Məhkəmə qərarları › İş №2-2(102)-150/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-150/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-150/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçının cavabdeh1 və cavabdeh 2 qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizin tutulması, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndəsinin, cavabdehin vəkilinin, cavabdeh2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçının cavabdeh1 və cavabdeh 2 qarşı alqı-satqı müqav iləsi üzrə borcun, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faizin tutulması tələbi, cavabdeh1 və cavabdeh2 iddiaçıya qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə iddiaçı, cavabdeh1 və cavabdeh2 tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-2(103)-345/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “xxxx” şirkəti (mal satan) ilə cavabdeh1 (mal alan) arasında bağlanılmış 12 iyun 2017-ci il tarixli A/06 saylı müqaviləyə əsasən mal satan razılaşma protokoluna uyğun olaraq tikinti materiallarını, təbii daşlar – mərmər, qranit, travertin buraxmağı, mal alan isə onu qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci ma ddəsinə görə müqavilənin ümumi məbləği 200.000 manatdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Müqaviləyə 19.06.2017-ci il tarixli 1 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim olunacaq malların ümumi dəyərinin 23.461,53 manat olması müəyyən edilmişdir.

3. Müqaviləyə 05.07.2017-ci il tarixli 2 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim olunacaq malların ümumi dəyərinin 23.300,27 manat olması müəyyən edilmişdir.

4. Müqaviləyə 23.09.2017-ci il tarixli 3 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim olunacaq malların ümumi dəyərinin 24.723,27 manat olması müəyyən edilmişdir.

5. Həmin müqavilə əsasında İddiaçı1 tərəfindən 23.461,53 manat məbləğində malların təqdim edilməsinə dair EAAB seriyalı, 253223 saylı, 19.06.2017-ci il tarixli; 23.300,27 manat məbləğində malların təqdim edilməsinə dair EAAB seriyalı, 543815 saylı, 05.07.2017-ci il tarixli; 24.723,27 manat məbləğində malların təqdim edilməsinə dair EAAD seriyalı, 101375 saylı, 23.09.2017-ci il tarixli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə cavabdeh1 göndərilmişdir. 6. “xxxx” şirkəti (mal satan) ilə cavabdeh2 (mal alan) arasında bağlanılmış 10 fevral 2017-ci il tarixli A/01 saylı müqaviləyə əsasən mal satan razılaşma protokoluna uyğun olaraq tikinti materiallarını (mərmər, qranit, şüşə və digər) buraxmağı, mal alan isə onu qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən mü qavilənin ümumi məbləği 70.000 manatdır. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

7. Müqaviləyə 24.02.2017-ci il tarixli 1 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim ediləcək malların dəyərinin 21.027,60 manat olması müəyyən edilmişdir. Həmin müqaviləyə 28.02.2017ci il tarixli 2 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim ediləcək malların dəyərinin 33.469,52 manat olması müəyyən edilmişdir.

8. Bu müqaviləyə 15.05.2017-ci il tarixli 3 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim ediləcək malların dəyərinin 22.417,26 manat olması müəyyən edilmişdir.

9. Müqaviləyə 22.05.2017-ci il tarixli 4 saylı Əlavə kimi təsdiq edilmiş malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən təqdim ediləcək malların dəyərinin 33.252,40 manat olması müəyyən edilmişdir.

10. Həmin müqavilə əsasında 24.02.2017-ci il tarixli, 659031 saylı qaimə-fakturaya əsasən 21.027,60 manat; 28.02.2017-ci il tarixli, 659032 saylı qaimə-fakturaya əsasən 33.469,52 manat dəyərində olan mallar “xxxx” şirkəti tərəfindən cavabdeh2na təhvil verilmişdir.

11. EAAA seriyalı, 688190 saylı, 22.05.20147-ci il tarixli elektron qaiməyə əsasən 33.252,40 manat dəyərində mallar; EAAA seriyalı, 555095 saylı, 15.05.2017-ci il tarixli elektron qaiməyə əsasən 22.417,26 manat dəyərində olan mallar xxxx” şirkəti tərəfindən cavabdeh2na təqdim edilmişdir. Elektron qaimələr elektron sistem vasitəsilə İ.Hüseynova göndərilmiş, eyni zamanda kağızdaş ıyıcıda hər iki tərəf tərəfindən imzalanmışdır. 12. 24.02.2017-ci il tarixli, 842543 saylı kassa mədaxil orderinə əsasən cavabdeh2 tərəfindən “xxxx” şirkətinə 21.027,60 manat məbləğində pul vəsaiti ödənilmişdir. 13. “XXX” tərəfindən tərtib edilmiş 29.09.2016-cı il tarixli ödəniş sənədlərinə görə, cavabdeh2 tərəfindən həmin şirkətə 2.750; 2.500 və 2.500 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. 14. “XXX”nin məktubuna görə, iddiaçı şirketinin "XXX" şirkətindən aldığı mərmərin dəyərinin bir hissəsi – 6.530 manat ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh2 tərəfindən ödənilmişdir. 15. “X1" -nin 15.05.2018-ci il tarixli məktubuna görə, 04.11.2016-cı il tarixdə iddiaçı şirkətin adına göndərilən malların dəyəri (1.713,5 ABŞ dolları) cavabdeh2 tərəfindən ödənilmişdir. 16. “XXX” –nin 01.01.2018 -ci il tarixli məktubuna görə, “xxxx” şirkətin göstərilən yük daşıma xidmətinə görə 10.000 ABŞ dolları məbləğində pul cavabdeh2 tərəfindən ödənilmişdir. 17. “X5 Şirketi”nin 15.05.2018-ci il tarixli məktubuna görə, “xxxx” şirkətinin həmin şirkətə olan 3.580 manat borcu İ.Hüseynov tərəfindən ödənilmişdir. 18. “xxxx” QSC (bank) ilə xxx (kredit alan VÖEN:**********) arasında bağlanmış 14.03.2013-cü il tarixli N05L000003619 Kredit Xətti Müqaviləsi üzrə 01.06.2016-cı il tarixli kredit razılaşmasına əsasən bank məbləği 150.000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 18 ay müddətində kredit alana vermişdir. Kredit alan həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş qrafikinə uyğun olaraq krediti, faizi, habelə bu müqavilənin 2.5.5-ci bəndinə uyğun olaraq kredit qalığına hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə görə kredit alana kredit aşağıdakı göstərilən məqsəd üçün verilmiş və kredit alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir: fərdi kiçik kredit. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı cavabdeh1 MMC-yə və cavabdeh2na qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 125.896,20 manat məbləğində pul vəsaitinin, həmçinin həmin borcun ödəniləcəyi günə qədər həmin məbləğə hesablanacaq bank uçot dərəcəsinin müəyyən edəcəyi məbləğin cavabdeh1 MMC-dən; 272.552,59 manat məbləğində pul vəsaitinin, həmçinin həmin borcun ödəniləcəyi günə qədər həmin məbləğə hesablanacaq bank uçot dərəcəsinin müəyyən e dəcəyi məbləğin isə cavabdeh fiziki şəxs cavabdeh2-dən iddiaçının xeyrinə tutulmasına dair, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdeh1 MMCdən və fiziki şəxs cavabdeh2-dən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının rəhbəri ilə cavabdeh2-nin bir neçə il bundan əvvəl X və X1 adlı şəxs tanış etmişlər. Bu tanışlıqdan sonra cavabdeh2 iddiaçının rəhbəri ilə yaxınlaşmış, sonuncunun etibarından, inamından, imkanlarından istifadə edərək, iddiaçı ilə guya kommersiya işləri görməyə başlamış, nəticədə isə onu aldatmışdır. Belə ki, cavabdeh, təsisçisi X2 olan ”cavabdeh1” MMC ilə “xxxx” Şirkəti arasında bağlanmış, ümumi məbləği 200.000 manat olan, 12.06.2017 -ci il tarixli, A/06 saylı müqaviləyə əsasən Cavabdeh1 MMC-yə, icra müddəti 31.12.2017-ci il tarixinədək olmaqla, hər ay almış olduğu daşın qiymətini hər ay ödəməsi şərti ilə, (Malların miqdarı və qiyməti üzrə razılaşma protokoluna əsasən) 28.06.2017-ci il tarixində 23.461,53 manat (13.800,90 ABŞ dolları) dəyərində mərmər təbii daşı, 10.07.2017-ci il tarixində 23.300,27 manat (13.706,04 ABŞ dolları) dəyərində mərmər təbii daşı, 23.09.2017-ci il tarixində 24.723,00 manat (14.542,94 ABŞ dolları), dəyərində mərmər təbii daşı, cəmi 42.049,88 ABŞ dolları dəyərində mərmər təbii daşı verilmişdir. Cavabdeh1 MMC hər ay ödəniləcək məbləği ödəməməsi ilə yanaşı, müqavilənin şərtlərinə ümumiyyətlə əməl etməmişdir, Cavabdeh1 MMC borclu olduğu pulun hər hansı bir hissəsini belə “xxxx” Şirkətinə ödəməmişd ir. Cavabdeh1 MMC, rəhbəri olduğu “xxxx” şirkətinin pul vəsaitini qanunsuz saxlamış, onu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh1 MMC-nin direktoru olan cavabdeh 2-nin borclu olduğu pulları qaytarmaq niyyəti belə yoxdur. Beləliklə də, cavabdeh2, şirkətə məxsus pul vəsaitini əsassız əldə etmiş, hazırda da həmin pullardan külli miqdarda faydalar əldə edir. Bütün bunların da müqabilində, “xxxx” Şirkətinə cavabdehlər tərəfindən külli miqdarda maddi ziyan vurulmuşdur və vurulur. Cavabdeh1 MMC-nin aylıq bank faizi və aylar üzrə itirilmiş mənfəətlər də hesablanmaqla, “xxxx” şirkətinə aşağıda göstərilən məbləğdə borcu vardır: 28.06.2017ci il tarixində verilmiş 23.461,53 manat (13.800,90 ABŞ dolları) dəyərində mərmər təbii daşına görə aylıq bank faizi 195.52 ABŞ dolları olmaqla, 6 ay üçün 1.173,12 ABŞ dolları məbləğində faiz; 1 ay üçün 2.070,14 ABŞ dolları olmaqla, ümumilikdə 12.420,84 ABŞ dolları məbləğində itirilmiş mənfəət, cəmi 13.593,96 ABŞ dolları məbləğində borc; 10.07.2017-ci il tarixində verilmiş 23.300,27 manat (13.706,04 ABŞ dolları) dəyərində mərmər təbii daşına görə aylıq bank faizi 194.17 ABŞ dolları olmaqla, 5 ay üçün 970.85 ABŞ dolları faiz, 1 ay üçün 2.055,91 ABŞ dolları olmaqla, ümumilikdə 10.297,53 ABŞ dolları itirilmiş mənfəət, cəmi 11.250,38 ABŞ dolları məbləğində borc; 23.09.2017-ci il tarixində verilmiş 24.723,00 manat (14.542,94 ABŞ dolları) dəyərində mərmər təbii daşına görə aylıq bank faizi 206.03 ABŞ dolları olmaqla 3 ay üçün 618.09 ABŞ dolları məbləğində faiz, 1 ay üçün 2.181,44 ABŞ dolları olmaqla, ümumilikdə 6.544,32 ABŞ dolları məbləğində itirilmiş mə nfəət, cəmi 7.162,41 ABŞ dolları məbləğində borc, ümumilikdə 32.006,75 ABŞ dolları (54.411,40 manat) məbləğində borc, daşların satış qiymətləri ilə - 42.049,88 ABŞ dolları ilə (71.484,80 manatla) birlikdə, 74.056,63 ABŞ dolları (125.896,20 manat) məbləğində borc yaranmışdır. Hazırkı borclarının ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə borclarını ödəməkdən yayınmış, ümumiyyətlə, borclarının olmadığını bəyan etmişlər. Cavabdeh1 MMC-nin (VÖEN **********) təsisçisi X2, cəmiyyətin qanuni təmsilçisi və direktoru fiziki şəxs kimi cavabdeh olan cavabdeh2dur. Həmçinin, “xxxx” şirkəti ilə fiziki şəxs cavabdeh2 (VÖEN **********) arasında bağlanmış, ümumi məbləği 70.000 manat olan, 10.02.2017-ci il tarixli, A/01 saylı müqaviləyə əsasən, icra müddəti 31.12.2017-ci il tarixinədək olmaqla, hər ay almış olduğu daşın qiymətini hər ay ödəməsi şərti ilə fiziki şəxs cavabdeh2na 24.02.2017-ci il tarixində 21.027,60 manat (ABŞ dolları) dəyərində mərmər təbii daşı, 28.02.2017-ci il tarixində 33.469,52 manat (19.687,99 ABŞ dolları) dəyərində mərmər təbii daşı, 22.05.2017-ci il tarixində 32.252,40 manat (19.560,24 ABŞ dolları) dəyərində cilalı plaka daşı, cəmi 64.803,85 ABŞ dolları dəyərində mərmər təbii daşı verilmişdir. Fiziki şəxs cavabdeh2, hər ay ödəniləcək məbləği ödəməməsi ilə yanaşı, müqavilənin şərtlərinə ümumiyyətlə əməl etməmişdir, borclu olduğu pulun hər hansı bir hissəsini “xxxx” Şirkətinə ödəməmişdir. Bununla “xxxx” Şirkətinə maddi ziyan vurmuşdur. Beləliklə, cavabdeh2-nin aylıq bank faizi və aylar üzrə itirilmiş mənfəət lər də hesablanmaqla, “xxxx” Şirkətinə aşağıda göstərilən məbləğdə borcu yaranmışdır: 24.02.2017-ci il tarixində verilmiş 21.027,60 manat (12.369,00 ABŞ dolları) dəyərində mərmər təbii daşı üçün, aylıq bank faizi 175.23 ABŞ dolları olmaqla, 11 ay üçün 1.927,53 ABŞ dolları məbləğində faiz, 1 ay üçün 1.855,35 ABŞ dolları olmaqla, ümumilikdə 20.408,85 ABŞ dolları məbləğində itirilmiş mənfəət, cəmi 22.336,40 ABŞ dolları məbləğində borc; 28.02.2017-ci il tarixində verilmiş 33.469,52 manat (19.687,99 ABŞ dolları) dəyərində mərmər təbii daşı üçün aylıq bank faizi 278.92 ABŞ dolları olmaqla 11 ay üçün 3.068,12 ABŞ dolları məbləğində faiz, 1 ay üçün 2953,20 ABŞ dolları olmaqla, ümumilikdə 32.485,20 ABŞ dolları məbləğində itirilmiş mənfəət, cəmi 35.553,32 ABŞ dolları məbləğində borc; 15.05.2017-ci i l tarixində verilmiş 22.417,26 manat (13.186,62 ABŞ dolları) dəyərində mərmər təbii daşı üçün aylıq bank faizi 186,81 ABŞ dolları olmaqla 7 ay üçün 1.307,67 ABŞ dolları məbləğində faiz, 1 ay üçün 1977,99 ABŞ dolları olmaqla, ümumilikdə 13.845,93 ABŞ dolları məbləğində itirilmiş mənfəət, cəmi 15.153,36 ABŞ dolları məbləğində borc; 22.05.2017-ci il tarixində verilmiş 32.252,40 manat (19.560,24 ABŞ dolları) dəyərində cilalı plaka daşı üçün, aylıq bank faizi 277,11 ABŞ dolları olmaqla 7 ay üçün 1.939,77 ABŞ dolları məbləğində faiz, 1 ay üçün 2.934,04 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 20.538,28 ABŞ dolları məbləğində itirilmiş mənfəət, cəmi 22.478,05 ABŞ dolları məbləğində borc; ümumilikdə 95.521,13 ABŞ dolları (162.346,34 manat) məbləğində borc, daşların satış qiymətləri ilə 64.803,85 ABŞ dolları ilə (110.166,25 manatla) birlikdə, 160.324,98 ABŞ dolları (272.552,59 manat) məbləğində borcu yaranmışdır. Bunlarla yanaşı, cavabdeh borclu olduğu pulu ödəyəcəyi günə qədər hazırkı borca əlavə olaraq, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizləri də, bank uçot dərəcəsi də hesablanmalıdır. Cavabdehlərin şirkətdən almış olduqları təbii daşların müəyyən hissəsi satılmış, müəyyən hissəsi isə Cavabdeh1 MMC-nin yerləşdiyi AZ1054, ünvan 1 ünvanındadır. Məhz satılmış təbii daşların pullarına yeni alınmış təbii daşlar da, avadanlıqlar və mexanizmlər də həmin ünvandadır. Cavabdehlər, daşların satışından əldə edilmiş pulları şirkətə qaytarmaq əvəzinə, hazırda da həmin pulların hesabına külli miqdarda faydalar əldə edir. Həmin pullarla kommersiya işlərini genişləndirmiş, kül li miqdarda pullar qazanmışlar və qazanırlar. Sözügedən təbii daşların alınması üçün “xxxx” ASC-dən kredit olaraq götürmüş olduğu pulların faizlərini də, cərimələrini də ödəmək məcburiyyətində qalmış və ödəmişdir, hələ də ödəyir.

21. Cavabdeh1 MMC və cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1ndən 88.289,10 manat borc pulun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh1 MMC-yə və cavabdeh2na verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” şirkəti cavabdeh cavabdeh2 və Cavabdeh1 MMC ilə 2015-ci ildən etibarən birgə fəaliyyət göstərmişlər. Xaricdən gətirilən mərmər və digər daşlar iddiaçı “xxxx” şirkətinin adına rəsmil əşsə də, malların nəqliyyat və gömrük xərclərini, eyni zamanda bank vasitəsi ilə götürülən vəsaitlərin qalıq qalan hissələrini nəğd şəkildə, eləcə də alınan malların bir hissəsinin dəyərini “xxxx” şirkətinin adından köçürmə yolu ilə cavabdeh2 ödəmişdir. Eyni zamanda “xxxx” şirkətinin rəhbərinin borclarını cavabdeh2 ödəmişdir. Birgə fəaliyyət nəticəsində borclara dair üzləşmə aparmadan “xxxx” şirkətinin rəhbəri məhkəmədə iddia qaldırmışdır. 12.06.2017-ci il tarixdə cavabdeh2 ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə 28.06.2017-ci ildə 23.461,53 manat, 10.07.2017-ci ildə 23.000,27 manat, 23.09.2017-ci ildə 24.723 manat dəyərində mallar təqdim edilmişdir. Həmin qaimələr üzrə borc 71.484,8 manat təşkil edir. 28.02.2017-ci ildə təqdim edilmiş malın dəyəri 23.461.53 manat məbləğində pul vəsa iti ödənilsə də, iddiaçı həmin məbləği borca hesablamışdır. Beləliklə, 10.02.2017-ci il tarixli, /A/01 saylı müqavilə üzrə ödənilməyən məbləğ 71.484.8-23.461.53=48.023.27 manat təşkil etmişdir. 10.02.2017-ci ildə Cavabdeh1 MMC ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən 109.166,78 manat dəyərində mal verilmişdir. Real borc 109.166,78+48.023,27=157.190,05 manat təşkil etmişdir. Birgə fəaliyyətin göstəricisi olaraq “xxxx” şirkətinin verdiyi etibarnaməyə əsasən cavabdeh2 14.06.2017ci ildə “X” tərəfindən göndərilən malların gömrük rəsmiləşməsinə 5.507.62 manat, nəqliyyat xərcinə görə 2.500 ABŞ dolları, alınan malın dəyərinə görə 7.300 ABŞ dolları məbləğində yerində ödəniş edilmiş, cəmi 22.167 manat ödənilmişdir. Birgə fəaliyyətin göstəricisi olaraq Cavabdeh1 MMC “xxxx” şi rkətinə 19.06.2017-ci ildə 23.461,53 manat dəyərində, 05.07.2017-ci ildə 23.300,27 manat dəyərində, 23.09.2017-ci ildə 24.723,07 manat dəyərində, 19.03.2018-ci ildə 70.220,70 manat dəyərində, 22.03.2018-ci ildə 31.673,76 manat dəyərində mərmər vermişdir ki, həmin malların dəyəri ödənilməmişdir. Birgə fəaliyyət nəticəsində cavabdeh2 “xxx” şirkətinə 5.093,91 ABŞ dolları, “X2” şirkətinə 6.530 ABŞ dolları, “X3” şirkətinə 10.250 ABŞ dolları, “X4” şirkətinə 7.750 ABŞ dolları məbləğində pul vəsaitlərini ödəmişdir. cavabdeh2 tərəfindən həmin şirkətlərə, cəmi 29.373 ABŞ dolları–ABŞ dollarının manata məzənnəsinə uyğun olaraq 49.934 manat məbləğində pul vəsaiti ödənilmişdir. “xxxx” şirkəti tərəfindən ödənilməyən malların dəyəri 173.378,83 manat təşkil edir. “xxxx” şirkətinin Cavabdeh1 MMC-yə olan bor cu 173.378,83157.190,05=16.188,78 manat təşkil edir. Bu məbləğə 14.06.2017-ci ildə ödənilmiş 22.167 manat və 49.934 manat məbləğində pulu əlavə etdikdə, cəmi borc 16.188,78+22.167+49.934=88.289,1 manat təşkil edir. Tərəflər arasında münasibətlər 12.06.2017-ci il tarixli, 06 saylı müqavilə və 10.02.2017-ci il tarixli, /A/01 saylı müqavilə ilə nizama salınır. Müqavilədə ödənişin hansı müddətdə ödənilməsi nəzərdə tutulmayıb. Müqavilədə ödənişin hansı müddətdə ödənilməsi nəzərdə tutulmadığı halda borca əlavələrin hesablanmasının hüquqi əsası yoxdur. Digər tərəfdən, iddiaçı borclu olduğu halda tədarük edilmiş mala əlavələr hesablaması qanunsuzdur. Bundan başqa, tərəflər birgə fəaliyyət göstəriblər. Yəni malların tədarük edilməsi üçün hər iki tərəf vəsait sərf edib.

23. Bakı Kommersiya Məhkəməsi nin 2020-ci il 04 mart tarixli, 2-2(113)-22/2020 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh1 MMC-dən 71.485,07 manat məbləğində və cavabdeh2-dən 89.139,18 manat məbləğində borcun tutularaq ilkin iddia üzrə İddiaçıya ödənilməsi, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə Cavabdeh1 MMC və cavabdeh2-dən müştərək qaydada tutularaq ilkin iddia üzrə İddiaçı1nə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC-nin və cavabdeh2nun qarşılıqlı iddia üzrə cavabdeh iddiaçıya qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilm əsi, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul məbləğinin 45 manat hissəsinin ilkin iddia üzrə iddiaçı “xxxx” şirkətindən, 100 manat hissəsinin isə ilkin iddia üzrə cavabdeh1 MMC və cavabdeh2-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim – L.Əliyeva).

24. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “xxxx” şirkəti (mal satan) ilə Cavabdeh1 MMC (mal alan) arasında 12 iyun 2017-ci il tarixli A/06 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilədə ümumi məbləğin 200.000 manat təşkil etməsi mü əyyən edilsə də, iş materiallarında olan müqaviləyə əlavələr və elektron qaimələrlə müəyyən edilmişdir ki, həmin müqavilə əsasında “xxxx” şirkəti tərəfindən Cavabdeh1 MMC-yə cəmi 71.485,07 manat dəyərində (23.461,53+23.300,27 +24.723,27 manat) mərmər təqdim edilmişdir.

25. Hazırda ilkin iddia üzrə iddiaçı “xxxx” şirkəti təqdim edilmiş yuxarıda göstərilən mallara görə borcun cavabdeh tərəfindən ödənilmədiyini iddia edir. İlkin iddia üzrə Cavabdeh1 MMC isə ilkin iddia tələbinə etiraz olaraq iddiaçı “xxxx” şirkəti tərəfindən mübahisəli alqı-satqı müqavilələrinə əsasən təqdim edilmiş malların bir hissəsinin sonuncuya qaytarılmasına və qaytarılmış malların dəyərinin borc məbləğindən çıxılmalı olmasına istinad edir.

26. Cavabdeh1 MMC İddiaçıya malların qaytarılmasını sübuta yetirmək üçün İddiaçı 1nə 70.220,70 manat dəyərində olan mərmərin təqdim edilməsinə dair EAAH seriyalı, 828482 saylı, 19.03.2018-ci il tarixli; 31.673,06 manat dəyərində olan mərmərin təqdim edilməsinə dair EAAH seriyalı, 838800 saylı, 22.03.2018-ci il tarixli elektron qaimələri məhkəməyə təqdim etmişdir.

27. EAAH seriyalı, 838800 saylı, 22.03.2018-ci il tarixli elektron qaimədə həmin qaimənin malların qaytarılması ilə əlaqədar verilməsi göstərilməsə də, məhkəmə iclaslarında ilkin iddia üzrə cavabdeh2-nin və “cavabdeh1 MMC-nin nümayəndələrinin verdiyi izahatlardan görünür ki, hər iki qaimə “xxxx” şirkəti tərəfindən cavabdeh2 və Cavabdeh1 MMC-yə təqdim edilmiş mərmər daşların qaytarılması ilə bağlı tərtib edilmişdir.

28. Elektron qaimə-fakturalar yalnız Qaydalara uyğun tərtib edildikdə malların təqdim edilməsini təsdiq edən ilkin mühasibət uçotu sənədi kimi qəbul edilir.

29. Eyni zamanda malın tam və ya qismən geri qaytarılması malı qaytaran şəxs tərəfindən malı qəbul edən şəxsə yeni elektron qaimə-fakturanın təqdim edilməsi üçün əsas vermir. Mal tam və ya qismən geri qaytarıldıqda malların verilməsinə dair ilkin elektron qaimə-fakturada dəqiqləşdirmə aparılmalıdır.

30. Cavabdeh1 MMC tərəfindən “xxxx” şirkətinə malların qaytarılması yuxarıda göstərilən qaydalara zidd olaraq malların təqdim edilməsi barədə elektron qaimələrə dəyişiklik edilməsi yolu ilə deyil, yeni elektron qaimələrin tərtib edilməsi yolu ilə rəsmiləşdirilmişdir.

31. Bununla yanaşı qaydalara əsasən elektron-qaimələrdə qaimənin verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malla rın alınması üçün vəkalətnamə) göstərilməli olduğu halda mübahisəli qaimələrdə həmin məlumat göstərilməmişdir. Belə olan halda Cavabdeh1 MMC-nin istinad etdiyi elektron qaimələr yuxarıda göstərilən qaydalara uyğun şəkildə tərtib edilmədiyindən, “xxxx” şirkətinə malların qaytarılmasını və ya malların təqdim edilməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz.

32. Məhkəmənin göstərilən mövqeyi iş materiallarındakı Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin 24.12.2019-cu il tarixli, **********174253 saylı Səyyar vergi yoxlaması aktı ilə də təsdiq olunur. Belə ki, həmin aktla Cavabdeh1 MMC tərəfindən “xxxx” şirkətinə mübahisəli elektron qaimələrə əsasən 101.893,76 manat dəyərində malların verilməsi yoxlama zamanı öz təsdiqini tapmamışdır.

33. Həmçinin məhkəmə-mühasibatlıq ekspert izasının rəyinə əsasən malların “xxxx” şirkətinə qaytarılmasına (malların təqdim edilməsinə) dair yuxarıda göstərilən elektron qaimələr, eləcə də xarici şirkətlər tərəfindən təqdim edilmiş cavabdeh2 tərəfindən “xxxx” şirkətinin borcunun ödənilməsi barədə məktublar (həmin hissədə qarşılıqlı iddia tələbi baxılmamış saxlanılmışdır) nəzərə alınmış, yəni ekspert rəyində müəyyən edilmiş tərəflərin qarşılıqlı borc məbləğləri iş üzrə sübut qismində qəbul edilməyən sənədlər və hazırkı məhkəmə araşdırmasının predmeti olmayan tələblər nəzərə alınmaqla hesablanmışdır. Belə olan halda isə həmin ekspert rəyinin məhkəmə tərəfindən tərəflərin qarşılıqlı borclarının məbləğlərini təsdiq edən sübut kimi qəbul edilməsi üçün əsaslar müəyyən edilmir.

34. Beləliklə, məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsa sən ilkin iddia üzrə Cavabdeh1 MMC-yə təqdim edilmiş 71.485,07 manat dəyərində malların hər hansı hissəsinin ilkin iddia üzrə iddiaçıya geri qaytarılmasının və təqdim edilmiş malların dəyərindən cavabdeh tərəfindən hər hansı ödəniş edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından, hazırda Cavabdeh1 MMC-nin iddiaçı “xxxx” şirkətinə mübahisəli alqısatqı müqaviləsi üzrə əsas borcu 71.485,07 manat təşkil edir.

35. Digər tərəfdən, ilkin iddia üzrə iddiaçı “xxxx” şirkəti ilə ilkin iddia üzrə cavabdeh cavabdeh2 arasında 10 fevral 2017-ci il tarixli, A/01 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin 4-cü bəndinə əsasən müqavilənin ümumi məbləği 70.000 manat məbləğində müəyyən edilsə də, iş materiallarında olan qaimə-fakturalara və elektron-qai mələrə əsasən iddiaçı tərəfindən cavabdeh2 həmin müqavilə əsasında (21.027,60 + 33.469,52 + 22.417,26 + 33.252,40) cəmi 110.166,78 manat dəyərində olan mərmər daşı təhvil verilmişdir. Həmin malların dəyərindən cavabdeh2 tərəfindən “xxxx” şirkətinə 21.027,60 manat məbləğində pul vəsaiti ödənilmişdir, göstərilən hal iş materiallarında olan kassa məxaric orderi ilə öz təsdiqini tapır.

36. Cavabdeh2-nin onları aldadaraq kassa məxaric orderinə imza etdirməsi barədə “xxxx” şirkətinin dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən həmin dəlilləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

37. Beləliklə, ilkin iddia üzrə cavabdeh2 “xxxx” şirkətinə olan 110.166,78 manat məbləğində borcunun 21.027,60 manat hissəsi ödənilmiş, 89.139,18 manat məbləğində borc isə ödənilməmiş qalmışdır.

38. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmənin 04.03.2020-ci il tarixli qərardadı ilə həmin iddianın - “xxxx” şirkətinin borclarına görə xarici hüquqi şəxslərə ödənilmiş 58.932,95 manat məbləğində pulun tutulması tələbinə dair hissədə mübahisənin məhkəməyəqədər həlli qaydasına riayət edilməməsi və bu qaydanı tətbiq etmək imkanının itirilməməsi əsası ilə baxılmamış saxlanılmışdır.

39. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 “xxxx” şirkətinə qarşılıqlı iddia tələbinin 22.167 manat məbləğində pul tələbinə dair hissəsini “xxxx” şirkətinin verdiyi etibarnaməyə əsasən 14.06.2017-ci ildə “xxxx” şirkətinin adına “X” tərəfindən göndərilən malların gömrük rəsmiləşdirilməsinə görə 5.507.62 manat, nəqliyyat xərcinə görə 2.500 ABŞ do lları, alınan malın dəyərinə görə 7.300 ABŞ dolları yerində ödəniş etməsi ilə əsaslandırmış, lakin müvafiq orqan və şirkətlərə göstərilən məbləğlərdə ödəniş etməsini təsdiq edən hər hansı sübutu təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir.

40. Qarşılıqlı iddianın Cavabdeh1 MMC tərəfindən “xxxx” şirkətinə təqdim edilmiş mallara görə “xxxx” şirkətindən 173.379,33 manat məbləğində borcun tutulması və eyni zamanda cavabdeh2 tərəfindən “xxxx” şirkətinin adına göndərilmiş malların gömrük rəsmiləşdirməsinə görə ödənilmiş 40.000 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində iddiaçı Cavabdeh1 MMC tərəfindən “xxxx” şirkətinə hansı ilkin sənədlərə əsasən (müqavilə, qaimə, təhvil-təslim aktı) mallar ın təqdim edildiyi göstərilməmiş, eləcə də cavabdehin iddiaçı Cavabdeh1 MMC-yə hər hansı malların təqdim edilməsindən irəli gələn borcunun olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eynilə cavabdeh2 qarşılıqlı iddia tələbini cavabdeh “xxxx” şirkətinin adından malların gömrük rəsmiləşdirilməsinə görə pul ödəməsi və həmin pulların ona qaytarılmalı olması ilə əsaslandırsa da, “xxxx” şirkətinin adından gömrük orqanlarına hansı ödənişlərin onun tərəfindən aparıldığını konkretləşdirməmiş, bununla bağlı konkret ödəniş sənədlərini, eləcə də həmin ödənişlərin onun tərəfindən edilməsini təsdiq edən digər sübutları məhkəmə təqdim etməmişdir.

41. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçıların göstərilən iddia tələbləri İsax Hüseynov tərəfindən gömrük orqanlarına edilmiş tarixi v ə məbləğləri bəlli olmayan ödənişlərdən, eləcə də Cavabdeh1 MMC tərəfindən “xxxx” Şirkətinə qeyri-müəyyən malların təqdim edilməsindən irəli gəldiyindən, yəni həmin tələblər qeyri müəyyən, mücərrəd olduğundan, həmin hissədə qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.

42. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə”) 385.1,442, 443.1 və 448.1, 567, 600.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2, 1.3, 3.7-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə”) 103.1, 103.2, 206.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. Cavabdeh1 MMC və cavabdeh2 həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat

44. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-2(103)-345/2020 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), C.A.Yusifov və R.Ə.Qurbanov) qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 MMC-nin və cavabdeh2nun apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 04 mart tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə cavabdeh1 MMC-dən 71.485,07 manat məbləğində və cavabdeh2-dən 89.139,18 manat m əbləğində borc tutularaq ilkin iddia üzrə İddiaçıya ödənilmiş, ilkin iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdehdən qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə 25.993,5 ABŞ dolları (ödənildiyi gün Azərbaycan manatına olan məzənnə ilə) pul tutulmuş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilmiş, 145 manat ekspertiza xərcinin 45 manatı İddiaçıdan, 100 manatı cavabdeh2-dən və cavabdeh1 MMC-dən müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmuşdur.

45. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən “xxxx” şirkəti tərəfindən Cavabdeh1 MMCyə ümumilik də 71.485,07 dəyərində, cavabdeh2 isə ümumilikdə 110.166,78 manat dəyərində mal təhvil verilmişdir.

46. Qarşılıqlı iddia ərizəsində cavabdeh1 MMC tərəfindən iddiaçıdan 71.485,07 dəyərində mal alındığı təsdiq edilərək, malın dəyərindən 28.02.2017-ci il tarixdə 23.461,53 manat ödəniş edildiyi qeyd edilsə də, həmin ödənişi təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

47. Qarşılıqlı iddia ərizəsində 10.02.2017-ci tarixli müqavilə əsasında “xxxx” şirkətindən alınan mallara görə cavabdeh2-nin borcunun 109.166,78 manat olduğu qeyd edilsə də, məhkəmə tərəfindən 21.027,60 manat ödəniş nəzərə alınaraq müəyyən edilir ki, cavabdeh2-nin “xxxx” şirkətinə 10.02.2017-ci tarixli müqavilə üzrə qalıq borcu 89.139,18 manat təşkil edir.

48. İlkin iddia üzrə İddiaçı1 cavabdehlər tərəfindən ödənilməsi gecikd irilmiş əsas borc məbləğinə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi ilə faizlərin hesablanaraq tutulması barədə tələbi məhkəmə tərəfindən əsassız hesab edilir.

49. İşdəki “xxxx” QSC ilə İddiaçının direktoru arasında 14.03.2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsi ilkin iddia tələbini müəyyən edən fakt və hallarla bağlı olmadığından, MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edilmir.

50. İş materiallarındakı məhkəmə aktlarından görünür ki, cavabdeh2 ilə İddiaçının direktoru şifahi razılaşma əsasında mərmər ixracı və alqı-satqısı üzrə uzun illər birgə fəaliyyət göstərmiş, sonradan münasibətləri pozulmuş və bir-birlərinə qarşı iddiaları yaranmışdır. 51. 14.06.2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 həmin etibarnamə ilə cavabdeh2na şirkətin ünvanına Türkiyə Respublikasından “X” şirkəti tərəfindən göndərilmiş yükün alınması, gömrük əməliyyatlarının aparılması və yükün boşaldılması etibar edilmişdir. (1-ci cild 173-cü vərəq) Qeyd edilən sübut təsdiq edir ki, İddiaçı cavabdeh2 ilə münasibətləri elə bir səviyyədə olmuşdur ki, şirkət öz mallarının qəbulunu və gömrük sənədləşdirilməsinin həyata keçirilməsini ona etibar etmişdir.

52. Qarşılıqlı iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, qarşılıqlı əməkdaşlıq etdikləri dövrdə İddiaçı1 xarici ölkələrdən aldığı mərmər və digər məhsullara görə cavabdeh2 tərəfindən 25.993,5 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. 53. “X2” LTD tərəfindən tərtib edilmiş 29.09.2016-cı il tarixli sənədlərə görə, İddiaçıya göndərilmiş mallara görə cava bdeh2 tərəfindən həmin şirkətə 2.750, 2.500 və 2.500 ABŞ dolları olmaqla cəmi 7.750 ABŞ dolları məbləğində ödəniş edilmişdir (əsli 2 cild 64-66-cı vərəqlər). 54. “X6 İhracat Şirkəti”nin məktubuna görə, iddiaçı şirketinin X şirkətindən aldığı mərmərin dəyərinin 3.500 ABŞ dolları hissəsi iddiaçı şirketi tərəfindən, 6.530 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh2 tərəfindən ödənilmişdir (əsli 2 cild 67-ci vərəq). 55. “X1”-nin 15.05.2018-ci il tarixli məktubuna görə, 04.11.2016-cı il tarixdə iddiaçı şirkətinin adına göndərilən malların dəyəri (əlavə edilən fakturaya əsasən 1.713,5 ABŞ dolları) cavabdeh2 tərəfindən ödənilmişdir (2-ci cild 68-ci vərəq). 56. “XXX” –nin 01.01.2018-ci il tarixli məktubuna görə, “xxxx” şirkətin göstərilən yük daşıma xidmətinə görə cəmi 10.000 ABŞ dolları məbləğ ində daşınma xərci cavabdeh2 tərəfindən ödənilmişdir (əsli 2-ci cild 118-ci vərəq) 57. “X”nin 15.05.2018-ci il tarixli məktubuna görə, “xxxx” şirkətinin həmin şirkətə olan 3.580 manat borcu İsax Hüseynov tərəfindən ödənilmişdir. Həmin məktubun və “xxx” şirkətinə 5.093,91 ABŞ dolları ödənilməsi barədə əlyazma ilə tərtib edilmiş qəbzin əsli və ya lazımı qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən həmin sənədlər qarşılıqlı iddia üzrə mötəbər sübut kimi qəbul edilmir. 58. “xxxx” şirkətinin nümayəndəsi məhkəmədə tərəflərin birgə fəaliyyət göstərdiyini inkar etməmiş, lakin qarşılıqlı iddia ərizəsinin dəlillərinin əsassız olduğunu, “xxxx” şirkətinin ixrac etdiyi mallara görə bütün ödənişləri özünün həyata keçirdiyini göstərsə də, “X” “X1” şirkəti, “X3” və “X4. "X5”–nə işdəki məktublarda qeyd edilən tarixlərdə və məbləğlərdə ödəniş həyata keçirilməsini və ya təqdim edilmiş məktublardakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübutları nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. 59. “xxxx” şirkətinin nümayəndəsi işə apelyasiya qaydasında baxılarkən “X1 San.Tic.A.Ş” şirkəti tərəfindən “xxxx” şirkətinə mal göndərildiyini qəbul etmədiyindən, ilkin iddia üzrə cavabdehlərin vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verilmiş, Komitənin Bakı Apelyasiya Məhkəməsinin sorğusuna 21.09.2020-ci il tarixli cavab məktubu ilə “xxxx” şirkətinə Türkiyənin “X1” şirkəti tərəfindən 12.11.2016-cı il tarixli bəyannamə əsasında ümumi statistik dəyəri 3.713,51 ABŞ dolla rı və “X5” tərəfindən 22.05.2017-ci il tarixli bəyannamə əsasında statistik dəyəri 13.580,03 ABŞ dolları olan mallar göndərildiyi müəyyən edilmişdir. 60. “xxxx” şirkətinin adından onun ödəniş etməli olduğu şirkətlərə cəmi 25.993,5 ABŞ dolları məbləğində (7.750+6.530+1.713,5+10.000) pul vəsaitinin cavabdeh2 tərəfindən ödənildiyi işdəki mötəbər sübutlarla təsdiq edildiyindən, tərəflər arasında işgüzar münasibətlər olsa da, “xxxx” şirkəti tərəfindən cavabdeh2 şirkətin adından ödəniş həyata keçirilməsi ilə bağlı yazılı və ya şifahi qaydada tapşırıq verildiyinə dair işdə sübutlar olmadığından, həmin vəsait MM-nin 1090-cı maddəsinə əsasən (özgə işlərinin tapşırıqsız aparılması qaydalarına müvafiq olaraq) “xxxx” şirkətindən cavabdeh2-nin xeyrinə tutulmalıdır.

61. Məhkəmə Cavabdeh1 MMC tərəfindən iddiaçıya göndərilmiş 70.220,70 manat dəyərində olan mərmərin qaytarılması barədə EAAH seriyalı, 828482 saylı, 19.03.2018ci il tarixli elektron qaimə və 31.673,06 manat dəyərində olan mərmərin təqdim edilməsinə dair EAAH seriyalı, 838800 saylı, 22.03.2018-ci il tarixli elektron qaimələrlə bağlı qeyd etmişdir ki, İddiaçı1 Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə 05.04.2018-ci il tarixli məktubla müraciət edərək, malların faktiki təqdim edilməməsi əsası ilə həmin qaimə-fakturaların ləğv edilməsini xahiş etdiyindən, qaimələrdə qeyd edilən malların İddiaçı1nə faktiki təhvil verildiyini sübutetmə yükü cavabdeh1 MMC-nin üzərinə düşdüyü halda məhkəməyə bu barədə hər hansı sübut (təhvil-təslim aktı, malların daşınmasına dair sənədlər) təqdim edilmədiyindən, qarşılıqlı iddia iddia çı Cavabdeh1 MMC-yə borclu olduğuna dair hissədə əsassız hesab edilir.

62. Ekspertiza Mərkəzinin 08.11.2019-cu il tarixli, 16961 saylı ekspert rəyində İddiaçı cavabdeh2 olan borc hesablanarkən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən sənədlər də nəzərə alındığından, məhkəmə həmin rəyi tərəflərin qarşılıqlı borclarının müəyyənləşdirilməsi üçün mötəbər sübut hesab etmir.

63. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 567, 600.1, 1090.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

64. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-2(103)345/2020 saylı qətnaməsinin qismən, qarşılıqlı iddianın qismən təmin edilməsi, “xxxx” Şirkətindən cavabde h2nun xeyrinə 25.993,5 ABŞ dolları (ödənildiyi gün Azərbaycan Manatına olan məzənnə ilə) pulun tutulması” hissəsində ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

65. Cavabdeh1 MMC və və cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

66. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, sübut olaraq saxtalaşdırılmış, kserosurətdən ibarət olan kağız vərəqlərinin üzərində olan kserokopiya ştamplar üstündə qələmlə edilmiş naməlum imzalar, cızma-qaralar əsasında sübut kimi qəbul olunan bu vərəqlərin, qabaqcadan müəyyən edilmiş qüvvələri olmuşdur.

67. Yəni, apelyas iya instansiyası məhkəməsi, işin faktiki hallarına əhəmiyyət verməyərək, eyni qayda ilə, kserosurət olan kağız vərəqələrinin bir hissəsini sübut kimi qəbul etməyərək, bir hissəsini mötəbər sübut kimi qəbul edərək, AR MPM-nin 89-cu maddəsinin, o cümlədən 217-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur.

68. Cavabdeh2-nin təqdim etdiyi heç bir vərəq, kserosurət olan vərəqə, notariat qaydasında təsdiq olunmamışlar.

69. Bundan başqa, həmin dövrdə təqdim edilmiş kserosurətdən ibarət olan vərəqlərlə yanaşı, iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində olan zaman da əlavə edilmiş, guya ödənilmiş pulun məbləğini əks etdirən kserosurət sənədlər mövcuddur.

70. İ.Hüseynov, 10.000 ABŞ dollarını ölkədən aparmasına dair Bəyannaməni, həmçinin Türkiyə Res publikasının “X ilə “xxxx” Şirkəti arasında hazırkı yükdaşıma Nəqliyyat Xidmətinə dair bağlanmış müqavilənin, kontraktın, o cümlədən yerinə yetirilmiş xidmətə dair müvafiq sənədlərin, yük sənədlərinin surətini məhkəməyə təqdim etməmişdir.

71. Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş kserokopya vərəqlərin mahiyyətinə dair, orada cavabdeh2 tərəfindən guya ödənilmiş pulların nəyin nəticəsində əmələ gəldiyini, borcun haradan, nədən yarandığını təsdiq edən hər hansı bir sənəd, cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilməmişdir.

72. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.1, 89.2, 89.3, 217-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir.

73. Cavabdeh1 MMC və cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, “xxxx” şirkəti cavabdeh 2 və Cavabdeh1 MMC ilə 2015-ci ildən etibarən birgə fəaliyyət göstərmişlər. Xaricdən gətirilən mərmər və digər daşlar “xxxx” şirkətinin adına rəsmiləşsə də, malların nəqliyyat və gömrük xərclərini, eyni zamanda bank vasitəsi ilə götürülən vəsaitlərin qalıq qalan hissələrini nəğd şəkildə, eləcə də alınan malların bir hissəsinin dəyərini “xxxx” şirkətinin adından köçürmə yolu ilə İsax Hüseynov ödəmişdir. Eyni zamanda “xxxx” şirkətinin rəhbərinin borclarını cavabdeh2 ödəmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilsə də, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, gömrük haqqının kim tərəfindən ödənilməsi konkretləşdirilməmişdir. Bu halın sübut olunması üçün “xxxx” şirkətinin mühasibinin məhkəməyə dəvət olunmasını və təqdim olunmuş videoyazıya baxış keçirilməsi barədə vəsatət verilmiş, lakin təmin edilməmişdir. “xxxx” şirkətinin adına gətirilmiş mərmər daşlarının gömrükdən keçirilməsi üçün cavabdeh2 “xxxx” şirkətinin adından Bakı Baş Gömrük İdarəsinə 47.000 manata yaxın pul ödəmişdir. Cavabdeh2 qarşı tərəfin məhkəməyə təqdim etdiyi 2017-ci ildə tərtib edilmiş müqaviləyə məzmununu oxumadan imza etmişdir. Cavabdeh2 “xxxx” şirkətinin satdığı mərmərlərin pulunu ödəmədiyini görüb onunla münasibətləri kəsərək öz qızının adına Cavabdeh1 MMC yaratmışdır. İddiaçının rəhbəri cavabdeh1 MMC-yə elektron fakturalar göndərərkən bildirmişdir ki, şirkətin satdığı malları silmək üçün formal olaraq göndərir, sonradan cavabdeh2 21.000 manat ödəniş edilməsi barədə order də göndərmişdir. Həmin fakturalar formal olmuş, Cavabdeh1 MMC əslində mal almamışdır. Mərmər daşlarının alveri ilə məşğul olan şi rkətlər “xxxx” şirkətini tanımır. 14.06.2017-ci ildə “X” tərəfindən göndərilən malların gömrük rəsmiləşməsinə 5.507.62 manat, nəqliyyat xərcinə görə 2.500 ABŞ dolları, alınan malın dəyərinə görə 7.300 ABŞ dolları məbləğində yerində ödəniş edilmiş, cəmi 22.167 manat ödənilmişdir. Birgə fəaliyyətin göstəricisi olaraq Cavabdeh1 MMC “xxxx” şirkətinə 19.06.2017-ci ildə 23.461,53 manat dəyərində, 05.07.2017-ci ildə 23.300,27 manat dəyərində, 23.09.2017-ci ildə 24.723,07 manat dəyərində, 19.03.2018-ci ildə 70.220,70 manat dəyərində, 22.03.2018-ci ildə 31.673,76 manat dəyərində mərmər vermişdir ki, həmin malların dəyəri ödənilməmişdir.

74. Bundan başqa işdəki sənədlərdə təsdiq olunur ki, “xxxx” şirkətinin əvəzinə “X” şirkətinə 5.093,91 ABŞ dolları, “X2” şirkətinə 6.530 ABŞ dolları, X3” şirkətinin 10.250 ABŞ dolları, “X4” şirkətinə 7.750 ABŞ dolları cavabdeh2 tərəfindən ödənilmişdir. “xxxx” şirkətinin cavabdeh2 88.289,1 manat borcu olduğu sübut edildiyi halda, məhkəmə qarşılıqlı iddianı rədd etmişdir.

75. Eyni zamanda məhkəmə işdəki ekspert rəyini nəzərə almamışdır.

76. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

77. Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçısının izahatı

78. Cavabdeh2 və vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

79. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi və 07.04.2021-ci ildə k eçirilən məhkəmə iclasında ləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatları dinlənilmədi. İİ. KASSASİYA ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

80. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

81. İş üzrə tərəflər apelyasiya məhkəməsinin qərarını mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

82. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

83. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

89. Yazılı sübutlar 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir...”. “Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

85. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. “Maddə 1090. İcraçının hüquqları 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər...”. İV. AL İ MƏHKƏMƏNİN MÖVQEYİ

86. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-2(103)-345/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

87. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, “xxxx” şirkətinin adından onun ödəniş etməli olduğu şirkətlərə cəmi 25.993,5 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdeh2 tərəfindən ödənildiyi işdəki mötəbər sübutlarla təsdiq edildiyindən, apelyasiya məhkəməsi tərəflər arasında işg üzar münasibətlər olsa da, iddiaçı şirkət tərəfindən cavabdeh2 şirkətin adından ödəniş həyata keçirilməsi ilə bağlı yazılı və ya şifahi qaydada tapşırıq verildiyinə dair işdə sübutlar olmadığından, həmin vəsaitin MM-nin 1090-cı maddəsinə əsasən iddiaçıdan cavabdeh2-nin xeyrinə tutulması barədə qanuni nəticəyə gəlmişdir. Bu zaman cavabdehin 10.000 ABŞ dollarını ölkədən aparmasına dair Bəyannaməni, həmçinin Türkiyə Respublikasının “X" ilə iddiaçı Şirkət arasında hazırkı yükdaşıma Nəqliyyat Xidmətinə dair bağlanmış müqavilənin, kontraktın, o cümlədən yerinə yetirilmiş xidmətə dair müvafiq sənədlərin, yük sənədlərinin surətini məhkəməyə təqdim etməməsi barədə dəlillər məhkəmənin gəldiyi nəticənin qanuniliyinə təsir edə, cavabdehin çəkdiyi faktiki və işə baxılması zamanı təsdiq edilmiş xərcləri n nəzərə alınmamasına səbəb ola bilməzdi. Həmçinin apelyasiya məhkəməsi həqiqiliyi təsdiq edilməyən bir sıra sənədləri sübut kimi qəbul edib qiymətləndirməkdən imtina etmiş, həmin sənədlərdə olan pul məbləğlərini iddiaçı şirkətdən tutmaqdan imtina etmişdir.

88. Buna görə də cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş vərəqlərin kserokopya, olduğu, orada cavabdeh2 tərəfindən guya ödənilmiş pulların nəyin nəticəsində əmələ gəldiyini, borcun haradan, nədən yarandığını təsdiq edən hər hansı bir sənədin məhkəməyə təqdim edilmədiyi, apelyasiya instansiyası məhkəməsi, işin faktiki hallarına əhəmiyyət verməyərək, eyni qayda ilə, kserosurət olan kağız vərəqələrinin bir hissəsini sübut kimi qəbul etməyərək, bir hissəsini mötəbər sübut kimi qəbul edərək, AR MPM-nin 89-cu maddəsinin, o cümlədən 21 7-ci maddəsinin tələblərini kobud şəkildə pozması barədə iddiaçınn kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası tənqidi yanaşır.

89. Apelyasiya məhkəməsi haqlı olaraq ilkin iddia üzrə İddiaçı cavabdehlər tərəfindən ödənilməsi gecikdirilmiş əsas borc məbləğinə Mülki Məcəllənin 449-cu maddəsinə əsasən bank uçot dərəcəsi ilə faizlərin hesablanaraq tutulması barədə tələbi əsassız hesab etmiş, işdəki “xxxx” QSC ilə İddiaçının direktoru arasında 14.03.2013-cü il tarixdə bağlanmış kredit xətti müqaviləsi isə ilkin iddia tələbini müəyyən edən fakt və hallarla bağlı olmadığından, MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edilməmişdir.

90. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, iş materiallarındakı məhkəmə aktlarına əsasən cavabdeh2 ilə İddiaçının direktor u şifahi razılaşma əsasında mərmər ixracı və alqı-satqısı üzrə uzun illər birgə fəaliyyət göstərmiş, İddiaçı1 14.06.2017-ci il tarixli etibarnamə ilə cavabdeh2na şirkətin ünvanına Türkiyə Respublikasından “X” şirkəti tərəfindən göndərilmiş yükün alınması, gömrük əməliyyatlarının aparılması və yükün boşaldılmasını etibar etmiş, beləliklə, İddiaçı cavabdeh2 ilə münasibətləri elə bir səviyyədə olmuşdur ki, şirkət öz mallarının qəbulunu və gömrük sənədləşdirilməsinin həyata keçirilməsini ona etibar etmiş, sonradan münasibətləri pozulmuş və bir-birlərinə qarşı iddiaları yaranmışdır.

91. Cavabdehlərin birgə kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən “xxxx” şi rkəti tərəfindən Cavabdeh1 MMC-yə ümumilikdə 71.485,07 dəyərində, cavabdeh2 isə ümumilikdə 110.166,78 manat dəyərində mal təhvil verilmiş, qarşılıqlı iddia ərizəsində cavabdeh1 MMC tərəfindən iddiaçıdan 71.485,07 dəyərində mal alındığı təsdiq edilərək, malın dəyərindən 28.02.2017-ci il tarixdə 23.461,53 manat ödəniş edildiyi qeyd edilsə də, həmin ödənişi təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, 10.02.2017-ci tarixli müqavilə əsasında “xxxx” şirkətindən alınan mallara görə cavabdeh2-nin borcunun 109.166,78 manat olduğu qeyd edilsə də, məhkəmə tərəfindən 21.027,60 manat ödəniş nəzərə alınaraq müəyyən edilmişdir ki, cavabdeh2-nin “xxxx” şirkətinə 10.02.2017-ci tarixli müqavilə üzrə qalıq borcu 89.139,18 manat təşkil edir. Qarşılıqlı əməkdaşlıq etdikləri dövrdə isə İddiaçı1 xarici ölkələr dən aldığı mərmər və digər məhsullara görə cavabdeh2 tərəfindən 25.993,5 ABŞ dolları məbləğində vəsait ödənilmişdir.

92. Cavabdeh2-nin 2017-ci ildə tərtib edilmiş müqaviləyə məzmununu oxumadan imza etdiyi, iddiaçının rəhbərinin cavabdeh1 MMC-yə elektron fakturaları, şirkətin satdığı malları silmək üçün formal olaraq göndərdiyini bildirdiyi, sonradan cavabdeh2nin 21.000 manat ödəniş edilməsi barədə order də göndərdiyi, həmin fakturaların formal olduğu, cavabdeh1 MMC-nin əslində mal almadığı barədə qeyd edilənlər isə işin həqiqi halları ilə təsdiq edilməyən dəlillərdir.

93. Cavabdehin təqdim etdiyi və əsilləri iş materiallarında olan “X”, “X1”-nin və “X3” ilə bağlı ödəniş sənədləri apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq sübut kimi qiymətləndirilərək bu məbləğlər nəzərə alınmış, “X5 Şirketi”nin 15.05.2018-ci il tarixli “xxxx” şirkətinin həmin şirkətə olan 3.580 manat borcunun cavabdeh2 tərəfindən ödənilməsi barədə məktubun və “OSF” şirkətinə 5.093,91 ABŞ dolları ödənilməsi barədə əlyazma ilə tərtib edilmiş qəbzin əsli və ya lazımı qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən həmin sənədlər qarşılıqlı iddia üzrə mötəbər sübut kimi qəbul edilməmişdir.

94. Cavabdeh1 MMC tərəfindən İddiaçı1nə göndərilmiş 70.220,70 manat dəyərində olan mərmərin qaytarılması barədə EAAH seriyalı, 828482 saylı, 19.03.2018ci il tarixli elektron qaimə və 31.673,06 manat dəyərində olan mərmərin təqdim edilməsinə dair EAAH seriyalı, 838800 saylı, 22.03.2018-ci il tarixli elektron qaimələrlə bağlı düzgün olaraq qeyd edilmişdir ki, İddiaçı1 Vergilər Nazirliyi y anında Lokal Gəlirlər Departamentinə 05.04.2018-ci il tarixli məktubla müraciət edərək, malların faktiki təqdim edilməməsi əsası ilə həmin qaimə-fakturaların ləğv edilməsini xahiş etdiyindən, qaimələrdə qeyd edilən malların İddiaçı1nə faktiki təhvil verildiyini sübutetmə yükü “Cavabdeh1" MMC-nin üzərinə düşdüyü halda məhkəməyə bu barədə hər hansı sübut (təhvil-təslim aktı, malların daşınmasına dair sənədlər və s. başqa sözlə malların həqiqətən iddiaçıya qaytarıldığını təsdiq edən sübutlar, ən azından iddiaçı tərəfindən cavabdehlərə malların təqdim edilməsi zamanı tərtb edilmiş sənədlərdə olduğu kimi) təqdim edilmədiyindən, qarşılıqlı iddia İddiaçı Cavabdeh1 MMC-yə borclu olduğuna dair hissədə əsassız hesab edilməlidir. Məhkəmələr bu zaman onu da nəzərə almışlar ki, iş materiallarındakı Ver gilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin 24.12.2019-cu il tarixli, **********174253 saylı Səyyar vergi yoxlaması aktına əsasən Cavabdeh1 MMC tərəfindən “xxxx” şirkətinə mübahisəli elektron qaimələrə əsasən 101.893,76 manat dəyərində malların verilməsi yoxlama zamanı öz təsdiqini tapmamışdır. Həmçinin elektron-qaimələrdə qaimənin verilməsi əsası (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə) göstərilməli olduğu halda mübahisəli qaimələrdə həmin məlumat göstərilmədiyindən, Cavabdeh1 MMC-nin istinad etdiyi elektron qaimələr, “xxxx” şirkətinə malların qaytarılmasını və ya malların təqdim edilməsini təsdiq edən sübut qismində qəbul edilməmişdir.

95. Digər tərəfdən hazırkı mübahisə “xxxx” şirkəti (mal satan) ilə Cavab deh1 MMC (mal alan) arasında bağlanılmış 12 iyun 2017-ci il tarixli A/06 saylı, “xxxx” şirkəti (mal satan) ilə cavabdeh2 (mal alan) arasında bağlanılmış 10 fevral 2017-ci il tarixli A/01 saylı müqavilələrə əsasən mal satan razılaşma protokoluna uyğun olaraq tikinti materiallarını, təbii daşlar – mərmər, qranit, travertin buraxmağı, mal alan isə onu qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər, həmin müqavilələrdə cavabdehlərin iddiaçıya hər hansı həcmdə mal təqdim etməli olduğu, iddiaçının isə həmin malların dəyərini ödəməli olduğu kimi müddəalar nəzərdə tutulmamışdır.

96. Məhkəmə Ekspertiza Mərkəzinin 08.11.2019-cu il tarixli, 16961 saylı ekspert rəyində İddiaçı1 cavabdeh2na olan borc hesablanarkən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən sənədlər də nəzərə alındığ ından, apelyasiya məhkəməsi düzgün olaraq həmin rəyi tərəflərin qarşılıqlı borclarının müəyyənləşdirilməsi üçün mötəbər sübut hesab etməmişdir. Sübut növlərindən biri olaraq ekspert rəyi ilə razılaşıb-razılaşmamaq məhkəmənin səlahiyyəti olduğundan, hazırkı halda isə həmin ekspert rəyi işdəki digər sübutlarla birlikdə qiymətləndirilərək, mötəbər sübut kimi qəbul edilmədiyindən, apelyasiya məhkəməsi tərəfindən ekspert rəyinin nəzərə alınmadığı barədə kassasiya şikayətinin dəlili də uğurlu hesab edilmir.

97. Beləliklə, Apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə, ilkin iddianın və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən “xxxx” şirkəti tərəfindən Cavabdeh1 MMCyə ümumilikdə 71.485,07 dəyərində, cavabdeh2-yə isə ümumilikdə 110.166,78 manat dəyərində malın təhvil verildiyini, qarşılıqlı iddia ərizəsində “xxxx” MMC tərəfindən iddiaçıdan 71.485,07 dəyərində malın alındığı təsdiq edilərək, malın dəyərindən 28.02.2017-ci il tarixdə 23.461,53 manat ödəniş edildiyi qeyd edilsə də, məhkəməyə həmin ödənişi təsdiq edən sübutun təqdim edilmədiyini, həmçinin ərizədə 10.02.2017-ci tarixli müqavilə əsasında “xxxx” şirkətindən alınan mallara görə cavabdeh2-nin borcunun 109.166,78 manat olduğu qeyd edilsə də, cavabdeh2-nin “xxxx” şirkətinə 10.02.2017-ci tarixli müqavilə üzrə qalıq borcunun 89.139,18 manat təşkil etdiyini, qarşılıqlı əməkdaşlıq etdikləri dövrdə İddiaçı xarici ölkələrdən aldığı mərmər və digər məhsullara gör ə cavabdeh2 tərəfindən 25.993,5 ABŞ dolları məbləğində vəsaitin ödənilməsi faktının iş materiallarındakı sübutlarla təsdiq olunduğunu nəzərə alaraq iddiaçı və cavabdehin kassasiya şikayətlərinin buna dair dəlilləri ilə razılaşmır.

98. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-2(103)-345/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

99. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası QƏRARA ALDİ:

100. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-2(103)-345/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar