Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-152/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: "borcun ödənilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommers iya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli, 2-2(103)-1132/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh arasında bağlanmış 21 oktyabr 2020-ci il tarixli, 368\SAM\2020 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilə üzrə razılaşdırılmış malları, yəni kalsium bromid texniki məhlulunu, “İnkoterms 2010” əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu malları müqavilənin şərtlərinə əsasən qəbul edərək əvəzinin ödənilməsini öhdəsinə götürmüşdür. 2. 29 mart 2021-ci il tarixli üzləşmə aktına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İddiaçı MMC-yə 2.070.900 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC (bundan sonra – "xxxx") cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 2.070.900 (iki milyon yetmiş min doqquz yüz) ABŞ dolları, sonradan isə iddia tələbinin həcmini azaldaraq 660.800 (altı yüz altmış min səkkiz yüz) ABŞ dolları əsas borc, 165.672,00 (bir yüz altmış beş min altı yüz yetmiş iki, 00) ABŞ dolları cərimə, habelə ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun və hüquqi yardımla əlaqədar ödənilmiş 630 (altı yüz otuz) manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 oktyabr 2020-ci il tarixli, 368\SAM\2020 saylı alqı-satqı müqaviləsinə əsasən Satıcı müqavilə üzrə razılaşdırılmış malları, yəni kalsium bromid texniki məhlulunu, “İnkoterms 2010” əsasən DDP Bakı şərti ilə alıcının ünvanına çatdırmağı, alıcı isə bu malları müqavilənin şərtlərinə əsasən qəbul edərək əvəzinin ödənilməsini öhdəsinə götürmüşdür. 29 mart 2021-ci il tarixli üzləşmə aktına görə, alıcının müqavilə üzrə salıcıya 2.070.900 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Qeyd edilən tarixdən sonra müvafiq ödənişlər olmuş və hal-hazırda 660.800 (altı yüz altmış min səkkiz yüz) ABŞ dolları məbləğində borcu qalmışdır. Müqavilənin 10-cu maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada ye tirmədikləri halda cərimə ödənilməsi nəzərdə tutulmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 02 avqust tarixli, e-2-2(113)-2487/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, əsas borca görə 660.800 ABŞ dolları, cərimə borcuna görə 10.000 ABŞ dolları, cəmi 670.800 (altı yüz yetmiş min səkkiz yüz) ABŞ dolları məbləğində pul ödəniş günü manata uyğun məzənnə ilə manatla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin müvafiq müddəaları baxımından iddiaçı və cavabd eh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
7. Həmçinin, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən, onun alqı-satqı müqaviləsi üzrə alınmış mallara görə pulun verilməsi vəzifəsi, iddiaçının isə təhvil verilmiş mallara görə pulun tələb edilməsi hüququ yaranmışdır.
8. Alqı-satqı müqaviləsi iki tərəfli, konsensual və əvəzli müqavilədir. Belə olan halda alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan iddiaçı daşıyır.
9. Müqavilə ilə nəzərdə tutulmuş mallar alıcıya (cavabdeh) tə hvil verildiyindən, sonuncu 29 mart 2021-ci il tarixli üzləşmə aktına imza edərək 2.070.900 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir. Cavabdeh tərəfindən 08.05.2021-ci il tarixdə ƏDV daxil olmaqla 401.200 manat, 21.06.2021-ci il tarixdə ƏDV daxil 1.193.570 manat, 17.07.2021-ci il tarixdə ƏDV daxil 401.200 manat, 26.07.2021-ci il tarixdə ƏDV daxil 401.200 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh tərəfindən ödəniş edilən məbləğlərin cəmi 2.397.170 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilədə malların dəyərinin ABŞ dolları ilə müəyyən edilməsini və Azərbaycan Respublikası ərazisində yeganə ödəniş vasitəsinin manat olmasını nəzərə alaraq qeyd edilməlidir ki, tələb edilən və tutulmalı olan məbləğ Azərbaycan manatı ilə göstərilməlidir.
10. Məhkəmə qeyd edilən üz ləşmə aktını mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh tərəfindən iddia verildikdən sonra edilmiş ödənişlər üzləşmə aktında göstərilmiş məbləğdən çıxılmaqla qalıq borc hesablanmalıdır. 08.05.2021, 21.06.2021, 17.07.2021 və 26.07.2021-ci il tarixlərdə edilmiş ödənişlərin cəmi 2.397.170 manat təşkil edir. Qeyd olunan sonuncu məbləğ ABŞ dolları ilə 1.410.100 (2.397.170/1,7) təşkil edir. İddiaçı iddianın dəqiqləşməsinə dair ərizəsində əsas borc üzrə 660.800 ABŞ dollarının tutulmasını xahiş edir. Üzləşmə aktında göstərilmiş məbləğdən ödənilmiş ümumi ödənişlər çıxıldıqdan sonra iddiaçının əsas borc üzrə tələb etdiyini məbləğin əsaslı olması təsdiqini tapır (2.070.900-1.410.100=660800). Bundan başqa, cavabdeh tərəfindən əlavə olaraq hər hansı ödənişlərin edilməsinə dair sənəd təqdim edilmə mişdir. 11. 21 oktyabr 2020-ci il tarixli, 368\SAM\2020 saylı alqı-satqı müqaviləsinin 10.3-cü bəndində alıcı tərəfindən ödəmələrin gecikdirildiyi halda cərimənin ödənilməsi öz əksini tapmışdır. Mülki qanunvericiliyin normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəy ini təsbit etmişdir.
12. Cavabdehin 660.800 ABŞ dolları məbləğində əsas borcuna münasibətdə iddiaçı 165.672 ABŞ dolları cərimə hesablayıb tələb etsə də, həmin məbləğin əsas borca mütənasib deyil və məhkəmə cərimə məbləğinin 10.000 ABŞ dolları həddində müəyyənləşdirilməsini daha ağlabatan və ədalətli hesab edir.
13. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 425, 462.1, 467, 567, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh də öz növbəsində qətnamədən apelyasiya şikayəti verərək, qətnaməni əsas borca görə 660.800 ABŞ dolları, cərimə borcuna görə 1 0.000 ABŞ dolları tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 29 oktyabr tarixli, 2-2(103)-1132/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova Vüsalə (sədrlik edən), R.Ə.Qurbanov və E.E.Nağıyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 02 avqust tarixli, e-2-2(113)-2487/2021 saylı qətnaməsi cərimə və hüquqi xidmət xərci tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 52864 ABŞ dolları cərimə və 630 manat hüquqi xidmət xərci tutulmuş, qətnamə mübahisələndirilən qalan his sədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən tərəflər arasında üzləşmə aktı tərtib edildikdən sonra 08.05.2021, 21.06.2021, 17.07.2021 və 26.07.2021-ci il tarixlərdə həyata keçirilmiş ödənişlərin cəmi 2.397.170 manat, ABŞ dolları ilə 1.410.100 (2.397.170/1,7) təşkil edir. Üzləşmə aktında göstərilmiş məbləğdən ödənilmiş məbləğlər çıxıldıqdan sonra məhkəmə tərəfindən iddiaçının əsas borc üzrə tələb etdiyi məbləğin əsaslı olduğu müəyyən edilmişdir (2.070.900-1.410.100=660800).
18. Cavabdeh apelyasiya şikayətində borc məbləğinin tam ödənildiyini qeyd etsə də, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş cədvələ əsasən iş üzrə qətnamə qəbul edildikdən sonra da 3 1.08.2021-ci il, 27.09.2021-ci il, 18.10.2021-ci il, 26.10.2021-ci il tarixdə ödənişlər həyata keçirilmiş və 29.10.2021-ci il tarixə cavabdehin iddiaçıya 107380 manat ödənilməmiş borcu qalmışdır.
19. Cavabdeh tərəfindən qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilən ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınaraq qətnamə ilə tutulmuş ümumi məbləğdən çıxılmalıdır.
20. Birinci instansiya məhkəməsi MM-nin 467-ci maddəsini tətbiq edərkən həmin normanın tələbini nəzərə almamış, cərimə məbləğinin kreditorun əmlak mənafelərinə ziyan vuracaq dərəcədə azaldılması həmin maddənin tələbinə uyğun deyildir. 21. 21 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 10.3-cü bəndində qeyd edilmişdir ki, al ıcı ödəmələri ilkin ödəniş tarixindın başlayaraq müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirdiyi hallarda ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında ödənilməmiş malın dəyərinin 0,5 %-i miqdarında, sonrakı hər həftə üçün isə vaxtında ödənilməmiş malın dəyərinin 1 faizi miqdarında cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında ödənilməmiş malın dəyərinin 8 faizindən çox ola bilməz. Müqavilənin qeyd edilən bəndinə uyğun olaraq cavabdehə pul ödənişinin gecikdirilməsi ilə əlaqədar 282.825,77 manat cərimə hesablansa da, iddiaçı tərəfindən gecikdirilmiş borc məbləğinin (2.070.900 ABŞ dolları) 8%-i, yəni 165.672 ABŞ dolları məbləğində cərimə ödənişi tələb edilmişdir. Cavabdeh tərəfindən həmin borc üzrə iddia qaldırıldıqdan sonra qismən ödənişlər edilməs i cavabdehi müqavilə şərtlərinə uyğun hesablanmış cərimə borcunun ödənilməsindən azad etmir.
22. Məhkəmənin cəriməni azaltmaq səlahiyyəti olsa da, bu zaman kreditorun əsaslı mənafeyi də nəzərə alınmalı, cavabdehdən ən azı məhkəmə tərəfindən tutulmuş əsas borc məbləğinin 8%-i həddində, yəni 52.864 ABŞ dolları cərimə tutulmalıdır.
23. Məhkəmə bu qənaətini Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
24. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
25. Apellyasiya Məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 10.3-cü bəndinə istinad edərək, cərimə b orcunu ödənilməmiş əsas borcun 8%-i miqdarında hesablamışdır. Məhkəmə qətnaməsində tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə istinad etmişdir. Lakin, qətnamədə cavabdehin üzərinə düşən öhdəliyin hansı müddətdə yerinə yetirmədiyini, müqavilənin 4-cü və 10-cu bəndinin tələblərinin pozulub-pozulmaması və s. halları araşdırmamış, sadəcə ödənilməmiş əsas borcun 8% miqdarında cərimə hesablamışdır. Halbuki, müvafiq müqavilənin 1 saylı qoşmasına əsasən malların göndərilmə qrafiki təyin edilmiş və müqavilənin 4-cü bəndində ödənişlərin şərtləri qeyd edilmişdir. 26. 21.10.2020-ci il tarixli müqaviləyə və müqavilənin 1 saylı əlavəsinə əsasən, malla müəyyən qrafik göndərilməli, alıcı (cavabdeh) qrafik üzrə sifariş olunacaq malın dəyərinin 10% həcmi ndə avans ödənilir, malın dəyərinin 90% isə 30 təqvim günü ərzində ödənilir. Müqavilənin 10.3-cü bəndində isə cərimənin hesablanma qaydası qeyd edilmişdir. Məhkəmə iş üzrə ədalətli qərar qəbul etmək üçün cərimə məbləğinin tərəflər arasında bağlanmış müqavilə üzrə düzgün hesablanıb-hesablanmamasını müəyyən etməli olduğu halda, bunu etməmişdir. Həmçinin, cavabdeh hazırda iddiaçıya 368/SAM/2020 saylı 21.10.2020-ci il tarixli müqavilə üzrə borcunu tam ödəmişdir.
27. Kassasiya şikayəti Mülki Məcəllənin 425, 462.1, 467-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etirazda qeyd etmişdir ki, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 2.301.000,00 (iki milyon üç yüz bir min) ABŞ dolları təşkil etmişdir. Müqavilə şərtlərinə əsasən yuxarıda qeyd olunan məbləğdə mallar Satıcıya çatdırılmışdır. Satıcı malların keyfiyyət və kəmiyyətinə dair müqavilədə qeyd edilmiş qaydada heç bir etiraz etməmişdir.
29. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə dəyərindən Alıcı tərəfindən 10 faiz avans şəklində ödəniş edilmişdir. Yerdə qalan məbləğ müqavilənin 4.3-cü maddəsinə əsasən 30 təqvim günü ərzində ödənilməli idi.
30. Müqavilənin bütün şərtləri Satıcı tərəfindən yerinə yetirilmişdir. Bu hallar verilmiş elektron vergi hesab fakturaları və malların təhvil təslim aktları ilə təsdiq olunur.
31. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, alıcı borc məbləğinin ödənilməsindən müxtəlif bəhanələrlə yayınmışdır.
32. Etiraz Mülki Məcəllənin 442, 445.1, 448.2, 462.1-ci madd ələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məh kəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası he sab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 29 oktyabr tarixli, 22(103)-1132/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına və cavabdeh tərəfindən təqdim edilmiş sübutlara əsasən tərəflər arasında üzləşmə aktı tərtib edildikdən sonra 08.05.2021, 21.06.2021, 17.07.2021 və 26.07.2021-ci il tarixlərdə həyata keçirilmiş ödənişlərin cəmi 2.397.170 manat, ABŞ dolları ilə 1.410.100 təşkil edir, üzləşmə aktında göstərilmiş məbləğdən ödənilmiş məbləğlər çıxıldı qdan sonra məhkəmə tərəfindən iddiaçının əsas borc üzrə tələb etdiyi məbləğ 660.800 ABŞ dolları təşkil edir, cavabdeh apelyasiya şikayətində borc məbləğinin tam ödənildiyini qeyd etsə də, işə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən təqdim edilmiş cədvələ əsasən iş üzrə qətnamə qəbul edildikdən sonra da 31.08.2021-ci il, 27.09.2021-ci il, 18.10.2021-ci il, 26.10.2021-ci il tarixdə ödənişlər həyata keçirilmiş və 29.10.2021-ci il tarixə cavabdehin iddiaçıya 107.380 ödənilməmiş borcu qalmışdır.
40. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qətnamə qəbul edildikdən sonra həyata keçirilmiş ödənişlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz və həmin ödənişlər qətnamənin icrası mərhələsində nəzərə alınaraq qətnamə ilə tutulmuş üm umi məbləğdən çıxılmalıdır, birinci instansiya məhkəməsi MM-nin 467-ci maddəsini tətbiq edərkən həmin normanın tələbini nəzərə almamış, cərimə məbləğinin kreditorun əmlak mənafelərinə ziyan vuracaq dərəcədə azaldılması həmin maddənin tələbinə uyğun deyildir.
41. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, 21 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 10.3-cü bəndində qeyd edilmişdir ki, alıcı ödəmələri ilkin ödəniş tarixindən başlayaraq müqavilədə müəyyən edildiyi müddətdən çox gecikdirdiyi hallarda ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün vaxtında ödənilməmiş malın dəyərinin 0,5 %-i miqdarında, sonrakı hər həftə üçün isə vaxtında ödənilməmiş malın dəyərinin 1 faizi miqdarında cərimə öd əməlidir. Lakin cərimənin ümumi məbləği vaxtında ödənilməmiş malın dəyərinin 8 faizindən çox ola bilməz. Müqavilənin qeyd edilən bəndinə uyğun olaraq iddiaçı tərəfindən gecikdirilmiş 2.070.900 ABŞ dolları borc məbləğinin 8%-i, yəni 165.672 ABŞ dolları məbləğində cərimə ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən həmin borc üzrə iddia qaldırıldıqdan sonra qismən ödənişlər edilməsi cavabdehi öhdəliyin icrasına qədər yol verdiyi pozuntulara görə müqavilə şərtlərinə uyğun hesablanmış cərimə borcunun ödənilməsindən azad etmir.
42. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, xüsusilə külli miqdar təşkil edən 2.070.900 ABŞ dolları borc məbləğinin 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında mallar təqdim edildikdən sonra uzun müddət ərzində hər hansı səbəblərə görə cavabdeh t ərəfindən ödənilməməsi iddiaçının maliyyə vəziyyətinə bilavasitə təsir edəcək amil olmaqla, dəbbə pulunun məbləği müəyyən edilərkən nəzərə alınmaya bilməz. Digər tərəfdən apelyasiya məhkəməsi ödənilməsi gecikdirilmiş 2.070.900 ABŞ dolları borc məbləğinin müqavilədə şərtləşdirilmiş 8%-nin deyil, birinci instansiya məhkəməsində işə baxılarkən ödənilməmiş 660.800 ABŞ dolları borcun 8%-i həddində cərimə məbləği hesablamışdır ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası həmin məbləği həm Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə, həm də iş üzrə hər iki tərəfin nəzərə alınmalı olan mənafelərinə uyğun hesab edir.
43. Qeyd edilənlərə əsasən işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin işə baxarkən cavabdehin üzərinə düşən öhdəliyin hansı müddətdə yer inə yetirmədiyini, müqavilənin 4-cü və 10-cu bəndinin tələblərinin pozulubpozulmaması və s. halları araşdırmadığına, sadəcə ödənilməmiş əsas borcun 8% miqdarında cərimə hesabladığına, ədalətli qərar qəbul etmək üçün cərimə məbləğinin tərəflər arasında bağlanmış müqavilə üzrə düzgün hesablanıb-hesablanmamasını müəyyən etməli olduğu halda, bunu etmədiyinə dair cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
44. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və cavabdehin kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 2 9 oktyabr tarixli, 2-2(103)-1132/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
46. Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 29 oktyabr tarixli, 2-2(103)-1132/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.