Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-152/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadiKollegiyasının İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Anar Gülməmmədovun və vəkili Hüseyn Həsənovun iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 29 noyabr 2018-ci il tarixli 2-2(103)-550/2018 qətnaməsində cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 10 aprel 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icla sında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM ilə Cavabdeh MMC arasında 01.07.2016-cı il tarixli, 2207 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMM rabitə xidmətlərini göstərməyi, “Cavabdeh" MMC isə xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMM həmin müqavilə üzrə öhdəliklərini icra edərək rabitə xidmətlərini təmin etmişdir. İddiaçı MMM həmin müqavilə üzrə öhdəliklərini icra edərək rabitə xidmətlərini təmin etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş hesab-fakturanın təqdim edildiyi tarixdən 7 iş günü həyata keçirilməlidir. Müqavilə üzrə aylıq ödənişlər vaxtlı-vaxtında və tam həyata keçirilmədiyinə görə Cavabdeh MMC-nin həmin müqavilə üzrə ƏDV daxil 52922,47 manat məbləğində borc qalığı İddiaçı MMM-yə ödənilməmişdir. Tərəflər arasında imzalanmış 30.11.2016-cı il tarixli, 2207/5/2 saylı xidmət aktına əsasən cavabdehin 2207 saylı müqavilə üzrə cəmi borcu ƏDV daxil 52922,47 manat təşkil etmişdir. Cavabdehə həmin borc məbləğini ödəməsi barədə 01.12.2017-ci il tarixli pretenziya məktubu göndərilmişdir, lakin cavabdeh borcunu yenə də ödəməmişdir. Müqavilənin bəndinə əsasən 09.01.2018-ci il tarixinədək borc qalığı üzərindən hesablanan cərimənin məbləği 23800,18 manat təşkil edir. Hesab edilir ki, 2207 saylı müqavilə üzrə borcu ƏDV daxil 52922,47 manat və 10.01.2018-ci il tarixinədək hesablanan 23 800,18 manat cərimə məhkəmə qətnaməsi əsasında cavabdehdən tutularaq İddiaçı MMM-yə ödənilməlidir. İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC -yə qarşı 52922,47 manat və 10.01.2018-ci il tarixinədək hesablanan 23800,18 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 76752,65 manat məbləğin cavabdehdən tutularaq İddiaçı MMM-yə ödənilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 27 mart 2018-ci il tarixli iş № 2-2(81)-361/2018, (sədrlik edən hakim İ.Əhmədov) qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-yə qarşı 52922,47 manat, 2000 manat cərimə məbləği və 30 manat dövlət rüsumu olmaqla, cəmi 54952,47 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh apelyasiya şikayəti verərə k birinci instansiya məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 29 noyabr 2018-ci il tarixli iş № 2-2(103)-550/2018 (hakimlər V.Məmmədov - sədrlik edən və məruzəçi, S.Seyidova və R.Qurbanov) qətnaməsi ilə birinci instansiya məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia etdiyi 30 noyabr 2016-cı il tarixli 2207 saylı müqavilə üzrə öhdəliyini tam icra etməm işdir. Eyni zamanda iddia etdiyi öhdəliyin icra etdiyinə dair sübut da təqdim etmişdir. Belə ki, işin materiallarında da olan 30 noyabr 2016-cı il tarixli, XA 2207/5/2 nömrəli xidmət aktından da görüldüyü kimi, 01.11.201630.11.2016-cı il dövrü üçün cəmi 7331 AZN məbləğində xidmətlə təchiz edilmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Halbuki yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəf 52922,47 AZN məbləğində xidmətin təmin edildiyinə dair heç bir sübut təqdim etməmişdir. Bu hal iş materiallarından açıq şəkildə görüldüyü halda məhkəmə bu faktı nəzərə almamışdır. Bununla da nə qədər qərəzli və qeyri obyektiv olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində müvaf iq məsələləri həll edərkən qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2-2(103)550/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili H.Həsənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnamə sinin dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Gülməmmədov da, cavabdehin vəkili H.Həsənovunçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və v əkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehinkasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zə ruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 29 noyabr 2018-ci il tarixli, 2-2(103)-550/2018 saylı qətnamə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2-2(81)-361/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, Cavabdeh MMCnin apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə, Mülki Məcəllənin 386.1, 398.1, 399.1, 399.3, 425.1, 442, 443.1, 445.2.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdi r ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiq edilməsi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin kasasiya şikayətində yazdıqlarında bir sıra ziddiyyətli və biri-biri ilə uyuşmayan məqamlar mövcuddur. Belə ki, cavabdeh kasasiya şikayətində göstərir ki, (yazı üsulu olduğu kimi saxlanılmışdır) “iddiaçı iddia etdiyi ki, 30 noyabr 2016-cı il tarixli 2207 saylı müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Eyni zamanda iddia etdiyi öhdəliyin icra etdiyinə dair sübut da təqdim etmişdir”. Kasasiya şikayətində olan digər anlaşılmaz və ziddiyyətli məqam isə ondan ibarətdir ki, (cümlə eyni ilə kasasiya şikayətində götürülmüşdür) “Birinci instansiya məhkəməsi qətnaməsində müvafiq məsələləri həll edərkən qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmışdır”. Kasasiya şikayətinin faktiki olaraq yeganə dəlilinə gəldikdə isə, cavabdeh kasasiya şikayətində göstərir ki, “Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Halbuki yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəf 52922,47 AZN məbləğində xidmətin təmin edildiyinə dair heç bir sübut təqdim etməmişdir. Bu hal iş materiallarından açıq şəkildə görüldüyü halda məhkəmə bu faktı nəzərə almamışdır”. Əvvəla, qeyd edilməlidir ki, cavabdehin hansı iş materiallarından yazdığı bəlli deyil, cavabdeh bu iş materiallarını konkret göstərməmiş, bir-bir onlara istinad etməklə sadalamamışdır. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 01 iyul 2016-cı il tarixli, 2207 nömrəli müqaviləyə görə, Sifarişçi adlanan cavabdehlə Operator adlanan iddiaçı arasında müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, Operator bu müqavilənin ayrılmaz hissəsi olan A Əlavəsinə (X1) uyğun olaraq Sifarişçiyə Operatorun şəbəkəsi üzərindən rabitə xidmətlərinin təmin edilməsini, Sifarişçi isə xidmətlərin dəyərini Operatora ödəməyi öhdəsinə götürür. 30 noyabr 2016-cı il tarixli XA 2207/5 /2 nömrəli xidmət aktına görə 01 fevral 2017-ci il tarixinə 2207 nömrəli müqavilə üzrə cəmi borc (ƏDV daxil) 52922,47 AZN təşkil edir. Bunu nəzərə alan apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya xidmət haqqı ödənişini həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanmış 2207 nömrəli 01 iyul 2016-cı il tarixli müqavilədən irəli gəlir. Cavabdeh bu öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı xidmət müqaviləsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Bu baxımdan da apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin bir sıra maddi hüquq normalarına istinad etməsi də doğru olmuşdur. Belə ki, 386.1-ci maddəyə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və y a bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 398.1-ci maddəyə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəyə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 399.3-cü maddəyə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır; 443.1-ci maddəyə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərin ə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış xidmət göstərilməsi barədə müqavilə üzrə pul öhdəliyini icra etdiyini, iddiaçı isə göstərilmiş xidmətlərin əvəzində pulun ödənilmədiyini iddia etdiyindən, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından pulun ödənilməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçıya pulun ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir, yəni, iddiaçı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını və cavabdehin pul ödəmək öhdəliyini sübut edə bilmiş, cavabdeh isə müqavilə üzrə üz ərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun ic rası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 52922,47 AZN məbləğdə xidmətin təmin edildiyinə dair sübut tərəflər arasında tərtib olunmuş, onların imza və möhürləri ilə təsdiq edilmiş 30 noyabr 2016-cı il tarixli, XA 2207/5/2 nömrəli xidmət aktı ilə təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası cavabdehin kasasiya şikayətində göstərdiyi sözügedən yeganə dəlilini əsassız hesab edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kas asiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 22(103)-550/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-2(102)-152/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-152/2019
10.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver