Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-151/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı x1in Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı x1in Cavabdeh MMC-yə qarşı “lizinq müqavilələri üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 oktyabr tarixli 2-2(103)-247/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə tinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2010-cu il 26 avqust tarixli **, 2012-ci il 28 iyun tarixli ***nömrəli və 2015-ci il 14 avqust tarixli 02-LA/15 nömrəli lizinq müqavilələrinə əsasən, "xxxx" ASC (hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh” və ya “MMC”) kamera və damcılı suvarma sistemləri avadanlıqlarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra MMC-nin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, MMC isə avadanlıqların satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini ödəniş qrafikinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin müqavilələrin 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uy ğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 3. 9 il müddətinə bağlanmış 2010-cu il 26 avqust tarixli lizinq müqaviləsi üzrə ilkin ödəniş 60.000 manat, 10 il müddətinə bağlanmış 2012-ci il 28 iyun tarixli müqavilə üzrə 90.000 manat, 10 il müddətinə bağlanmış 2015-ci il 14 avqust tarixli müqavilə üzrə 170.000 manat nəzərdə tutulmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.012.536 manat əsas borc, 1.637.878,46 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3.650.434,46 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qət namə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh aralarında bağlanmış lizinq müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə 2020-ci il 18 dekabr tarixə 2010-cu il 26 avqust tarixli müqavilə üzrə 568.200 manat, 2012-ci il 28 iyun tarixli müqavilə üzrə 828.800 manat, 2015-ci il 14 avqust tarixli müqavilə üzrə isə 615.536 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə əsasən 2012-ci il 28 iyun tarixli müqavilə üzrə gecikdirilmiş əsas borca 1.147.911,80 manat, 2015-ci il 14 avqust tarixli müqavilə üzrə isə 489.966,66 manat cərimə məbləği hesabl anmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 8 aprel tarixli e-2-2(113)-1040/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 2.012.536 manat əsas borcun və 100.000 manat cərimənin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim Zaur Pirverdiyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçıya olan borcu 2010-cu il 26 avqust tarixli müqavilə üzrə əsas borc 568.200 manat, 2012-ci il 28 iyun tarixli müqavilə üzrə əsas borc 828.800 manat, cərimə məbləği 1.147.911,80 manat və 2015-ci il 14 avqust tarixli müqavilə üzrə əsas borc 615.536 manat, cərimə məbləği 489.966,66 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən, tərəflər arasında bağlanmış müqavilələrin və müqavilələrin tərkib hissəsi olan ödəniş qrafikləri üzrə yaranmış 2.012.536 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Cərimə tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 4.2-ci bəndindən irəli gəlsə də, tələb olunan 1.637.878,46 manat dəbbə pulu məbləği yaranmış 2.012.536 manat əsas borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, azaldılaraq 100.000 manat həddində müəyyən edilməsi ədalətlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2, 467, 747.1, 748-10.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2, 80, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 may tarixli 9/700 saylı ekspert rəyi verilmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, maliyyə arayışındakı məlumatlara əsasən cavabdehin lizinq müqavilələri üzrə həyata keçirdiyi ödənişlərin cəmi 443.000 manat təşkil edir. 2021-ci il 12 i yul tarixinə 2010-cu il 26 avqust tarixli müqavilə üzrə əsas borc 568.200 manat, cərimə borcu 757.538,10 manat, 2012ci il 28 iyun tarixli müqavilə üzrə əsas borc 1.018.400 manat, cərimə borcu 1.400.409 manat, 2015-ci il 14 avqust tarixli müqavilə üzrə isə əsas borc 1.448.320 manat, cərimə borcu 684.331,20 manat təşkil edir.
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyul tarixli 22(103)-30/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
14. Cavabdeh apellyasiya şikayətində məhk əmənin çəkişmə prinsipini pozaraq məhkəmə iclaslarında onun iştirakının təmin olunması üçün zəruri tədbirlərin görülmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işin materiallarından görünür ki, cavabdehin hüquqi ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri həmin ünvandan köçdüyünə dair poçt qeydi ilə məhkəməyə qaytarılmışdır.
15. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabineti barədə məlumat olmadığından, məhkəmə tərəfindən bildirişlərin kağız daşıyıcıda cavabdehin hüquqi ünvanına göndərilməsi çəkişmə prinsipinin pozuntusu hesab oluna bilməz.
16. Apellyasiya şikayətinin digər dəlili cavabdehin borcunun iddiaçının tələb etdiyi məbləğdə olub-olmadığının müəyyənləşdirilməsi üçün məhkəmə tərəfin dən iş üzrə mühasibatlıq ekspertizasınin təyin eedilməməsi ilə bağlı olmuşdur.
17. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2022-ci il 24 may tarixli 9/700 saylı ekspert rəyi təqdim edilmişdir (bax bu qərarın 11-ci bəndi).
18. Cavabdeh tərəfindən məhkəməyə ödənişlərlə bağlı qəbzlər və hesabdan çıxarış təqdim edilmədiyindən və məhkəmə sorğusu əsasında cavabdehin "xxxx" ASC tərəfindən təqdim edilmiş bank hesabından çıxarışda lizinq ödənişləri öz əksini tapmadığından ekspertiza tədqiqatı iddiaçının təqdim etdiyi maliyyə arayışları əsasında həyata keçirilmişdir.
19. Ekspert rəyindən göründüyü kimi, cavabdehin 2021-ci il 12 iyul t arixinə iddiaçıya lizinq müqavilələr üzrə borcunun cəmi məbləğinin 3.034.920 manat təşkil etdiyi halda iddiaçı həmin borcun 2.012.536 manat hissəsinin tutulması üçün iddia qaldırmış və məhkəmə tərəfindən cavabdehdən tutulmuş borc məbləği real borc məbləğindən daha az olmuşdur.
20. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, əsas borc tələbi ilə bağlı hissədə iddianın rədd edilməsi üçün əsaslar mövcud deyil.
21. Eyni zamanda məhkəmə 2021-ci il 12 iyul tarixinədək lizinq ödənişlərinin gecikdirilməsinə görə ekspert rəyi əsasında müəyyən edilmiş cərimə borcunun 2.842.278,3 manat təşkil etdiyini nəzərə alaraq, cavabdehdən müqavilələrinin 4.2-ci bəndinə əsasən cəmi 100.000 manat cərimə tutulmasını ağlabatan hesab etməklə, formalaşmış məhkəmə təcrübəsinə uyğun olması qənaətinə gəl mişdir.
22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 dekabr tarixli 2-2(102) 704/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər B.Qəribov və İ.Dadaşov).
24. Kassasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, ekspertizanın təyin edilməsinə dair qərardadda apellyasiya instansiyası məhkəməsi ekspertiza tədqiqatının həyata keçirilməsi üçün iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına cavabdeh tərəfindən 2009cu il 1 iyul tarixindən 2021-ci il 19 yanvar tarixinədək həyata keçirilmiş ödənişlər barədə məlumatların təqdim edilməsini (hesabdan çıxarış əlavə edilməklə) "xxxx" ASC-yə həvalə etsə də, öz qərardadının sonadək düzgün icrasını təmin etməmiş, bununla da cavabdehin vəsatəti faktiki olaraq nəticəsiz qalmış və bu səbəbdən də yekunda əsassız qətnamə qəbul edilmişdir.
25. Belə ki, "xxxx" ASC-dən məhkəməyə daxil olmuş məktubda dəqiqləşdirici məlumatlar (VÖEN) təqdim edildiyi təqdirdə araşdırma aparılacağı bildirilmiş, apellyasiya instansiyası məhkəməsi isə hər iki mübahisə tərəfinin deyil, yalnız cavabdehin VÖEN-ni banka təqdim etmiş, nəticədə ekspert tədqiqatına yalnız cavabdehin bank hesablarından çıxarış təqdim edilmişdir. Odur ki, ekspert tədqiqatı birtərəfli qaydada (yalnız iddiaçının təqdim etdiyi məlumatlar və cavabdehin bank hesablarından çıxarış əsasında) aparılmış, iddiaçının bank hesablarında aparılmış müvafiq əməliyyatlar isə ekspertiza tədqiqatının predmeti olmamışdır.
26. Halbuki məhkəmə "xxxx" ASC-yə iddiaçının VÖEN-ni təqdim etməklə sözügedən məlumatları asanlıqla əldə edə və ekspertiza tədqiqatına təqdim edə bilərdi. Məhkəmə tərəfindən "xxxx" ASC-yə müraciət edilməsinin əsas səbəbi də məhz iddiaçının bank hesablarında aparılan əməliyyatların, o cümlədən cavabdeh tərəfindən müvafiq pul vəsaitlərinin daxil olmasının müəyyən edilməsi idi.
27. Beləliklə, apellyasiya məhkəməsi öz qətnaməsində iş üzrə alınmış ekspert rəyinə mötəbər sübut kimi istinad etməklə MPM-in 88 və 103.1-ci maddələrinin tələblərini pozmuş, iş üzrə əsass ız nəticəyə gəlmişdir.
28. Məhkəmə kollegiyası kassatorun dəbbə pulu məbləğinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd etmişdir ki, yuxarıda qeyd olunan səbəblərdən cavabdehdən tutulmalı olan əsas borcun həcmi barədə hazırda birmənalı nəticəyə gəlmək mümkün olmadığından, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üzrə hüquqi dəyərləndirmə aparmaq hazırkı vəziyyətdə qeyri-mümkündür. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
29. Yeni apellyasiya baxışı zamanı 2023-cü il 24 fevral tarixli qərardadla cavabdehin vəsatəti təmin edilərək, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də olan hesablaşma hesabına 2009-cu il 1 iyul tarixindən 2021-ci il 19 yanvar tarixinədək həyata keçirilmiş ödənişlər barədə məlumatların (hesabdan çıxarı ş əlavə edilməklə) məhkəməyə təqdim edilməsi qərara alınmış 30. "xxxx" ASC-nin 2023-cü il 31 mart tarixli 2023/111/2364 saylı məktubunda qeyd edilmişdir ki, qərarda qeyd olunan tarix aralıqlarında cavabdehin "xxxx" ASC-də olan hesablarından qərarda göstərilən digər təşkilatların hesablarına köçürmə əməliyyatları aşkar edilməmişdir. Həmçinin iddiaçının və AKİA-nın "xxxx" ASC-də olan hesablarına olunmuş mədaxil əməliyyatlarının təyinatlarında cavabdehlə bağlı qeyd olmadığından həmin mədaxil olunan vəsaitlərin cavabdeh tərəfindən köçürülüb-köçürülməməsini müəyyənləşdirmək mümkün olmamışdır.
31. Bundan sonra cavabdehin vəkili məhkəməyə daha bir vəsatət ünvanlayaraq, cavabdeh tərəfindən iddiaçıya və onun bank hesabına 2009-cu il 1 iyul tarixindən 2021-ci il 19 yanvar tarixinədək olan müddət ə rzində ödənilmiş vəsaitlər və ödəniş təyinatları ilə bağlı məlumatların "xxxx" ASC-dən götürülməsi üçün sorğu göndərilməklə yanaşı, sorğuya iş materiallarında olan kassa mədaxil orderləri (8 ədəd), "xxxx" ASC-nin ödəniş qəbzləri (5 ədəd) və "xxxx" ASC tərəfindən təqdim edilən hesabdan çıxarışın surətləri əlavə olunmaqla bütün sadalanan sənədlərdəki tarixlərdə edilmiş ödənişlərin təyinatlarına uyğun digər ödənişlər barədə məlumatların götürülməsini xahiş etmiş, apellyasiya məhkəməsinin 2023-cü il 28 aprel tarixli qərardadı ilə vəsatəti təmin edilmişdir. 32. "xxxx" ASC-nin 2023-cü il 24 may tarixli 2023/111/3903 saylı məktubunda qeyd edilmişdir ki, məktuba əlavə edilmiş qərarda qeyd olunan 2018-ci il 16 avqust tarixli 3.000 manat, 2 noyabr tarixli 15.000 manat, 28 dekabr tarixli 3.000 manat, 2019-cu il 20 iyun tarixli 14.000 manat, 21 noyabr tarixli 3.000 manat vəsaitlə bağlı əməliyyatlara dair hesabdan çıxarış təqdim edilir. Digər əməliyyatlarla bağlı bank əməliyyat sistemində məlumat aşkar edilməmişdir. Həmin əməliyyatlara dair kassa mədaxil orderləri təqdim edildiyi təqdirdə yenidən araşdırma aparıla bilər.
33. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 1 iyun tarixli 9/5316 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları, "xxxx" ASC-nin 2023-cü il 24 may tarixli 2023/111/3903 saylı məktubu və həmin məktuba əlavə edilmiş hesabdan çıxarış məlumatları nəzə rə alınmaqla lizinq müqavilələri üzrə cavabdehin iddia ərizəsində borcunun hesablandığı 2020-ci il 18 dekabr tarixinə iddiaçıya olan borcu aşağıdakı kimi müəyyən edilir: 2010-cu il 26 avqust tarixli müqavilə üzrə əsas borc - 568.200 manat, cərimə borcu 0 manat, 2012-ci il 28 iyun tarixli müqavilə üzrə əsas borc - 828.800 manat, cərimə borcu 1.147,911,8 manat, 2015-ci il 14 avqust tarixli müqavilə üzrə əsas borc - 615.536 manat, cərimə borcu 489.966,66 manat.
34. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 oktyabr tarixli 2-2(103)-247/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – F.Abdıyev və P.Hüseynov).
35. Ap ellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddia tələbi, təmin edilən hissəsində əsaslıdır. Belə ki, cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan lizinq obyekti olan avadanlıqları istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında lizinq məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh lizinq müqaviləsi əsasında iddiaçıdan kənd təsərrüfatı texnikalarını lizinqə götürməsinə dair hüququndan istifadə etmiş, lizinqə götürülmüş avadanlıqlarla bağlı ödəniş etmək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı cavabdehdən lizinqə verilmiş avadanlıqlarla bağlı yaranmış borcu tələb etməkdə haqlıdır.
36. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 may tarixli 9/700 saylı ek spert rəyindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə iddiaçıya lizinq müqavilələri üzrə əsas borcunun cəmi məbləği ******* manat təşkil etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 01 iyun tarixli, 9/5316 saylı ekspert rəyində isə əsas borc məbləği iddia tələbində göstərilən məbləğlə eyni məbləğ-2.012.536 manat təşkil etmişdir.
37. Məhkəmə MPM-nin 88, 101 və 103-cü maddələrinə istinadla qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı ekspert rəyi təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 2023/111/3903 saylı məktub u və həmin məktuba əlavə edilmiş hesabdan çıxarış məlumatları nəzərə alınmaqla verilmişdir. İddiaçının istinad etdiyi hallar iş materialları ilə təsdiq olunur. Buna görə də birinci instansiya məhkəməsi əsas borcun 2.012.536 manat məbləğində tutulması hissəsində düzgün nəticəyə gəlmişdir.
38. Dəbbə puluna münasibətdə məhkəmə MM-nin 462.1 və 467-ci maddələrin in tələblərini və cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndində öz əksini tapmasını əsas götürərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qət etdilmiş cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğin azaldılaraq əsas borc məbləğinə münasibətdə 100000 manat (iki müqavilə üzrə) məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
39. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 5.3, 425-ci maddələrinin tələbləri pozulmuşdur-birinci instansiya məhkəməsi əsas borc üzrə heç bir araşdırma aparmasa da, apellyasiya məhkəməsi buna cəhd göstərmiş, lakin həqiqətdə yanaşması formal olmuşdur. Belə ki, Ali Məhkəmənin hazırkı iş üzrə daha öncə qəbul etmiş olduğu qərarında iddiaçının bank hesabından çıxarışın əldə olunması və sonra müvafiq məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair göstərişlər qeyd olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, iş materiallarına cavabdeh tərəfindən əlavə e dilən 2009-cu il 3 iyul və 2011-ci il 17 mart tarixli kassa mədaxil orderləri öz əksini tapmamışdır. Apellyasiya məhkəməsi tərəfindən ekspertiza qarşısında sual qoyularkən mötərizədə qeyd edilmişdir ki, "xxxx" ASC-nin 2023-cü il 24 may tarixli 2023/111/3903 saylı məktubu və həmin məktuba əlavə edilmiş hesabdan çıxarış nəzərə alınmaqla”. Sualın məhz bu cür qoyulması səbəbindən 2023 cü il 1 avqust tarixli 9/5316 saylı ekspertiza rəyində 2009-cu il 3 iyul tarixli ÇBÜ/1№129517 saylı kassa mədaxil orderindəki 60.000 manat və 2011-ci il 17 mart tarixli ÇBÜ/1№573508 saylı kassa mədaxil orderindəki 90.000 manat məbləğində olan ödənişlər nəzərə alınmamışdır. Bu səbəbdən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Belə ki, ödənilən həmin məbləğlər faiz və cərimə borclarının d a hesablanmasına təsir göstərir. Lakin apellyasiya məhkəməsi bu vəsatətə məhəl qoymamış, nəticədə yanlış qənaətə gəlmişdir. Bundan başqa, məhkəmə tərəfindən tutulması qərara alınan dəbbə pulunun məbləği də ədalətli hesab edilə bilməz.
41. MPM-in 77.1, 88, 217-ci maddələri üzrə - apellyasiya məhkəməsi banka sorğu verərək iddiaçının bank hesabından müvafiq çıxarışla yanaşı cavabdeh tərəfin də təqdim etdiyi kassa mədaxil orderlərini nəzərə alaraq ekspertiza təyin etmək əvəzinə, iddiaçının özünün bank hesabına mədaxil etdiyi məbləğləri əsas götürməklə ekspert qarşısında sualı yanlış şəkildə qoymuş, bununla obyektiv məhkəmə araşdırmasının aparılmasını təmin etməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmənin iş üzrə apardığı araşdırma yalnız iddianın əsasını təşkil edən li zinq müqaviləsinin mövcudluğuna hüquqi qiymət verilməsindən ibarət olub. Bu zaman məhkəmə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün mübahisə tərəflərinin qarşılıqlı münasibətlərini, cavabdeh tərəfin faktiki olaraq həyata keçirdiyi real lizinq ödənişlərinin yalnız iddiaçının bank hesabından çıxarışın mövcudluğu ilə təsbit edilə bilməsini nəzərə almamışdır. Cavabdeh MMC-nin keçən müddət ərzində rəhbərliyi dəyişdiyindən köhnə rəhbərlik nağd şəkildə müvafiq bank hesabına edilən ödənişlərə dair qəbzləri təhvil-təslim etməmiş və məhz bu səbəbdən cavabdeh tərəf müvafiq qəbzləri məhkəməyə verə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmiş və məhkəmə tərəfindən tutulması qərara alınan dəbbə pulu məbləği kifayət qədər azaldılmışdır. Qeyd edilənlərə əsasən, şikayətin rədd olunması, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunur. Kassasiya baxışının hədləri
43. Hazırkı icraat çərçivəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).
44. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onl ara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən ic ranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbu l edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.
1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi Halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqnormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416. 1- ci maddəsi). 48. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin ş ərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
49. Baxılan işin materiallarından göründüyü kimi, işə yenidən baxılarkən, kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlər nəzərə alınmaqla zəruri araşdırma aparılmış və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş 2023-cü il 1 avqust tarixli 9/5316 saylı ekspert rəyi ilə cavabdehin iddiaçıya iddia olunan məbləğdə borcunun mövcud olması müəyyən edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi mötəbər sübut kimi qiymətləndirmiş, nəzərə almışdır ki, məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir.
51. Cavabdeh iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinə ünvanladığı vəsatətində, eləcə də hazırki kassasasiya şikayətində qeyd olunan ekspert rəyi ilə razılaşmadığını göstərmiş, ona əsaslanmışdır ki, rəydə 2009-cu il 3 iyul tarixli, ÇBÜ/1№129517 saylı kassa mədaxil orderindəki 60.000 manat və 2011-ci il 17 mart tarixli ÇBÜ/1№573508 saylı kassa mədaxil orderindəki 90.000 manat ödənişlər nəzərə alınmamışdır.
52. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə tərtib edilən ödəniş qrafiklərinin qeyd hissələrindən, eləcə də sözügedən kassa mədaxil orderlərinin ödənişin təyinatı hissəsindən göründüyü kimi, ( İ cild, i.v 57, 65, 160), cavabdeh tərəfində n 2009-cu il 3 iyul tarixli, ÇBÜ/1№129517 saylı və 2011-ci il 17 mart tarixli ÇBÜ/1№573508 saylı kassa mədaxil orderləri ilə müvafiq olaraq 60.000 və 90.000 manat məbləğində ilkin ödəniş aparılmış, həmin ödənişlər nəzərə alınmaqla lizinq verən (iddiaçı) tərəfindən ödəniş qrafikləri tərtib edilmişdir. Bu baxımdan artıq bir dəfə nəzərə alınmış ilkin ödəniş məbləğinin yenidən ekspertiza tədqiqatında nəzərə alınmalı olmasına dair cavabdehin mövqeyi əsassızdır.
53. Cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri ilə bağlı qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bils in (MPM-in 418.3-cü maddəsi). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 oktyabr tarixli, 22(103)-247/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir Hakimlər: K.N.Abiyeva V.T.Həsənov Z.Ə.Əliyev