Məhkəmə qərarları › İş №2-2(102)-159/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-159/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-159/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR (açar sözlər:iddiaçı cavabdehdən xx xxxx 2016-ci il tarixdə bağlanmış müqavilə öhdəliyinə görə satılan malların dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçının vəkili Vəkil oğlunun, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, iddiaçı xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommer siya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-866/2019 saylı qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «xxxx» MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 47,598.17 manat məbləğində olan borcun, müqavilə üzrə öhdəliklərini pozduğuna görə hesablanmış 2.379,91 manat məbləğində dəbbə pulunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 49.978.08 manat məbləğində pulun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələ bi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx xxxx 2016-ci il tarixli 01/160622/11-1-192 nömrəli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 47,598.17 manat məbləğində malların satışı həyata keçirilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də, cavabdeh öz öhdəliklərini pozaraq tam icra etməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə aparılan danışıqlar heç bir fayda verməmiş, borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq, borcunu qaytarmamış, iddiaçıya gecikməyə görə hesablanmış faiz məbləği ilə birlikdə 49.978.08 manat məbləğində borc ödənilməmiş qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(81)948/2019 saylı qətnaməs i ilə iddia tələbi təmin edilmişdir(hakim – F.İ.Mədətli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-866/2019 saylı qətnaməsi ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil oğlu kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şik ayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış Sazişə əsasən cavabdehin iddiaçıya ümumi borcu 378.087,89 manat məbləğində müəyyənləşdirilmiş, Sazişin 3-cü bəndinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 75.600 (sonuncu ay 75.897,89) manat olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüş, bu öhdəlik yerinə yetirilmiş və bununla bağlı təsdiqedici sənədlər məhkəməyə təqdim edilmiş, Sazişin 5-ci bəndinə əsasən iddiaçı ona ödənilməli olan məbləğinin 378.087,89 manat olduğunu təsdiq edir. Həmin məbləğ (hətta məhkəməyə müraciət olunmasına gö rə 210 manat vəsait) ödənildiyi halda, Sazişin imzalandığı tarixədək yaranmış öhdəlikləri üzrə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürmüşdür. Hazırkı iddiaya səbəb olmuş xx xxxx 2016-cı il tarixli müqavilə üzrə yaranmış öhdəlik xx xxxx 2018-ci il tarixli Sazişin 5-ci maddəsinin təsir dairəsinə düşür. Buna görə də məhkəmə Sazişin 5-ci maddəsini nəzərə almaqla, iddianın rədd edilməsi barədə qərar qəbul etməli idi. Lakin məhkəmə Sazişin 5-ci bəndinə 6-cı bəndi ilə birlikdə qiymət vermiş, 5-ci bənddə qeyd edilən məbləğin 6-cı bənddə sadalanan borclara aid olduğu qənaətinə gəlmişdir. Sazişə görə qeyd edilən borc məbləği ilə bağlı artıq irəli sürülmüş və həmin tələblər əsasında Sazişin imzalandığı tarixdə məhkəmələrin icraatında iqtisadi işlər olmuş və hətta müvafiq qətnamələr qəbul edi lmişdir. Bu baxımdan «borc ödənildiyi təqdirdə tələb irəli sürülməyəcək» ifadəsi 6-cı bənddə göstərilənlərə şamil edilə bilməz. Tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Saziş daha çox barışıq razılaşması haqqında müqavilə xarakteri daşıyır. Cavabdehin vəkili Vəkil oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materi allarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil oğlunun, cavabdehin vəkili Vəkil oğlunun izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-866/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən, tərəflər arasında xx xxxx 2018-ci il tarixdə bağlanmış Sazişin 1-ci və 5-ci bəndlərinə görə onun iddiaçıya ümumi borcunun 378.087,89 manat məbləğində olduğu və həmin məbləğ (hətta məhkəməyə müraciət olunmasına görə 210 manat vəsait) borclu tərəfindən ödənildiyi halda, iddiaçı həmin Sazişin imzalandığı tarixəd ək ondan yaranmış öhdəlikləri üzrə ona qarşı heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürdüyü mübahisələndirilir, iddiaçının xx xxxx 2016-ci il tarixli müqaviləyə əsasən cavabdehdən tutulmasını tələb etdiyi 47.598 manat məbləğində borcun həmin Sazişlə müəyyənləşdirilən 378.087,89 manat borcun tərkibində təsbit edilmədiyi, həmin Sazişdən kənar borc məbləğini təşkil etdiyi tərəflər arasında işin mübahisələndirilməyən halıdır, beləliklə, cavabdehin gümanına görə Sazişin qeyd olunan 5-ci bəndinin şərti ilə iddiaçı həmin Sazişin imzalandığı xx xxxx 2018-ci il tarixə qədər tərəflər arasında bağlanmış digər müqavilələr üzrə öhdəliyini yerinə yetirməyən cavabdehdən öz öhdəliyinin icrasını tələb etmək, ona qarşı iddia qaldırmaq hüququnu artıq itirmiş, iddiaçı Sazişin imzalandığı tarixədək cavab dehin xx xxxx 2016-ci il tarixli müqavilə öhdəliklərinə görə yaranmış borcuna görə ona qarşı iddia irəli sürmək üçün məhkəməyə müraciət etmək hüququndan imtina etmişdir. Apellyasiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının xx xxxx 2018-ci il tarixli Sazişin 5-ci bəndinə əhəmiyyət vermədən, xx xxxx 2016-ci il tarixli müqaviləyə əsasən cavabdehin öhdəliklərinə görə ona qarşı hazırkı pul tələbini irəli sürməsi Sazişin həmin bəndi mübahisələndirdiyini deməyə əsas verir, iddiaçı cavabdehdən xx xxxx 2016-ci il tarixdə bağlanmış müqavilə öhdəliyinə görə satılan malların dəyərinin ödənilməsini tələb etməkdə haqlı olmuş, 1 saylı qoşma sifariş formasına, xx xxxxxx 2016-cı il tarixli 181113 saylı qaimə faktura və xx.xx.2016-cı il tarixli 003632 №-li elektron vergi hesab fakturasına görə isə cavabdeh iddiaçının ona təqdim etdiyi malların 47.598,17 manat məbləğində pulunu ödəməmiş, halbuki, xx.xx.2016-cı il tarixli müqavilənin 5.2-ci bəndinə görə bu müqavilənin Qoşmalarında başqa hal müəyyən edilməyibsə, malların ödənişi Satıcının hesab faktura tarixindən və təhvil-təslim aktı imzalandıqdan 15 təqvim günü ərzində edilməlidir, o şərtlə ki, hesab-fakturanın tarixi Satıcının Malları təhvil verildiyi gündən əvvəl olmayacaq, ödənişlər birbaşa 5.3-cü maddədə müəyyən edilən Satıcının bank hesablarına edilməlidir, malların sifarişçisi cavabdeh isə qeyd olunan müqavilə şərtinə və mülki qanunvericiliyin tələblərinə zidd olaraq, təhvil alınmış mallara görə 2016-cı ilin sentyabr ayında ona ödəniş üçün hesab faktura təqdim edildiyi halda, 2019-cu ilin iyun ayında məhkəmədə iddia qaldırılana qədər üç ilə yaxın müddət ərzində ödəməni gecikdirmiş, iddiaçı ödəmənin gecikdirilməsinə görə cavabdehdən 2.379,91 manat məbləğində faiz məbləğinin ödənilməsini tələb etmişdir ki, həmin məbləğ də ödənilməli olan 47.598,17 manat məbləğində əsas borcun 5 faizini təşkil edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borcl u pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda, 570.1.2-ci maddəsinə əsasən əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda müqavilə icra edilmiş sayılır. Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alq ı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşə baxmış məhkəmələr, cavabdehin nümayəndəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Sazişə istinad etməklə iddiaçıya heç bir borc öhdəliyinin olmadığına dair olan arqumentinə münasibət bildirərək qeyd etmişlər ki, sözügedən saziş xx xxxx 2016-ci il tarixli 01/160622/11-1-192 saylı alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərə şamil edilə bilməz. Belə ki, xx xxxx 2018-ci il tarixli S azişin 5-ci bəndindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh ona ödəməli olduğu pul məbləğinin 378.297,89 manat olduğunu təsdiq edir və bu məbləğin tam ödənildiyi halda, Cavabdehnə və borclulara qarşı Saziş imzalandığı tarixədək yaranmış öhdəliklər üzrə heç bir əlavə tələb irəli sürmədiyini öhdəsinə götürmüşdür. Həmin Sazişin 6-cı bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sazişin imzalandığı tarixdən Zaqatala TKQ-na qarşı iddia üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsindəki 2-2(84)-69/2018 saylı, Abşeron TKQ-na qarşı iddia üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindəki 2-2(85)-89/2018 saylı, Gəncə TKQ-na qarşı iddia üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsindəki 2-2(83)-117/18 saylı, Ağdam TKQ-na qarşı iddia üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsindəki 2-2(83)-11 6/2018 saylı, Xaçmaz TKQ-na qarşı iddia üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindəki 2-2( 85)-87/2018 saylı, Sumqayıt TKQna qarşı iddia üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindəki 2-2(X5) 88/2018 saylı, Göygöl TKQ-na qarşı iddia üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsindəki 22(85)-88/2018 saylı iqtisadi işlər üzrə STP öhdəsinə götürür ki. bu Sazişin 6-cı bəndində qeyd olunan hər hansı iqtisadi iş üzrə çıxarılmış qətnamə qüvvəyə minərsə və qüvvəyə minmiş qətnamə üzrə icra sənədi icra icraatına göndərilərsə, icra sənədinin icrasız geri qaytarılmasına dair müvafiq prosessual tədbirlərin həyata keçiriləcəyi razılaşdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx xxxx 2018-ci il tarixli Sazişin əhatə dairəsi konkret müəyyən edilmişdir. Müqavilənin predmeti hüquq və vəzifələrin yaranmasını və onların yönəldiyi münasibətləri tənzimləyir. Müqavilənin predmeti o dərəcədə fərdilik təşkil etməlidir ki, mülki hüquq obyektləri sırasından onu ayırd etmək mümkün olsun. Başqa sözlə əgər müqavilənin predmetinin nədən ibarət olması müəyyən edilməsə, bu, o deməkdir ki, müqavilə bağlanmamışdır. Ona görə də müqavilə iştirakçıları borcludurlar ki, müqavilənin predmeti kimi çıxış edən obyekti müəyyən etsinlər və işin mövcud hallarından da müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan xx xxxx 2018-ci il tarixli Sazişdə xx xxxx 2016-ci il tarixli 01/160622/11-1-192 nömrəli müqavilədən irəli gələn öhdəlik üzrə 47,598.17 (qırx yeddi min beş yüz doxsan səkkiz manat on yeddi qəpik) manat məbləğində borcun tələb edilməməsi il ə bağlı hər hansı bənd mövcud deyildir və həmin Sazişin predmeti dəqiq müəyyən olunaraq hazırkı mübahisə ilə bağlılığı mövcud olmadığından, Cavabdehndən iddiaçının xeyrinə 49.978.08 manat məbləğində borcun tutulması hissəsində iddia əsaslıdır və iddia tələbinin maddi hüquqi əsasları kimi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 406.1 və 567-ci maddələrinə istinad olunmuşdur. Məhz qeyd olunan əsaslara istinad etməklə də işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin apellyasiya şikayəti ilə analoji dəlillərinə tənqidi yanaşır. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin ona təqdim edilmiş 47.598,17 mana t məbləğində malların pulunu ödəmədiyini, halbuki xx.xx.2016-cı il tarixli müqavilənin 5.2-ci bəndinə görə malların ödənişinin Satıcının hesab faktura tarixindən və təhvil-təslim aktı imzalandıqdan 15 təqvim günü ərzində edilməli olduğunu, malların sifarişçisi olan cavabdehin qeyd olunan müqavilə şərtinə və mülki qanunvericiliyin tələblərinə zidd olaraq, təhvil alınmış mallara görə 2016-cı ilin sentyabr ayında ona ödəniş üçün hesab faktura təqdim edildiyi halda, 2019-cu ilin iyun ayında məhkəmədə iddia qaldırılana qədər üç ilə yaxın müddət ərzində ödəməni gecikdirdiyini, iddiaçının ödəmənin gecikdirilməsinə görə cavabdehdən ödənilməsini tələb etdiyi 2.379,91 manat məbləğin də ödənilməli olan 47.598,17 manat məbləğində əsas borcun 5 faizini təşkil etdiyini nəzərə alaraq kassasiya digər şika yətinin dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)866/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-866/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar