26.516,34 manat məbləğində pulun tələb edilməsinin müqavilənin şərtlərinə zidd olduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. MMC 2021-ci il 13 aprel tarixində Şirkətə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Şirkətdən 26.516,34 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müqaviləyə əsasən MMC tərəfindən ümumi dəyəri 262.104,06 manat məbləğində malların satışı həyata keçirilmiş, Şirkət tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 235.587,72 manat məbləğində ödəniş edilmişdir. Lakin Müqavilədə razılaşdırılmış məbləğ üzrə qalan 26.516,34 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. MMC Müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, Şirkət aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir.

11. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1, 445.1, 448.1, 462.1, 464.1, 465.2, 598-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 24.2, 119.1-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.

12. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli e-2-2(113)-2158/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – Ü.Həsənova).

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işin mübah isəsiz halları ondan ibarətdir ki, tərəflər arasında Müqavilə bağlanılmış və Şirkət tərəfindən Müqavilə üzrə MMC-yə ümumilikdə 235.587,72 manat məbləğində ödəniş edilmişdir. MMC iddia ərizəsində göstərilən məbləğdən savayı 26.516,34 manat məbləğində malların təhvil verildiyini, lakin həmin malların dəyərinin Şirkət tərəfindən ödənilmədiyini göstərsə də, həmin məbləğdə malların təhvil verildiyini təsdiq edən sənəd (Müqavilənin 3.3-cü bəndinə əsasən təhvil-təslim aktları) təqdim edə bilməmiş, məhkəmə tərəfindən MPM-in 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların təqdim edilməsinin MMC-yə təklif edilməsinə baxmayaraq MMC-nin nümayəndəsi həmin sənədləri məhkəməyə təqdim edə bilməyəcəyini bildirmiş, lakin məhkəməyə sonradan təqdim etdiyi elektron qaimələrin həmin malların alıcıya çatdırıl dığını təsdiq etdiyini göstərmişdir.

14. MMC iddia ərizəsində göstərilən 26.516,34 manat məbləğində pulun hansı elektron qaimə(lər)ə əsasən yarandığını göstərə bilməmiş, bundan əlavə eyni tarixdə, eyni saatda, lakin bir neçə dəqiqə fərqi ilə bir neçə elektron qaimənin sistemə yerləşdirilməsinin səbəbini izah edə bilməmişdir.

15. Müqaviləyə əsasən 26.516,34 manat məbləğdə borcun tutulması hissəsində MMC tələbini əsaslandıra və bununla bağlı (malların alıcıya təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir.

16. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 398.1, 399.1, 442, 567, 598.1, 598.2, 600.1, 600.4-cü, MPM-in 14.2, 77.1, 77.3, 119.1-ci maddələri, “Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarının 2, 5.2, 5.4-cü bəndləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun (bundan sonra – “KMP”) “Eyvaz Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 6 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 3 noyabr tarixli, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 23 oktyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 30 dekabr tarixli qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – “İHAM”) “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 200 7-ci il 26 iyul tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 2008-ci il 6 mart tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

17. MMC 2021-ci il 9 avqust tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və Şirkətdən 26.516,34 manat məbləğdə borcun və 45 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 26.561,34 manat məbləğində pulun MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1001/2021 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 12 iyul tarixli e-2-2(113)-2158/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edil miş, iddia qismən təmin edilərək Şirkətdən MMC-nin xeyrinə 12.912,71 manat pul, 30 manat dövlət rüsumu tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında Müqavilə bağlanılmış və Şirkət tərəfindən qeyd olunan müqavilə üzrə MMC-yə ümumilikdə 235.587,72 manat məbləğində ödəniş edilmişdir.

20. MMC-nin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, malların Şirkətə təqdim edildiyi birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir.

21. İş materiallarına əlavə edilmiş EAAO 75281 nömrəli 2018-ci il 27 dekabr tarixli, EAAM 144069 nömrəli 2018 -ci il 17 sentyabr tarixli, EAAM 295997 nömrəli 2018-ci il 24 sentyabr tarixli, EAAM 297883 nömrəli 2018-ci il 24 sentyabr tarixli, EAAM 399683 nömrəli 2018-ci il 28 sentyabr tarixli, EAAM 422579 nömrəli 2018-ci il 28 sentyabr tarixli, EAAN 292648 nömrəli 2018-ci il 1 noyabr tarixli, EAAN 146675 nömrəli 2018-ci il 26 oktyabr tarixli, EAAN 146528 nömrəli 2018-ci il 26 oktyabr tarixli, EAAN 058973 nömrəli 2018-ci il 23 oktyabr tarixli, EAAM 595020 nömrəli 2018ci il 4 oktyabr tarixli, EAAM 677996 nömrəli 2018-ci il 8 oktyabr tarixli, EAAN 146834 nömrəli 2018-ci il 26 oktyabr tarixli, EAAM 531222 nömrəli 2018-ci il 2 oktyabr tarixli, EAAM 629509 nömrəli 2018-ci il 5 oktyabr tarixli, EAAM 900433 nömrəli 2018-ci il 17 oktyabr tarixli, EAAO 752381 nömrəli 2018-ci il 27 dekabr tarixli, EAAM 3924 08 nömrəli 2018-ci il 27 sentyabr tarixli, EAAK 085376 nömrəli 2018-ci il 25 iyun tarixli, EAAK 047565 nömrəli 2018-ci il 22 iyun tarixli, EAAK 047825 nömrəli 2018-ci il 22 iyun tarixli, EAAK 046096 nömrəli 2018-ci il 22 iyun tarixli, EAAK 045873 nömrəli 2018-ci il 22 iyun tarixli, EAAK 045449 nömrəli 2018-ci il 22 iyun tarixli, EAAK 045495 nömrəli 2018-ci il 22 iyun tarixli elektron qaimələr üzrə hesablama aparıldıqda MMC tərəfindən Şirkətə təqdim edilmiş malların ümumi dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi 262.104,06 manat təşkil etdiyi müəyyən olunur.

22. Müqavilənin 3.3-cü bəndinə əsasən, satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir. Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərə flər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır.

23. Birinci instansiya məhkəməsi müqavilənin qeyd edilən bəndinə istinad edərək bu qənaətə gəlmişdir ki, malların Şirkətə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları olmadığından təqdim edilmiş elektron qaimələr təhvil-təslimi təsdiq edən sübut kimi nəzərə alına bilməz.

24. Müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır.

25. Birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən nəzərə almamışdır ki, müqavilədə malların satıcı tərəfindən alıcıya təhvil verilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərd ə tutulsa da, Şirkət tərəfindən dəyəri artıq ödənilmiş mallarla bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında malların təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir.

26. Qaydaların qüvvəyə minməsindən sonra mal və xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq mal və xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.

27. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, müqavilənin ümumi dəyəri müqaviləyə qoşmalarda müəyyən edilmiş məbləğlərin cəmindən ibarətdir.

28. İş materiallarından görünür ki, 2018-ci il 23 may tar ixli alqı-satqı müqaviləsinə 7 ədəd qoşmaya əsasən (2018-ci il 24 avqust tarixində 107.899,20 manat, 2018-ci il 21 iyun tarixində 785,60 manat, 2018-ci il 26 iyul tarixində 78.470 manat, 2018-ci il 7 sentyabr tarixində 54.615,12 manat, 2018-ci il 24 sentyabr tarixində 3.582,35 manat, 2018-ci il 24 sentyabr tarixində 2.136,43 manat, 2019-cu il 24 sentyabr tarixində 1.011,73 manat) Şirkət tərəfindən MMC-yə sifariş verilmiş malların ümumi dəyəri 248.500,43 manat təşkil edir.

29. Şirkətin sifariş verilmiş 248.500,43 manat dəyərində malın təqdim edilməməsi ilə bağlı MMC-yə pretenziya irəli sürməməsi və həmin dəyərdə malın təqdim edilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə qoşmalara əsasən sifariş verilmiş 248.500,43 manat dəyərində mal MMC tərəfindən Şirkətə təhvil verilmişdir. 248.500,43 manatdan Şirkətin ödədiyi 235.587,72 manat məbləğ çıxıldıqda qalıq borcun 12.912,71 manat təşkil etdiyi müəyyən olunur.

30. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyindən mübahisələndirilən qətnamə ləğv edilərək iddianın qismən – 12.912,71 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

31. Şirkət tərəfindən 248.500,43 manatdan artıq məbləğdə malın MMC-yə sifariş verilməsi barədə işdə sübutlar olmadığından iddia qalan hissədə əsassızdır.

32. MMC tərəfindən təqdim edilmiş nəzarət buraxılış vərəqələrini, malların və xidmətlərin satışı adlı sənədləri imzalamış şəxslərin Şirkətin səlahiyyətli nümayəndələri olduğu sübut olunm adığından və həmin sənədlərdə qeyd edilmiş məbləğlərə əsasən MMC-nin iddia etdiyi məbləğdə malın Şirkətə təhvil verildiyi təsdiq olunmadığından məhkəmə həmin sübutları iddia ərizəsinin dəlillərini təsdiq edən mötəbər sübut hesab etmir.

33. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 404.1, 404.2, 425.1, 567, 598.2-ci, MPM-in 77.1ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 2.3, 5.2, 5.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.

34. Şirkət 2021-ci il 21 dekabr tarixində tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya ş ikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri.

35. MM-in 567, 569.1, 570.1, 570.1.1, 570.1.2, 570.2, 575.1, 598.1, 598.2, 599.1, 599.2, 600.1 maddələri pozulmuşdur. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən, tərəflər arasındakı “alqı-satqı müqaviləsində” ayrı qayda nəzərdə tutulmadıqda qanunun normaları tətbiq olunur. İş materiallarına əlavə edilən müqavilə və müqaviləyə əlavələrlə bütün şərtlər müəyyən olunmuş və bu şərtlərə Şirkət əməl etmişdir. Müqavilə və onun tərkib hissəsi olan müqaviləyə Əlavələr (Qoşmalar) qanuna müvafiqdir və müqavilə ilə qaydalar, şərtlər (1, 3.2, 3.3, 4.1, 7.2-ci bəndləri, müqavilə üzrə ödənişlərin müqaviləyə Qoşmalarda nəzərdə tutulmuş qaydada, satıcı tərəfindən məhsulun alıcıya təhvil verilməsinə, ödənişdən sonra 7 gün müddətində həyata keçirilməsinə dair şərt) müəyyən olunub. Məhkəmə bu müqavilə şərtinə münasibətdə subyektiv mülahizə qaydasında qətnamədə yazır ki, malın təqdim edilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciətin edilməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə qoşmalara əsasən sifariş verilmiş 248.500,43 manat dəyərində malı MMC Şirkətə təhvil vermişdir. Məhkəmə maddi hüquq normanın tələbini açıq surətdə qərəzli formada pozaraq, MMC-nin xeyrinə qanunsuz qətnamə çıxarmaq üçün müqavilə şərtlərini nəzərə almır. Məhkəmə MM-in və Müqavilənin maddələri ilə qətnaməni əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi daha çox sədrlik edən hakimin yalnız formal mülahizələrindən ibarətdir. Hakim müqavilə şərtlərini nəzərə almadan təhvil-təslim aktının olmadığını qe yd edir. Belə bir nəticə hakimin formal mülahizəsi olmaqla yanaşı, məhkəmənin mövqeyi qanunsuzdur. Lakin digər tərəfdən “Nəzarət buraxılış vərəqələri”ni əsassız hesab edir. Bu ziddiyyət anlaşılmır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv edərkən MM-in 425.1. 404.1. 404.2ci maddələrinə düzgün olmayan formada istinad etmişdir Belə ki, məhkəməyə MMC tərəfindən təqdim olunmuş müqavilənin tərkib hissəsi olan yeddi ədəd “müqaviləyə Əlavələrdə” Qoşmalarda tərəflər, MM-in tələblərinə uyğun olaraq öz aralarında malların alqı-satqısı və satılan malların dəyərini müəyyən etmək və ödənişin həyata keçirilməsini müqavilə qaydasında müəyyən etmişlər. Buna görə də məhkəmənin məsələyə formal yanaşması, mübahisəyə aid olmayan maddi hüquq normalarına istinad etməsi və heç bir hüquqi və qanuni əsas olmadan, habelə tərəflərin özləri tərəfindən mübahisələndirilməyən müqavilənin və müqaviləyə əlavənin bəndləri ilə müəyyən edilmiş ödəniş şərtlərini hakimin öz formal mülahizəsi əsasında nəzərə almaması qanun və hüquq pozuntusudur. Məhkəmə öz mülahizəsini əsaslandırmaq üçün MM-in 404.1 və 404.2-ci maddələrə istinad etməsinin yanlış və səhv olması aşağıdakılarla təsdiq olunur: Mqaviləyə əlavəyə uyğun olaraq MMC tərəfindən heç bir e-qaimə təqdim olunmadığı halda, Şirkət tərəfindən 2018-ci il 22 iyun tarixinə qədər MMC-nin bank hesabına ƏDV ilə birlikdə 108.684,81 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə işin hallarını təhrif etməklə, qanunu və müqavilənin şərtlərini düzgün tətbiq etməməklə birinci instansiya məhkəməsinin qətnaməsini əsassız ləğv etm işdir. Məhkəmə e-qaimənin qanunvericilikdə verilmiş izahından kənara çıxmış, yazılı sübutları nəzərə almamışdır. 7 ədəd müqaviləyə əlavələrdə ödənişlərlə əlaqədar aşağıdakı şərtlər müəyyən olunub: 1) 2018-ci il 24 may, 21 iyun və 26 iyul tarixli əlavələrdə ödənişlərin nə vaxt və necə ödənilməsi şərtləri müəyyən olunub. Buna baxmayaraq Şirkət tərəfindən mallar təqdim edilməmişdən əvvəl 2018-ci il 24 may-2 iyun tarixlərində MMC-nin bank hesabına ödənişləri köçürmə qaydasında əvvəlcədən icra etmişdir; 2) 2018-ci il 7 sentyabr tarixli əlavədə və 2018-ci il 24 sentyabr tarixli 26/05, 26/06, 26/07 nömrəli əlavələrdə “Qoşmalarda” ödəniş ilə əlaqədar aşağıdakı şərt (qayda) müəyyən olunmuşdur: Məhsulun təhvili - (alıcı tərəfindən) ödəniş həyata keçirildikdən sonra (4, 5, 7 iş günləri) 10 iş günü ər zində icra olunsun. Beləliklə, MM-in 599.1-ci maddəsinin tələblərinə uyğun olaraq, tərəflər arasında rəsmiləşdirilmiş müqavilədə ödəniləcək məbləğlər və ödəniş qaydası müəyyən olunmuşdur. 2018-ci il 20 iyul tarixli 26/03 nömrəli əlavədə alıcı Şirkət tərəfindən ilkin ödəniş 50 faiz, yerdə qalan 50 faiz isə məhsul satıcı tərəfindən istehsal olunduqdan sonra malın alıcıya təqdim olunması şərti müəyyən olunmuş, sonrakı müqaviləyə əlavələrdə isə məhsulun Şirkətə təhvili yalnız ödənişdən sonra verilməsi şərti müəyyən olunmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi MM-in 599-cu maddəsinin tələblərini pozmuşdur. Tərəflər qanunun bu normasına uyğun olaraq müqavilə əsasında müəyyən ediblər ki, yalnız malın dəyəri əvvəlcədən ödənildikdən sonra mallar alıcıya təqdim olunacaq. Məhkəmənin qətn aməsi qanuna və müqavilənin bu şərtlərinə ziddir. Məhkəmə eyni zamanda qeyd olunan MM-in tələblərinə uyğun bağlanmış müqavilə şərtlərini nəzərə almadan, formal mülahizə əsasında birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən nəzərə almamışdır ki, müqavilə əsasında malların nisyə satılması faktı, tərəflər arasında malların nisyə satılması barədə hər hansı sövdələşmə mövcud olmamışdır. Beləliklə, tərəflər arasında MM-in 600-cü maddənin təsiri altına düşə bilən halın olmadığını birinci instansiya məhkəməsi əsaslı şəkildə öz qətnaməsində qeyd etdiyi halda, apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normaların tələblərini formal mülahizəsi əsasında pozmuş və tərəflər arasında bağlanmış müqavilə şərtlərini və MM-in “müqavilədən əmələ gələn öhdəliklərlə” əlaqədar normasını n tələblərini pozmuşdur. Müqaviləyə əsasən MMC hazırladığı məhsulun dəyərini əvvəlcədən alır, sonra isə “təhvil-təslim aktı” əsasında malı alıcıya təqdim edir. Tərəflər arasında guya ümumiyyətlə “təhvil-təslim aktı”nın mövcud olmaması hakimin formal yanaşmasıdır. Hesab edirəm ki, hakimin bu yanaşması MPM- in 385.2-ci maddəsinin təsiri altına düşən formal mülahizədir.

36. VM-in 71-1-ci maddəsi, elektron-qaimə fakturanın formasının, tətbiqi, uçotu və istifadə qaydaları pozulmuşdur. Məhkəmənin e-qaimə ilə əlaqədar qətnamədə qeyd etdiyi VM-in 71-1-ci maddəsinə, bununla əlaqədar normativ hüquqi aktlara və onların mahiyyətinə ziddir. VM müəyyən edib ki, malları təqdim edən e-qaiməni mallar göndərilən - verilən vaxt, yaxud malın təhvil verilməsini təsdiq edən sənəd verildiyi tarixdən 5 gün müddət ində verilir. Şirkətin e-qaiməni ləğv etmək səlahiyyəti qaydalarda yoxdur. Hakim formal mülahizə əsasında tərəflərin müqaviləyə əlavələrdə razılaşdıqları malların təhvil-təslim aktı əsasında verilməsi şərtini nəzərə almır. Bütün müqaviləyə əlavələrdə qeyd olunur ki, sifariş edilən malın 50 faiz dəyəri əvvəlcədən ödənilir və malın dəyəri tam ödənildikdən sonra mal Şirkətə təqdim edilməlidir. Bu hal hakimin maddi hüquq normasını açıq formada pozmasıdır. Apellyasiya məhkəməsinin qətnaməsində normativ akta düzgün olmayan formada istinad olunur. Qətnamədə müqavilə bağlandığı dövrdə qüvvədə olmuş “Elektron vergi hesab-fakturaların tətbiqi, uçotu və istifadəsi” qaydalarının 2.3, 5.2 və 5.4-cü bəndlərinə istinad olunması səhvdir, əsassız və qanunsuz yanaşmadır. Tərəflər arasında müqavilə münasib ətləri 2018-ci il dövrünə təsadüf etdiyindən, elektron-qaimə fakturanının formasının, tətbiqi, uçotu və istifadə qaydalarının 2.3-cü bəndi aşağıdakı məzmundadır: ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Eyni zamanda, müqavilə bağlandı dövrdə, yəni 2018-ci ildə “Elektron vergi hesab-fakturaların tətbiqi, uçotu və istifadə” qaydalarında 5.2 və 5.4-cü bəndlər (2016-cı ildə xaric olunub) mövcud deyildir. Məhkəmə bu halda da qanun normasını deyil, formal mülahizəsini qətnamədə yazmışdır. Qətnamədə qeyd olunur ki, elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq ma l və xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Bu baxımdan, məhkəmə müqaviləyə dair bağlanmış 7 ədəd “Qoşmalara” (Əlavələrə) əsasən malların sifariş edildiyini qeyd edir, lakin həmin Qoşmalarda sifariş verilən mallar üçün əvvəlcədən ödəniş edilməli olmasına dair müqavilə şərtinə bilərəkdən münasibət bildirməməklə, birinci instansiya məhkəməsinin qanuni qətnaməsini ləğv etməsi əsassızdır. Müqaviləyə əlavələrlə ödənişin əvvəlcədən, hətta 10 gün əvvəl edilməli olduğu göstərilməsi və malın təhvil-təslim aktı əsasında təqdim olunması ilə əlaqədar müqavilə şərtlərini məhkəmənin hansı hüquq norması baxımından nəzərə almaması aydın deyildir. Bununla da məhkəmə həm MM-in normalarını, həm də müqavilə şərtlərini nəzərə almadan qanunsuz qətnamə çıxarmışdır. Məlikəmə normativ hüquqi akta düzgün olmayan formada istinad edərkən nəzərə almamışdır ki. NK-nın 2017-ci il 14 mart tarixli qərarı ilə qeyd olunan qaydalar dəyişdirilmiş, 2021-ci il 2 fevral tarixdən etibarən isə qaydalar yenidən təkmilləşdirilmişdir. Bu səbəbdən məhkəmənin istinad etdiyi qaydaların 5.2 və 5.4-cü bəndləri mövcud deyildir. Digər tərəfdən bu normalar hakim tərəfindən səhv təfsir olunmuşdur. Nəzərə alınmalıdır ki, e-qaimələr əsasən vergi tutma məqsədləri ilə tənzimlənir. E-qaiməni göndərən tərəf yalnız göndərdiyi qaiməni ləğv edə bilər. Qaiməni elektron qəbul edən tərəf qaiməni ləğv edə bilmir. Eyni zamanda, qaydalarda bu halda Şirkət tərəfindən (vergi məqsədləri ilə) e-qaimənin mübahisələndirilməsi qaydası yoxdur. Əksinə, qaydalara görə qaiməni göndərən tərəf həmin qaimədə göstərilə n pul məbləğinin nəyə görə icra olunmaması (ödənilməməsi) ilə əlaqədar rəsmi müraciətləri müqavilə şərtlərinə uyğun mübahisələndirə bilər. Eyni zamanda, vergi tutma baxımından VM-in 71-1-ci maddəsinə görə malı təqdim edən şəxs e-qaiməni malı verən vaxt (yəni hazırkı mübahisə ilə əlaqədar təhviltəslim aktı verilən vaxt), yaxud malın təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində verməlidir. Məhkəmənin gəldiyi nəticə VM-in bu normasının tələbləri pozulmaqla, qanuna zidd formada tətbiq edilmişdir, formal yanaşmadır. Bu baxımdan, VM-in tələblərinə uyğun olaraq 2018-ci ildə qüvvədə olmuş “Elektron vergi hesab-fakturaların tətbiqi, uçotu və istifadə qaydaları”nın tələbləri düzgün tətbiq edilmədiyi üçün qanun pozulmuşdur. Birinci instansiya məhkəməsində 12 ədəd e-qaimə lər barədə, bu qaimələrin eyni gün, eyni saat, eyni məbləğ və eyni mallar üçün dəqiqə fərqi ilə bir gündə 2018-ci il 22 iyun tarixində təqdim olunmuş 6 ədəd qaimələrin əsassızlığı, həmin tarixdə altı ədəd nəzarət buraxılış vərəqələrin formallığı barədə məlumatlarla yanaşı, apellyasiya instansiyaya məhkəməsinə şikayətə dair təqdim etdiyim etirazda qeyd olunanlar məhkəmə tərəfindən araşdırılmadan (müzakirə edilmədən), nəzərə alınmadan maddi və prosessual hüquq normaların tələbləri MMC-nin xeyrinə pozulmaqla, qanunsuz qətnamə çıxarılmışdır.

37. MPM-in 418.1, 418.2, 385.2, 77, 81, 88, 89-cu maddələri pozulmuşdur. Qətnamədə qeyd edilir ki, müqaviləyə Əlavələrdə sifariş verilmiş 248.500,43 manatlıq mal MMC tərəfindən Şirkətə təhvil verilib. Sübutetmə vəzifəsi bu halda MMC-nin üzərində qalır. B elə olan halda hakimin MPM-in 77-ci maddəsini pozaraq heç bir sübut olmadan tərəfin əvəzindən nəticəyə gəlməsi prosessual pozuntudur. Nəzərə alınmalıdır ki, müqavilədə və müqaviləyə Əlavələrdə qeyd olunur ki, satıcı malların dəyəri alıcı tərəfdən əvvəlcədən ödənildikdən (7 gün) 10 gün sonra məhsulu alıcıya təhvil verir. Digər tərəfdən, müqavilə qaydasında tərəflər razılaşıblar ki, mallar təhvil-təslim aktı əsasında təqdim olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmaqla yanaşı, prosessual hüquq normalarını da pozaraq birinci instansiya məhkəməsinin qətnaməsini formal mülahizə əsasında ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi tətbiq olunmalı olan normaları (müqavilədən irəli gələn şərtləri) tətbiq etməyərək maddi hüquq normaları ilə yanaşı, prosessua l normaların, 77, 81, 88, 89-cu maddələrin tələblərini də pozmuşdur. Müqaviləyə əlavədə yazılır ki, ödəniş əvvəlcədən icra olunduqdan sonra mallar akt əsasında təqdim olunur. Belə olduğu halda məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Müqaviləyə Əlavədə ödənişin əvvəlcədən icra edildiyi müəyyən olunub. Bununla da məhkəmə qətnamə çıxararkən MPM-in 390-cı maddəsinin tələblərini pozmuşdur.

38. Ali Məhkəmənin 2019-cu il 30 iyul tarixli 2-2(102)-315/2019 saylı qərarı ilə müəyyən edilmiş təcrübə nəzərə alınmamışdır. Azərbaycan Respublikasının məhkəmə təcrübəsində müqavilələrdən əmələ gələn öhdəliklərlə əlaqədar formalaşmış təcrübə MM-in 567-607-ci maddələrinin tələblərinə uyğun olur. Eyni zamanda, müqavilələr də qanuna zidd olmamalıdır. Beləliklə, formalaşmış təcr übə ondan ibarətdir ki, tərəflər müqavilə qaydasında sifariş verilmiş mala görə əvvəlcədən ödəniş olmadan malın verilməməsinə dair razılaşdıqları halda məhkəmənin bu müqavilə münasibətlərindən irəli gələn öhdəliyi digər yanakı mülahizələrlə təkzib etməsi qanunsuz olduğundan belə bir qanuna zidd təcrübə formalaşdırıla bilməz. Ali Məhkəmənin bir çox qərarlarında, habelə 2019-cu il 30 iyul tarixli 2-2(102)-315/2019 saylı qərarda mövqeyi ondan ibarətdir ki, müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən həcmdə (yaxud sayda) malların cavabdeh tərəfindən alınmasına dair təsdiq yoxdursa, bu maddi hüquq normasının pozulmasıdır. Hazırkı iş üzrə iddiaçı müqavilədən əmələ gələn öhdəliyə əməl etməyərək müqavilə şərtlərini yerinə yetirməmiş, müqavilədə (Əlavələrdə) nəzərdə tutulmuş mall ar cavabdehə təhvil verilməmişdir. Hazırkı iş üzrə də Bakı Apellyasiya Məhkəməsinin qərarı eyni formada maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. Hansı ki, tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan əlavələrdə (Qoşmalarda) istehsal olunacaq və alıcıya satılacaq mallara görə ödəniş həyata keçirildikdən sonra məhsulun təhvil verilməsi müəyyən olunur. Hətta malın ilkin 50% dəyəri ödənildikdən sonra məhsulun istehsalı prosesi başlayır. Yekunda malın tam dəyəri ödənilmədən cavabdehə malın verilməməsi müqavilə şərti olmuşdur. Bu qətnamə Ali Məhkəmədə formalaşmış vahid təcrübəyə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. STP kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, Şirkətin kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya məhkəməsinin K ommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli, 2-2(103)-1001/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğvi tələb olunsa da, kassator qətnaməni faktiki olaraq yalnız iddianın təmin edildiyi hissədə mübahisələndirmişdir. Odur ki, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

43. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəl lənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

441. Öhdəliklərin qarşılıqlı icrası 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcm də həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5. Bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir....”

44. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....”

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydaları”nın (qüvvədən düşüb) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... 2.3. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir.... 5.2. Vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. … 5.4. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə ha lda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir. …”

46. KMP-nin “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2011-ci il 25 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 28 dekabr tarixli qərarında qeyd edilmişdir ki “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yan aşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 13 iyun tarixli Qərarı).”

47. AMP-nin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 nömrəli Qərarında (zamana görə qüvvədə olan) qeyd edilmişdir ki. 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətl i olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun Həmin Qərarın 17-ci bəndinə əsasən, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər

48. İHAM–ın Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlı qların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

49. İHAM-ın Kraska İsveçrəyə qarşı iş üzrə 1993-cü il 19 aprel tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30)

50. İHAM-ın digər qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırm aq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 1994-cü il 9 dekabr, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 2007-ci il 21 yanvar tarixli Qərarları) İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 35-38) iş materialları ilə birgə araşdıraraq həmin dəlillərlə razılaşır və hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apell yasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1001/2021 saylı qətnaməsi qismən ləğv edilərək iş ləğv edilmiş hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

52. İş materiallarında olan 2018-ci il 23 may tarixli “Alqı-satqı müqaviləsi” və onun tərkib hissəsi olan müqaviləyə Əlavələrdə - Qoşmalarda əks olunmuş sifariş formalarından (i/v 19-26) aydın olur ki, alınan mallara görə bəzi sifarişlərdə 30% ilkin ödənişin aparılması, bəzi sifarişlərdə 50% ilkin ödənişin, 50% qalıq ödənişin isə məhsul istehsal olunduqdan sonra aparılması, bəzi sifarişlərdə 30% ilkin ödənişin, 70% qalıq ödənişin isə məhsul istehsal olunduqdan sonra aparılması və məhsulun ödənişdən sonra 7 iş günü müddətində təhvil verilməsi, bəzi sifarişlərdə 100% ilkin ödənişin aparılması və məhsulun ödənişdən sonra 3, 4, 5 və ya 10 iş günü müddətində təhvil verilməsi şərtləri nəzərdə tutulmuşdur.

53. Göründüyü kimi, həmin sifarişlər üzrə alıcı satıcıya istənilən halda 30%, 50%, 70% və ya 100% ilkin ödəniş həyata keçirməli və yalnız həmin ödənişdən sonra satıcı malı alıcıya təhvil verməli idi.

54. Cavabdeh tərəfin bildirdiyinə görə, bütün hallarda Şirkət tələb olunan vəsaiti əvvəldən MMC-nin müvafiq bank hesabına köçürmüş, mallar yalnız bundan sonra MMC tərəfindən Şirkətə çatdırılmış, tərəflər arasında nisyə mal alqı-satqısı ümumiyyətlə olmamışdır.

55. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf bununla bağlı dəlillərini “Apellyasiya şikayətinə dair etiraz” ərizəsində (i/v 186-187) əsaslandırmışdır.

56. İş materiallarından görünür ki, satıcı tərəfi ndən ilk elektron qaimələrin alıcıya təqdim edilməsi 2018-ci il 22 iyun tarixinə təsadüf etdiyi halda, alıcı satıcıya həmin tarixdən əvvəl – 2018-ci il 25 may tarixində 30.000 manat (i/v 94) və 14 iyun tarixində 30.000 manat (i/v 83) ödənişlər etmişdir.

57. Bundan başqa, iş materiallarında olan ödəniş sənədlərindən bəzilərinin (2018-ci il 10 sentyabr tarixli 10.000 manat, 21 sentyabr tarixli 10.000 manat, 24 sentyabr tarixli 10.000 manat, 26 sentyabr tarixli 5.703,82 manat dəyərində olan ödənişlər – i/v 86-89) üzərində həmin ödənişlərin “avans” ödənişlər olması bilavasitə qeyd olunmuşdur.

58. Beləliklə, alıcı tərəfindən satıcıya, ən azından, 95.703,82 manat (30.000 + 30.000 + 10.000 + 10.000 + 10.000 + 5.703,82 manat) ilkin ödəniş həyata keçirildiyi iş materiallarından görünür.

59. Apell yasiya instansiyası məhkəməsinin qətnaməsində Şirkət tərəfindən MMC-yə ümumilikdə 235.587,72 manat məbləğində ödəniş həyata keçirildiyinin qeyd olunduğu nəzərə alındıqda məlum olur ki, həmin ödənişlərin, ən azından, 40 %-dən çoxu (95.703,82: 235.587,72 x 100 = 40,6) məhz avans şəklində edilmişdir.

60. MM-in 599.1 və 599.2-ci, habelə 441-ci maddələrinin (bax yuxarıda § 43) məzmunundan aydın olur ki, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsi nəzərdə tutulmuşdursa, alıcı ödənişi müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əks halda, satıcı öz öhdəliyinin icrasını dayandıra və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini alıcıdan tələb edə bilər.

61. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əgər həqiqətən də Şirkətin iddia etdiyi kimi, satılmış malların dəyəri razılaşmanın şərtlərinə uyğun olaraq, bütün hallarda əvvəlcədən ödənilmişdirsə, başqa sözlə, tərəflər arasında mal alqı-satqısı nisyə qaydada həyata keçirilməmişdirsə, hazırda mübahisə predmeti olan mallar üzrə ilkin ödəniş olmadan, yalnız malların təqdim olunması barədə e-qaimələrin göndərilməsi MMC-nin iddia tələbinin əsaslı olduğunu təsdiq edə bilməz.

62. Lakin apellyasiya instansiyası məhkəməsi qətnamədə müqavilənin əlavələrində olan və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözügedən ödəmə-çatdırma şərtlərini, bununla bağlı Şirkət tərəfindən faktiki həyata keçirilmiş ödəmələrin tarixlərinin e-qaimələrdən həqiqətən əvvələ təsadüf edib-etməməsini ümumiyyətlə diqqətə almamış, habelə Şirkətin müvafiq dəlill ərinə heç bir cavab verməmişdir.

63. O da qeyd edilməlidir ki, iddiaçı tərəfin tələb etdiyi borcun məhz hansı elektron qaimələrə əsasən yarandığı da iş materiallarından məlum olmur.

64. Belə olan təqdirdə müvafiq vəsaitin Şirkət tərəfindən bütün hallarda qarşılıqlı razılaşmanın şərtinə uyğun olaraq, əvvəlcən MMC-nin müvafiq hesabına köçürülübköçürülməməsi, malların yalnız bundan sonra MMC tərəfindən Şirkətə çatdırılıb-çatdırılmamsı, tərəflər arasında nisyə mal alqı-satqısının olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

65. Məhkəmə kollegiyasının mövqeyinə görə, ilkin vergi uçot sənədi olan elektron qaimələr mahiyyət etibarilə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq edən düzünə (bilavasitə) sübut olmadığından, işə baxan məhkəmələr hər bir mübahisədə həmin sənədlərə fərdi qaydada (işin hallarına uyğun şəkildə) yanaşmalıdır. Yəni, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunaraq göndərilmiş və ləğv olunmamış, yaxud mübahisələndirilməmiş elektron qaimələr işdə başqa mötəbər sübutlar olmadığı halda mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etsə də, digər hallarda müqavilə şərtləri, tərəflər arasında formalaşmış münasibətlərin xarakteri, işgüzar təcrübə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla birlikdə (kompleks şəkildə) qiymətləndirilməlidir. MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 44) tələblərindən biri də məhz ondan ibarətdir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Hazırkı halda, e-qaimələrin mövcud olması il ə yanaşı, işin digər fərdi halları, o cümlədən müqavilə şərtlərində nəzərdə tutulmuş təhvil-təslim aktlarının tərtib edilib-edilməməsi və ilkin ödənişin bütün hallarda həyata keçirilib-keçirilməməsi mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir.

67. Apellyasiya instansiyası məhkəməsi isə qətnamə qəbul edərkən işin sözügedən fərdi hallarından biri olan təhvil-təslim aktlarının heç bir halda tərtib edilmədiyini müəyyən etsə də, digər fərdi hal kimi və hazırda cavabdeh tərəfin dəlil olaraq istinad etdiyi, ilkin ödənişin bütün hallarda həyata keçirilib-keçirilməməsi, yəni nisyə mal alqı-satqısının olub-olmamasına münasibət bildirməmişdir.

68. AMP-nin mövqeyinə görə, qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdiri lmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz; kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər (bax yuxarıda § 47).

69. KMP-nin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunun aliliyinin əsas elementlərindən biri kimi, hüquqi müəyyənlik prinsipi ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmə qərarlarında həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalı, işin ədalətli həllini şübhə altı na alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (bax yuxarıda § 46).

70. İHAM-ın da mövqeyi ondan ibarətdir ki, məhkəmənin vəzifəsi öz qərarına aid olubolmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaqdır. Məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir, ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməs inə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (bax yuxarıda §§ 48-50).

71. Bu tələblərdən irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, məhkəmənin həmin halları əsaslandırdığı sübutlar, bu və ya digər sübutları, işdə iştirak edən şəxslərin istinad etdiyi hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu hüquq normaları göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

72. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan h üquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illüziya halına gətirər.

73. Bundan başqa, iş materiallarında MMC tərəfindən Şirkətə göndərilmiş elektron vergi hesab fakturaları deyil, elektron qaimələr mövcuddur.

74. Tərəflər arasında müqavilə bağlanan və elektron qaimələr göndərilən zaman belə qaimələrin tərtibi və göndərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın t ətbiqi, uçotu və istifadəsi Qaydaları” ilə tənzimlənirdi (Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə eyniadlı yeni Qaydalar təsdiq edilmişdir).

75. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində hazırkı mübahisəyə “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nı deyil, səhvən həmin dövrdə qüvvədə olmamış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 28 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nı tətbiq etmiş, bununla da maddi hüquq pozuntusuna yol vermişdir.

76. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 44) uyğun gəlməyə n qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də qətnamə iddianın təmin edildiyi hissədə ləğv edilməlidir.

77. Yeni apellyasiya baxışında məhkəmə qeyd olunanları nəzərə almaqla cavabdeh tərəfin bütün dəlillərini cavablandırmalı, müqavilənin əlavələrinin şərtlərinə uyğun olaraq alınan (sifariş edilən) malların dəyərinin bütün hallarda əvvəlcədən (mallar çatdırılmamışdan qabaq) ödənilibödənilməməsini, yəni nisyə mal alqı-satqısının olub-olmamasını aydınlaşdırmalı, nəticəsinə uyğun olaraq iddia tələbinə işdə olan digər sübutlarla əlaqəli şəkildə və qanunvericiliyin tələblərinə uyğun qiymət verməlidir.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası ƏRARA ALİR: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Qətnamə həmin kassasiya şikayətinə münasibətdə qismən – iddianın təmin edildiyi hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar