Məhkəmə qərarları › İş №2-2(102)-16/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-16/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-16/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh x1 oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh x1 oğluna qarşı pul tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2-2(103)-414/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qayda sında baxmışdır. İŞİN HALLARİ

1. İşin materiallarından görünür ki, “Lizinq verən” İddiaçı ASC ilə “Lizinq alan” x1 oğlu arasında 2020-ci il 18 aprel tarixli KTA-KTT-20/0946 saylı Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə verilən subsidiya tətbiq edilən X2 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını (bundan sonra Lizinq obyekti) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

2. Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh 2020-ci il 30 aprel tarixində 617,04 manat, sonrakı aylarda isə (2025-ci il 30 aprel tarixinədək) hər ay 1.322,25 manat məbləğində ödənişlər etməliydi. 3. "xxxx" ASC-yə məxsus texnikanın alıcıya təhvil verilməsi barədə 2020-ci il 30 aprel tarixli, 024 nömrəli aktda qeyd olunmuşdur ki, 2019-cu il 4 mart tarixli 15/19 nömrəli satınalma müqaviləsi ilə 2019-cu il 22 may tarixində bazaya daxil olmuş texnika (“New Holland TC 4.90”) "xxxx" ASC-nin 2020-ci il 29 aprel tarixli, 429/ü nömrəli Əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alan - x1 oğluna təhvil verildi. 4. 2021-ci il 14 yanvar tarixli, PLM-21/0016 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdeh x1 oğlu İddiaçı ASC qarşısında 2020-ci il 18 aprel tarixli, KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə əsasən 2021-ci il 29 aprel tarixinə qədər 8.782,51 manat əsas borc, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12.313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan və 69.552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri olmaqla, ümumilikdə 91.281,74 manat öhdəliyi vardır.

5. İddiaçı ASC tərəfindən verilmiş 2020-ci il 18 aprel tarixli KTA-KTT-20/0946 saylı X2 müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi barədə 2021-ci il 17 may tarixli, 004 nömrəli əmrində qeyd olunmuşdur ki, 1) İddiaçı ASC ilə x1 oğlu arasında 2020-ci il 18 aprel tarixli KTA-KTT-20/0946 saylı X2 müqaviləsinin 14.2-ci bəndinə əsasən həmin müqavilə birtərəfli qaydada ləğv edilsin; 2) Lizinq obyekti “New Holland TC 4.90” markalı kombaynın mö vcud bazar dəyərinə uyğun şəkildə satışı və ya təkrar lizinqi həyata keçirilsin; 3) Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə ediləcək pul vəsaiti müqavilənin ləğvi məlbəğinin ödənilməsinə yönəldilsin; 4) Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə ediləcək pul vəsaitinin həcmi müqavilənin ləğvi məbləğindən az olacaqsa bu fərqin ödənilməsi x1 oğlundan tələb edilsin.

6. CPMİ seriyalı, 00219-20 nömrəli Sığorta şəhadətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “New Holland TC 4.90” markalı kombayn taxılyığan 2020-ci il 17 aprel tarixindən 2025-ci il 17 aprel tarixinədək dövr üzrə sığortalanmış, 5313 manat məbləğində sığorta haqqı ödənişi və 2898 manat hər bir itki və zərər üzrə şərtsiz azadolma nəzərdə tutulmuşdur. 7. "xxxx" MMC tərəfi ndən tərtib edilmiş qüsur aktından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “New Holland TC 4.90” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı kombayn taxılyığanın təmir xərci ümumilikdə 49973,78 manat müəyyən edilmişdir. 8. "xxxx" ASC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 2020-ci il 25 avqust tarixli, 0817/20 nömrəli məktubda qeyd olunmuşdur ki, CPMİ 00219-20 saylı 2020-ci il 17 aprel tarixli sığorta müqaviləsi üzrə sığortalanmış, (Buraxılış ili 2019, Şassi/Zavod № 5********) “New Holland TC 4.90” markalı **-AB-*** d.q.n. taxılyığan kombaynın 2020-ci il 24 may tarixində Biləsuvar rayonu ərazisində sığorta hadisəsi baş vermişdir. İddiaçı ASC ilə əldə edilən razılığa əsasən sözügedən texnika rəsmi təmir müəssisəsi olan "xxxx" MMC-nin təmir müəssisəsinə yerləşdirilmi ş və rəsmi servisin qüsur aktına əsasən, texnikaya dəymiş zərər məbləği 49.973,78 manat həcmində müəyyən olunmuşdur. CPMİ 00219-20 saylı sığorta müqaviləsinin şərtlərinə əsasən, 3 (üç) faydalanan şəxs mövcuddur: texnikanı lizinqə götürən x1 oğlu 20% həcmində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi 38,94% həcmində və "xxxx" ASC 41,06% həcmində faydalanan şəxs kimi qeyd olunmuşdur. Əlavə olaraq, sığorta müqaviləsinə və qanunvericiliyə əsasən, sığortaçının öhdəliyi sığorta hadisəsi haş verdikdə, sığorta predmetinə dəymiş zərərə uyğun olaraq, sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə ödənilməsindən ibarətdir. Tərəflərindən müqavilə üzrə hər üç faydalanan şəxslərə ayrılıqda məktub yazılmış və müəyyən edilmiş zərə r məbləğindən müqavilə üzrə 2.898 manat azadolma məbləği çıxılmaqla 47.075,78 manat sığorta ödənişinin həyata keçirilməsinə "xxxx" ASC-nin hazır olduğu bildirilmiş və ödəniş təyinatı barədə məlumat istənilmişdir. Lakin əldə etdikləri məlumata görə, faydalanan şəxs qismində texnikanı lizinqə götürən x1 oğlu sığorta ödənişinin təmir müəssisəsinə həyata keçirilməsinə razı deyildir. Belə olan halda faydalanan şəxs olaraq x1 oğluna müvafiq hissədə (9.415,16 manat məbləğində) sığorta ödənişinin pul şəklində həyata keçirilməsi üçün ödəniş təyinatı barədə yeni məktub ünvanlanmışdır. 9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib və təsdiq edilmiş 2021-ci il 21 yanvar tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 37.660,62 manat məbləğində pul vəsaiti köç ürülmüşdür. Köçürülmüş məbləğin təyinatı kimi “CPMİ0006/20 saylı akta əsasən sığorta ödənişi CPMİ 00219/20” qeyd olunmuşdur. 10. "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 2020-ci il 25 dekabr tarixli, 1705 nömrəli məktubda qeyd edilmişdir ki, 2020-ci il 9 dekabr tarixli məktubunuza cavab olaraq bildirilir ki, qəzaya uğramış ********** şassi nömrəli “New Holland TC 4.90” markalı kombayn istismar vəziyyətinə qaytarıldıqdan sonra bazar tələbinə uyğun olaraq satış dəyərinin hesabatı aparılmışdır. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra kombaynın qalıq bazarının müəyyənləşdirilməsi (kombaynın satış qiyməti – 182000 manat; buraxılış ili 2018; ümumi istismar müddəti (təqribən) – 20 il; orta illik amortizasiya dəyəri – 9100 manat; təmir üçün tələb olunan ehtiyat hissələrinin dəyəri – 37.065 manat; təmir üçün sərf olunan adam saatı dəyər ifadəsində - 12060 manat; 2-ci kateqoriyalı texniki hərəkət vasitəsinin bazar tələbinə əsasən satış dəyəri – 140-150.000 manat; zəmanətin qüvvədən düşməsi ilə məbləğin 15% dəyər itirməsi; kombaynın diaqonal üzrə zərbə alması) qeyd olunan şərtlər daxilində icra olunmuşdur. Qeyd olunanlara və aparılmış texniki araşdırmaların nəticələrinə istinadən bu qənaətə gəlinmişdir ki, ********* şassi nömrəli “New Holland TC 4.90” markalı kombaynın bərpa edildikdən sonra satış dəyərinin ilkin dəyər qiymətindən 36-38% itirəcəyi güman edilir. 11. 2021-ci il 12 fevral tarixli, BD3 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 6 saylı vəkil bürosunun hesabına 150 manat pul vəsaiti köçürülmüşdür.

12. Biləsuvar rayon Məhkəməsinin inzibati xət a haqqında iş üzrə qərardad verilmiş şikayətə baxılması haqqında 2021-ci il 24 iyun tarixli, 3(022)-150/2021 saylı qərarından görünür ki, şikayətin təmin olunması, x1 oğlunun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İlər Nazirliyi Biləsuvar rayon polis şöbəsi Dövlət yol polisi bölməsinin 2020-ci il 24 may tarixli, TYP 008573 saylı qərarının ləğv edilməsi və x1 oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

13. İddiaçı ASC 2020-ci il 1 oktyabr tarixli pretenziya qaydasında xəbərdarlıqla x1 oğluna müraciət edərək, 16.687,63 (on altı min altı yüz səksən yeddi manat altmış üç qəpik) manat məbləğində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) cavabdeh x1 oğluna (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya məhkəməsinə müraciət edərək, 2020-ci il 18 aprel tarixli, KTA-KTT-20/0946 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsi”nə (bundan sonra-“ KTA-KTT-20/0946 nömrəli Lizinq Müqaviləsi”) əsasən 8.782,51 manat əsas borc, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12.313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan, 69.552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 91.461,74 (doxsan bir min dörd yüz altmış bir manat yetmiş dörd qəpik) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il 18 aprel tarixində KTA-KTT-20/0946 nömrəli Lizinqi Müqaviləsi” bağlamışdır. Həmin müqaviləyə əsasən 1 ədəd “New Holland TC 4.90” markalı kombayn cavabdehə 5 il müddətinə lizinqə verilmişdir. Qeyd olunan texnika 2020-ci il 30 aprel tarixli, 024 nömrəli Akt əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 193.200 manat təşkil etmişdir. Həmin məbləğin 75.225,19 manat hissəsi “Kənd təsə rrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi "xxxx" ASC tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 38.640 manat məbləğində ilkin ödəniş, 5.313 manat məbləğində sığorta haqqı, 5 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası, 31 manat məbləğində lizinq obyektinin qeydiyyat xərcləri iddiaçıya ödənilmişdir. Lakin cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmiş, bu isə öz növbəsində müqavilə öhdəliklərinin pozuntusu hesab olunur. Cavabdeh son ödəniş tarixi 2020-ci il 30 iyun olmaqla, cəmi 2.586 manat ödəniş etmişdir. Halbuki qrafik üzrə 2 021-ci il 14 yanvar tarixinə qədər 11.195,05 manat ödəniş etməli idi. Beləliklə, cavabdehin müqavilə üzrə gecikdirilmiş əsas borcu 8.782,51 manat təşkil edir. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin 2021-ci il 14 yanvar tarixinə qədər 634,07 manat cərimə borcu mövcuddur. Bundan əlavə, daxili lizinq müqaviləsinin 12-ci bəndində lizinqə verilən texnikanın sığortalanması tələbi nəzərdə tutulmuşdur. Bu bəndin tələblərinə əsasən "xxxx" ASC (Sığortaçı), iddiaçı (Sığortalı) və cavabdeh (Faydalanan şəxs) arasında 2020-ci il 17 aprel tarixli, CPMİ 0021 920 saylı Sığorta şəhadətnaməsi imzalanmışdır. Sığorta şəhadətnaməsinə əsasən sığorta predmetini təşkil edən “New Holland TC 4.90” markalı taxılyığan kombaynın sığorta məbləği 193.200 manat, şərtsiz azadolma məbləği 2898 manat, sığorta haqqı isə 5313 manat müəyyən edilmişdir. 2020-ci il 24 may tarixində “New Holland TC 4.90” markalı taxılyığan kombaynın Biləsuvar rayonu ərazisində baş vermiş hadisə nəticəsində sığorta hadisəsi baş vermişdir. Bununla bağlı Sığortaçı - "xxxx" ASC tərəfindən müvafiq sığorta araşdırması aparılmış və texnikaya texniki xidməti həyata keçirən "xxxx" MMC tərəfindən verilən qüsur aktına əsasən texnikaya 49.973,78 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən kombayna dəymiş zərərin (hər bir itki və zərər üzrə şərtsiz azadolma məbləği olan 2898 manat çıxılmaqla) 47.075,78 manat hissəsinin ödənişinə qərar verilmiş, lakin sığorta şərtlərinə əsasən sığorta şirkəti tərəfindən ödənilən vəsaitin faydalanan şəxsi kimi (20%) cavabdeh 9.415,16 manat məbləğində sığorta ödənişinin kombaynın təmirinə yönəldilməsindən imtina etmişdir. Beləliklə də, cavabdehin təqsiri ucbatından baş vermiş qəzaya görə kombaynın təmiri ilə əlaqədar iddiaçıya 12.313,16 (2.898 + 9.415,16) manat maddi ziyan vurulmuşdur. Həmçinin kombaynın hazırkı bazar dəyərini müəyyən etmək üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və təqdim olunmuş məlumatlara əsasən kombaynın qəzadan sonrakı bazar qiymətinin 123.648 manat olması müəyyən olunmuşdur. Bunun nəticəsində isə lizinq müqaviləsinin obyekti olan və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan texnikan ın dəyər itkisi 69.552 manat təşkil edir (ilkin qiymət 193.200 manat – təmirdən sonrakı bazar qiyməti 123.648 manat). Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə tərəflərindən 2020-ci il 1 oktyabr tarixli, PLM-20/0151 nömrəli xəbərdarlıq (pretenziya) məktubu ilə cavabdehə rəsmi müraciət olunsa da, cavabdeh göstərilən məbləğdən heç bir ödəniş aparmamışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında KTA-KTT-20/0946 nömrəli Lizinqi Müqaviləsi”nə əsasən 2021-ci il 14 yanvar tarixinə qədər 8.782,51 manat əsas borcu, 634,07 manat gecikdirilmiş günlərə görə cərimə borcu, o cümlədən 12.313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan və 69.552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyəri məbləğində borcu yaransa da, cavabdeh həmin ödənişləri icra etməkdən yayınır.

16. Tələbin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“Mülki Məcəllə”) 21, 427.3, 445.2.1, 748-1.5, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad edilmişdir.

17. Cavabdehin nümayəndəsi Vəkil2 2021-ci il 23 aprel tarixində vəsatətlə məhkəməyə müraciət edərək əmlakın qiymətləndirilməsi barədə ekspertiza keçirilməsini, ekspertizanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə(bundan sonra-“Məhkəmə Ekspertizası Mərkəzi”) həvalə edilməsini və ekspertizanın keçirilməsi zamanı onların iştirakının təmin edilməsini xahiş etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 23 aprel tarixli, e-2-2(113)-1527/2021 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması X1 həvalə edilmişd ir. Lakin həm iddiaçı, həm də cavabdeh ekspertiza xərcini ödəməkdən imtina etdiyinə görə ekspertiza keçirilməsi barədə məhkəmə qərardadı icrasız qalmışdır.

19. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli, e-2-2(113)1527/2021 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir (hakim Z.Axundova).

20. Məhkəmənin həmin qərardadının icrası qaydasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il 17 dekabr tarixli, 9/7659 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43.340 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində isə hadisə baş verən tarixə bu xərcin təxminən 47.620 manat olduğu qeyd edilmişdir.

21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 fevral tarixli, e-2-2(113)-106/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilmişdir (hakim Z.Axundova).

22. Birinci instansiya məhkəməsi işin §1-13-də qeyd olanan hallarına istinad etmiş və gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. 2020-ci il 30 aprel tarixli, 024 nömrəli akt əsasında cavabdeh “New Holland TC 4.90” markalı kombaynı təhvil almışdır. 2020-ci il 24 may ta rixində “New Holland TC 4.90” markalı taxılyığan kombaynın Biləsuvar rayonu ərazisində sığorta hadisəsi baş vermişdir. Bununla bağlı, Sığortaçı - "xxxx" ASC tərəfindən müvafiq sığorta araşdırması aparılmış və texnikaya texniki xidməti həyata keçirən "xxxx" MMC tərəfindən verilən qüsur aktına əsasən texnikaya 49.973,78 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. (2021-ci il 17 dekabr tarixli, 9/7659 saylı ekspert rəyi ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43.340 manat müəyyən edilir (bax yuxarıda §20) "xxxx" ASC tərəfindən kombayna dəymiş zərərin (h ər bir itki və zərər üzrə şərtsiz azadolma məbləği olan 2.898 manat çıxılmaqla) 47.075,78 manat hissəsinin ödənişinə qərar verilmişdir. Kombayn götürülərək təmirə aparılmış, təmirdən sonra cavabdehə geri qaytarılmamış, iddiaçıda olmuşdur. Tərəflər arasında bağlanmış müqavilə lizinq verən tərəfindən 2021-ci il 17 may tarixində birtərəfli qaydada ləğv edilərək, lizinq obyekti olan kombaynın mövcud bazar dəyərinə uyğun şəkildə təkrar lizinqinin həyata keçirilməsi qərara alınmışdır.

23. Belə ki, “Lizinq verən”(iddiaçı) ilə “Lizinq alan”(cavabdeh) arasında KTA-KTT20/0946 saylı Lizinqi müqaviləsinin 1.4 və 1.5-ci bəndlərinə əsasən lizinq obyektinin qiyməti 193.200 manat, lizinq obyektinə tətbiq olunan subsidiya məbləği 75.225,19 manat müəyyən edilmişdir.

24. Həmin müqavilənin 2.2, 2.3, 2.3.1, 2.3.2, 2.3.3, 2.4, 2.5, 2.5.1, 2.5.2, 2.5.3 və 2.5.4cü bəndlərinə əsasən Lizinq ödənişlərinin ümumi məbləği 132.089,78 manat (Avans məbləği 38.640 manat, Lizinq obyektinin qalıq dəyəri 79.334,81 manat, Lizinq verənin mükafat məbləği 14.114,97 manat, müqavilənin bağlanması ilə bağlı ödənişlərin ümumi məbləği 5.502,4 manat, sığorta haqqı (birdəfəlik) 5.313,40 manat, müqavilənin rəsmiləşdirilmə komissiyası 5 manat, Lizinq obyektinin qeydiyyat xərcləri 31 manat, GPS xərcləri 153,40 manat) müəyyən edilmişdir. 25. 6.1-ci bəndinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və Lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 26. 11.1-ci bəndinə əsasən Lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə Lizinq alan lizinq müqaviləsi və Lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə Lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. 27. 14.1-ci bəndinə əsasən Lizinq alan tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntulara yol verildiyi hallarda Lizinq verən müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 14.1.1-ci bəndə əsasən Lizinq alan lizinq obyektinin vəziyyətini pisləşdirir, habelə onun xəbəri olmaqla və ya onun hərəkətsizliyi ilə lizinq obyektinin vəziyyəti üçüncü şəxslər tərəfindən pisləşdirilir; 14.1.2-ci bəndə əsasən Lizinq verən tərəfindən müəyyən edilmiş müdd ət ərzində Lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmayıb; 14.1.3-cü bəndə əsasən Lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmədikdə. 28. 14.5-ci bəndinə əsasən əgər lizinq obyektinin dəyəri Satıcıya ödənilməmişdən əvvəl və Lizinq verənə avans verildikdən sonra Lizinq verən və ya Lizinq alan birtərəfli qaydada lizinq müqaviləsini ləğv edirlərsə, Lizinq verən avansı Lizinq alana qaytarmalıdır. Müqavilənin ləğvi Lizinq alanın təşəbbüsü ilə olarsa, həmin avansdan Lizinq verənin lizinq müqaviləsinin icra edilməsi ilə bağlı bıitün xərclər, o cümlədən Lizinq obyektinin satıcının adına yenidən qeydiyyatı ilə bağlı xərclər, həmçinin alınmamış komissiya ödənişləri çıxılmalıdır. 29. 14.2-ci bəndinə əsasən Lizinq verən Lizinq alana yaza lı məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli qaydada ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun qiymətə sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqındən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğinin ödənilməsinə yönəldilir, lizinq obyektinin satışından və ya təkrar lizinqindəıı əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri Lizinq alanın borc məbləğindən azdırsa, Lizinq verən Lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər.

30. Məhkəmə qeyd olunan müqavilə şərtlərini nəzərə alaraq və MM-nin 385.1, 747.1, 748-1.12.4 və 21-ci maddələrini mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq etməklə belə qənaətə gəlmişd ir ki, iddia əsassızdır. Belə ki, lizinq obyekti lizinq alanın istifadəsində 24 gün olmuş, daha sonra may ayında kombaynla bağlı sığorta hadisəsi baş verdikdən sonra kombayn iddiaçıya təhvil vermiş və həmin müddətdən sonra cavabdeh lizinq obyekti üzərində sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunan qüsur aktına əsasən lizinq obyektinə 49.973,78 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Eyni zamanda 2021-ci il tarixli, 9/7659 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 43.340 manat müəyyən edilir. "xxxx" ASC tərəfindən kombayna dəymiş zərərin (hər bir itki və zərər üzrə şərtsiz azadolma məbləği olan 2898 manat çıxılmaqla) 47.075,78 manat hissəsinin ödənişinə qərar verilmiş, həmin hissədən "xxxx" MMC-nin hesabına "xxxx" ASC tərəfindən 37.660,62 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd olunduğu kimi, lizinq obyekti 24 gün müddətində lizinq alanın istifadəsində olsa da, lizinq alan tərəfindən 43.989 manat (38.640 manat ilkin ödəniş, 5.313 manat sığorta haqqı, 5 manat müqavilənin rəsmiləşdirilməsi komissiyası, 31 manat lizinq obyektinin qeydiyyat xərcləri) və 2.586 manat lizinq ödənişi də daxil olmaqla, ümumilikdə 46.575 manat ödəniş həyata keçirilmişdir. İddiaçı isə lizinq müqaviləsini birtərəfli qaydada ləğv edərək, kombaynın təkrar lizinqinin həyata keç irilməsini qərara almışdır.

31. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

32. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 22(103)-414/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddiaçının iddiası qismən təmin edilərək cavabdehdən 12.313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyan, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc, 13 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).

34. Apellyasiya instansiya məhkəməsi işin §1-13-də qeyd olanan hallarına istinad etmiş və mövqeyi ondan ibarət olmuşdur ki, cavabde hdən 2021-ci il 14 yanvar tarixinə qədər lizinq müqaviləsi üzrə 8.782,51 manat əsas borcun, lizinq ödənişlərinin gecikməsinə görə 634,07 manat cərimə borcunun tutulmasına dair iddia tələbinin rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır.

35. İşin materiallarının 49-cu vərəqinə əlavə edilmiş "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 0817/20 nömrəli məktubdan görünür ki, sığorta hadisəsi baş verdikdən sonra (2020-ci il 24 may ) kombayn təmir olunması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Lizinq predmeti olan kombayna maddi ziyan dəyməsi ilə nəticələnən sığorta hadisəsinin baş verməsində lizinqalanın təqsiri olduğu barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən (inzibati tənbeh tətbiq edilməsi barədə DYP-nin qərarının ləğv edildiyi nəzərə alınarsa) iddiaçı qarşısında müqaviləd ən irəli gələn öhdəliyin icra edilməməsinə görə lizinqalanın təqsirli olduğu müəyyən edilmir. Sığorta hadisəsi baş verdikdən sonra təmirə göndərilmiş kombaynın təmirdən sonra lizinqalanın istifadəsinə qaytarıldığı barədə işdə sübut olmadığından müəyyən olunur ki, kombaynın lizinqalanın istifadəsində olduğu müddət bir aydan az olmuşdur.

36. Mülki Məcəlləsinin 445.1, 445.5, 462.2, 747.1, 748-2.2, 748-10.1, 751-ci maddələrinin (bax aşağı “Tətbiq edilən hüquq») tələbləri baxımından lizinq ödənişinin mahiyyəti lizinq predmetinin lizinq alanın sahibliyinə və istifadəsinə verilməsi ilə əlaqədar həyata keçirilməli olan ödənişlər olduğundan lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdən sonra lizinqalandan lizinq obyektindən istifadə etmədiyi dövr üçün ödəniş tələb edilə bilməz. Lizinq oby ektinin təmirdə olduğu dövr üçün ödənişlər o halda tələb edilə bilərdi ki, sığorta hadisəsindən sonra müqavilə münasibətləri davam etmiş olsun və öhdəliyin icra müddəti bitdikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçmiş olsun.

37. Göstərilənlərə əsasən məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır ki, lizinq predmeti olan kombayn qısa müddət ərzində (2020-ci il 30 aprel 2020-ci il 24 may) lizinqalanın istifadəsində olduğundan lizinq predmetindən istifadə etmədiyi aylar üçün cavabdehdən lizinq ödənişi və cərimə tələbi ilə bağlı hissədə iddia əsassızdır.

38. İddiaçının 69.552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyərinin cavabdehdən tutulması barədə tələbinin rədd edildiyi hissədə də birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilmişdir. İddiaçı bu tələbin qanuni əsası kimi MM-nin 748-2.1-ci maddəsinə istinad etmişdir.

39. İşin hallarından görünür ki, lizinq predmeti olan kombaynın dəyəri sığorta hadisəsi hesab edilən qəza nəticəsində dəymiş maddi ziyanla bağlı aşağı düşmüş və hadisədən sonra lizinq müqaviləsinə lizinq verən tərəfindən xitam verilmişdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

41. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 14.2-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq verən lizinq alana yazılı məlumat verməklə müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş hallarda müqaviləni birtərəfli ləğv edə və lizinq obyektini mövcud bazar dəyərinə uyğun sata və ya təkrar lizinqə verə bilər. Lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən azdırsa və ya lizinq obyektinin mövcud bazar dəyəri lizinq alanın borc məbləğindən azdırsa, lizinq verən lizinq alandan bu fərqin ödənilməsini tələb edə bilər.

42. Müqavilənin qeyd edilən şərtinə əsasən lizinq müqaviləsi vaxtından əvvəl ləğv edilərkən lizinq verən lizinq obyektinin satışından və ya təkrar lizinqindən əldə edilmiş pul məbləği müqavilənin ləğvi məbləğindən az olduğu halda bu fərqin lizinq alandan tutulmasını tələb edə bilər. Hazırkı halda lizinq ob yektinin satışı və təkrar lizinqi baş vermədiyindən lizinq verənin xeyrinə lizinq obyektinin dəyərinin aşağı düşməsi ilə əlaqədar ziyanın tutulması Mülki Məcəlləsinin 750-ci maddəsinə və müqavilə şərtlərinə ziddir.

43. İddiaçının 12.313,16 manat təmir xərci ilə bağlı iddia tələbinin rədd edildiyi hissədə məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və göstərmişdir ki, həmin məhkəmə iddianı bu hissədə rədd edərkən tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.5.3-ci bəndinin və Mülki Məcəllənin 748-7.1-ci maddəsinin tələblərini nəzərə almamışdır.

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vax tından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

45. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.5.3-cü bəndinə əsasən baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyi halda, ödənişin verilməsindən imtina edildikdə və ya ödəniş kifayət etmədiyi halda lizinq alan lizinq obyektini öz hesabına bərpa etməlidir və lizinq ödənişlərini qrafikə uyğun şəkildə həyata keçirilməlidir.

46. Müqavilənin qeyd edilən şərtindən göründüyü kimi, sığorta ödənişinin lizinq obyektinin bərpası üçün kifayət etməyən hissəsinin ödənişini lizinq alan öz üzərinə götürmüşdür.

47. İşdəki "xxxx" MMC-nin qüsur aktı ilə sübut olunur ki, lizinq predmeti olan kombayntaxılyığanın təmir xərci ümumilikdə 49.973,78 manat təşkil etmiş, "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş 37.660,62 manat sığorta ödənişi təmir üçün kifayət etməmiş, lizinq alan isə faydalanan şəxs kimi sığorta şirkəti tərəfindən ona ödənilməli olan sığorta ödənişini lizinq obyektinin bərpasına sərf etməmişdir.

48. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 9/7659 saylı ekspert rəyi ilə hadisə baş verən tarixə lizinq predmeti olan “New Holland TC 4.90” markalı taxılbiçən kombaynın təmir-bərpa xərcinin təxminən 47.620 manat müəyyən edilsə də, məhkəmə hesab etmişdir ki, bu qiymət təxmini müəyyən edilmiş qiymət olduğundan qəza nəticəsində dəymiş maddi zərərin aradan qaldırılması üçün zəruri olan xərcin məbləği ilə bağlı "xxxx" MMC-nin qüsur aktı daha mötəbər sübut kimi qəbul edilməlidir.

49. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, lizinq obyektinin bərpa edilməsi üçün zəruri olan qalıq vəsaitin ödənilməsini həyata keçirmək lizinq müqaviləsinin 12.5.3-cü bəndinə əsasən qəzanın baş verməsində təqsirli olub-olmamasından asılı olmayaraq lizinq alanın vəzifəsi olduğundan mübahisələndirilən qətnamə qismən ləğv edilərək iddia 12.313,16 manat məbləğində sığorta hadisəsi nəticəsində vurulmuş maddi ziyanın cavabdehdən tutulması hissəsində təmin edilməlidir.

50. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddia tələbinin təmin edilməsi bar ədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

51. Mülki Məcəllənin 5.3 və 385.1-ci maddələrinin tələbləri pozulmuşdur-tərəflər arasında bağlanmış KTA-KTT-20/0946 nömrəli Lizinqi müqaviləsinə əsasən cavabdeh ödənişləri qrafikə əsasən həyata keçirməmişdir. Cavabdeh son ödəniş tarixi 2020-ci il 30 iyun olmaqla, cəmi 2.586,0 manat ödəniş etmişdir, halbuki qrafik üzrə 2021-ci il 14 yanvar tarixinə qədər 11.195,05 manat ödəniş etməli idi. Beləliklə, cavabdehin müqavilə üzrə 8.782,51 manat gecikdirilmiş əsas borcu, 634,07 manat cərimə borcu mövcuddur. Apellyasiya instansiyası məhkəməsi həmin borcun tutulması barədə tələbin əsassız olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. La kin lizinq alan lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin vaxtında icra edilməməsinə görə hər bir pozuntu kimi mülki qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bakı Apellyasiya Məhkəməsinin kollegiyası isə qeyd olunan xüsusatları nəzərə almadan iddia tələbimizi əsasssız şəkildə rədd etmişdir.

52. Mülki Məcəllənin 21 və 748-2.1-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansyası məhkəməsi iddiaçının 69.552 manat məbləğində lizinq obyektinin itirilmiş dəyərinin cavabdehdən tutulması barədə tələbinin rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab etmişdir. Kassator hesab edir ki, məhkəmənin qərarı bu hissədə də əsassızdır. Belə ki, kombaynın hazırki bazar dəyərini müəyy ən etmək üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə müraciət olunmuş və təqdim olunmuş məlumatlara əsasən kombaynın qəzadan sonrakı bazar qiymətinin 123.648,0 manat olması müəyyən olunmuşdur. Bunun nəticəsində isə lizinq müqaviləsinin obyekti olan və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan texnikanın dəyər itkisi 69.552,0 manat təşkil edir (ilkin qiymət 193.200,0 manat-təmirdən sonrakı bazar qiyməti 123.648,0 manat).

53. MPM-nin 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur- apellyasiya instansyası məhkəməsi qətnaməsində tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn şərtləri nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

55. Kassasi ya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır(MPM-in 403 və 416-cı maddələri)

57. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallar ına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa d üşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisn a olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır....” “Maddə

462. Dəbbə pulu anlayışı... 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri... 748-2.2. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüquq u lizinq alana tam həcmdə keçir....” “Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə

751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlu matlar sübutlar hesab olunur....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 60.Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi) 61. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassas iya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı).

62. İddiaçının kassasiya şikayətinin dəlilləri eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normaları nın tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda § 34-42). 63.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi gəldiyi nəticə mübahisəli hüquq münasibətlərinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 64.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 22(103)-414/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar