Məhkəmə qərarları › İş №2-2(102)-153/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-153/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-153/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-nin Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq borcu, avans və müqavilə üzrə ödənişlər, kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşovdan və Bəhram Məmmədlidən ibarət tərkibdə, İddiaçı QSC (bundan sonra – iddiaçı) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-860/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Lizinq verən “X1” QSC (iddiaçının ə vvəlki adı) ilə lizinq alan Cavabdeh2 (bundan sonra – cavabdeh) arasında bağlanmış 465/29/2011-1 saylı, 2014-cü il 21 aprel tarixli Daxili Maliyyə lizinqi müqaviləsindən göründüyü kimi, lizinq verən “İveco Eurocargo” markalı yük avtomobilini (2008-ci il istehsalı, dövlət qeydiyyat nişanı **-JR-***) lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş 20.000 manat məbləğində pul vəsaitini “X1” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. 2. 2016-cı il 5 may tarixli, 465/25/2011 saylı 2015-ci il 25 noyabr tarixli lizinq obyektinin geri qaytarılması aktından göründüyü kimi, lizinq verən müqavilə üzrə satılan ümumi məbləği 1 ədəd “İveco Eurocargo” markalı yük avtomobili (2008-ci il istehsalı, dövlət qeydiyyat nişanı **-JR-***) cavabdehin sahibliyindən geri götürülmüş və liz inqverənə qaytarılmışdır. 3. 2019-cu il 18 fevral tarixli maliyyə arayışından göründüyü kimi, cavabdeh iddiaçıya 465/29/2011-1 saylı, 2014-cü il 21 aprel tarixli müqavilə üzrə əsas borcundan 7465,09 manat, faiz borcundan 3793,67 manat və dəbbə borcu üzrə 171,24 manat olmaqla cəmi 11.952 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdehin iddiaçıya borcu 9434,91 manat, faiz borcundan 7771,14 manat və dəbbə borcu üzrə 11.703,76 manat olmaqla cəmi 28.410,41 manat təşkil etmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19163 nömrəli 2019-cu il 10 dekabr tarixli ekspert rəyinə əsasən, “X1” QSC ilə cavabdeh arasında bağlanmış 465/29/2011-1 saylı, 2014-cü il 21 aprel tarixli müqavilə üzrə cavabdehin 2016-cı il 12 aprel və 2019-cu il 18 fevral tarixə əsas borcu 8267 manat, faiz borcu isə 1928 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı 2019-cu il 24 aprel tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2014-cü il 21 aprel tarixli 465/29/2011-1 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 9.534,91 manat əsas borcun, 7.771,74 manat faiz borcunun, 11.103,76 manat dəbbə pulunun, cəmi 28.410,41 manat borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı 1 ədəd “İveco Eu rocargo” markalı yük avtomobili (2008-ci il istehsalı, dövlət qeydiyyat nişanı **-JR-***) 24 ay müddətinə cavabdehə lizinqə vermişdir. Cavabdeh müqavilə üzrə 11.952 manat məbləğində ödəniş etmiş, onun 9534,91 əsas borc, 7771,74 manat faiz borcu, 11.103,76 manat dəbbə pulu olmaqla ümumilikdə 28.410,91 manat borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə edilmiş xəbərdarlıqlar nəticə verməmişdir.

7. Cavabdeh 2019-cu il 22 may tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddia tələbinin rədd edilməsi və müqavilə üzrə 4805 manat məbləğin ilk iddiaçıdan qarşılıqlı iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi bununla əsaslandırılmışdır ki, lizinq obyekti iddiaçıya qaytarılan zaman ona müqaviləyə xitam verildiyi bildiri lsə də, müqaviləyə xitam verilməmişdir. Cavabdehin 3000 manat əvvəlcədən ödəmə və cədvəl üzrə 12.952 manat ödədiyi məbləğlər lizinq obyektinin təhvil verilən zamanki 18.000 manat qiyməti ilə toplandıqda bu məbləğ 30.952 manat təşkil edir. Belə olan halda, 3000 manat əvvəlcədən ödənildiyindən, ödəniş cədvəli üzrə 23.147 manat olduğundan ilk iddiaçı ona 30.95223.147=4805 manat məbləğdində ödəniş etməlidir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 20 iyun tarixli, e-2-2(82)611/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 4-cü paraqrafda qeyd olunan rəy tərtib edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 mart tarixli, e-2-2(113)-388/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən 2020-ci il 6 iyul tarixli, 9/1538 saylı rəy tərtib olunaraq rəydə 2008-ci il buraxılışlı “İveco Eurocargo” markalı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2016-cı ilin may ayına nəzərə orta bazar qiymətinin təxminən 45.000 manat olduğu göstərilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 14 oktyabr tarixli, e-2-2(113)388/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən – cavabdehdən 8267 manat əsas, 1928 manat faiz, 950 manat cərimə olmaqla ümumilikdə 11.145 manat vəsaitin tutularaq ilk iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, ilk iddia tələbi qalan hissədə, qarşılıqlı iddia tələbi isə bütövlükdə rədd edilmişdir.

12. Məhkəmə bildirmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yeti rmədiyindən onun 8267 manat əsas borcu yaranmış, bu səbəbdən iddiaçı cavabdehdən öhdəliklərinin icra olunmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsinin nəzərdə tutulduğunu göstərərək tənasübsüz şəkildə yüksək cəriməni 950 manat məbləğində müəyyən etmişdir. Məhkəmə 2014-cü il 21 aprel tarixli müqavilənin 24 ay müddətinə bağlandığını və 2016-cı il 21 aprel tarixdə bitdiyini nəzərə alaraq iddia tələbinin müqavilənin ləğv olunması hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin bildirmişdir ki, qarşılıqlı iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(103)-860/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc, cərimə borcu və cəmi borca münasibətdə dəyişdirilmiş, əsas borc 5267 manat, cərimə borcu 500 manat, cəmi borc isə 7695 manat məbləğində müəyyən edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

16. Məhkəmə kollegiyası bildirmiş dir ki, lizinq obyekti olan yük avtomobili iddiaçıya geri qaytarıldığı üçün onun əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni ödədiyi avans məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma mülki qanunvericiliyin müddəalarına ziddir və iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Çünki, lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki, onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Hazırki işin də mübahisəsiz halına görə cavabdeh müqavilə üzrə ilkin ödəniş avans kimi 3000 manat məbləğində vəsait ödəmiş, lakin iddiaçı və birinci instansiya məhkəməsi borcu hesablayarkən bu ödənişi nəzərə almamışdır. Bu baxımdan, həmi n ödəniş əsas borcdan çıxılmalı və cavabdehdən 5267 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası lizinq müqaviləsinin bağlanma tarixini, lizinq obyektinin qaytarıldığı tarixi, ilk iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq 11.103,76 manat dəbbə pulunun tənasübsüz şəkildə yüksək olması qənaətinə gəlmiş və dəbbə pulunun birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 950 manat deyil, əsas borcun 10 faizi həcmində, yəni 500 manat məbləğində müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, avans olaraq ödənilmiş 3000 manat əsas borcdan silindiyindən qarşılıqlı iddia tələbinin dəlillərinin əsaslandığı əsassız varlanma halının mövcudluğu aradan qalxmışdır.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 748-10.1, 748-1 1.1, 748-11.1.2 maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 5 oktyabr tarixdə iş üzrə tərəflərin nümayəndələrinə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

19. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək onun qismən – ilk iddiaya dair əsas borcun 5.267 manat, cərimə borcunun 500 manat məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya məhkəməsi avans ödənişinin əsas borcdan çıxılması və dəbbə pulunun azaldılması hissəsind düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə sərbəst müqavilə bağlayan cavabdeh könüllü olaraq avans ödənişinin müqavilə üzrə ödəniləcək məbləğə aidiyyatının olmadığına və dəbbə pulunun ödənilməli olmasına razılaşmışdır. Məhkəmə isə belə razılığın mövcudluğunu nəzərə almadan əsas borcu və dəbbə pulunu azaltmışdır. Apellyasiya məhkəməsi həmçinin bir yerdə avans məbləğin lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməsinin iddiaçının əsassız varlanmasına gətirib çıxara biləcəyini göstərsə də, digər tərəfdən əsassız varlanmaya dair halların mövcud olmaması barədə bir-birinə zidd olan iki mövqe nümayiş etdirmişdir. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 747.1-ci maddəsinə zidd olmuşdur.

21. Bundan başqa, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin icra ərəfəsində olan qətnaməsini cavabdehin 6 ay keçdikdən sonra verilmiş apellyasiya şikayəti əsasında dəyişdirmişdir. Məhkəmə həmçinin, iş materiallarında olan cavabdehin 8.267 manat əsas borcunun, 1.928 manat faiz borcunun olmasına dair ekspert rəyinə istinad etsə də, yekunda həmin ekspert rəyinə lazımi hüquqi qiymət verməmişdir.

22. Kassasiya şikayətində Mülki Məcəllənin 462.1, 467, 747.1, 1091.1, MPM-in 14cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1- ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi qismən mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad et məsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edi lməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edi ldiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə bo rcludur. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

27. İlk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti n əzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola b ilməz və bu halda apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş hesab edilməlidir.

30. Hazırkı halda, iddiaçı tələbinin həcmi ümumilikdə 28.410,41 manat manat təşkil etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – cavabdehdən 11.145 manat vəsaitin tutulması hissəsində təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə isə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək əsa borc 5267 manat, cərimə borcu 500 manat olmaqla cəmi borc 7695 manat olaraq müəyyən edilmişdir. İlk iddia tələbi üzrə iddiaçı tərəfindən isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilk iddiaya dair əsas borcun 5267 manat, cərimə borcunun 500 manat məbləğində müəyyən edilməklə cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hiss əsində ləğv olunmasını xahiş etmiş, yəni kassasiya qaydasında mübahisələndirilən məbləğ prosessual qanunvericiliklə kassasiya qaydasında mübahisələndirilə bilən məbləğdən daha aşağı olmuşdur.

31. Belə olduqda ilk iddia tələbi üzrə kassasiya qaydasında mübahisələndirilən məbləğ kommersiya mübahisələri üzrə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilə bilməsi üçün nəzərdə tutulmuş iddia qiymətindən daha az məbləği təşkil edir.

32. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti mümkün hesab edilə bilməz.

33. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin kassasiya icraatına qəbul edilməsi haqqında 2021-ci il 4 mart tarixli, 2-2(102)153/2022 say lı qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 sentyabr tarixli, 2-2(107)-8602021 saylı qətnaməsindən ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən icraata qəbul edilmiş iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti ilk iddia tələbi üzrə iddiaçıya qaytarılmaq üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar