Məhkəmə qərarları › İş №2-2(102)-155/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-155/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-155/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 16.03.2022 hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 oktyabr tarixli, 2-2(103)-934/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I.İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən 08.07.2018-ci il tarixli, EAAK seriyalı, 429664 saylı elektron qaimə tərtib edilərək Cavabdeh MMC-dən 23.396,21 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. 2. "xxxx" QSC tərəfindən İddiaçı MMC-nin 01.01.2018-31.12.2018 dövr üçün AZ32ACAB******************** nömrəli hesabından 03.03.2021-ci il tarixdə edilmiş çıxarışa görə, İddiaçı MMC-yə Cavabdeh MMC tərəfindən 14.06.2018-ci il tarixdə avans olaraq 8.474,58 manat və 25.07.2018-ci il tarixdə EAAK seriyalı, 429664 saylı elektron qaimə üzrə 1.352,72 manat, 14.09.2018-ci il tarixdə 500 manat ödəniş edilmişdir.

3. İddiaçı MMC-nin 01.01.2018-31.12.2018-ci illər dövrü üçün ƏDV subuçot hesabından 03.03.2021-ci il tarixdə edilmiş çıxarışa görə, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 14.06.2018-ci il tarixdə 1.525,42 manat və 25.07.2018-ci il tarixdə EAAK seriyalı, 429664 saylı elektron qaimə üzrə 243,48 manat, 14.09.2018-ci il tarixdə 90 manat ƏDV ödənişləri edilmişdir.

4. İddiaçı MMC tərəfindən 02.12.2020-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc 9.500 (doqquz minin beş yüz) manat, ƏDV 1.710,01 (min yeddi yüz on manat bir qəpik) manat olmaqla, ümumilikdə 11,210.01 (on bir min iki yüz on manat bir qəpik) manat və gecikdirilmiş vaxt üçün 1.200 (min iki yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 08.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə dəyəri 19.827,30 manat əsas məbləğ, ƏDV 3.568,91 manat olmaqla, ümumilikdə 23.396,21 AZN dəyərində tibbi əlcəklər satmağı, cavabdeh isə 23,396,21 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən alqı-satqı müqaviləsinə və 08.07.2018-ci il tarixli, 429664 saylı elektron qaiməyə əsasən cavabdehə dəyəri 23,396,21 manat məbləğində olan tibbi əlcəklər təhvil verilmiş, cavabdeh tərəfindən 14.06.2018-ci il tarixdə avans olaraq 8.474,58 manat, uyğun olaraq 1.525,42 manat ƏDV, 08.07.2018-ci il tarixli, 429664 saylı elektron qaiməyə əsasən 25.07.2018-ci il tarixdə 1.352,72 manat, uyğun olaraq 243,48 manat ƏDV, 14.09.2018-ci il tarixdə isə 500 manat, uyğun olaraq 90 manat ƏDV olmaqla, ümumilikdə 12.186,20 manat məbləğində pul ödənilmişdir.

7. İddiaçının öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 9.500 manat, ƏDV 1.710,01 manat olmaqla, ümumilikdə 11.210,01 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

8. Cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq olunmuş və son olaraq 02 noyabr 2020-ci il tarixində pretenziya məktubu göndərilərək, yaranmış qalıq borcun müqavilə öhdəli klərinə uyğun olaraq növbəti 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən müvafiq məhkəmə orqanlarına müraciət ediləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, göndərilmiş pretenziya məktubuna heç bir cavab verilməmişdir. 08.06.2018-ci il tarixli müqavilənin hər iki nüsxəsi cavabdehdədir. Müqavilənin bir nüsxəsi tələb olunsa da, cavabdeh müxtəlif bəhanələr gətirərək müqaviləni vermir. Cavabdeh müəssisəyə göndərilmiş e-qaiməyə hər hansı qeyd və ya etiraz bildirməmiş, e-qaimə cavabdeh tərəfindən təsdiqlənmiş və müvafiq ödənişlər olunmuşdur.

9. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 07 iyun tarixli, e-2-2(113)-1150/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 9.500 (doqquz min beş yüz) manat əsas borc, 1.710,01 manat (min yeddi yüz on manat bir qəpik) ƏDV, gecikdirilmiş vaxt üçün 1.200 (min iki yüz) manat olmaqla, cəmi 12.410,01 manat (on iki min dörd yüz on manat bir qəpik) məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim Z.Axundova).

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2018-ci ilin iyun ayında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcuddur. Cavabdehin iddiaçının hesabına etdiyi avans və elektron qaimə üzrə ödənişlər, o cümlədən ƏDV ödənişləri nəzərə alınmalıdır. Alqı-satqı müqaviləsinin əsli və ya surəti məhkəməyə təqdim olunmamış, iddiaçı müqavilə nüsxələrinin cavabdehdə olduğunu bildirmiş, cavabdeh isə onlarda belə bir müqavilənin olmadığını qeyd etmişdir. Həmçinin iddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olduğunu iddia etmiş, cavabdeh isə həmin ödənişlərin başqa bir müqavilə üzrə edildiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

11. Beləliklə, ƏDV daxil 23.396,21 manat məbləğdən ümumilikdə ƏDV daxil 12.186,20 manat cavabdeh tərəfindən ödənilmiş əsas borc 9.500 manat, ƏDV 1.710,01 manat olmaqla, ümumilikdə 11.210,01 manat ödənilməmiş borc qalmışdır.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 567, 598.1, 568.2, 442, 448.1, 445.1, 445.2.1, 445.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apely asiya instansiyası məhkəməsində icraat

14. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 oktyabr tarixli, 2-2(103)-934/2020 saylı qətnaməsi ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən) R.Ə.Qurbanov, V.Ə.Baxışova) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 07 iyun tarixli, 2-2(113)-1150/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

16. Müb ahisəli borcun yaranması alqı-satqı müqaviləsi, müqaviləyə əsasən cavabdeh tərəfindən avans ödənilməsi, elektron qaimə, cavabdeh tərəfindən əsas və ƏDV borcunun bir hissəsinin məhz həmin elektron qaiməyə əsasən ödənilməsi ilə təsdiqini tapır.

17. İşin hazırkı vəziyyətində qanunla müəyyən edilən sübutetmə yükü cavabdehin üzərindədir. Əgər əksini irəli sürürsə, məhz o, sübuta yetirməlidir ki, əslində nə qədər mal almışdır, həmin malların dəyərini nə vaxt, hansı qaydada iddiaçıya ödəmişdir. Bu qaydada, cavabdeh sübuta yetirməli idi ki, 08.07.2018-ci il tarixli 23.396,21 manat məbləğdə elektron qaiməni niyə sərəncamında 5 gün olduğu halda rədd etməmişdir, razılaşmadığı qaiməyə istinadən niyə əsas və ƏDV borcundan ödənişlər etmişdir və s.

18. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 442, 448.1, 44 8.2, 567, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Tərəflər arasında heç bir yazılı müqavilənin olmamasına, şifahi müqavilənin mövcudluğunun isə iddiaçı tərəfindən sübut edilə bilməməsinə baxmayaraq, məhkəmə məsələyə “alqı-satqı müqaviləsinə dair” Mülki Məcəllənin normalarını tətbiq etmişdir. Eləcə də, heç bir müqavilə olmadığı hald a, öhdəliyin yaranmış olması və bu öhdəliyə görə cavabdehin məsuliyyət daşıması qənaətinə gəlmişdir.

21. Yazılı müqavilə olmadan, şifahi müqavilə və onun şərtləri iddiaçı tərəfindən sübut edilmədən, məhkəmənin hazırkı mübahisəyə "alqı-satqı müqaviləsi" və "öhdəlik" kimi hüquqi qiymət verməsi konkret olaraq mülki qanunvericiliyin pozulmasıdır.

22. Alqı-satqı müqaviləsi üzrə malın təhvili qaydası və vaxtı qanunvericiliyin (570-ci maddənin) qarşıya qoyduğu ən vacib məsələlərdəndir. Lakin məhkəmə Mülki Məcəllənin 570-ci maddəsinə heç bir əhəmiyyət verməmişdir. Maddədə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi məsələləri tam dəqiqliklə öz əksini tapmışdır. İddiaçı pulunu tələb etdiyi alqı-satqı müqaviləsi üzrə malların təhvili ilə bağlı faktiki hallar bu normaya əsasən öz təsdiqini tapm ır. İddiaçının istinad etdiyi müqavilə nə cavabdehdə, nə də iddiaçının özündə olmadığı halda, hansı çeşiddə, adda, sayda malın alınıb-satılması sübut edilə bilər.

23. İddiaçı məhkəməyə malın təhvil-təslimi ilə bağlı akt və ya hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutları, eləcə də iddiaçının istinad etdiyi müqaviləni tədqiq etməmiş, müqavilə şərtləri ilə tanış olmamış, tərəflər arasında belə bir müqavilənin bağlanmasının sübut olunmasını əsaslandırmamışdır. Halbuki, cavabdehin nümayəndəsi və vəkili tərəflər arasında müqavilə münasibətlərinin olmamasını dəfələrlə vurğulamış və tərəflər arasında belə bir razılaşmanın mövcudluğunu istisna etmişlər.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 442, 448.1, 448.2, 567, 600.4, 570.1, 570.2- ci maddələrinin tələblərinə istinad edilərə k tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılma sa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakı lar nəzərdə tutulur: “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır...” “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı i sə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 oktyabr tarixli, 2-2(103)-934/2021 saylı qətnaməsi dəyişdirilmədən saxla nılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. İş materiallarını araşdıraraq apelyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, alqısatqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Mübahisəli borcun yaranması alqı-satqı müqaviləsi, müqaviləyə əsasən cavabdeh tərəfindən avans ödənilməsi, elektron qaimə, cavabdeh tərəfindən əsas və ƏDV borcunun bir hissəsinin məhz həmin elektron qaiməyə əsasən ödənilməsi ilə təsdiqini tapır.

33. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, mülki qanunvericiliklə a lqı-satqı müqaviləsinin hər bir halda yazılı formada bağlanmalı olması barədə imperativ norma yoxdur, 08.07.2018-ci il tarixli 23.396,21 manat məbləğdə malların cavabdehə təhvil verilməsinə dair və mübahisələndirilməmiş elektron qaimənin mövcudluğu və sonuncu tərəfindən həmin qaimə üzrə qismən ödənişlərin aparılması tərəflər arasında məhz alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq edir və bu əsaslara görə də məhkəmə tərkibi tərəflər arasında heç bir yazılı müqavilənin olmaması, şifahi müqavilənin mövcudluğunun isə iddiaçı tərəfindən sübut edilə bilməməsi, yazılı müqavilə olmadan, şifahi müqavilə və onun şərtləri iddiaçı tərəfindən sübut edilmədən, məhkəmənin hazırkı mübahisəyə "alqı-satqı müqaviləsi" və "öhdəlik" kimi hüquqi qiymət verməsinin mülki qanunvericiliyin pozuntusu olması ba rədə şikayətin dəlilləri ilə razılaşmır.

34. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin olduğunu, cavabdehin təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, iddiaçıya olan borcunu ödəmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

35. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməl i, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 oktyabr tarixli, 2-2(103)-934/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

37. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 04 oktyabr tarixli, 2-2(103)-934/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar