Məhkəmə qərarları › İş №2-2(102)-158/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-158/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-158/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) müqavilə üzrə dəbbə pulu tələbi, öhdəliyin icra edilməməsi üçün cərimə, məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh SOCAR-ın Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1052/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə Cavabdeh (bundan sonra – “cavabdeh”) arasında 2022-ci il 18 noyabr tarixli NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqavilə və müqavilənin tərkib hissəsi hesab edilən 2023-cü il 12 yanvar tarixli 1 nömrəli əlavə razılaşma, 2023-cü il 29 mart tarixli 2 nömrəli əlavə razılaşma, 2023-cü il 31 mart tarixli 3 nömrəli əlavə razılaşma və 2023-cü il 20 aprel tarixli 4 nömrəli əlavə razılaşma imzalanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinin tələblərinə əsasən iddiaçı malları tərəflər arasında təsdiq edilmiş sifarişə uyğun olaraq cavabdehin m ülkiyyətinə verməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları qəbul etməyi və dəyərini iddiaçıya ödəməyi öz öhdəsinə götürür. - 2-ci bəndinə əsasən tədarük edilmiş malların dəyəri tərəflər arasında təsdiq olunmuş təhvil-qəbul aktına uyğun olaraq satıcının təqdim etdiyi hesab-fakturaya əsasən 30 təqvim günü ərzində bu müqavilənin 15-ci bəndində göstərilən hesaba ödəniləcəkdir. Bu müqavilənin 15-ci bəndində qeyd olunan satıcının bank rekvizitlərinin düzgünlüyünə satıcı məsuliyyət daşıyır. Tərəflərin təsdiq etdiyi sifariş, təhvil-qəbul aktı və hesab-faktura (o cümlədən elektron qaimə) ödəniş üçün əsasdır. Əgər hesab-faktura müqaviləyə, sifarişə və ya təsdiq edilmiş təhvil-qəbul aktına uyğun gəlməzsə alıcının uyğunsuzluqlar aradan qaldırılanadək ödəniş etməmək hüququ v ardır. - 5.4.2-ci bəndinə əsasən ödənişlərin vaxtında və tam ödənilməsini təmin etmək alıcının öhdəliyidir. - 6.4-cü bəndinə əsasən alıcı ödənişi müqavilədə müəyyən edildiyi müddətdən gecikdirdiyi hallarda, alıcı ilk dörd həftə ərzində hər ləngidilmiş təqvim həftəsi üçün ödəniş dəyərinin 4.6%-i miqdarında, sonrakı hər həftə üçün isə ödəniş dəyərinin 0.1 %-i miqdarında cərimə ödənilməlidir. Lakin cərimənin ümumi məbləği müqavilənin dəyərinin 5%- dən çox ola bilməz. - 12.1-ci bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir.

2. İddiaçı tərəfindən aşağıda göstərilən təhvil-qəbul aktları ilə sadalanan məbləğlərdə mallar cavabdehə təhvil verilmişdir: - 2023-cü il 6 yanvar tarixli AT-NOT-004 nömrəli aktla 134.681,16 manat; - 2023-cü i l 10 yanvar tarixli AT-NOT-005 nömrəli aktla 550.064,60 manat; - 2023-cü il 11 yanvar tarixli AT-NOT-002 nömrəli aktla 212.693,20 manat; - 2023-cü il 11 yanvar tarixli AT-NOT-001 nömrəli aktla 136.452,08 manat; - 2023-cü il 12 yanvar tarixli AT-NOT-003 nömrəli aktla 136.160,28 manat; - 2023-cü il 16 yanvar tarixli AT-NOT-006 nömrəli aktla 85.262,36 manat; - 2023-cü il 30 yanvar tarixli AT-NOT 007 nömrəli aktla 262.288,66 manat; - 2023-cü il 3 mart tarixli AT-NOT-008 nömrəli aktla 287.941,88 manat; - 2023-cü il 16 mart tarixli AT-NOT-009 nömrəli aktla 539.459,15 manat; - 2023-cü il 29 mart tarixli AT-NOT-010 nömrəli aktla 1.230.533,96 manat; - 2023-cü il 31 mart tarixli AT-NOT-011 nömrəli aktla 121.620,17 manat; - 2023-cü il 5 aprel tarixli AT-NOT-011 nömrəli aktla 270.056,59 manat məbləğin də mallar təhvil verilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə aşağıda göstərilən dəyərlər üzrə malların təqdim edilməsinə dair sadalanan elektron qaimələr elektron sistem vasitəsilə göndərilmişdir: - 134.681,16 manat - 2023-cü il 6 yanvar tarixli EBCM 549937 nömrəli; - 550.064,60 manat - 2023-cü il 10 yanvar tarixli EBCM566940 nömrəli; - 212.693,20 manat - 2023-cü il 11 yanvar tarixli EBCM 716538 nömrəli; - 136.452,08 manat - 2023-cü il 11 yanvar tarixli EBCM 757814 nömrəli; - 136.160,28 manat - 2023-cü il 12 yanvar tarixli EBCM 858544 nömrəli; - 85.262,36 manat - 2023-cü il 16 yanvar tarixli EBCM 757815 nömrəli; - 262.288,66 manat - 2023-cü il 30 yanvar tarixli EBCN 725897 nömrəli; - 287.941,88 manat - 2023-cü il 3 mart tarixli EBDB 025692 nömrəli; - 539.459,15 manat - 2023-cü il 16 mar t tarixli EBDB 868319 nömrəli; - 269.694,36 manat - 2023-cü il 29 mart tarixli EBDC 458253 nömrəli; - 960.839,61 manat - 2023-cü il 29 mart tarixli EBDC 452554 nömrəli; - 39.614,47 manat - 2023-cü il 31 mart tarixli EBDC 618887 nömrəli; - 82.005,70 manat - 2023-cü il 31 mart tarixli EBDC 591696 nömrəli və 270.056,59 manat - 2023-cü il 5 aprel tarixli EBDC 917663 nömrəli elektron qaimələr olmaqla, ümumilikdə 3.967.214,10 manat dəyərində malların təqdim edilməsinə dair elektron qaimələr elektron sistem vasitəsilə göndərilmişdir. Elektron qaimələr tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. 4. 2023-cü il 1 fevral - 2023-cü il 31 avqust tarixləri arası dövrdə cavabdeh tərəfindən iddiaçıya olunmuş müxtəlif vaxtlarda ödənişlər icra edilmişdir (2024-cü il 20 iyun tarixli hesabda n çıxarış).

5. İddiaçı tərəfindən cavabdehə 2023-cü il 14 noyabr tarixli pretenziya məktubu ilə müraciət edilərək, müqavilə üzrə malların dəyərinin ödənilməsinin gecikdirilməsi üçün hesablanmış 199.313,90 manat dəyərində cərimə məbləğinin 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı 2024-cü il 10 yanvar tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsi səbəbilə hesablanmış 199.313,90 manat cərimə, həmçinin 300 manat hüququ yardım üçün və 410 manat mediasiyaya dair xərclər olmaqla, ümumilikdə 200.023,9 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qət namə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 18 noyabr tarixli NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqavilə və müqavilənin tərkib hissəsi hesab edilən 2023-cü il 12 yanvar tarixli 1 nömrəli əlavə razılaşma, 2023-cü il 29 mart tarixli 2 nömrəli əlavə razılaşma, 2023-cü il 31 mart tarixli 3 nömrəli əlavə razılaşma və 2023-cü il 20 aprel tarixli 4 nömrəli əlavə razılaşma imzalanmışdır. Tərəflər arasında imzalanmış, eyni zamanda malların təhvil-qəbulunu əks etdirən 2023-cü il 6 yanvar – 5 aprel tarixli elektron qaimələr əsasında ümumilikdə 3.967.214,10 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehin mülkiyyətinə verilmişdir. Müqavilənin 2.3 və 5.4.2-ci bəndlərində qeyd olunmuş hesablaşma q aydalarına dair öhdəliklərə baxmayaraq, cavabdeh tərəfindən elektron qaimələr üzrə ödənişlər gecikdirmələrlə icra edilmişdir. Müqavilənin 6.4-cü bəndinin tələblərini nəzərə alaraq yuxarıda qeyd olunan ödənişlərin gecikdirilməsinə görə cərimə hesablanmışdır: On dörd elektron qaimə üzrə ödənişlərin gecikdirilməsi səbəbilə müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən, hesablanmış cərimənin cəmi məbləği 724.238,77 manat təşkil etmişdir. Lakin müqavilənin 6.4-cü bəndi tənasüblü olaraq müəyyən etmişdir ki, cərimənin ümumi məbləği müqavilə dəyərinin 5%-dən çox ola bilməz. Müqavilənin 2.1-ci bəndi müqavilənin ümumi qiymətinin 3.986.278,07 manat təşkil etdiyini müəyyənləşdirir. Bu baxımdan müqavilənin 6.4 və 2.1 bəndlərinin qarşılıqlı analizi əsasında yuxarıda qeyd edilənləri nəzərə alındıqda, mü qavilənin 6.4-cü bəndi üzrə tətbiq ediləcək cərimə məbləğinin 199.313,90 manat təşkil etdiyi aydın olur. İddiaçı tərəfindən cərimə məbləğinin ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı tələb bildirilmiş, qeyd edilən tələblərə cavabdeh tərəfindən hər-hansı münasibət bildirilməmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2024-cü il tarixli 9/3763 nömrəli ekspert rəyinə əsasən 14 elektron qaimə üzrə ödənişlərin gecikdirilməsi səbəbilə müqavilənin 6.4-cü bəndinin tələblərinə əsasən, hesablanmış cərimənin məbləği ümumilikdə 724.238,77 manat təşkil etmişdir. Lakin müqavilənin 6.4-cü bəndinə əsasən, hesablanmış cərimənin ümumi məbləği müqavilə dəyərini 5%-dən çox ola bilməməsini nəzərə alaraq ödənilməli olan cərimə məbləği 199.313,90 m anat (3.986.278,07x5%=199.313,9) təşkil etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 14 avqust tarixli e-2-2(113)-979/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 198.360,70 manat dəbbə pulu, eləcə də dövlət rüsumu və mediasiya xərclərinin əvəzi olaraq 487 manat pulun, vəkil xidmətinə çəkilən xərclərin əvəzi olaraq 300 manat pulun tutularaq iddiaçıya ödənilməsi; iddia verilərkən artıq ödənilmiş 412 manat dövlət rüsumunun iddiaçıya qaytarılması qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 18 noyabr tarixli NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı malları cavabdehə təhvil verərə k üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini gecikdirmələrlə ödəməklə sözügedən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir.

11. Cavabdehin mübahisəli müqavilə üzrə malların dəyərini ödəmək öhdəliyini icrasının gecikdirməsi işin mübahisəsiz halı olmuşdur. Digər tərəfdən tərəflər arasında bağlanmış müqaviləsinin 6.4-cü bəndində alıcının malların dəyərini ödəmək öhdəliyinin icrasının gecikdirilməsinə görə dəbbə pulu tutulması barədə şərt yer almışdır. Odur ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 462.1-ci maddəsinə əsasən, öhdəliyinin lazımi qaydada icra olunmamasına görə dəbbə pulu tutulmasını tələb etməkdə haqlı olmuşdur.

12. Cavabdehin ödənişlərdə gecikdirmələ rin onlardan asılı olmayan hallarla bağlı olması barədə dəlilinə gəldikdə, həmin halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin dəlil əsassız olmuşdur.

13. Tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə ilk növbədə qeyd etmişdir ki, müqavilənin tələblərinə əsasən cavabdehə hesablanmalı olan dəbbə pulunun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert rəyi ilə ödənilməli olan cərimə məbləğinin 199.313,90 manat təşkil etməsi müəyyən edilmişdir.

14. Digər tərəfdən məhkəmə onu da bildirmişdir ki, müqavilədə müqavilənin ümumi dəyəri 3.986.278,07 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən icra edilməsi gecikdirilmiş öhdəlik 3.967.214,10 manat təşkil etmişdir. Belə olan halda məhkəmə MM-in 467-ci maddəsinin təl əblərinə əsasən, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğin azaldılaraq icra edilməsi gecikdirilmiş öhdəliyin 5%-i, yəni 198.360,70 manat məbləğində müəyyən olunması qənaətinə gəlmişdir.

15. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467 və 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissədə dəyişdirilməsini, dəbbə pulunun 20.000 manat müəyyən olunmasını xahiş etmişdir. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(103)-1052/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – T.Mahmudova və V.Sadıqov).

18. Məhkəmə aktını qismən, yəni iddianın təmin olunan hissəsində yoxlayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2022-ci il 18 noyabr tarixli NQT- ******* nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini gecikdirmələrlə ödəməklə sözügedən müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçı iddianı təsdiq edən müqavilə, elektron qaimələr və digər sübutlar təqdim etmişdir. Lakin cavabdeh öhdəliyin icrasının gecikdirilməsinin üzrlü səbəbdən olmasını, yəni maliyyə çətinliyinin olmasını sübuta yetirə bilməmişdir. Odur ki, məhkəmənin müəyyən etdiyi dəbbə pulu məbləği ədalətli və işin hallarına uyğun olmuşdur.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 427.3, 442, 443.1, 462.1, 467 və 567-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

21. MM-in 467-ci maddəsi üzrə - İddiaçı ilə cavabdeh arasında 2022-ci il 18 noyabr tarixli NQT-2022233 nömrəli müxtəlif ikitavrların tədarükü haqqında müqavilə və müqavilənin tərkib hissəsi hesab edilən 2023-cü il 12 yanvar tarixli 1 nömrəli əlavə razılaşma, 2023-cü il 29 mart tarixli 2 nömrəli əlavə razılaşma, 2023-cü il 31 mart tarixli 3 nömrəli əlavə razılaşma və 2023-cü il 20 aprel tarixli 4 nömrəli əlavə razılaşma imzalanmışd ır. İşin hallarından da görünür ki, cavabdeh iddiaçıya həmin razılaşmalardan irəli gələn əsas borcunu ödəmişdir. Məhkəmə kollegiyası qətnaməsində “borcun gecikdirilməsinin üzrlü səbəb olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi” bildirilir. Halbuki, əgər cavabdeh maliyyə çətinliyi yaşamasa idi, hansı səbəbdən borcunu ödəməməsi sual olunur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən, cavabdeh maliyyə vəziyyəti buna imkan verən kimi əsas borcunu ödəmişdir.

22. Kassator şikayətinin digər bölməsində bildirir ki, məhkəmə iddianı təmin etməklə cavabdehin mənafelərini və işin hallarını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri

24. Apellyasiy a instansiyası məhkəmə aktını qismən – iddianın təmin olunan hissəsində yoxlamışdır. Hazırkı icraat çərçivəsində isə apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 462.1-ci maddənin birinci cümləsinə “müqavilə” sözündən əvvəl “qanun və ya” sözləri əlavə edilmişdir)....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”

27. Azərbaycan Respublikasının Konstitusiyasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların a uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 28 iyul tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun (lizinq verənin) reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu (lizinq alan) tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, lizinq verənin həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə alma qla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.”

28. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən doğru hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zərurət görmür.

31. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyy ən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegi yası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 21 noyabr tarixli 2-2(10 3)-1052/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar