Məhkəmə qərarları › İş №2-2(102)-156/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-156/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-156/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilənin ləğv edilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili, cavabdehin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya işi üzrə Cavabdeh MMC tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 20-ci il 02 dekabr tarixli, 2-2(105)-120/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. “Satıcı” - hüquqi şəxs «İddiaçı” Şirkəti ilə (bundan sonra – “iddiaçı”) “Alıcı” - hüquqi şəxs Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin 1.1, 2.1, 2.2 və 3.1-ci bəndlərinə əsasən, "Satıcı" bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akumulyatorları (bundan sonra malları) " Alıcı"-ya satmağı, "Alıcı" isə malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. "Satıcı" malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə, Hesab və qaimə faktura ilə birlikdə "Alıcı"-ya təhvil verməlidir. "Satıcı" satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya verir. "Alıcı" bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini qaimə faktura təqdim edildikdən sonra, 3 iş günü ərzində ödəməlidir. 2. xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tərtib edilmiş ayrı-ayrı elektron qaimələrə görə, tərəflər arasında müxtəlif çeşidli təkərlərin və akumulyatorların alqı-satqısı həyata keçirilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli, 27 nömrəli məktuba görə xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış təkərlər və akumlyatorlara görə ƏDV ilə birlikdə ödənilməli olan cəmi 70.776,40 manat məbləğində pulun 46.190 manat əsas borc və 10.796,40 manat ƏDV pulu tam ödənilmiş olsa da, alınmış təkərlərin keyfiyyətsiz və yararsız olması ilə əlaqədar qalan 13.790 (on üç min yeddi yüz doxsan) manat pulun ödənişi dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 13.790 manat məbləğində borc pul məbləğinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəmə yə müraciət edərək, xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 13.790 (on üç min yeddi yüz doxsan) manat məbləğində borcun, həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli malların (təkərlərin və s.) satılması nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə razılaşdırılmış mallar ayrı-ayrı vaxtlarda cavabdehə verilmiş olsa da, sonuncu tərəfindən alınmış malların pulunun 13.790 manat hissəsi ödənilməmişdir. Dəfələrlə həmin müqavilənin dəyərinin tam şəkildə, yəni 13.790 manat pulun ödənilməsi cavabdehdən tələb olunsa da, cavabdeh həmin borcunu ödəməmişdir. Şirkət cavabdehə pretenziya məktubu ilə müraciət edərək, xx xxx 2018-ci il tarixli 302 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borc məbləğinin Şirkətə rəsmi qaydada ödənilməsini tələb etmişdir. Cavabdeh həmin pretenziya məktubuna cavab verərək, müqavilə üzrə ödənilməli olan 13.790 manat pul məbləğinin ödənilməməsini təkərlərin bir çoxunun keyfiyyətsiz və yararsız olması ilə əsaslandırmışdır. Lakin, cavabdehin malların keyfiyyətsiz olması ilə bağlı ya zdıqları tamamilə əsassızdır. Belə ki, ödənişi tələb edilən təkərlər və akumlyatorlar xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək hissə-hissə cavabdehə təhvil verilmişdir. Yəni, xx xxxxxx 2018-ci ildə hər birinin qiyməti 235 manat olmaqla 4 ədəd 215/75R 17.5 LS/R3100126/124M ölçülü təkərlər-940 manat və hər birinin qiyməti 310 manat olmaqla 2 ədəd 315/70R22.5 20PR HS 201 ölçülü təkərlər-620 manat olmaqla, cəmi 1.560 manat, 16-xx xxxxxx 2018-ci il tarixlərdə hər birinin qiyməti 460 manat olmaqla 8 ədəd 295/80R 22,5 SH 1 100TL152/148M ölçülü təkərlər-3680 manat, xx xxxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 550 manat olmaqla 2 ədəd 315/80R22.5 SH 1** TL ***/150M ölçülü təkərlər- 1100 manat, hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 90 AH 12V AKU akkumlyator-270 manat və hər biri nin qiyməti 235 manat olmaqla 4 ədəd 215/75R 17.5 LS/R3100 126/124M ölçülü təkərlər-940 manat olmaqla, cəmi 2.310 manat, xx xxxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 225 AH 12V AKU akkumlyator-640 manat, xx xxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 235 manat olmaqla 2 ədəd 215/75R.17.5 LS/R3100 126/124M ölçülü təkərlər-470 manat, xx xxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 90 AH 12 V AKU akkumlyator-270 manat, hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 215/75R 17.5 LS/T5500 126/124M ölçülü təkərlər-640 manat, hər birinin qiyməti 240 manat olmaqla 2 ədəd 215/75R17.5 LS/T5500 126/124M ölçülü təkər 480 manat, hər birini qiyməti 235 manat olmaqla 8 ədəd 215/75R17.5 LS/R3100 126/124M ölçülü təkərlər-1.880 manat olmaqla cəmi 3. 270 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 88AH12V AKU akkumlyator-270 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 240 manat olmaqla 2 ədəd 215/75R17.5 LS/T5500 126/124M ölçülü təkərlər-480 manat, hər birinin qiyməti 235 manat olmaqla 215/75R17.5 LS/R3100 126/124M ölçülü təkərlər-470 manat olmaqla cəmi 950 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 225AH 12V AKU akumulyator-640 manat olmaqla təhvil verilmiş və həmin tarixdə müvafiq olaraq elektron qaimələr cavabdehə göndərilmişdir. Buna baxmayaraq həmin malların təhvil verildiyi vaxtdan sonra onların keyfiyyətsiz və yararsız olması ilə bağlı iddiaçıya xəbərdarlıq və ya bildiriş göndərilməmiş və hər hansı tələb irəli sürülməmişdir. Cavabdeh tərəfində n ödənilməli olan 13.790 manat məbləğində əsas vəsait ödənilməsə də, həmin vəsaitə görə yaranan ƏDV ödənilmişdir. Cavabdeh 13.790 manat məbləğində pulu qanunsuz olaraq saxlamaqla iddiaçının əmlak hüquqlarını kobudcasına pozmuşdur.

7. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 28 avqust tarixli, e-2-2(119)-9/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 13.790 manat məbləğində borc, 600 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş xərc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14.420 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, xx xxx 2018-ci il tarixli, 302 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim – Z.Sadiqov).

8. Birinci instansiya məhkəməsi hesab etmişd ir ki, xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi əsasında ƏDV ilə birlikdə hesablanmış cəmi 70.776,40 manat məbləğində təkər və akumlyatorların alqı-satqısı baş tutmuş olsa da, həmin məbləğin təkər və akumlyatorların dəyərinə aid 13.790 manat hissəsi ödənilməmişdir. Tərəflər müqavilə üzrə alınmış mallara görə 13.790 manat məbləğində pulun ödənilməməsini mübahisələndirməmişlər. Lakin, cavabdeh tərəf (alıcı) həmin məbləğin ödənilməməsini alınmış təkərlərin bir hissəsinin istehsal qüsurlu olması ilə əsaslandırsa da, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf (satıcı) isə həmin alqı-satqı zamanı cavabdeh tərəfin (alıcının) cəmi 18 ədəd təkərin qüsurlu olması barədə məlumat verdiyini və buna görə də, həmin qüsurlu təkərlərin əvəzinə 20 ədəd t əkərin verilərək, həmin zərərin aradan qaldırıldığını bildirmişdir.

9. Cavabdeh pulu ödənilməyən təkərlərin istehsal qüsurlu olması ilə əlaqədar məhkəməyə xx xxxxxx 2020-ci il tarixli akt, məktub və fotoşəkillər təqdim etsə də, həmin sənədlərlə pulu ödənilməmiş təkərlərin məhz istehsal qüsuruna görə yararsız hala düşməsinin müəyyən edilməsi mümkün olmamışdır. Həmin halın müəyyən edilməsi üçün “Alıcı” tərəfindən qüsurlu təkərlərin vaxtında istismardan çıxarılaraq müvafiq qaydada “Satıcı” tərəfə təqdim edilməsi və bu xüsusatın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilərək, mübahisələndirilməsi müəyyən edilməmişdir. Halbuki, müqavilənin 2.2-ci bəndinə əsasən, "Satıcı"nın satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya ver məsi nəzərdə tutulduğu üçün, “Alıcı” aldığı təkərlərin fabrik xətaları olmasını müəyyən etdiyi halda müvafiq qaydada "Satıcı"-ya məlumat verərək, zəruri sənədləşmə işlərini aparmalı idi. Məhz, 18 ədəd qüsurlu təkərlərə münasibətdə bu qaydaya riayət olunması səbəbindən, həmin qüsurlu təkərlər “Satıcı” tərəfindən “Alıcı”-ya əvəz edilmişdir.

10. Beləliklə, xx xxx 2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi üzrə alınmış mallara görə ödənilməli olan pulun bir hissəsi, yəni 13.790 manat məbləğində borc cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.

11. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 567, 600.1, 600.4, 385.1, 425.1, 427.3, 442, 448.1, 448.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən apely asiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 02 dekabr tarixli, 2-2(105)-120/2020 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən), Z.İ.Məmmədov və H.Ç.Babayeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 28 avqust tarixli, e-2-2(119)-9/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda §§ 8-9) uyğun əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır.

15. Həmçinin qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək malı cavabdehə versə də, cavabdeh müqavilə üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi vaxtında icra etməmişdir.

16. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 421.2, 600.1, 588.1, 588.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh iddiaçı Şirkətin işçisi X1 54 ədəd xxx 29580R22.5 SH100TL152148M markalı təkərlər almış, həmin təkərlər keyfiyyətsiz, qüsurlu və yararsız olduğundan, XXX gəlib təkərlərə baxmış və bildirmişdir ki, həmin təkərlərin yerinə başqa Çin iste hsalı olan eyni ölçüdə təkərlər verə bilər. Bir neçə gün sonra 20 ədəd Çin istehsalı olan təkər gətirmiş, qalan 34 ədəd təkəri də gətirəcəyənə vəd versə də, vədinə əməl etmədiyindən, həmin 34 ədəd təkərin pulu, yəni 13.790 manat ödənilməmişdir.

19. İddiaçı» Şirkətinin Direktoru XXX imzası və möhürü ilə təsdiqlənən, lakin tarixi olmayan pretenziyaya cavabdeh tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, alınan və bəhs olunan həmin təkərlər istismara yararsız olduğundan, həqiqətən də onlara olan 13.790 manat pulun ödənilməsi dayandırılmışdır. Cavabdeh akumlyator və sair alınan digər malların pulunu yox, məhz XXX markalı 34 ədəd təkərlərin pulu olan 13.790 manat pulu verməkdən imtina etmişdir. Tərəflər arasında bağlanan müqavilənin «Satıcının öhdəlikləri»ad lanan 2.2-ci bəndi «Satıcı satdığı mallara fabrik xətasına qarşı 1 il qarantiya verir». Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan şəkillərdən də görünür ki, təkərlər fabrik xətası olaraq tam istifadəyə yararsız olmuşdur.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77.1, 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı

22. Cavabdehin vəkili nümayəndə kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

23. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norma larını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsə lən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. “Maddə

427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həm in gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyy ətdən qabaqcadan azad etmək olmaz. “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. “Maddə

588. Satıcının cavabdeh olduğu qüsurlar 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfi ndən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 02 dekabr tarixli, 2-2(105)-120/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, iddiaçı Şirkətin işçisi X1 alınmış 54 ədəd xxx 295 80R22.5 SH100TL152148M markalı təkərlər keyfiyyətsiz, qüsurlu və yararsız olduğundan, XXX gəlib təkərlərə baxarkən bildirmişdir ki, həmin təkərlərin yerinə başqa Çin istehsalı olan eyni ölçüdə təkərlər verə bilər. Bir neçə gün sonra 20 ədəd Çin istehsalı olan təkər gətirmiş, qalan 34 ədəd təkəri də gətirəcəyənə vəd versə də, vədinə əməl etmədiyindən, həmin 34 ədəd təkərin pulu, yəni 13.790 manat ödənilməmiş, onlara olan 13.790 manat pulun ödənilməsi dayandırılmışdır. Cavabdeh akumlyator və sair alınan digər malların pulunu yox, məhz XXX markalı 34 ədəd təkərlərin pulu olan 13.790 manat pulu verməkdən imtina etmiş, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə görə satıcı satdığı mallara fabrik xətasına qarşı 1 il qarantiya verir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan şəkil lərdən də görünür ki, təkərlər fabrik xətası olaraq tam istifadəyə yararsız olmuşdur.

31. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh pulu ödənilməyən təkərlərin istehsal qüsurlu olması ilə əlaqədar məhkəməyə xx xxxxxx 2020-ci il tarixli akt, məktub və fotoşəkillər təqdim etsə də, həmin sənədlərlə pulu ödənilməmiş təkərlərin məhz istehsal qüsuruna görə yararsız hala düşməsinin müəyyən edilməsi mümkün olmamışdır. Həmin halın müəyyən edilməsi üçün “Alıcı” tərəfindən qüsurlu təkərlərin vaxtında istismardan çıxarılaraq müvafiq qaydada “Satıcı” tərəfə təqdim edilməsi və bu xüsusatın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilərək, mübahisələndirilməsi də iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, Müqavilənin 2.2-ci bəndində "Satıcı"nın satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya verməsi nəzərdə tutuldugundan, “Alıcı” aldığı təkərlərin fabrik xətaları olmasını müəyyən etdiyi halda, müvafiq qaydada "Satıcı"-ya məlumat verərək, zəruri sənədləşmə işlərini aparmalı idi. Beləliklə, cavabdeh tərəf (alıcı) 13.790 manat pulun ödənilməməsini alınmış təkərlərin bir hissəsinin istehsal qüsurlu olması ilə əsaslandırsa da, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

32. Qeyd edilənlərə əsasən həmin təkərlərin bir hissəsinin istehsal qüsurlu, keyfiyyətsiz və yararsız olması barədə cavabdehin dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

33. Kassasiya şikayətinin digər dəlilində isə qeyd edi lmişdir ki, həm birinci instansiya məhkəməsində, həm apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmiş, işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.

34. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətində qeyd edilənlər isə bu pozuntuların özünü konkret olaraq nədə büruz ə verdiyi göstərilmədiyi, sadəcə olaraq prosessual hüquq normaları sadalanmaqla kifayətlənildiyi üçün qəbul edilə bilməz. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, cavabdehin nümayəndəsi və vəkili istər birinci instansiya məhkəməsində, istərsə də işə apelyasiya qaydasında baxılarkən məhkəmə iclaslarında iştirak etməklə iddiaya etirazlarını bildirmiş, prosesin çəkişmə prinsipinə hər iki məhkəmə instansiyalarında riayət edilmiş, onlara prosessual hüquq və vəzifələri izah edilmiş, zəruri hesab etdikləri sübutları təqdim etmələri üçün müvafiq şərait yaradılmışdır.

35. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düz gün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 02 dekabr tarixli, 22(105)-120/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

37. Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 02 dekabr tarixli, 2-2(105)-120/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar