Məhkəmə qərarları › İş №2-2(102)-149/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-149/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-149/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı cavabdeh x1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi hakim), hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh x1qarşı “ siğorta müqaviləsi üzrə pul ” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2(103)-502/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı (bundan sonra mətndə -"xxxx") cavabdeh x1(bundan sonra mətndə“cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya sığorta hadisəsi nəticəsində vurulmuş 634.391,50 manat maddi zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun 2020-ci il 25 fevral tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 oktyabr tarixli e-2-2(113)-1608/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən AS seriyalı, 007703 nömrəli, 2019-cu il 3 iyun tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, 2019-cu il 3 iyun tarixli 959617 saylı “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi” üzrə 132.222 manat olmaqla, ümumilikdə 564.222 manat məbləğində sığorta ödənişinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim A.Əliyeva). Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1608/2021 saylı, 2021-ci il 1 oktyabr tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində-dəbbə pulu tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarıl ması, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumunun cavabdehin xeyrinə iddiaçıdan tutulması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2-2(103)-502/2022 saylı qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 oktyabr tarixli e-2-2(113)-1608/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 2019-cu il 3 sentyabr tarixli “Daşınmaz Əmlakın icbari sığorta şəhadətnaməsi” üzrə 85.122 manat pulun tutulması hissəsində rədd edilməsi, qətnamənin iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2(103)-502/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2023-cü il 27 fevral tarixli, 2-2(102)-149/2023 saylı qərardadı ilə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2023-cü il 27 fevral tarixli məktubunda hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 13 dekabr tarixli 2(103)-502/2022 qətnaməsindən cavabdeh tərəfindən elektron qaydada kassasiya şikayəti verildiyindən, işin baxışdan çıxarılaraq həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi iş ə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2(103)-502/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2023-cü il 16 fevral tarixli, 2(102)-149/2023 saylı qərardadı ləğv edilməli, qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2(103)-502/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2023-cü il 16 fevral tarixli 2-2(102)-149/2023 saylı qərardadı ləğv edilsin. 2-2(102)-149/2023 saylı kommersiya mübahisəsi üzrə iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarix li 2(103)-502/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli E.R.Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar