Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-154/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı «X6. ve Tic. A.Ş.» şirkətinin Cavabdehnə qarşıiş üzrə QƏRAR açar sözlər:iş materialları ilə iddiaçı tərəfindən dəyərinin ödənilməsi tələb olunan malların cavabdehə verildiyi sübuta yetirilməmişdir. GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil oğlunun iştirakı, N.Əhmədovun katibliyi ilə, iddiaçı «X6. ve X7.» şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2-2(105)-139/2019 saylı qətnaməsindən iddiaçı «X6. ve X7» şirkəti və onun vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «X6. ve X7.» şirkəti Cavabdehnəqarşı iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.751,51 ABŞ dollarının, 3.763 ABŞ dolları cərimə faizinin, cəmi 14514,51 ABŞ dollarının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirkət tərəfindən cavabdehə 2015-ci ilin oktyabr-dekabr aylarında xx.xx.2015-ci il tarixli, A-631232 saylı invoys üzrə 9 964,97 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, A-631281 saylı invoy s üzrə 16.016.26 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, A-631391 saylı invoys üzrə 15.796.80 ABŞ dolları, xx.xx.2015-ci il tarixli A-631481 saylı invoys üzrə 10.115.60 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, A631490 saylı invoys üzrə 12.930.30 ABŞ dolları, cəmi 65.217.20 ABŞ dolları məbləğlərində mallar göndərilmiş və müvafiq invoyslar (faturalar) verilmişdir. Cavabdeh tərəfindən həmin malların dəyərinin 54.465.69 ABŞ dolları ödənilsə də, qalan 10.751.51 ABŞ dolları hissəsi ödənilməmiş qalmışdır. Qeyd edilən faktlar malların cavabdehin ünvanına göndərilməsini təsdiq edən müvafiq gömrük sənədləri, hesab fakturalar və iddiaçının bank hesabından çıxarışlarla da təsdiq edilir. Bundan əlavə, cavabdehlə olan elektron poçt yazışmalarında da cavabdeh tərəfindən dəfələrlə borc etiraf edilmiş, laki n borc ödənilməmiş qalmışdır. xx xxxx 2018-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə məktub göndərilərək, ödənilməmiş qalan 10.751.51 ABŞ dollarının ödənilməsi xahiş edilmişdir. Lakin hal-hazıradək həmin məktuba cavab verilməmiş, heç bir ödəniş aparılmamışdır. Bundan əlavə, cavabdehə xx xxxxxxx 2018-ci il tarixdə pretenziya göndərilərək, borcun 5 iş günü ərzində ödənilməsi tələb edilsə də, borc ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən ödənilməli olan 10.751.51 ABŞ dollarının ödənilməsi 35 ay gecikdirilmişdir. X4 uçot faiz dərəcəsi 10%-dir. Mülki Məcəllənin 439.3-cü maddəsinin tələbləri də nəzərə alınmaqla, gecikdirilmiş müddət üçün faizlərə 2 faiz bəndi əlavə edilməli olduğu nəzərə alınaraq, həmin müddət üçün illik 12% hesablanmalıdır ki, bu da 3.763 ABŞ dolları təşkil edir. Sumqayıt İn zibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(085)-249/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim - Z.R.Pirverdiyev). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019ci il tarixli, 2-2(105)-139/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Ç.Babayeva, hakimlər N.M.Nəsibov və Z.İ.Məmmədov) iddiaçı «X6. ve Tic. A.Ş.» şirkətinin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019ci il tarixli qətnaməsindən iddiaçı «X6. ve X7.» şirkəti və onun vəkili Nümayəndə kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, məhkəməyə malların məhz Cavabdeh MMC-yə göndərilməsini təsdiq edən sənədlər, həmçinin Cavabdeh MMC tərəfindən iddiaçıya pul köçürülməsini təsdiq edən bank ödəniş sənədləri təqdim edilmiş, lakin məhkəmə, bu sübutları Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada qiymətləndirməmiş, Dövlət Gömrük Komitəsinə verilmiş sorğunun cavabına istinad etməklə kifayətlənmiş, halbuki, Şirkət tərəfindən cavabdehə 2015-ci ilin oktyabr-dekabr aylarında xx.xx.2015-ci il tarixli, A631232 saylı invoys üzrə 9 964,97 ABŞ dolları, xx.xx.2015-ci il ta rixli, A-631281 saylı invoys üzrə 16.016.26 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, A-631391 saylı invoys üzrə 15.796.80 ABŞ dolları, xx.xx.2015-ci il tarixli A-631481 saylı invoys üzrə 10.115.60 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, A-631490 saylı invoys üzrə 12.930.30 ABŞ dolları, cəmi 65.217.20 ABŞ dolları məbləğlərində mallar göndərilmiş və müvafiq invoyslar (faturalar) verilmişdir. Cavabdeh tərəfindən həmin malların dəyərinin 54.465.69 ABŞ dolları ödənilsə də, qalan 10.751.51 ABŞ dolları hissəsi ödənilməmiş qalmışdır. Qeyd edilən faktlar malların cavabdehin ünvanına göndərilməsini təsdiq edən müvafiq gömrük sənədləri, hesab fakturalar və iddiaçının bank hesabından çıxarışlarla da təsdiq edilir. Tərəflərin izahatları İddiaçının vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında kassas iya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2-2(105)-139/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiy a Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin adına ümumilikdə 65.217.20 ABŞ dolları məbləğlərində malların göndərilməsinə dair xx.xx.2015-ci il tarixli, A-631232 saylı, xx.xx.2015-ci il tarixli, A-631281 saylı, xx.xx.2015-ci il tarixli, A-631391 saylı, xx.xx.2015-ci il tarixli A-631481 saylı və xx.xx.2015-ci il tarixli, A-631490 saylı invoyslar tərtib edilsə də həmin malların cavabdeh tərəfindən təhvil alınması, göndərilmiş malların siyahısına dair tərəflər arasında hər hansı təhvil-təslim aktı tərtib olunmamış, malların göndərilməsi ilə bağlı sənədlərdə cavabdehə məxsus imza, möhür yoxdur, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli, cavabdehin adına malların göndərilməs inə dair Gömrük bəyannamələri isə iddiaçı tərəfindən tərtib edilmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx xxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli məktubları ilə Dövlət Gömrük Komitəsinin məlumat bazasında məktubda qeyd olunan «X6. ve X7» şirkəti tərəfindən Cavabdeh ünvanına 2015-ci il tarixində malların idxal edilməsinə dair heç bir məlumat olmadığı bildirilmiş, bank hesabından çıxarışlara görə Çexiya Respublikası Praqa şəhərindən Ceska Sporitelna A.S şirkəti tərəfindən «X6. ve X7.» şirkətinə müxtəlif vaxtlarda müvafiq ödənişlər həyata keçirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, iddiaçı malların cavabdehin ünvanına göndərilməsini müvafiq gömrük sənədləri, hesab fakturalar və iddiaçının bank hesabından çıxarışlarla təsd iq edildiyini iddia etsə də, istinad olunan sənədlərin heç birindən cavabdehin hansısa öhdəlik daşıdığı müəyyən olunmur, faktura və invoyslar birtərəfli qaydada tərtib olunmuş sənədlərdir, həmin sənədlərin cavabdehlə əlaqəsi təsdiq olunmur, gömrük sənədləri malların Türkiyə Respublikasından ixrac olunduğunu göstərsə də malların Azərbaycana idxal olunduğunu və cavabdehə təhvil verildiyini təsdiq etmir, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavablarında da iddiaçı tərəfindən cavabdehin ünvanına 2015-ci il tarixində malların idxal edilməsinə dair heç bir məlumat yoxdur, eləcə də iddiaçının bank hesabına müxtəlif pul məbləğləri cavabdeh tərəfindən deyil, başqa şirkət tərəfindən ödənilmiş, iddiaçı tərəfindən göstərilən malların məhz cavabdehə verilməsi və ya sonuncu tərəfindən alınm ası təsdiq olunmadığından, iddia tələbi sübuta yetirilmir, iddiaçının nümayəndəsi izahatında cavabdehlə alqı-satqının beynəlxalq kommersiya şərtlərindən EXW (Ex-workssatıcının razılaşdırmış yeri) adlanan növünə uyğun aparıldığını, həmin növə görə isə satıcının öhdəliyinin minimum dərəcədə olmasını və əsas vəzifəsinin alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etmək olduğunu, bu təqdimetmənin satıcının olduğu ölkədə baş verməsini və satıcının öhdəliyinin satıcının məkanında bitməsini, hazırda da iddiaçı «X6. ve X7.» şirkətinin malları Cavabdeh MMC-yə təqdim etməklə vəzifəsinin bitdiyini bildirsə də, malların göndərilməsinə dair iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşma öz təsdiqini tapmamış, alqı-satqının beynəlxalq kommersiya şərtlərindən EXW (Ex-workssatıcının raz ılaşdırmış yeri) adlanan növünə uyğun aparılması da sübut olunmamış, bundan əlavə həmin növün əsas kommersiya şərti məhsulun alıcıya təqdim edilməsi olsa da iddiaçı tərəfindən malların cavabdehə verildiyi iş materialları ilə sübuta yetirilməmiş, beləliklə, iddiaçı, iddianın əsasını təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmiş və iş materiallarına əsasən isə cavabdehin iddiaçı qarşısında borcunun və ya hər hansı öhdəliyinin olduğu müəyyən edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak v erməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 329.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, hətta tərəflər arasında yazılı formada tərtib olunmuş müqavilə bağlanmış olmasa da, tərəflərin öz aralarında şifahi qaydada malların alqı-satqısına dair razılığa gəlməsi ehtimal oluna bilər, lakin bir halda ki, tərəflərin münasibətlərini tənzimləyəcək, onların müqavilə üzrə nəzərdə tut ulmuş vəzifələrini əks etdirəcək yazılı müddəalar, rəsmi bağlanmış müqavilə yoxdursa, belə olan halda iddia yalnız iki halda təmin oluna bilər:1) ya cavabdeh iddianı etiraf etməli; 2) ya da iddiaçı cavabdehə göndərilməsi ehtimal olunan malların kim tərəfindən, harda, necə, hansı qaydada qəbul edilməsi, qəbul edilmiş malın hansı müddət ərzində dəyərinin ödənilməsi, ödənişin hansı qaydada həyata keçirilməsi hallarını sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bi lavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Lakin bu zaman hər bir tərəf öz tələbinin əsası kim i istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiym ətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu zaman məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin q ətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçı malların cavabdehin ünvanına göndərilməsini müvafiq gömrük sənədləri, hesab fakturalar və iddiaçının bank hesabından çıxarışlarla təsdiq edildiyini iddia etsə də, istinad olunan sənədlərin heç birindən cavabdehin hansısa öhdəlik daşıdığının müəyyən olunmadığını, iddiaçı «X6. ve Tic. A.Ş.» şirkəti malları Cavabdeh MMC-yə təqdim etməklə vəzifəsinin bitdiyini bildirsə də, malların göndərilməsinə d air iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşmanın, alqı-satqının beynəlxalq kommersiya şərtlərindən EXW (Exworks-satıcının razılaşdırmış yeri) adlanan növünə uyğun aparılmasının da sübut olunmadığını, bundan əlavə həmin növün əsas kommersiya şərti məhsulun alıcıya təqdim edilməsi olsa da iddiaçı tərəfindən malların cavabdehə verildiyinin iş materialları ilə sübuta yetirilmədiyini, beləliklə, iddiaçının, iddianın əsasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli, 2-2(105)139/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019ci il tarixli, 2-2(105)-139/2019 saylı qətnaməsi dəyişdirilmədən saxl anılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-154/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-154/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver