Məhkəmə qərarları › İş №2-2(102)-158/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-158/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-158/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdehə, qarşılıqlı iddia üzrə iddiaçının Cavabdehə qarşı iş üzrə Açar sözlər: pulun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı cavabdehdən avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı cavabdehə qarşı "cavabdehdən 78.146,94 manat məbləğində dəymiş ziyanın, 26.743,80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair kommersiya işi üzrə ilkin iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1038/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan 2019-cu il 18 dekabr tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilədən (bundan sonra - “SA010 saylı müqavilə”) görünür ki, Cavabdeh MMC (bundan sonra – “SA”) İddiaçı MMC-nin (bundan sonra – “OS”) sifarişinə uyğun olaraq siyahısı, qiyməti, növləri, miqdarı, çatdırılma müddəti və digər parametrləri ayrı-ayrı sifariş(lər) formasında tərtib olunaraq Tərəflər arasında rəsmiləşdirilən əlavələrdə göstərilən malları razılaşdırılmış şərtlərlə istifadə məqsədləri üçün yararlı halda OS-a satmağı, OS isə həmin Malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini bu Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə SA-ya ödəməyi öhdələrinə götürmüşlər.

2. İş materiallarında olan 2020-ci il 28 fevral tarixli 78/020 saylı icarə müqaviləsindən (bundan sonra – “78/020 saylı müqavilə”) görünür ki, "GLC" MMC (bundan sonra – “GLC”) Ünvan 1-də yerləşən anbar təyinatlı qeyri-yaşayış binasını SA-ya icarəyə vermişdir.

3. İş materiallarında olan 12 ədəd elektron qaimədən görünür ki, SA tərəfindən GLC-yə ümumilikdə 16.603,31 manat məbləğində icarə haqqı ödənilmişdir.

4. İş materiallarında olan SA tərəfindən OS-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan gör ünür ki, SA, SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir.

5. İş materiallarında olan SA-nın pretenziya məktubundan görünür ki, OS-dən malların saxlanca verilməsi ilə bağlı 16.602,82 manat məbləğində SA-ya vurulmuş ziyanın, həmçinin 26.743,80 manat məbləğində cərimə sanksiyasının 2021-ci il 4 iyun tarixinədək SA-ya ödənilməsini xahiş edilmiş, əks halda borc məbləğinin ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. OS 2021-ci il 4 may tarixində avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun SA-dan tutularaq OS-yə ödənilməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

7. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, SA010 saylı müqavilənin 4.3-cü bəndinə əsasən, alıcı OS müqavilə ilə müəyyən edilmiş 20% avans məbləğinin bir hissəsini – 37.150 manat məbləğində vəsaiti SA-nın hesabına köçürmüş, lakin SA müqavilə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir.

8. Buna görə də SA müqavilənin 4-cü bəndinə əsasən müqaviləni xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv etmişdir. Qanunun müvafiq normasının tələbinə əsasən SA ilə məhkəməyə qədər həll qaydasına riayət edilmiş və ona rəsmi pretenziya məktubu ilə müraciət edilmişdir.

9. SA-dan ödənilmiş avans məbləğinin OS-nin bank hesabına qaytarılması xahiş edilmişdir. Lakin rəsmi xəbərdarlıq məktubunun təqdim edilməsindən xeyli müddət keçməsinə baxmayaraq SA ödənilmiş 37.150 manat məbləğini OS- nin hesabına geri ödəməmişdir. SA öhdəliyini lazımi qaydada icra etmədiyindən ödənilmiş avans məbləğinin geri qaytarılması zərurəti yaranmışdır. SA ilə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Buna görə də mübahisənin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır.

10. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 447.1, 568.1, 569.1, 569.2, 580.1, 580.3, 599.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 88-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.

11. Sonradan SA OS-yə qarşı SA 010 saylı müqavilənin ləğvi və OS-dən 16.603,31 manat məbləğində dəymiş ziyanın, 26.743,80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tu tularaq SA-ya ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, SA 010 saylı müqavilənin 2019-cu il 18 dekabr tarixli 01 saylı əlavəsinə əsasən OS ümumi dəyəri 267.438 manat təşkil edən 1 dəst 72,94 ha badam bağı üçün damlama suvarma sistemini (nasoslar, fıltrasiya sistemi, tənzimləyici klapanlar, filterlər, ana və paylayıcı PVC borular, damlama boruları və kranlar) sifariş vermişdir.

13. Müqavilənin tələblərinə uyğun olaraq, sifariş edilmiş 72,94 ha badam bağı üçün damlama suvarma sistemi SA tərəfindən ölkəyə idxal edilmiş və OS-yə təqdim edilmişdir.

14. Lakin OS bugünədək sözügedən avadanlığın dəyərini ödəlməmiş, eləcə də əsassız şəkildə malı qəbul etməkdən imtina etmişdir.

15. Hətta bunun əksi olaraq OS Bakı Kommersiya Məhkəməsinə müraciət edərək SA tərəfindən sifarişdə qeyd edilən malların Əlavədə qeyd edilən çeşiddə və sayda təqdim edilmədiyini bildirərək SA-ya ödədiyi 37.150 manat məbləğində pulu geri tələb etmişdir.

16. Halbuki bununla bağlı SA-ya bugünədək MM-in 595-ci maddəsinin və müqavilənin 3-cü bəndinin tələblərinə uyğun olaraq hər hansı bir məlumat verilməmişdir. Belə ki, OS-nin ilkin iddia tələbində qeyd etdiyi hallar ümumiyyətlə həqiqətə uyğun deyil. Müqavilə üzrə sifariş verilmiş mallar razılaşdırılmış çeşiddə ölkəyə SA tərəfindən idxal edilmiş, bununla bağlı OS-yə məlumat verilmiş, hətta suvarma avadanlıqlarının quraşdırılması məqsədilə dəfələrlə tərəflərin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmiş, müqavilə üzrə ödənişlər həyata keçirildikdən sonra malların təqdim edilməsi müzakirə edilmiş, lakin OS malların dəyərini ödəməmişdir.

17. OS müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən SA tərəfindən OS-nin sifarişi əsasında ölkəyə idxal edilmiş mallar saxlanc anbarına verilmişdir. Malların bugünədək həmin anbarda saxlanılması ilə bağlı xərclər OS-nin SA-ya birbaşa vurduğu ziyandır ki, son 1 il ərzində bununla bağlı SA-ya 16.603,31 manat məbləğində zərər vurulmuşdur. Qeyd edilən zərər məbləği gündən günə artmaqdadır. Həmçinin OS üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən müqavilənin 10-cu bəndi ilə müəyyən edilmiş maksimal 10% olmaqla, ümumilikdə 26.743,80 manat məbləğində cərimə sanksiyasını ödəməlidir.

18. Daha sonra SA iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqim etmiş, OS-dan 78.146,94 manat məbləğində dəymiş ziyanın, 26.743,80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq SA-ya ödənilməsini xahiş etmişdir.

19. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən OS-nin tərəflər arası bağlanılmış müqavilə tələblərini icra etməməsi nəticəsində hazırda suvarma dəsti satılarkən SA-ya ciddi maddi ziyan dəymişdir. Ziyanın məbləği 268.412 - 119.277,3 - 51.441,27 - 37.150 = 60.543,63 manat təşkil edir. Qeyd edilən riyazi hesablama aşağıdaki məqamlara əsaslanmışdır. - 268.412 - 119.277,1 = 149.134,9 manat - nəzərdə tutulmuş ilkin və həyata keçirilmiş təkrar alğı-satqılar arasında yaranmış fərq və ümumi ziyan məbləğlər - 149.134,9 – 51.441,27 = 97.693,63 manat – ümumi ziyan məbləğindən cavabdeh ilə bağlanılan müqavilə üzrə nəzərdə tutulan suvarma dəstinin təkrar satış zamanı satılmayan hissələrinin dəyəri çıxıldıqdan sonra qalıq ziyan məbləği - 97.693,63 - 37.150 = 60.543,63 manat - qalıq ziyan məbləğindən cavabdeh tərəfindən edilən ödənişlər çıxıldıqdan sonra yaranmış yekun ziyan məbləğ - Nəzərə alınsa ki,ilkin iddia tələbinin məbləği 17.603,31( anbar və ekspertiza xərcləri) təşkil edirdi, yekun riyazi hesablamalara əsasən hazırda dəymiş ziyan məbləği 17.603,31 + 60.543,63 = 78.146,94 manat tışkil edir.

20. Qarşılıqlı iddia tələbi MM-in 21.1, 21.2, 421.2, 424.5-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 iyul tarixli 2-2(113)-2419/2021 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, SA-dan avans kimi ödənilmiş 37.150 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq OS-yə ödənilməsi, qarşılıqlı iddia rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu SA-ya aid edilməsi qət edilmişdir (hakim – Z.Pirverdiyev).

22. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, SA010 saylı müqaviləyə əsasən, OS tərəfindən 37.150 manat məbləğində pul vəsaiti avans olaraq SA-nin hesabına ödənilmişdir. SA tərəfindən SA010 saylı müqavilə birtərəfli qaydada ləğv edilmiş, tərəflər arasında alqı-satqı baş tutmamışdır.

23. Alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müq avilə üzrə öz borcunu icra etməsidir. Alqı-satqı müqaviləsi ikitərəfli müqavilədir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır.

24. SA010 saylı müqavilə SA tərəfindən birtərəfli qaydada ləğv edildiyindən OS tərəfindən ödənilmiş 37.150 manat avans ödənişi SA-dan alınmaqla ilkin iddia təmin edilməlidir.

25. SA010 saylı müqavilənin 4.3, 4.4 və 4.5-ci bəndlərinə əsasən alıcı bu Müqavilə üzrə Materialların dəyərinin 20% məbləğini avans olaraq təqdim edilmiş hesab fakturaya əsasən Satıcıya ödəyəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən avans ödənişindən sonra Materialların dəyərinin 40%-i malların yükləmə sənədləri Alıcıya təqdim olunduqdan sonra 5 iş günü ərzin də hesab fakturaya əsasən ödəniləcəkdir. Materialların dəyərinin 40%-i mallar sahədə alıcı tərəfindən təhvil alındıqdan sonra 5 iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir.

26. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi, OS tərəfindən müqavilə şərtlərinə əsasən avans ödənilmişdir. Qalan məbləğin ödənilməsi isə SA tərəfindən malların yükləmə sənədlərinin, onun əsasında hesab fakturanın, eyni zamanda malın təhvil verilməklə hesab fakturanın verilməsi əsasında həyata keçirilməli idi. Lakin iş materialları ilə SA tərəfindən göstərilən sənədlərin, habelə malın OS-yə təhvil verilməsi müəyyən olunmur. Hətta SA tərəfindən müqavilə birtərəfli qaydada ləğv edilmişdir.

27. Qarşılıqlı iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin həmin hissəsi yuxarıda göstərilənlərə əsasən əsassız hesab olunduğundan iddianın dəbbə pulu hissəsi də təmin oluna bilməz.

28. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 386.1, 421.1, 421.2, 442, 443.1, 443.5, 448.1, 567-ci, MPM-in 14.2, 76.1, 77.1, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

29. SA 2021-ci il 4 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 22(103)-1038/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 5 i yul tarixli e-2-2(113)-2419/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək OS-dan SA-nın xeyrinə 10.287,16 manat dəymiş ziyana görə pul, 26.743,80 manat dəbbə pulu, cəmi 37.030,96 manat pul və 500 manat ekspertiza xərci tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya instansiyası mərhələsi üçün ödənilmiş dövlət rüsumunun SA-ya aid edilməsi qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – C.Yusifov və R.Qurbanov).

31. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, OS müqavilənin 4-cü bəndindəki öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 37.150 manat avans ödəmişdir. Buna baxmaya raq satıcı malı Azərbaycana gətirmiş, 2020-ci ilin iyun ayında mal yoxlanılması və qəbul edilməsi üçün alıcıya təqdim edilsə də, alıcı malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina etmiş, satıcı mala görə ödəniş həyata keçirilmədiyindən 2020-ci il 25 noyabr tarixli məktubla müqaviləni birtərəfli qaydada ləğv etmişdir.

32. Birinci instansiya məhkəməsi SA010 saylı müqavilənin SA tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsası ilə OS tərəfindən ödənilmiş 37.150 manat avans ödənişinin SA-dan tutulması barədə ilk iddia tələbini təmin etsə də, qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutlara hər hansı hüquqi qiymət verməmiş, alqı-satqı müqaviləsinin ləğv edilməsində və baş tutmamasında hansı tərəfin təqsirli olduğunu araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməmiş, nəticədə qarşılıqlı iddia tələbinin rədd edilməli olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir.

33. İşə apellyasiya qaydasında baxılarkən OS-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, SA tərəfindən iyun ayında gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamışdır.

34. OS tərəfindən SA-nın təqdim etdiyi suvarma sisteminin razılaşdırılmış texniki parametrləri və göstəriciləri barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Halbuki müqavilənin 3.4-cü bəndində təqdim edilmiş malda aşkar edilmi qüsurlarla bağlı qüsur aktı tərtib edilməli olduğu nəz ərdə tutulmuşdur.

35. Hazırkı halda SA tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və müqavilənin predmeti olan malı öz hesabına əldə edərək Azərbaycana gətirmiş, alıcı OS isə alqı-satqı müqaviləsinin tələblərini pozaraq razılaşdırılmış avans məbləğini qismən ödəmiş, o cümlədən gətirilmiş malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina edərək müqaviləni pozmuşdur.

36. Müqavilə ləğv edildiyi üçün alıcı ödənilmiş avansı geri tələb etməkdə haqlı olsa da, SAnın alıcı tərəfindən müqavilənin icrasından əsassız imtina edilməsi nəticəsində dəymiş ziyanı qarşı tərəfdən tələb etmək hüququ vardır.

37. Qarşılıqlı iddia tələbi OS-dən 26.743,80 manat dəbbə pulu tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 10.5-ci bənd ində nəzərdə tutulmuşdu ki, alıcı satıcı tərəfindən təqdim edilmiş malların müqavilə şərtlərinə uyğun olaraq dəyərinin ödənilməsində gecikməyə yol verdikdə yol verdiyi hər gecikmə gününə görə 0,01 % dəbbə pulu ödəməlidir. 10.6-cı bəndə əsasən, cərimənin ümumi məbləği müqavilə dəyərinin 10 %-dən artıq ola bilməz.

38. SA tərəfindən tələb edilən dəbbə pulu məbləği müqavilə dəyərinin 10%-dən çox olmadığından məhkəmə hesab etmişdir ki, dəbbə pulu tələbi tam təmin edilərək OS-dan SA-nın xeyrinə 26.743,80 manat dəbbə pulu tutulmalıdır.

39. SA tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70.163 ABŞ dolla rına (119.277,1 manata) həmin şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51.441,27 manat təşkil edir. SA alıcının sifarişi əsasında gətirilmiş və qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qiymətə satmağa məcbur olduğuna görə 60.543,63 manat ziyanın tutulmasını tələb edir.

40. Qanuna əsasən, satıcının alıcı tərəfindən qəbul edilməmiş malı ağlabatan qiymətlə başqa şəxsə satdığı halda onun qiymət fərqini tələb etmək hüququ yarandığından, hazırkı halda isə SA malı müqavilə dəyərindən xeyli aşağı qiymətə satdığından qeyd edilən hissədə qarşılıqlı iddia təmin edilə bilməz.

41. Qarşılıqlı iddia tələbində eyni zamanda alıcının qəbul etmədiyi malın anbar-icarə xərcləri və ekspertiza xərcinə görə 17.603,31 manatın tutulması xahiş olunur. 42. 78/020 saylı müqavilədən görünür k i, GLC Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasını SA-ya icarəyə vermişdir. 43. 12 ədəd elektron qaimədən görünür ki, SA tərəfindən GLC-yə ümumilikdə 16.603,31 manat məbləğində icarə haqqı ödənilmişdir.

44. İşdəki "xxxx" MMC-nin rəyindən görünür ki, SA-nin sifarişi əsasında suvarma avadanlığı tədqiq edilmiş, təqdim edilmiş malın tərəflər arasında bağlanmış müqavilənin təyinatına uyğun olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nə 2021-ci il 21 iyun tarixində ekspert rəyinə görə SA tərəfindən 1.000 manat ödənilməsi barədə qəbzin əsli məhkəməyə təqdim edilmişdir. 45. "xxxx" MMC-yə SA tərəfindən ödənilmiş 1.000 manat vəsaitin 500 manatı qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə OS-dən tutulmalıdır.

46. İşdəki 2020-ci il 18 iyun tarixli aktdan və qoşmasından görünür ki, suvarma sistemi olan avadanlığın saxlanılmasına görə SA tərəfindən icarəyə götürülmüş sahə Abşeron rayonu, 283-cü Hövsan küçəsi, 30-da yerləşən anbar kompleksinin 144 m2 hissəsidir.

47. Buna görə də SA tərəfindən yalnız həmin sahə ilə bağlı ödənilmiş icarə haqları qarşı tərəfdən dəymiş ziyan kimi tutula bilər. İşdəki elektron qaimələr əsasən həmin sahə ilə bağlı 2020-ci ilin iyun ayından sonra ödənilmiş icarə haqqı 10.287,16 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, həmin məbləği OS-dən SA-nın xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir.

48. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 424.5, 443.1, 448.1, 465.1, 567, 598.4, 645.2-ci, MPM-in 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

49. OS 2022-ci il 11 yanvar tarixində kassasiya şikayəti verərək qətnamənin qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. SA 2022-ci il 11 yanvar tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qismən – 60.543,63 manat məbləğində dəymiş ziyanın rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) OS-nin kassasiya şikayətinin dəlilləri.

51. MM-in 579.1-ci maddəsi pozulmuşdur. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razıla şdırdıqları çeşiddə əşyalar verməyə borcludur. İşə apellyasiya qaydasında baxılan zaman OS-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, SA tərəfindən iyun ayında gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamışdır. Beləliklə, razılaşdırılmış mallar satıcı tərəfindən təhvil verilmədiyinə görə OS tərəfindən mallar alınmamış, bununla da, qeyd edilən xərclərin qarşılanması əsassız tələb hesab edilir.

52. MM-in 442-ci maddəsi pozulmuşdur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtl əri pozmaqla icra edilməsi) başa düşülür. Qarşılıqlı iddia üzrə SA öhdəliyi lazımi qaydada icra etdiyini diqqətə çatdırmağa çalışsa da, iş materiallarından aydın olduğu üzrə müqavilə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir.

53. MM-in 424.2-ci maddəsi pozulmuşdur. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. SA tərəfindən 2020-ci il 25 noyabr tarixli pretenziya məktubu ilə 2019-cu il 18 dekabr tarixli müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş normalara əsasən bağlanmış müqavilənin ləğv edilməsi nəticəsində tərəflərin öhdəliklərinə də xitam verilir. Beləliklə, SA-nın suvarma sistemi ilə bağlı çəkdiyi xərclər ilə əlaqəli tələblər əsassız olmaqla yanaşı, həm də qanun suzdur. Qeyd etmək lazımdır ki, birtərəfli qaydada ləğv edilmiş müqavilə ilə hər hansı öhdəliyin yerinə yetirilməsini, habelə məbləğin ödənilməsi tələb etmək qanuna ziddir.

54. Konstitusiyanın 125-ci maddəsi pozulmuşdur. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər, buna görə də yaranmış mübahisənin hüquqi qaydada həlli üçün məhkəməyə üz tutulmuşdur.

55. Konstitusiyanın 127-ci maddəsi pozulmuşdur. Şikayət olunan qətnamənin qəbul edilməsi zamanı hakim işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmamış, bununla da konstitusion hüquqların pozulmasına yol vermişdir. a) SA-nın kassasiya şikayətinin dəlilləri

56. MM-in 645.2 və 645.4-cü maddələri pozulmuşdur. SA tərəfindən birinci in stansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, OS tərəfindən məhkəməyə müraciət edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70.163 ABŞ dollarına (119.277,1 manata) həmin şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51.441,27 manat təşkil etmişdir. SA alıcının sifarişi əsasında gətirdiyi və alıcının qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qiymətə satmağa məcbur olduğuna görə satıcı 60.543,63 manat məbləğində ziyana uğramışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən məbləği ağlabatan hesab etməmiş, buna görə də həmin hissədə iddianı rədd etmişdir. Lakin qeyd edilən hal maddi hüquq normalarına ziddir. Belə ki, ağlabatanlıq konkret faktlara və rasional əqli mühakiməyə söykənməlidir. Hazırkı işdə isə məhkəmə hər hansı bazar araşdırmasına (faktiki və konkret dəlilə) əsaslanmadan, qeyd edilən növdə və cinsdə olan məhsulların adi mülki dövriyyə şəraitində qiymətini müəyyən etmədən qeyd edilən ziyan məbləğini ağlabatan hesab etməmiş və iddianı həmin hissədə əsassız olaraq rədd etmişdir. Nəticədə isə satıcıya dəymiş ziyan əsassız olaraq satıcının öhdəliyinə çevrilmişdir.

57. MPM-in 217.3-cü maddəsi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfimizdən mübahisləndirilən hissədə tələbi rədd edərkən hər hansı faktiki və konkret dəlilə əsaslanmadan qətnamə qəbul etmiş, nəticədə prosessual hüquq normasını kobud surətdə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMK ÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayətləri vaxtında verilmiş, kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

60. OS apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində, SA isə qətnamənin 60.543,63 manat məbləğində dəymiş ziyanın rədd edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissələrdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymə tləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

62. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzə rdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri... 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə ö hdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məb ləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər....” “Maddə

645. Müqavilə ləğv edilərkən zərərin hesablanması... 645.2. Əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan q iymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər....”

63. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi... 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1038/2021 saylı qətnaməsi qismən ləğv edilərək iş ləğv edilmiş hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

65. OS-un kassasiya şikayətinin dəlillərinin əsas hissəsi (bax yuxarıda §§ 51, 52, 54, 55) ondan ibarətdir ki, SA tərəfindən gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamdır, ona görə də SA müqavilə öhdəliyini yerinə yetirməmişdir.

66. Eyni məzmunlu dəlilləri OS bütün proses boyu bildirmişdir.

67. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, OS tərəfindən SA tərəfindən təqdim edilən suvarma sisteminin razılaşdırılmış texniki parametrləri və göstəriciləri barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Halbuki müqavilənin 3.4-cü bəndində təqdim edilmiş malda aşkar edilmiş qüsurlarla bağlı qüsur aktı tərtib edilməli olduğu nəzərdə tutulmuşdur.

68. Ona görə də apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, OS müqavilənin tələblərini pozaraq razılaşdırılmış avans məbləğini qismən ödəmiş, gətirilmiş malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina edərək müqaviləni pozmuşdur.

69. Kassasiya şikayətində OS apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsinin qanunsuz və əsassız olduğunu təsdiq edən hər hansı tutarlı dəlil gətirə bilməmişdir.

70. OS gətirilən malın sifariş edilən mal olmadığını iddia etdiyi halda MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 63) uyğun olaraq həmin mövqeyini lazımi sübutlarla, dəlillərlə əsaslandırmalı idi.

71. Lakin iş materiallarından OS tərəfindən özünün sübutetmə vəzifəsini yerinə yetirməsi görünmür.

72. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini qan unsuz və əsassız hesab etmək üçün hər hansı əsas görmür.

73. Bundan başqa, OS hesab edir ki, müqavilə birtərəfli qaydada ləğv edildiyindən tərəflərin həmin müqavilədən irəli gələn öhdəliklərinə, o cümlədən SA-nın suvarma sistemi ilə bağlı çəkdiyi xərcləri ödəmək öhdəliyinə də xitam verilmişdir (bax yuxarıda § 53).

74. Məhkəmə kollegiyası OS-nin həmin dəlili ilə aşağıdakı səbəblərdən qismən razılaşır.

75. SA-nın suvarma sistemi ilə bağlı çəkdiyi xərclərin OS tərəfindən ödənilməsi tələbi bilavasitə müqavilədən deyil, qanundan irəli gəlir. Belə ki, OS, yuxarıda qeyd olunduğu kimi, hüquqi əsası olmadan SA-nın müqavilə üzrə əldə edərək ölkəyə idxal etdiyi malı almaqdan imtina etməklə SA-ya maddi zərər vurmuşdur. SA da qarşılıqı iddia verərək məhz həmin zərərin əvəzinin ödənilməsini tələb edir.

76. MM-in ümumi hissəsində təsbit edilmiş 21.1, 21.2, 386.1, 424.5-ci maddələrin, habelə MM-in billavasitə alqı-satqı münasibətlərini tənzimləyən 645.2-ci maddəsinin (bax yuxarıda § 62) məzmunundan aydın olur ki, öhdəliklər yalnız müqavilədən deyil, zərərvurmadan da irəli gələ bilər. Hazırda məhkəmə baxışının predmetini təşkil edən mübahisədəki vəziyyət də bundan istisna deyildir.

77. Bu baxımdan, hazırkı halda müqavilənin birtərəfli qaydada xitam edilməsi OS-nin öz təqsiri nəticəsində SA-ya vuruduğu zərərdən azad edilməsi üçün əsas ola bilməz.

78. Bundan fərqli olaraq, iş materiallarından görünür ki, SA-nın dəbbə pulunun OS-dən tutulması tələbi qanundan deyil, məhz müqavilədən irəli gəlir.

79. İş materiallarında olan SA tərəfindən OS-yə göndərilmiş 2020-ci il 25 noyabr tarixli məktubdan g örünür ki, SA, SA010 saylı müqaviləni birtərəfli qaydada ləğv etmişdir.

80. MM-in 424.2-ci maddəsinə (bax yuxarıda § 62) görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyindən, dəbbə pulunun müqavilənin birtərəfli qaydada xitam edildyi tarixdən sonrakı dövr üçün də hesablanması qanunun tələbinə zidd hesab olunmalıdır.

81. Lakin nə qarşılıqlı iddia ərizəsində, nə də digər iş materiallarında tələb olunan dəbbə pulunun konkret olaraq hansı dövr üçün necə hesablandığı göstərildiyindən, eləcə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu məsələ diqqətdən kənarda qaldığından tələb olunan dəbbə pulunun həcminin əsaslılığı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir.

82. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, qətnamə həmin hissədə əsaslı hesab dilməz. 8

3. Məhkəmə kollegiyası SA-nın kassasiya şikayətinin dəlilləri (bax yuxarıda §§ 56-57) ilə aşağıdakı səbəblərdən razılaşır.

84. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianı qismən təmin edərkən əsas götürdüyü hallardan biri o olmuşdur ki, SA, OS tərəfindən qəbul edilməmiş malı digər alıcıya müqavilə dəyərindən xeyli aşağı qiymətə (ağlabatan olmayan qiymətə) satmışdır.

85. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsi satışın aşağı qiymətə baş tutmasının səbəbi kimi SA-nın real müştərini qaçırmamaq üçün məcburiyyət qarşısında qalaraq atdığı addım olub-olmamasına qiymət verməmişdir.

86. Əgər apellyasiya instansiyası məhkəməsində malın digər alıcıya müqavilə dəyərindən xeyli aşağı qiymətə (ağlabatan olmayan qiymətə) satılması təəssüratı yaranmışdısa, bununla bağlı əsaslı və ədalət li nəticəyə gəlmək üçün, ən azından, satılan məhsulun orta bazar qiymətinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmalı idi.

87. Lakin apellyasiya instansiyası məhkəməsi məlum nəticəyə gələrkən hər hansı mötəbər sübuta əsaslanmamış, MPM-in 9.3-cü maddəsinin tələblərini (bax yuxarıda § 63) pozaraq özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə (subyektiv mülahizələrlə) kifayətlənmiş, nəticədə MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 63) uyğun gəlməyən əsasız qətnamə qəbul etmişdir.

88. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə qətnamə qismən – qarşılıqlı iddianın 26.743,80 manat dəbbə pulunun tutulmasına dair tələbinin təmin edilməsi və malın digər alıcıya daha aşağı qiymətə satması ilə əlaqədar SA-ya dəymiş 60.543,63 manat ziyanın tutulmasına dair tələbinin rədd edil məsi hissələrində ləğv edilməli, həmin hissələrdə işə yenidən baxılmalıdır.

89. Yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla tələb olunan dəbbə pulunun həcminin əsaslılığına və malın digər alıcıya müştərinin qaçırılmaması üçün məcburiyyət səbəbindən müqavilə dəyərindən xeyli aşağı qiymətə satılıb-satılmamasına mötəbər sübutlar əsasında qiymət verməli, nəticəsinə uyğun olaraq qarşılıqlı iddianı müvafiq hissələrdə hüquqi baxımdan dəyərləndirməlidir.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 27 oktyabr tarixli 22(103)-1038/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 26.743,80 manat dəbbə pulunun tutulmasına dair tələbinin təmin edilməsi və malın digər alıcıya daha aşağı qiymətə satması ilə əlaqədar SA-ya dəymiş 60.543,63 manat ziyanın tutulmasına dair tələbinin rədd edilməsi hissələrində ləğv edilsin. İş qətnamənin ləğv edildiyi hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar