Məhkəmə qərarları › İş №2-2(102)-159/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-159/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-159/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh Şirkətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 20.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin vəkilinin iştirakı ilə İddiaçı MMC cavabdeh şirkətə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 27 yanvar tarixli 2-2(103)111/2020 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC (bundan sonra – “İddiaçı”) 2020-ci il 20 avqust tarixində Fransa Respublikasının hüquqi şəxsi olan Cavabdeh Şirkətə (bundan sonra – “Cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 335.765,9 avro məbləğində pul vəsaitinin, həmin vəsaitdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot faiz dərəcəsi ilə hesablanmış 146.885,97 avro məbləğində faizlərin, 230 manat bank xərclərinin, 1.960 manat auditor xərclərinin və 30 manat dövlət rüsumunun əvəzinin Şirkətdən tutularaq MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi o nunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə sifariş aktlarına əsasən cəmi 11.651.276,29 avro məbləğində pul vəsaiti ödənilmişdir. Sonradan sifariş aktlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 11.315.510,39 avro ödəməli imiş. Belə olan halda, iddiaçı cavabdehə 335.765,90 (11.651.276,29 – 11.315.510,39) avro artıq ödəniş etmişdir. Cavabdeh 335.765,90 avro pul vəsaitini özündə qanunsuz saxlamış, əsassız gəlir əldə etmişdir.

3. İddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.0.7, 449.1, 449.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

4. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli e-2-2(113)-2168/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır (hakim – A.Ə).

5. Məhkəmə hesab etmişdir ki, ərizə A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 149-cu maddəsində nəzərdə tutulmuş tələblər gözlənilmədən, eləcə də 150.0.1–150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verilmişdir. cavabdehin hüquqi ünvanı (ünvan 1-də) xarici dövlətdə yerləşir. İddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilmədiyindən baxılmamış saxlanılmalıdır.

6. Məhkəmə bu qənaətini MPM-nin 35.2, 149, 150.0.1–150.0.3, 259.0.12-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 6 noyabr tarixli e-2-2(113)-2168/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (ha kim – A.Ə).

9. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri şifahi razılaşma əsasında yaranmış, öhdəliyin icrası yeri müəyyənləşdirilməmişdir. İddia icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 443.0.7-ci maddəsinin tələblərinə cavab vermədiyindən məhkəmə xarici hüquqi şəxsin iştirakı ilə işə baxmağa haqlı deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli 22(103)-111/2021 saylı qətnaməsi ilə iddiaçının şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli e-2-2(113)-2168/2020 saylı qərardadı də yişdirilmiş, iş üzrə icraata xitam verilmişdir (sədrlik edən – V.B, hakimlər – C.Y və R.Q).

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh xarici hüquqi şəxs olduğundan birinci instansiya məhkəməsi mübahisənin ərazi aidiyyəti ilə bağlı MPM-nin 35.2-ci maddəsinə deyil, xarici şəxslərin iştirakı ilə icraat bölməsində nəzərdə tutulmuş normalara istinad edilməli idi. MPM-nin 443.0.7ci maddəsi yalnız MPM-nin 440.1-ci maddəsinin tələbi nəzərə alınmaqla tətbiq edilə bilər. Fransa Respublikasının hüquqi şəxsi olan cavabdehin Azərbaycan Respublikasında filialı və nümayəndəliyi, faktiki olduğu yer olmadığından ona qarşı qaldırılmış iddiaya Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılması MPM-nin 440.1-ci maddəsinə əsasən istisna olunur. Ona görə də iş üzrə icraata xitam verilməlidir.

12. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini MPM-in 261.0.1, 440.1, 443.0.7 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı həmin qərardaddan 2021-ci il 10 fevral tarixində kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

14. Məhkəmə MPM-nin 443.0.7-ci maddəsində nəzərdə tutulan halın mövcudluğunu qəbul edir, lakin MPM 440.1-ci maddəsini rəhbər tutaraq tətbiqini mümkünsüz hesab edir. Halbuki MPMnin 440.1-ci maddəsi fiziki şəxslərə aiddir. Belə ki, burada xarici şəxsin yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer qeyd olunur. MPM-nin 46-cı fəslinin müddəalarının xarici fiz iki və hüquqi şəxslərə yanaşmada fərqli olmasını digər 443.0.1, 443.0.2, 443.0.5, 443.0.6, 446.0.1-ci maddələrindən də müşahidə etmək olar.

15. MPM-nin 443.0.7-ci maddəsinə və ümumi qəbul edilmiş kollizion bağlamalardan biri olan öhdəliyin icrası yerinin qanunu prinsipinə (“lex loci solutionis”) görə, hazırkı işdə iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olduğundan bu mübahisəyə Azərbaycan Respublikasının məhkəmələri baxmağa haqlıdır. Belə ki, 1996-cı il 4 iyun tarixində SOCAR və beynəlxalq neft şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişi imzalanmışdır. Şirkətlə MMC arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətl əri yaranmış, 18 sifariş aktı ilə BP-nin Şahdəniz kəşfiyyat layihəsi üzrə maye nəqli ilə bağlı boru avadanlıqlar sifariş edilmiş və həmin sifariş aktları əsasında avadanlıqlar təhvil verilmişdir. Göründüyü kimi, iddia, icrası Xəzər dənizinin Azərbaycan ərazisində olan Şahdəniz kəşfiyyat layihəsi üzrə həyata keçirilmiş müqavilələrdən irəli gəlmişdir.

16. Kassasiya şikayəti MPM-nin 46, 440.1, 443.0.1, 443.0.2, 443.0.5, 443.0.6, 443.0.7, 446.0.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona g örə də şikayətin təmin edilməsini, qərardadın tamamilə ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi

19. Cavabdeh tərəfi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktın ın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

22. MM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur “Maddə

51. Hüquqi şəxsin olduğu yer Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.” “Maddə

426. Öhdəliklərin icrası yeri 426.1. Öhdəliklərin icrası yeri, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, tərəflərin iradəsi ilə müəyyənləşdirilir..... 426.4. Yalnız borclunun göndərmə xərclərini öz öhdəsinə götürdüyünə əsaslanmaqla təyinat yerinin öhdəliyin icrası yeri olduğu qənaətinə gəlmək olmaz.” “Maddə

570. Satıcının əşyanı vermə k vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:... 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır....” “Maddə

571. Əşyanın təsadüfən məhv olması və təsadüfən zədələnməsi riskinin alıcıya keçməsi 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əş yanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir....”

23. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

35. İddianın cavabdehin olduğu yerə görə verilməsi... 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir....” “Maddə

149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iş tirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.” “Maddə

150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.0. İddia ərizəsinə aşağıdakı sənəd lər əlavə edilir: 150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd,...” “Maddə

259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:... 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.” “Maddə

261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə;...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.1. işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa; 418.4.2. qətnamə və ya qərardad hər hansı hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə göstərilməyən hakimlər tərəfindən imzalanmışsa; 418.4.3. qətnamə və ya qərardad işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılmışsa; 418.4.4. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa; 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan ba xılmışsa; 418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə; 418.4.7. məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa; 418.4.8. işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa; 418.4.9. işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa. 418.5. Bu Məcəllənin 418.4.1.—418.4.3-cü və 418.4.6-418.4.9-cu maddələrində nəzərdə tutulmuş halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozul ması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.” “Maddə

440. Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun....” “Maddə

443. Xarici şəxslərin iştirakı ilə olan işlər ü zrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır:... 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə;...” “Maddə

450. Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq, şikayətçinin izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 14-15) əs assız hesab edir, apellyasiya instansiya məhkəməsinin yekun mövqeyi ilə razılaşır və əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.

25. MM-in 51-ci maddəsinə (bax yuxarıda § 22) görə, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.

26. Göründüyü kimi, qanun hüquqi şəxsin yerləşdiyi yeri “olduğu yer” ifadəsi ilə xarakterizə etmişdir.

27. Bu baxımdan, MPM-nin 440.1-ci maddəsində (bax yuxarıda § 23) qeyd edilmiş xarici şəxsin olduğu yer ifadəsinin xarici hüquqi şəxsə münasibətdə işlədilməsi hüquqi baxımdan mümkündür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hüquq pozuntusuna yol verməmişdir.

28. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, hazırkı işdə MPM-nin 443.0.7-ci maddəsinin (bax yuxarıda § 23) tətbiqi aşağıdakı səbəblərdən ümumiyyətlə mümkünsüzdür.

29. Belə ki, işin materiallarında olan (səh. 58, 59, 75-90) iddiaçı tərəfindən cavabdehə verilmiş alğı-satqı üzrə mal sifarişlərinin hamısında çatdırılma tipi “EXW” göstərilmişdir.

30. Formalaşmış təcrübəyə əsasən, beynəlxalq ticarət dövriyyəsində geniş tətbiq olunan və hamı tərəfindən qəbul edilmiş İnkoterms şərtlərinə görə, alğı-satqı müqavilələrində “EXW” (“Franko zavod”) şərtinin tətbiqi mal alıcıya və ya onun tərəfindən sifariş olunmuş daşıyıcıya satıcının anbarında (zavod, fabrik, anbar, mağaza və s.) təhvil verildiyi anda satıcının məsuliyyətinin bitməsini nəzərdə tutur. Bu zaman satıcı malların nəqliyyat vasitəsinə yüklənməsinə, ixrac olunan mallara görə gömrük ödənişlərinin həyata keçirilməsin ə, gömrük rəsmiləşdirilməsinə görə məsuliyyət daşımır. Malların anbardan çıxarılmasına, daşınmasına və qeyd olunan digər məsələlərə görə bütün məsuliyyət, xərclər, risk alıcının üzərinə düşür. Başqa sözlə, beynəlxalq ticarətdə qəbul edilmiş və geniş tətbiq olunan bu termin satıcının üzərinə minimal vəzifələr qoyur.

31. Qeyd edək ki, işin materiallarından alğı-satqı münasibətlərinin tərəfləri arasında həmin şərtlərdən fərqli qaydaların müəyyən olunması görünmür.

32. Bundan başqa, MM də “EXW” termininin mənasına uyğun qayda müəyyən etmişdir. MMin 570.1.2 və 571.1-ci maddələrinə (bax yuxarıda § 22) görə, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verilməlidirsə, satıcının əşyanı alıcıya vermək vəzifəsi onun alıcının ixtiyarına verildiyi məqamda icra edilmiş sayılır. Əgər al ğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etdiyi andan alıcıya keçir.

33. Eyni zamanda, MM-in 426.1 və 426.4-cü maddələrinə (bax yuxarıda § 22) görə, əgər MM, müqavilə və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, öhdəliklərin icrası yeri tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Yalnız borclunun göndərmə xərclərini öz öhdəsinə götürdüyünə əsaslanmaqla təyinat yerinin öhdəliyin icrası yeri olduğu qənaətinə gəlmək olmaz. 34. iddiaçı ilə cavabdeh arasında qarşılıqlı münasibətləri tənzimləyən, o cümlədən öhdəliyin icrası yerini müəyyənləşdirən yazılı alqı-satqı müqaviləsinin olması işin materiallarından görünmür. Bu, həmçinin Bakı Kommersiya Məhkəməsinin 202 0-ci il 6 noyabr tarixli e-2-2(113)-2168/2020 saylı qərardadında qeyd edilmiş, iddiaçı tərəfindən də mübahisələndirilməmiş, üstəlik kassasiya baxışı iclasında iddiaçının vəkili belə müqavilənin olmadığını təsdiq etmişdir.

35. Bir sözlə, istinad olunan hüquq normalarının təhlili və işin materiallarının araşdırılması belə qənaətə gəlməyə əsas verir ki, hazırkı işdə müqavilənin icra yeri cavabdehin malları iddiaçıya təhvil verdiyi ölkənin ərazisidir. İşin materialları ilə malların alıcıya Azərbaycan Respublikasında təhvil verildiyi və ya verilməli olduğu təsdiq edilmədiyindən hazırkı vəziyyətdə mübahisə predmeti olan müqavilənin icrası yerinin Azərbaycan Respublikası olduğuna dair kassatorun dəlili ilə razılaşmaq mümkün deyildir.

36. Qeyd edilənlərə əsasən, hazırkı mübahisə üzrə Azərbaycan Re spublikası məhkəməsinin səlahiyyəti MPM-nin 443.0.7-ci maddəsi deyil, 440.1-ci maddəsi əsasında müəyyən edilməlidir. MPM-nin 440.1-ci maddəsinin dispozisiya şərtlərinə görə isə, Azərbaycan Respublikası məhkəməsinin hazırkı mübahisəyə baxması yolverilməzdir.

37. Bu baxımdan, hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin MPM-nin 443.0.7-ci maddəsinin yalnız MPM-nin 440.1-ci maddəsinin tələbi nəzərə alınmaqla tətbiq edilə bilməsinə dair qənaəti doğru olmamışdır.

38. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə yekun qənaəti nəticə etibarilə düzgün olduğundan həmin pozuntu MPM-nin 418-ci maddəsinə (bax yuxarıda § 23) uyğun olaraq, ciddi hesab edilə və qərardadın ləğvi üçün əsas ola bilməz.

39. Onu da qeyd etmək lazımdır ki, MPM-nin 450.1- ci maddəsində (bax yuxarıda § 23) beynəlxalq müqavilə aidiyyəti qaydaları nəzərdə tutulmuşdur. Həmin qaydaya görə, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

40. Lakin işin materiallarında tərəflər arasında yaranan mübahisələr üzrə Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətini müəyyən edən müqavilə, yaxud Şirkət tərəfindən aydın şəkildə ifadə olunmuş yazılı razılıq da mövcud deyildir.

41. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 yanvar tarixli 22(103)-111/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar