Məhkəmə qərarları › İş №2-2(102)-155/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-155/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-155/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: təchizat öhdəliyinin pozulması, borcun ödənilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-890/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Hüquqi şəxsl ərin dövlət qeydiyyat idarəsinin çıxarışları ilə müəyyən edilir ki, 2021ci il 4 iyun tarixində qeydiyyata alınmış “X6” MMC-nin sonrakı adı “X5” MMC olmuş, hazırkı adı isə Cavabdeh MMC-dir və qanuni təmsilçisi Qanuni nümayəndədur.

2. İddiaçı MMC ilə “X5” MMC arasında bağlanmış, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş 2021-ci il 15 sentyabr tarixli FOO002/21 nömrəli təchizat müqaviləsinin: - 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən təchizatçı alıcı tərəfindən sifariş əsasında sifariş edilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan etibarən qüvvəyə minir və 2021-ci il 31 dekabr tarixinədək qüvvədə qalacaqdır. - 3.2-ci bəndinə əsas ən, bütün ödənişlər hesab faktura əsasında alıcı tərəfindən təchizatçının hesabına bank köçürmə yolu ilə manatla həyata keçilir. - 3.4-cü bəndinə əsasən, ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. - 3.8-ci bəndinə əsasən, təchizatçı müqavilə ilə bağlı alıcı tərəfindən kəsilmiş istənilən hesab-fakturanı belə hesab-fakturanın təqdim edildiyi gündən etibarən 14 təqvim günü ərzində ödəməyi öhdəsinə götürür. - 4.2.1-ci bəndinə əsasən, təchiz edilmiş və qəbul edilmiş malın qiymətini təchizatçıya ödəmək alıcının vəzifəsidir.

3. Malların təhvil-qəbul aktlarından görünür ki, İddiaçı MMC tərəfindən 2021-ci il 15 oktyabr - 2022-ci il 5 fevral tarixlərində müxtəlif adda, miqdarda və qiymətlərdə olan ərzaq məhsulları Cavabdeh MMC-yə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları səlahiyyətli ş əxslərin imzaları ilə yanaşı, İddiaçı MMC-nin möhürü və Cavabdeh MMC-nin ştampı ilə də təsdiq edilmişdir.

4. İddiaçı MMC tərəfindən 2021-ci il 21 oktyabr tarixindən 2022-ci il 1 fevral tarixinədək ümumilikdə ƏDV daxil 16.075,21 manat məbləğində malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

5. İddiaçı MMC ilə “X5” MMC arasında 2022-ci ilin mart tarixli üzləşdirmə aktı tərtib edilmiş və aktda “X5” MMC-nin İddiaçı MMC-yə 2022-ci il 15 mart tarixinə 16.204 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin (“X5” MMC tərəfindən Qocalı Kamranın) imzası ilə təsdiq edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 31 mart tari xində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməməsi nəticəsində yaranmış 16.204,78 manat borcun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, həmçinin iddia verilməsi üçün ödənilmiş 139 manat dövlət rüsumu, 300 manat hüququ yardım və 300 manat mediasiya xərci olmaqla, ümumilikdə 16.943,78 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflə arasında bağlanılmış 2021-ci il 15 sentyabr tarixli FOO002/21 nömrəli təchizat müqaviləsi (bax § 2) üzrə borcun təsdiqi ilə bağlı cavabdehin nümayəndəsinin iştirakı ilə 2022-ci il 15 mart tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsa sən, cavabdeh iddiaçıya 16.204,78 manat borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra 2022-ci il 28 sentyabr tarixində cavabdehə xəbərdarlıq məktubu göndərilərək, sözügedən aktla təsdiq edilmiş borcun ödənilməsi tələb olunmuşdur. Borcun təsdiqindən sonra 2 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən bu borcun ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir.

8. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, etirazını cavabdehin iddiaçıya 16.204 manat borcunun olmasını təsdiq edən 2022-ci il 15 mart tarixli qarşılıqlı üzləşdirmə aktına cavabdehin möhürünün vurulmaması, sözügedən sənədin mühasib və ya direktor tərəfindən imzalanmalı olduğu halda sənədi imzalayan şəxsin cavabdeh ilə əlaqəsinin olmaması, olmuş olsa da belə, həmin şəxsin mühasib və ya direktor işləm əməsi, malların təhvil-təslim aktlarında isə cavabdehə aid olmayan ştampların vurulması, həmin sənədləri imzalayan şəxslərin kimliyi barədə məlumatlarının olmaması ilə əsaslandırmışdır.

9. Şahid qismində dindirilmiş X1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, iddiaçı şirkətdə audit şöbəsində nəzarətçi vəzifəsində çalışır. Cavabdeh MMC şirkətin adıdır. “X5” MMC cavabdehin rəsmi adı olmuş, həmin şirkətin XXX adlı şəbəkəsi olmuş, ona görə də təhvil-təslim aktlarına Cavabdeh ştampı vurulmuşdur. Şirkət həm özü satırdı, həm də marketlərə malları təqdim edirdi. Mallar elektron qaimə ilə birlikdə birbaşa marketlərə təhvil verilir, təhvil-təslim aktı tərtib olunurdu. O, sadəcə bir dəfə üzləşmə aktı tərtib edə bilmişdir, çünki cavabdeh akt istəmirdi. Ödəniş olmamış, onlar malları depozit ola raq vermişlər. Üzləşməni imzalayan şəxs ofisdə otururdu və bu səbəblə onlar onun səlahiyyətlərini təsdiq edən sənədi tələb etməmişlər.

10. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya qarşı vermiş olduğu 2023-cü il 15 may və 14 iyun tarixli etirazlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, eyni zamanda, iddianı qismən qəbul etdiklərini, qəbul etdikləri hissənin həcmi ilə bağlı məhkəməyə son iclasda məlumat verəcəyini bildirmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 iyul tarixli e-2-2(113)-2123/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 16.075 manat əsas borc, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 300 manat pul və mediasiya xərclərinin əvəzi olaraq 200 manat pulun tutular aq iddiaçıya ödənilməsi, iddia verilərkən ödənilmiş 139 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı malların təqdim olunması faktını təsdiq etmək üçün üzərində Cavabdehlərin ştamplarının vurulduğu təhvil-təslim aktlarını, elektron qaimələri, eləcə də cavabdehin iddiaçıya borcunun mövcudluğunu təsdiq edən qarşılıqlı borcların üzləşdirilməsi aktını təqdim etmişdir. Təhvil-təslim aktlarını cavabdeh tərəfdən imzalamış şəxslərin səlahiyyətli şəxs olması müəyyən edilməsə də, həmin aktların əksəriyyətinə Cavabdehlər şəbəkəsinin ştampları vurulmuşdur.

13. Həmin dövrdə şirkətin adının “X5” MMC olduğu halda ştampın üzərində Cavabdeh yazılı ştamp vurulması barədə cavabdehin dəlilinə gəldikdə məhkəmə qeyd etmişdir ki, cavabdeh şirkətin adı 2022-ci il 17 iyun tarixində dəyişdirilərək Cavabdeh MMC olsa da, cavabdehə məxsus super marketlər şəbəkəsinin 2021-ci ildən Cavabdeh adı altında fəaliyyət göstərməsi işin mübahisəsiz halı olmuşdur. Odur ki, iddiaçı tərəfindən malların həmin şəbəkəyə daxil olan müxtəlif supermarketlərə təqdim edilməsi faktını nəzərə aldıqda sözügedən təhvil-təslim aktlarında “X5” MMC-nin deyil, Cavabdeh yazılı ştampların vurulduğu anlaşılan olmuşdur.

14. Qarşılıqlı üzləşmə aktına münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi onun adından həmin aktı imzalamış Qocalı Kamran adlı şəxsin şirkətə aidiyyətinin olmadığını bildirsə də, məhkəmə araşdırması zamanı qarşılıqlı üzləşmə aktının təsdiq edildiyi dövrdə Qocalı Kamranın “X5” MMC-də mühasib vəzif əsində işləməsi müəyyən olunmuşdur.

15. Bununla yanaşı, mübahisəli malların cavabdehə təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş və cavabdeh həmin qaimələrin heç birini normativ hüquqi aktda müəyyən edilmiş müddət ərzində düzəliş üçün qaytarmamış, eləcə də şirkət üçün vergi öhdəliyi yaradan həmin elektron qaimələr ilə bağlı iddiaçıya və vergi orqanına hər hansı formada etiraz ünvanlamamışdır.

16. Bundan əlavə, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiklərini, lakin hansı hissədə qəbul etdikləri barədə baxış iclasında məlumat verəcəyini qeyd etmiş, bununla da iddiaçı ilə alqı-satqı münasibətlərində olmaları, iddiaçının onlara mallar təqdim etməsi və həmin malların dəyərinin ödənilməməsi, yəni təqdi m edilmiş mallara görə iddiaçıya borclarının olması (iddiaçının iddia etdiyi həcmdə olmasa belə) faktlarını faktiki olaraq təsdiq etmişdir. Digər tərəfdən, cavabdeh iddiaçı tərəfindən onlara müəyyən həcmdə malların təqdim olunması faktını inkar etməsə də, tərəflər arasında malların təqdim olunmasının iş materiallarına əlavə edilmiş təhvil-təslim aktları ilə deyil, fərqli formada rəsmiləşdirilməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməmişdir. Beləliklə, iş materiallarında olan sübutların məcmusu ilə təhvil-təslim aktlarında və elektron qaimələrdə göstərilən malların iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi öz təsdiqini tapmışdır.

17. Məhkəmə elektron qaimələrin ümumi məbləği (16.075,21 manat) ilə təhvil-təslim aktlarında qeyd olunan malların ümumi dəyəri arasında fərqin mövcud luğuna münasibətdə qeyd etmişdir ki, iddiaçının həmin fərqin təhvil-təslim aktlarında göstərilmiş bəzi malların cavabdeh tərəfindən qaytarılması və elektron qaimələrdə həmin malların qaytarılmasının nəzərə alınması ilə izah etmişdir. Odur ki, məhkəmə iddiaçının təhvil-təslim aktlarında göstərilmiş malların bir hissəsinin qaytarılmasını etiraf etdiyini nəzərə alaraq, iddiaçının təqdim etdiyi malların dəyərinin və belə olan halda cavabdehin borcunun elektron qaimələrin ümumi məbləğinə əsasən müəyyən edilməsini mümkün saymışdır.

18. Cavabdehin həmçinin etirazında istinad etdiyi müqavilədəki imzanın direktor Qanuni nümayəndə tərəfindən deyil, “YYY” adlı şəxs tərəfindən icra olunması barədə dəlilinə gəldikdə məhkəmə qeyd etmişdir ki, müqavilənin direktor tərəfindən imzalanmaması ehtimal edilsə belə, həmin müqaviləyə şirkətin möhürünün vurulması (həmin fakt mübahisələndirilməmişdir) və ən əsası da, həmin müqavilə əsasında alqı-satqı əməliyyatlarının həyata keçirilməsi cavabdeh şirkətin səlahiyyətli şəxsinin həmin əqdi bəyənməsinə dəlalət etmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 357, 385.1, 442, 443.1, 448.1 və 567-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-890/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – R.Qurbanov və V.Baxışova).

22. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini nəzərə alaraq qeyd etmişdir ki, qətnamənin qanuniliyi və əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılmış, iddia mübahisələndirilən hissədə əsaslı olmuşdur.

23. Məhkəmə kollegiyası bu qərarın 12 və 13-cü bəndlərində göstərilənləri vurğulamış, bundan başqa qeyd etmişdir ki, iddiaçı ilə “X5” MMC (XXXZ) arasında 2022-ci ilin mart tarixli üzləşdirmə aktı tərtib edilmiş və aktda “X5” MMC-nin iddiaçıya 2022-ci il 15 mart tarixinə 16.204 manat borcunun olduğu qeyd olunmuşdur. Akt iddiaçının və cavabdehin səlahiyyətli şəxsinin - 2021-2022-ci illərdə cavabdeh şirkətdə satıcı və m ühasib operator vəzifələrində işləmiş və sonuncu dəfə mühasib operator vəzifəsində işləyən Qocalı Kamranın imzası ilə təsdiq edilmişdir.

24. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müqavilədəki imzanın direktor Qanuni nümayəndə deyil, “YYY” adlı şəxs tərəfindən icra edilməsi barədə cavabdehin dəlilinə, iddiaçının göndərdiyi elektron qaimələrə, birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsinin iddianı qismən qəbul etdikləri barədə qeydinə münasibətdə bu qərarın müvafiq olaraq 14-18-ci bəndlərində ifadə olunmuş birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 443.1, 448.1, 567 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarix li qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3, 3.4 və 3.9-cu bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 106.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.

26. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddianın isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. MM-in 329.1, 331.1 və 337-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.4-cü bəndi üzrə - Məhkəmə apellyasiya şikayətində qeyd edilən halları, yəni müqavilənin kim tərəfindən imzalanmasını və iddiaçı ilə cavabdehin hansı əsasla “alış-veriş” etməsini araşdırmadan qərar qəbul etdiyi sual olunur. Müqaviləyə diqqət yetirilsə görünər ki, müqavilə Qanuni nümayəndə tərəfindən imza edilməmişdir. Yazıdan da görünür ki, imza YYY adlı şəxs tərəfindən icra olunmuşdur. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Qanuni nümayəndə olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirməməli, aktlardakı ştampların müəssisəyə məxsus olub-olmamasını və üzləşmə aktlarının kimə məxsus olmasını araşdırmalı idi. Bu səbəbdən, həmin sənədlər etibarsız olduğundan, məhkəmə onların həqiqiliyini araşdırmadan qətnamə qəbul etməli idi. İddiaçı ilk məhkəmədə mübahisələndirilən aktları təqdim etməmiş, Nazirlər Kabinetinin qər arına əsasən sənədləri tələb etdikdə məhkəməyə bir neçə iclasdan sonra mübahisələndirilən aktları təqdim etmişdir. Bu da həmin sənədlərin həqiqiliyini şübhə altına alır.

28. MPM-in 1.3, 88, 97 və 418.1-418.3-cü maddələri üzrə - Məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də, müqavilədəki imza yoxlanılmamış, həmçinin aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olması araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, “müqavilədəki imzanın həqiqiliyinin araşdırılmaması” ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, hüquqi şəxsin möhürü həmin hüquqi şəxsin vəzifəli şəxslərin yəni direktor, mühasib və ya onlar tərəfindən etibar olunmuş şəxs tərəfindən istifadə ed ilə bilər. Həmçinin hüquqi şəxsin adından əqd bağlamaq səlahiyyətinə də yalnız həmin hüquqi şəxsin vəzifəli şəxsləri malik olduğundan, müqavilə bağlandıqdan sonra hüquqi şəxsin nümayəndələri tərəfindən malların sifariş edilərək təhvil alınması məhz həmin əqdin hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən bəyənilməsinə dəlalət edir. 30. “Təhvil-təslim aktları və qarşılıqlı üzləşmə aktlarının araşdırılmaması” ilə bağlı kassasiya şikayətinin dəlili üzrə iddiaçı göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında ona müxtəlif vaxtlarda və məbləğdə mallar təhvil verilmiş, həmin mallar cavabdeh tərəfindən təhvil alınsa da, mallar üzrə ödənişlər həyata keçirilməmişdir.

31. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində pro ses zamanı təhvil-təslim aktları və elektron qaimələr məhkəməyə təqdim edilmişdir. Həmin təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil 16.075,21 manat məbləğində mal cavabdehə təhvil verilmişdir

32. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mal təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir. Həmin elektron qaimə-fakturalar faktiki olaraq cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş, “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

33. Yaranmış borcun təsdiqi ilə bağlı cavabdehin nümayəndəsinin iştirakı ilə 2021-ci il 15 mart tarixində qarşılıqlı üzləşmə aktı tərtib edilmişdir. Həmin akta əsasən, cavabdeh iddiaçıya 16.204,78 manat borcu o lduğunu təsdiq edir.

34. Aktın kimə məxsus olması məsələsinə gəldikdə isə akt iddiaçının və cavabdehin səlahiyyətli şəxslərinin imzaları ilə təsdiq edilmişdir. Belə ki, cavabdehin nümayəndəsi kimi aktı 2021-2022-ci illərdə cavabdeh şirkətdə satıcı və mühasib operator vəzifələrində işləmiş, sonuncu dəfə mühasib operator vəzifəsində işləyən X3 imza etmişdir. X2 cavabdeh şirkətdə işləməsi faktını hələ birinci instansiya məhkəməsi zamanı məhkəməyə təqdim edilmiş sosial arayışdan müəyyən etmək olar.

35. İddiaçı tərəfindən ilk məhkəmədə mübahisələndirilən aktların təqdim edilməməsi və məhkəməyə bir neçə iclasdan sonra mübahisələndirilən aktların təqdim edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə iddiaçı qeyd edir ki, iddiaçı tərəfindən təhvil-təslim aktları və elektron qaimələr birinci instansiya məhkəməsində hazırlıq iclası zamanı təqdim edilmiş və məhkəmə tərəfindən araşdırılmışdır.

36. Apellyasiya məhkəməsində proses zamanı iddiaçı tərəfindən məhkəməyə məktub ünvanlanaraq elektron qaimə sistemindən çıxarışlar təqdim edilmiş, məhkəmə qərar qəbul edərkən həmin çıxarışları nəzərə almamışdır. Həmin çıxarışlardan görünür ki, bir çox elektron qaimənin qarşısında “sistem tərəfindən təsdiqləndi” ifadəsinin yazılmasını görmək olar, lakin 5 elektron qaimənin qarşısında “ləğv təsdiqləndi” ifadəsi yazılmışdır. Elektron qaimə o zaman “ləğv təsdiqləndi” statusu əldə edir ki, elektron qaimə göndərilən zaman həmin qaimədə müəyyən natamamlıqlar və ya yanlışlıqlar aşkar edilsin, qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən elektron qaimə ləğv edilsin və cavabdeh tərəfindən h əmin elektron qaimənin ləğvi təsdiq edilsin. Çıxarışdan göründüyü kimi, elektron qaimələrin bir qismində bu hallar aşkar edildiyindən həmin elektron qaimələr iddiaçı tərəfindən ləğv edilmiş və bu ləğv cavabdeh tərəfindən təsdiqlənmişdir. Göründüyü kimi, təhvil-təslim aktları və elektron qaimələrdəki məlumatlar eynilik təşkil etdiyindən, həmin sənədlərin məhkəməyə verilməsi vaxtına görə həqiqiliyi mübahisələndirilə bilməz.

37. Xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin verilməsi ilə bağlı kassasiya şikayətinin dəlili üzrə iddiaçı bildirir ki, cavabdeh tərəfindən aşağı instansiya məhkəmələrində hər hansı vəsatət (xüsusən xətşünaslıq ekspertizasının keçirilməsinə dair) verilməmişdir. Kassasiya baxışının hədləri

38. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməs i bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müq avilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütü n hallar üçün cavabdehdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istif adəsi... 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.9. Elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın s onuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....”

42. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.

44. Mübahisələndirilən aktların iddiaçı tərəfindən ilk məhkəmədə deyil, bir neçə iclasdan sonra məhkəməyə təqdim edilməsinə dair kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilm əlidir ki, iş materiallarına əsasən, sözügedən aktlar birinci instansiya məhkəməsində hazırlıq mərhələsi zamanı təqdim edilmiş və bununla bağlı məhkəmə tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmişdir.

45. Daha sonra kassator öz dəlillərində bildirir ki, məhkəməyə xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət verilsə də, müqavilədəki imza yoxlanılmamış, həmçinin aktlardakı ştamp və möhürün həqiqi və ya saxta olması araşdırılmamışdır.

46. Halbuki cavabdeh tərəfin məhkəməyə sözügedən vəsatəti verməsi iş materiallarından ümumiyyətlə görünmür.

47. Bundan başqa, məhkəmələr iş üzrə nəticəyə gələrkən yalnız müqavilədəki imzaya, həmçinin aktlardakı ştamp və möhürə deyil, həmçinin işdə olan digər mötəbər sübutlara, o cümlədən cavabdeh tərəfin öz etirafına istinad etmişlər.

48. Belə ki, mübahisələndirilən qətnamədə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qismən qəbul etdiklərini, lakin hansı hissədə qəbul etdikləri barədə baxış iclasında məlumat verəcəyini qeyd etmiş, bununla da iddiaçı ilə alqı-satqı münasibətlərində olmaları, iddiaçının onlara mallar təqdim etməsi və həmin malların dəyərinin ödənilməməsi, yəni təqdim edilmiş mallara görə iddiaçıya borclarının olması (iddiaçının iddia etdiyi həcmdə olmasa belə) faktlarını faktiki olaraq təsdiq etmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

50. Kassasiya şikayətinin digər dəlilləri isə apellyasiya icraatında bildirilmiş dəlillərlə eyniməzmunludur. Apellyasi ya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışdır.

51. Cavabdeh özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

52. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 42) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 42) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

53. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-890/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehn kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 noyabr tarixli 2-2(103)-890/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar