Məhkəmə qərarları › İş №2-2(102)-157/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-157/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-157/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilkin və qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası; Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-915/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Sifarişçi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsi ilə icraçı qismində İddiaçı MMC arasında 2022-ci il 3 avqust tarixli 16/2022 nömrəli mallarının satınalma müqaviləsi bağlanmışdır.

2. Daşıyıcı qismində Cavabdeh MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında 2022-ci il 19 noyabr tarixli D/027 nömrəli yüklərin daşınması xidməti üzrə müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin mövzusu sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daş ıyıcı tərəfindən nəqliyyatı vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanı həyata keçirir. 2.2.1-ci bəndinə əsasən sifarişçinin sifariş ərizəsinə və ya bu müqavilənin ayrılmaz hissəsi olan əlavə razılaşmaya əsasən yükü daşınmaya qəbul etmək, yükü təyinat yerinə çatdırmaq və yükü yükalana, yaxud yükalanın səlahiyyətli nümayəndəsinə təhvil vermək daşıyıcının öhdəliyidir. 2.2.5-ci bəndinə əsasən yükün Çin Xalq Respublikasından çıxdığı andan 15-20 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyidir. 2.4.4-cü bəndinə əsasən daşıyıcının xidmətlərini ödəmək, həmçinin sifarişçinin maraqları naminə və ya sifarişçinin təqsiri üzündən daşıyıcı tərəfindən çəkilmiş xərcləri, məsrəfləri, cərimələr və digər ödənişləri ödəmək sifarişçinin öhdəliyidir. 3.4-c ü bəndinə əsasən müqavilənin valyutası ABŞ dollarıdır. Ödəniş daşıyıcının hesabfakturalarında göstərilən şərtlərə uyğun olaraq təqdim olunan hesab-faktura əsasında 3 iş günü ərzində həyata keçirilir. 3.6-cı bəndinə əsasən bu müqavilə üzrə ödəniş sifarişçi tərəfindən daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında daşıma xərcinin 30% avans ödəniş kimi həyata keçirilir. 3.7-ci bəndinə əsasən hazırkı müqavilə üzrə qalıq qalan 70% ödəniş malın təhvil verilməsi anına qədər həyata keçirilir. 3.8-ci bəndinə əsasən hazırkı müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,3%-i miqdarında daşıyıcıya cərimə ödəməlidir. 4.1-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. 4.1.3-cü bəndinə əsasən tərəflər fors-major halları (təbii fəlakətlər, hərbi münaqişələr, yanğın, epidemiya, pandemiya, tətillər və s.) səbəbindən və ya bu müqavilənin yerinə yetirilməsi imkanlarına bilavasitə təsir göstərən hakimiyyət orqanlarının hərəkətləri səbəbindən öhdəliklərin tam və ya qismən yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar. 7.1-ci bəndinə əsasən tərəf hazırkı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi və ya lazımınca yerinə yetirilməməsini müqavilənin hazırkı maddəsində göstərilən maneənin nəticəsində baş verdiyini sübut etdiyi təqdirdə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyətdən azad edilir. Fors major hallarına aşağıdakılar daxild ir, lakin fors major halları təkcə aşağıda sadalananlar ilə məhdudlaşmır: həm elan edilmiş, həm də elan olunmamış müharibə, hakimiyyət və icra orqanları tərəfindən qəbul edilmiş yükün daşınmasına mane olan qərarlar, vətəndaş müharibəsi, üsyan və inqilablar, piratçılıq, sabotaj aktları, epidemiya, pandemiya, fırtınalar, siklonlar, zəlzələlər, sunamilər, daşqınlar kimi təbii fəlakətlər, ildırım vurmasının törətmiş olduğu zərər, boykot, müxtəlif növ tətillər və lokautlar. 3. 2022-ci il 19 noyabr tarixli D/027 nömrəli müqavilə üzrə göstərilən xidmətlərin cəmi dəyəri 52.720 manat təşkil edir (2022-ci il 19 noyabr tarixli 027 nömrəli qiymət razılaşma protokolu).

4. Malların çatdırılma tarixi 2022-ci il 3 avqust tarixindən 2022-ci il 18 oktyabr tarixinədək müəyyənləşdirilmişdir (2022-ci il 3 av qust tarixli 16/2022 nömrəli müqaviləyə 2 saylı əlavə).

5. İddiaçı MMC “X3 Equipment Manufactory” şirkətindən 660 ədəd əlil arabası sifariş etmişdir (2022-ci il 19 sentyabr tarixli satınalma sifarişi). 6. “X3 Equipment Manufactory” tərəfindən 660 ədəd əlil arabası (ümumi dəyəri 48020 ABŞ dolları, həcmi 131,90 m3 ) İddiaçı MMC üçün qablaşdırılmışdır (2022-ci il 19 sentyabr tarixli proforma faktura).

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 19 noyabr tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə üzrə 17.720 manat məbləğində ödəniş edilmişdir (2022-ci il 25 noyabr tarixli ödəniş tapşırığı).

8. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 2022-ci il 19 noyabr tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə üzrə 1.215 manat məbləğində ödəniş edilmişdir (202 3-cü il 23 fevral tarixli ödəniş tapşırığı). 9. 430 ədəd əlil arabası qablaşdırılmışdır (İddiaçı MMC “X3 Equipment Manufactory” şirkətinin 2023-cü il 3 yanvar tarixli qablaşdırma siyahısı).

10. Cavabdeh MMC məktubla İddiaçı MMC-yə müraciət edərək bildirmişdir ki, qeyd olunan yükün daşıyıcıya istehsalçı zavod tərəfindən təhvil verilməsi həmin tarixdə deyil, bir həftə sonra, yəni 2022-ci il 26 noyabr tarixində həyata keçirilmişdir və bu hal gecikmə səbəblərdən biri kimi nəzərə alınmışdır. Digər tərəfdən yükün daşınması yeni il ərəfəsinə təsadüf etdiyindən və yeni il ərəfəsində Çin mallarına olan tələbat xüsusi ilə artdığından Çin Qazaxıstan sərhədində daşıyıcı nəqliyyat vasitələrinin uzun növbəsi yaranmışdır ki, bu da həvalə olunmuş yükün vaxtında çatdırılmasına öz mənfi təsirini göstərmişdi r. Bundan əlavə, həvalə olunmuş yükün daşınması dekabr ayına qış ayına təsadüf etmişdir və Qazaxıstan Respublikasında hava şəraitinin çox sərt olması yolları iflic vəziyyətinə salmış və daşınma xidmətinin həyata keçirilməsi üçün təhlükə yaratmışdır. Bu səbəbdən Qazaxıstan Respublikası hökumətinin göstərişinə əsasən 2022-ci il 27 dekabr tarixinə qədər Respublikadan kənar istiqamət üzrə yük nəqliyyat vasitələrinin hərəkət etməsinə qadağa qoyulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq və hava şəraitinin kəskin ağır olmasını əsas tutaraq gecikmə səbəblərini fors-major kimi qəbul edilməsi xahiş edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli 3(103)-1182/2023 nömrəli qərarı ilə Bakı Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Şəhə ri Binəqədi Rayon Məhkəməsinin 2023-cü il 25 aprel tarixli 3(001)-1430/2023 nömrəli qərarı ləğv edilmiş və Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş 2023-cü il 28 mart tarixli EP ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 1.500 manat məbləğində cərimə edilmişdir.

12. İddiaçı MMC tərəfindən 2023-cü il 19 iyun tarixli 3(103)-1182/2023 nömrəli qərara əsasən 1.500 manat məbləğində cərimə ödənişi edilmişdir (2023-cü il 20 iyul tarixli ödəniş tapşırığı).

13. İddiaçı MMC pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək müqavilənin ləğv edilməsi və dəymiş ziyanın ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdi r.

14. Cavabdeh MMC pretenziya məktubu ilə İddiaçı MMC-yə müraciət edərək 22.280 manat əsas borc, 7.419 manat cərimə borcunun qısa müddət ərzində ödənilməsini xahiş etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı MMC (bundan sonra – “iddiaçı MMC”) 2023-cü il 16 noyabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh Logistics”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Logistics tərəfindən 2022-ci il 19 noyabr tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçı MMC-yə dəymiş ümumilikdə 26.532 ABŞ dolları və 20.293 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia t ələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh Logistics arasında 2022-ci il 19 noyabr tarixdə yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən cavabdeh Logistics iddiaçı MMC tərəfindən Çin Xalq Respublikasından alınmış əlil arabalarını satıcıdan qəbul edib, 15-20 gün müddətində Azərbaycan Respublikasına çatdırmağı və iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlandıqdan sonra yük daşıma müqaviləsinin ümumi dəyəri olan 52.720 manat məbləğdən 30 faizi cavabdeh Logistics-in təqdim etdiyi hesab faktura əsasında 2022-ci il 25 noyabr tarixində 17.720 manat, 2023-cü il 23 fevral tarixində isə 1.215 manat məbləğində iddiaçı MMC tərəfindən pul ödənilmişdir. 2022-ci il 24 noyabr tarixində cavabdeh Logistics t ərəfindən iddiaçı MMC aldığı 660 ədəd əlil arabasının hamısı Çin Xalq Respublikasında satıcıdan təhvil alınmışdır. Cavabdeh Logistics tərəfindən müqavilə predmetini təşkil edən yüklərin tam şəkildə 2022-ci il 24 noyabr tarixində qəbul edilməsinə baxmayaraq, daşıyıcı tərəfindən müqavilə tələbləri və üzərinə götürdüyü öhdəliklər tam şəkildə pozulmuşdur. Müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh Logistics 2023-cü il 31 yanvar tarixində müqavilə üzrə nəzərdə tutulmuş müddət bitdikdən sonra Çin Xalq Respublikasında qəbul etdiyi 660 ədəd əlil arabasından 430 ədədini yararsız vəziyyətdə (soyuq şəraitdə saxlandığı üçün oturacaqların dəriləri çatlayaraq cırılmışdır. Bu səbəbdən iddiaçı MMC yararsız vəziyyət də olan əlil arabalarının oturacaqlarını təmir etmək üçün yenidən əlavə oturacaqlar sifariş vermək məcburiyyətində qalmışdır.) Azərbaycan Respublikasına gətirmiş və sifarişçiyə təhvil vermişdir. Cavabdeh Logistics tərəfindən Çin Xalq Respublikasında 2022-ci il 24 noyabr tarixdə qəbul edilmiş əlil arabalarından 230 ədədi isə bu günə qədər Azərbaycan Respublikasına gətirilməmiş və sifarişçiyə təhvil verilməmişdir. Dəfələrlə sifarişçiyə pretenziya məktubu ilə müraciətlər edilmiş, lakin heç bir nəticə olmamışdır. Cavabdeh Logistics tərəfindən 2022-ci il 19 noyabr tarixli yüklərin daşınması xidməti üzrə D/027 nömrəli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində iddiaçı MMC-yə maddi ziyan dəymişdir. Belə ki, iddiaçı MMC 660 ədəd əlil arabası üçün ümumilikdə 48.020 ABŞ dolları pul ödəmiş, 31.092 ABŞ dolları dəyərində olan 430 ədəd əlil arabası gətirilsə də, 16.928 ABŞ dolları dəyərində olan 230 ədəd əlil arabası bu günə qədər cavabdeh Logistics tərəfindən təhvil verilməmiş və həmin əlil arabaları faktiki olaraq daşıyıcıda qalmışdır. İddiaçı MMC 660 ədəd əlil arabasını vaxtında təhvil vermədiyi üçün 17.700 manat məbləğində cərimə edilmişdir. Cavabdeh Logistics tərəfindən ölkə ərazisinə gətirilən 430 ədəd əlil arabasının gətirilməsi ilə bağlı daşıyıcı tərəfindən sifarişçiyə öncədən məlumat verilmədiyi üçün iddiaçı MMC qısa idxal bəyannaməsi təqdim edə bilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli 3(103)-1182/2023006 nömrəli qərarı ilə 1.500 manat məbləğində cərimə edilmişdir. İddiaçı MMC tərəfindən 660 ədəd əlil arabası üçün xaricə köçürülmüş ümumilikdə 48.020 ABŞ dolları pul vəsaitinin müqabilində mallar tam şəkildə ölkə ərazisinə daxil olmadığı üçün həmin məbləğin 20 faizi həcmində cərimə tətbiq ediləcəkdir. Bu isə 9.604 ABŞ dolları məbləği deməkdir. Cavabdeh Logistics tərəfindən zədəli şəkildə təhvil verilmiş əlil arabalarının oturacaqlarının bərpa edilməsi üçün əlavə alınmış üzlüklərə görə 1.023 manat xərc çəkilmişdir.

17. Cavabdeh Logistics 2024-cü il 18 yanvar tarixində iddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, iddiaçı MMCdən 17.517 manat daşımadan yaranan əsas borc, 16.590 manat 2024-cü il 1 yanvar tarixinə olan cərimə borcu, 24.990 manat saxlanc xərcləri, iddianın verilməsi ücün ödənilən 270 manat, cəmi 59.367 manat məbləğin tutularaq cavabdeh Logist ics-ə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Logistics ilə iddiaçı MMC arasında yüklərin daşınması xidməti üzrə 2022-ci il 19 noyabr tarixli D/027 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində daşıyıcı tərəfindən nəqliyyat vasitəsi ilə beynəlxalq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 2.4.10-cu maddəsində müqavilənin 3-cü bölməsinə uyğun olaraq daşıyıcının xidmətləri üçün ödənişin vaxtında və tam şəkildə ödənilməsi sifarişcinin öhdəliyi kimi qeyd olunmuşdur. Tərəflər arasında bağlanmış 2022-ci il 19 noyabr tarixli müqavilənin 3.1-cü bəndinə əsasən sifarişçi bu müqavilənin şərtlərin ə əsasən göstərilən xidmətlərin dəyərini əvvəlcədən razılaşdırılmış tariflərə uyğun olaraq daşıyıcıya ödəyir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən ödəniş daşıyıcının hesab-fakturalarında göstərilən şərtlərə uyğun olaraq təqdim olunan hesab faktura əsasında 3 iş günü ərzində həyata keçirilir. Həmin müqavilənin 3.8-ci bəndində qeyd olunmuşdur ki, hazırkı müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, sifarişçi gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 0,3% miqdarında daşıyıcıya cərimə ödəyir. Həmin müqavilənin 4.3.5-ci maddəsinə görə sifarişçi daşıyıcı tərəfindən sifarişçiyə göstərilmiş xidmətlərin haqqının vaxtında ödənilməməsinə və ya göstərilmiş xidmətlərin haqqının ödənilməsindən əvəzsiz imtina edilməsinə görə məsuliyyət daşıyır. Qeyd oluna n müqavilənin şərtlərindən irəli gələrək cavabdeh Logistics tərəfindən hər kub üçün dəyəri 382,5 manat olan (225 ABŞ dolları) ǝlil arabasından ibarət iddiaçı MMC-yə məxsus 95 kub (430 ədəd əlil arabası) yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilmiş və 2023-cü il 31 yanvar tarixində həmin yük iddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-yə təhvil verilən yükün daşıma xərcinin 36.452 manat (95 kub x 382.50 manat) olmasını və həmin məbləğdən 18.935 manat məbləğin (17.720 + 1.215 manat) avans şəkində ödənilməsini nəzərə alaraq, qeyd olunan yükün daşınma xidməti üzrə 17.517 manat borc yaranmışdır. Bununla əlaqədar, müqavilə şərtlərinə əsasən 2023-cü il 31 yanvar tarixində cavabdehin təhvil verilən yüklə bağlı göstərilən xidmətin əvəzini təşkil edən məbl əğin ödənilməsinə dair 2023-cü il 14 fevral tarixində 030 saylı hesab faktura təqdim edilmiş, lakin hesab fakturanın təqdim olunmasından 2024-cü il 1 yanvar tarixinə qədər 316 gün keçməsinə baxmayaraq, təqdim olunmuş hesab-faktura üzrə ödəniş həyata kecirilməmişdir. Nəticədə ödəniləcək 17.517 manat məbləğin 0,3%-inin 52,5 manat təşkil etməsini, eyni zamanda ödənişin 316 gün gecikməsini nəzərə alanda, cavabdehin əsas məbləğdən əlavə 16.590 manat cərimə borcunun yaranması müəyyən olunur (17.517 x 0,3% = 52,5 X 316 gün = 16.590 manat). Bundan əlavə, daşınması həyata keçirilən yüklə bağlı ödənişlər həyata kecirilmədiyindən cavabdehǝ məxsus 42,5 kub (230 ədəd) yükün daşınması dayandırılmış və saxlanc üçün Çin - Qazaxıstan ölkələri arasında yerləşən “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün təhv il verilmişdir. Belə ki, müqavilənin 2.1.8-ci maddəsinə əsasən xidmətlərin dəyəri ödənilmədikdə, daşıyıcının yükü saxlamaq və yükü və ya nəqliyyat sənədlərini yük alana, yük göndərənə və ya onların nümayəndələrinə verməmək hüququ vardır. Yük tutulub saxlandığı zaman, daşıyıcı öz istəyinə uyğun olaraq yükü ya konteynerdǝ/nəqliyyat vasitəsində saxlaya bilər, ya da yükü anbara və ya digər təhlükəsiz yerdə yerləşdirə bilər. Bu halda yükün boşaldılması, yerləşdirilməsi, saxlanması, nəqliyyat vasitəsinin boş dayanması ilə bağlı xərclər və digər xərclər sifarişçinin hesabına ödənilməlidir. “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün verilmiş cavabdehə məxsus yük orada saxlandığından saxlanc xərcləri xx.xx.2024-cü il tarixinə 14.700 ABŞ dolları və ya 24.990 manat təşkil etmişdir. Cavabdeh müqavilədə n irəli gələn öhdəlikləri yerinə yetirməmiş və ona göstərilən xidmətin əvəzi olaraq 17.517 manat daşımadan yaranan əsas borc, 16.590 manat 2024-cü il 1 yanvar tarixinə olan cərimə borcu, 24.990 manat saxlanc xərcləri olmaqla, cəmi 59.097 manat məbləğində borcu yaranmışdır.

19. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 27 may tarixli e-2-2(113)-505/2024 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh Logistics-dən 16.928 ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq iddiaçı MMC-nin xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin olunmaması; qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçı MMC-dən 17.402,50 manat əsas borc, 1.200 manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84,14 manat olmaqla, cəmi 18.686,64 manat məbləği ndə pul tutularaq cavabdeh Logistics-nin xeyrinə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim - Z.Axundova).

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sifarişçi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsi ilə icraçı qismində iddiaçı MMC arasında 2022-ci il 3 avqust tarixli 16/2022 nömrəli mallarının satınalma müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən sifarişçi sanitar-qovşaqlı kreslo-arabalar satın alınması məqsədi ilə icraçının ƏDV ilə birlikdə 177.000 manat məbləğində təklifini qəbul etmiş, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürmüş, malların tam şəkildə sifarişçiyə təhvil verilmə tarixinin müqavilənin əlavəsində göstərilmiş qəbul qrafikinə uyğun olması, Malların 2 saylı əlavədə göstərilmiş müddətlər ərzində təhvil verilməsi razılaşdırılmışdır.

21. Həmin müqavilə üzrə öhdəliklərin icra olunması, kreslo-arabaların alınması məqsədilə iddiaçı MMC ilə Çin şirkəti olan “X3 Equipment Manufactory” şirkəti arasında alqısatqı müqaviləsi bağlanmış, 660 ədəd əlil arabası sifariş edilmiş və həmin arabaların dəyəri olan 48.020 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı MMC tərəfindən həmin şirkətə ödənilmişdir.

22. Qeyd olunan malların daşınmasını həyata keçirmək məqsədilə daşıyıcı qismində cavabdeh Logistics ilə sifarişçi qismində iddiaçı MMC arasında 2022-ci il 19 noyabr tarixli “Yüklərin daşınması xidməti üzrə” müqavilə bağlanmışdır. Müqavilə şərtl ərinə əsasən yükün Çin Xalq Respublikasından çıxdığı andan 15-20 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuşdur. Müqaviləyə əsasən daşıyıcı sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində nəqliyyat vasitəsilə (avtomobil, dəmir yolu və dəniz) beynəlxalq yükdaşımanın həyata keçirir. Yük daşıma müqaviləsinin ümumi dəyəri 52.720 manat müəyyən edilmiş, razılığa əsasən ödəniş sifarişçi tərəfindən daşıyıcının təqdim etdiyi hesab-faktura əsasında daşıma xərcinin 30%-nin avans ödəniş kimi, qalıq qalan 70% ödənişin isə malın təhvil verilməsi anına qədər həyata keçirilməsi nəzərdə tutulmuşdur.

23. Müqavilə bağlandıqdan sonra müqavilə dəyəri olan 52.720 manat məbləğdən cavabdeh Logistics-in təqdim etdiyi hesab faktura ə sasında 2022-ci il 25 noyabr tarixində 17.720 manat, 2023-cü il 23 fevral tarixində isə 1.215 manat, ümumilikdə 18.935 manat məbləğində pul vəsaiti iddiaçı MMC tərəfindən cavabdeh Logistics-ə ödənilmişdir. 24. 2022-ci il 24 noyabr tarixində cavabdeh Logistics tərəfindən iddiaçı MMC-nin aldığı 660 ədəd əlil arabasının hamısı Çin Xalq Respublikasında satıcıdan təhvil alınmış, lakin həmin malların bir qismi, daşıyıcının qəbul etdiyi 660 ədəd əlil arabasından 430 ədədi 2023cü il 31 yanvar tarixində iddiaçı MMC-yə çatdırılmış, yəni malların tam və vaxtında çatdırılması ilə bağlı öhdəliklər daçıyıcı tərəfindən lazımınca icra olunmamış, 660 ədəd əlil arabasının qalan 230 ədədi hazırkı vaxtadək iddiaçı MMC-yə təhvil verilməmişdir.

25. İddiaçı cavabdeh Logistics tərəfindən öhdəliklər pozulduğuna gö rə ziyana məruz qaldığını iddia etmiş, ona görə də qeyd olunan məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

26. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçıya zərər dəymişdir. Belə ki, əvvəla iddiaçı satıcı olan “X3 Equipment Manufactory” şirkətindən aldığı 660 ədəd əlil arabasına görə həmin şirkətə 48.020 ABŞ dolları məbləğində pul vəsaiti ödəmiş, lakin həmin malları tam şəkildə qəbul edən daşıyıcı yalnız 430 ədəd əlil arabasını iddiaçıya çatdırmışdır.

27. İddiaçı satıcıya ödədiyi 48.020 manat məbləğdən 31.092 ABŞ dolları dəyərində olan 430 ədəd əlil arabasının gətirildiyini, 16.928 ABŞ dolları dəyərində olan 230 ədəd əlil arabasının isə cavabdeh Logistics tərəfindən təhvil verilmədiyini bildirərək, həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərdən görünür ki, arabaların 610 ədədinin qiyməti 45.445 ABŞ dolları (hər biri 74,50 ABŞ dolları olmaqla), 50 ədədinin qiyməti isə 2.575 ABŞ dolları (hər biri 51,50 ABŞ dolları olmaqla), ümumilikdə 48.020 ABŞ dolları olmuşdur.

28. Məhkəmənin qənaətinə əsasən 16.928 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, əvvəla, iddiaçı həmin məbləğdə vəsait ödəmiş, lakin əvəzində heç nə əldə etməmiş, məhrumiyyətə məruz qalmışdır. Cavabdeh malların qalan hissəsinin iddiaçıya çatdırılmamasının üzrlü səbəbləri və s. barədə hər hansı inandırıcı dəlillər təqdim etməmişdir. Halbuki tərəflər arasında bağlanmış daşıma müqaviləsinə əsasən yükü təyinat yerinə çatdırmaq və yükü yükalana, yaxud yük alanın səlahiyyətli nümayəndəsinə təhvil vermək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuş, lakin həmin öhdəlik lazımınca icra olunmamışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən qarşı tərəfin təqsiri ilə bir tərəfə zərər vurulduqda, təqsirkar tərəf qarşı tərəfə dəymiş zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. MM-nin 859.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.

29. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ona dəymiş maddi ziyana görə 16.928 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh iddiaçıya dəymiş həmin məbləğdə ziyanı ödəmək vəzifəsi daşıyır. Ona görə də ilkin iddia həmin hissədə təmin olunmalı və cavabdeh Logistics 16.928 ABŞ dolları məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq iddiaçı MMC-nin xeyrinə ödənilməlidir; ilkin iddia qalan hissələrdə təmin olunmamalıdır.

30. Belə ki, iddiaçı onun tərəfindən 660 ədəd əlil arabası üçün xaricə köçürülmüş ümumilikdə 48.020 ABŞ dolları pul vəsaitinin müqabilində mallar tam şəkildə ölkə ərazisinə daxil olmadığı üçün həmin məbləğin 20 faizi həcmində, yəni 9.604 ABŞ dolları məbləğində cərimə tətbiq ediləcəyini bildirmiş, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, həmin hissədə tələb ehtimallara əsaslanmışdır, bu, baş verə də bilər, verməyə də bilər. Ona görə də iddia həmin hissədə də əsassızd ır.

31. Bundan başqa, iddiaçı iddia ərizəsində 660 ədəd əlil arabasını satınalma müqaviləsi üzrə vaxtında təhvil vermədiyi üçün 17.700 manat məbləğində cərimə edildiyini bildirsə də, bununla bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə sübuta yetirilmədiyindən təmin olunmamalıdır.

32. İddiaçı daşıyıcı tərəfindən sifarişçiyə öncədən məlumat verilmədiyi üçün iddiaçı MMC qısa idxal bəyannaməsi təqdim edə bilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 19 iyun tarixli 3(103)-1182/2023-006 nömrəli qərarı ilə 1.500 manat məbləğində cərimə edildiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə həmin hissədə də iddianı əsassız sayır. Belə ki, qısa idxal bəyannaməsi təqdim etmək iddiaçının vəzifəsidir. Bununla bağlı pozuntulara y ol verdiyinə ödədiyi cərimənin ziyan kimi cavabdehdən tutulmasının tələb etməkdə haqlı deyil.

33. Cavabdeh Logistics tərəfindən zədəli şəkildə təhvil verilmiş əlil arabalarının oturacaqlarının bərpa edilməsi üçün əlavə alınmış üzlüklərə görə 1.023 manat xərc çəkildiyini bildirərək, həmin məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, lakin əlil arabalarının oturacaqlarının zədəli olmasının cavabdehin təqsiri üçündən baş verdiyinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə iddia həmin hissədə də təmin olunmur.

34. Qarşılıqlı iddianın bir hissəsi iddiaçı MMC-dən 17.517 manat daşımadan yaranan əsas borcun tutulmasından ibarətdir. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia həmin hissədə qismən təmin olunaraq, iddiaçı MMC-dən daşıma xidmətinə görə 17.402,50 manat məbləğində pul vəsa iti qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır.

35. Belə ki, qarşılıqlı iddiaçı bildirmişdir ki, cavabdeh Logistics tərəfindən hər kub üçün dəyəri 382,50 manat olan ǝlil arabasından ibarət iddiaçı MMC-yə məxsus 95 kub (430 ədəd əlil arabası) yükün Çin Xalq Respublikasından Azərbaycan Respublikasına daşınması həyata keçirilmiş və 2023-cü il 31 yanvar tarixində həmin yük iddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı MMC-yə təhvil verilən yükün daşıma xərci 36.452 manat (95 kub x 382,50 manat) olmuş və həmi məbləğdən 18.935 manat məbləğ (17.720+1.215) avans şəkində ödənilmiş, lakin qeyd olunan yükün daşınma xidməti üzrə 17.517 manat məbləğ ödənilməmişdir.

36. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, müqavilə şərtlərinə əsasən qarşılıqlı iddiaçı daşınar aq iddiaçı MMC-yə təhvil verilən malların daşıma haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Daşınan malların hər kub metri üçün dəyərin 382,50 manat olması, həmçinin daşınan yüklərin həcmi tərəflər arasında razılaşdırılmışdır. Qarşılıqlı iddiaçının hesablamalarında yanlışlıqlara yol verilmişdir. Belə ki, 95 kub metr daşıma haqqı 36.337,50 manat (95X382,50=36.337,50) təşkil edir. Həmin məbləğdən ödənilən məbləği çıxdıqda 17.402,50 manat (36.337,5018.935=17.402,50) qalır. Ona görə də qarşılıqlı iddia göstərilən hissədə qismən təmin olunmalıdır.

37. Cavabdeh Logistics gecikdirməyə görə 2024-cü il 1 yanvar tarixinə hesablanmış 16.590 manat məbləində cərimənin cavabdehdən tutulmasını xahiş etmişdir.

38. Göstərilən tələbə münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən daşıma haqqı iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən qarşılıqlı iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

39. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq, 1.200 manat məbləğində müəyyən edilməli, cərimənin ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

40. Qarşılıqlı iddiaçı cavabdehǝ məxsus 42,5 kub (230 ədəd) yükün daşınmasının dayandırıldığını və saxlanc üçün Çin - Qazaxıstan ölkələri arasında yerləşən “Dostluq” gömrük məntəqəsinə saxlanc üçün təhvil verildiyini bildirərək, 24.990 manat saxlanc xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir.

41. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, həmin hissə ilə bağlı qarşılıqlı iddia üzrə cavabdehin etirazını əsaslı sayaraq, hesab etmişdir ki, iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin həmin hissə ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır.

42. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra – “MM”) 21.1, 21.2, 385.1, 386.1, 439.2, 442, 443.1, 443.2, 462.1, 467, 448.1, 850.1, 859.1, 859.2-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 76.1, 77, 82.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

43. İddiaçı MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddia tələbinin tam rədd edilməsi barədə yen i qətnamə qəbul olunmasını xahiş etmişdir.

44. Cavabdeh Logistics apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin tam rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

45. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-915/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – T.Mahmudova və L.Əliyeva).

46. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövgeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

47. Belə ki, iddiaçı MMC apellyasiya şikayətində Cavabdeh Logistics-ın malları gecikdirməsini və buna dair heç bir məlumat verməməsini bildirmişdir. Məhkəmənin bu hala diqqət yetirməməsini qeyd etmişdir.

48. Cavabdeh Logistics məktubla iddiaçı MMC-yə müraciət edərək bildirmişdir ki, qeyd olunan yükün daşıyıcıya istehsalçı zavod tərəfindən təhvil verilməsi həmin tarixdə deyil, bir həftə sonra, yəni 2022-ci il 26 noyabr tarixində həyata keçirilmişdir və bu hal gecikmə səbəblərdən biri kimi nəzərə alınmışdır. Digər tərəfdən yükün daşınması yeni il ərəfəsinə təsadüf etdiyindən və yeni il ərəfəsində Çin mallarına olan tələbat xüsusi ilə artdığından Çin Qazaxıstan sərhədində daşıyıcı nəqliyyat vasitələrinin uzun növbəsi yaranmışdır ki, bu da həvalə olunmuş yükün vaxtında çatdırılmasına öz mənfi təsirini göstərmişdir. Bundan əlavə, həvalə olunmuş yükün daşınması dekabr ayına qış ayına təsadüf etmişdir və Qazaxıstan Respublikasında hava şəraitinin çox sərt olması yolları iflic vəziyyətinə salmış və daşınma xidmətinin həyata keçirilməsi üçün təhlükə yaratmışdır. Bu səbəbdən Qazaxıstan Respublikası hökumətinin göstərişinə əsasən 2022-ci il 27 dekabr tarixinə qədər Respublikadan kənar istiqamət üzrə yük nəqliyyat vasitələrinin hərəkət etməsinə qadağa qoyulmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq və hava şəraitinin kəskin ağır olmasını əsas tutaraq gecikmə səbəblərini fors-major kimi qəbul edilməsi xahiş edilmişdir.

49. Göründüyü kimi iddiaçı MMC-nin qeyd edilən dəlili əsassızdır. Belə ki, işdən görünür ki, cavabdeh Logistics gecikmə barədə iddiaçı MMC-yə məlumat vermişdir.

50. İddiaçı MMC İnzibati Xətalar Məcəllə sinin 485.2-ci maddəsinə əsaslanıb 1.500 manat məbləğində cərimənin qarşılıqlı iddiaçıdan tutulmasını tələb etmişdir. Lakin iddiaçı MMC mal gəlməmişdən qabaq qısa idxal bəyannaməsinin elektron formada gömrük orqanına təqdim edə bilməməsini qarşılıqlı iddiaçının hərəkətləri səbəbindən baş verməsini sübuta yetirə bilməmişdir. Əksinə qüvvəyə minmiş apellyasiya məhkəməsinin qərarı ilə bu əməldə ilk iddiaçının təqsiri müəyyən edilmişdir.

51. İddiaçı MMC-nin şikayətdə qeyd etdiyi məhkəmənin təmin etdiyi zərərdən başqa digər zərərə düşməsi hallarına əsaslansa da, təsdiq edən sübutları məhkəməyə təqdim eməmişdir.

52. İddiaçı MMC-nin şikayətindən aydın olur ki, dəri üzlüklərlə bağlı düşdüyü zərəri sübut edə bilmir. Qeyd edilənlərdən aydın olur ki, iddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri ə saslı və qanuni hesab edilə bilməz.

53. Cavabdeh Logistics-ın apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə dəbbə pulunu qismən rədd edərkən əsaslandırma aparmamışdır.

54. Məhkəmə dəbbə pulunun məbləğini müəyyən edərkən işin hallarını, cavabdehin malların qismən təhvil verməsini, tərəflərin mənafelərini nəzərə almışdır. Məhkəmə dəbbə pulu ilə bağlı nəticəyə gələrkən əsaslandırma aparmışdır. Həmin məbləğin dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ədalətlidir.

55. Beləliklə, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya mə hkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.1, 442, 462.1, 467, 850.1, 859.1, 859.2, 859.4, 859.5, 861.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarına; MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

57. İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

58. Cav abdeh Logistics kassasiya şikayəti verərək qətnamənin qismən – “cavabdeh Logistics tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin” hissəsində ləğv olunması və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı MMC-nin kassasiya şikayətinin dəlilləri

59. MM-in 442-ci maddəsi üzrə - Mülki işin materiallarından da açıq-aydın görünür ki, daşıyıcı şirkət daşımalı olduğu malı 2022-ci il 26 noyabr tarixində tam şəkildə təhvil alıb. Lakin sərhəddən 2023-cü ilin yanvar ayında keçib. Heç bir işgüzar adətə və ya qanunvericilik normasına görə 1000 km-lik yolu iki aya getmək əsaslı qəbul edilə bilməz. Məhkəmə iş materiallarında olan məktuba əsaslanır ki, Qazaxıstan Respublikasında maşınların hərəkətinə qadağa qoyulub. Təbii ki, bu rəsmi məlumat deyil. Daşıyıcının sadəcə dediyi sözdür. Lakin problem Qazaxıstan sərhəddinə çatanadək mövcud idi. Məhkəmə isə bunu nəzərə almayıb.

60. Kassator şikayətin “Digər məsələlər” bölməsində qeyd etmişdir ki, məhkəmə Cavabdeh Logistics-ın iddia tələbini qismən təmin etməklə, yəni həm əsas borc kimi, həm də cərimə borcu kimi pulun iddiaçı MMC-dən tutulması qənaətinə gəlməklə səhv nəticəyə gəlmiş və ədalətsiz qərar qəbul etmişdir. Çünki görünən odur ki, cavabdeh müqavilə şərtlərini açıqaşkar pozmuşdur. Lakin nəticədə heç bir məhrumiyyətə məruz qalmamış, əksinə almalı olduğu pulu da almış, üstündə də əlavə pul əldə etmişdir. Bu da o deməkdir ki, məhkəmə ilkin iddia üzrə cavabdehin müqavilə şərtlərinin təl əblərini pozmasını, yüklərin gətirilən hissəsinin gecikmə ilə gətirməsini, yüklərin gecikmə ilə gəlsə belə həmin yüklərin ölkə ərazinə gələcəyi vaxtla bağlı heç bir məlumat verməməsini, ölkə ərazisinə gətirdiyi yükləri, ümumiyyətlə, təhvil verməməsini nəzərə almamış, bu xüsusatlarla bağlı təqdim edilmiş sübutlara isə, ümumiyyətlə, hüquqi qiymət verməmişdir.

61. İş materiallarında daşıyıcı şirkətin sübut kimi təqdim etdiyi məktub xarakterli sənədlərin heç biri rəsmi formada iddiaçı MMC-yə çatdırılmamışdır. Bu sənədləri özləri elektron kabinetə yerləşdirmişlər. Lakin məhkəmə bunu nəzərə almamışdır. Həmçinin məhkəmə hesab etmişdir ki, sifarişçi daşıyıcıya pulu vaxtında ödəməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, mübahisə olduğu üçün heç daşıyıcı pulu istəməmişdir. Müqavilə şərtlərinə gör ə daşıyıcı hesab faktura göndərməli idi. Lakin bu hesab fakturanı göndərməmişdir. Çünki bilirdi ki, mübahisə var və malların bir hissəsini gətirməyib. Lakin daşıyıcı hesab faktura göndərdiyini göstərmək üçün məhkəmə dövründə elektron sistemə sifarişçiyə çatdırılmamış bir sənəd əlavə etmişdir. Görünən də odur ki, bu sənəd sonradan tərtib edilmişdir. Lakin məhkəmə bu detalı nəzərə almamışdır.

62. Məhkəmə sifarişçinin qısa idxal bəyamnaməsi verilməməsinə görə 1.500 manat miqdarında cərimə edilməsini də nəzərə almamışdır. Belə ki, qısa idxal bəyamnaməsinə əlavə edilən sənədləri daşıyıcı şirkət təqdim etməli və həmin sənədlər əsasında qısa idxal bəyamnaməsi verilməli idi. Lakin iş materialllarından da görünür ki, daşıyıcı şirkət ümumiyyətlə malların gəlməsi ilə bağlı sifarişçiyə heç bir məlumat verməmiş, bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Belə olan halda qısa idxal bəyamnaməsinin verilməsi mümkün ola bilməzdi. Çünki qısa idxal bəyamnaməsində konkret olaraq hansı malların gətirildiyi göstərilməlidir. Sifarişçinin isə bundan heç bir məlumatı olmamışdır. Hesab edirik ki, məhkəmə bu hissədə də ədalətsiz qərar qəbul etmişdir.

63. Bundan başqa gətirilmiş malların, yəni əlil arabalarının dəri üzlüklərinin zədələnməsi ilə bağlı hissədə də sifarişçinin düşdüyü zərəri məhkəmə nəzərə almamışdır. Lakin iş materiallarından da görünür ki, daşıyıcı şirkət ümumiyyətlə gətirdiyi malları təhvil verməmişdir. Sifarişçi mallar gömrük məntəqəsinə daxil olduqdan sonra özü əlavə olaraq xəbər tutmuş və bundan sonra malları götürmüşdür. Təhvil verilmə ilə bağlı MM-də dəqiq göstərişlər mövcudd ur. Təhvil verilməyən malların qüsurları ilə bağlı xüsusi qeydin aparılması isə mümkünsüz olmuşdur. Həmçinin görünən odur ki, sifarişçi daşıyıcı şirkət tərəfindən müqavilə şərtlərini pozmasına görə əlavə də zərərlərə məruz qalmışdır. Çünki o gecikmə ilə mal gətirdiyi üçün yenidən keçirilən tenderlərdə iştirak edə bilməmişdir. Həmçinin malı gecikdirdiyi üçün pulunu ala bilməmişdir. Pul olmadığı üçün əlavə fəaliyyətlə məşğul ola bilməmişdir. Bundan başqa dövlət idarəsi əlil arabalarını vaxtında əlillərə paylaya bilmədiyi üçün əlavə problemlərlə üzləşmişdir. Bütün bunlar yazılı sübutla göstərilə bilməyən zərərlərdir. Lakin məhkəmənin qətnaməsinin ümumi nəticəsinə görə daşıyıcı müqavilə şərtlərini pozmaqla bu qədər zərər vurur. Nəticədə isə daşıyıcı özünə dəymiş zərəri də əldə edir. Sifarişçi isə ümumiyyətlə dəyən zərərin çox az hissəsini geri qaytara bilir. Bu isə ümumiyyətlə ədalət prinsiplərinin pozulması deməkdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri

64. MM-in 385.1-ci maddəsi üzrə - İş materiallarından göründüyü kimi cavabdeh Logistics ilə iddiaçı MMC arasında “Yüklərin daşınması xidməti üzrə ” 2022-ci il 19 noyabr tarixli D/027 saylı müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci maddəsinə əsasən sifarişçinin adından və sifarişçinin tapşırığı ilə müəyyən haqq müqabilində “daşıyıcı tərəfindən” nəqliyyat vasitəsi ilə beynəlxalq yükdaşımanın həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2.4.10-cu maddəsində Müqavilənin 3-cü bölməsinə uyğun olaraq daşıyıcının xidmətləri üçün ödənişi vaxtında və tam şəkildə ödənilməsi sifarişçinin öhdəliyi kimi qeyd olunmuşdur. 3.1-cü bəndinə əsasən sifarişçi bu müqavilənin şərtlərinə əsasən göstərilən xidmətlərin dəyərini əvvəlcədən razılaşdırılmış tariflərə uyğun olaraq daşıyıcıya ödəyir. 3.4.-cü bəndinə görə ödəniş daşıyıcının hesab –fakturalarındagöstərilən şərtlərə uyğun olaraq təqdim olunan hesab – faktura əsasında 3 iş günü ərzində həyata keçirilir. Göründüyü kimi, sifarişçinin daşıyıcı qarşısında daşınma xidmətinin dəyərini ödəmək öhdəliyi yaranmışdır.

65. MM-in 442, 448.1, 448.2 və 462.1-ci maddələri üzrə - Məhkəmə qarşılıqlı iddia ilə bağlı hissədə qarşılıqlı iddianın cərimənin tam ödənilməməsi ilə bağlı hissəsində iddianı tam təmin etməmiş və bununla bağlı hər hansı bir hüquqi əsas göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu hala diqqət yetirməmişdir.

66. Belə ki, əl arabasından ibarət iddiaçı MMC-yə mə xsus 95 kub (430 ədəd əl arabası) yükün 2023-cü il 31 yanvar tarixində yükün iddiaçı MMC-yə təhvil verilməsi öz təsdiqini tapmış və 2023-cü il 31 yanvar tarixində cavabdehin təhvil verilən yüklə bağlı göstərilən xidmətin əvəzini təşkil edən məbləğin ödənilməsinə dair 2023-cü il 14 fevral tarixində 030 sayli Hesab Faktura təqdim edilmişdir. Lakin bununla belə hesab fakturanın təqdim olunmasından 2024-cü il 1 yanvar tarixinə qədər 316 gün kecməsinə baxmayaraq tədim olunmuş hesab –faktura üzrə ödəniş həyata keçirilməmişdir. Halbuki müqavilənin 3.8-ci bəndinə əsasən hazırkı müqavilənin 3.4-cü bəndində nəzərdə tutulmuş müddət və şərtlər yerinə yetirilmədikdə, sifarişçi gecikdirilmiş hər gün ücün ödənilməmiş məbləğin 0,3 % miqdarında daşıyıcıya cərimə ödənilməsi barədə tərəflər razılığa gəlmişlə r.

67. MM-in 468-ci maddəsi üzrə - Eyni zamanda tərəflər arasında olan müqavilənin 2.1.8-ci maddəsinə əsasən xidmətlərin dəyəri ödənilmədikdə, daşıyıcının, yükü saxlamaq və yükü və ya nəqliyyat sənədlərini yükalana, yükgöndərənə və ya onların nümayəndələrinə verməmək hüququ vardır. Yük tutulub saxlandığı zaman, daşıyıcı öz istəyinə uyğun olaraq yükü ya konteynerdə/nəqliyyat vasitəsində saxlaya bilər, ya da yükü anbara və ya digər təhlükəsiz yerdə yerləşdirə bilər. Bu halda, yükün boşaldılması, yerləşdirilməsi, saxlanması nəqliyyat vasitəsinini boş dayanması ilə bağlı xərclər və digər xərclər sifarişçinin hesabına ödənilməlidir.

68. Bu baxımdan kassator hesab etmişdir ki, iddiaçı tərəf hazırkı şikayətin 14,15,16,17-ci bəndləri üzrə qeyd olunan öhdəlikləri yerinə yetirmədiyindən aralarında o lan müqavilənin 2.1.8-ci maddəsinə əsasən cavabdehin iddiaçıya məxsus yükü verməmək hüquqları yaranmışdır, ilkin iddiaçı isə, yalnız üzərinə düşən öhdəlikləri yerinə yetirdikdən sonra cavabdeh Logistics-ın 230 ədəd yük ilə bağlı öhdəliklərini yerinə yetirilməsini tələb edə bilərdi. Birinci və apellyasiya instansiyası məhkəmələri qalıq qalan 230 ədəd əl arabasının verilmədiyini və bununla da iddiaçıya ziyan dəydiyini göstərsə də, iddiaçı tərəfindən öhdəliklərinin yerinə yetirilmədiyini və tərəflər arasında olan müqavilənin 2.1.8-ci maddəsi üzrə yükü saxlamaq və verməmək kimi hüquqlarının mövcudluğunu nəzərə almamışdır.

69. MM-in 467-ci maddəsi üzrə - Məhkəmə cərimə məbləğini azaltmaq qənaətinə gələn zaman qeyd olunan normanın tələblərindən kənara çıxaraq ilkin iddia üzrə iddiaçının mənafelə rini nəzərə almamışdır.

70. MPM-in 217.1 və 217.3-cü maddələri üzrə - Məhkəmə qeyd olunan maddənin tələblərini pozaraq mübahisələndirilən hissədə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv və hərtərəfli yoxlanılma aparılmamışdır.

71. MPM-in 218-ci maddəsi üzrə - Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş ücün əhəmiyyətlı olan nə kimi halların müəyyən edildiyini, nə kimi hallrın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olmadığını müəyyən edir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

72. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

73. Apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

74. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddə alarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda bo rclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

850. Yük daşınması müqaviləsi 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür....” “Maddə

859. Yük daşıyıcısının məsuliyyəti 859.1. Yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.... 859.4. Daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5. Daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonr a ödənilir. Bu müddəa aşağıdakı hallarda tətbiq edilmir: 859.5.1. daşıyıcı qəsd və ya kobud ehtiyatsızlıq üçün məsuliyyət daşıyırsa; 859.5.2. əgər iddialar yükün zahirən görünən zədələrinə əsaslanırsa, yük alan bunları şərait nəzərə alınmaqla onun üçün mümkün və yolverilən müddət ərzində aşkar etdikdə və bu barədə daşıyıcıya zədələr aşkar edildikdən sonra dərhal, lakin çatdırılmadan ən geci səkkiz gün keçənədək bildiriş verdikdə.” “Maddə

861. Yüklərin daşınması zamanı iddia müddətləri 861.1. Daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. etiraz qaydasında yük alan və ya yük göndərən istənilə n vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir....”

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarında aşağıdakılar göstərilmişdir: “...Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıqaşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir...”

77. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 79. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

80. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

81. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

82. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

83. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 22(103)-915/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar