Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-156/2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı“İddiaçı” MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-156/19 Bakı şəhəri 24 aprel 2019-cu il 24.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Vəfaddin İbayev və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı “İddiaçı” MMC-nin vəkili Vəkil, Cavabdeh vəkili XXXun iştirakları ilə, iddiaçı “İddiaçı” MMC-nin direktoru XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-2(103)-491/2018 saylı qətnaməsindən verilmiş kassasiya şik ayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “İddiaçı” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 118.456,90 manat əsas borc, 126.497,97 manat cərimə borcu və 31 manat dövlət rüsumu olmaqla ümumilikdə 244.985,87 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin 118.456,90 manat əsas borc, 22.613,50 manat cərimə faizi və 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 141.101,40 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması şəklində qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2018-ci il tarixli, 2-2(82)1044/ 2016 saylı qətnaməsi ilə (hakim Hökümə Babayeva) iddia tələbi qismən təmin edilmiş, 118.456,90 manat əsas borc, 2500 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat olmaqla, ümumilikdə 120.981,90 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 aprel 2017-ci il tarixli, 2-2(103)-169/2017 saylı qətnaməsi ilə (sədrlik edən Elşanə Vəliyeva, hakimlər Həmid Həmidov və Elmira Nağıya) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verə rək onun ləğv ediməsibi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2-2(102)364/2017 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər İlqar Hüseynov və İlqar Dadaşov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunduğu hissədə ləğv edilərək həmin hissədə işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 dekabr 2017-ci il tarixli, 2-2(103)-755/2017 saylı qətnaməsi ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Sərvət Hüseynov və Vidadi Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 may 2018-ci il tarixli, 2-2(102)-215/18 saylı qərarı ilə (sədrlik edən Azər Hüseynov, hakimlər Rahib Nəbizadə və Xəqani Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2-2(103)-491/2018 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) iddiaçı tərəfindən verilmiş vəsatət qismən təmin edilmiş, iş üzrə məhkəmə xətşünasl ıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 26 noyabr 2018-ci il tarixli, 28228 saylı rəy təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2018-ci il tarixli, 2-2(103)-491/18 saylı qətnaməsi ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia 141.101,40 manat vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. "İddiaçı" MMC ilə Cavabdeh arasında 30 sentyabr 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı müq avilənin 2-ci maddəsində göstərilən malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə alqı-satqı obyekti olan malın adı və miqdarı qaimə-fakturaya əsasən müəyyən olunmuşdur. Satıcı tərəfindən alıcıya təqdim olunan malların dəyəri 14 gün müddətindən gеc olmamaqla nisyə satış şəklində nəzərdə tutula bilər. Müqavilənin 5.2-ci maddəsinə əsasən alıcı ona satıcı tərəfindən təqdim olunmuş malın dəyərini 3.2, 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulmuş müddətdə ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,4%-i miqdarında penya ödəməlidir. Sonda müqavilə hər iki tərəfın imzası və möhürü ilə təsdiq olunmuşdur. İddiaçı" MMC ilə Cavabdeh arasında 30 sentyabr 2015-ci il tarixdə alqı-satqı müq aviləsinin olması işin mübahisələndirilməyən halıdır. İddiaçının əsas borc və cərimə borcu ilə bağlı əsaslandığı və birinci instansiya məhkəməsinin həmin hissələrdə iddia tələbini qismən təmin edərkən istinad etdiyi sənədlər aşağıdakılardan ibarət olmuşdur: - 30 sentyabr 2015-ci il tarixli 7 qaimə-faktura; - 30 sentyabr 2015-ci il tarixli 1 nömrəli Əlavə; - 14 yanvar 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktı. 30 sentyabr 2005-ci il tarixli 7 ədəd qaimə faktura Cavid Sultanov adlı şəxs tərəfindən imzalansa da, həmin şəxsin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu müəyyən edilməmişdir. 30 sentyabr 2015-ci il tarixli 1 saylı Əlavədən görünür ki, Əlavə 2 vərəqdən ibarətdir. 1-ci vərəqində cavabdeh tərəfindən Rasim Nəbiyevə, Cavid Sultanova, Murad Məmmədova və Samir Astarxano va müqavilədən irəli gələn şərtlərin icra edilməsi üçün alıcı adından malların təhvil alınması, qaimə fakturada malın təhvilini sübut edən imzanın atılması və tərəflər arasında borcu əks etdirən üzləşmə aktını təsdiqləmə səlahiyyəti verildiyi qeyd edilmişdir. Həmin vərəqdə səlahiyyət verilən şəxslərdən yalnız Rasim Nəbiyevin imzası mövcuddur. Əlavənin ikinci vərəqində isə yalnız tərəflərin rekvizitləri və imzaları bölməsi yer almışdır ki, həmin bölmədə alıcı qrafasında cavabdehin imzası qeyd edilmişdir. Əlavədə C.Sultanovun müvafiq qaimə-fakturalar üzrə malları təhvil almaq səlahiyyətini təsdiq edən imzası, eyni zamanda bu sənəddə sözügedən səlahiyyəti vermiş cavabdehin imzası olmamışdır. Səlahiyyət verən şəxs olaraq cavabdehin imzası isə ikinci vərəqdə “rekvizitlər” bölməsindədir və həm in vərəq yalnız tərəflərin rekvizitlərini ifadə etdiyindən məhz 1 saylı Əlavənin tərkib hissəsi olduğu müəyyən edilmir. Cavabdeh tərəf də izahatında həmin vərəqin sözügedən Əlavəyə iddiaçı tərəfindən sonradan əlavə edildiyini bildirmiş, iddiaçı tərəf isə bunu təkzib edən sübutla çıxış etməmişdir. 1 saylı Əlavənin imzalamış satıcı qismində çıxış edən şəxs - iddiaçı MMC deyil, “xxxx” MMC olmuşdur, hansı ki, bu şəxslərin biri-biri ilə əlaqəli olması hazırki iş üzrə müəyyən edilmir. Eləcə də həmin Əlavədə “Əlavənin tarixi”, “alıcı” qrafasındakı cavabdehin adı və müqavilənin tarixi” hissələrində olan yazıların öncədən və sonradan pozulmuş yazıların üzərində yazıldığı vizual olaraq görünür. Cavabdehin və səlahiyyətli nümayəndəsi Rasim Nəbiyevin, həmçinin iddiaçının baş mühasibi E.Ramazanov və kr edit nəzarətçisi C.Bayramov tərəfındən imzalanmış 14 yanvar 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh 14 yanvar 2016-cı il tarixədək iddiaçıya 138.456,90 AZN borcu olduğunu etiraf etmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28228 saylı, 26 noyabr 2018-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 2-2(103)-491/18 saylı iqtisad işinin 1-ci cildinin 88-ci vərəqəsində olan 14 yanvar 2016-cı il tarixli qarşılıqlı üzləşmə aktında “Cavabdeh” yazıları qarşısındakı imza, 2-ci cildinin 11-12-ci vərəqələrində olan 30 sentyab r 2015-ci il tarixli 1 nömrəli Əlavədə “alıcı tərəfdən” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqaviləyə 30 sentyabr 2015-ci il tarixli, 1 saylı Əlavəni və həmin Əlavədən gələn səlahiyyətlər əsasında Cavid Sultanov tərəfindən imzalanmış qaiməfakturaları borcun yaranmasını təsdiq edən mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, 30 sentyabr 2015-ci il tarixli 7 qaimə faktura Cavid Sultanov tərəfindən imzalansa da, həmin şəxsin cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olması öz təsdiqini tapmamışdır. Tərəflər arasında tərtib olunmuş üzləşmə aktına münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə əmtəələrin, materialların və başqa sərvətlərin, pul vəsaitlərinin qəbulu və verilməsi üçün əsas olan sənədlər, habelə hesablaşma, kredit və maliyyə öhdəlikləri müvafiq olaraq baş mühasib və ya mühasibat xidmətinin rəhbəri müəssisənin rəhbəri ilə birlikdə imza edir. Hazırkı halda isə, mübahisəli üzləşmə aktı iddiaçı tərəfindən onun rəhbəri, cavabdeh tərəfindən isə baş mühasib tərəfindən imzalanmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası həmin üzləşmə aktını qüsurlu sənəd kimi qəbul etməklə mötəbər sübut olaraq qiymətləndirməmişdir. Məhkəmə kollegiyası həmçinin tərəflər arasında bağlanmış üzləşmə aktı və iddia tələbində göstərilmiş borc məbləğlərinin fərqlənməsini iddiaçının borcla bağlı vahid əsaslandırılmış mövqeyinin olmaması kimi qəbul etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 10.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 372-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən, həmin müqaviləyə ediləcək əlavə və dəyişikliklərin yalnız hər iki tərəfin imzası ilə tərtib olunması razılaşdırılmış, həmin sənədlərin hər hansı üçüncü şəxs tərəfindən də imzalanmalı olması nəzərdə tutulmamışdır. Müqavilənin 30 sentyabr 2015-ci il tarixli 1 saylı Əlavəsi alıcı və satıcı tərəfindən imzalanmışdır ki, əlavədə olan satıcıya aid imzanın məhz cavabdehə məxsus olması ekspert rəyi ilə d ə öz təsdiqini tapmışdır. Lakin, apellyasiya məhkəməsi cavabdehin adından qaimə-fakturaları imzalamış Cavid Sultanovun həmin Əlavədə imzasının olmamasına istinad etməklə Əlavəni mötəbər sübut kimi qəbul etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan 30 sentyabr 2015-ci il tarixli qaimə-fakturalar isə Cavid Sultanov tərəfindən imzalanmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin 27 aprel 2018-ci il tarixli, 98 saylı və 21 yanvar 2019-cu il tarixli, **********6 saylı məlumatlarına əsasən öz təsdiqini tapmışdır. Habelə, cavabdeh ƏDV qeydiyyatında olduğundan həmin qaimə-fakturalar əsasında ona elektron vergi hesab-fakturaları da göndərilmiş və onun tərəfindən qəbul olunaraq təsdiq edilmişdir. Apellyas iya məhkəməsi isə bununla bağlı Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsini nəzərə almamış və həmin elektron vergi hesab-fakturalarına heç bir hüquqi qiymət verməmişdir. Bundan başqa bildirilmişdir ki, alıcı və satıcıya məxsus rekvizit və imza hissələrinin Əlavənin 1-ci vərəqində yerləşdirilməsi mümkün olmadığından Əlavənin ikinci vərəqi tərtib olunmuş, lakin məhz cavabdeh tərəfindən hazırlanmış Əlavənin birinci vərəqində yol verilmiş texniki qüsur nəticəsində Əlavənin əvvəlində satıcı hissəsi lazımi qaydada doldurulmamış, iddiaçı isə müqavilə imzalanan zaman bu texniki çap səhvinə diqqət yetirməmişdir. İddiaçı hesab edir ki, məhkəmə kollegiyası cavabdehin Əlavənin birinci vərəqinin dəyişdirlməsi barədə mülahizələrini əsaslı hesab edərək bunun əksini sübut etməyi iddi açının üzərinə qoymaqla prosessual pozuntuya yol vermişdir. Həmçinin, məhkəmə xüsusi biliyə malik olan ekspert tərəfindən rəyin alınması üçün hər hansı tədbir görmədən Əlavədə olan tarixlərə vizual baxış keçirməklə tarixlərin pozularaq sonradan pozulmuş yerə yazıldığını bildirmişdir. Digər bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsi Cavid Sultanov tərəfindən 30 sentyabr 2015-ci il tarixli, AEO 093989 saylı və AEO 093988 saylı qaimə fakturalar üzrə borc məbləğinin cavabdeh tərəfindən ödənilməsini həmin malların cavabdeh tərəfindən qəbul edilməsi ilə əlaqələndirmişdir ki, digər qaimə-fakturaların həmin şəxs tərəfindən eyni tarixdə imzalanması həmin qaimə-fakturalar üzrə malların da cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edir. Belə ki, cavabdeh ümumilikdə iddiaçının bank hesabın a və ƏDV depozit hesabına 61.724,31 manat məbləğində ödəniş etmişdir ki, apellyasiya məhkəməsinin malların cavabdeh tərəfindən alınmasına sübut kimi qəbul etdiyi qaiməfakturalar üzrə məbləğ çıxıldıqdan sonra 41.705,82 manat ödənişin cavabdeh tərəfindən iddiaçıya nağdsız qaydada hansı səbəbdən ödənilməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətində qaimə-fakturalar üzrə borcunu etiraf etməsini onun rusdilli olması və şikayəti şəxsən özünün tərtib etməməsi ilə əlaqələndirməklə, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında borcun etiraf ediməsinə dair izahatından iddiaçının imtinasını mötəbər sübut kimi qəbul etməklə prosessual pozuntuya yol vermişdir. Bundan başqa bildirilmişdir ki, məhkə mə kollegiyası “Azərbaycan Respublikası Milli Məclisinin 24 mart 1995-ci il tarixli, 999 saylı qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 09 iyun 2009-cu il tarixli, 831 saylı Qanunla qüvvədən düşmüş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa istinad etməklə tərəflər arasında tərtib olunmuş üzləşmə aktını qüsurlu sənəd və mötəbər olmayan sübut kimi qiymətləndirmişdir. Halbuki, 29 iyun 2004-cü il tarixdən qüvvədə olan “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda qarşılıqlı üzləşmə aktına dair apellyasiya məhkəməsinin irəli sürdüyü xüsusi tələblər nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası həmçinin, üzləşmə aktında və iddia ərizəsində nəzərdə tutulmuş borc məbləğlərinin fərqli olmasına istinad etməklə iddiaçının borcla bağlı Vahid əsaslandırılmış mö vqeyinin olmaması nəticəsinə gəlmişdir. Halbuki, 7 ədəd qaimə-faktura əsasında cavabdehə 180.181,21 manat məbləğində mallar təqdim edilmiş və cavabdeh tərəfindən ümumilikdə 61.724,31 manat ödəniş edilmişdir ki, bundan sonra onun iddiaçıya iddia tələbində nəzərdə tutulan 118.456,90 manat borcu qalmışdır. Aydın olduğu kimi apellyasiya məhkəməsi iş üzrə sübutlara lazımi qiymət vermədən və təqdim olunmuş dəlillərə dair araşdırma aparmadan çoxsaylı qanun pozuntularına yol verməklə əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”nın 4.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2, 77, 88, 106.1, 217.2, 386-cı maddələrinə istinad etmişdir. Tərəflərin işt irakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, onlar aşağıdakı qaydada pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin yuxarıda əks olunmuş prosessual vəziyyətind ən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh şikayət vermiş, iddianın təmin olunmayan hissəsindən iddiaçı şikayət verməmişdir. Lakin apellyasiya məhkəməsi tam iddia tələbinə münasibət bildirməklə onu təmin etməmiş, halbuki iddianın təmin olunmamış hissəsi mübahisələndirilməmişdir. Maddi hüquq normaların yoxlanılması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Apellyasiya məhkəməsinin qərarından göründüyü kimi, məhkəmə yalnız “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 10.6 və prosessual qanunvericiliyin tələblərinə əsaslanmışdır. Halbuki, işin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi tərəflər arasında mülki qanunvericiliyin alqı-satqı müqaviləsindən irəli gələn m ünasibətlər yarandığını müəyyən etmiş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin müqavilə münasibətlərini tənzimləyən qaydalarını və müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlı maddələrini tətbiq etməmiş, gəldiyi nəticəni maddi hüquq normalara uyğun olaraq əsaslandırmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi əsaslar üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Qeyd edilmiş əsasla məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının hüquqi məsələlərə aid hissədə iddiaçının kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir. Eyni zamanada, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsi münasibətləri Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin 567, satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı həmin Məcəllənin 570, alınmış əşyanın ödənilməsi qaydaları Məcəllənin 598, tələbin ixtiyarlı şəxsə icra edilməsi qaydaları Məcəllənin 443, borcun etiraf edilməsinə dair qaydalar Məcəllənin 882-ci maddələri ilə tənzimlənmişdir. Bundan başqa, sübutlar kimi təqdim edilmiş “qaimə-fakturaların” hüquqi əsasları müxtəlif sahəvi normativ-hüquqi aktlarla tənzimlənmişdir. Göstərilənlər iddianın qanuni əsasını təşkiı edir ki, həmin qanunvericiliyin müddəaları işin müəyyən edilmiş hallarına tətbiq edilməklə məhkəməyə nəticə gəlməlidir. Azərbaycan Respublikası MPM-nin 418.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməl idir: 418.4.7. məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qətnamənin ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tu taraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı “İddiaçı” MMC-nin direktoru Gürkan Arıç tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26dekabr 2018-ci il tarixli, 2-2(103)-491/2018 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-156/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-156/2019
24.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver