Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-157/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İlkin iddia üzrə iddiaçı “GP Alpha Greenhouse" MMC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Təmir-Tikinti Müəssisəsi MMC-ə qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Təmir Tikinti Müəssisəsi MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı MMC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddiasına dair iş üzrə Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov, Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Da daşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1103/2021 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı MMC və ilkin iddia üzrə cavabdeh “Təmir Tikinti Müəssisəsi“ MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ
1. İlkin iddia üzrə İddiaçı (bundan sonra – MMC) 2021-ci il 3 mart tarixində cavabdehlər Ağayev Boqdan Yuryeviçə və “Təmir Tikinti Müəssisəsi“ MMC-yə (bundan sonra – Müəssisə) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq, 179425,66 Azərbaycan manatının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.
2. Daha sonra ilkin iddia üzrə cavabdeh Müəssisə qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 91362,58 manat məbləğində pulun, 22840 manat məbləğində dəbbə pulunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 114232,58 manat məbləğində pulun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh MMC-dən tutularaq, Müəssisəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli, 2-2(113)-1724/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmişdir (hakim – Emin Əliyev).
4. İlkin iddia üzrə iddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edildiyi hissəsində ləğv edilməklə ilkin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılması, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində isə qətnamənin qüvvədə saxlanılmasını xahiş etmiş, eyni zamanda ilkin iddia üzrə cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edərək qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-1103/2021 saylı, 2021-ci il 27 oktyabr tarixli qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1724/2021 saylı, 2021-ci il 24 iyun tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – Vüsalə Baxışova, hakimlər – Raqib Qurbanov, Elnur Həsənov).
6. Qətnamə 2021-ci il 11 noyabr tarixində iddiaçı və cavabdehin vəkilləri və eyni zamanda onların nümayəndələri olan şəxslərə məxsus elektron kabinetlərində yerləşdirilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə iddiaçı 2022-ci il 11 yanvar tarixində, ilkin iddia üzrə cavabdeh isə 2021-ci il 23 dekabr tarixində kassasiya şikayətləri (ayrı-ayrılıqda) vermişdir.
8. İlkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətləri (bax §7) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksiyası) müəyyən edilmiş formada (3 saylı Əlavə) (bundan so nra – MPM) tərtib olunmamışdır.
9. Belə ki, bu Məcəllənin 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 iyul 2021-ci il tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 3”də göstərilmişdir. 10.“Kassasiya şikayətinin forması” adlanan həmin “Əlavə 3” də kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli olması müəyyən edilmişdir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Eyni zamanda kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməli dir.
11. Göründüyü kimi kassasiya şikayəti verilərkən şikayət yalnız formanın özünə deyil, həmçinin onun məzmununa uyğun olmalı və vəhdətlik təşkil etməlidir.
12. Məhkəmə qeyd edir ki, MMC və Müəssisə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri yuxarıda qeyd olunan forma ilə uyğunluq təşkil etməmişdir (şikayətin formada göstərilmiş cədvəllərə uyğun tərtib olunması, pozulmuş və ya düzgün tətbiq edilməmiş maddi və prosessual hüquq normalarının formaya uyğun sıralanması).
13. MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Göstərilənlərə əsasən MMC və Müəssisə tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikay ətlərinin icraata qəbul edilməsindən imtina edilməli və həmin şikayətlərin MPM-in 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
15. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1103/2021 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı “GP Alpha Greenhouse" MMC və ilkin iddia üzrə cavabdeh Təmir Tikinti Müəssisəsi MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin icraata qəbulundan imtina edilsin və həmin şikayətlərin MPM-in 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apell