Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-151/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ 30.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X1 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədov ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, iddiaçı MMC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı “X3 Təsərrüfatı” MMC-nin Cavabdeh ASC-yə qarşı lizinq əmlakının məhv olunması ilə əlaqədar lizinq müqaviləsindən irəli gələn borcun silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı MMC tərəfindən verilmi ş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev; iş № 2-2(82)-283/2018) iddianın təmin edilməsi; Cavabdeh ASC ilə «X3 Təsərrüfatı» MMC arasında bağlanmış 08-LA/16 saylı 26.12.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin ümumi məbləğindən çıxılması və “X3 Təsərrüfatı” MMC-nin Cavabdeh ASC-yə olan borcunun həmin məbləğdə silinməsi öhdəliynin Cavabdeh ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov, iş № 2-2(103)467/2018) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi; 2 s aylı İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi; iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı MMC kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı “X3 Təsərrüfatı” MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə «X3 Təsərrüfatı» MMC arasında bağlanmış 08-LA/16 saylı 26.12.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxılması və «X3 Təsərrüfatı» MMC-nin Cavabdeh ASC-yə olan borcunun həmin məbləğdə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı MMC Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasına kassasiya şikayətinin dəlillərinə dair yazılı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçı MMC-nin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edərək, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə q ərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 417.1.4-cü maddəsinə müvafiq olaraq kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 418.3-cü maddəsinə müvafiq olaraq prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilmə si üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgun deyil; iddiaçı MMC-nin kassasiya şikayətində göstəriən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. İş üzrə müəyyən edilmişdir ki, cavabdeh ASC (lizinqverən) və iddiaçı MMC (lizianqalan) arasında bir neçə lizinq müqavilələri bağlanmışdır ki, həmin müqavilələrə əsasən lizinqverən lizinqalana mal-qara və heyvandarlıq kompleksini lizinqə vermiş və həmin heyvanlar və avadanlıq MMC-nin düşmənin mövqelərinə yaxın Ağdam rayonu ərazisindəki fermer təsərrüfatında yerləşdirilmişdir. Lakin 28.04.2016-cı il tarixdə düşmən bombardmanı nəticəsində heyvanları və quraşdırılmış a vdanlığı bir qismi məh olunmuşdur. Bundan sonra, tərəflər arasında yeni 08-LA/16 saylı 26.12.2016-cı il tarixli lizinq müqaviləsi bağlanmışdır ki, burada lizinqverən öz zərəri hesabına məhv olunmuş avadanlığın 373.600 manat məbləğndə olan dəyərini ümumi lizinq məbləğindən silərək, ödənilməli olan lizinq məbləğini 172.450 manatadək azaltmışdır. İddiaçı MMC hesab etmişdir ki, yeni lizinq müqaviləsində əks olunmuş lizinq əmlakının tərkibinə bombardman nəticəsində məhv olunmuş digər əmlak da daxil edilmişdir ki, lizinqverən bu əmlakı məhv olunmuş əmlak kimi müqavilənin tərkibindən silməmiş, bunun da nəticəsində lizinqalan mövcud olmayan, və lizinq müqaviləsinin mahiyyətinə görə, müqavilə başa çatdıqda sonra lizinqə əmlakının lizinqalanın mülkiyyətinə keçməsinə baxmayaraq, heç vaxt onun mülkiyy əti olmayacaq məhv olunmuş əmlakın dəyərini ödəməli olacaqdır. Bundan narazı qalan iddiaçı MMC məsələnin həlli üçün cavabdeh ASC-yə müraciət etsə də, sonuncu məhv olunmuş peyinqarışdıran avadanlığın dəyərinin tərəflər arasında bağlanmış 08LA/16 saylı 26.12.2016-cı il tarixli lizinq müqaviləsinin ümumi məbləğindən çıxarılması ilə razı olmamışdır. İddiaçı MMC-nin iddia tələbi üzrə işə baxmış apellyasiya instansiya məhkəməsi cavabdeh ASCnin dəlillərini mötəbər, iddiaçı MMC-nin tələbinin əsasını sübut olunmadığı kimi hesab etmişdir. Qətnaməsində apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh ASC-nin tərəflər arasında peyinqarışdıran avadanlığa zərər vurulduqdan sonra bağlanmış müqavilənin, həmin avadanlığın dəyəri çıxılmaqla, yeni öhdəlik münasibətlərinin yaranması ilə əlaqədar imz alanması ilə bağlı qeyd etdikləri daha ağlabatan hesab olunmalıdır. Cavabdeh ASC-nin dəlilləri nədən ibarətdir? Araşdırılan qətnamədə cavabdeh ASC-nin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi, tərəflər arasında bağlanmış 26.12.2016-cı il tarixli lizinq müqaviləsinə əsasən lizinqə verilmiş heyvandarlıq kompleksinin avadanlıqdarının ayrı-ayrılıqda hər birinin dəyərinin kompleks avadanlıqdar olması səbəbindən müəyyən etməyin mümkün olmadığı haqqında məlumatı əks etdirən 24.04.2018-ci il tarixli məktuba istinad olunmuşdur. Bununla əlaqədar apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, 26.12.2016-cı il tarixli müqavilədə lizinq predmeti “heyvandarlıq kompleksi üçün əlavə avadanlıq” kimi göstərildiyindən, müqavilənin məzmunundan müqavilənin yararsız hala düşmüş peyinqarışdıran avadanlı ğın dəyərinin nəzərə alınmaqla və ya alınmamaqla bağlanılmasını müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi onu da nəzərə almışdır ki, cavabdeh ASC, 26 dekabr 2016-cı il tarixli 08-LA/16 nömrəli müqavilə bağlanarkən peyinqarışdıran avadanlığın dəyərinin iddiaçı MMC-nin ümumi borcundan çıxıldığını, 373.600 manat məbləğ pulun cavabdeh ASC-nin zərəri hesabına silindiyini, həmin məbləğdə iddiaçı MMC-nin cavabdeh ASC qarşısında öhdəliklərinə xitam verildiyini, qalıq dəyəri olan 182.950 manat məbləğə yeni ödəniş qrafiki tərtib olunaraq tərəflər arasında 26.12.2016-cı il tarixli, D-02- LA/12 nömrəli razılaşma imzalandığını qeyd etmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi qətnaməsində belə hesab etmişdir ki, tərəflər arasında 26 dekabr 2016-cı il ta rixli 08-LA/16 nömrəli müqavilə imzalanarkən, peyinqarışdıran avadanlığın dəyərinin tərəflər arasında mövcud olmuş lizinq müqaviləsi üzrə ümumi borcdan çıxılmadığı fərz olunsa belə, iddia tələbi təmin edilə bilməz. Belə ki, tərəflər aprel hadisələrindən sonra yeni müqavilə münasibətlərinə daxil olmuş və öz sərbəst iradə ifadələrinə əsaslanaraq özləri üçün hüquq və vəzifələr müəyyən etmiş, müqavilənin məzmununu möhür və imzaları ilə təsdiq etmişlər. Müqavilənin predmeti müəyyən edilərkən peyinqarışdıran avadanlığın dəyərinin çıxılmadığı nəzərdə tutulmurdusa, iddiaçı MMC 26 dekabr 2016-cı il tarixli müqaviləni imzalamaqdan imtina edə bilərdi. Yuxarıda qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası bildirməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 26.12.2016-cı il tarixli lizinq müq aviləsinin 11.1-ci bəndin də nəzərdə tutulmuşdur ki, müqavilədə dəyşiklik və əlavələr tərəflərin tərəflərin qaşılıqlı razılığ ilə yazılı şəkildə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Bundan başqa, iş üzrə müəyyən edilmişdir ki, düşmən bombardmanı nəticəsində həm tərəflər arasında bağlanılmış 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə verilmiş 2x12 yerli tam avtomatik sağım sağım meydançası avadanlıqları, həm də 26.12.2016-cı il tarixli 08-LA/2016-cı il nömrəli müqavilə üzrə lizinqə verilmiş peyinqarışdıran avadanlıq məhv olmuşdur. Cavabdeh ASC tərəfindən iddiaçı MMC-yə ünvanlanmış 1 4 sentyabr 2016-cı il tarixli, ASC/2-2816 nömrəli məktubda qeyd olunmuşdur ki, baş vermiş düşmən hücumu nəticəsində iddiaçı MMC-yə dəymiş ziyanın aradan qaldırılması məqsədilə MMC-nin Cavabdeh ASC ilə bağladığı 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə götürülmüş paralel tipli 2 x 12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının qalıq dəyəri olan 373.600,0 manat və 18.11.2010-cu il tarixli 36-LD nömrəli və 31.03.2014cü il tarixli 27-LD/14 nömrəli müqavilələr üzrə lizinqə götürülmüş 500 baş damazlıq heyvanlardan tələf olmuş və məcburi kəsilmiş heyvanlara görə 49.588,0 manat olmaqla, cəmi 423.188,0 manat məbləğin Cavabdeh ASC-nin zərəri hesabına silinməsi və həmin məbləğdə “X3 Təsərrüfatı” MMC-nin Cavabdeh ASC qarşısında olan öhdəliklərinə xitam verilməsi qərara alınmışdır. Məktubda eyni zamanda “X3 Təsərrüfatı” MMC məktubda yuxarıda qeyd edilən müqavilələri müvafiq dəyişikliklər edilərək qalıq dəyəri ilə yeni müqavilə bağlanması üçün Cavabdeh ASC-yə dəvət olunmuşdur. Göründüyü kimi, Cavabdeh ASC tərəfindən məhz, 18.01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilə üzrə lizinqə götürülmüş paralel tipli 2 x 12 yerli tam avtomatik sağım meydançası avadanlıqlarının qalıq dəyəri – 373.600,0 manat və eyni zamanda lizinqə götürülmüş damazlıq heyvanların qalıq dəyəri Cavabdeh ASC-nin zərərinə silindiyi nəzərdə tutulmuşdur ki, bununla da, o məlum olur ki, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd edilənlrədən fərqli olaraq, heyvandarlıq kompleksinin avadanlıqdarının ayrı-ayrılıqda hər birinin dəyərini müəyyən etmək mümkündür, və eyni zamanda 18. 01.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilənin ümumi məbləğindən məhv olunmuş avtomatik sağım meydançasının dəyəri çıxılsa da, məhv olmuş digər əməlakın, yəni peyinqarışdıran avadanlığın dəyəri bu məbləğdən çıxılmamışdır. Bununla da, iddiaçı MMC-nin qanunla qorunan hüquqlarının pozulmasına yol verilmişdir. Belə ki, məhv olmuş avadanlığa görə iddiaçı MMC tərəfindən lizinq ödənişlərinin edilməsi nə dərəcədə qanuna və məntiqə əsaslanır? Lizinq ödənişləri ödənilib qurtardıqdan sonra mövcud olmayan avadanlıq necə iddiaçı MMC-nin mülkiyyətinə veriləcək? Lakin apellyasiya instansiya məhkəməsi isə öz qətnaməsində bu sualları cavablandıra bilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına, işdəki sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaların pozulmasına yol verilmişdir, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Republikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88 və 106.1-ci maddələrinin tələbinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndi rilməlidir. Həmin Məcəllənin 217 və 220.4-cü maddələrinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.03.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş apellyasiya qa ydasında yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR İddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-151/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-151/2019
30.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver