Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-156/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı MMC-nin cavabdeh X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması, üzləşmə aktı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh X1 (bundan sonra cavabdeh) qarşı“borcun qaytarılması” tələbinə dair iş üzrə BakıApellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-836/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin v erdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən “X6” MMC xx.xx.2004-ci il tarixdə 0204-A4-823 saylı nömrə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir. x xxxxxx 2016-ci il tarixdə “X6” MMC (“Satıcı”) ilə cavabdeh (“Alıcı”) arasında 14 c nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin 1.4-cü bəndində göstərilən malları, satıcı satmağı alıcı isə almağı öz öhdəsinə götürmüşdür; 4.1-ci və 4.2-ci bəndlərinə əsasən malların təhvil-təslimi alıcının sifarişində 2 gün ərzin də satıcının anbarında həyata keçirilir. Satıcının anbarında malların alıcıya təhvil verdiyi gün satıcının öz öhdəliklərini icra etdiyi gün hesab olunur; həmin tarix malların təhvil-təslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə (qaiməfaktura) təsdiqlənir; 5.1-ci və 5.2-ci bəndlərinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilənin icrası müddətində yarana biləcək hər hansı məbləğdə əlavə debitorlar borcu bu müqavilənin bitmə tarixindən gec olmayaraq ödənilməlidir. Hər iki tərəf müqavilənin şərtləri ilə razılaşaraq imza və möhürlə təsdiq etmişlər. İddiaçının satış təmsilçisi Ramil Həsənov, nəzarət-təsərrüfat şöbəsinin əməkdaşı A.Kamallı və cavabdeh ar asında tərtib edilmiş xx xxxxxxxx 2018-ci il tarixli “Üzləşdirmə aktı” ilə cavabdehin iddiaçıya xx.xx.2018-ci il tarixə 52.041,68 manat borcunun olduğu təsdiq edilmişdir. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 52.041,68 manat borcun, xx.xx.2018-ci il tarixdən qəbul ediləcək qətnamənin icra edildiyi günədək malların ödənilməyən dəyərinin 0,1%-i məbləğdə cərimə faizinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 31 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı üzərinə götürdüyü öhdəliklər tamamilə icra olunsa da, cavabdeh öhdəliklərini bu günədək lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə icra olunmamış borc öhdəliyi yaranmışdır. Tərtib edilmiş sonuncu, xx xxxxxxxx 2018-ci il tarixli, ikitərəfli imzalanmış “Hesablaşmaların qarşılıqlı üzləşdirilməsi” aktına əsasən cavabdehin müəssisəyə 52.041.68 manat borcunun mövcud olduğu təsdiqlənmişdir. Müqavilənin 5.1ci bəndinə əsasən ödəmə malların alıcıya verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Məsələni həll etmək məqsədilə dəfələrlə müəssisə tərəfindən həmin borcun ödənilməsi ilə əlaqədar cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoymuş, yaranan borcu ödəməmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 448, 600, 601-ci maddələrinə istinad edilmişdir. 1 say lı Bakıİnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(81)-310/2019 saylı iş) x xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 52.041,68 manat əsas borc, 2.602,08 manat cərimə, ümumilikdə 54.643,76 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 31 manatın 21 manat hissəsinin cavabdehə, 10 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlərTağızadə Mirzə Nəsib oğlu-məruzəçi,X4 və X3, 2-2(103)-836/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya ş ikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul olunduğundan əsassızdır və ləğv edilməlidir. Hər iki instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən etmişlər ki, guya cavabdehin iddiaçıya 52.041,68 manat borcu yar anmış və iddiaçı həmin borcu cavabdehdən tələb etməyə haqlı olmuşdur. Borcun yarandığını təsdiq edən üzləşmə aktı cavabdeh tərəfindən imzalanmamışdır və həmin sənədin sübut qismində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməsi əsassızdır. Bu səbəbdən işin tam araşdırılması üçün müvafiq ekspertiza keçirilməsinə dair vəsatətlə cavabdeh apellyasiya instansiya məhkəməsinə müraciət etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyərək mübahisəli üzləşmə aktındakı imza ilə etibarnamədəki imzanı müqayisə edərək cavabdehin imzası olduğunu təsdiq etmiş və bununla da, müvafiq ekspertiza təyin etmədən cavabdehin iddiaçıya borclu olduğunu təsdiq etmişdir. Şikayət əsaslandırılarkən Mülki Prosessual Məcəllənin 88, 89.1, 97.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandıma hissəsi: Mülki Məcəllənin tələblərinə əsasən: öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1-ci maddə); öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə); öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə); əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1-ci maddə); alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567-ci); alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1-ci maddə). İddiaçı ilə cavabdeh arasında x xxxxxx 2016-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin 1.4-cü bəndində göstərilən malları, satıcı satmağı alıcı isə almağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən malların təhvil-təslimi alıcının sifarişində 2 gün ərzində satıcının anbarında həyata keçirilir. Satıcının anbarında malların alıcıya təhvil verdiyi gün satıcının öz öhdəliklərini icra etdiyi hün hesab olunur; həmin tarix malların təhvil-təslimi barədə aktla və yaxud malların qəbulu haqqında sənədlə (qaiməfaktura) təsdiqlənir. Müqavilənin 5.1-ci və 5.2-ci bəndlərinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nəğd hesablaşma yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilənin icrası müddətində yarana biləcək hər hansı məbləğdə əlavə debitorlar borcu bu müqavilənin bitmə tarixindən gec olmayaraq ödənilməlidir. İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, cavabdeh isə öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmuşdur. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdeh olduğundan müqavilədə müəyyənləşdirilmiş malın dəyərini ödəmədiyindən onu qayta rmaq öhdəliyi daşımışdır. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx xxxxxxxx 2018-ci il tarixli üzləşdirmə aktından görünür ki, cavabdeh iddiaçıya xx.xx.2018-ci il tarixə 52.041,68 manat məbləğində borcu olduğunu imzası ilə təsdiq etmiş, şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd etmişdir. O da qeyd edilir ki, tərəflər ilk dəfə xx xxxxxxxx 2018-ci il tarixdə cavabdehin iddiaçıya 52.058 manat borcu olması barədə akt tərtib edib imzalamış, xx xxxxxxxx 2018ci il tarixli aktda da borcun olmasını bir daha təsdiq etmişlər. Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Həmin Məcəllənin 881.2-ci maddəsinə əsasən, barışıq razı laşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur... Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur... (881.3-cü maddə). Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etira f üçün də belə forma tələb edilir (882.1-ci maddə). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2-ci maddə). Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir (882.5-ci maddə). Cavabdeh iddiaçıya 52.041,68 manat borcunu xx xxxxxxxx 2018-ci il tarixli üzləşmə aktı ilə etiraf etmişdir. İş birinci instansiya məhkəməsinin icraatında olarkən cavabdehin vəkili (nümayəndəsi) məhkəmə iclaslarında iştirak etmiş, xx xxxxxxxx 2018-ci il tarixli üzləşmə aktında olan imzanın cavabdehə məxsus olmaması ilə bağlı mübahisə açmamışdır. Cavabdeh iddiaçının satdığı malın keyfiyyəti nin aşağı olduğu üçün 25.000 manat güzəşt olunduğunu bildirmiş, bu hal iddiaçı tərəfindən etiraf edilməmiş, cavabdeh etirazının dəlili kimi məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh mübahisə olunan məbləğin iddiaçıya ödənilməsi və iddiaçının ona 25.000 manat güzəşt edilməsi barədə məhkəmələrə sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (76.1-ci maddə). Hər bir tərəf öz tələblərinin və etirazlarını n əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (88-ci maddə). Cavabdeh etirazının əsası kimi məhkəmələrə hər hansı sübut təqdim etməmiş, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin qeyd edilən normalarına əməl edərək işdə olan sübutlara düzgün hüquqi qiymət vermişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilə bilməz. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənlər i və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-2(103)-836/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-156/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-156/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver