Məhkəmə qərarları › İş №2-2(102)-150/2020

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-150/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-150/2020 19.03.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.A.Dadaşov İddiaçı və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-2(82)135/2017 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, ilkin iddia üzrə cavabdeh “X1 Mobilya Tekstil ve X2 İhracat Sanayi Ticaret Limited” şirkətindən 250 000 (iki yüz əlli min) ABŞ dolları məbləğində pul vəsaiti (azərbaycan manatına məzənnəsi ilə) alınaraq ilkin iddia üzrə İddiaçına verilməsi və ilkin iddiaçıda olan həmin məbləğdə alınan mebel ilkin iddia üzrə cavabdeh “X1 Mobilya Tekstil ve X2 İhracat S anayi Ticaret Limited” Şirkətinə qaytarılması; ilkin iddia üzrə cavabdeh “X1 Mobilya Tekstil ve X2 ihracat Sanayi Ticaret Limited” Şirkətindən 121 475 (yüz iyirmi bir min dörd yüz yetmiş beş) ABŞ dolları məbləğində pul vəsaiti (azərbaycan manatına məzənnəsi ilə) ilkin İddiaçı xeyrinə tutulması; ilkin iddia üzrə cavabdeh“X1 Mobilya Tekstil ve X2 İhracat Sanayi Ticaret Limited” Şirkətinin ilkin iddia üzrə İddiaçına qarşı 298.000 ABŞ dolları məbləğində əsas borcun, 804.600 manat məbləğində cərimənin, 14 900 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ilkin iddia üzrə İddiaçından tutularaq “X1 Mobilya Tekstil ve X2 İhracat Sanayi Ticaret Limited” Şirkətinə ödənilməsi barədə qarşılıqlı iddiasının isə təmin edilməməsi qət edilmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-2(103)-27/2018 saylı qətnaməsi ilə cavabdeh “X1 Mobilya Tekstil ve X2 İhracat Sanayi Ticaret Limited” şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)423/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdeh “X1 Mobilya Tekstil ve X2 İhracat Sanayi Ticaret Limited” şirkətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(103)-165/ 2019 saylı qətnaməsi ilə cavabdeh “X1 Mobilya Tekstil ve X2 İhracat Sanayi Ticaret Limited” şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi qismən -ilkin iddianın təmin olunması hissəsində ləğv edilməsi, ilkin iddia təmin edilməməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-165/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı adından Vəkil tərəfindən verilmiş kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına İddiaçı və vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün onun qəbulundan imtina edilməlidir. İddiaçı və vəkili Vəkil kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu qeyd edilməsə də, kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublik ası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Məcəllənin 408.1.5-ci maddəsinə müvafiq olaraq kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar