Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-153/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası "İddiaçı” MMC-nin "X3” MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn borcun ödənilməsi GİRİŞ HİSSƏ 30.06.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı "İddiaçı” MMC-nin cavabdeh "X3” MMC-yə qarşı alqı-satqı müqaviləsindən irəli gələn borcun tutulması haqqında iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən kommersiya işinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh «X3” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən 87.974,30 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 8.797 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 96.801,30 manat məbləğində pulun tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Məmmədov; iş No e-2-2(085)-258/2019) iddianın qismən təmin edilməsi; cavabdeh "X3” MMC-dən 87.974.30 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 88.474.30 manat məbləğində borcun və 26 manat dövlət rüsumunun tutulara q iddiaçı MMC-nin xeyrinə ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Məmmədov, hakimlər N.Nəsibov və H.Babayeva; iş № 2-2(105)-147/2019) cavabdeh MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh MMC kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh MMC-nin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə tam, obyektiv və ədalətli baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan faktları araşdırmamışdır; nəticədə əsassız və qanunsuz qətnamə qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, hazırki iş üzrə tərəflərin nümayəndələri gəlmədyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə müvafiq olaraq işə oun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası məruzəçini, işin materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli; apelly asiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı MMC-nin əvvəlki adı "xxxx” MMC olmuşdur. İşin materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli, HGC GS 128/0318 saylı alqısatqı müqaviləsinə görə, xxxx MMC "X3” MMC-yə sement satmağı, "X3” MMC isə həmin malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 3.2-ci bəndinə görə satıcı istisna hallarda razılaşdırılmış kredit limiti çərçivəsində alıcıya sonradan ö dəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, bu müqavilənin 3.2-ci maddəsində nəzərdə tutulan sonradan ödəmə şərtində alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaimə- faktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı aldığı malın dəyərinin ödənilməsini gecikdirərsə, satıcı alıcıya mal buraxılışını dayandıra və ödənişini tələb edə bilər. İşin materiallarında olan EAAİ seriyalı, 672010 saylı, xx xxxxx 2018-ci il tarixli, EAAİ seriyalı, 671971 saylı, xx xxxxx 2018-ci il tarixli, EAAK seriyalı, 135095 saylı, xx xxxx 2018-ci il tarixli, EAAK seriyalı, 378991 saylı, xx xxxx 2018-ci il tarixli, EAAK seriyalı, 677725 saylı, xx xxxx 2018-ci il tarixli EAAK se riyalı 677968 saylı, xx xxxx 2018-ci il tarixli elektron qaimələrə əsasən, iddiaçı MMC tərəfindən cavabdeh MMC-yə ümumilikdə 343.034,3 manat məbləğində sement təhvil verilmişdir. İşin materiallarında olan, iş üzrə tərəflər arasında bağlanmış HGC GS 128/0318 saylı, xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin yerinə yetirilməsinin nəticəsi barədə 05 saylı, xx xxxxx 2019-cu il tarixli Maliyyə Arayışına görə, cavabdeh MMC-nin iddiaçı MMCyə 9.9474,30 manat ödənilməmiş borcu vardır. İddiaçı MMC-nin cavabdeh MMC-yə ünvanladığı xx xxxxxx 2018-ci il tarixli pretenziya məktubu ilə cavabdeh MMC-dən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hü quqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı MMC-nin alqı-satqı müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq cavabdeh MMC-nin aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliyi tam yerinə yetirməmiş, cavabdeh MMC tərəfindən borc məbləğinin düzgün hesablanmaması barədə dəlillərlə bağlı məhkəməyə hər-hansı təsdiqedici sübut təqdim edilməmiş, cavabdeh MMC-nin etirazının əsasının qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi [halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə müvafiq olaraq, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmun u ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə uyğun olaraq icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1.-Cİ maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc ı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməikdə satıçı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh MMC-nin iddiaçı MMC-yə borcunun cəmi 78.230 manat təşkil etməsi ilə bağlı fikir söyləsə də, bununla əlaqədar məhkəməyə hər-hansı təsdiqedici sübut təqdim etməmişdir. Halbuki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən müvafiq olaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 467-ci maddəsinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, cavabdeh MMC müqavilə öhdəlilklərini tam icra etmədiyindən 1-ci instansiya məhkəməsi düzgün olar aq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh MMC-nin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Kassasia şikayətində cavabdeh MMC iddiaçı MMC qarşısında alqı-satqı müqaviləsindən irəli gələn borcunun yaranması səbəbini, yəni vergi orqanı tərəfindən müvafiq bank hesablarının bağlı olması və alıcılar tərəfindən həmin hesablara pulun köçürülməsinin mümkün olmamasını göstərsə də, bu halın mövcud olub-olmaması mübahisənin həllinə təsir edə bilməz. Bundan başqa, cavabdeh MMC apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində borc məbləğinn daha az olmasını və məhkəmə tərəfindən hesablanmış dəbbə pulu məbləği razı olmad ığını bildirsə də, bu dəlillərini təsdiq edən hər hansı sənəd sübutu göstərə bilməmişdir. Halbuki, alınmış malın dəyərini gecikdirməyə görə cərimənin (dəbbə pulunun) tutulması tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.2.4-cü bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217 və 220.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh "X3” MMCtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-153/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-153/2020
30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver